Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hey gidi günler (mahnı)
Hey gidi günler — azərbaycanlı müğənni Aygün Kazımovanın mahnısıdır. Mahnının söz və musiqisi Elvin Mehmanlıya, aranjimanı Ramin Vəlibəyov, düzənləməsi isə Elmin Təhməzə aiddir. 16 iyul tarixində "Bazar sürprizi" yaşandı. Bu hadisəni Aygün Kazımova özü belə adlandırdı. Anonssuz şəkildə "Heyy gidi günler" mahnısı yayımlandı.
Fidi
Eramızdan əvvəl 480-430-cu illərdə yaşayan Fidi e.ə. V əsrin yunan heykəltaraşı, rəssam və memarı olub. O əsasən klassik yunan memarlarının ən məşhurlarından biri kimi tanınır. Onun müəllifi olduğu Olimpdəki Zevs heykəli qədim dünyanın 7 möcüzəsindən biridir. Fidi həmçinin "Afina Parfenonu" kimi tanınan Afina akropolundakı ilahə Afinanın heykəlinin və Afina ilə Propilea arasında duran və Afina akropoluna giriş kimi xidmət göstərən nəhəng tunc Afina Promachos –un müəlifidir. Fidi memar Kramidin oğlu idi. Keçmişdə belə güman edirdilər ki, onun müəllimləri Hegias və Hageladas olub. Peloponnes müharibəsinə qədər Fidi Parfenonun içərisindəki Afina heykəli üçün ayrılmış qızılı mənimsəməkdə günahlandırlırdı, düşmənləri onun əleyhinə Menon adlı yalançı şahid tapdılar və Fidi həbsxanada qalaraq öldü. == Marafon döyüşü == Baxmayaraq ki, hazırda ona aid olduğuna əmin olduğumuz həqiqi bir nümunə yoxdu. Ona aid olduğu güman olunan çoxsaylı Roma nüsxələri mövcuddur.
Givi
Givi, Kivi və ya Küyü — İrannın Ərdəbil ostanının Kövsər şəhristanında şəhər. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 6,467 nəfər və 1,721 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar. 120 kəndi vardır və Ərdəbilin cənub hissəsində, şəhərdən 70 kilometrlik məsafədə yerləşmişdir. Şimaldan Xalxal (Hirov) (Xalxal bölgəsinin mərkəzi), şərqdən Talış dağlarına, qərbdən Miyana bölgəsi, Qızılüzən çayı və Bacılar sıra dağları ilə əhatə olunur. Şəhərdə 50 il əvvəl bələdiyyə yaradılmışdır. Şəhər iki hissədən ibarətdir: Yuxarı Küyü (ikinci məntəqə) və Aşağı Küyü (birinci məntəqə). Küyünün islamdan öncə adı "Dörd Evlər" imiş. Tanınmış məhəllələri bunlardır: == Aşağı Givi == Dəmirçi, Sitallı, Gəylər, Bazar. == Yuxarı Givi == Yuxarı məhəllə, Aşağı məhəllə, Xanlıq bağı, Kəvərə, Xanlıq, Hundur Arxı, Ərəneş.
Jidi
Jidi — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Lənkəran rayonunun Gəgiran kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Jidi kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Toponimikası == Jidi kəndinin adı talış dilində "ji" yaşamaq, yaşayış "di" kənd sözlərindən təşkil olunmuşdur. Yəni "yaşayış yeri" deməkdir. Kəndin digər etimoloji izahı onun Köhnə Gəgiran (talışca adı: Kanə Qəqır) kəndindən aşağıda yerləşməsinə görə izah olunaraq "jin" aşağı, "di" kənd sözlərinin birləşərək Jindi və daha sonra indiki halına gələrək Jidi kimi tələffüz edilməsi ilə izah olunur. Qeyd edək ki Jindi adında Lerik rayonunda kənd var. == Tarixi == 1999-cu ilə qədər Gəgiran kəndinin məhəlləsi sayılıb. == Coğrafiyası və iqlimi == Kənd Lənkəran rayon mərkəzindən 43 kilometr məsafədə yerləşir. Qonşu kəndləri Gəgiran, Diryan, Tuado. == Əhalisi == Kəndin əhalisi etnik talışlardan ibarətdir.
Dünya
Yer — Günəşə yaxınlığına görə Günəş sistemindəki üçüncü planet və həyat aşkar olunan yeganə göy cismi. Radiometrik tanışlıq və digər dəlillərə görə Yer 4,5 milyard il əvvəl yaranmışdır. Yerin cazibə qüvvəsi kainatdakı digər cisimlərə, xüsusən də Yerin yeganə təbii peyki olan Aya və Günəşə qarşılıqlı təsir göstərir. Yer 365 gün ərzində Günəş ətrafında öz orbiti boyu hərəkət edir. Bu müddət ərzində Yer öz oxu ətrafında 365 (366) dəfə fırlanır. Yerin fırlanma oxunun sabit müstəviyə əyilməsinə görə Yerdə fəsillər yaranır. Yer ilə Ay arasındakı qravitasiya qarşılıqlı əlaqəsi qabarma və çəkilmələrə səbəb olur. Yer Günəş sistemindəki ən sıx planetdir və dörd daxili planetin (Günəşdən olan uzaqlığa görə daxili planetlər —Merkuri , Venera , Yer, Mars) ən böyüyü və ən ağırıdır. Yerin xarici təbəqəsi (litosfer) milyonlarla ildir ki, səth boyunca hərəkət edən bir neçə sərt tektonik plitələyə bölünmüşdür. Yer səthinin təxminən 29 %-i qitələr və adalardan ibarət qurudur.
Bulbophyllum bidi
Bulbophyllum unguiculatum (lat. Bulbophyllum unguiculatum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum breviflorum növü Sulavesi, Kalimantan, Yava və Sumatra ərazilərində yayılmışdır == Sinonim == Bulbophyllum bidi Govaerts Bulbophyllum pumilio Ridl. [Illegitimate] Bulbophyllum reilloi Ames Bulbophyllum teres Carr Phyllorchis unguiculata (Rchb.
Cin Midi
Cin Midi (e.ə. 134, Vençjou[d], Çjetszyan – e.ə. 86) — Hun şahzadəsi, Du markizi, İmperator Çaonun qəyyumu. == Gəncliyi == Cin Midinin əsl hun soyadı bəlli deyil. O, eramızdan əvvəl 134-cü ildə babası Günçen şanyünün hakimiyyəti dövründə Qansuda doğulmuşdu. Atası Syuçu şahzadəsi idi. Syuçu və Hsinşi şahzadələri Hunların sərhəd bölgələri olan Heksi korridorunu idarə edirdilər. E.ə. 126-cı ildə hun taxtına keçən İçiz şanyü dövründə Çin sərkərdə Huo Kubinqin başçılığı ilə 10.000 atlı ilə birgə hücuma keçdi. Əsəbləşən İçiz məğlub olan iki sərkərdəni, şahzadə Hunye və Syuçunu yanına çağırdı.
Didi Bekami
Didi Bekami (gürc. დიდი ბეკამი) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. == Əhali == 2002 siyahıyaalmaya görə kəndin əhalisi 308 nəfər idi. 2014-cü ildə 180 nəfər yaşayırdı. == Ədəbiyyat == Gürcüstan Sovet Ensiklopediyası, III cild, səh.
Didi Keleti
Didi Keleti (gürc. დიდი ყელეთი) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. == Əhali == 2002 siyahıyaalmaya görə kəndin əhalisi 60 nəfər idi. 2014-cü ildə 22 nəfər yaşayırdı. == Ədəbiyyat == Gürcüstan Sovet Ensiklopediyası, III cild, səh.
Didi Lilo
Didi Lilo ( gürc. დიდი ლილო ) - Gürcüstanda Tbilisi mərkəzindən 4.5 km şərqdə şəhər tipli bir qəsəbə. Tiflis bələdiyyəsinin bir hissəsidir (cari statistika Tiflis şəhərindəki şəhər tipli qəsəbəni nəzərə alır) . 2008-ci ilə qədər Kvemo Kartli bölgəsinin Gardaban bələdiyyəsinin bir hissəsi idi. == Əhali == Əhalisi 2417 nəfərdir (2014) , əsasən gürcülərdir . == Tarix == Didi Lilo Stalinin Vissarion Cuqaşvilinin doğulduğu yerdir. 1974-cü ildə Didi Lilo şəhər tipli qəsəbə statusunu aldı. Gürcüstan Ədliyyə Nazirliyinin arxivləri və Tbilisi Eksperimental Karbid Materialları Zavodu burada yerləşir. 2013-cü ilin əvvəlində Didi Liloda yerli mediada geniş yer alan bir qalmaqal baş verdi. Yanvarın 28-dən bəri kəndin 50-yə yaxın sakini zibil maşınlarının ora girməsinin qarşısını alaraq məişət tullantıları poliqonuna aparan yolu bağladı.
Didi Plevi
Didi Plevi (gürc. დიდი ფლევი) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. == Əhali == 2002 siyahıyaalmaya görə kəndin əhalisi 530 nəfər idi. 2014-cü ildə 390 nəfər yaşayırdı. == Ədəbiyyat == Gürcüstan Sovet Ensiklopediyası, III cild, səh.
Didi Sative
Didi Sative (gürc. დიდი სატივე) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. == Əhali == 2002 siyahıyaalmaya görə kəndin əhalisi 374 nəfər idi. 2014-cü ildə 293 nəfər yaşayırdı. == Ədəbiyyat == Gürcüstan Sovet Ensiklopediyası, III cild, səh.
Didi Txinala
Didi Txinala (gürc. დიდი თხინალა) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. == Əhali == 2002 siyahıyaalmaya görə kəndin əhalisi 0 nəfər idi. 2014-cü ildə 0 nəfər yaşayırdı. == Ədəbiyyat == Gürcüstan Sovet Ensiklopediyası, III cild, səh.
Didi Türkoba
Didi Türkoba (Böyük Türküstan), qədim gürcü tarixçiləri Gürcüstanı iki hissəyə bölürdülər Kartveloba(yəni hərfən sırf Gürcüstan) və Didi Türkoba(hərfən Böyük Türküstan) == Türklərin Gürcüstanda ilk zühuru == Türklərin Şimali Qafqazda təsdiq olunmuş erkən zühuru kimi 4-cü əsri götürmək olar. Qaynaqlara görə, bu mərhələdə ən çox bulqarlar(barsillər) fəallıq göstərirdilər IV-cü əsrin 70-ci illərində bütün Şimali Qafqazı tutan, hun-bulqarlar 395-ci ildə Cənubi Qafqaza o cümlədən Gürcüstana ilk yürüşlərini etdilər Belə ki VI-əsr bizanslı tarixçisi Aqafinin məlumatına görə, Kutaisi yaxınlığındakı qalalardan biri artıq o vaxt Onoquris adlanırdı ki bu onogurlarla bağlıdır V-ci əsr suriyalı qaynaqda deyilir ki, , bizanslı imperator Arkadinin (395-408)sarayında xidmət edən, əslən iver(gürcü) olan Farsman, oz vətəninə qaçaraq, orada hunlların yardımı ilə taxta çıxdı: “ İverlər üzərində hökmdar olandan sonra, o iverlərin qonşuları olan ağ hunnları özü ilə götürdü” V –ci əsrin 60-cı illərində (bu dəfə savirlərin başçılığı altında) hunlar və bulqarlar Qafqazdakı hadisələrdə fəal iştirak edirdilər. VI-cı əsrdə əsasən Gürcüstan ərazisində gedən Sasani-Bizans müharibələrində, onlar növbə ilə gah bir gah da o biri tərəfi tuturdular ki, bu müasirləri tərəfindən təfərrüatlarla təsvir olunur. Təbii ki sabirlər və başqa hun-bulqar tayfaları nəinki Gürcüstan ərazisində savaşırdılar, ama həm də orada yerləşirdilər. Xüsusi ilə bizanslı tarixçi Kayserili Prokopi (VIəsr) Qafqazın coğrafi təsvirində, sahillərində savirlərin yaşadığı Fazis(indiki Rioni)çayının qolu Boas çayını qeyd edir. Bu çay öz adını, qaynaqda deyildiyi kimi, “əlinin altında 100 min hun olan” savirlərin qadın hakimi Boariksdən götürür. == Xəzər –gürcü mərhələsi(VI-Xəsrlər) == VI –cı əsrin sonu-VII-ci əsrin əvvəlində Qafqazda dominant qüvvə kimi xəzərlər çıxış edir. Bu gün ən qədim gürcü xronikası (VII-ci əsrdə yazılıb, IX –cu əsrdə redaktə edilib) “Moksevay Kartlisay” hun mərhələsi barədə rəvayət edərək, “ Kürün sahilində olan ətrafları ilə birlikdə dörd şəhərdə yaşayan buntürkləi” qeyd edir. Sonrakı mətndən aydın olduğu kimi, bu “buntürklər” (hərfən-“əsl türklər”) “28 min ailə olmaqla”(yəni təxminən 140-170min) Sarkinə, Kaspi, Urbnisi və Odzraxe şəhərlərində yaşayırlar. Onların Gürcüstanda hakimiyəti o qədər güclü idi ki, sonradan ölkəyə gəlmiş “ döyüşkən xon(hun.
Didi Xalebi
Didi Xalebi (gürc. დიდი ხალები) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. == Əhali == 2002 siyahıyaalmaya görə kəndin əhalisi 28 nəfər idi. 2014-cü ildə 26 nəfər yaşayırdı. == Ədəbiyyat == Gürcüstan Sovet Ensiklopediyası, III cild, səh.
Didi Xavleti
Didi Xavleti (gürc. დიდი ხავლეთი) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. == Əhali == 2002 siyahıyaalmaya görə kəndin əhalisi 35 nəfər idi. 2014-cü ildə 0 nəfər yaşayırdı. == Ədəbiyyat == Gürcüstan Sovet Ensiklopediyası, III cild, səh.
Didi Yulian
Mark Didi Salvi Yulian Sever (d. 133 ya da 137– ö. 193) — 28 mart 193-cü ildən 1 iyun 193-cü ilədək hakimiyyətdə olmuş Qədim Roma İmparatoru. Öldürttüyü sələfi Pertniaksdan sonra hakimiyyəti pulla alaraq İmparator oldu. Bu hərəkəti 193–197-ci illər arası Romada daxili müharibələrə gətirib çıxartdı. 193-cü ildə Didi Yulian xələfi Septimi Sever tərəfindən hakimiyyətdən salınıb, ölümə məhkum edildi.
Antik dünya
Antik latınca anticius sözündən götürülmüşdür. Mənası qədim, köhnə olmaqdadır. İnsanlıq tarixinin başlanğıcından orta əsrlərə kimi davam edib (XV-XVI). Şumer mixi yazısının kəşf edilmiş ən köhnə yazı növü olduğuna görə, qeydə alınmış tarixin müddəti təxminən 5.000-5.500 ildir. Genetik dəlillərə görə isə, insanın ilk ortaya çıxışı təxminən 1,5 milyon il əvvəldir. Ayrıca, Homo Sapiensin Afrikanı təxminən 60.000 il əvvəl tərk etdiyinə dair inkişaf edən bir düşüncə və dəlillər vardır. == Antik dünyanın incələnməsi == Antik dünyanın incələməsindəki ən əsas problem, yalnız bir qisminin qeydə alınması və sənədləşdirilmiş olması və bu sənədləşdirilmiş qisimindən yalnız bir hissəsinin günümüzə çatmış olmasıdır. Antik dünyanın sonundan çox sonraya qədər savadlılıq hər hansı bir mədəniyyətə yaygınlaşmamıştır, beləcə tarixi yazma fürsətinə sahib olmuş insan sayı az idi. Yazılmış tarixlər belə yayılmamış, dağılamamıştır, çünki o dövrlərdə mətbəə maşını olmadığı üçün bir əsəri çoxaltmaqın tək yolu əl ilə surətini çıxartmatqdi.Antik Qərbin elm dərəcəsi ən yüksək olan Roma imperiyasının ən dahi və tanınmış alimlərinin əsərlərinin çoxu dövrümüzə gəlib çatmamışdır. Tarixçilərin antik dünyaya dair məlumat əldə etmələrinin iki ana yolu vardır; arxeologiya və əsas qaynaqların araşdırılması.
Bizsiz Dünya
Bizsiz Dünya — təbiətə və ətraf mühitə həsr edilmiş kitab. Müqəddəs Martin mətbuatında nəşr edilmişdir.
Dünya (dəqiqləşdirmə)
Dünya aşağıdakıları ifadə edir: == Ümumi izahat == Dünya mövcud olan hər şeydir — Kainat. Dünya — Yer deyil. Dünya — dar mənada, düşüncəmizə görə uzaqlarda olan mövcudluq. Məsələn, paralel dünya, virtual dünya və s. Dünya — nəzəri surətdə kainatda mövcud olan həyatların məcmusu. Dünya — sosial anlamda insan cəmiyyəti, bəşəriyyət, ölkələrin cəmi . Mənəvi dünya — insanların birgəyaşayış qaydalarının mədəni hissəsi. Daxili dünya — insan psixikasının quruluşu. Dünya — araşdırmalara görə sözün etimologiyası "əsəbləşərkən şirniyyat yeyən xanım" mənasını daşıyır. == Adlanma == Dünya, Dünyaxanım — azərbaycan qadın adı.
Dünya Ağalarova
Dünya Ağalarova Əkbər qızı (12 dekabr 1906, Şamaxı - 15 avqust 1981) – Azərbaycanın ilk geolog qadını, professor (1965). == Haqqında == Dünya Ağalarova 12 dekabr 1906-cı ildə Şamaxı şəhərində anadan olmuşdur. Dünya Ağalarova 1932-ci ildə Azərbaycan Neft İnstitutunun geoloji şöbəsini bitirmişdir. Ağalarova Azərbaycanın neftli-qazlı vilayətlərinin pliosen çöküntülərinin mikrofaunasını öyrənməyə başlamış ilk alim-paleontoloqlardandır. == Əmək fəaliyyəti == Dünya Ağalarova tələbə olduğu dövrdə-1930-cu ildə Azərbaycan Neft İnstitutunda mikrofauna üzrə laborant kimi işləməyə başlamışdır. 1949-1951-ci illərdə Ağalarova Elmi-Tədqiqat Geoloji-Kəşfiyyat Neft İnstitutunda və Neft Texnikumunda müəllim işləmişdir. 1951-1954-cü illərdə Dünya Ağalarova Türkmənistan Elmlər Akademiyası Geologiya İnstitutuna çalışmış və həmçinin orada paleontolgiya şöbəsinə rəhbərlik etməklə yanaşı, Türkmənistan Dövlət Universitetində paleontologiyadan mühazirələr oxumuşdur. O, 1954-cü ildə Bakıya qayıdır və neft çıxarılması üzrə AzETİ-də böyük elmi işçi işləyir. 1960-cı ildən ömrünün sonuna kimi stratiqrafiya laboratoriyasına rəhbərlik etmişdir. Onun məhsuldar qatın mikrofaunistik xarakteristikası üzrə tədqiqatları böyük əhəmiyyət daşıyırdı.
Dünya Bankı
Dünya Bankı (ing. World Bank) — dünyada qlobal iqtisadi inkişaf məqsədlərinə xidmət edən və maliyyə resurslarının bölgüsünü təmin edən ən böyük donor təşkilatlardan biri. 1 iyul 1944-cü ildə Bretton-Vuds konfransında təsis olunmuşdur. Dünya Bankı heç də klassik mənada bank deyil, ixtisaslaşmış agentlikdir. Birləşmiş Millətlər Təşkilatının (BMT) ixtisaslaşmış qurumlarından biridir. BMT tərəfindən yaradılan bu agentliyin hazırda 184 üzvü var.Üzv ölkələr bu qurumun fəaliyyətinə nəzarət edir. Dünya Bankı inkişaf etməkdə olan ölkələrə çox aşağı faiz dərəcəsi ilə və ya faizsiz uzunmüddətli kreditlər və qrantlar verir. Dünya Bankı Azərbaycan hökuməti ilə də struktur islahatlarının aparılması istiqamətində əməkdaşlıq edir. == Strukturları == == Əsas məqsədi == Bankın əsas məqsədi kasıb ölkələrə struktur islahatlarının həyata keçirilməsində və yoxsulluğun azaldılmasında yardım göstərməkdir. Ayrı-ayrı ölkələrdə sabit və davamlı inkişafa nail olmaq üçün Dünya Bankı öz maliyyə resurslarından, yüksək ixtisaslı kadrlarından və biliklər bazasından istifadə edir.
Dünya Düzdür
Dünya Düzdür:21-ci əsrin qısa tarixi — Tomas L.Fridmanın 2005-ci ildə nəşr edilmiş, dünyanın qloballaşmasıyla bağlı yazdığı dünyaca məşhur kitabı. Kitabın adındakı məcaz dünyanın “oyun sahəsi” olaraq görülməsi və bu oyun sahəsinin içindəki bütün “oyunçuların” bərabər imkanlara malik olmasıdır. Kitab 2006-da “yenilənmiş və genişləmiş” tirajı ilə yenidən nəşr edilmiş, 2007-də isə “daha da yenilənmiş və genişlənmiş” tirajı ilə son halını almışdır. Yazıçı kitabda 2000-ci ildə internetin sürətlə yayılması ilə qloballaşmanın “oyun sahəsini” yenidən düzləşdirdiyini, bu dönəmdə dünyanın balaca bir yer halına gəldiyini və bütün dünya əhalisinin tək bir şirkət altında birləşərək işbirliyinə getməsi müddəasını irəli sürür. Fridman bu dəyişikliklərə qarşı çıxan cəmiyyətləri tənqid edir, bütün cəmiyyətlərin qaçınılmaz bir şəkildə bu dəyişikliklərlə ayaqlaşmaq məcburiyyətində olduqlarını, əks təqdirdə, geri qalacaqlarını iddia edir. == Məzmun == Fridmana görə, qloballaşma, əslində, 3 böyük mərhələdən ibarətdir. Qloballaşma 1.0 adlanan birinci mərhələ 1492-ci il Xristofor Kolumbla başlamış, 1800-cü illərə qədər dəvam etmiş və dünyanı Böyük Ölçüdən Orta Ölçüyə endirmişdir. Bu dönəmdəki dinamik qüvvə ölkələr idi və sual bu idi “Ölkəm qlobal rəqabətin harasındadır? 1800-cü illərdən 2000-ci illərə qədərki dövr isə Qloballaşma 2.0-ı əhatə edir. Qloballaşma 2.0 dünyanı Orta Ölçüdən Kiçik Ölçüyə gətirdi.
Dünya Məktəbi
Dünya məktəbi — 1998-ci ildə Xəzər Universitetinin nəzdində yaradılmış məktəb. Təsisçilər: Hamlet İsaxanlı və Nailə İsayevadır. == Fəaliyyəti == Məktəb müasir təlim tərbiyə ocağı kimi Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziyası əsasında fəaliyyət göstərir. Zəngin və rahat kitabxana, müasir kompüterlər, laboratoriyalar, işıqlı və geniş sinif otaqları, incəsənət studiyası, müasir işıq və səs sistemi olan yaraşıqlı konsert salonu, idman zalı, yeməkxana, həkim nəzarəti, şagirdlərin evdən məktəbə, məktəbdən evə hərəkətini təmin edən nəqliyyat xidməti, yüksək səviyyəli müəllim və inzibatçılar və s. məktəbi bənzərsiz təhsil ocağına çevirmişdir. "Dünya" məktəbində ibtidai və orta təhsillə yanaşı məktəbəqədər hazırlıq sinifləri də fəaliyyət göstərir. Təhsil həftəsi 5 günlükdür. Şənbə günü dərsdənkənar dərnəklər fəaliyyət göstərir, mədəni və əyləncəli görüşlər təşkil olunur. Şagirdlər saat 8/8.50-dən 15.20/16-ya qədər məktəbdə olurlar. 2009-cu il yanvar ayının 16-dan etibarən Dünya Məktəbi beynəlxalq statusu alaraq IB World School oldu.
Dünya TV
"Dünya TV — 1999-cu ildə Sumqayıt şəhərində fəaliyyətə başlayan televiziya kanalıdır. Şirkətin Prezidenti Huseynov Ramiz Farrux oğludur. == Tarixçə == "Dünya" Müstəqil Televiziya Şirkəti 15 oktyabr 1998-ci ildə yaradılmış, 1999-cu ilin noyabrından "Dünya" telekanalı fəaliyyətə başlamışdır. 42-ci kanalla yayımlanır. Məqsədi cəmiyyətdə operativ və obyektiv informasiya bolluğunu təmin etmək, elmi-mədəni və digər dəyərlərin geniş təbliğinə nail olmaqdan ibarətdir. Şirkətin prezidenti R.F.Hüseynovdur. Kanal Sumqayıt şəhərində həftə ərzində 36 saat yayımlanır. Ümumi efir vaxtının 16,7 faizini ölkədə istehsal olunan proqramlar, 20 faizini xaricdə istehsal olunan proqramlar, 61,3 faizini şəxsi istehsal proqramları, 2 faizini isə reklamlar təşkil edir. 2013-cü ilin mart ayında rəqəmsal yayıma keçmişdir. 2014-cü ilin oktyabr ayından etibarən Azerspace-1 peyki vasitəsilə yayımlanır.
Dünya Telekanalı
"Dünya TV — 1999-cu ildə Sumqayıt şəhərində fəaliyyətə başlayan televiziya kanalıdır. Şirkətin Prezidenti Huseynov Ramiz Farrux oğludur. == Tarixçə == "Dünya" Müstəqil Televiziya Şirkəti 15 oktyabr 1998-ci ildə yaradılmış, 1999-cu ilin noyabrından "Dünya" telekanalı fəaliyyətə başlamışdır. 42-ci kanalla yayımlanır. Məqsədi cəmiyyətdə operativ və obyektiv informasiya bolluğunu təmin etmək, elmi-mədəni və digər dəyərlərin geniş təbliğinə nail olmaqdan ibarətdir. Şirkətin prezidenti R.F.Hüseynovdur. Kanal Sumqayıt şəhərində həftə ərzində 36 saat yayımlanır. Ümumi efir vaxtının 16,7 faizini ölkədə istehsal olunan proqramlar, 20 faizini xaricdə istehsal olunan proqramlar, 61,3 faizini şəxsi istehsal proqramları, 2 faizini isə reklamlar təşkil edir. 2013-cü ilin mart ayında rəqəmsal yayıma keçmişdir. 2014-cü ilin oktyabr ayından etibarən Azerspace-1 peyki vasitəsilə yayımlanır.
Dünya Televiziyası
"Dünya TV — 1999-cu ildə Sumqayıt şəhərində fəaliyyətə başlayan televiziya kanalıdır. Şirkətin Prezidenti Huseynov Ramiz Farrux oğludur. == Tarixçə == "Dünya" Müstəqil Televiziya Şirkəti 15 oktyabr 1998-ci ildə yaradılmış, 1999-cu ilin noyabrından "Dünya" telekanalı fəaliyyətə başlamışdır. 42-ci kanalla yayımlanır. Məqsədi cəmiyyətdə operativ və obyektiv informasiya bolluğunu təmin etmək, elmi-mədəni və digər dəyərlərin geniş təbliğinə nail olmaqdan ibarətdir. Şirkətin prezidenti R.F.Hüseynovdur. Kanal Sumqayıt şəhərində həftə ərzində 36 saat yayımlanır. Ümumi efir vaxtının 16,7 faizini ölkədə istehsal olunan proqramlar, 20 faizini xaricdə istehsal olunan proqramlar, 61,3 faizini şəxsi istehsal proqramları, 2 faizini isə reklamlar təşkil edir. 2013-cü ilin mart ayında rəqəmsal yayıma keçmişdir. 2014-cü ilin oktyabr ayından etibarən Azerspace-1 peyki vasitəsilə yayımlanır.
Dünya adaları
Dünya adaları (ərəb. جزر العالم‎) və ya The World — Dubay əmirliyinə aid məhəlli sularında süni şəkildə yaradılmış, quş baxışı olaraq yer kürəsini xatırladan süni arxipelaq. Adalar sahildən 4 km aralıda yerləşir. Dünya adaları inzibati cəhətdən Dubay əmirliyi ərazisinə daxildir və Palma adalarının yaxınlığında salınmışdır. Adalar əsasən şelf dayazlığında yerləşən qumlardan təşkil olunmuşdur. The World layihəsinin təşəbbüskarı Nakheel şirkəti olmuşdur. Dünya adalarının yaradəlması ideyası vəliəhd və BƏƏ Müdafiə naziri şeyx Məhəmməd ibn Rəşid əl-Məktum olmuşdur. Gələcəkdə arxipelaqın sahəsini yeni adaların hesabına artırmaq düşünülür. == Təsviri == Arxipelaqın sahəsi 55 km² təşkil edir. Bu göstərici ilə süni adalar arasında birinci yeri tutur.
Dünya dilləri
Aşağıda dillər və dil qrupları ilə bağlı Vikipediyada olan və ya yaradılması vacib sayılan məqalələrin tam siyahısı verilib. Siyahıya ancaq insan dilləri daxil edilib (təbii, süni, jest və düzəltmə dillər də). Siyahıya heyvan dilləri və formal dillər (o cümlədən, kompüter dili və proqramlaşdırma dili) salınmayıb.
Dünya dini
Dünya dini — müxtəlif xalqlar arasında yayılmış din. Hal-hazırda bu termin bir neçə dinə aid edilir: Bəhailik, buddizm, islam və xristianlıq. Yəhudilik, hinduizm, konfusianlıq, daosizm, şintoizm çoxsaylı tərəfdarlarına baxmayaraq milli din sayılırlar.
Dünya hökuməti
Dünya hökuməti— bütün dünya üçün səlahiyyət tətbiq edən yeganə dövlət olmaqla bir qlobal bir hökumət də daxil olmaqla bütün bəşəriyyət üçün ortaq siyasi bir anlayışdır. Belə bir hökumət ya zorakı və məcburi dünya hökmranlığı, ya da dinc və könüllü transmilli birlik yolu ilə mövcud ola bilər. Dünyada icra, qanunverici, məhkəmə, hərbi və ya qlobal bir yurisdiksiyaya malik bir konstitusiya olmamışdır. Birləşmiş Millətlər Təşkilatı tez-tez məsləhətçi vəzifələri ilə məhdudlaşır və onlara səlahiyyət vermək əvəzinə mövcud milli hökumətlər arasında əməkdaşlığı artırmaq məqsədi daşıyır. == Mənbə == Ankerl, Guy. Global communication without universal civilization. INU societal research. 2000. ISBN 2-88155-004-5.
Dünya inqilabı
Dünya inqilabı — Karl Marks və Fridrix Engelsin kommunist inqilabının dövlət hakimiyyətinin proletariat tərəfindən zəbt edilməsi və ictimai münasibətlərin kökündən dəyişdirilməsinin vahid beynəlxalq prosesi olduğu ideya. == Engelsin əsaslandırması == Kommunist inqilabının yerli yox, dünyası nəzəri cəhətdən (F. Engels, "Kommunizm prinsipləri") onunla əsaslandırılır ki, kapitalist ölkələri dünya bazarı, dünya əmək bölgüsü ilə o qədər sıx bir-birinə qarışıblar, bir kapitalist ölkəsindəki böhran qaçılmaz olaraq digərlərində sinxron böhranlara səbəb olur, bütün kapitalist ölkələrində eyni zamanda inqilabi vəziyyət yaradır və nəticədə məhz dünya inqilabı baş verir.
Dünya iqtisadiyyatı
Dünya iqtisadiyyatı — beynəlxalq iqtisadi münasibətlər sistemi vasitəsilə beynəlxalq əmək bölgüsünün əsasında dünya ölkələrinin milli iqtisadiyyatlarını birləşdirən çoxmərhələli qlobal təsərrüfatçılıq sistemidir. Dünya miqyasında məhsuldar qüvvələrin sürətli inkişafı nəticəsində insan fəaliyyəti ölkədaxili çərçivədən ölkələrdaxili çərçivəsinə keçir, bütün ölkələri bütöv bir halda əhatə etməyə başlayır. Belə olan halda insanlar arasında meydana çıxan siyasi, iqtisadi, mədəni və s. əlaqələr, dövlətlər və regionlar arasında meydana çıxan yeni münasibətlərlə zənginləşir. Nəticədə insan fəaliyyəti mürəkkəbləşir, qarşılıqlı ziddiyyətlərlə zəngin olur. Bu ziddiyyətlərin həll edilməsi yolu isə bir ölkə daxilində baş verən ictimai istehsaldan yox, bütün planeti əhatə edən dünya istehsalından — beynəlxalq iqtisadiyyatdan keçir. == Dünya iqtisadiyyatının inkişaf mərhələləri == Dünya iqtisadiyyatının inkişafında bir neçə nəsil keçmişdir İstehsaldan əvvəlki istehsal mərhələsi — XVII əsrin sonları dünya iqtisadiyyatı, sənayedən əvvəlki istehsal mərhələsində beynəlxalq ticarətin meydana çıxması ilə meydana gəldi və XVII əsrin sonlarına qədər formalaşdı. XVIII əsrin əvvəlləri — XIX əsrin ortaları Artan kütləsi mütəmadi olaraq ölkələr arasında mübadilə olunan malların istehsalının daha da inkişafı ilə xarakterizə olunur; xarici ticarətin milli iqtisadiyyatın bir hissəsinə çevrilməsi; dünya bazarının yaranması — kapitalizmin ən yüksək nailiyyəti. XIX əsrin sonu — XX əsrin əvvəlləri məhz bu dövrdə genişmiqyaslı maşın istehsalına əsaslanan dünya iqtisadi sisteminin formalaşması başa çatdı. 20-ci illərin sonları — XX əsrin 80-ci illərinin ortaları.
Dünya irsi
Dünya Mədəniyyət Mirasları siyahısı – UNESCO-nun Dünya mirasları Komitəsi tərəfindən təyin olunmuş və yerləşdikləri ölkənin dövlət orqanları tərəfindən qorunması zəmanət edilmiş, bütün dünya üçün əhəmiyyətli bir dəyər daşıdığı qəbul edilən təbii və mədəni abidələrin siyahısıdır. Dünya Mədəniyyət Mirasları siyahısının yaradılmasında məqsəd, bütün insanlara məxsus olan dəyərlərin qorunmasında beynəlxalq əməkdaşlığı həyata keçirməkdir. Nizamlı olaraq yenilənən siyahıya 2004 ildən etibarilə 134 ölkəyə aid 788 abidə daxil edilmişdir. Bunların 617-si mədəni, 154-ü təbii, 23-ü isə mədəni və təbii abidələrdir. 1972-ci ildə UNESCO 38 maddədən ibarət qətnaməni qəbul etdi.Qətnamədə hamı tərəfindən ümumdünya irsinin bir nəfər kimi qorumalı olduğu qeyd edilirdi. Qətnaməyə 175 dövlət qoşulmuşdur.Bunlardan 21 dövlət Ümumdünya irsinin idarə heyətinin üzvüdür. == Ümumdünya irsinin loqosu == Ümumdünya irsi dünyada olan nadir abidə və təbii qoruqların qorunması ilə məşğul olur. Bu idea Ümumdünya irsinin rəsmi loqosundada əks olunmuşdur. Bu loqo, Belçikalı Karikatura ustası Michel Olyff tərəfindən yaradılmış və 1998-ci ildən etibarən, rəsmi loqo olaraq istifadə edilir .Loqonun icərsində olan kvadrat insanın həyatda nələrə nail ola biləcəyni, onun ətrafında olan dairə isə təbiətin insana verdiyi gözəlliyi ifadə edir. Loqonun dairəvi formada olması, həm də bütün dünyada olan irsin qorunması deməkdir.
Dünya okeanı
Dünya okeanı — hidrosferanın 96,5 %-ni təşkil etməklə onun əsas hissəsini təşkil edir. Yerin kəsilməz, ancaq bir sahədə yerləşməyən, materik və adalarını əhatə edən və ümumi duzluluğu ilə xarakterizə olunan su sahəsi. Qitələr və böyük arxipelaqlar dünya okeanlarını dörd böyük hissəyə bölür: Atlantik , Hind , Sakit və Şimal Buzlu okeanları. 2000-ci ildə Beynəlxalq Hidroqrafiya Təşkilatı beşinci Cənubi Okeanın ayrılmasını təklif etdi. Atlantik okean Hind okeanı Şimal Buzlu okean Sakit okean Cənub okeanıOkeanların böyük sahəli hissələri dəniz, körfəz, boğaz və s. adlanır. Okeanlar haqqında elm okeanologiya adlanır. == Dünya okeanının öyrənilməsi == Uzun tarixi dövr ərzində okeanlara aid toplanan biliklər okeanologiya elminin yaranmasına səbəb oldu. Elmi tədqiqatlar aparmaq məqsədi ilə ilk dünya səyahəti 1872–74-cü illərdə "Çellencer" ingilis gəmisində həyata keçirilmişdir İlkin su vulkan püskürmələri zamanı ayrılan yuvenil suların hesabına xloridli xassəyə malik olmuşdur. Daha sonra okean suyunun silisiumlu süxurlarla və çaylar vasitəsi ilə gətirilən karbonatlrla qarşılıqlı əlaqəsi nəticəsində, o xloridli karbonatlı suya çevrilmişdir.
Dünya pasportu
Dünya pasportu – 1954-cü ildə Qarri Devis tərəfindən təsis edilmiş qeyri-kommersiya təşkilatı olan Dünya Xidmət İdarəsi tərəfindən satılan səyahət sənədi. == Görünüş və qiymət == Dünya pasportu əsl milli pasporta və ya digər orijinal səyahət sənədinə bənzəyir. 1979-cu ildə Dünya pasportu 42 səhifədən ibarət bir sənəd idi. Qara göy örtüyü var idi. Mətnləri ingilis, fransız, ispan, rus, ərəb, çin və esperanto dilində idi. Tibbi tarixçə üçün beş səhifəlik bölmə və təşkilatın mənsubluğunun siyahısı üçün altı səhifəlik bir bölmə var idi. Həmin vaxt ödəniş haqqı 32 ABŞ dolları idi və daha iki il müddətinə yenilənə bilər üç illik Dünya pasportu almaq üçündə məbləğ ödənirdi.2017-ci ildən etibarən istifadə edilən versiya 2007-ci ilin yanvarında hazırlanıb. Bu versiyada, plastik filmlə örtülmüş təhlükəsizlik üçün basqın bir "ruh" fotosu var. Onun məlumat səhifəsi bir maşın oxunaqlı pasport şəklindədir və bir oxucuya oxumaq üçün imkan verən zonada ədədi kod çubuğuna malikdir. Lakin, MRZ "emitent" və "vətəndaşlıq" sahələrində etibarlı ISO 3166–1 alfa-3 kodu yerinə, "qeyri-standart" kod "WSA" istifadə edir.
Dünya tarixi
Dünya tarixi və ya insanlıq tarixi — bütövlükdə bəşər cəmiyyətinin inkişaf prosesi, bütün xalqların tarixində özünü göstərən qanunauyğunluqlar ilə səciyyələnir. Dünya tarixi prosesi bəşər cəmiyyətinin yaranması ilə başlayır və ümumi fərqləndirici xüsusiyyətlərdən asılı olaraq şərti olaraq xronoloji dövrlərə bölünürBəzən dünya tarixi ayrı-ayrı ölkələrin tarixinin və ya özünəməxsus və nisbətən qapalı mədəniyyətlərin tarixlərinin məcmusu kimi başa düşülür. Bəşər tarixinin inkişafı iki yolla həyata keçirilir: kəşflərin və tapıntıların tədricən artması, həmçinin maddi və mənəvi təkamül dövrünü təşkil edən keyfiyyətli sıçrayışlar və ya inqilablar yolu ilə. Kənd təsərrüfatı (Neolit) inqilabı sivilizasiyaların, məskunlaşmış icmaların inkişafına, yəni köçəri həyat tərzindən (maldarlıq və yığım) əkinçiliyə keçdi. Bu qədim sivilizasiyalarda biliklərin nəsildən-nəslə maddi daşıyıcılarda ötürülməsinə imkan verən yazı icad edilmişdir. Bu, müxtəlif sənətkarlıqların inkişafına, əmək bölgüsünə və cəmiyyətin təbəqələşməsinə təkan verdi. Səpələnmiş yaşayış məntəqələri həyatı dəstəkləyən mənbələr — münbit təbii suvarılan torpaqlar, su (çaylar və göllər) və heyvandarlıq üçün bol otlaqlar ətrafında cəmləşmişdir. Nəqliyyat vasitələrinin təkmilləşdirilməsi də buna kömək etdi. Qədim icmaların bu təbii inkişaf prosesləri, min illər boyu inkişaf edən qonşu icmalar arasındakı rəqabət və qarşıdurmalarla müşayiət olunan vəziyyət dövlətlərin və daha sonra super güclərin (imperiyaların) yaranmasına səbəb oldu. Qədim dövrün sonunda Roma İmperiyasının Avropada süqutu orta əsrlərin başlanğıcı oldu.
Dünya təsərrüfatı
Dünya ədəbiyyatı
Xalqın mənəvi aləmi onun yaradıcılıq dühasında, bədii zövq və qabiliyyətində, qiymətli sözündə, gülüşündə, zərbməsəllərində, əfsanə və nağıllarında özünü göstərir. Xaqlın söz xəzinəsi, folkloru həmişə yazılı ədəbiyyata qida verən mənbədir və bu mənbə əsasında qüdrətli milli ədəbiyyatlar yüksəlmiş, inkişaf etmişdir. Şərqdə də belə olmuşdur, Qərbdə də belədir; dünyanın bütün xalqlarının ədəbiyyatlarında söz sənətinin başlanğıcı folklordan gəlir. Dünya ədəbiyyatının ən maraqlı və ölməz qəhrəmanlarını da xalq zehniyyəti yaratmışdır; müxtəlif bədii əsərlərdə müxtəlif obrazların və qəhrəmanların səciyyəsində verilmiş ən maraqlı keyfiyyətlərin, cizgilərin, ehtirasların ilk boyaları folklordan alınmışdır; böyük ədib Maksim Qorkinin dediyi kimi, qısqanc Otello, iradəsiz Hamlet, əyyaş Don-Xuan kimi tipləri Şekspir və Bayrondan hələ çox əvvəl xalq yaratmışdır. Faust kimi məşhur qəhrəman yazılı ədəbiyyata folklordan gəlmişdir, Prometeyin ilk surəti xalqın yaratddığı mifologiya və folklordadır. Leyli, Məcnun, Fərhad, Fitnə, Koroğlu, Nəbi, Həcər, Molla Nəsrəddin, Bəhlul Danəndə, Əsli, Kərəm, Qərib kimi qəhrəmanların ilk bədii surətləri xalq tərəfindən ədəbiyyatda yaradılmışdır; dünya ədəbiyyatının ən böyük dastanlarının — "İliada" və "Odisseya"nı, "Kalevala"nı, "Ulenşpigel"i, "Roland haqqında nəğmələr"i, "Sid"i, "Nibelunqlar"ı, "Beovulf"u, böyük və kiçik "Edda"ları xalq yaradıcılığından və folklor qaynaqlarından ayrı təsəvvür etmək olmaz. Çox maraqlıdır ki, dünya ədəbiyyatında epik janrla birlikdə, ədəbiyyatın digər janr və formaları, o cümlədən satirik janrlar da həmişə folklordan qidalanmış, xalqın gülüşü və ya nifrəti, xalqın kəskin tənqidi və kinayəsi bədii əsərlərdə satiraya, yumora geniş imkanlar açmış, gülməli və məzəli hadisələr, hərəkətlər, gülməli tiplər, məzəli və müdrik misallar, tapmacalar, sual və cavablar, atalar sözləri və sairə xalqın şən qəhqəhəsinin ifadəsinə çevrilmiş, xalqın həyat hadisələrinə münasibətinin güzgüsü olmuşdur. Molla Nəsrəddinin məşhur lətifələri belə yaranmışdır; Mollanın adına istinadən verilən lətifələrin əksəriyyətinin yaradıcısı xalqdır, onları işləyən, cilalayan, variantlara salan xalqdır, zəmanəyə və dövrə görə lətifələrin bu və ya digər cəhətini kəskinləşdirən, qabarıq ifadə edən və yaşadan da xalqdır. == Ədəbiyyat == Yusifli-İshaqlı A. XVII əsr Qərbi Avropa ədəbiyyatı (ali məktəblər üçün dərslik). Bakı, 2012.
Dünya əhalisi
Dünya əhalisinin demoqrafiyası heç bir tarixi dövrdə sabit qalmamış, hər zaman dəyişikliyə məruz qalmışdır. Kapitalizmdən əvvəlki dövrdə dünya əhalisinin sayı çox yavaş artırdı. Bu hadisə daha çox aramsız müharibələr, epidemiyalar, insanların həyat səviyyəsinin aşağı olması ilə əlaqədardır. 1900-da dünya əhalisi 1.6 mlrd., 1960-da 3 mlrd., 2000-də 6 mlrd. olmuşdur. Demoqrafların hesablamalarına görə dünya əhalisi bu sürətlə artmağa davam etsə 2040-cı ildə dünyamızda 10 milyard insan yaşayacaq. 2022-ci il noyabr ayında dünya əhalisi 8 milyardı keçmişdir. Dünyada ən sürətli təbii artım 1950–1970 illərində müşahidə olunmuşdur. Bu zaman təbii artım 1,8 %-in üstündə olmuşdur. Ən çox təbii artım 1963-cü ildə olmuşdur.
Gigi Hadid
Yelena Nura "Gigi" Hadid (ing. Jelena Noura «Gigi» Hadid; 23 aprel 1995, Los-Anceles, Kaliforniya) fələstin-holland əsilli amerikalı model və aktrisa. Hadid müsəlmandır. Dünyanın ən yüksək ödənişli modellərindən biridir. O, 2015 Pirelli təqvimi ilə məşhurlaşan Victoria's Secret modeli Tom Fordun bir neçə sətirinin simasıdır. 2016-cı ildə İngilis Moda Şurası tərəfindən İlin Beynəlxalq Modeli seçildi. Dörd il ərzində Hadid beynəlxalq "Vogue" jurnalının qapaqlarında çıxış etmişdir. == Həyatı == Hadid, 1995-ci il aprelin 23-də Los-Anceles şəhərində anadan olmuşdur. Fələstinli Mohamed Hadid və Holland əsilli Amerikalı köhnə model Yolanda Hadidin qızıdır. Giginin daha kiçik bir bacısı Bella və kiçik bir qardaşı Ənvər var.
Givi (şəhər)
Givi, Kivi və ya Küyü — İrannın Ərdəbil ostanının Kövsər şəhristanında şəhər. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 6,467 nəfər və 1,721 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar. 120 kəndi vardır və Ərdəbilin cənub hissəsində, şəhərdən 70 kilometrlik məsafədə yerləşmişdir. Şimaldan Xalxal (Hirov) (Xalxal bölgəsinin mərkəzi), şərqdən Talış dağlarına, qərbdən Miyana bölgəsi, Qızılüzən çayı və Bacılar sıra dağları ilə əhatə olunur. Şəhərdə 50 il əvvəl bələdiyyə yaradılmışdır. Şəhər iki hissədən ibarətdir: Yuxarı Küyü (ikinci məntəqə) və Aşağı Küyü (birinci məntəqə). Küyünün islamdan öncə adı "Dörd Evlər" imiş. Tanınmış məhəllələri bunlardır: == Aşağı Givi == Dəmirçi, Sitallı, Gəylər, Bazar. == Yuxarı Givi == Yuxarı məhəllə, Aşağı məhəllə, Xanlıq bağı, Kəvərə, Xanlıq, Hundur Arxı, Ərəneş.
Givi Cavaxişvili
Givi Cavaxişvili (gürc. გივი ჯავახიშვილი; 18 dekabr 1912, Tiflis – 10 noyabr 1985, Tbilisi) — 1953–1975-ci illərdə Gürcüstanın Baş naziri vəzifəsini icra edən gürcü siyasətçi. == Həyatı və təhsili == Givi Cavaxişvili 18 dekabr 1912-ci ildə Tiflisdə görkəmli həkim Dimitri Cavaxişvili və Anna Maqalaşvilinin ailəsində anadan olub. 1934-cü ildə Mühəndis-Geoloq ixtisası üzrə Zaqafqaziya Sənaye İnstitutunu (indiki Gürcüstan Texniki Universiteti) bitirib. == Siyasi karyerası == 1934-cü ildən 1952-ci ilə qədər yerli idarəetmə və kommunist partiyası strukturlarında müxtəlif vəzifələrdə çalışmışdır. 1952-ci ildən Gürcüstanın paytaxtı Tbilisi merinin müavini vəzifəsini icra etdi və həmin il Tiflis meri vəzifəsinə yüksəldi, 1953-cü ildən Gürcüstan SSR Nazirlər Sovetinin sədr müavini, 1953–1975 — Gürcüstan SSR Nazirlər Sovetinin sədri (Baş nazir), SSRİ və Gürcüstan SSR Parlamentinin bir neçə dəfə seçilmiş üzvü, Mərkəzi Komitə Bürosunun üzvü, 1953–1975-ci illərdə gürcü dilinin qorunması komissiyasının sədri idi. == Siyasətdəki töhfələri == 1958-ci ildə Brüsseldə, Belçikada və 1967-ci ildə Monrealda (Kvebek, Kanada) Ümumdünya Sərgisi EXPO-nda Gürcüstan nümayəndə heyətinin rəhbəri olmuşdur. 1961-ci ildə Givi Cavaxişvili İKP MK qurultayında Gürcüstan SSR nümayəndə heyətinə rəhbərlik edir. O, burada İosif Stalinin Moskvanın Kreml məqbərəsindən çıxarılmasını tələb edən məşhur çıxış etdi. Onun birbaşa təşəbbüsü ilə Gürcüstanın paytaxtı Tbilisidə Dövlət Filarmoniyası və İdman Sarayı kimi bir çox yüksək səviyyəli binalar inşa edildi.
Givi Paçxataşvili
Giya Revazoviç Paçxataşvili (təxəllüsü: Givi; 29 yanvar 1961, Qax rayonu) — Azərbaycan jurnalisti, şairi, tərcüməçisi; Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan, Gürcüstan və Rusiya Yazıçılar Birliyinin üzvü. Sumqayıt şəhər Mədəniyyət İdarəsi Əli Kərim adına Poeziya klubunun Fəxri üzvü (15.11.2004). == Həyatı == Giya Paçxataşvili 1961-ci il yanvar ayının 29-da Qax rayonunun Qax-Gurcu kəndində anadan olub. Bakı şəhərindəki Respublika Kor Uşaqlar üçün orta internat məktəbini bitirən Giya 1981-ci ildə ali məktəbə qəbul olur və Respublikanın birinci katibi Heydər Əliyevin sərancamı ilə seçilmiş qrupun daxilində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinə təyinat alıb, 1985-ci ildə universitetin jurnalistiks fakültəsini "Qırmızı diplomla" bitirir. 2004-cü ildə Azərbaycan Respublikasının Prezidentinin göstərişi ilə AzTV tərəfindən Giyanın həyat və yaradıcılığından bəhs edən "Ağ adam" sənədli filmi, 2009-cu ildə isə İTV-nin istehsalı olan "Fosfor Adam" filmində o baş rola çəkilmişdir. 2016-cı ildə isə ANS televiziyası "Ağ Adam"(film,2016) (2)sənədli filmi çəkilmişdir. 2021-ci ildə 60 illik yubileyi ilə əlaqədar Giya Paçxataşvili haqqında Gürcüstan layihəsi çərçivəsində növbəti "Givi" sənədli filmi tamaşaçılara təqdim olundu. Giya Paçxataşvili Azərbaycanda yaşayan, ən çox tanınan Albinosdur. Giya Paçxataşvili Azərbaycan (2006), Gürcüstan(2007), Rusiya(1997) Yazıçılar Birliyinin üzvüdür. Azərbaycan Jurnalistlər Birliyinin(1989) üzvüdür.- "H. B. Zərdabi" mükafatı ilə təltif olunub(2005).
Givi Toxadze
Givi Maksimoviç Toxadze (gürcü: გივი თოხაძე) — Gürcü teatr və kino aktyoru. Gürcüstan SSR əməkdar artisti (1969). == Həyatı == Givi Toxadze 20 oktyabr 1922-ci ildə Gürcüstanın Poti şəhərində anadan olub. 1949-cu ildə Şota Rustaveli adına Tbilisi teatr institunu bitirib. 1956-cı ildən "Gürcü film" kinostudiyasında aktyor kimi fəaliyyət göstərmişdir. == Filmoqrafiya == Koroğlu (film, 1960) Dədə Qorqud (film, 1975) Ənvər Həsənov.
Gədi dağı
Gədi dağı - Xızı rayonu ərazisində alçaqdağlıq tirə. Gədi dağı Böyük Qafqaz sira dağlarının Qarabulaq silsiləsində yerləşir.(hünd.1222 m.).
Gədi xalçaları
Gədi xalçaları — Abşeron xalçaçılıq məktəbinin Bakı qrupuna daxil olan xovlu xalçalar. == Ümumi məlumat == "Gədi xalçaları" öz adını Xızı rayonunun ərazisində yerləşən Gədi kəndinin adından götürmüşdür. Bu xalçaları bəzi xalçaçılar "Qədi xalçaları" və ya "Gədi xalçaları" kimi adlandırsalar da Bakı xalçaçıları onu "Dağlı" adlandırırlar. Buna səbəb isə Gədi kəndinin əhalisinin tatlardan ibarət olmasıdır. Gədi sözünün mənası isə "çəmənli kənd" deməkdir. == Bədii analiz == "Gədi xalçaları"nın orta sahəsi qırmızı yerlikli, mərkəzi şaquli oxda yerləşmiş bir neçə kiçik göldən ibarətdir. Həndəsi formada olmayan, daha çox alovun şölələrini xatırladan göllərin təsviri aydın ifadə olunmuş və yalnız "Gədi xalçaları" üçün xarakterik olan göllərin rəngi bir və bəzən də iki göldən bir dəyişir. Göllər arasındakı boş sahələr müxtəlif formalı həndəsi və nəbati naxışlarla bəzədilmiş və bu naxışlar hər iki tərəfdə simmetrik olaraq təkrarlanırlar. Bakının, Xızı və Siyəzən rayonlarının xalça ustaları bu gölləri sini, mərkəzdə olan səkkiz ləçəkli dairəvi elementli damğanı isə "alma" və ya "qoğal" adlandırırlar. Bu elementlərin arasında bir neçə heyvan təsviri, o cümlədən xalqın təsərrüfatını və məişətini xatırladan pişik silueti də mövcuddur.
Hidi Vəliyev
Hidi Bəxtiyar oğlu Vəliyev (2 mart 1994; Tap Qaraqoyunlu, Goranboy rayonu, Azərbaycan — 27 sentyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Hidi Vəliyev 2 mart 1994-cü ildə Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində anadan olmuşdur. 2001-2012-ci illərdə Niyazi Aslanov adına Goranboy rayon Tap Qaraqoyunlu kənd tam orta məktəbində təhsil almışdır. Bir müddət mülki fəaliyyət göstərmişdir. == Hərbi xidməti == Hidi Vəliyev uzun müddət sağlamlıq problemlərinə görə hərbi xidmətə yollana bilməmişdir. 2016-cı ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət etmişdir. 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlamışdır. Tarixə Aprel döyüşləri olaraq yazılan döyüşlər zamanı Hidi Vəliyev müddətli həqiqi hərbi xidmət edirdi. O, döyüşlərdə atıcı olaraq vuruşmuşdur.
Sidi-Davud
Sidi-Davud (ərəb. سيدي داود‎ , fr. Sidi Daoud) — Əlcəzairin şimalında, Bumerdes vilayətində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 49 metr yüksəklikdə yerləşir.Kommuna paytaxt Əlcəzairdən təqribən 91 kilometr şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 47 kilometr şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 16 900 nəfər idi.
Sidi-Mustafa
Sidi-Mustafa (ərəb. سي مصطفى‎, fr. Si Mustapha) — Əlcəzairin şimalında, Bumerdes vilayəti ərazisində kommuna. == Tarixi == Kommuna Fransa müstəmləkəçiliyi dövründə ilk növbədə Bled-Qitun, sonra isə Feliks-Fort adlandırılmışdır. Fransız müstəmləkəçilərin ilk dəstəsi buraya 1872-ci ildə gəlmişdir. 1888-ci ildə Bled-Qitun dəmir yolu ilə Əlcəzair şəhərinə bağlanmışdır. == Coğrafi mövqe == Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 62 metr yüksəklikdə yerləşir.Kommuna ölkənin paytaxtı Əlcəzairdən təqribən 58 kilometr şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 21 kilometr şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 12,087 idi.
Dünya Qida Proqramı
Dünya Qida Proqramı (ing. World Food Programme (WFP)) — Birləşmiş Millətlər Təşkilatının tərkib hissəsidir. Bu qurum aclığın aradan qaldırılması və dünya qıda təhlükəsizliyini təmin edən ən böyük BMT təşkilatıdır. Təşkilatın əsası 1961-ci ildə qoyulmuş, baş ofisi Romada yerləşir və 80 ölkədə ofisləri var. 2019-cu ilə qədər 88 ölkədə 97 milyon insana xidmət göstərmişdir ki, bu da 2012-ci ildən bəri ən böyük göstəricidir və fəaliyyətinin üçdə ikisi münaqişə zonalarında həyata keçirilir.Təcili ərzaq yardımına əlavə olaraq, DQP fövqəladə hallara hazırlıq və cavab tədbirləri üçün şəraitin yaradılması, təchizat zəncirlərinin və logistikanın idarə edilməsi, sosial təhlükəsizlik proqramlarının təşviqi və iqlim dəyişikliyinə qarşı davamlılığın gücləndirilməsi kimi texniki yardım və inkişaf yardımı təklif edir. Agentlik eyni zamanda birbaşa nağd pul yardımı və tibbi ləvazimatların əsas təchizatçısıdır və humanitar işçilər üçün sərnişin xidmətləri göstərir.DQP-ı 17 Dayanıqlı İnkişaf Məqsədlərini yerinə yetirməyi qarşısına məqsəd qoyan və 2030-cu ilə qədər "sıfır aclıq" üçün SDG 2-yə nail olmaq üçün prioritet olan BMT qurumlarından ibarət konsorsium olan Birləşmiş Millətlər Təşkilatının Davamlı İnkişaf Qrupunun icraçı üzvüdür.Dünya Qida Proqramı 2020-ci ildə münaqişə bölgələrinə ərzaq yardımı göstərmək, ərzaqdan müharibə və münaqişə silahı kimi istifadənin qarşısını almaq istiqamətindəki səylərinə görə sülh üzrə Nobel mükafatına layiq görülmüşdür. == Tarixi == DQP-ı 1961-ci ildə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 1960-cı il Konfransından sonra, ABŞ-nin Sülh Naminə Ərzaq Proqramlarının direktoru Corc Makqoverin çoxtərəfli ərzaq yardımı proqramının yaradılmasını təklif etdiyi zaman yaradılmışdır. Dünya Qida Proqramlarının fəaliyyətinə ilk dəfə 1963-cü ildə FAO və Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası üç illik eksperimental əsasda, Sudanda Vadi Halfadakı Nubiya əhalisini dəstəkləmək üçün başlanmışdır. 1965-ci ildə proqram davamlı olaraq uzadıldı. == Arxa plan == Ərzaq çatışmazlığı, aclıq, qeyri-kafi qidalanma və qida zəhərlənməsi sağlamlığın pisləşməsinə səbəb olaraq, sonradan təhsil, məşğulluq və yoxsulluq kimi dayanıqlı inkişafın digər sahələrinə təsir göstərdiyinə görə, DQP-ı davamlı inkişaf məqsədlərinin geniş spektri üzərində işləyir.2020-ci ildə COVID-19 pandemiyası kənd təsərrüfatı istehsalına əhəmiyyətli təzyiq göstərdi, qlobal dəyər və təchizat zəncirini pozdu.
Gığı
Gığı — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda kənd. == Tarixi == Gığı kəndi rayon mərkəzindən 35 km şimal-qərbdə, Kığı çayının sahilində yerləşir. Burada azərbaycanlılarla bağlı X əsrə aid tarixi abidə indi də durur. Mənbədə Kiğı kimidir. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. Kığı kəngərlərin Sofulu tayfasının məskunlaşması nəticəsində yaranmış məntəqələrdən biridir. Ona görə də digər adı Kiçik Sofulu. Əsli Kiqi. XIX əsrdə Şimali Qafqazda Kuban əyalətində Kukovoy-Kurqan və Kükü-Oba-Daq, Batum əyalətinin Batum dairəsində Kukuti (kənd adı) Tiflis quberniyasında Kükü gölü, Naxçıvanda (Şahbuz r-nunda) Kükü kəndi, Quba qəzasında Kükü dağı, Zəngəzur qəzasında Kükülü dağı toponimləri ilə mə’naca eynidir. Abşeron yarımadasında (Qobustanda) bir palçıq vulkanı Gigidağ adlanır.
MIDI
MIDI (Musical Instrument Digital Interface) – musiqi alətlərinin rəqəmli interfeysi; musiqi sintezatorlarının, musiqi alətlərinin və kompüterlərin birləşməsini nəzərə alan ardıcıl interfeys standartı. MIDI standartı həm aparat vasitələrinə, həm də kodlaşdırma və ötürmə üsullarına aid edilir. Musiqi və səs MIDI-qurğular arasında ötürülür. Standartın aparat vasitələrinə aid olan hissəsi MIDI-portlar adlanan giriş-çıxış kanallarının tiplərini müəyyənləşdirir və MIDI In, MIDI Out və MIDI Thru kimi üç port tipinə qoşulan MIDI kabelinin spesifik tipini müəyyənləşdirir. Sintezator və ya başqa MIDI-qurğu məlumatı MIDI In portundan alır, məlumatların ekranda əks olunması MIDI Thru portu vasitəsilə yerinə yetirilir ki, bu da başqa qurğuların da onları almasına imkan verir. MIDI-qurğular özlərinə məxsus məlumatları digər qurğulara MIDI Out poru vasitəsilə göstərir. İnformasiya MIDI-qurğular arasında səs parametrlərinin kodlaşdırıldığı (məsələn, tonun yüksəkliyi və səsin ucalığı 8-baytlıq formatda) MIDI-məlumatlar şəklində ötürülür. MIDI-qurğulardan musiqinin yaradılması, yazılması və səsləndirilməsi üçün istifadə etmək olar. MIDI standartından istifadə etməklə kompüterlər, sintezatorlar və sekvenserlər bir-biriylə əlaqə saxlaya bilər, bununla da həm vaxta qənaət edər, həm də faktiki olaraq musiqini idarə edərlər. Sintezator avadanlıqlarının əsas istehsalçıları tərəfindən MIDI standartından istifadə olunması musiqi sahəsində kompüterlərin böyük uğurunu təmin edib.
Qida
Qida və ya qida məhsulları — orqanizmin xaricdən qəbul etdiyi üzvi və qeyri-üzvi maddələr yığımı. Qidalar çox sadə kimyəvi maddələrdən mürəkkəb üzvi birləşmələrə qədər geniş miqyasda çeşidlilik göstərir. İnsanın hər gün yeyib-içdiyi qidalar çox müxtəlifdir. Onlar orqanizmi lazımi qədər zülallar, yağlar, karbohidratlar, mineral maddələr, vitaminlər və adi su ilə təmin etməlidir.. == Üzvi maddələr == === Zülallar === Ən çox zülal toyuq yumurtasının ağındadır. Lakin pendir və kəsmik də, xalis zülaldan ibarətdir. Zülal ətdə və balıqda da çoxdur. Bir parça xəmir götürüb, onu suda yuyun,əlinizdə rezinə oxşayan yapışqanlı bir şey qalacaq. Bu zülaldır. Alimlər zülalı protein (yun.
Qıjı
Ayıdöşəyi (lat. Dryopteris) Qıjının bir çox növlərindən gülçülükdə istifadə olunur. Erkək qıjı (Dryopteris filix-mas)- açıq sahələrdə yaxşı bitir, Vel (Pteridium aquilinum) bizim planetin ən qədim bitkilərindəndir, Braun cərgəvari (Polystichum braunii) yabanı halda Rusiyanın orta zolağında bitir. Pəncəşəkilli baldırıqara (Adiantum pedatum), skolopendra-şəkilli çalovcuq (Phyllitis scolopendrium) qıraqları dalğavari yarpaqlı bitkidir. Qıjının zəif inkişaf etmiş kök sistemindən ağacların gövdələrinin dekorasiyasında istifadə edilir. Qıjı sporlarla çoxalır. Sporları il ərzində torflu dibçəklərə əkmək olar. Dibçəkləri şüşə ilə örtmək lazımdır. Qıjını kökümsov gövdənin bölünməsi ilə də çoxaltmaq mümkündür. Azərbaycanda erkək qıjı və venera saçlı baldırıqaradan gülçülükdə uğurla istifadə olunur.
Aniş Qiri
Aniş Qiri (28 iyun 1994, Sankt-Peterburq) — Rusiyada doğulmuş Holland şahmatçısı və qrosmeysteridir. Aniş qrosmeyster titulunu 14 yaş 7 ayda alıb. Qiri 4 dəfə Hollandiya Şahmat Çempionu (2009, 2011, 2012, 2015) və 2010-da Corus Şahmat B qrupunu udub. Hollandiyanı 5 dəfə Şahmat Olimpiadasında təmsil edib (2010, 2012, 2014, 2016, 2018). == Həyatı == 28 iyun 1994-cü ildə Sankt Peterburqda anadan olmuşdur, atası Nepal hindlisi (Sanjay Giri), anası isə Rusiya vətəndaşıdır (Olga Giri). 2002-ci ildə onlar Yaponiyanın Sapporo şəhərinə köçdülər və 2008-ci ilədək orada yaşadılar. 2008-ci ilin fevral ayından onlar Niderlandın Rijswijk şəhərində yaşayırlar. Onun iki bacısı var, Nataşa və Ayuşa. 2013-cü ildə 'Middelbare Məktəbi'ni Grotius kollecini bitirib (Hollandiyanın Delft şəhərində). Riyaziyyat, fizika, coğrafiya və tarix onun sevimli fənnləri olub.
Aşura (qida)
Aşura pudinqi(türk. Aşure) və ya Nuh pudinqi- taxıl,meyvə və qozkimilər qarışığından ibarət türk deserti. Aşura pudinqi, İslami təqvimin ilk ayı Məhərrəmin onunda və ya Aşura günü təklif edilir. == İnqredientləri == Aşura pudinqinin bir növ resepti yoxdur çünki regionlar və ailələr arasında reseptlər dəyişir.Ənənəvi olaraq, ən azı yeddi inqredientdən ibarət olduqu deyilir. Bəziləridə “onuncu” mövzusuna uyğun ən azı on inqredientdən ibarət olduqunu deyirlər. Bunların arasında buğda, düyü, lobya, noxud, şəkər (və ya digər şirinləndiricilər), qurudulmuş meyvə və qozkimilərdən ad aparmaq olar buna baxmayaraq ki bir çox variantları var. Bir çoxlarıda pudinqin dərinliyinə artırmaq üçün portağal və limon qabığı əlavə edirlər. Küncüt toxumu, nar dənəsi, gülab və darçın kimi dadvericilər üzərinə qoyulur. Aşura pudinqinin bəzi reseptlərində mərciməkdə ələvə olunur.
Bataqlıq qızı
Bataqlıq qızı (ing. Where the Crawdads Sing) — ABŞ yazıçısı Delia Ouensin 2018-ci ildə yazdığı qətl sirri romanı. Hekayə yavaş-yavaş bir-birinə qarışan iki zaman xəttini izləyir. Birinci xronometraj Kia adlı gənc qızın Şimali Karolinanın bataqlıqlarında təcrid olunmuş vəziyyətdə böyüyərkən həyatı və sərgüzəştlərini təsvir edir. İkinci vaxt qrafiki Şimali Karolinanın uydurma sahil şəhəri Barkli-Kouvun (ing. Barkley Cove) yerli məşhuru Çeyz Endruysun aşkar qətli ilə bağlı araşdırmadan sonra baş verir. 2022-ci ilin iyul ayına qədər kitab 15 milyon nüsxədən çox satıldı. Film adaptasiyası 2022-ci ilin iyulunda buraxıldı. == Məzmun == " Bataqlıq qızı" — detektiv, ailə dramı və eyni zamanda təbiətin gücü haqqında parlaq hekayədir. Delia " Bataqlıq Qız " Kia Klarkın həyatından danışır.
Başqırdıstan qızı
Başqırdıstan qızı (başq. Башҡортостан ҡыҙы) — Başqırd dilində aylıq buraxılan sovet və rus ədəbi və bədii jurnal, hədəf auditoriyası qadın və ailələrdir. == Tarixi == Jurnal, Sov.İKP Mərkəzi Komitəsinin Katibliyinin 22 mart 1967-ci il tarixli və Başqırd Regional Partiya Komitəsinin 1967-ci il 18 aprel tarixli qərarları əsasında 1 yanvar 1968-ci ildən nəşr olunur.5 Noyabr 1991-ci ildən jurnalın təsisçiləri bunlardır: Başqırdıstan qurultayı, BR Hökuməti və " "Başqırdıstan qızı" jurnalının redaksiyası" Unitar Dövlət Müəssisəsi. 28 iyul 1995-ci il Başqırdıstan Mətbuat və Media Nazirliyi tərəfindən qeydiyyata alınmışdır. == Jurnalın təsviri == "Başqırdıstan qızı" jurnalının əsas proqramma məqsədi və vəzifələri oxucuları Başqırdıstan Respublikasının ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatı ilə tanış etməkdir; bundan əlavə qadınların ictimai-siyasi həyatda iştirakı, mənəviyyat və tərbiyə problemləri, ailənin möhkəmləndirilməsi, insanlara və diyara sevginin artırılması mövzularını əhatə edir. Tərbiyə, təhsil, səhiyyə, mədəniyyət və əxlaq problemlərinə aid materiallar daim çap olunur. Jurnal qadın yazıçı və şairlərin əsərlərinə xüsusi diqqət yetirir. Jurnal Başqırdıstan xaricində yaşayan başqırdların həyatını da əks etdirir.Başqırdıstan Qızı jurnalının redaksiyasında aşağıdakı şöbələr yaradılmışdır: ictimai həyat, siyasət və təhsil; ədəbiyyat, mədəniyyət və incəsənət; məktublar, gənclər işi, tətbiqlər.Rubrikalar: Böyük qadınlar; Ah, bu qadın; Ocağın istiliyi; Psixoloqun tövsiyəsi; Ataya hörmət etmək; Bir mahnının hekayəsi; Qəlb sirləri və s.
DNS qıfı
DNS qıfı– təmsil etdiyi domen adlarının istifadə edilməsinin qarşısını almaq üçün yalan informasiya verən DNS server. Hədəfdən asılı olaraq DNS qıfı həm konstruktiv, həm də destruktiv istifadə edilə bilər. İstifadələrdən biri botnetin koordinasiya üçün istifadə etdiyi DNS adlarını kəsməklə botneti dayandırmaqdır. Kompüter DNS serverlərdən əvvəl hosts faylına müraciət edir, bu fayldan da saytlara müraciəti bloklamaq üçün istifadə etmək olar. Məsələn, hosts faylına əsaslanan qıf reklam saytlarını bloklamaq üçün geniş istifadə edilir. == Ədəbiyyat == İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
Biri var idi, biri yox idi (III mövsüm)
Biri var idi, biri yox idi — ABC telekanalında yayımlanan ABŞ nağıl-dram serialıdır. Serialın üçüncü mövsümünün çəkiləcəyi ABC tərəfindən 10 may 2013-cü ildə elan edilmişdi. İcraçı prodüsserlər Adam Horovitz və Edvard Kitsis bildirmişdilər ki, üçüncü mövsüm iki hissəyə bölünərək, birinci mövsüm 29 sentyabr-15 dekabr 2013-cü ildə, ikinci hissə isə 9 mart-11 may 2014-cü ildə efirə veriləcək. Birinci hissədə qəhrəmanların Yoxlandiyada Piter Penlə mübarizəsi və Storibruka qayıtmaları, ikinci hissədə isə qəhrəmanların şəhərə yol tapmış Qərbin Qəddar Cadugəri Zelena ilə mübarizələri göstərilir. İki hissənin əsas antoqonistləri olan Qərbin Qəddar Cadugəri və Piter Pendən başqa üçüncü mövsümdə Din-din, Ariel, Şahzadə Erik, Ursula, Meduza, Rapunzel, Oz cadugəri, Xeyirxah Cadugər Qlinda, Şimalın Xeyirxah Cadugəri, Cənubun Cadugəri, Doroti Geyl, Qarasaqqal və Elza obrazları da debüt edir.Mövsüm premyerası 8.52 milyon nəfər tərəfindən izlənmiş və 18-49 yaş arası 2.6/7 reytinq qazanmışdır. Mövsüm ortası finalı tənqidçilər tərəfindən qiymətləndirilmiş və Cənab Qoldun özünü qurban etməsi və keçmişlə bağlı göstərişlər qeyd edilmişdir. Mövsümün ikinci hissəsi yaxşı reytinq nəticəsi göstərərək, ikinci seriya həftənin ən yüksək reytinq nəticəsinə nail olmuşdur və bu 2012-ci ilin oktyabrında ikinci mözsümün ikinci seriyasının yayımlanmasından sonra serialın göstərdiyi ən uğurlu nəticə idi. Seriya tənqidçilər tərəfindən yüksək qiymətləndirilmiş, ssenari müəllifləri və prodüsserlər tərəfindən yaradılmış yeni ssenari xəttinə dəyər verilmişdir. İki saatlıq mövsüm finalı 6.8 milyon nəfər tərəfindən izlənmiş və 18-49 yaş arası 2.3/7 reytinq nəticəsi göstərmişdir ki, bu da serialın reytinqlərinin yaxşılaşmasına baxmayaraq, ən zəif final göstəricisi olmuşdur. 8 may 2014-cü ildə serialın dördüncü mövsümünün çəəkiləcəyi elan edildi və dördüncü mövsümün premyerası 28 sentyabr 2014-cü ildə baş tutdu.
Biri var idi, biri yox idi (II mövsüm)
Biri var idi, biri yox idi — ABC telekanalında yayımlanan ABŞ nağıl-dram serialıdır. Serialın ikinci mövsümünün çəkiləcəyi ABC tərəfindən 10 may 2012-ci ildə elan edilmişdi. Premyerası 30 sentyabr 2012-ci ildə baş tutmuş II mövsüm 12 may 2013-cü ildə tamamlanmışdır. Bu mövsümdə Cənab Qoldun tilsimi ilə magiya Storibruka da yol tapır. Rumpelştilskin çoxdan itirdiyi oğlunu axtarır. Henri də öldüyünü düşündüyü atasını tapır. Lakin, Piter Penin təsiri altında olan Tamara və Qreq Henrini Yoxlandiyaya qaçırır. Bundan sonra serialın əsas qəhrəmanları Yoxlandiyaya yola düşürlər. İkinci mövsümdə Henri Kassidi kimi tanınan Belfayr (Rumpelştilskinin oğlu), Kapitan Killian “Qarmaq” Cons, Şahzadə Avrora, Mulan, Şahzadə Filip, Robin Hud və Darlinq ailəsi kimi yeni personajlar vardır. Mövsüm premyerası 18-49 yaş arası 11.36 milyon nəfər tərəfindən izlənmiş və 3.9/10.0 yayım reytinqi qazanmışdır.
Biri var idi, biri yox idi (IV mövsüm)
Biri var idi, biri yox idi — ABC telekanalında yayımlanan ABŞ nağıl-dram serialıdır. Serialın dördüncü mövsümünün çəkiləcəyi ABC tərəfindən 8 may 2014-cü ildə elan edilmişdi. 13 may 2014-cü ildə açıqlanmışdı ki, dördüncü mövsüm iki hissəyə bölünərək birinci hissə 2014-c ilin payızında, ikinci hissə isə 2015-ci ilin yazında efirə veriləcək. 28 sentyabr 2014-cü ildə premyerası baş tutan dördüncü mövsümün yayımı 10 may 2015-ci ildə tamamlanmışdır. 20 aprel 2014-cü ildə Maykl Soçanın Uill Skarlet/Ürəklər Cəngavəri obrazı ilə baş rol canlandırdığı serialın spin-offu kimi "Bir dəfə Möcüzələr ölkəsində" serialının çəkiləcəyi elan edildi. Dördüncü mövsümdə seriala əsas antoqonistlər Qar Kraliçası, Qaranlıq Kraliçaları (qəddarlar triadası: Malefisenta, yeni obrazlar Kruella və Ursula) da daxil olmaqla Elza, Anna, Kristof, Sehrbazın köməkçisi, Balaca Bo Pip və Poseydon kimi yeni personajlar əlavə edilmişdir. == Məzmunu == Mövsümün birinci hissəsində Storibruka gələn Elza bacısı Annanı axtarır, lakin yerli mühitdən xəbərsiz olduğundan əvvəlcə problemlər yaşayır, lakin sonradan o, Emma ilə dostlaşır və qəhrəmanlar ona kömək etməyə çalışırlar. Storibrukda dondurma satıcısı kimi tanınan İnqridin əslində Qar Kraliçası olması məlum olur. Vaxtilə bacılarını itirmiş İnqrid Sehrbazın köməkliyi ilə özü kimi sehrli gücə malik iki qızdan ideal ailə yaratmaq qərarına gəlir. Həmin qızlar isə onun bacısı qızı Elza və Emma olmalı idi.
Biri var idi, biri yox idi (I mövsüm)
Biri var idi, biri yox idi — ABC telekanalında yayımlanan ABŞ nağıl-dram serialıdır. Serialın birinci mövsümünün premyerası 23 oktyabr 2011-ci ildə baş tutmuş və 13 may 2012-ci ilə kimi davam etmişdir. Serialın yaradıcıları Edvard Kitsis və Adam Horovitzdir. Serialda hadisələr paralel olaraq Sehrli Meşə və Storibrukda baş verir. Qəddar Kraliça (Lana Parrilla) nağıllar aləmindəki hər kəsin xoşbəxtliyini əlindən alacağını deyir və tilsimləyərək bütün nağıl qəhrəmanlarını bizim dövrümüzə göndərir. Serialın birinci mövsümü tənqidçilərdən “əsasən müsbət” rəylər almışdır. “Metacritic” 26 tənqidçi rəyi əsasında birinci mövsümü 100 baldan 66 balla qiymətləndirir. “The Washington Post”dan Hank Styuver serialı “təxəyyül, ekşn və sevgi janrları ilə uğurla qarışdırılmış yüngül fantastika həvəskarları üçün qiymətli hədiyyə” adlandırır. “Newsday”dən Verne Gey qeyd edir ki, “demək olar ki, teatral parlaqlıq nümayiş etdirən serial, şablon serial anlayışından uzaqlaşaraq izləyiciləri TV drama haqqında daha fərqli düşünməyə vadar edir.”Pilot seriyası 12.93 milyon nəfər (ABŞ izləyiciləri) tərəfindən izlənən serialın 18-49 yaşlı izləyicilər arasında reytinqi 4.0/10 olmuşdur. Mövsümün sonuna yaxın bu göstəricilər 8.36 milyon izləyici, 18-49 yaşları arası 2.8/8 reytinqə qədər enmiş, lakin final seriyada bir qədər yüksələrək 9.66 milyon izləyici, 18-49 yaşları arası 3.3/10 reytinq göstəricisi olmuşdur.
Biri var idi, biri yox idi (V mövsüm)
Biri var idi, biri yox idi — ABC telekanalında yayımlanan ABŞ nağıl-dram serialıdır. Serialın V mövsümünün çəkiləcəyi ABC tərəfindən 7 may 2015-ci ildə elan edilmişdir. Beşinci mövsümün premyerasının 27 sentyabr 2015-ci ildə olacağı gözlənilir. 9 iyun 2015-ci ildə Rebekka Meyder və Şon Makuayrın serialın daimi aktyor heyəti sıralarına keçərək, əvvəlki mövsümlərdə olduğu kimi müvafiq olaraq Zelena/Qərbin qəddar cadugəri və Robin Hud obrazlarını canlandıracaqları elan edildi. Bir neçə gün sonra isə Uill Skarlett/Ürəklər Valeti rolunu canlandıran Maykl Soşanın daimi aktyor heyətindən uzaqlaşması xəbəri verildi. Bu mövsümün birinci yarısının əsas mövzusu Emmanın ürəyindəki qaranlıq ile mübahisəsi kimi qeyd edilmişdir. Serialın yaradıcısı Rayn Mörfi ikinci yarını isə qısaca "Hell" (Cənənnəm) kimi təqdim edib. Beşinci mövsümdə serialın seriyalarının sayı yüzə çataqcaq və yüzüncü seriyanın 2016-cı ildə yayımlanması planlaşdırılır.
Biri var idi, biri yox idi (teleserial, 2011)
Biri var idi, biri yox idi (ing. Once Upon a Time) — Amerika istehsalı olan 2011-ci ildə ABC kanalında yayımlanmağa başlamış nağıllar əsasında çəkilmiş teleserialdır. Hadisələr nağıl qəhrəmanlarının real dünyaya daxil olmasından sonra baş verən hadisələr üzərində cərəyan edir. Serialda daha çox Disney qəhrəmanları eləcədə qərb dünyasının məşhur nağıl obrazları yer alıb. Serialın ssenari müəllifliyi isə İtkin (Lost) və Tron: Miras (Tron: Legacy) filmlərinin yazıçılarına məxsusudur.İlk 6 mövsüm Bazar günləri saat 20:00-da efirdə nümayiş olundu. 11 may 2017-ci ildə ABC 7-ci mövsümün 22 seriadan ibarət olacağını bildirdi və efir vaxtını Cümə günlərinə saat 20:00-a dəyişdirdi.Serialın spin-off versiyası olan Biri Var İdi, Biri Yox İdi Möcüzələr Ölkəsində 1 mövsüm və 13 serialı olaraq 10 oktyabr 2013 — 2 aprel 2014 tarixlərində yayımlandı.
Biri var idi, biri yox idi (teleserial, 2011-2018)
Biri var idi, biri yox idi (ing. Once Upon a Time) — Amerika istehsalı olan 2011-ci ildə ABC kanalında yayımlanmağa başlamış nağıllar əsasında çəkilmiş teleserialdır. Hadisələr nağıl qəhrəmanlarının real dünyaya daxil olmasından sonra baş verən hadisələr üzərində cərəyan edir. Serialda daha çox Disney qəhrəmanları eləcədə qərb dünyasının məşhur nağıl obrazları yer alıb. Serialın ssenari müəllifliyi isə İtkin (Lost) və Tron: Miras (Tron: Legacy) filmlərinin yazıçılarına məxsusudur.İlk 6 mövsüm Bazar günləri saat 20:00-da efirdə nümayiş olundu. 11 may 2017-ci ildə ABC 7-ci mövsümün 22 seriadan ibarət olacağını bildirdi və efir vaxtını Cümə günlərinə saat 20:00-a dəyişdirdi.Serialın spin-off versiyası olan Biri Var İdi, Biri Yox İdi Möcüzələr Ölkəsində 1 mövsüm və 13 serialı olaraq 10 oktyabr 2013 — 2 aprel 2014 tarixlərində yayımlandı.