online ehtiyat hisseleri baki
www.4teker.az — Azərbaycanda avtomobil ehtiyat hissələrinin onlayn satışını həyata keçirən bir platformadır və Bakı şəhəri ilə yanaşı, digər şəhər və rayonlara da sürətli çatdırılma xidmətləri təqdim edir.
DÜNYA
DÜNYABAXIŞI
OBASTAN VİKİ
Aləm Nuriyev
Nuriyev Aləm Bayram oğlu — tarix elmləri doktoru, professor, arxeoloq, Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu ilk orta əsrlər Azərbaycan arxeologiyası şöbəsinin müdiri. == Həyatı == Aləm Nuriyev 1936-cı il oktyabr ayının 7-də Şamaxı rayonunun Göylər kəndində anadan olmuşdur. 1984–1989-cu illərdə qədim Bərdə şəhərinin araşdırılması məqsədilə qazıntı işlərində iştirak etmişdir. 1984-cü ildə Bərdə rayonunun Şatırlı kəndi yaxınlığında üzərində alban əlifbası ilə yazılar yazılmış insan fiqurlu qədim məzar daşı abidəsi aşkar etmişdir. Əsasən Qafqaz Albaniyasının müxtəlif problemlərinin tədqiqi və öyrənilməsi, sənətkarlıq, şüşə, dulus, metalişləmə tarixi, Bərdə şəhərinin inkişaf mərhələləri, xaraba şəhərlərin (Şamaxı, Bərdə, Naxçıvan, Ərəs və s.) üzrə çıxarılması və Azərbaycan tarixinin digər problemlərinin öyrənilməsi və tədrisi ilə məşğul olur. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İlk Orta Əsrlər Azərbaycan Arxeologiyası şöbəsinin müdiridir. Rusiya Federasiyası Abidələrinin Mühafizəsi Cəmiyyətinin üzvüdür. 115-dən çox elmi məqalənin müəllifidir. == Əsərləri == Qafqaz Albaniyasının şüşə məmulatı və istehsalı tarixi. Bakı: Elm, 1981 Bərdə şəhərinin tarixi arxeoloji oçerki.
Müzəffər Aləm
Müzəffər Aləm (d.1882-ö.1973) — İranın Xarici İşlər vəziri. == Həyatı == Müzəffər Aləm 1882-ci ildə Osmanlı imperiyasının Trabzon şəhərində anadan olmuşdu. Atası Mirzə Əliəkbar xan Mötamədəlvüzəra Qəzvini Bakı, İstanbul, Dəməşq, Bağdad şəhərlərində konsul işləmişdi. Növbəti xidməti yerində Müzəffər xan dünyaya gəldi. İlk təhsilini Bakıda, sonra Tehranda aldı. İstanbulda Osmanlı Hərbiyyə məktəbində oxudu. Sonra Fransaya Sen-Sir (Saint Sier) Artileriya məktəbində təhsilini davam etdirdi. Müzəffər xan vətənə döndükdən sonra İran Xarici İşlər vəzarətində işə düzəldi. Dəməşq şəhərində konsul kimi xidmət etdi. Müzəffər xan 1910-cu ildə Xarici İşlər vəzarətindən istefa etdi.
Aləm-i Nisvan
Aləm gözəl (ablom)
Aləm gözəl (albom)
Bəzmi-aləm Sultan
Bəzmialəm Sultan (1807, Qafqaz – 2 may 1853, Dolmabağça sarayı, İstanbul ili) — 30-cu Osmanlı sultanı II Mahmudun xanımı və Sultan Əbdülməcidin anası, Validə sultan. == Həyatı == === İlk illəri === Həyatı haqqında çox az məlumat var. Doğum tarixi təxminən 1807-ci il olaraq qəbul edilir. Əslən gürcü olub, kiçik yaşlarında saraya alındığı və Sultan Mahmudun bacısı Əsma Sultanın himayəsində təlim-tərbiyə edildiyi məlumdur. Təlimini tamamladıqdan sonra adı “Dünya məclisi” mənasını verən Bəzmialəm olaraq dəyişdirildi və Sultan Mahmuda təqdim edildi. Ardından yeganə övladı olan Şahzadə Əbdülməcidi 25 aprel 1823-cü ildə dünyaya gətirməklə Sultan Mahmudun ikinci qadınəfəndiliyinə yüksəldi. Səhhəti ağırlaşdığı üçün təmiz hava alması məqsədilə Çamlıcadakı köşkə daşınan Sultan Mahmud 26 iyun 1839-cu ildə yanında olan oğlu Şahzadə Əbdülməcid, xanımı Bəzmialəm Sultan, kürəkəni Xəlil Paşa və məclis üzvü Hüsrəv Paşa ilə vədalaşdıqdan və oğluna reformasiyalarla bağlı məsləhətlər verdikdən sonra komaya girdi. 2 gün sonra – 28 iyun 1839-cu ildə burada vəfat etdi. Şəhərdə baş verə biləcək hər hansı bir ayaqlanmaya qarşı padşahın ölümü 2 gün boyunca gizli tutuldu. 1 iyulda cənazəsi Topqapı sarayına gətirildi və günorta saatlarında cənazə mərasimi keçirildi.
Hüdud əl-aləm
Hüdud əl–aləm (fars. حدود العالم) — X əsrdə, hicri 372-ci (miladi 982–983-cü) ildə naməlum müəllif tərəfindən farsca yazılmış coğrafi traktat. Əsərin tam adı Hüdud əl–aləm min əl–məşriq ili əl–məğribdir (ərəb. حدود العالم من المشرق الی المغرب Hudud əl–aləm min əl–məşriq ili əl–məğrib, fars. حدود العالم من المشرق الی المغرب‎). Əsərin müəllifinin adı tam dəqiqliklə məlum olmasa da o indiki Əfqanıstanın türkmənlər yaşayan Cövzcan vilayətindədir. Azərbaycan coğrafiyasına aid hissə Minorskinin etdiyi tərcümələrin 142–145-ci səhifələrində yerləşir. Hüdud əl-Aləm əsərinin müəllifi təsvir etdiyi ölkələri gəzməyib və bu əsərin yazılması üçün bir neçə fars və ərəb səyyah və coğrafiyaşünasların əsərlərindən istifadə edib. Ona görə də bu əsərin müəllifi bəzi daha öncələr yazılmış və o dövr insanına məlum olan ölkələrin təsvirində eyni xəta və eyni məlumatları təkrarlayır. Müəllifin İstəxri tərəfindən yazılmış "Məmləkətlərin yolları kitabı"na bələd (Kitab məsalik vəl-məmalik) olduğu aşkar məsələdir.
II Aləm Şah
II Aləm Şah (25 iyun 1728 və ya 1728, Köhnə Dehli[d] – 19 noyabr 1806 və ya 1806, Dehli) — Böyük Moğol İmperiyasının XVII padşahı.
Dünya
Yer — Günəşə yaxınlığına görə Günəş sistemindəki üçüncü planet və həyat aşkar olunan yeganə göy cismi. Radiometrik tanışlıq və digər dəlillərə görə Yer 4,5 milyard il əvvəl yaranmışdır. Yerin cazibə qüvvəsi kainatdakı digər cisimlərə, xüsusən də Yerin yeganə təbii peyki olan Aya və Günəşə qarşılıqlı təsir göstərir. Yer 365 gün ərzində Günəş ətrafında öz orbiti boyu hərəkət edir. Bu müddət ərzində Yer öz oxu ətrafında 365 (366) dəfə fırlanır. Yerin fırlanma oxunun sabit müstəviyə əyilməsinə görə Yerdə fəsillər yaranır. Yer ilə Ay arasındakı qravitasiya qarşılıqlı əlaqəsi qabarma və çəkilmələrə səbəb olur. Yer Günəş sistemindəki ən sıx planetdir və dörd daxili planetin (Günəşdən olan uzaqlığa görə daxili planetlər —Merkuri, Venera, Yer, Mars) ən böyüyü və ən ağırıdır. Yerin xarici təbəqəsi (litosfer) milyonlarla ildir ki, səth boyunca hərəkət edən bir neçə sərt tektonik plitələyə bölünmüşdür. Yer səthinin təxminən 29 %-i qitələr və adalardan ibarət qurudur.
Bəzmi-aləm Validə Sultan
Bəzmialəm Sultan (1807, Qafqaz – 2 may 1853, Dolmabağça sarayı, İstanbul ili) — 30-cu Osmanlı sultanı II Mahmudun xanımı və Sultan Əbdülməcidin anası, Validə sultan. == Həyatı == === İlk illəri === Həyatı haqqında çox az məlumat var. Doğum tarixi təxminən 1807-ci il olaraq qəbul edilir. Əslən gürcü olub, kiçik yaşlarında saraya alındığı və Sultan Mahmudun bacısı Əsma Sultanın himayəsində təlim-tərbiyə edildiyi məlumdur. Təlimini tamamladıqdan sonra adı “Dünya məclisi” mənasını verən Bəzmialəm olaraq dəyişdirildi və Sultan Mahmuda təqdim edildi. Ardından yeganə övladı olan Şahzadə Əbdülməcidi 25 aprel 1823-cü ildə dünyaya gətirməklə Sultan Mahmudun ikinci qadınəfəndiliyinə yüksəldi. Səhhəti ağırlaşdığı üçün təmiz hava alması məqsədilə Çamlıcadakı köşkə daşınan Sultan Mahmud 26 iyun 1839-cu ildə yanında olan oğlu Şahzadə Əbdülməcid, xanımı Bəzmialəm Sultan, kürəkəni Xəlil Paşa və məclis üzvü Hüsrəv Paşa ilə vədalaşdıqdan və oğluna reformasiyalarla bağlı məsləhətlər verdikdən sonra komaya girdi. 2 gün sonra – 28 iyun 1839-cu ildə burada vəfat etdi. Şəhərdə baş verə biləcək hər hansı bir ayaqlanmaya qarşı padşahın ölümü 2 gün boyunca gizli tutuldu. 1 iyulda cənazəsi Topqapı sarayına gətirildi və günorta saatlarında cənazə mərasimi keçirildi.
Tarixi-aləm arayi-Əmini
Tarix–i aləm aray–i Əmini (fars. تاریخ عالم آرای امینی) — Ağqoyunlu xanədanlığı tarixi haqqında Fəzlullah ibn Ruzbehan Xunci tərəfindən farsca yazılmış kitab. Əsasən Ağqoyunlu dövlətinin çiçəklənmə dövrü olan Sultan Yaqubun hakimiyyəti zamanı baş vermiş hadisələrdən bəhs edir. Ruzbehan kitabı Sultan Yaqubun hakimiyyəti dövründə (hicri 884–896–cı illər) yazmağa başlamış və Sultan Baysunqurun hakimiyyəti zamanı (hicri 896–897–ci illər) isə sona çatdırmışdır. == Nəşrləri == Persia in A. D. 1478 – 1490: an abridged translation of Faḍlullāh b. Rūzbihān Khunjī's Tārīkh-i ʻālam-ārā-yi Amīnī. Royal Asiatic Society monographs: volume 26. London: The Royal Asiatic Society of Great Britain and Ireland, sold by its agents Luzac and Company, 1957, 136 pages. (fars.) (ing.) Фазлуллах ибн Рузбихан Хунджи. Тарих-и алам-ара-йи Амини.
Antik dünya
Köhnə dünya
Köhnə dünya — 1492-ci ildə Amerikanın kəşfinə qədər avropalılara məlum olan dünyanın üç hissəsinin — Avropa, Asiya və Afrikanın ümumi adıdır. Adətən Yeni dünyaya qarşı qoyulur. Başqa sözlə, Köhnə dünya Afro-Avrasiyadır. == Təsviri == Köhnə dünya Xristofor Kolumbun səyahətindən əvvəl avropalılara məlum olan torpaq hissələrindən ibarətdir: Avropa, Asiya, Afrika və ətraf adalar. Bu termin Amerika və Okeaniyanı nəzərdə tutan Yeni dünyaya qarşıdır. O dövrdə avropalılar Asiya və Afrikanın daxili ərazilərini fəal şəkildə tədqiq etməsələr də, onun mövcudluğu hətta Yaponiya və Cənubi Afrikada da məlum idi, buna görə də onlar həm də Köhnə Dünya hesab olunurlar. Antarktida nə Köhnə, nə də Yeni Dünya hesab olunur, çünki terminlər onun avropalılar tərəfindən kəşfindən əvvəldir. Bioloji nöqteyi-nəzərdən Köhnə dünya orqanizmlərinə Avrasiya və Afrikada, Yeni dünya orqanizmlərinə isə Amerikada rast gəlinir. Köhnə və Yeni dünyalar arasındakı fərq şərablara da aiddir: müvafiq olaraq, Avropa şərabları Köhnə dünya şərabları, Amerika və Okeaniyada istehsal olunan şərablar isə Yeni dünya şərabları kimi təsnif edilir. Arxeologiya və ümumi tarix kontekstində "Köhnə dünya" termini Tunc dövründən bəri mədəni təmasda olan, əsasən mülayim zonada ilk sivilizasiyaların paralel inkişafına səbəb olan dünyanın hissələrini əhatə edir.
Miss Dünya
Miss Dünya (ing. Miss World) — dəvam edən ən qədim gözəllik müsabiqəsidir. O, Birləşmiş Krallıqda 1951-ci ildə Erik Morley tərəfindən yaradılıb.. 2000-ci ildə vəfatından sonra Morleyin həyat yoldaşı Culiya Morley müsabiqəyə həmsədrlik edir. Miss Kainat, Miss Beynəlxalq, Miss Böyük Beynəlxalq, Miss Sözügedən və Miss Yer ilə yanaşı, 6 Böyük Gözəllik Müsabiqəsindən biridir. Mövcud Miss Dünya 8 dekabr 2018-ci ildə Çinin Sanya şəhərində mükafatlandırılmış meksikalı Vanessa Ponsedir. O, Miss Dünyanı qazanan ilk meksikalı qadındır .
Mükəmməl Dünya
Mükəmməl Dünya (ing. Absolute World və ya Merilin Monro Towers) 2012-ci ildə Kanadanın Mississauc şəhərində tikilmiş göydələnlər. Bina Fernbruk Ev və Şəhər İnkişaf Qrupu (FHCDG) tərəfindən tikilib. 5 göydələndən ibarətdir, əsas və məşhur olan iki göydələnin mərtəbə sayı 56 və 50-dir. == Hazırlanması == 28 noyabr 2006-cı ildə Mississauc Şəhər Dizayn Mükafatlarının verilməsi mərasimində Mississauc şəhər mayoru Eyzel MakKolin gələcəkdə Bernhemtrop Road və Hurontario küçəsində tikilməli olan və şəhərin simvoluna çevriləcək binanın layihəsinin hazırlama müsabiqəsini elan etdi. Müsabiqədə 70 ölkədən 600-ə yaxın iştirakçı qatıldı. 6 finalçının adı 30 yanvar 2007-ci ildə saat axşam 12:00-da Torontodakı BCE Sarayında açıqlandı. === Müsiflər heyəti === Lari Besli, plan direktoru, Vankuver. Kolin Fourniyer, Memarlıq Məktəbi professoru, London Sol Vassermul, Toronto Klaud LaKombb, EI Richmond memarı, Toronto Maykl Spatsiani, MSAi, Toronto Dani Salvatore, Fernbrook şirkətinin prezidenti Sam Kriqnano və Paulo Stellato Fed Sacekki, Binanın planın komissarı, Mississauc. === 6 finalçı === Nikolas Boyarski, Böyük Britaniya Mişel Roykind, Meksika Roland Rom Koltoff, Kanada Sebastyan Messer, Böyük Britaniya Ma Yansonq, Çin Tarek Əl-Xatib, Kanada Finalçıların hər biri Mississaucun ən hündür və 50 mərtəbədən yüksək olacaq bina layihəsi üçün qonarar ödədi.
Orta Dünya
Orta Dünya (ing. Middle-earth; Éndor (kv. Endor); Ennorat (sind. Ennorath)) — Con Tolkinin legendariumunda, icad etdiyi kainatda bir qitə, hadisələrin baş verdiyi əsas məkan. "Hobbit" və "Üzüklərin hökmdarında" hadisələr tam olaraq, "Silmarillion" və "Bitməmiş əfsanələr" əsərlərində isə qismən Orta Dünyada baş verir. Tolkin, Orta Dünyanın və onun ayrı-ayrı ərazilərində baş verən hadisələrin bir neçə xəritəsini hazırlamışdı. O, sağ olanda, onların heç də hamısı dərc olunmamışdır. Əsas xəritələr “Hobbit”, “Üzüklərin hökmdarı”, “Silmarillion” və “Bitməmiş əfsanələrdə” nəşr olunan xəritələr idi. Birinci Dövrün hadisələrinin əksəriyyəti həmin dövrün sonunda Orta Dünyanın batmış Beleriand adlı hissəsində baş verirdi. Beleriand xəritəsinin sağ kənarındakı Göy dağlar Orta Dünyanın İkinci və Üçüncü Dövrlərə aid xəritəsində yuxarı solundakı dağ silsiləsi həmin Göy dağlardı.
Qədim Dünya
Qədim dünya — bəşər tarixində tarixdən əvvəlki dövr və Avropada orta əsrlərin başlanğıcı arasında fərqlənən dövr. Digər bölgələrdə antik dövrün müvəqqəti sərhədləri Avropa sərhədlərindən fərqli ola bilər. Məsələn, Çində qədim dövrün sonu bəzən Qin imperiyasının yaranması hesab olunur , Hindistanda - Chola imperiyası , Amerikada - Avropa kolonizasiyasının başlanğıcı . "Klassik qədimlik" (və ya antik dövr) termini ümumiyyətlə ilk Olimpiadadan (e.ə. 776) başlayan Yunan və Roma tarixinə aiddir. Bu tarix, demək olar ki, Romanın ənənəvi quruluş tarixinə (e.ə. 753) təsadüf edir. Avropa qədim tarixinin son tarixi ümumiyyətlə Qərbi Roma İmperiyasının süqut ili (mil. 476) , bəzən İmperator I Yustinianın ölüm tarixi (565), İslamın görünüşü (622-ci il) hesab olunur.) və ya İmperator Çarlemanın hakimiyyətinin başlanğıcı (800-cü il).
Yeni dünya
Yeni dünya — Avrasiya və Afrikadan kənarda qalan materikləri ifadə edən və adətən Amerika qitəsini bildirmək üçün işlədilən termin. Bu termin ilk dəfə XV əsrin axırlarında avropalılar tərəfindən işlədilib. Amerika qitəsini kəşf edənə qədər avropalılar dünyanın yalnız Avropa, Asiya və Afrikadan (Köhnə dünya) ibarət olduğunu düşünürdülər.
Ağ dünya
Ağ dünya tammetrajlı bədii televiziya filmi rejissor Şahmar Qəribli tərəfindən 1995-ci ildə ekranlaşdırılmışdır. Film "Sabah" Eksperimental Yaradıcılıq Birliyi-Sınaq Studiyasında istehsal edilmişdir. Psixoloji dramın mərkəzində dəli Səməd dayanır. Lakin adı dəli Səməd olsa da bəzi ağıllılardan daha ədalətli, daha vicdanlı və daha ağıllıdır. Film üç hekayənin birləşməsi əsasında ekranlaşdırıldığı üçün burada üç ayrı ailənin bədbəxtliklərindən söhbət açılır. Filmdə əsas rolları Şahmar Qəribli, Muxtar Maniyev, Sədaqət Nuriyeva, Məzahir Süleymanov, Bahar Abdullayeva, Almaz Amanova və Kazım Abdullayev ifa edirlər. == Məzmun == Psixoloji dramın mərkəzində dəli Səməd (Şahmar Qəribli) dayanır. Lakin adı dəli Səməd olsa da bəzi ağıllılardan daha ədalətli, daha vicdanlı və daha ağıllıdır. Film üç hekayənin birləşməsi əsasında ekranlaşdırıldığı üçün burada üç ayrı ailənin bədbəxtliklərindən söhbət açılır: Qardaşı (Kazım Abdullayev) tərəfindən işgəncəyə məruz qalan Səməd, simicliyindən arvadını (Bahar Abdullayeva) çərlədən Kərbəlayi Eyvaz (Məzahir Süleymanov) və dilinin sərtliyi ucbatından əri (Muxtar Maniyev) tərəfindən döyülən Züleyxa (Sədaqət Nuriyeva) filmin əsas personajlarıdır. Bu hadisələrin hamısına biz dəli Səmədin gözü ilə baxırıq.
Dünya Savaşı
Dünya Savaşı (Müharibəsi) (ingilis dilində: world war) dünyanın böyük güclərinin hamısının və ya əksəriyyətinin iştirak etdiyi kütləvi hərbi münaqişədir. Bu başlıq adətən 20-ci əsrdə baş vermiş iki böyük müharibəyə aiddir; Bu, " Birinci Dünya Müharibəsi " və " İkinci Dünya Müharibəsi " deməkdir. Bəzi tarixçilər " III dünya müharibəsi " və " IV dünya müharibəsi " haqqında danışıblar. Bəzi beynəlxalq münaqişələr, məsələn , doqquz illik müharibə, yeddi illik müharibə, soyuq müharibə və terrorizmə qarşı müharibə qlobal münaqişələr hesab edilir, lakin onlar adətən dünya müharibələri adlandırılmır.
Dünya görüşləri
Dünyagörüşü — çox geniş anlamlı bir anlayışdır, dünyaya və insanın buradakı yeri haqqında baxışlar sistemidir. Çeşidli baxışların, dəyərlərin, davranışların toplusudur. Toplumun və hər bir kəsin düşüncəsində yaranan mürəkkəb və bəsit nə varsa, dünyagörüşüdür. O hər kəsə ya da topluma məxsus ola bilər. Hər bir dönəmin də öz dünyagörüşü vardır. Insanın dünyagörüşünün hər bir hissəciyi başqaları ilə sıx bağlıdır, onların hamısı bir-biri ilə əlaqədədirlər. Hər bir kimsənin ya da toplumun intellektual, bilik və mədəni səviyyəsi nə qədər yüksəkdirsə, bir o qədər onların dünyagörüşü əsaslı təməllərə arxalanır. Bu səviyyələr olmayanda isə, insanlar öz fikirlərini, baxışlarını, həyat prinsiplərini əsaslandıra bilmirlər, öz fantaziyalarına, mövhumatlara qapanıb, ziddiyətlərdən çıxa bilmirlər. Eyni zamanda, dünyagörüşü təkcə düşüncəyə və biliyə deyil, həm də emosiyaların üzərində qurulur. Çünki hər bir kəsin əsəb, sevgi, nifrət və s.
Dünya görüşü
Dünyagörüşü — çox geniş anlamlı bir anlayışdır, dünyaya və insanın buradakı yeri haqqında baxışlar sistemidir. Çeşidli baxışların, dəyərlərin, davranışların toplusudur. Toplumun və hər bir kəsin düşüncəsində yaranan mürəkkəb və bəsit nə varsa, dünyagörüşüdür. O hər kəsə ya da topluma məxsus ola bilər. Hər bir dönəmin də öz dünyagörüşü vardır. Insanın dünyagörüşünün hər bir hissəciyi başqaları ilə sıx bağlıdır, onların hamısı bir-biri ilə əlaqədədirlər. Hər bir kimsənin ya da toplumun intellektual, bilik və mədəni səviyyəsi nə qədər yüksəkdirsə, bir o qədər onların dünyagörüşü əsaslı təməllərə arxalanır. Bu səviyyələr olmayanda isə, insanlar öz fikirlərini, baxışlarını, həyat prinsiplərini əsaslandıra bilmirlər, öz fantaziyalarına, mövhumatlara qapanıb, ziddiyətlərdən çıxa bilmirlər. Eyni zamanda, dünyagörüşü təkcə düşüncəyə və biliyə deyil, həm də emosiyaların üzərində qurulur. Çünki hər bir kəsin əsəb, sevgi, nifrət və s.
Dünya müharibəsi
Dünya Savaşı (Müharibəsi) (ingilis dilində: world war) dünyanın böyük güclərinin hamısının və ya əksəriyyətinin iştirak etdiyi kütləvi hərbi münaqişədir. Bu başlıq adətən 20-ci əsrdə baş vermiş iki böyük müharibəyə aiddir; Bu, " Birinci Dünya Müharibəsi " və " İkinci Dünya Müharibəsi " deməkdir. Bəzi tarixçilər " III dünya müharibəsi " və " IV dünya müharibəsi " haqqında danışıblar. Bəzi beynəlxalq münaqişələr, məsələn , doqquz illik müharibə, yeddi illik müharibə, soyuq müharibə və terrorizmə qarşı müharibə qlobal münaqişələr hesab edilir, lakin onlar adətən dünya müharibələri adlandırılmır.
Dünya xətti
Dünya xətti – bir cismin həm fəzada, həm də zamanda, adətən fəza-zaman adlandırılan səyahətdə malik olduğu misilsiz yoldur. Xüsusi nisbilikdə öyrəndiyimiz kimi, bir cisim necə sürətlə getsə, o cisim üçün zaman da bir o qədər yavaşıyar. Aşağıdakı şəkildə də görə bildiyimiz kimi, daha yavaş olan cisim vaxtın daha çox yavaş keçdiyi çox sürətli olan cismə nisbətən daha tez vaxt keçirir. Bir cisim işıq sürətinə çatanda "t" oxunda sıfır olacaq, yəni ki, vaxt istiqamətində heç bir irəliləmə əldə etməmiş olacaq. Əslinə qalsa, dünya xətləri işıq sürətinə çatdanda müşahidəçi üçün zamanın dayandığını nümayiş etdirməkdədirlər. Dünya xətlərindən nəzəri fizikada, xüsusi nisbilikdə, eləcə də ümumi nisbilikdə tez-tez istifadə olunur.
Dünya ölkələri
Bu siyahıda aşağıdakı tiplərə bölünən 244 ölkə və ərazi var: 195 dövlət – Beynəlxalq səviyyədə tanınmış müstəqil dövlət: 193 dövlət – Birləşmiş Millətlər Təşkilatına üzv dövlətlər. 2 dövlət – beynəlxalq səviyyədə tanınan, lakin BMT üzvü olmayan (BMT-nin daimi müşahidəçisi): Müqəddəs Taxt-Tac tərəfindən idarə olunan – Vatikan Şəhər Dövləti və Fələstin Dövləti 8 dövlət – beynəlxalq səviyyədə tanınmamış, lakin heç biri BMT-nin üzvü olmayan, Montevideo Razılaşması presedentinə əsaslanan adi beynəlxalq hüquq çərçivəsində dövlətlər kimi müəyyən edilə bilən: 1 dövlət – 1971-ci ildən sonra BMT üzvü olmayan, BMT-yə üzv 22 dövlət və Vatikan tərəfindən tanınan və hal-hazırda bir çox başqa ölkələrlə faktiki beynəlxalq münasibətləri olan Çin Respublikası (adətən Tayvan adlandırılır). 1 dövlət – BMT-yə üzv 46 dövlət tərəfindən tanınan, lakin BMT tərəfindən tanınmayan, ərazisinin çox hissəsi Mərakeşin faktiki idarəsi altında olan, Qərbi Səhrada yerləşən – Səhravi Ərəb Demokratik Respublikası. 1 dövlət – BMT üzvü olan 43 dövlət və Çin Respublikası tərəfindən tanınan – Kosovo Respublikası. 1 dövlət – BMT üzvü olan 6 dövlət tərəfindən tanınan – Abxaziya. 1 dövlət – BMT üzvü olan 5 dövlət tərəfindən tanınan – Cənubi Osetiya. 1 dövlət – diplomatik olaraq Türkiyədən başqa BMT üzvü olan heç bir dövlət tərəfindən tanınmayan – Şimali Kipr Türk Respublikası. 2 dövlət – faktiki müstəqil, lakin BMT üzvü olan heç bir dövlət tərəfindən tanınmayan:Prednestroviya və Somalilend. 38 məskunlaşdırılmış asılı ərazi: 3 xarici ərazi – Avstraliyanın xarici əraziləri: Milad adası, Kokos adaları və Norfolk adası. 2 xarici ölkə – Danimarka Birləşmiş Krallığında: Farer Adaları və Qrenlandiya adası.

Digər lüğətlərdə