Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Feriye sarayı
Feriye sarayı — Boğaziçi sahilində indiki Beşiktaş mahalı ilə Ortaköy mahalı arasında Çırağan küçəsi boyunca uzanan Osmanlı saraylarının köhnə adıdır. Bu gün saraylar müxtəlif qurumlar tərəfindən təhsil məqsədləri üçün istifadə olunur. Boğaziçi sahillərində Osmanlı sülaləsi üçün inşa edilən ilk saray 1856-cı ildə istifadəyə verilən Dolmabahçe Sarayı idi. Daha sonra 1872-ci ildə Çırağan sarayı tikildi. Lakin bu iki saray Osmanlı ailəsi üçün kifayət etmədikdə, Çırağan Sarayı ilə Ortaköy məscidi arasındakı sahil zolağında əlavə binalar tikildi. Balyan ailəsinə mənsub memarlar tərəfindən tikilən bu binalar ikinci dərəcəli tikililər və ya yan binalar mənasını verən Feriye sarayları adlanırdı. == Memarlıq xüsusiyyətləri == Dəniz kənarında üç əsas binadan, cariyələr palatası və kiçik iki mərtəbəli binadan ibarət binalar qrupunun arxasında yol kənarında əlavə tikililər var. Bu saraylarda sultanın münasib hesab etdiyi sülalə üzvləri və qış mənzili olmayan insanlar yaşayırdılar. Sarayların sahəsi təxminən 3.000.000 m2-dir. 30 may 1876-cı il çevrilişi ilə taxtdan endirilən Əbdüləziz 4 gün Topkapı sarayında qaldı və qaldığı yerdən razı qalmadığı üçün Feriye Sarayına köçürüldü.
Bərdiya
Qaumata (e. ə. VI əsr, Pasargad, Fars ostanı – e.ə. 522, Pasargad, Fars ostanı) — kahin, üsyan rəhbəri, yalançı şahzadə, hökmdar. == Həyatı və fəaliyyəti == Fars epik əsərlərinin leytmotivi olan İran-Turan qarşıdurmasının qaynağı, fars-türk münaqişələrinin başlanğıcı pers və mada əyanlarının hakimiyyət uğrunda mübarizəsi, İran imperiyası sarayındaki çevrilişlərdə gah pers, gah da mada sülalələrinin qələbəsi ilə bağlı yaranmışdır. Belə saray çevrilişlərindən biri də məşhur Qam Ata (Qaumata) üsyanıdır. Bu tarixi şəxsiyətin İran imperiyasındakı rolunu geniş tədqiq və təsvir edən onlarla iranşünasın heç biri onun etnik mənsubiyətini açmağa cəhd göstərməmişdir. Herodot bu etnik qarşıdurmanı Əhəmənilər sülaləsindən olan İran şahı Kambizin (Kuruşun oğlu) dilindən verir. Qam Ata üsyanını eşidən Kambiz ölümqabağı fars əyanlarını yanına çağırıb deyir: "Şahların öcünü sürdürən Tanrıların adını anaraq, sizlərə borcunuzun nə olduğunu söyləyirəm; bunu hamınıza, xüsusilə aranızda olan əhəmənilərə deyirəm. Taxtın madalılara keçməsinə yol verməyin, əgər hiylə ilə ələ keçirsələr, siz də hiyləyə baş vurun, əgər zorla alsalar, siz də zorla ordularınızla onların əlindən alın.
Fərziyyə
Fərziyyə– 1) hipotez – həqiqi mənası qeyri-müəyyən olan haqqında elmi ehtimal. Fərziyyə metodunun meydana gəlməsi tarixən antik riyaziyyatın erkən inkişaf mərhələləri ilə bağlıdır; 2) bir şey haqqında təxmini mülahizə; güman, ehtimal, fikir, zənn == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Fəthiyə
Fəthiyə rayonu - Türkiyə Respublikası Muğla əyalətinin 13 rayonundan biri == Tarixi == E.ə. VI əsrdə Fəthiyə bölgəsi Əhəmənilər İmperiyasına daxil oldu. E.ə. V əsrdə isə Delos Birliyinə daxil olur. Fəthiyə şəhərinin E.ə. V əsrdə salındığı güman edilir. Bölgə E.ə. 362-ci ildə Likiyaya daxil olur. Qədim dövrdə Telmessos adlandırılan şəhər Likiyanın Kariya ilə sərhəddə yerləşən bir əyaləti olub. Telmessos şəhərinin əfsanəsinə görə Finikiya kralı Agenorun qızına vurulan Apollon, köpək cildinə girərək utancaq qıza yaxınlaşır və evlənirlər.
Mərsiyə
Mərsiyə — ərəbcə matəm şeiri deməkdir. Qəsidənin klassik ədəbiyyatında geniş yayılmış bu növündə daha çox görkəmli şəxsiyyətlərin - müqəddəslərin, hökmdarların, qəhrəmanların, sənətkarların ölümündən doğan qəm, kədər hisləri əks olunur. Orta çağdan başlayan Azərbaycan əruz şerində İslama, məxsusən Həzrəti İmam Hüseynə (ə) olan sonsuz sevginin, məhəbbətin nəticəsindən əmələ gələn mərsiyə janrı geniş miqyasda formalaşmağa başladı. Bu baxımdan o dövrün imanlı şairləri əsasən mərsiyə yazmağa üstünlük verirdilər. Bu cərəyan Əruz şairləri arasında o dərəcədə olmasa da, bu gün də var.
Mərziyə
Mərziyə — Azərbaycanlı adı. Mərziyə Məhərrəmova — Azərbaycanlı ağır atlet. Mərziyə Üskuyi – Azərbaycan şairi və ictimai xadimi. Mərziyə Afham — İran İslam Respublikasının Malayziyadakı fövqəladə və səlahiyyətli səfiri Mərziyə Xalitova — Krımtatar mənşəli Sovet və Ukrayna bəstəkarı.
Tərbiyə
Tərbiyə — insanın şəxsiyyətinin inkişafına, onun müasir mədəni dünyagörüşünün formalaşmasına, müəyyən baxışların yaranmasına yönəlmiş məqsədyönlü peşəkar fəaliyyətdir. Tərbiyə təlim-tədris müəssisələrində xüsusi təlim almış mütəxəssislər tərəfindən şəxsiyyətin formalaşması və yaranması məqsədilə hazırlanmış bütöv, şüurlu təşkil edilmiş prosesdir. Bütöv tərbiyə prosesinin tərkib hissələri: əqli, mənəvi və s. tərbiyə. Mənəvi tərbiyə — insanın dəyişməz və harmonik inkişafını təmin edən həyatı dəyərləndirməni şəxsdə formalaşdırmaq. Mənəvi tərbiyə insanın işlərinə və fikirlərinə ali məqsəd verən qürur, səmimiyyət, məsuliyyət və s. hissləri tərbiyələndirir. Siyasi tərbiyə — insanlarda dövlətlər, millətlər, partiyalar arasında münasibətləri əks etdirən və onları ruhi-mənəvi, etik cəhətdən öyrənə bilən siyasi düşüncənin formalaşması. Obyektivlik, dəqiqlik, istiqamət seçə bilmək və ümumbəşəri dəyərlər cəhətdən həyata keçirilir. Cinsi tərbiyə — insanlarda sistemləşdirilmiş, şüurlu planlaşdırılmış cinsi şüurunun yaranması, onların ailə həyatına hazırlanması.
"Tərbiyə" məktəbi
Məktəbi-tərbiyə və ya "Tərbiyə" məktəbi— Naxçıvan şəhərində XIX əsrə aid məktəb. == Haqqında == Məktəbi-tərbiyə 1894-cü ildə görkəmli maarifçi-pedaqoq Məhəmməd Tağı Sidqi tərəfindən Naxçıvan şəhərində təsis edilmişdir. Məktəbdə dünyəvi fənlərin tədrisinə ciddi fikir verilir, ana dili ilə yanaşı rus dili və ədəbiyyatı da öyrədilirdi. 1896-cı ildə məktəb üçün yeni bina tikilmişdi. Onun inşasına Hacı Zeynalabdin Tağıyev, general-leytenant İsmayıl xan Naxçıvanski yaxından köməklik göstərmişdilər. Məktəb az vaxtda Naxçıvanın ədəbi-mədəni həyatının mərkəzlərindən birinə çevrilmişdi. Burada yerli ziyalıların iştirakı ilə teatr tamaşaları göstərilir, ədəbi əsərlərin müzakirəsi keçirilir, yubiley gecələri təşkil olunurdu. Aleksandr Puşkinin anadan olmasının 100 illiyi münasibətilə keçirilən yubiley gecəsində (26 may 1899) Məhəmməd Tağı Sidqi şairin həyat və yaradıcılığı haqqında məruzə etmişdir. Cəlil Məmmədquluzadə bu məktəbi "yeniyetmə müəllim və ədiblər üçün darülürfan" adlandırmışdır. 1896-cı ildə Rus-tatar (Rus–Azərbaycan) məktəbinə çevrilərkənməktəbinin fəxri nəzarətçisi Bəhram xan Naxçıvanski olmuş, sonra o yerini istefada olan rotmeyster Cəfərqulu xan Naxçıvanskiyə vermiş, daha sonra isə Mirzə Ələkbər Süleymanov özünün yazdığına görə 1897-ci ildə məktəbin müdiri təyin edilmişdir.
Azad tərbiyə
Azad tərbiyə — XIX əsrin ikinci yarısı–XX əsrin əvvəlində Qərb pedaqogikasındada konsepsiya. == Tarixi == Tərbiyədə ifrat fərdiyyətçilik, uşağın şəxsiyyətini boğmağa, onun həyat və davranışının bütün cəhətlərini məhdudlaşdırmağa əsaslanan tərbiyəni və sistematik təlimi qətiyyətlə rədd etmək azad tərbiyə üçün xarakterikdir. Uşağın bütün qüvvə və bacarığının qeyri-məhdud inkişaf etdirilməsi azad tərbiyə tərəfdarlarının idealı idi. Azad tərbiyə ideyaları Jan Jak Russonun pedaqoji görüşləri ilə sıx bağlıdır. Azad tərbiyənin ilk təbliğatçılarından biri İsveç qadın yazıçısı Ellen Key olmuşdur. "Uşaq əsri" (1900) kitabında o, uşaqlara sərbəst inkişaf hüququ veriməsinin, onların yaşlıların təzyiqindən qurtarılmasının, yalnız gündəlik həyatda zəruri şeylərin təlim olunmasının tərəfdarı kimi çıxış edirdi. Almaniya pedaqoqları Henrix Şarrelman, Frits Qansberq, Lüdvik Qurlitt və başqaları müəllim və şagirdlərə yaradıcılıq azadlığı, öz fərdiyyətini sərbəst ifadə etmək hüququ verilməsi tələblərini irəli sürürdülər. Onların fikrincə, heç bir pedaqoji sistem olmamalıdır, çünki hər hansı sistem müəllimi yaradıcı işdən məhrum edir, onu peşəkara çevirir. XIX əsrin sonu–XX əsrin əvvəlində azad tərbiyə ideyaları anarxizm tərəfdarlarının – Rusiyadan Pyotr Kropotkin, S. For , eləcə də Fransadan Pol Roben və başqalarının pedaqoji görüş və fəaliyyətində əks olunmuşdu. Almaniya fərdiyyətçi pedaqoqlarından fərqli olaraq, anarxist pedaqoqlar azad tərbiyədə ictimai əmək aspektini ön plana çəkir, uşaqların könüllü əməkdaşlığına, onlarda qarşılıqlı yardımın inkişafına xüsusilə böyük əhəmiyyət verirdilər.
Fərəhiyə (Miyanə)
Fərəhiyə (fars. فراهيه‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 77 nəfər yaşayır (15 ailə).
Fəthiyə körfəzi
Fəthiyə körfəzi - Türkiyə Respublikasının Muğla əyalətinin Fəthiyə rayonunun yaxınlığında yerləşir. 36.640-lik paralellə 28.968-lik meridian arasında yerləşir. Müxtəlif ada və yarımadaların yerləşdiyi körfəzdir. Şimaldan cənuba doğru zgöçək İskələsindən İblis burnuna qədər 25 km uzunluğunda və qərbdən şərqə doğru Qurtoğlu burnundan Fəthiyə iskələsinə qədər 30 km genişliyindədir. Körfəzin ən dərin yeri 490 m-dir. Dənizə doğru sahilləri girintili-çıxıntılıdır. Şərq hissəsində şimala doğru bir çox qədim yaşayış yerləri su altındadır. Körfəzin şərqində Köhnə Meğri, Qızılada, Dovşan adası, Qatrancık adası və çox girintili qərb sahilində çoxlu sayda kənd, körfəz, ada və yarımada yerləşir. Cənub-qərbdən şimal-qərbə doğru Bozdağ yarımadası, Donuz adası, Tərsanə adası, Hacıxəlil adası, Yassıca adası, Göçək adasıdır.
Fəthiyə məscidi
Teodoks Pammakaristos Monastırı (Yunanca: Θεοτόκος ἡ Παμμακάριστος, azərb. “Həzrəti Məryəm ana”‎) və ya Fəthiyyə Məscidi İstanbulun Fateh regionunun Çarşamba ərazisində yerləşən bir məsciddir. Əslində, XIII əsrin sonlarında Bizansın tanınmışlarından biri olan Mihail Glabas Tarkaniotes tərəfindən kilsə kimi inşa edilmişdir. Konstantinopolun tutulmasından sonra 1454-cü ildən başlayaraq patriarxlıq olaraq istifadə edilmişdir. 1601-ci ildəki İran müharibələri zamanı Gürcüstan və Azərbaycanın işğalından sonra işgalın xatirəsi olaraq məscidə çevrilmişdir. Fəthiyyə məscidi məscidə çevrilərkən kilsənin apsisi dağıdılaraq qiblə istiqamətində bir mehrabla əvəzlənmiş, minarə və mədrəsə tikilmişdir. Respublika dövründə bir muzeyə çevrildi, içindəki mozaika və fresklər 1955-ci ildə Amerika Bizans İnstitutu tərəfindən tapıldı və sonradan tikilən tağ sökülmüş və əvvəlki vəziyyətinə uyğun olaraq sütunlarla əvəz edilmişdir. 1960-cı illərdə yenidən məscid kimi açılmışdır. Məscidin divarları daş və kərpic qarışığıdır. Yunan yazıları xarici divarlarda və binanın içindəki mozaikalarda müşahidə olunur.
Fəxriyə Xələfova
Xələfova Fəxriyə Rafiq qızı — azərbaycanlı rəssam-modelyer, əməkdar incəsənət xadimi (2006), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Modelləşdirmə kafedrasının dosenti, "Fakhriya Khalafova" moda evinin təsisçisi. == Həyatı == Bakı şəhərində, ziyalı ailəsində anadan olmuşdur. Məşhur Xələfbəyovlar nəslindəndir. Orta təhsilini Bakı şəhəri 6 saylı orta məktəbində almışdır. Azərbaycan Dövlət Universitetinin İnsan beyninin neyrofiziologiyası ixtisası üzrə Biologiya fakültəsində təhsil almışdır (1985-1990). Sonra Psixologiya ixtisası üzrə Azərbaycan Elmlər Akademiyasının aspiranturasını bitirmişdir (1994). Türkiyədə təhsilini davam etdirərək Xüsusi Ali Bədii dizayn məktəbini bitirmişdir (1997). 1998-ci ildən peşəkar modelyer kimi moda sahəsində fəaliyyət göstərir. "Sirr", "Neft ilahəsi", "Ays", "Ümid ritmləri" kimi moda kolleksiyaları Rusiya, Qazaxıstan, Gürcüstan, Belarus və Almaniyada nümayiş etdirilmişdir. "EKSPO-2000" Ümumdünya sərgisində və bir sıra beynəlxalq moda müsabiqələrində münsiflər heyətinin üzvü və sədri olmuşdur.
Mərziyə Afham
Mərziyə Afham (11 yanvar 1965, Şiraz) — İran İslam Respublikasının Malayziyadakı fövqəladə və səlahiyyətli səfiri (2015-ci ildən) Mərziyə Afham 2013-cü ildə İranda Xarici İşlər Nazirliyinin ilk qadın mətbuat katibi statusuna sahib olmuşdu. 2015-ci ildə isə İranın ilk qadın səfiri olaraq tarixə düşüb.
Mərziyə Davudova
Mərziyyə Yusif qızı Davudova (Dautova) (25 noyabr (8 dekabr) 1901, Həştərxan – 6 yanvar 1962, Bakı) — Azərbaycanın teatr və kino aktrisası, SSRİ xalq artisti (1949), Azərbaycan SSR xalq artisti (1936), Azərbaycan Teatr Cəmiyyətinin sədri (1956–1961). == Həyatı == Mərziyə Davudova 8 dekabr 1901-ci ildə Həştərxanın Sarevo çayının sahilində yerləşən eyniadlı kənddə anadan olmuşdur. 1908–1912-ci ildə kəndlərindəki dördillik "Darültəhsil", 1912–1915-ci illərdə "Qaliyə" və 1915–1918-ci illərdə "İqbal" rus-tatar məktəblərində oxumuşdur. Bu dövrlərdə teatr fəaliyyətinə başlamış, burada həvəskarların hazırladıqları tamaşalarda oynamışdır. Hüseyn Ərəblinski 1918-ci ildə Həştərxanda qastrolda olarkən onun oyununu bəyənmiş və onu Bakıya dəvət etmişdi. 1919-cu ildə anasını itirdikdən sonra Bakıya gəlmişdir. İlk dəfə Birləşmiş Dövlət Teatrosu nəzdində Türk Dram Teatrosu kollektivinə aktrisa qəbul edilib. Arada çox qısa müddət Tiflis Azərbaycan Dram Teatrında və Bakı Türk İşçi Teatrında işləsə də, ömrünün sonunadək Akademik Milli Dram Teatrının aparıcı sənətçilərindən olmuşdur. 1956–1961-ci illərdə Azərbaycan Teatr Cəmiyyətinin (hazırkı Azərbaycan Teatr Xadimləri İttifaqı) sədri vəzifəsində işləmişdir. Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.
Qədriyə Teymurbulatova
Qədriyə Teymurbulatova və ya Kadriya Temirbulatova (rus. Темирбула́това Кадрия Уразбаевна; d. 14 dekabr 1948, SSRİ, RSFSR, Dağıstan MSSR, Noqay rayonunun Terekli-Məktəb kəndi – ö. 30 iyun 1978, SSRİ, RSFSR) — görkəmli noqay şairi. == Həyatı == Qədriyə Orazbay qızı Teymurbulatova 14 dekabr 1948-ci ildə Rusiyanın Dağıstan MSSR-nın Noqay rayonunun Terekli-Məktəb kəndidində çoban ailəsində anadan olmuşdur. Qədriyəni 1954-cü ildə, hələ 5 yaşı tamam olmamış kəndlərindəki orta məktəbin birinci sinfinə aparırlar. Həmin illərdə uşaqlar 7 yaşından birinci sinifə qəbul edilirdilər. Ona görə də Qədriyə sinifdəkilərdən həm yaşca kiçik, boyca da balaçaymış. Buna baxmayaraq iti qavramasıyla, dərin zəkasıyla sinif yoldaşları arasında seçilərək müəllimlərinin sevimlisinə çevrilir. 1965-ci ildə Terekli-Məktəb kənd orta məktəbini bitirərək, Həmzət Sadasa adına Mahaçqala Dövlət Pedaqoji İnstitutunun Filalogiya fakültəsinə daxil olmuşdur.
Məktəbi-tərbiyə
Məktəbi-tərbiyə və ya "Tərbiyə" məktəbi— Naxçıvan şəhərində XIX əsrə aid məktəb. == Haqqında == Məktəbi-tərbiyə 1894-cü ildə görkəmli maarifçi-pedaqoq Məhəmməd Tağı Sidqi tərəfindən Naxçıvan şəhərində təsis edilmişdir. Məktəbdə dünyəvi fənlərin tədrisinə ciddi fikir verilir, ana dili ilə yanaşı rus dili və ədəbiyyatı da öyrədilirdi. 1896-cı ildə məktəb üçün yeni bina tikilmişdi. Onun inşasına Hacı Zeynalabdin Tağıyev, general-leytenant İsmayıl xan Naxçıvanski yaxından köməklik göstərmişdilər. Məktəb az vaxtda Naxçıvanın ədəbi-mədəni həyatının mərkəzlərindən birinə çevrilmişdi. Burada yerli ziyalıların iştirakı ilə teatr tamaşaları göstərilir, ədəbi əsərlərin müzakirəsi keçirilir, yubiley gecələri təşkil olunurdu. Aleksandr Puşkinin anadan olmasının 100 illiyi münasibətilə keçirilən yubiley gecəsində (26 may 1899) Məhəmməd Tağı Sidqi şairin həyat və yaradıcılığı haqqında məruzə etmişdir. Cəlil Məmmədquluzadə bu məktəbi "yeniyetmə müəllim və ədiblər üçün darülürfan" adlandırmışdır. 1896-cı ildə Rus-tatar (Rus–Azərbaycan) məktəbinə çevrilərkənməktəbinin fəxri nəzarətçisi Bəhram xan Naxçıvanski olmuş, sonra o yerini istefada olan rotmeyster Cəfərqulu xan Naxçıvanskiyə vermiş, daha sonra isə Mirzə Ələkbər Süleymanov özünün yazdığına görə 1897-ci ildə məktəbin müdiri təyin edilmişdir.
Mərziyə Məhərrəmova
Mərziyə Məhərrəmova (d. 14 aprel 1996) — Azərbaycanlı ağır atlet. == Həyatı == Mərziyə Məhərrəmova 14 aprel 1996-cı ildə anadan olub. == Karyerası == Mərziyə Məhərrəmova beynəlxalq səviyyədə birinci yarışına 2013-cü ildə qatıldı. Həmin il o, Özbəkistanın paytaxtı Daşkənd şəhərində baş tutan Yeniyetmələrin Dünya Çempionatında qüvvəsini sınadı və 12-ci yeri tutdu.
Mərziyə Xalitova
Mərziyə Xalitova (5 iyun 1956, Yanqıyol, Daşkənd vilayəti) — Krımtatar mənşəli Sovet və Ukrayna bəstəkarı. SSRİ Bəstəkarlar İttifaqının üzvü (1986), Ukrayna Bəstəkarlar İttifaqının üzvü (1993). Krım Muxtar Respublikasının Mükafatı laureatı (2000), N. V. Lusenko adına mükafat (2003), Boris adına mükafat. == Bioqrafiyası == 5 iyun 1956-cı ildə Yangiyul (Özbəkistan) şəhərində anadan olmuşdur. Anası məktəbdə coğrafiya fənni üzrə dərs deyirdi. Atası planlaşdırma iqtisadçısı olmuşdur. 1982-ci ildə Daşkənd Dövlət Konservatoriyasında Mirsadik Tacıyev və Qeroqi Muşelyanın kompozisiya sinfini bitirir. Sonda konservatoriyada xüsusi bir musiqi məktəbində kompozisiya tədris edir. 1993-cü ildə Xalitova Krıma köçür. Simferopol Musiqi Kollecində kompozisiyadan dərs deyir, Krım dövlət televiziyasında musiqi redaktoru olaraq çalışır.
Mərziyə Üskuyi
Mərziyə Əhmədi Üskuyi (fars. سكوئیا احمدی مرضيه‎) – Azərbaycan şairi və ictimai xadimi. == Həyatı == Mərziyə Əhmədi Üskuyi Güney Azərbaycanın (İran) Təbriz yaxınlığında yerləşən Üskü qəsəbəsində anadan olmuşdur. Ali pedaqoji təhsil aldıqdan sonra üç il doğulduğu Üskü qəsəbəsində müəllim işləmişdir. Erkən yaşlarında bədii yaradıcılığa başlayan Mərziyə Üskuyi şeirlərini "Dalğa" təxəllüsü ilə yazmışdır. İran şah rejiminə qarşı mübarizə apardığına görə həbs edilmişdir. Həyatının məhbəs günləri haqqında xatirələrini yazmışdır. == Mənbə == Cənubi Azərbaycan ədəbiyyatı antologiyası. Dörd cilddə, IV cild, Redaktoru Mirzə ibrahimov, Bakı: Elm, 1994 Azərbaycan qadın şairlərinin poeziya antologiyası: klassiklər və sovet dövrü (Azərbaycan və ingilis dillərində). Bakı: 2014 Güney Azərbaycan nəsri (Başlanğıcdan bu günə qədər).
Ossillyasion-fərziyyə
Ossillyasion-fərziyyə (rus. осцилляционная гипотеза, ing. oscillation hypothesis fr. oscillation) — titrəyiş, tərəddüd Xaarman tərəfindən təklif edilmiş fərziyyə. O.f. tektonik strukturların əmələ gəlməsini kosmik quvvələrin təsiri altında yaranan qabıqaltı plastik kütlənin yerdəyişməsi nəticəsində əmələ gələn yer qabığının titrəyişli hərəkətləri ilə izah edir. Xaarman qırışıqların əmələgəlməsində sıxılmanın rolunu rədd edir. Xaarman fərziyyəsinə qarşı müxtəlif etirazlar mövcuddur.
Fədayə Laçın
Fədayə Baris qızı Məmmədova (3 iyun 1977, Laçın) — Azərbaycanlı müğənni, aktrisa. == Həyatı == Fədayə Məmmədova 3 iyun 1977-ci ildə Laçın şəhərində dünyaya göz açıb. Bacısı İlahə Fəda da ifaçılıq etmişdir. Bir dəfə ailəli olan xanım müğənninin bir oğlu var. Həyat yoldaşı onu tərk edərək Rusiyaya gedib. Oğlunu tək böyütməyə məcbur olan Fədayə Laçın elə o zamandan müğənniliyə başlayıb. Fədayə Laçın Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Azərbaycanın xalq artisti, xanəndə Canəli Əkbərovun tələbəsi olub və ifaçılığın sirlərini ondan öyrənib. Fədayə Laçın C. Əkbərovun tələbəsi olması ilə yanaşı, Azərbaycanın əməkdar və xalq artisti Arif Babayevdən də dərs almışdır. Fədayə Məmmədovanı Fədayə Laçın kimi Azərbaycan tamaşaçılarına tanıdan Azərbaycanın əməkdar artisti, mərhum Məhəbbət Kazımov olub. == Karyerası == Bir çox xalq və bəstəkar mahnılarının mahir ifaçısıdır.
Fəribə Vəfi
Fəriba Vəfi (az-əbcəd. فریبا وفی‎, fars. فریبا وفی‎; 1962, Təbriz) — Azərbaycan əsilli İran yazıçısı. Onun ən məşhur əsərləri arasında "Zirzəmi quşu" və "Tibet arzusu" var. O, yaradıcılığına görə İranda çoxlu mükafata layiq görülmüşdür. Onun əsərləri Azərbaycan, türk, rus, ərəb, yapon və ingilis dillərinə tərcümə edilmişdir. == Həyatı == Fəriba Vəfi 21 yanvar 1963-cü ildə İranın Təbriz şəhərində, azərbaycanlı bir ailədə anadan olmuşdur. Onun ilk qısa hekayə kolleksiyası "Səhnənin dərinliklərində" (Dar omğe səhnə) «Çeşmə» nəşriyyatı tərəfindən 1996-cı ildə nəşr edilmişdir. Onun ikinci qısa hekayə kolleksiyası "Hətta güldüyümüz vaxtda" (Hətta vağti mixandim) «Nəşri-mərkəz» nəşriyyatı tərəfindən 1999-cu ilin payızında nəşr edilmişdir. 2002-ci ildə həmin nəşriyyat Vəfinin ilk romanını – "Zirzəmi quşu" (Pərəneyə man) əsərini nəşr etmişdir.
Fəridə Abbasova
Fəridə Abbasova (tam adı: Fəridə Nəriman qızı Abbasova; 14 fevral 1952, Bakı, Azərbaycan SSR, SSRİ – 20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == 14 fevral 1952-ci ildə Bakı şəhərində anadan olmuşdur. Evdar qadın idi. Ailəli olmuş, 2 oğlu və 1 qızı yadigar qalmışdır. Oğlu Pərviz Asif oğlu Abbasov 1-ci Qarabağ müharibəsində gedən döyüşlərdə ürəyindən aldığı güllə yarasından Şəhid olmuşdur. == Qanlı Yanvar faciəsi == Saat 00.00 radələrində Fəridə Abbasova yaşadığı evin həyətində[1] Sovet Ordusunun əsgərləri tərəfindən atılan güllələrdən biri ürəyinə dəymişdir. Təcili tibbi yardım maşını çağırılsa da, həkimlər gələnədək Fəridə aldığı xəsarətdən vəfat etmişdir. 20 yanvarda mərhumu dəfn etmək üçün onun nəşi Nardarana aparılarkən hərbçilər buna maneə olmuşdur. Buna baxmayaraq, onun meyidi gizli yollar ilə Nardarana aparılmış və Nardaran qəbiristanlığında dəfn edilmişdir. == Ünvan == Bakı şəhəri, 11-ci keçid küçəsi, 1.
Fəridə Abıyeva
Fəridə Abıyeva (d. 20 mart 1995; Bakı, Azərbaycan) — Azərbaycanlı karateçi. Fəridə Abıyeva, 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb. == Həyatı == Fəridə Abıyeva 20 mart 1995-ci ildə Bakı şəhərində anadan olub. O, ali təhsilini Bakı Dövlət Universitetində alıb. == Karyerası == Fəridə Abıyeva, 2017-ci ildə Azərbaycan bayrağı altında IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. -61 kiloqram çəki dərəcəsində çıxış edən Fəridə Abıyeva, finalda görüşündə, İran nümayəndəsi Rozita Əlipurkeşkaalesaadı 3:0 hesabı ilə məğlub etdi və IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalına sahib oldu.
Fərizə Allahverdiyeva
İlham və Fərizə Allahverdiyevlər (tam adları: İlham Əjdər oğlu Allahverdiyev (12.6.1962–20.1.1990) və Fərizə Çoban qızı Allahverdiyeva (11.8.1970–21.1.1990)) — Qara Yanvarda şəhid olmuş azərbaycanlı ailə cütlüyü. Bakının Şəhidlər Xiyabanında dəfn olunublar. 2004-cü ildən onların toy günü (30 iyun) hər il Azərbaycanda qeyri-formal olaraq "Sevgililər Günü" kimi qeyd olunur. == Həyatı == === Erkən illəri === İlham Əjdər oğlu Allahverdiyev 1962-ci il iyunun 12-də Ağdam rayonunda anadan olmuşdur. Əvvəlcə oradakı 1 saylı, sonradan Bakıdakı 54 saylı orta məktəbdə təhsil alıb. 1972-ci ildə Bakıya köçüb. Atası erkən yaşda dünyasını dəyişib. Bundan sonra İlhamı Ağdamda yaşayan nənəsinə həyan olması üçün onun yanına göndərirlər. O, Ağdamda həm zavodda işləyir, həm də nənəsinin qayğısına qalırdı. İlham 1980–82-ci illərdə Latviyada hərbi xidmət keçir.
Balaş Fərziyev
Balaş İltizam oğlu Fərziyev (6 mart 1994, Bibiyani, Lerik rayonu – 29 sentyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Balaş İltizam oğlu Fərziyev 6 mart 1994-cü ildə Lerik rayonunun Bibihoni kəndində anadan olub. Ailədə 4 qardaş olublar. Balaş evin 3-cü övladı idi. Mikayıl Qasımov adına tam orta məktəbdə oxuyub. == Hərbi Xidməti == Fərziyev Balaş 2015-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci ildə müharibə başlıyan zaman könüllü kimi yazılıb. 29 sentyabrda Füzuli uğrunda gedən döyüşlərdə mina düşməsi nəticəsində şəhid olmuşdur.
Bəhman Verdiyev
Bəhman Dilqəm oğlu Verdiyev (12 oktyabr 1995, Çeşməli, Tovuz rayonu – 9 noyabr 2020, Laçın rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Bəhman Verdiyev 1995-ci il oktyabrın 12-də Tovuz rayonunun Çeşməli kəndində anadan olub. == Hərbi xidməti == Bəhman Verdiyev 2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ilin 2-5 aprelində baş tutan döyüşlərin iştirakçısı olub. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Bəhman Verdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Xocavənd, Laçın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Bəhman Verdiyev noyabrın 9-da Laçın istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəhman Verdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəhman Verdiyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəhman Verdiyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Elburus Verdiyev
Elburus İlyas oğlu Verdiyev (1 may 1993, Aşağı Quşçu, Tovuz rayonu – 26 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elburus Verdiyev 1993-cü il mayın 1-də Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub. 2000–2011-ci illərdə İ. Mürşüdov adına Aşağı Quşçu kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. == Hərbi xidməti == Elburus Verdiyev 2011–2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elburus Verdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Elburus Verdiyev oktyabrın 26-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Tovuz rayonunun Aşağı Quşçu kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elburus Verdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elburus Verdiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Eldəniz Verdiyev
Eldəniz Rabil oğlu Verdiyev (4 oktyabr 1999, Xanlar – 2020, Murovdağ) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Eldəniz Verdiyev 1999-cu il oktyabrın 4-də Göygöl şəhərində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Eldəniz Verdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Eldəniz Verdiyev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı itkin düşüb. 2021-ci il iyunun 4-ü Eldəniz Verdiyevin Murovdağ istiqamətində nəşi tapılır və ailəsinə təhvil verilir. İyunun 5-də Göygöl şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Fikrət Verdiyev
Fikrət Verdiyev (2 sentyabr 1947, Kirovabad – 22 dekabr 2022, Bakı) — Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2022-ci ildən). == Həyatı == Verdiyev Fikrət Süleyman oğlu 1947-ci il sentyabrın 2-də Gəncə şəhərində anadan olub. Ailələrində musiqiçinin olmamasına baxmayaraq, çox kiçik yaşlarından balaca Fikrətdə sənətə maraq yaranır. 1957-ci ildə Gəncə şəhər 1 saylı musiqi məktəbində tar sinfinə gedir. 1962-ci ildə məktəbi bitirərək Qənbər Hüseynli adına Gəncə orta ixtisas musiqi məktəbinin tar sinfinə daxil olur. Təhsilini davam etdirə-etdirə Gəncə Pioner və Məktəblilər Sarayında və Mədəniyyət evində özfəaliyyət kollektivlərinə rəhbərlik edir. 13 yaşında səhnədə həm solo, həm də ansamblla çıxışlar edən Fikrət uşaqlıq yaşlarından müstəqil ansambl yaratmaq arzusunda olur. Hətta 1960-cı ildə Bakıda respublika üzrə pioner və məktəblilər sarayı kollektivləri arasında keçirilən festivalda rəhbərlik etdiyi kollektiv qalib gəlir. O dövrdə — tələbə olarkən Gəncə şəhər və Daşkəsən rayonu musiqi məktəblərində də pedaqoji fəaliyyətə başlayır. 1966-cı ildə Gəncə orta ixtisas musiqi məktəbində təhsilini başa vuraraq Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tar-dirijor, xalq ifaçısı fakültəsinə daxil olur.
Haqverdi Verdiyev
== Siyahı ==
Qurban Berdiyev
Qurban Bekiyeviç Berdiyev (türkm. Gurban Bekiýewiç Berdiýew; 25 avqust 1952-ci il, Aşqabad, Türkmənistan SSR, SSRİ) — sovet, Türkmənistan futbolçusu, müdafiəçi, yarımmüdafiəçi, Rusiya futbol məşqçisi. SSRİ idman ustası (1980). == İstinadlar == == Mənbə == Профиль Курбана Бердыева на официальном сайте ФК «Ростов». Arxivləşdirilib 2015-02-16 at the Wayback Machine // fc-rostov.ru Профиль Курбана Бердыева на официальном сайте ФК «Рубин». Arxivləşdirilib 2010-10-29 at the Wayback Machine // rubin-kazan.ru Профиль Курбана Бердыева, главного тренера ФК «Ростов» (Ростов-на-Дону). Статистика по турнирам, результаты матчей. // soccer.ru Андрей Анфиногентов и Евгений Дзичковский из Казани. Курбан Бердыев: «Успеть бы только завершить…» (часть 1). // sport-express.ru (5 ноября 2008 года) Андрей Анфиногентов и Евгений Дзичковский из Казани.
Saməddin Fərziyev
Saməddin Mehman oğlu Fərziyev (20 iyun 2001; Xanəgah, Lerik, Azərbaycan — 12 oktyabr 2020; Xocavənd, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Saməddin Fərziyev 20 iyun 2001-ci ildə Lerik rayonunun Xanəgah kəndində, zəhmətkeş bir ailədə anadan olub. Atası Mehman kişi fiziki qüsurludur. Ailədə 3 qardaş və 3 bacı olublar. Böyük qardaşı Samid uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib və 2017-ci ildə, 25 yaşında dünyasını dəyişib. Uşaqlıq illərini doğulduğu kənddə keçirən Saməddin orta təhsilini şəhid Qiyas Əhmədov adına Xanəgah kənd tam orta məktəbində alıb. Daha sonra Lökbatana köçüblər. Saməddin qarışıq döyüş sənətləri (MMA) və qaydasız döyüşlə məşğul olub, qatıldığı idman yarışlarında dəfələrlə birinciliklər, diplom və sertifikatlar əldə edib. == Hərbi xidmətləri == Orta təhsilini başa vurduqdan sonra Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə göndərilib. Xidmətini layiqincə yerinə yetirən Saməddin 2020-ci ilin iyulunda Ermənistanın növbəti təxribatları nəticəsində başlanan Tovuz döyüşlərinin iştirakçısı olub.
Səfər Verdiyev
Sə­fər Xəlil oğ­lu Ver­di­yev (1923, Yanşaq, Kəlbəcər rayonu – 27 avqust 2003) — Yardımlı və Kəlbəcər Rayon Partiya Komitəsinin I katibi; Azərbaycan SSR Ali Sovetinin VIII çağırış deputatı. == Həyatı == Səfər Verdiyev 1923-cü il­də Kəlbəcər rayonunun Yanşaq kən­din­də ana­dan ol­muş­dur. Kəlbəcər Rayon Komsomol Komitəsinin I katibi işləmişdir. Kəlbəcər Rayon Partiya Komitəsinin III katibi və I katibi vəzifələrində çalışıb. Laçın rayonunda Ərazi Partiya Komitəsinin sədri, Yardımlı Rayon Partiya Komitəsinin I katibi də olmuşdur. Şamaxı rayon XDS İK-nın sədri, Azərbaycan KP MK-nın plenumun üzvü, 2 çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub. Böyük Vətən Müharibəsi veteranı idi. == Təltifləri == 2 dəfə "Qırmızı Əmək Bayrağı", 2 dəfə "Şərəf Nişanı" ordenləri ilə təltif olunub.