Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kiyev
Kiyev (ukr. Київ təlləfüzü Kıyiv [ˈkɪjiu̯], tarixi Azərbaycan mənbələrində Kiyif az.-əbcəd کييف‎) — Ukraynanın paytaxtı və ən böyük şəhəri. Kiyev Ukraynanın mərkəzi hissəsinin şimalında və Dnepr çayında yerləşir. Şəhərin ölçüsü şimaldan cənuba— 50 km, qərbdən şərqə isə 56 km-dir. Əhalisi üzrə Kiyev Avropa şəhərləri olan Moskvadan, Londondan, Parisdən, Sankt-Peterburqdan, Berlindən və Madriddən sonra yeddincidir. == Toponimi == "Zaman illəri haqqında povestlər" ("Повесть временных лет") salnaməsinə əsasən şəhərin adı Kiy adından yaranıb — üç qardaşdan ən böyüyünün adı belə idi, hansılar ki, Kiyevin baniləri hesab edilirlər. Həqiqətə daha yaxın olan, Kiyev şəhərinin əsasını qədim türklər tərəfində qoyulduğu bildirilir və "Kiyev" sözü qədim türk dilində "ki" yəni "iki" anlamını verir, "yev" ya da "ev" türk ləhçələrində geniş yayılmış "ev" anlamına istinad edir. == Tarixi == Öz uzun tarixi boyu Kiyev polyakların, Kiyev Rusiyasının, Kiyev knyazlığının, Ukrayna Xalq Respublikasının, Ukrayna Dövlətinin, Ukrayna Sovet Sosialist Respublikasının paytaxtı olmuşdur. 1991-ci il, 24 avqust tarixindən isə müstəqil Ukraynanın paytaxtı olmuşdur. == Kiyevin əhalisi == Kiyev 10 inzibatı rayona bölünür, onlar Dneprin sağ və sol sahillərində yerləşmişlər.
Kiyev Knyazlığı
Kiyev Rus dövləti, Kiyev knyazlığı və ya Qədim Rus — Qədim şərqi slavyanların 882-ci ildə knyaz Oleq Veşiy tərəfindən əsası qoyulmuş dövləti. == Yaranması == Şərqi slavyanlar üç qola bölünür: ruslar, beloruslar və ukrainlər. Artıq VI–VIII əsrlərdə Şərq slavyanlarında əmlak bərabərsizliyi yaranda, ilk tayfa ittifaqları meydana çıxdı. Hələ VII əsrdə Dnepr çayı boyunda yaşayan Şərq slavyanları Xəzər xaqanlığından asılı idi və ona xərac ödəyirdi. IX əsrdə Şərq slavyanlarının erkən feodal dövləti olan Kiyev dövləti yarandı. Şərq slavyanlarının erkən feodal dövləti halında birləşməsinə onlarən arasında inkişaf etməkdə olan ticarət əlaqələri də çox kömək edirdi. Məsələn, şərq slavyanlarının torpaqlarını və vilayətlərini öz ətrafında birləşdirən Kiyev dövlətinin nəinki xarici, eləcə də daxili ticarətinin ən mühüm yolu varyaqlardan yunanlara gedən böyük yol idi. Kiyevlə Novqorodun birləşməsi ilə Kiyev dövlətinin yaranması başa çatdı. 862-ci ildə Oleqin başçılıq etdiyi drujinaların Novqoroddan Kiyevə yürüşü nəticəsində varyaqlardan yunanlara gedən yol boyu dövlətin bu iki mühüm mərkəzi birləşdirildi. Kiyev knyazı şərq slavyanlarının torpaqlarında dayaq məntəqələri yaratmağa, onlardan xərac toplamağa və yürüşlərdə onların iştirakını tələb etməyə başladı, lakin şərq slavyanlarının çoxu hələ Kiyevə bağlı deyildi.
Kiyev Universiteti
Taras Şevçenko adına Kiyev Milli Universiteti (ukr. Київський національний університет імені Тараса Шевченка) – Ukraynanın Kiyev şəhərində yerləşən ali məktəbidir. Ukraynanın əsas və ən böyük ali məktəblərindən biri, həmçinin milli elm və mədəniyyət mərkəzi və Ukraynanın ən qədim universitetlərindən biridir. == Tarix == Universitet 8 noyabr 1833-cü ildə I Nikolayın fərmanı ilə fəaliyyətdə olmayan Vilenski universitetinin və Kremeneski liseyinin əsasında müq. Vladimirin Kiyev İmperator universiteti kimi yaradılmışdır. I Nikolay universitetin müvəqqəti nizamnaməsini və ştat cədvəlini təsdiq etmiş, hansına ki, müvafiq olaraq o yalnız maarif nazirinə yox, həm də dairə himayəçisinə tabe idi. Hər il universitet şurası tərəfindən fakültələrin dekanları, namizədlikləri nazir tərəfindən təsdiqləndiyi, seçilirdilər. Universitet Malorssiyada, 1804-cü ildə açılmış Xarkov İmperator universitetindən sonra, ikinci belə müəssisə və Rusiya imperiyasının sayca altıncı universiteti oldu. Universitetin təntənəli açılışı 1834-cü ilin 15 iyulunda Müqəddəs Vladimir günü olmuşdur. Elə həmin gün də birinci məşğələlər keçirilmişdir.
Kiyev funikulyoru
Kiyev funikulyoru — funikulyor Yuxarı Kiyev ilə Kiyev şəhərini əlaqələndirir. Odessa funikulyorundan sonra Ukrayna ərazisində ikinci funikulyordur. == Funikulyorun tarixi == 20 may 1905-ci ildə funikulyorun mexaniki qurğuların sınağı həysta keçirilir. Artıq növbəti gün sərnişinlərin daşınmasına başlanılır. İlk əvvəllər funikulyor hazırkı funikulyordan 40 metr qısa olmuşdur. 1928-ci ilin yayında kanatlardan birini dəyişərkən vaqon aşağıdakı vaqonla toqquşmuşdur. 1929-cu il təmiri zamanı Kiyev funikulyoru 40 metr uzadılmışdır. 1980-ci ilin ortalarında funikulyorda yeni təmirlər gedir. 2008-ci ildə funikulyorun təmiri ilə bağlı tender elan edilir. Maliyyə çatışmamazlığı səbəbindən illik təmirlə kifayətlənməli olurlar.
Kiyev kotleti
Kiyev kotleti (rus. Котлета по-киевски) — yağda qızardılmış toyuq filesindən, əsasən dairəvi şəkildə hazırlanan kotlet növü. == Ərzaqlar == toyuğun döş əti — 2 ədəd kərə yağı — 40 qr. sarımsaq, şüyüd, duz yumurta −2 ədəd suxarı qızartma üçün bitki yağı == Hazırlanması == Yumşaq kərə yağı doğranmış sarımsaq, şüyüd və duzla qarışdırılır. Kiçik uzunsov formada içliklər hazırlayırıq və soyuducuda dondururuq. Toyuğun döş əti yuyulur, dərisi çıxarılır və əti sümükdən ayrılır. Toyuğun iki döş ətindən 4 kiev kotleti hazırlamaq olar. Toyuq filesi mətbəx çəkiciylə döyülür və arasına əvvəlcədən dondurulmuş yağ bükülür. Hazır kotletlər yumurtaya sonra suxarıya, yenə yumurtaya və sonra suxarıya bulanaraq 7–8 dəqiqə ərzində frityurda bişirilir. Frityur əvəzinə dərin tava və bitki yağından istifadə etmək olar.
Kiyev metropoliteni
Kiyev metropoliteni (ukr. Київський метрополітен) — Ukraynanın paytaxtı Kiyev şəhərində yeraltı metropoliten xətlərini birləşdirən nəqliyyat sistemi. 6 noyabr 1960-cı ildə fəaliyyətə başlaması ilə SSRİ-də Moskva və Leninqrad metropolitenlərindən sonra üçüncüdür. == Ədəbiyyat == === Kitablar === Наше метро / А. Хорунжий, очерк на укр. яз. — Киев, Госполитиздат, 1960. — 54 с. (ukr.) Київський метрополiтен / сборник на укр. яз. — Киев, Киевское областное книжно-газетное издательство, 1962.
Kiyev teleqülləsi
Kiyev teleqülləsi (ukr. Київська телевежа) — Kiyevdə yerləşən 385 metr hündürlükdə metal şaquli yüksəksəviyyəli tikilidir. Bu dünyanın ən yüksək qapalı quruluşudur. Qüllə, V. N. Şimanovskinin adına İnstitutunun layihəsi ilə köhnə yəhudi qəbiristanlığının ərazisində tikilmişdir. Televiziya qülləsinin tikintisi 1968-ci ildən 1973-cü ilə qədər davam etdi. Qüllənin metal konstruksiyalarının kütləsi 2,7 min ton təşkil edir — ekskavator 35 kubmetr həcmli bir kəmər ilə çəkinin dartılmasını təmin edir. Qüllə tamamilə müxtəlif diametrli polad borulardan ibarətdir. Qüllənin alt hissəsi (bazası) prizmatik qəfəs hissəsini dəstəkləyən dörd meyilli dəstəkdən ibarətdir. Qüllənin mərkəzi hissəsində 4 metr diametrli şaquli boru var. Bu, bir lift mili kimi xidmət edir.
Kiyev vilayəti
Kiyev vilayəti (ukr. Київська область) — Ukraynanın şimalında yerləşən vilayət.
Kiyev voyvodalığı
Kiyev voyvodalığı (pol. Województwo kijowskie, ukr. Київське воєводство) 1471-1569-cu illərdə Böyük Litva Hersoqluğunun bir hissəsi və 1569-dan 1793-cü ilədək Polşa-Litva İttifaqının inzibati və yerli idarəetmə vahidi idi. 1471-ci ildə Kiyev knyazlığından sonra qurulan monarxiyadır. Liderin adı Voyvoda olub. Birinci voyvodası Martynas Goštautas (1471-1475), axırıncı voyvodası isə Antoni Protazy Potocki (1791-1793) olmuşdur. 1812-ci il statistikasına görə ərazisi 200.000 km² (77,220 sq mi), əhalisi isə 500.000 nəfər olmuşdur.
Kiyev şəhəri
Kiyev (ukr. Київ təlləfüzü Kıyiv [ˈkɪjiu̯], tarixi Azərbaycan mənbələrində Kiyif az.-əbcəd کييف‎) — Ukraynanın paytaxtı və ən böyük şəhəri. Kiyev Ukraynanın mərkəzi hissəsinin şimalında və Dnepr çayında yerləşir. Şəhərin ölçüsü şimaldan cənuba— 50 km, qərbdən şərqə isə 56 km-dir. Əhalisi üzrə Kiyev Avropa şəhərləri olan Moskvadan, Londondan, Parisdən, Sankt-Peterburqdan, Berlindən və Madriddən sonra yeddincidir. == Toponimi == "Zaman illəri haqqında povestlər" ("Повесть временных лет") salnaməsinə əsasən şəhərin adı Kiy adından yaranıb — üç qardaşdan ən böyüyünün adı belə idi, hansılar ki, Kiyevin baniləri hesab edilirlər. Həqiqətə daha yaxın olan, Kiyev şəhərinin əsasını qədim türklər tərəfində qoyulduğu bildirilir və "Kiyev" sözü qədim türk dilində "ki" yəni "iki" anlamını verir, "yev" ya da "ev" türk ləhçələrində geniş yayılmış "ev" anlamına istinad edir. == Tarixi == Öz uzun tarixi boyu Kiyev polyakların, Kiyev Rusiyasının, Kiyev knyazlığının, Ukrayna Xalq Respublikasının, Ukrayna Dövlətinin, Ukrayna Sovet Sosialist Respublikasının paytaxtı olmuşdur. 1991-ci il, 24 avqust tarixindən isə müstəqil Ukraynanın paytaxtı olmuşdur. == Kiyevin əhalisi == Kiyev 10 inzibatı rayona bölünür, onlar Dneprin sağ və sol sahillərində yerləşmişlər.
Kiyev Madonnası
Kiyev Madonnası (ukr. Мадонна Київська) — 2022-ci ildə Rusiya Federasiyası Silahlı Qüvvələri tərəfindən Ukraynanın paytaxtı Kiyev şəhərinin bombalanması zamanı hücumdan qorunmaq üçün Kiyev metrosuna sığınan uşağı əmizdirən qadının simvolik təsviri. Jurnalist Andraş Földesin çəkdiyi fotoşəkil internetdə məşhurlaşmışdır. Bu, həm humanitar böhranın, həm də ədalətsiz müharibənin illüstrasiyasına çevrilmişdir. Təsvir İtaliyanın Munyano-di-Napoli kommunasında yerləşən katolik kilsəsində nümayiş etdirilən, müqavimət və ümidin bədii simvoluna çevrilən ikona üçün ilham mənbəyi olmuşdur. == Tarixi == Rusiyanın Ukraynada apardığı müharibənin ilk günlərində Rusiya Federasiyası Silahlı Qüvvələri tərəfindən Kiyev şəhərinin bombalanması zamanı hücumdan qorunmaq üçün Kiyev metrosunun tunellərinə sığınan 27 yaşlı Tatyana Blijniyakın üç aylıq qızı Mariçikanı əmizdirdiyi görüntüsü Macarıstan jurnalisti Andraş Földesin diqqətini çəkmişdir və o, bunu kortəbii şəkildə lentə alınmışdır. Qadın əri və uşağı ilə birlikdə 25 fevral 2022-ci ildən metroya sığınmışdır. Onlar 26 fevralda təxliyə edilməli olsalar da, döyüşlər səbəbindən sığındıqları tuneldən çıxa bilməmişdilər.Foto viral olmuş və hətta Vatikanın rəsmi saytı tərəfindən paylaşılmışdır. Onu görənlər arasında Dneprdən olan ukraynalı rəssam Marina Solomennikova da olmuşdur. O, qadının ikonik obrazını körpəsini əmizdirən Məryəm portreti üçün ilham mənbəyi kimi istifadə etmişdir.
Biləv
Biləv — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. == Ümumi məlumat == Biləv bələdiyyəsinin mərkəzidir. Rayonun mərkəzindən 35 km şimal-qərbdə, Ordubad-Bist avtmobil yolunun üstündədir. Gilan çayının (Arazın qolu) sahilində, Zəngəzur silsiləsinin ətəyindədir Orta məktəbi, klubu, kitabxanası, tibb məntəqəsi, rabitə şöbəsi, ATS-i var. Gilançayın yuxarı axını boyunca yerləşən Biləv kənd ərazisində Tunc və ilk Dəmir dövürlərinə aid maddi mədəniyyət qalıqları tapılmışdır. Biləv kəndində orta əsrlərə aid nekropol və Gilançay üzərində iki açırımlı körpü də var. == Oykonimin izahı == Oykonim kəndin ərazisindəki eyniadlı bulağın adındandır. Tədqiqatçılar kəndin adının ərazidəki dağlarda olan bulov daşlarından götürüldüyünü ehtimal edirlər. Lakin belə olduqda kəndin adı Bilov deyil, Bulovlu olmalı idi. Oykonim mənbələrdə də Biləv kimi qeydə alınmışdır.
Gilək
Gilanlılar və ya Giləklər (gil. گیلک, fars. گیلک‎, rus. Гилянцы) — İranda yaşayan irandilli xalq. Gilan dilinə ən yaxın dil mazandaran və talış dilidir. qalışların tərkibinə daxil olduğu gilək xalqı əsasən Gilan ostanında, az sayda Tehran ostanında və Mazandaran ostanında da yaşayırlar. == İqtisadiyyat == Gilaklar həm Alborz dağlarında, həm də bitişik düzənliklərdə yaşayırlar. Nəticə olaraq Alborz dağlarının şimal tərəfində yaşayanlar heyvandarlığa meylli olurlar, düzənlik təsərrüfatlarında yaşayanlar. Gilaklar vilayət və milli iqtisadiyyatda mühüm rol oynayaraq bölgənin əsas düyü, taxıl, tütün və çay kimi kənd təsərrüfatı məhsullarının əsas hissəsini təmin edir. Digər əsas sənaye sahələrinə balıqçılıq və kürü ixracatı və ipək istehsalı daxildir.
Girov
Girov və ya əsir — müharibə və ya müəyyən hərəkətlərdə qabaqlayıcı tədbir kimi təhlükəsizlik məqsədləri üçün varlıqların və ya şəxslərin tutulması və ya saxlanmasıdır. Girov qismində tutulan varlıq və ya şəxs girov və ya əsir adlanır. İndiki müasir istifadədə, müharibələrdə deyil, hər hansı bir cinayətdə iştirak etmiş şəxsin və qrupun, işəgötürən, hüquq-mühafizə orqanları və ya hökumət orqanlarına zorla tələblərini qəbul etdirməyə və tələb yerinə yetirildikdən sonra sərbəst buraxılan şəxsə deyilir. Girov götürən şəxs məhkumlara fiziki zərər verə bilər.
Giyan
Giyan — İranın Həmədan ostanının Nahavənd şəhristanının Giyan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,062 nəfər və 1,999 ailədən ibarət idi.
Göyəm
Göyəm (ağac) — Göyəm (Zaqatala) — Azərbaycanın Zaqatala rayonunda kənd.
Gəyən
Gəyən düzü — Cəbrayıl rayonu və Qubadlı rayonu rayonlarının arasında yerləşir. == Adın etimologiyası == Türk mənşəli addır. Tam aydın, işıq olmayan mənalarına malik olduğu bilinir. Bəzi mənbələrdə "gəyən" sözü süd kimi aydın gecə mənasında izah olunur. Şivələrimizdə bu söz genişlik, açıqlıq mənalarındadır. "Mal-qaranı gəyənlikdə bağladılar" deyərkən açıq yerlər nəzərdə tutulmuşdur. Xalq etimologiyasına görə də "Gəyən" adı düzün geniş, ucsuz-bucaqsız olması ilə əlaqədardır. Bu söz genişlik mənası ilə yanaşı, quraqlıq, susuzluq mənalarına da malikdir. Sarı Aşığın aşağıdakı bayatısında bu söz həm geniş, həm də quraqlıq, susuzluq mənalarındadır. == Toponimikası == Mil düzünün bir hissəsidir.
Niyət
Niyyət (ərəb. نية‎) — İslam qanunlarında bir anlayışdır. Niyyat məqsəd və mənasını aydın dərk edərək hər hansı bir hərəkəti şüurlu şəkildə yerinə yetirmək və ya ondan çəkinmək kimi yozulur. Niyat insanın əməllərinin qiymətləndirilməsində əsas rol oynayır, xüsusən də, bu və ya digər hərəkətin (namaz, oruc, nikah, boşanma) ritual və hüquqi qüvvəsi ilə bağlı teoloji və hüquqi nəticəsinə və ya cinayət işi üzrə İslam məhkəməsinin qərarına təsir göstərir. == Niyyətsiz ibadət == Əksər İslam alimlərinə görə, niyyətdə dörd şərtin yerinə yetirilməsi vacibdir: "Niyyət edən adam müsəlman və ağlı başında olmalı, nə edəcəyi işi yaxşı bilməli və bunu istəməlidir. Ağlı başında olmayanın niyyəti batil olduğu kimi, niyyətsiz ibadət də mötəbər deyil" (Qəzzali 1058–1111). Belə ki, namaz qılarkən niyyətimiz Allah rizasını qazanmaq, Ona qulluqsa, onda bu niyyət bizə savab qazandırar. "Qul bəzi yaxşı əməllər edər. Bu əməllər möhürlü zərfdə mələklər tərəfindən Allahın hüzuruna aparılar. Rəbb buyurar: "Bu zərfi atın.
Siyov
Siyov — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 1018 nəfərdir. == Toponimikası == Kəndin adı ərazidəki Qarasuçayın və Qarasutəpə dağının adı ilə bağlı yaranmışdır. Oykonim Qarasu adının talış dilindəki qarşılığıdır. == Bitki örtüyü == Taxus baccata – iynə yarpaqlılar nümayəndələrindən olmaqla – Qafqaz meşələrində geniş yayılmışdır. Bu növ iynə yarpaqlı ağac və kollar Hirkan qarışıq meşəliyində yayılmaqla bərabər özü təklikdə Siyov kəndi yaxınlığında qaraçöhrə meşəliyi yaradır. Burada Taxus baccata-dan başqa Carpinus schuschacnsis və Lonicera iberica-nın, ot bitkilərinin 32 növ olduğunu A.A.Qrossheym 1926-cü ildə, müəlliflərdən biri isə (akademik V.Hacıyev) 1979-cu ildə 45 növ olduğunu göstərmişdir. Çox düzgün olaraq A.A.Qrossheym bu meşəliyin sonradan bərpası ilə izah edir. Görünür Siyov ətrafında vaxtı ilə meşələr qırıntıya məruz qalmışdır. Qaraçöhrənin isə bir hissəsi yandırılmışdır.
Siyər
Siyer-i Nəbi; (ərəbcə ː Sira ən-Nəbəviyyə ), qısaca sirah. Ənənəvi İslam ədəbiyyatında Məhəmmədin tərcümeyi-hallarına verilən addır. Quran və hədislərlə yanaşı, Məhəmmədin həyatı və İslamın ilk dövrləri haqqında ən çox tarixi məlumatların mənbəyidir. Məhəmmədin həyatı və ilk İslam tarixi ilə bağlı ən diqqət çəkən məsələ, məlumatların, şifahi hekayə mədəniyyətinin nizamsız məhsulu kimi meydana çıxması və təfərrüatların əsrlər boyu artan tərəqqisidir. Hekayələr Məhəmmədin həyatından 150-200 illik fasilədən sonra toplanır, çeşidlənir, düzülür və bioqrafik mətnlərə çevrilir. Bu rəvayətlər qeyri-islami mənbələr tərəfindən dəstəklənmir və öz daxilində ziddiyyətlər ehtiva edir. Hekayələr zaman keçdikcə dəyişir və bir neçə nəsildən sonra tarixi reallıqdan tamamilə uzaqlaşır. Hədis və sira mənbələrində Məhəmmədin həyatı ilə heç bir əlaqəsi olmayan əhvalatların bəzi dəyişikliklər edilərək Məhəmmədin hekayətinə əlavə olunabilər. Sami Ezzib, Xeybərin fəthi və Qureyza qırğını kimi mövzuların yəhudilərin müqəddəs kitabında yer aldığını, lakin bu mənbəyə görə yəhudilərin qeyri-yəhudiləri qətlə yetirdikləri məlumatını verir. Rəvayət (Qıssa) çi ənənəyə əsaslanır əsərlərdən başqa İslamın ilkin tarixi, tarix baxımından nə vaxt meydana çıxdığı, hansı coğrafiyada doğulub dünyaya yayıldığı bu gün də qeyri-müəyyən olaraq qalır.
Viyən
Viyən (əvvəlki adı: Viyan) — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Viyan kəndi Viyən kəndi adlandırılmışdır. == Toponimikası == Viyen kend mesciti 1883-cü ilde Qedirov Qedir terefinden insa etdirilib. O, Qum sheherinde oxuyarken öz heyatyani sahesini mescit tikmek üçün kend camaatina verib. Eyni zamanda muxtelif imkanli shexslerden de pul toplayib uzun merhele ile tikintini bitirib. Hal-hazirda mescit temir edilib ve Medeniyyet Nazirliyi terefden qorunur 2700 den artıq ehalisi olan kendin gencleri yayda esasen Rusiyaya islemeye gedir. Qısda ise geri gelirler. Azyaslilar uzun illerdir ki, berbad günde olan mektebde tehsil alir. Buna regmen, bu mekteb hekim, muellim, polis, jurnalist ve diger onemli saheler üçün kadrlar hazirlaya bilib. Bu işde Fexri ve Natevan muellimin böyük rolu var.
Xiyav
Meşkinşəhr (tarixi adı Xiyov və ya Xiyav) — Güney Azərbaycanın Ərdəbil ostanına daxildir. İranın şimal-qərbində yerləşir. Tehrandan 839 km aralıda, Savalan dağının yaxınlığında yerləşən şəhər. Meşkinşəhr şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 63 655 nəfər və 14 949 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan türkcəsində danışırlar. Bu şəhər Savalan dağına ən yaxın şəhərdir. İqlimi mülayimdir. Keçmişdə adları "Xio", "Orami", "Vəravi" olmuşdur. == Şəhərin görməli yerləri == Ən mühüm turizm obyektləri bunlardır: Seyid Süleyman Fəxrəbad İmamzadə Seyid Süleyman məqbərəsi Mavand, Qotursu, Şabil, İlandoğan və Qaynarca isti su bulaqları Qarasu çayının sahili Qədim Meşkinşəhr qalası, Ağaeh qalası, Döv qalası, Qəhqəhə qalası Sasani dövrünün 2000 illik epiqrafik abidələri Unar kəndində qədim qəbiristanlıq Şeyx Heydər türbəsi Arşaq qalası Qışlaqzaxir qalası Qənbər təpəsi Anar qədim məzarlığı Cənnət Sara məscidi Həsəndaş müqəddəs yeri Meşəlik parkı Şirvan dərəsi Qarasu Huşəng meydanı Savalan dağının ətəkləriŞəhərdə kilim, xalça, yun parçalardan müxtəlif toxuculuq məhsulları toxunur.
Ana Vətən (Kiyev)
Ana Vətən heykəli (ukr. Батьківщина-Мати, rus. Родина-мать) — Ukraynanın paytaxtı Kiyevdə yerləşən İkinci Dünya müharibəsinin xatirəsinə inşa edilən heykəl. Heykəltəraş Yevgeni Vuçetiç və quruluşçu rəssam Vasili Boroday tərəfindən hazırlanan heykəl paslanmaz poladdan istehsal olunmuşdur. Əlindəki 16 metrlik qılınc ilə birlikdə ümumi hündürlüyü 102 metr, çəkisi 560 tondur. Heykəlin sağ əlindəki qılıncın ağırlığı 9 tondur. Sol əldə 13x8 metr enində, üzərində Sovet Sosialist Respublikalar İttifaqı gerbinin yer aldığı bir qalxan vardır.Heykəlin yer aldığı sahədəki muzeydə təxminən 11.600 əsgərin oyma adlarının olduğu mərmər vallar vardır. Həmçinin müharibə zamanı Sosialist Əməyi Qəhrəmanı və Sovet İttifaqı Qəhrəmanı nişanları verilən təxminən 200 işçi burada anılır.Abidə Kiyevdə yer alan İkinci Dünya Müharibəsində Ukrayna Tarixi Muzeyinin bir hissəsində yerləşir. == Dizayn və tikintisi == SSRİ-də bu böyüklükdə polad heykəl ilk dəfə qoyulub. Texnoloji dizayn və montaj, Paris Kommunası adını daşıyan Kiyev zavodunun mütəxəssisləri tərəfindən, Paton Elektrik Qaynaq İnstitutunun paslanmaz polad kadrların ayrı-ayrı bloklarda, 25-30 ton ağırlığında hissələrdə irəli gəlməsinə yönəlik təklifləri nəzərə alınaraq həyata keçirilib.Başlanğıcda abidənin qızılla örtülməsi nəzərdə tutulurdu, lakin daha sonra bu fikir rədd edildi.
Dinamo Kiyev FK
Dinamo (Kiyev) - Ukraynanın Kiyev şəhərini təmsil edən, Ukrayna premyer liqdasının daimi iştirakçısı olan futbol klubudur. Ukraynanın ən titullu futbol klubudur. SSRİ-nin bütün futbol üzrə çempionatlarında iştirak etmiş 2 klubdan biridir (Moskva "Dinamo"su ilə birlikdə). SSRİ-nin ən titullu klubudur.İlk dəfə SSRİ çempionu olmuş qeyri-Moskva klubudur. İki dəfə Kuboklar kubokunu (1975,1986), bir dəfə isə UEFA Superkubokunu (1986) qazanmışdır. İlk dəfə Avropada mükafat qazanmış SSRİ klubudur. 15 dəfə Ukrayna çempionu olmuş, 12 dəfə Ukrayna kubokunun, 8 dədə Ukrayna superkubokunun sahibidir. == Tarixi == 1927-ci ildə 13 may tarixində yaradılmışdır.İlk rəsmi oyununu "Beliy Cerkov" şəhərində, həmn şəhərin yığmasına qarşı keçirmişdir. Növbəti oyun 17 iyun 1928-ci ildə Odessa Dinamosuna qarşı keçirmişdir (2-2). Ümumittifaq idman cəmiyyəti kimi isə Dinamo 1923-ci ildə Feliks Djerzinskinin təşəbbüsü ilə yaradılmışdır.
Kiyev-Peçersk lavrası
Kiyev-Peçersk lavrası — Ukraynanın Kiyev şəhərində dini obyekt, Ukraynanın yeddi möcüzəsindən biri. Kiyev-Peçersk lavrası pravoslavların çox əhəmiyyət verdiyi dini obyektlərdəndir. O, Həzrət Məryəmin xeyir-dua verdiyi dörd yerdən biri hesab olunur. Bura həm də Rus dövlətinin ilk monastırlarından biridir. O, Ukraynanın Kiyev şəhərinin cənub hissəsində, Dnepr çayının sağ sahilində olan iki təpənin üzərində yerləşir. Monastırın əsası 1051-ci ildə knyaz Yaroslav Mudrının hakimiyyəti zamanı, Antoni adlı rahib tərəfindən qoyulmuşdur. O, Afon dağından qayıdaraq, öz vətənində buna bənzər bir monastır yaratmaq fikri ilə mağarada məskən salmış, orada bir sıra tələbələr yetişdirrmişdir. Onlardan biri olan Feodosi, müəlliminin yolunu davam etdirərək, mağaralarda olan hücrələrin sayını artırmışdır. İlk mağaralar Uzaq, və ya Feodosi mağaraları, sonrakılar isə, Yaxın və ya Antoni mağaraları adlanır. Mağaralar rahiblərə azlıq etdiyinə görə onlar burada bir monastır inşa etmişlər.
Kiyev-Peçora lavrası
Kiyev-Peçersk lavrası — Ukraynanın Kiyev şəhərində dini obyekt, Ukraynanın yeddi möcüzəsindən biri. Kiyev-Peçersk lavrası pravoslavların çox əhəmiyyət verdiyi dini obyektlərdəndir. O, Həzrət Məryəmin xeyir-dua verdiyi dörd yerdən biri hesab olunur. Bura həm də Rus dövlətinin ilk monastırlarından biridir. O, Ukraynanın Kiyev şəhərinin cənub hissəsində, Dnepr çayının sağ sahilində olan iki təpənin üzərində yerləşir. Monastırın əsası 1051-ci ildə knyaz Yaroslav Mudrının hakimiyyəti zamanı, Antoni adlı rahib tərəfindən qoyulmuşdur. O, Afon dağından qayıdaraq, öz vətənində buna bənzər bir monastır yaratmaq fikri ilə mağarada məskən salmış, orada bir sıra tələbələr yetişdirrmişdir. Onlardan biri olan Feodosi, müəlliminin yolunu davam etdirərək, mağaralarda olan hücrələrin sayını artırmışdır. İlk mağaralar Uzaq, və ya Feodosi mağaraları, sonrakılar isə, Yaxın və ya Antoni mağaraları adlanır. Mağaralar rahiblərə azlıq etdiyinə görə onlar burada bir monastır inşa etmişlər.
Kiyev Dövlət Universiteti
Taras Şevçenko adına Kiyev Milli Universiteti (ukr. Київський національний університет імені Тараса Шевченка) – Ukraynanın Kiyev şəhərində yerləşən ali məktəbidir. Ukraynanın əsas və ən böyük ali məktəblərindən biri, həmçinin milli elm və mədəniyyət mərkəzi və Ukraynanın ən qədim universitetlərindən biridir. == Tarix == Universitet 8 noyabr 1833-cü ildə I Nikolayın fərmanı ilə fəaliyyətdə olmayan Vilenski universitetinin və Kremeneski liseyinin əsasında müq. Vladimirin Kiyev İmperator universiteti kimi yaradılmışdır. I Nikolay universitetin müvəqqəti nizamnaməsini və ştat cədvəlini təsdiq etmiş, hansına ki, müvafiq olaraq o yalnız maarif nazirinə yox, həm də dairə himayəçisinə tabe idi. Hər il universitet şurası tərəfindən fakültələrin dekanları, namizədlikləri nazir tərəfindən təsdiqləndiyi, seçilirdilər. Universitet Malorssiyada, 1804-cü ildə açılmış Xarkov İmperator universitetindən sonra, ikinci belə müəssisə və Rusiya imperiyasının sayca altıncı universiteti oldu. Universitetin təntənəli açılışı 1834-cü ilin 15 iyulunda Müqəddəs Vladimir günü olmuşdur. Elə həmin gün də birinci məşğələlər keçirilmişdir.
Kiyev Milli Universiteti
Taras Şevçenko adına Kiyev Milli Universiteti (ukr. Київський національний університет імені Тараса Шевченка) – Ukraynanın Kiyev şəhərində yerləşən ali məktəbidir. Ukraynanın əsas və ən böyük ali məktəblərindən biri, həmçinin milli elm və mədəniyyət mərkəzi və Ukraynanın ən qədim universitetlərindən biridir. == Tarix == Universitet 8 noyabr 1833-cü ildə I Nikolayın fərmanı ilə fəaliyyətdə olmayan Vilenski universitetinin və Kremeneski liseyinin əsasında müq. Vladimirin Kiyev İmperator universiteti kimi yaradılmışdır. I Nikolay universitetin müvəqqəti nizamnaməsini və ştat cədvəlini təsdiq etmiş, hansına ki, müvafiq olaraq o yalnız maarif nazirinə yox, həm də dairə himayəçisinə tabe idi. Hər il universitet şurası tərəfindən fakültələrin dekanları, namizədlikləri nazir tərəfindən təsdiqləndiyi, seçilirdilər. Universitet Malorssiyada, 1804-cü ildə açılmış Xarkov İmperator universitetindən sonra, ikinci belə müəssisə və Rusiya imperiyasının sayca altıncı universiteti oldu. Universitetin təntənəli açılışı 1834-cü ilin 15 iyulunda Müqəddəs Vladimir günü olmuşdur. Elə həmin gün də birinci məşğələlər keçirilmişdir.
Kiyev Musiqi Festivalı
Kiyev Musiqi Festivalı — Kiyev şəhərində 1990-cı ildən başlayaraq, payız aylarıda Mədəniyyət və informasiya siyasəti Nazirliyinin dəstəyi ilə baş tutan beynəlxalq musiqi festivalı. Kiyev Musiqi Festivalının bədii rəhbərləri 1990–2001-ci illərdə İvan Karabis, 2002–2005-ci illərdə Miroslav Shorih, 2006–2012-ci illərdə İvan Nebesnı, 2013–2015-ci illərdə isə Miroslav Shorih olub.
Kiyev Politexnik İnstitutu
Kiyev Politexnik İnstitutu və ya qısaca: KPİ (tam adı: Ukrayna Milli Texniki Universiteti "Kiyev Politexnik İnstitutu" (ukr. Національний технічний університет України «Київський політехнічний інститут» (НТУУ «КПI»)) — Ukraynanın tədqiqat tipli ən böyük texniki universitetidir; Avropanın və dünyanın aparıcı ali təhsil ocaqlarından biridir. Ukrayna prezidentinin 1995-ci il, 8 aprel tarixli fərmanı ilə Kiyev Politexnik İnstitutuna KPİ Ukrayna Milli Texniki Universiteti adlandırılaraq Milli muxtar dövlət ali təhsil müəssisəsi statusu verilib. Hazırda onun bazasında 8 elmi-tədris mərkəzi, 12 elmi-tədqiqat institutu, 14 elmi-tədqiqat mərkəzi və 1 konstruktor bürosu fəaliyyət göstərir. Kiyev Texniki İnstitutu Ukraynanın ilk ali məktəblərindən biridir ki, 2003-cü ilin sentyabrında Avropanın “Universitetlərin Böyük Xartiyasını” (“ Magna Charta Unіversіtatum”) imzalayaraq universitetlər birliyinə qoşulub. İnstitut hər il elmi hazırlamalarına görə elm və texnika sahəsində Ukrayna Dövlət mükafatları ilə təltif edilir. Hazırda ali məktəbdə aviasiya və kosmik sistemləri, biotexnologiya və biomühəndislik, elektronika, elektroenerji texnika və avtomatika, informatika və hesablama texnikası, fizika mühəndisliyi, kimya mühəndisliyi, universitetarası tibbi-mühəndislik, cihazqayırma, radiotexnika, qaynaq, maşınqayırma, istilik enerjisi, linqvistika, idarəetmə və marketinq, tətbiqi riyaziyyat, sosiologiya və hüquq, fizika-riyaziyyat, kimya-texnologiya fakültələri fəaliyyət göstərir. == Tarixi == Kiyev Politexnik İnstitutu 31 avqust 1898-ci ildə imperator II Aleksandrın Kiyev politexnik institutu rəsmi adı altında açılmışdır. Açılış zamanı institut dörd bölmədən ibarət idi: mexaniki (109 tələbə) mühəndislik (101 tələbə) kənd təsərrüfatları (87 tələbə) kimya (63 tələbə)İnstitut Sürix, Karlsrue, Münhen, Venya, Hannover, Axenə, Drezden, Riqa və başqa şəhərlərdəki politexnikumların nümunəsi üzrə yaradılmışdır. İnstitutun təsis edilməsi və formalaşması zamanı elmi-metodik köməyi dünya elminin D. İ. Mendeleyev, N. E. Jukovskiy, K. A. Timiryazev və s.
Kiyev Rus dövləti
Kiyev Rus dövləti, Kiyev knyazlığı və ya Qədim Rus — Qədim şərqi slavyanların 882-ci ildə knyaz Oleq Veşiy tərəfindən əsası qoyulmuş dövləti. == Yaranması == Şərqi slavyanlar üç qola bölünür: ruslar, beloruslar və ukrainlər. Artıq VI–VIII əsrlərdə Şərq slavyanlarında əmlak bərabərsizliyi yaranda, ilk tayfa ittifaqları meydana çıxdı. Hələ VII əsrdə Dnepr çayı boyunda yaşayan Şərq slavyanları Xəzər xaqanlığından asılı idi və ona xərac ödəyirdi. IX əsrdə Şərq slavyanlarının erkən feodal dövləti olan Kiyev dövləti yarandı. Şərq slavyanlarının erkən feodal dövləti halında birləşməsinə onlarən arasında inkişaf etməkdə olan ticarət əlaqələri də çox kömək edirdi. Məsələn, şərq slavyanlarının torpaqlarını və vilayətlərini öz ətrafında birləşdirən Kiyev dövlətinin nəinki xarici, eləcə də daxili ticarətinin ən mühüm yolu varyaqlardan yunanlara gedən böyük yol idi. Kiyevlə Novqorodun birləşməsi ilə Kiyev dövlətinin yaranması başa çatdı. 862-ci ildə Oleqin başçılıq etdiyi drujinaların Novqoroddan Kiyevə yürüşü nəticəsində varyaqlardan yunanlara gedən yol boyu dövlətin bu iki mühüm mərkəzi birləşdirildi. Kiyev knyazı şərq slavyanlarının torpaqlarında dayaq məntəqələri yaratmağa, onlardan xərac toplamağa və yürüşlərdə onların iştirakını tələb etməyə başladı, lakin şərq slavyanlarının çoxu hələ Kiyevə bağlı deyildi.
Kiyev Su Muzeyi
Su İnformasiya Mərkəzi və ya Kiyev Su Muzeyi — Kiyev şəhərində yerləşən Kreşat parkında Danimarkanın Ekologiya Nazirliyinin dəstəyi ilə Kiyev Şəhər Dövlət Administrasiyası tərəfindən 1872–1876-cı illərdə memar Aleksandr Şile tərəfindən tikilmiş Kiyevin ilk mərkəzləşmiş su təchizatlarından birinin bərpa edilmiş binasında 24 may 2003-cü ildə qurulan informasiya mərkəzi. Su İnformasiya Mərkəzi ictimaiyyəti su ehtiyatları və onların rasional istehlakı barədə məlumatlandırır. Sərgi Kiyev şəhərindəki su təchizatlarının, sutəmizləyici qurğuların və çirkab suların təmizlənməsində istifadə edilən qurğuların tarixini nümayiş etdirir. Su İnformasiya Mərkəzi Kiyev şəhərindəki ən çox ziyarətçi qəbul edən mədəniyyət müəssisələrdən biridir. Mərkəz 23 mart 2014-cü ildə 1,4 milyonuncu, 2014-cü ilin aprel ayında 1.5 milyonuncu ziyarətçisini qəbul etmişdir. == Tarix == Mərkəzin binası XIX əsrin ortalarında memar Aleksandr Şile tərəfindən tikilmişdir. Mərkəzin girişində 1876-cı ildə tikilmiş bir su qülləsi var. Müəssisənin administrasiya mərkəzi su qülləsinin yaxınlıqlarında yerləşir və 1872-ci ildə tikilmişdir. Bu tikililər 2003-cü ildə bərpa edilmişdir. Mərkəzin əsas sərgi zalı 1909-cu ildə Danimarka memarı Karsten Möller tərəfindən tikilmiş yeraltı bir su anbarında yerləşir.
Kiyev döyüşü (2022)
Kiyev uğrunda döyüşlər — Rusiyanın Ukrayna istilasından sonra, 2022-ci il fevralın 25-də başlayan Rusiya Silahlı Qüvvələrinin Ukrayna Silahlı Qüvvələrinə qarşı Kiyev istiqamətində hərbi əməliyyatları. == Döyüş == === 25 fevral === Fevralın 25-də səhər saatlarında Ukrayna əsgəri paltarı geyinmiş üç rusiyalı diversant Obolon rayonuna daxil olub. Bu şimal rayon Ukrayna Parlamentinin toplaşdığı Ali Radanın binasından təxminən 6 mil (9,7 km) məsafədədir. Üç diversant Ukrayna qüvvələri tərəfindən öldürülüb. Səhər saatlarında Ukraynaya məxsus Su-27 qırıcısı yaşayış binasına çırpılaraq şəhərin üzərində vuruldu.Gün ərzində şəhərin bir neçə məhəlləsində atəş səsləri eşidildi; Ukrayna rəsmiləri atəşin rus qoşunları ilə toqquşma nəticəsində baş verdiyini bildiriblər.Kiyevin meri Vitali Kliçko əlinə silah alıb döyüşəcəyinə söz verib. Qardaşı Vladimir də aylar əvvəl ehtiyatda olan əsgərlərə qoşularaq eyni fikirləri ifadə etdi.Rusiya silahlı qüvvələri Kiyevin Hostomel qəsəbəsində yerləşən Antonov hava limanına yerləşdirilib. Antonov hava limanında döyüşün bir hissəsi olaraq hava limanına nəzarət iki dəfə ələ keçirdi. Ukrayna prezidenti Vladimir Zelenski Kiyev xalqını Rusiyanın hücumuna molotov kokteyli ilə cavab verməyə çağırıb. Vətəndaşlara 18 min silah paylanılıb. Adətən ehtiyatda saxlanılan Ərazi Müdafiə Qoşunları da işə salınıb.Fevralın 25-nə keçən gecə Kiyevdə güclü atışma olub.
Kiyev qurucularının heykəli
Kiyev qurucularının heykəli 1982-ci ildə Kiyevin qurucularının şərəfinə ucaldılmış abidə. Heykəldə Kiyevin qurucuları Xoriv, Kiy, Şek və onların bacıları Lıbed təsvir olunmuşdur. Heykəltəraş Vasili Boroday, memar isə Nikolay Feşenkodur. Heykəl Dnepr çayının sahilində, Dnepr metro stansiyasının yaxınlığında yerləşir. Kiyev qurucularının şərəfinə daha bir heykəl 2002-ci ildə Kiyevdə Maydan Nezalejnostidə ucaldıldı. 23 fevral 2010-cu ildə heykəlin yenidənbərpası məqsədilə demontaj olundu. Onun açılış mərasimi Kiyev günündə 20 may 2010-cu ildə oldu. == Həmçinin == Bu heykəl 1991-1996-cı illərdə Ukraynada dövriyyədə olmuş Karbovaneslər üzərində göstərilmişdir. 1-5000 nominallı banknotlarda heykəl təsvir olunmuşdur. 1991-ci ildə olmuş banknotlarda isə, Lıbedin təsviri var idi.
Kiyev su anbarı
Kiyev su anbarı (ukr. Київське водосховище) — Kiyevin şimalında, Dnepr çayı üzərində yerləşən su anbarı. Sahəsi 922 km²-dir. Şimalda demək olar ki, Belarusla sərhədə çatır. Şərq hissəsi (ərazi olaraq Çerniqov vilayəti) 2002-ci ildə yaradılmış Mejreçenski Regional Landşaft Parkının bir hissəsidir. Pripyat, Teterev, Uj, İrpen və başqa çaylar Kiyev su anbarına tökülür. Su anbarı istirahət və balıq ovu üçün əlverişli yerdir. == Tarixi == Su anbarı 1964–1966-cı illərdə salınmışdır. Mümkün dağıntılarla bağlı narahatlıqlar 2022-ci ilin fevralında yenidən yaranıb. Rusiya qüvvələri 25 və ya 26 fevralda Kiyevə hücum zamanı elektrik stansiyasına nəzarəti ələ keçirirlər Ukrainian forces recaptured it on 26 February..
Peçeneq–Kiyev münasibətləri
Şərqi Avropa düzənliklərinə tam sahib olan ruslarla ilk qarşılaşmaları 915-ci ilə aid edilir. Rus salnaməçilərinin yazdığına görə, «Kiyev knyazı ilə barışıq imzalayan peçeneqlər Dunaya doğru getdilər». Bizans tarixçiləri rusların peçeneqlərsiz heç nəyə qadir olmadıqlarını - nə ticarət etməyi, nə də vuruşa bilmədiklərini yazırıdılar. 944-cü ildə Kiyev knyazı İqor peçeneqlərlə hərbi ittifaq quraraq, Bizans üzərinə birgə yürüş təşkil etdi. Yürüşün qarşısını almaq üçün Bizans imperatoru Roman müttəfiqlərə «qızıl doldurulmuş arabalar vermək məcburiyyətində qaldı». Peçeneqlər Kiyev knyazı Svyatoslavın 965-ci ildə Xəzər xaqanlığı üzərinə yürüşündə də fəal iştirak etdilər. Svyatoslavın 3 il sonra Xəzər xaqanlığı üzərinə peçeneqlərsiz yürüş təşkil etməsi ona baha başa gəldi. Kiyevi mühasirəyə alan peçeneqlər şəhər əhalisindən xeyli xərac aldılar. 971-ci ildə Svyatoslav yenə peçeneqlərdən xəbərsiz Dunay Bulqarıstanına qarətçi yürüş təşkil etdi. Dikbaş Kiyev knyazının bu hərəkətinin cəzası daha ağır oldu.
Adi göyək
Adi göyəm
Göyəm (lat. Prunus spinosa) — gülçiçəklilər fəsiləsinin gavalı cinsinə aid çiçəkli bitki növü. == Paylanma == Növün vətəni Avropa, Qərbi Asiya və şimal-qərb Afrikadır. == Meyvəsi == Göyəmin tərkibində 8%-ə qədər şəkər (fruktoza və saxaroza), 2,5% üzvi turşu (əsasən alma), 1% pektinli maddə, 1,5% aşılayıcı maddə, vitamin C və rəngləyici maddələr vardır. Dadı gər olduğundan təzə halda yeyilmir. Göyəmdən mürəbbə, povidlo, kompot, "ternovka" adlı spirtli içki, sirkə, kvas hazırlanır. Qurudulmuş meyvələri aşpazlıqda işlədilir. Duza qoyulmuş göyəm çox dadlı olur.[mənbə göstərin]Meyvələri şaxta vurduqda dadı şirinləşir və təzə halda yeyilmək üçün yararlıdır. Çəyirdəyində 37%-ə qədər yağ vardır. Tərkibində acı amiqdalin qlükozidi olduğundan texniki məqsədlər üçün işlədilir.
Ağ ciyər
Ağ ciyər və ya öfgə — bəzi balıqlarda (ikitənəffuslülər, pəncəüzgəclilər, çoxüzgəçlilər), quruda yaşayan onurğalılarda və insanda hava tənəffüsü orqanı. Ağ ciyər hava ilə qan arasında qaz mübadiləsini təmin edir. İkitənəffüslülərdə ağciyər tənəffüs funksiyası daşıyan qoşa kisəcikdir. Çoxüzgəçlilərin ağciyəri hamardivarlı, çütdür. Quruda yaşayan onurğalıların ağciyəri qədim pəncəüzgəçli balıqların ağciyərindən əmələ gəlmiş və bədən boşluğunun ön hissəsindədir; məməlilərdə və insanda isə ağciyər diafraqmaiın inkişafı ilə əlaqədar əmələ gələn döş boşluğunda yerləşir. Ağciyəri seroz qişa — plevra ortüyü var. Adətən, cüt olur, lakin ayaqsız amfibiyalarda, ayaqsız kərtənkələlərdə və ilanlarda ağciyərin biri (çox vaxt soldakı) reduksiyaya uğramışdır. Ciyərsiz salamandrların ağciyəri yoxdur. Suda-quruda yaşayanlarda hava ağız boşluğu dibinin ritmik hərəkəti ilə ağciyərə qovulur. Ali heyvanlarda (amniotlarda) hərəkətli döş qəfəsi genişləndikcə hava ağciyərə sorulur.
Biləv SES
Biləv SES (tam adı: Biləv Su Elektrik Stansiyası) — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda yerləşən su elektrik stansiyası. Stansiyanın inşasına 2009-cu ilin martında başlanılmışdır. İnşaat işlərinin yüksək keyfiyyətlə və qısa müddətdə yerinə yetirilməsi üçün maksimum səy göstərilmişdir.Stansiya ilin bütün fəsillərində bol suyu olan Gilançaydan qidalanır. Su əvvəlcə tənzimləyici bəndə yığılır. Burada suyun toplanması üçün sahəsi 5,15 hektar olan süni göl yaradılmışdır. Göldəki bəndlərin eni 159 metrdir, hündürlüyü isə 7,3 metrlə 9,5 metr arasında dəyişir. Gölün suyun tutumu 250 min kubmetrdir. Buradan su açıq və qapalı kanallarla sutəmizləyici anbara ötürülür.Üçsıralı anbar 8200 kubmetr su tutur. Burada su bərk əşyalardan təmizlənir və anbara ötürülür. Anbarın su tutumu 34 min kubmetrdir.Bu anbardan su poladdan hazırlanan və uzunluğu 1540 metr olan təzyiq borusu ilə stansiya binasına verilir.
Biləv körpüsü
Biləv körpüsü — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Biləv kəndinin cənub tərəfində yerləşən tarixi-memarlıq abidəsi. Körpü Gilançay üzərində orta əsrlərdə inşa edilmişdir. Kəndin adı ilə adlandırılan körpü zəmanəmizədək yarımuçıq vəziyyətdə gəlib çatmışdır. == Memarlıq quruluşu == Qalıqlarına əsasən məlum olur ki, körpünün uzunluğu təxminən 60 metr, eni 3,3–3,8 metr, hündürlüyü 7–8 metr olmuşdur. Körpünün qərb tağının qurtaracağı, üzərində cüzi hörgü işi aparılmış sal qayanın üzərində oturmuşdur. Bəzi müəlliflər körpünün 3 tağlı olmasını yazsa da, hazırda bir tərəfi-şərq tağı salamat qalan körpünün uzunluğuna əsasən onun 4 və ya 5 aşırımlı olduğunu söyləmək olar. Körpünün yan divarları ən azı bir tərəfi ibtidai üsulla yonulub hamarlanmış iri və yastı yerli daşlardan- andezit — bazaltlardan , tuflu qumdaşlarından və s. kirəclə (əhəngdən və qumdan hazırlanmış qatı palçıqla) tikilmiş, divarlararası içəri hissəsi isə bol daşlı, çınqıllı, qumlu sementlənmiş materialdan təşkil olunmuşdur. Sonrakı təmir və bərpa işləri isə, körpünün yan divarları və tağlarının içəri hissələri təbii, yonulmuş, ancaq seçilmiş kiçik, yastı, müxtəlif tərkibli daşlardan və açıq qəhvəyi rəngli bişmiş kərpicdən hörülmüşdür. Körpü bir neçə dəfə təmir və bərpa olunmuşdur.
Biləv mahalı
Biləv mahalı — Naxçıvan xanlığının mahallarından biri. Naxçıvan xaniğı (1747- 1827-ci illər) mahallara bölünmüşdü və onun 9 mahahndan biri də Biləv mahalı olmuşdur. Biləv kəndi də bu mahalın mər- kəzi idi. Beləliklə 1747-1827-ci illərdə 80 il müddətinə Biləv eyniadlı mahalın mərkəzi olmuşdur. Mahallari xanın nüməyəndəsi - mirzəbəyilər (naiblər) idarə edirdilər. Onlar xanlığa sədaqətli, adətən Kəngərli tayfasından olan bəylərdən təyin olunurdular. Biləv mahalına təyin olunmuş naiblər (mahal hakimləri) Kəngərli tayfasından, Naxçıvan xanlığının Vəkil (Sultan) qolundan I kərim Sultan - Bilici Kəngərli nəslindən oimuşlar. Mahal hakimiyyətinin əksər məmurları da Kəngərli tayfasından və naiblərin qohumlarından təyin olunurmuşlar. == Mahal haqqında qısa bilgi == Sahəsi - Əhalisi - Yaranması — 1747-ci il Paytaxtı— Biləv kəndi Sərhədləri — == Etimologiyası == Tədqiqatçılar qədimliyi, yerləşdiyi ərazinin dağlıq və landşaft xüsusiyyətlərinin müxtəlif olması ilə seçilən kəndin Biləv adlanmasının müxtəlif səbəblərini veriblər. Bəzi mənbələrə görə, Biləv “min ev” sözünün təhrif olunmuş formasıdır, digər əsaslarda Biləv adının kənddəki “bülöv daşı” sözündən götürüldüyü məlum olur.
Biləv nekropolu
Biləv qəbiristanlığı — Ordubad rayonunun Biləv kəndindən şərqdə arxeoloji abidə. Qəbiristanlıqda xeyli daş qoç fiqurları və sənduqələr vardır. Qərb-şərq istiqamətində yönəlmiş torpaq qəbirlərin bəzisinin ətrafı dördkünc formada, bəzisi isə dairəvi formada daş düzümləri ilə əhatələnmişdir. Baş daşlarının bir qismi adi qaya parçalarından, bəziləri isə yonulmuş daşlardan qoyulmuşdur. Qəbir daşları üzərində ərəb əlifbası ilə yazılmış kitabələr vardır. Biləv qəbristanlığı XIV-XVIII əsrlərə aiddir. == Mənbə == Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: AMEA Naxçıvan bölməsi, 2008, səh. 45.
Biləv qalası
Biləv qalası, Naxçıvan Muxtar Respublikası Ordubad rayonu ərazisində arxeoloji abidə. == Haqqında == Qala divarları yalnız bəzi yerlərdə qalmışdır. Divar qalıqlarına əsasən demək olar ki, qala təpənin üzərini tamamilə əhatə etmişdir. Qalanın tikintisində Naxçıvan qalaları üçün xarakterik olan ziqzaq şəkilli çıxıntılardan istifadə olunmuşdur. Qalanın içəri tərəfində dördkünc formalı binaların qalıqları izlənməkdədir. Tədqiqat zamanı toplanan yerüstü materiallar erkən orta əsrlər dövrünə aiddir. Yerli əhalinin verdiyi məlumata görə qala uzun müddət düşmən hücumlarından qorunmaq üçün istifadə olunmuşdur. 20 əsrin əvvəllərində qazılmış səngərlərin yerləri indi də qalada qalmaqdadır. Qalanı 7–10 əsrlərə aid etmək olar.
Biləv qəbiristanlığı
Biləv qəbiristanlığı — Ordubad rayonunun Biləv kəndindən şərqdə arxeoloji abidə. Qəbiristanlıqda xeyli daş qoç fiqurları və sənduqələr vardır. Qərb-şərq istiqamətində yönəlmiş torpaq qəbirlərin bəzisinin ətrafı dördkünc formada, bəzisi isə dairəvi formada daş düzümləri ilə əhatələnmişdir. Baş daşlarının bir qismi adi qaya parçalarından, bəziləri isə yonulmuş daşlardan qoyulmuşdur. Qəbir daşları üzərində ərəb əlifbası ilə yazılmış kitabələr vardır. Biləv qəbristanlığı XIV-XVIII əsrlərə aiddir. == Mənbə == Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: AMEA Naxçıvan bölməsi, 2008, səh. 45.
Biləv çovqanı
Biləv çovqanı- Culfa r-nunda təbii mərz adı. == Toponimik izah == Culfa r-nunda təbii mərz adı. Naxçıvan əyalətinin Azadçiran nahiyəsində Bilav kimi qeyd olunmuşdur. Mənbədə kənd həm də Ağacanlı adlandırılmışdır. Bu məlumatdan aydın olur ki, kənd «Biləv» adlı yerdə Ağacanlı adlı nəslin məskuílaşması nəticəsində yaranmışdır. Biləv kəsici alətləri itiləmək üçün istifadə edilən daş. Kəndin yaxınlığında «Bilav» mineral bulaqlar vardır.
Ciyər axşamı
Ciyər axşamı — Azərbaycanda toy adətlərindən biri. Bəzi yerlərdə ona toy axşamı da deyirlər. Ciyər axşamı Azərbaycan toylarının təşkili ilə bağlı həyata keçirilən mərasimlərdən biridir — bu zəhmətkeş insanların yardımlaşma mərasimi və toyda çəkdikləri əziyyətin bəhrəsini gördükləri məclisdir. Ciyər axşamı toplum olaraq yardımlaşmağın da ən gözəl nümunələrindən biridir. Ciyər axşamına əsasən rayonlarıda daha çox rast gəlinir, xüsusilə də kənd yerlərində bu məclis geniş yayılıb. Şəhər toylarında isə bu ənənəyə son dövrlərdə çox nadir hallarda rast gəlinir. Ciyər axşamının iştirakçıları məhdud sayda, ilk növbədə də toy üçün heyvan kəsimində iştirak edən şəxlərdən və bəyin ən yaxın qohum və qonşularından, sağdışı, solduşu olan dostlarından ibarət olur. Toy üçün ət tədarükü görüldükdən sonra toy mağarının qurulmasında zəhmət çəkənlər üçün, heyvanların kəsilməsində, ətin doğranmasında iştirak edənlər üçün kəsilən heyvanın toyda istifadə olunmayacaq ciyər-içalat hissələrindən, bəzən ətindən də yemək bişirilir. Ciyər axşamında həm də toyun ssenarisi və toyla bağlı digər məsələlər də müzakirə olunur. Mövcud problemlərin və yarana biləcək problemlərin aradan qaldırılması üçün məsləhətləşmələr aparılır.
Ciyər kababı
Ciyər kababı – Azərbaycan və Türkiyə mətbəxində ciyərdən hazırlanan kabab növü. == Haqqında == Ciyər kəbabı həm şişdə, həm də boşqabda servis edilə bilər. Türkiyənin hansısa bölgəsi üçün spesifik xörək deyil, lakin Qaziantep və Diyarbəkir şəhərlərində daha çox bişirilir. Qaziantepdə ciyər kababı lavaşda servis edilir, üzərinə nanə, bibər əlavə olunur. Diyarbəkirdə səhər yeməyi hesab olunur. == Hazırlanması == Ciyər kababının hazırlanmasında qoyun qaraciyərindən, sumaqdan və duzdan istifadə olunur. Qaraciyər pərdələrdən azad edilib kub formalı tikəciklərə, eyni zamanda da qoyun quyruğu tikəciklərə doğranır, növbə ilə şişə taxılır. Manqalda qızartmazdan əvvəl kababa duzlu su səpilir. Hazır olduqda bunun yanında süfrəyə göyərti və sumaq verilir.
Ciyər parçalanması
Sirroz - Qaraciyər löbüllerinin bağ toxumaları vasitəçiliyi ilə köçürülməsi. Sirroz qaraciyər toxumasının çapıqlaşmasını təsvir edən bir anlayışdır. Sirroz zamanı qaraciyərin normal fəaliyyətini təmin edən hüceyrələrin miqdarı azalır və onların yerini çapıq toxuması tutur. Qaraciyərdə çapıqlaşma fərqli səbəblərdən baş verən iltihabi proses nəticəsində formlaşır. Sirrozun ilkin mərhələlərində qaraciyər öz normal funksiyalarını yerinə yetirir. Amma sirrotik dəyişikliklər artdıqca qaraciyər orqanizm üçün həyati vaciblik daşıyan funksiyalarının həyata keçirə bilmir. Sirroza bir çox fərqli təriflər verilmişdir. Bunlar arasında ən yaxşı tərif "Qaraciyərin böyük bir sahəsini əhatə edən, normal qurluşunun yerində anormal nodüllerin görünməsi ilə xarakterizə olunan bir dəyişmə" olaraq təyin edən Dünya Sağlamlıq Təşkilatına aid tərifdir. Bu tərifin içinə regenerator ilə damarlanmada və qan axınındakı dəyişikliklər daxildır. Çünki, düyünlərdə hər vaxt regenerator tapıntıları görülməyə bilər; həqiqi regenerator düyünlər xəstəliyin irəli mərhələlərində rast gəlinər.
Heydər Əliyev parkı (Kiyev)
Heydər Əliyev parkı — Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin şərəfinə Ukraynanın Kiyev şəhərində salınmış park. Park Ulu Öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ərəfəsində 2013-cü il aprelin 25-də açılmışdır. Parkın giriş hissəsində Heydər Əliyevin heykəli ucaldılmışdır. == Ümumi məlumat == Heydər Əliyev parkı 2013-cü il aprelin 25-də Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində açılıb. Prezident İlham Əliyev Ukraynaya səfəri zamanı ümummilli Heydər Əliyev parkında olaraq, Heydər Əliyevin burada ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.Parkda Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən kompozisiya elementləri yüksək peşəkarlıqla işlənib. Burada işıqlandırmadan tutmuş nadir "Şeyx Səfi" xalısının surətinədək hər şey fərdi sifariş əsasında Ukrayna, İtaliya, Almaniya və Azərbaycanda hazırlanıb. Parkın inşaat kompozisiyası Azərbaycanın qədim rəmzləri olan Bakının Qala divarları, Şirvanşahlar dövlətinin gerbi, "Şeyx Səfi" xalısının maketləri əsasında qurulub. Parkın landşaft kompozisiyası isə dövlətimizin coğrafi şəraitinin və florasının müxtəlif elementləri ilə tamamlanır.Parkda aparılan yaşıllaşdırma işləri zamanı əsasən Azərbaycan florasına məxsus nadir ağaclara və bitkilərə üstünlük verilmişdir. Bu da parkın özünəməxsusluğunu artıran amillərdəndir. == İstinadlar == == Xarici keçidlər == "Kiyevdə Heydər Əliyev parkı və heykəli açılıb" (az.).
Ağayev
Ağayev — soyad. === A === Ağa Ağayev (2002—2020) — Vətən müharibəsi şəhidi. Ağabala Ağayev (1997—2020) — Vətən müharibəsi şəhidi. Ağadadaş Ağayev (d. 1956) — azərbaycanlı müğənni. Ağadədə Ağayev (1912—1990) — İkinci Dünya müharibəsinin iştirakçısı, müharibə veteranı. Ağali Ağayev (1995—2020) — Vətən müharibəsi şəhidi. Ağamalı Ağayev (1996—2020) — Vətən müharibəsi şəhidi. Ağamir Ağayev (1996—2020) — Vətən müharibəsi şəhidi. Ağarəfi Ağayev (1911–1978) — Kimya elmləri doktoru, professor.
Qiyam
Qiyam — ölkədə mövcud olan hakimiyyətə qarşı dövlət çevrilişi etmək məqsədi ilə hərbi qruplaşmaların silahlı çıxışı. Adətən müvəffəqiyyət əldə ediləndə hərbi diktaturanın qurulması, demokratik təsisatların dağıdılması və kütləvi terrorla nəticələnir.
Qiyan
Monidigah — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 692 nəfərdir. == Toponimiyası == Oykonim talış dilindəki mon (yerli tələffüz forması miy on olub, “orta, mərkəz, ara” deməkdir), di (kənd) və gah (yer) sözlərindən ibarət olub, “ortada yerləşən kənd, orta kənd” mənasındadır. Oykonim talış dilində Mondiqo adlanır. == Coğrafiyası == Lerik rayonunun Bilabənd inzibati ərazi vahidində yerləşən bu kənd Peştəsər silsiləsinin yamacındadır.Bu yaşayış yeri üç hissədən ibarətdir: 1. Mondiqo - orta kənd yeri; 2. Jindi - aşağı kənd; 3. Pendi - yuxarı kənd. == Tanınmış şəxsiyyətlər == Firdovsi Əliyev — Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir müavini.
Qiyas
Qiyas — Bir şeyi başqa bir şeyə bənzədərək və ya onunla müqayisə edərək hökm vermə, mühakimə yeritmə. == İslamda qiyas == Sinni məzhəblərində bu məsələ təzadlı olduğu halda şiəlikdə xüsusi göstəriş olmadıqda, bu cür hökm vermək haramdır.
Qiymət
Qiymət — satıcının bir vahid mal köçürməyə (satmağa) hazır olduğu pul məbləği. Əslində, qiymət müəyyən bir əmtəənin pula dəyişdirmə əmsalıdır. Qiymət anlayışı əsas iqtisadi kateqoriyadır. Malların könüllü mübadiləsindəki nisbətlərin (nisbət) qiyməti dəyər adlanır. Bu səbəbdən, qiymət malın vahidinin pulla ifadə olunan dəyəri və ya mal vahidinin pul dəyəri və ya dəyərin pul dəyəridir. Gündəlik danışıqlarda qiymət çox vaxt bir məhsulun dəyəri ilə sinonimdir (məsələn, “kibrit nə qədərdir?”) və bu sözlər bir-birinin əvəzinə istifadə edilə bilər. == Qiymətin fəlsəfi anlayışları == Aristotelin iki qiymət anlayışı var: qiymət — artığın dövriyyəsinə xidmət edən mübadilə kateqoriyasıdır (insanın varlığı və çoxalması üçün lazım olmayan hər şey). Digər tərəfdən, bu həqiqətə uyğun olmayan sərvətin ifadəsidir. Foma Akvinski üçün "Ədalətli Qiymət" — xərcləri bərpa etməyə imkan verən bir qiymətdir. Digər tərəfdən, Foma Akvinski, qiymətin alıcının Tanrı ilə nə qədər yaxın olmasından asılı olaraq fərqləndirilməli olduğunu söyləyir.
Qişek
Qişek, yaxud Qıçak (rus. Гайчак, qaz. Гижақ, гыджак) — qədim simli musiqi aləti .. == Yayğınlığı == Qişek İranın güneyində, Əfqanıstan, Türkmənistan, Özbəkistan, Tacikistan, Qazaxıstan, uyğur musiqisində yayılmışdır. Əfqanıstanda "sarında", Hindistanda isə "saragi" kimi tanınır. == Növləri == === İran qişeyi === İran qişeyi quruluşca skripkanı xatırladır. === Azərbaycan və Orta Asiya qişeyi === Əfrasiyab Bədəlbəyli qişeyi "çanağı girdə, üzərinə adətən ipəkdən eşilmiş iki sim qoşulmuş qədim simli musiqi aləti" kimi təsvir edib . Orta Asiya qişeyi quruluşca kamançaya bənzəyir. Piyaləşəkilli rezonatora malik olub, dəri membranla örtülmüşdür və taxtadan dairəvi boynu vardır. Kaman – kamonça isə qövsşəklində əyilmiş çubuğa bağlanmış bir dəstə at tükündən ibarətdir.
Qırov
Qırov – ayaz gecələrdə yerin və cisimlərin səthi soyuyaraq mənfi temperatura düşdükdə onların səthinə çökən buz kristalcıqları.