Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Faizli svop
Meşəlik faizi
Meşəlik faizi ərazinin meşə ilə örtülmə dərəcəsi olub meşə ilə örtülü sahənin ümumi sahəyə (məs. respublikanın, meşə təsərrüfatının və s.) nisbəti ilə təyin olunur; faizlə ifadə olunur. Respublikanın ayrı-ayrı rayonlarında fiziki-coğrafi, iqlim və torpaq şəraitindən asılı olaraq meşəlik faizi müxtəlifdir (şək.2). Meşəlik faizinin dinamikası insanın təsərrüfat fəaliyyətinin təsiri altında gedir. Meşələr respublikanın ərazisində qeyri-bərabər paylanmışdır. Meşənin əsas hissəsi (90%) dağ yamaclarında, az hissəsi (10%) isə düzəndə yerləşir. Meşə ilə örtülü sahənin 40%-i Böyük Qafqazda, 33%-i Kiçik Qafqazda və 17%-i Talışda yayılmışdır. Ən yüksək meşəlik faizi (40%-dən çox) ilə Böyük Qafqazın cənub makroyamacı rayonları (Balakən, Zaqatala, Oğuz, Qəbələ, İsmayıllı), Qarabağın dağlıq hissəsi (Ağdərə və Xankəndi rayonları) və qismən Talış (Astara rayonu) xarakterikdir. Orta meşəlik faizi (20-40%) ilə səciyyələnən ərazilər Böyük Qafqazda (Şəki, Quba rayonları), Kiçik Qafqazda (Gədəbəy, Daşkəsən, Kəlbəcər və Laçın rayonları) və Talışda (Lerik, Masallı rayonları) yerləşir. Orta meşəlik faizindən aşağı olan (10-20%) ərazilər Kiçik Qafqazın qərb rayonları (Qazax və Tovuz) üçün səciyyəvidir.
Fizali
Naibli
Naibli — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd ərazisi 20 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb.
Qrizli
Qrizli (lat. Ursus arctos horribilis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin ayı cinsinin qonur ayı növünə aid heyvan yarımnövü. Qrizli ayıları ağırlığı ən azı 500 kq olan, dünyanın ən böyük və qorxulu yırtıcılarından biridir. ABŞ-də yaşayan qrizli ayıları qəzəblənərkən qarşısına çıxanı parçalamağa çalışırlar.
Əzizli
Əzizli (Xaçmaz) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Əzizli (Ərdəbil) — İranın Ərdəbil ostanının Germi şəhristanı, Ojarud-e Qərbi kəndistanı ərazisinə daxil olan kənd. Əzizli (Göyçə) — Göyçə mahalında kənd. Əzizli (Əhər) — İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd.
Fizuli
Məhəmməd Füzuli (ərəb. محمد بن سليمان‎) (təq. 1494, Ağqoyunlu dövləti – 1556, Osmanlı imperiyası), daha çox sadəcə Füzuli (fars. فضولی‎) təxəllüsü ilə tanınır — XVI əsr Azərbaycan şairi. O, ana dili olan azərbaycanca, həmçinin farsca və ərəbcə şeirlər yazmışdır. Füzuli türkdilli ədəbiyyatın ən böyük şairlərindən biri, həm Azərbaycan, həm də Osmanlı ədəbiyyatının görkəmli simalarından biri kimi qəbul edilir. Füzulinin yaradıcılığı XVI–XIX əsrlərdən Mərkəzi Asiyaya və Hindistana qədər uzanan fars-türk mədəniyyət sahəsində geniş şəkildə tanınmış və təqdir edilmişdir. 1494-cü ildə indiki İraq ərazisində anadan olan Füzuli uşaqlıqda yaxşı təhsil almış, ədəbiyyat, riyaziyyat, astronomiya və xarici dilləri öyrənmişdir. Onun sağlığında Füzulinin doğma yurduna nəzarət Ağqoyunlu, Səfəvi və Osmanlı imperiyaları arasında dəyişmişdir. O, hər üç imperiyanın dövlət səlahiyyətliləri üçün şeirlər yazmış, ilk şeirini Ağqoyunlu şahı Əlvənd mirzəyə həsr etmişdir.
Fazil
Fazil — Kişi adı. Fazil İrəvani — Fazil Mustafa — Fazil Mehdiyev — Fazil Məmmədov (dəqiqləşdirmə) Fazil Məmmədov Fazil Məmmədov (neftçi alim) Fazil İbrahimov — Fazil Cabbarov — Fazil Şirvani Digər Fazıl (əvvəlki adı: Fazil) — Azərbaycan Respublikasının Şəki rayonunun inzibati ərazi vahidində kənd.
Fəzli
Fəzli Çələbi Füzulizadə (Əski əlifba ilə: فضلی چلبی فضولی زاده; c. 1543–1605) və ya daha çox bilinən adı ilə Fəzli (فضلی) – XVI əsrdə yaşamış və şeirlər yazmış şair. Onun yaradıcılığının əsasını Azərbaycan türkcəsində, farsca və ərəbcə yazdığı şeirlər təşkil edir. Məhəmməd Füzulinin oğlu olan Fəzli xronoqramlar yaratmaqda və şeirlərində tapmacalardan istifadə etməkdəki istedadına görə seçilməkdə idi. Yaradıcılığı zamanı həm əruz, həm də heca vəznində şeirlər yazmışdır. == Adı == Fəzlinin əsl adı Fəzli Çələbi Füzulizadədir. O, Fəzli ləqəbi ilə şeirlər yazmışdır. Fəzli sözünün mənası "comərdlik və ya bolluq" anlamına gəlməkdədir. Mütəxəsislər bu anlam ilə onun atasının ləqəbinə işarə etdiyini bildirirlər. Belə ki, atasının ləqəbi olan Füzuli sözünün mənası da "qürurlu, çoxlu", həm də "uca, üstün, fəzilətli" kimi tərcümə olunur.
Aioli
Aioli sarımsaqlı evdə hazırlanan mayonezdir. Soyuq və ya isti qaynadılmış balıq, soyuq ət yeməkləri, salatlar və tərəvəz yeməkləri ilə bərabər verilir. == Hazırlanması == Sarımsağı yumurta sarısı və duz ilə bərabər sarımsaq əzəndə əzin. Mayonez konsistensiyasına çatana qədər qarışdıraraq yavaş-yavaş zeytun yağı əlavə edin. == İstifadəsi == Provansda aioli qarni yeməyi qaynadılmış treska, ilbiz, şüyüd, mixəkli soğan, yerkökü, yaşıl lobya, ənginar, kartof, qaynadılmış yumurta və göyərti ilə duzlu suda bişirilmiş xırda səkkizayaqlıları aioli sosu ilə boşqaba düzərək hazırlanır. Qızardılmış balıq üçün aioli vinagrette sousu: əzilmiş qoz, badam, fındıq və çörək qırıntıları süzgəcdən keçirilir. Süd və əzilmiş sarımsaq qarışığı ilə isladılır və süfrəyə verilməzdən əvvəl zeytun yağı, limon və sirkə ilə qarışdırılır.
Eldəniz Əzizli
Eldəniz Yəmən oğlu Əzizli (20 aprel 1992, Beyləqan rayonu) — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi. 3 dəfə Dünya, 2 dəfə isə Avropa Çempionatlarının qalibi olan titullu güləşçidir. Karyerasının birinci illərində Eldəniz Əzizli 3 dəfə (2007, 2008, 2009) gənclər arasında Avropa Çempionatının, 2 dəfə (2010, 2011) yeniyetmələr arasında Avropa Çempionatının qızıl medallarına sahib oldu. 2010 və 2012-ci illərdə isə yeniyetmələr arasında Dünya Çempionatının qalibi olan Eldəniz Əzizli 2018-ci ildən etibarən ardıcıl olaraq altı dəfə Avropa Çempionatında, beş dəfə isə Dünya Çempionatında medallara sahib olub. Eldəniz Əzizli əvvəl 2018-ci ildə Rusiyada Avropa Çempionatının, Macarıstanda isə Dünya Çempionatının qalibi olmaqla mövsüm ərzində "qızıl dubl" elədi. Daha sonra 2019 və 2021-ci illərdə Dünya Çempionatını və 2019–2021-ci illərdə Avropa Çempionatını bürünc medallarla başa vuran Eldəniz Əzizli 2022-ci ildə növbəti dəfə mövsüm ərzində həm Dünya, həm də Avropa Çempionatlarının qalibi oldu. 2023-cü ildə isə Avropa Çempionatının final görüşündə məğlub olaraq gümüş medala sahib olan Eldəniz Əzizli həmin il Belqrad şəhərində üçündü dəfə Dünya Çempionatının qalibi oldu. Eldəniz Əzizli 1985–1987-ci illərdə SSRİ adına Dünya çempionu olan yunan-roma güləşçisi Məhəddin Allahverdiyev və 2014–2017-ci illərdə Azərbaycan adına Dünya çempionu olan sərbəst güləşçi Hacı Əliyevdən sonra üç dəfə Dünya Çempionatının qalibi olmağı bacaran üçün azərbaycanlı güləşçi oldu. == Həyatı == Eldəniz Əzizli 1992-ci il aprelin 20-də Beyləqan şəhərində anadan olub. Beyləqan şəhərində Mehdi Mehdizadə adına 3 nömrəli tam orta məjtəbin VII sinifə qədər təhsil alıb.
Elnur Əzizli
Faizlər razılaşması
Faizlər razılaşması — dördüncü Moskva konfransı zamanı əldə olunan, İkinci dünya müharibəsindən sonra cənub-şərqi Avropa regionunun hansı nüfuz dairələrinə bölünəcəyini müəyyən edən Çörçill-Stalin razılaşmasıdır. Bu razılaşma ictimaiyyətə Çörçill tərəfindən açıqlanmışdı. Ruzvelti konfransda təmsil edən ABŞ səfiri Averel Herriman bu xüsusi müzakirələrdən kənarda saxlanılmışdı. == Razılaşma == 1944-cü il oktyabrın 9-da Moskva konfransında görüşən Çörçill və Stalin Avropanın nüfuz dairələrinə bölünməsini müzakirə edirlər. Burada Vinston Çörçill təklif edir ki, Rumıniyanın 90%-i və Bolqarıstanın 75%-i SSRİ-yə, Yunanıstanın 90%-i Böyük Britaniyaya verilsin, Yuqoslaviya ilə Macarıstan isə yarı-yarıya bölüşdürülsün. Təklif Stalinə tərcümə olunarkən, Çörçill bir kağıza bölüşdürmə faizlərini qeyd edir və kağızı Stalinə ötürür. Təklif tərcümə olunduqdan sonra Çörçill: "Milyonların taleyini müəyyən edəcək olan bu cür məsələləri belə ayaqüstü həll etməyimiz gələcəkdə mənfi qarşılana bilər, kağızı yandıraq" — deyir, lakin Stalin "Yox, səndə qalsın" — deyə cavab verir. Çörçill bu sənədi naughty document-yaramaz sənəd adlandırırdı. İki ölkənin xarici işlər nazirləri 10, 11 oktyabr tarixlərində bölüşdürmə barəsində qərara gəlirlər. Sonda Sovet İttifaqının Bolqarıstan və Macarıstandakı payı 80% olaraq dəyişdirilir, digər faizlərə toxunulmur.
Fazilə Səmədova
Fəzilə İbrahim qızı Səmədova (29 mart 1929, Şamaxı – 8 yanvar 2020, Bakı) — akademik, kimya üzrə mühəndis-texnoloq. == Həyatı == Fəzilə İbrahim qızı Səmədova 1929-cu ildə Şamaxıda, əslən indiki Ağsu rayonunun Bico kəndindən olan ailədə anadan olmuşdur. Babası bicolu Hacı Cəbi olmuşdur. Atası İbrahim Şamaxı peşə məktəbini bitirmişdir. Fəzilə kiçik yaşlarında olarkən atası Bakıya işləməyə göndərilir və ailəsi ilə birlikdə Şamaxıdan köçməli olur. Fəzilə 1946-cı ildə Bakının 132 nömrəli orta məktəbini qızıl medalla bitirir. Qardaşı kimi o da geoloq olmaq və ekspedisiyalara səyahət etmək istəsə də, məhz qardaşının təkidi ilə Azərbaycan Sənaye İnstitutuna (1992-ci ildən Azərbaycan Dövlət Neft Akademiyası adlanır) ərizə verərək, imtahansız instituta qəbul olunur. 1951-ci ildə institu bitirərək, kimya-texnoloq mühəndisi diplomu alır. Bir il Yeni Bakı Neftayırma zavodunda mühəndis işlədikdən sonra Azərbaycan sənaye İnstitutunun Elmi Şurasının qərarı ilə 1952-ci ilin dekabrında Qubkin adına Moskva Neft İnstitutunun aspiranturasına daxil olmuş və 1955-ci ildə aspiranturanı bitirmişdir. 1956-cı ildə Moskva Neft İnstitutunda "Sürtkü yağlarının kimyəvi tərkibinin onların istismar xassələrinə təsiri" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir..
Filizli məhlullar
Filizli məhlullar (ing. ore bearing solutions, rus. растворы рудносные) — yataqların və filiz təzahürlərinin əmələ gəlmə zonasında faydalı komponentlər, o cümlədən metallar gətirən məhlullar. Fizili məhlullara misal olaraq hidrotermal məhlulları göstərmək olar.
Fizuli Bağırov
== Siyahı ==
Fizuli Cavadov
Fizuli Məmmədov
Füzuli Məmmədov (aktyor)
Fizuli Salahov
Fizuli Süleymanov
Fizuli Şirinov
Fizuli Əliyev
Məhəmməd Fizuli
Məhəmməd Füzuli (ərəb. محمد بن سليمان‎) (təq. 1494, Bağdad, Ağqoyunlu dövləti, Nəcəf, Ağqoyunlu dövləti, Hillə, Ağqoyunlu dövləti və ya Kərbəla, Ağqoyunlu dövləti – 1556, Kərbəla, Osmanlı imperiyası və ya Bağdad, Bağdad əyaləti[d], Osmanlı imperiyası), daha çox sadəcə Füzuli (fars. فضولی‎) təxəllüsü ilə tanınır — XVI əsr Azərbaycan şairi. O, ana dili olan azərbaycanca, həmçinin farsca və ərəbcə şeirlər yazmışdır. Füzuli türkdilli ədəbiyyatın ən böyük şairlərindən biri, həm Azərbaycan, həm də Osmanlı ədəbiyyatının görkəmli simalarından biri kimi qəbul edilir. Füzulinin yaradıcılığı XVI–XIX əsrlərdən Mərkəzi Asiyaya və Hindistana qədər uzanan fars-türk mədəniyyət sahəsində geniş şəkildə tanınmış və təqdir edilmişdir. 1494-cü ildə indiki İraq ərazisində anadan olan Füzuli uşaqlıqda yaxşı təhsil almış, ədəbiyyat, riyaziyyat, astronomiya və xarici dilləri öyrənmişdir. Onun sağlığında Füzulinin doğma yurduna nəzarət Ağqoyunlu, Səfəvi və Osmanlı imperiyaları arasında dəyişmişdir. O, hər üç imperiyanın dövlət səlahiyyətliləri üçün şeirlər yazmış, ilk şeirini Ağqoyunlu şahı Əlvənd mirzəyə həsr etmişdir.
Qazili (Miyanə)
Qazili (fars. قاضيلو‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 98 nəfər yaşayır (28 ailə).
Sabir Əzizli
Qrızlı
Qrızlar və ya Qırızlar — "Şahdağ xalqları" kimi fərqləndirilən Azərbaycanın milli etnik nümayəndələri. Azərbaycanın Şimal zonasında Quba və Xaçmaz rayonlarının bəzi kəndlərində yaşayan, qrız dilində danışan, təxminən 1000 nəfərdən ibarət kiçik etnik qrupdur. Nax-Dağıstan dil ailəsinin ləzgi dil qrupuna aid qrız dilində danışırlar. Qrızlar İslam dinin Sünni təriqətinə aiddilər. Qrızların sayı haqqında müxtəlif məlumatlar var. N.K.Zeydlisin 1886-ci ilə aid məlumatlarına görə qrızlıların sayı 7767 nəfər olub. 1926-cu ilin siyahalınmasına görə qrızlıların sayı 2600 nəfər idi. 1959-cu ilin siyahalınması zamanı qrızlılar ayrıca bir qrup kimi qeydə alınmamışdır. "Кавказский этнографический сборник, том 3" kitabında qrızlıların sayı 9704 nəfər kimi qeyd olunmuşdur. 2005-ci ildə nəşr olunan "The Sociolinguistic Situation of the Kryz in Azerbaijan"-ın Vəli Xıdırova istinadən verdiyi məlumata görə Azərbaycanda qrızların sayı 10 000-15 000 arasında dəyişir.
Fazıl
Fazıl (əvvəlki adı: Fazil) — Azərbaycan Respublikasının Şəki rayonunun İbrahimkənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəki rayonunun Aşağı Küngüt kənd inzibati-ərazi vahidi tərkibindəki Fazil kəndi Fazıl kəndi adlandırılmışdır. == Toponimikası == Oykonim 1917-ci ildə Fazilli, 1933-cü ildə isə Fazılkənd variantında qeydə alınmışdır. Yerli əhalinin verdiyi məlumata görə, yaşayış məntəqəsinin əsasını Fazil adlı şəxs qoyduğuna görə kənd onun adını daşıyır. == Tarixi == === Tarixi abidələri === Şəkinin Fazıl kəndində "Əbədi sükut dünyası" labirinti yerləşir və ətrafındakı həyətyanı sahələrindən vaxtaşırı olaraq müəyyən tapıntılar üzə çıxır. Arxeloqların sözlərinə görə, məişət avadanlıqları o dövrdə insanlarda sağa meyilliyin yüksək olmasını göstərir. Belə ki, aşkarlanan qablarda olan qulp hissələr yalnız sağ əllə götürmək üçündür. Təpəbaşı abidəsinin yerləşdiyi ərazinin əhalinin inanc yeri olduğunu labirintdə tapılan ana və ata bütləri sübut edir. == Coğrafiyası və iqlimi == Kənd Əyriçayın sahilində, Alazan-Əyriçay çökəkliyində yerləşir. == Əhalisi == Kəndin əhalisi 403 nəfər təşkil edir ki, onun da 194 nəfəri kişi, 209 nəfəri isə qadındır.
Nazlı
Nazlı bu mənaları ifadə edə bilər: Nazlı (ad) Nazlı (film, 2017) — tammetrajlı bədii komediya janrlı Azərbaycan filmi. Nazlı (Urmiya) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. Nazlı mahalı — Urmiya vilayətinin inzibati bölgələrindən biri idi. Nazlıçay — İranın Qərbi Azərbaycan ostanı vasitəsilə axan çay.