Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Biq-Horn
Biq-Horn — ABŞ-də, Qayalı dağlarda silsilə. == Haqqında == Uzunluğu təqribən 200 km. Ən hündür zirvəsi Klaud-Pik dağıdır (4015 m). Böyük Düzənliklər platosundan nisbi hündürlüyü 1200–1500 m-dir. Ox hissəsi Kembriyə -qədərki qranitlərdən, kənarları Paleozoy və Mezozoyun çökmə süxurlarından təşkil olunmuşdur. Dağ çölləri, küknar və ağ şam meşələri, yuxarılarda subalp seyrək meşəliyi yayılmışdır. Dövlətə məxsus 400 min ha meşə sahəsi istirahət və turizm üçün istifadə olunur.
Horn adası
Horn adası (isp. Isla Hornos) — Odlu Torpaq arxipelaqına daxil olan, Çiliyə məxsus olan ada. İnzibati baxımından Çilinin Antartika Çilena vilayəti ərazisinə daxildir. Adada Horn burnu yerləşir. Əslində isə Cənubi Amerikanın ən ucqar cənub nöqtəsi Dieqo-Ramires adalarında yerləşir. Adada Çili hərbi-dəniz qüvvələrinə məxsus baza yerləşir: mayak, kilsə, yaşayış binaları və təyinatlı binalar. Adada Albatrosların bədən quruluşlarına bənzər abidə vardır. Bu abidə Horn burnunu keçmək istəyərlən həyatlarını itirmiş dənizçilərin şərəfinə qoyulmuşdur. Ada ərazisi Horn milli parkı ərazisinə daxildir (isp. Parque nacional Cabo de Hornos).
Horn burnu
Horn burnu (nid. Kaap Hoorn, isp. Cabo de Hornos) — Odlu Torpaq arxipelaqının ən ucqar nöqtəsi]. Horun burnu anlayışı çox vaxt Cənubi Amerikanın cənub qurtaracağı kimi qəbul olunur. Horn burnu əslində Cənubi Amerikanın ən ucqar cənub nöqtəsi deyil. Horun burnundan 100 km cənub-qərbdə Dieqo-Ramires adaları yerləşir. Məhz bu adalar qitənin ən ucqar nöqtəsidir. Materikdə isə Bransuik yarımadasında olan Frоuаrd burnudur. Horn burnu Horn adasında yerləşir. Ərazini Cənubi Amerika ilə Antarktida arasında yerləşən Dreyk boğazının suları yuyur.
Roy Horn
Ziqfrid Fişbaxer və Uve Lüdviq Horn (ing. Siegfried & Roy) — ağ şir və ağ pələnglə göstəriləri sayəsində məşhur olmuş keçmiş estrada artistləri Ziqfrid Fişbaxer və Uve Lüdviq Horndan ibarət alman-amerikan dueti.
Sam Horn
Samuel Lee Horn (2 noyabr 1963-cü ildə anadan olub) keçmiş peşəkar Amerikalı beysbol oyunçusudur. Səkkiz mövsümün bir hissəsini Major League Baseball- da (MLB) keçirmiş və Boston idman komandalarının flaqman stansiyası olan New England Sports Network- ün aparıcısı olmuşdur.
Big Horn (Vayominq)
Biq-Horn qraflığı (ing. Big Horn County – azərb. Böyük buynuz‎) — Vayominq, ABŞ-də yerləşən qraflıq. ABŞ Siyahıyaalma Bürosunun verdiyi statistik məlumatlara görə 2000-ci ildə bu qraflığın əhalisi 11 461 nəfər olmuşdur. qraflığın paytaxtı Beysin şəhəridir. == Tarixi == Biq-Horn qraflığı Mart 1890-cı ildə Vayominq qanunvericiliyinə əsasən qurulmuşdur. Bu qraflıq Vayominqin Frimont, Conson və Şeridan qraflıqları ilə qonşudur. == Coğrafiyası == ABŞ Siyahıyaalma Bürosunu Biq-Horn qraflığı haqqında verdiyi məlumatına görə, qraflığın sahəsi 8182 km2, bunlardan 8125 km2 torpaq, 57 km2 isə su sahəsi tutur. qraflığın su resurslarının sahəsi onun bütün sahəsinin 0,7%-ni təşkil edir. Maraqlıdır ki, Biq-Horn həm də Nebraska ştatının qraflığı olan Biq-Hornla həmsərhəddir.
Biq-Horn (Vayominq)
Biq-Horn qraflığı (ing. Big Horn County – azərb. Böyük buynuz‎) — Vayominq, ABŞ-də yerləşən qraflıq. ABŞ Siyahıyaalma Bürosunun verdiyi statistik məlumatlara görə 2000-ci ildə bu qraflığın əhalisi 11 461 nəfər olmuşdur. qraflığın paytaxtı Beysin şəhəridir. == Tarixi == Biq-Horn qraflığı Mart 1890-cı ildə Vayominq qanunvericiliyinə əsasən qurulmuşdur. Bu qraflıq Vayominqin Frimont, Conson və Şeridan qraflıqları ilə qonşudur. == Coğrafiyası == ABŞ Siyahıyaalma Bürosunu Biq-Horn qraflığı haqqında verdiyi məlumatına görə, qraflığın sahəsi 8182 km2, bunlardan 8125 km2 torpaq, 57 km2 isə su sahəsi tutur. qraflığın su resurslarının sahəsi onun bütün sahəsinin 0,7%-ni təşkil edir. Maraqlıdır ki, Biq-Horn həm də Nebraska ştatının qraflığı olan Biq-Hornla həmsərhəddir.
Uwe Ludwig Horn
Ziqfrid Fişbaxer və Uve Lüdviq Horn (ing. Siegfried & Roy) — ağ şir və ağ pələnglə göstəriləri sayəsində məşhur olmuş keçmiş estrada artistləri Ziqfrid Fişbaxer və Uve Lüdviq Horndan ibarət alman-amerikan dueti.
Yalançı Horn burnu
Yalançı Horn burnu (isp. Falso Cabo de Hornos) — Odlu Torpaq arxipelaqına daxil olan Oste adasında yerləşən Hardi yarımadasının ən ucqar cənub nöqtəsi. Əsl Horn burnu isə kiçik bir adada yerləşir. Səyyahların bir çovu səhvən Oste adasındakı burnu Horn olaraq bilmişlər. Oste adası arxipelaqın əsas adasından Biql boğazı ilə ayrılır. Hazırda isə təcrübəli dənizçilər bu səhvi etmirlər. Yalançı Horn burnu əslindən 56 km şimal-qərbdə yerləşir. Burnun iqlıimi qışı yağışlı, küləkli və yumşaq, yayı isə sərin keçir. İl ərzində temperatur 0 °С - 15 °C arasında dəyişir. Horn burunlarının heç biri nə Cənubi Amerika materikinin nə də dünyanın ucqar nöqtəsi sayılmır.
Bloqer
Bloq – (ing. blog — şəbəkə jurnalı və ya hadisələr gündəliyi) fərdi jurnal olub, informasiyanı, fikirləri, şərhləri və müxtəlif tipli hiper əlaqələri özündə toplayan veb-saytdır. İngilis dilindəki “web” və “log” sözlərinin birləşməsindən alınan “weblog” sözlüyünün zamanla təhrif olunmuş formasıdır. Hazırda bloqlar ən güclü Veb 2.0 və yeni media alətlərindən biri hesab olunur. Bloqçu (blogger) – bloq yaradan insandır. Bloq, əsasən yenidən köhnəyə doğru sıralanmış yazıların və şərhlərin yayımlandığı bir saytdır. Demək olar ki, bloq saytlarındakı şərhlər həmin bloqun əsas hərəkətverici qüvvəsidir. Şərhlərin sayəsində bloq müəllifi ilə oxucular arasında rabitə yaranır. Zaman keçdikcə bloqlarda yazılardan əlavə video, mp3, kiçik çat pəncərəsi və s. bir çox yeniliklər də mövcud olmağa başlamışdır.
Horan.
Pavel Qoryaninov (rus. Павел Федорович Горянинов 1796[…], Mogilyov – 1865[…], Sankt-Peterburq) — Rus təbiətşünası, botaniki, həkim.
Hors
Hors — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Rayondakı 9 km şimal-şərqdə, Hors dərəsindən axan çayın yanında yerləşir. Kəndin adı tarixi mənbələrdə ilk dəfə X əsrdə xatırlanır. 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri"ndə Xors kimi qeyd edilmişdir. Bu qədim azərbaycanlı Kəndində XII–XIV əsrlərə aid çoxlu tarixi abidələr, Alban kilsəsinin qalıqları, oğuz qəbiristanlığı, qədim Oral Malux və Quşxana kəndlərinin binalarının qalıqları (XIII–XIV əsrlər) vardır. Toponim xors türk etnonimi əsasında əmələ gəlmişdir. Azərbaycan dilində q~x~h səs əvəzlənməsi qanunauyğun haldır. Onu da qeyd edək ki, xors (hors) etnonimi qors, xoros, xurs formalarında da qeyd edilir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Korn
Korn (bəzən loqotiplərdə əslinə uyğun olaraq "KoRn" və ya "KoЯn" kimi də yazılır ) — 1993-cü ildə Kaliforniyada yaranmış nu metal qrupudur. Qrup nu metal janrının banisi hesab edilir. 1994-cü ildə çıxardıqları eyni adlı (Korn) debüt albomu bütün dünyada 3 milyondan çox satmışdır. Qrup 1996-cı ilin aprelinə kimi "Life Is Peachy" albomunun üzərində işləyir və həmin il 15 oktyabr albomu satışa çıxardır. 1998-ci ildə Billboard 200 siyahısında 1-ci sıraya yüksələn "Follow the Leader Korn" albomu qrupun əsas tanınmasında rolu olan albom kimi qəbul edilir. 1999-cu ildə çıxardıqları "Issues" albomu yenə eyni siyahıda 1-ci sıraya yüksəlir. Qrup 11 iyun 2002-ci ildə "Untouchables" albomunu və 21 noyabr 2003-cü ildə "Take a Look in the Mirror" albomunu yayımlayır. Hər iki albom Billboard 200 siyahısında ilk onluq içərisindən zirvəyə yüksəlir. İlk yığma albomları olan "Greatest Hits Vol. 1", Billboard 200 siyahısında 4-cü sıraya yüksəlir.
Torn
Torn (limb. Thoear) — Niderlandın Limburq əyalətində, Maasqouv bələdiyyəsində şəhər. Myoz və Vitbik çaylarının sahilində yerləşir. Şəhərin mərkəzindəki ağ fasadlı evlərində görə Torn "ağ şəhər" adı ilə tanınır. İlk əvvəllər Torn ərazisi Maastrix və Neymegen arasındakı Roma yolunun yaxınlığında yerləşən bataqlıq idi. Amma təxminən 975-ci ildə yepiskop Utrextli Ansfrid burada Benedektin monastırının əsasını qoymuşdur. XII əsrdən etibarən monastır qadın monastırına çevrilməyə başlanmışdır. Monastırı idarə edən abbat idi. Monastır ziyalı ailəsindən çıxmış qadınlar tərəfindən dəstəklənilirdi.
Flower Boy
Flower Boy (digər adı Scum Fuck Flower Boy) — amerikalı repçi Tyler, the Creator-un dördüncü studiya albomu. 21 iyul 2017-ci ildə Columbia Records tərəfindən buraxılıb.
Hor
Hor (e. ə. XVIII əsr – e. ə. XVIII əsr) — XIII sülaləyə aid qədim Misirdə e.ə.1732-ci ildə firon (çar) olmuşdur. Hor Misir ehramlarından şimalda III Amenemhetin ehramı yerləşən ərazidə dəfn olunmuşdur. İlk dəfə 1894 cü ildə Jak de Morqan tərəfindən kurqan qəbirdə aşkar olunmuşdur. Horun mumiyası dekorasiyasız bir sarkofaqda və onun içidəki qızıl üzlüklü taxta tabutun içərisində yerləşmişdir. Burada qədim Misirin tanrılarından olan Kanın üzəri qızıl təbəqəsi ilə işlənmiş taxtadan hazırlanmış heykəli də tapılmışdır. Hazırda bu heykəl Qahirə misirşünaslıq muzeyinin ən qizmətli eksponatı sayılır.
Den-Hoorn
Hoornte və ya De Hoorn Şimali Hollandiya əyalətinin Teksel bələdiyyəsi nəzdində yerləşən kənd. Den-Helder şəhərindən 9 km şimalda yerləşir. 2001-ci ildə kəndin əhalisi 443 nəfər olmuşdur.
Horun gözü
Horun gözü qədim Misirin rəmzi sayılan Horun döyüş zamanı Set tərəfindən çıxardılmış olan Ayı tərənnüm edən sol gözüdür. Şahin gözünü xatırladır. Bu simvol Ranının gözü yaxud Horun gözü adlanır və Qədim Misir tanrısı Horun sağ gözünü təcəssüm edir. Simvol Günəşi təmsil edir və Günəş tanrısı Ra (Re) ilə əlaqələndirilirdi. Sol göz isə Ay tanrısı Tehutini (Tot) təcəssüm edir. Zədəli sol göz Ayın fazalarını əks etdirir. Rəmzi olaraq onu qədim Misirdə bir çox misirlilər boyunlarında gəzdirirdilər. Əfsanəyə görə sol göz Horun məkirli qardaşı Set tərəfindən oyulur, cadu tanrısı Tot isə gözü yenidən möcüzəvi şəkildə bərpa edir. Qədim Misirin bu günümüzə gəlib çıxmış yazılarında bu göz haqqında bir çox əfsanə mövcuddur. Bir əfsanəyə görə Set öz barmağını Horusun sol gözünə soxaraq çıxartmışdır.
Elizabet Born
Elizabet Born (fr. Élisabeth Borne; 18 aprel 1961[…], XV arondisman (Paris)) — 16 may 2022-ci ildən etibarən Fransanın Baş naziri vəzifəsində çalışan fransız dövlət xadimi. 8 yanvar 2024-cü il tarixində istefa verib.
Karen Horni
Karen Horni (16 sentyabr 1885[…] – 4 dekabr 1952[…], Nyu-York, Nyu-York ştatı) — alman əsilli Amerikalı psixoanalist. Neo-Freydizmə bağlı bir cərəyan olan "eqo psixologiyası"nın təmsilçilərindəndir. Z.Freyddən fərqli olaraq şəxsiyyətin və nevrozun formalaşmasında fizioloji və impulsiv güclərin təsirlərindən daha çox ərtaf mühitin təsirlərindən bəhs etmişdir. K.Horninin atası kişilərin qadınlardan üstün olduğunu düşünən dindar və sərt xasiyyətli Norveç əsilli bir gəmi kapitanı idi. Atası ona peşəsinə görə rastlaşdığı fərqli mədəniyyətlər haqqında danışardı. Bu isə K.Horniyə gələcəkdə böyük təsir göstərəcəkdir. Bədbəxt bir evliliyi olan anası isə bu halından daim Karenə danışardı. Karenin uşaqlığı ailəsinin ona olan qatı münasibəti səbəbilə yaxşı keçməmişdir. Valideynləri övladları arasında ayrı seçkiliyə yol verərək qardaşını ondan üstün tuturdu. Bu səbəbdən kiçik yaşlı Karen özünə qarşı dəyərsizlik, alçaqlıq və düşmənçilik duyğuları hiss edirdi.
Maks Born
Maks Born (alm. Max Born‎; 11 dekabr 1882[…], Vrotslav, Prussiya, Almaniya imperiyası[…] – 5 yanvar 1970[…], Göttingen, Aşağı Saksoniya) — alman nəzəri fiziki və riyaziyyatçısı, kvant mexanikasının banilərindən biri. Fizika üzrə Nobel mükafatı (1954) luareatı. Dünyanın bir neçə elmi cəmiyyətinin üzvü, o cümlədən SSRİ Elmlər Akademiyasının xarici üzvü (1934). Born kvant nəzəriyyəsində fundamental nəticələrin müəllifidir: o, matris mexanikasının yaradıcılarından biri olmuş, Şredinger dalğa funksiyasının ehtimal olunan bir şərhini təklif etmiş və dağılma kvant nəzəriyyəsinə (Born yaxınlaşması) və digər elmi fənlərə əhəmiyyətli töhfələr vermişdir. Kristal qəfəsləri dinamikası, bərk maddələrin, maye və qazların termodinamikası və kinetik nəzəriyyəsi, nisbilik nəzəriyyəsi və elastiklik nəzəriyyəsi məsələləri ilə məşğul olmuşdur. Kvant mexanikasının fikirlərini elmin müxtəlif sahələrindən (atomların və molekulların quruluşu, bərk vəziyyət fizikası və başqaları) verilən suallara tətbiq etmiş və xətti olmayan elektrodinamikanın (Born — İnfeld nəzəriyyəsi) qurulmasına cəhd etmişdir. Göttingen və Edinburqda Born böyük elmi məktəblər yaratmış və elmin fəlsəfi və sosial problemlərinə dair nəşrlər nəşr etmişdir. İkinci Dünya Müharibəsindən sonra sülh uğrunda elm adamları hərəkatının yaradıcılardan və fəal iştirakçılardan biri oldu.
Nayl Horan
Nayl Horan (tam adı: Nayl Ceyms Horan; 13 sentyabr 1993) — İrlandiya müğənnisi. 2010-cu illərdə məşhur olan “One Direction” qrupunun üzlərindən biri. Nayl qrupun 2016-cı ildə fasilə verməsinin ardınca Capitol Records şirkəti ilə müqavilə bağlayıb. O, üç studiya albomu çıxarıb: “Flicker” (2017), “Heartbreak Weather” (2020) və “The Show” (2023). Naylın debüt albomu İrlandiya və ABŞ-də ən çox satılan albomlardan birinə çevrilib. Albomun sinqlları “This Town” və “Slow Hands” bir çox ölkədə musiqi cərgələrinin ilk sıralarına daxil olub. Nayl Ceyms Horan 13 sentyabr 1993-cü ildə İrlandiyada anadan olmuşdur. Onun 1987-ci il təvəllüdlü Qreq adlı böyük qardaşı var. Naylın 5 yaşında ikən anası ilə atası ayrılmış, bu səbəbdən qardaşı ilə Mullingarda anaları ilə yaşamışlar. Naylın uşaq ilən astması var idi.
Niall Horan
Nayl Horan (tam adı: Nayl Ceyms Horan; 13 sentyabr 1993) — İrlandiya müğənnisi. 2010-cu illərdə məşhur olan “One Direction” qrupunun üzlərindən biri. Nayl qrupun 2016-cı ildə fasilə verməsinin ardınca Capitol Records şirkəti ilə müqavilə bağlayıb. O, üç studiya albomu çıxarıb: “Flicker” (2017), “Heartbreak Weather” (2020) və “The Show” (2023). Naylın debüt albomu İrlandiya və ABŞ-də ən çox satılan albomlardan birinə çevrilib. Albomun sinqlları “This Town” və “Slow Hands” bir çox ölkədə musiqi cərgələrinin ilk sıralarına daxil olub. Nayl Ceyms Horan 13 sentyabr 1993-cü ildə İrlandiyada anadan olmuşdur. Onun 1987-ci il təvəllüdlü Qreq adlı böyük qardaşı var. Naylın 5 yaşında ikən anası ilə atası ayrılmış, bu səbəbdən qardaşı ilə Mullingarda anaları ilə yaşamışlar. Naylın uşaq ilən astması var idi.
Tornfield Horl
Tornfild Holl (ing. Thornfield Hall) - Şarlotta Brontenin 1847-ci ildə çapdan çıxdığı Ceyn Eyr əsərində göstərilən uydurulmuş köhnə yaşayış evidir. Burada Edvard Roçester və köməkçiləri yaşayır. Ceyn Eyr Roçesterin ailəsində mürəbbiyə vəzifəsində işləmək üçün bura yollanır. Əsərdəki bir çox hadisələr Tornfild Holl və onun ətrafında baş verir. Jörg Rublack: Charlotte Bronte, Jane Eyre. Fink-Verlag, München 1985. ISBN 3-7705-2296-6 Шарлотта Бронте «Джен Эйр» - Jane Eyre. — Эксмо, 2008 год. — (Зарубежная классика).
Tornfild Horl
Tornfild Holl (ing. Thornfield Hall) - Şarlotta Brontenin 1847-ci ildə çapdan çıxdığı Ceyn Eyr əsərində göstərilən uydurulmuş köhnə yaşayış evidir. Burada Edvard Roçester və köməkçiləri yaşayır. Ceyn Eyr Roçesterin ailəsində mürəbbiyə vəzifəsində işləmək üçün bura yollanır. Əsərdəki bir çox hadisələr Tornfild Holl və onun ətrafında baş verir. Jörg Rublack: Charlotte Bronte, Jane Eyre. Fink-Verlag, München 1985. ISBN 3-7705-2296-6 Шарлотта Бронте «Джен Эйр» - Jane Eyre. — Эксмо, 2008 год. — (Зарубежная классика).
Blomar
Blomar (fr. Blomard) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Monmaro kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03032. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 204 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 142 nəfər (15-64 yaş arasında) arasında 105 nəfər iqtisadi fəal, 37 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 73,9%, 1999-cu ildə 75.0%). Fəal olan 105 nəfərdən 96 nəfəri (54 kişi və 42 qadın), 9 nəfər işsiz (1 kişi və 8 qadın) idi. 37 hərəkətsiz şəxs arasında 10 nəfər şagird və ya tələbə, 19 nəfər təqaüdçü, 8 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Broker
Broker (ing. broker — dəllal, broker, vasitəçi) — satıcı ilə alıcı arasında, yaxud sığorta olunanla sığorta edən arasında (sığorta brokeri), eləcə də əmlak sahibi ilə kirayəniş arasında vasitəçəlik xidməti yerinə yetirən hüquqi və ya fiziki şəxs. Broker — qiymətli kağızlar bazarında birja əqdlərinin müəyyənləşdirilmiş qaydada müştərinin adından onun hesabına, müştərinin adından öz hesabına, yaxud öz adından müştərinin hesabına bağlanmasını həyata keçirən birja vasitəçisidir. Broker, müştəri ilə broker xidməti haqqında müqavilə bağlayır. Əqdin yerinə yetirilməsi haqqında broker əqdin əks tərəfə göndərilən təsdiqnaməsini tərtib etməklə dərhal müştərini məlumatlandırmalıdır. Brokerlər tərəfkeşlik etməməli və öz vəzifələrini heç kəsə ötürə bilməz. Brokerin kurtaj adlanan xidmət muzdu onun vasitəçiliyilə bağlanmış hər bir əqdin ümumi məbləğinin müəyyən faizindən, yaxud əvvəlcədən müəyyən edilmiş məbləğdən ibarətdir. Həmçinin, broker birjadakı hər bir alqı-satqını təsdiqləyən və bordero adlanan haqq-hesab qeydləri edir. Borderonu əqdin hər iki tərəfi imzalayır. Brokerlər hüquqi şəxs yaratmadan fərdi sahibkar kimi fəaliyyət göstərə bilər.
Browser
Brauzer (ing. Browser), daha dəqiq sözlə Veb brauzer — istifadəçilərin veb-serverlər üzərindəki HTML səhifələrini açmasına imkan verən proqram təminatıdır. Bu proqram təminatları Azərbaycan dilində bəzən Veb səyyah da adlandırılır. Hazırda ən çox istifadə edilən brauzerlər Google Chrome, Mozilla Firefox, Internet Explorer (IE) / Microsoft Edge, Opera , Safari və Galeondur. Veb-sayt hazırlarkən ortaya çıxan əsas problemlərdən biri, müxtəlif brauzerlərdə səhifə elementlərinin fərqli təsvir olunmasıdır. W3C standartlarına uyğun kodlaşdırmanın aparılması bu problemi sadəcə qismən ortadan qaldırır. Heç bir brauzer W3C standartlarına tam uyğun deyil. Belə problemlərin ortaya çıxması brauzer istehsalçılarının, uzun illərdir müzakirə edilməsinə baxmayaraq, hələ də eyni standartların tətbiq etməməsidir. Əksər veb masterlər dizayn və kodlaşdırma işlərində, hal hazırda brauzerlər arasında ən çox istifadə olunan İE6 və istifadəçi sayı getdikcə artan İE7 brauzerlərini əsas alırlar. Bəzi hallarda Mozilla Firefox və Opera brauzerləri də nəzərə alınır.
Blogger
Blogger və yaxud Blogspot internetdə bloq saytı açmağa imkan verən vebsaytdır. Hazırda 2 milyondan çox qeydiyyatdan keçmiş istifadəçisi olan Blogger sistemi istifadəçilərinə ödənişsiz olaraq bloqlar hazırlamağa imkan verir. O, Pyra Labs tərəfindən internetdə məlumat əldə etməkdə hər kəsə yardım etmək məqsədilə təsis edilib və daha sonra Google tərəfindən alınıb. Blogger internetdə ilk bloq xidməti təminatçısıdır. Gündə təxminən 18 milyon baxışla ən çox ziyarət edilən 10 şəbəkə saytından biridir. Türkcə də daxil olmaqla, onlarla dil seçimi ilə xidmətlər təqdim edir. O, istifadəçilərinə "ad".blogspot.com kimi ödənişsiz domen ayırır.
Lozer
Lozer (fr. Lozère, oks. Losera) — Fransa cənubunda yerləşən, Oksitaniya regionun departamentlərindən biri. Sıra nömrəsi — 48. İnzibati mərkəzi — Mand. Əhalisi — 76607 nəfər (departamentlər arasında 101-ci yer, 2013-cü ilin məlumatları) . Ərazisi — 5167 km². Departamentin ərazisində Lo və Tarn çayları axır. Departamentə 2 rayon, 13 kanton və 158 kommun daxildir. Lozer — 1790-ci ilin mart ayında Böyük Fransa inqilabı zamanı yaradılan gələn ilk 83 departamentdən biridir.
Flower of Scotland
Flower of Scotland (ing. flur na h-Alba) — Şotlandiyanın ən çox istifadə olunan qeyri-rəsmi himnidir. Roy Uilliamson tərəfindən yazılıb. Beynəlxalq idman yarışlarında dövlət himni olaraq deyilir.
Hüseyn Həsənov (bloqer)
Hüseyn Həsənov (5 iyun 1994, Sankt-Peterburq) — Azərbaycan əsilli Rusiyalı video bloqer. 5 iyun 1994-cü ildə Sankt-Peterburqda anadan olub.Məktəbi bitirdikdən sonra Sankt-Peterburq Dövlət İqtisad Universitetinə daxil olub, 2015-ci ildə oranı bitirir. Həmin il xəstə olan atası Hüseynə restoran biznesini təhfil verir.. Təhsil aldığı müddətdə KVN-də çıxış edirdibundan sonra Hüseyn Həsənov videolar yaratmağa və bloqunu davam etdirməyə başlayır. 2017-ci ildə "İlin Kişi Bloqeri" nominasiyasında LF City Awards mükafatına layiq görülüb. 2018-ci ildə Cosmopolitanə görə Runet-də ən nüfuzlu 10 insanı sırasına daxil olub. Elə həmin il Hüseyn Həsənov MC Doni və Lucy Chebotina-nın "Randevu" treki üçün çəkilmiş klipində rol aldı . İnstaqramda baxış sayına görə də rekord vurdu, bloqqerin videosuna 12 milyondan çox izləmə topladı. 2018-ci ildə Vladimir Putinlə keçirdiyi mətbuat konfransında Hüseyn Həsənov Telegram-ın bloklanması ilə bağlı sual verdi. Sonra o, " Əhval rəngim mavi" mahnısına parodiyasını - " Əhval rəngi qırmızı" buraxmağa qərar verdi.
Ronda Börn
Ronda Börn (d. 1951), avstraliyalı Televiziya yazıçısı və prodüseridir. Bəlkə də ən bilinən çalışması The Secret (Sirr) adlı kitabı və eyni adla kinoya uyğunlaşdırılan filmidir.Eyni zamanda Sensing Murder(Qətlini hiss etmək) adlı TV proqramının da prodüseridir.. Australia 's Herald Sun qəzetində nəşr olunan bir məqaləyə görə Ronda, eyni zamanda Avstraliya TV serialı Dünyanın ən gözəl reklamları və Evlən mənimlə adlı TV probramlarının da prodüseridir. 2007-ci ildə Börn, Time jurnalının Dünyanın Ən Təsirli 100 adamı siyahısına daxil olmuşdur. 17 avqust 2010-cu ildə, The Power(Güc) adlı kitabı ki The Secret (Sirr) adlı kitabın davamıdır, həm bir ciltli buraxılışı, həm də audio CD kimi nəşr olunmuşdur.
Uilyam Hört
Vilyam Hört (ing. William Hurt; 20 mart 1950[…], Vaşinqton – 13 mart 2022[…], Portlend) — ABŞ-lı aktyor. Altı yaşına qədər atasının təyin edildiyi Quam adalarında yaşayan Uliyam Hört ana-atasının boşanmasıyla birlikdə atasını ziyarət üçün Sudan və Somali kimi yerləri çox kiçik yaşda gəzmə fürsəti tapdı. Bir yaşında olanda anasının III Henri Lüs ilə evlənməsi ilə birlikdə səyyah həyatı birdən-birə dəyişən aktyor, ögey atasının istəyi ilə qatı bir teologiya təhsili görməyə başladı. Culyardda Con Hausman nəzarəti ilə drama təhsili alan Hörtün intizam problemi olduğu üçün məzun olmadan məktəbdən ayrıldı. Şansını Oreqonda sınamağa qərar verən aktyor Yucin O'Nilin Gecəyə uzun günlərin səyahəti adlı səhnəciyi ilə birlikdə ilk səhnə təcrübəsini yaşadı. Bir müddət Aşlend Şekspir Festivalında işləyən Hört 1976-cı ildə buradan Nyu-Yorka keçərək Çevrə Repertuar Birliyində də aktyor olaraq işləməyə başladı. 1976–77 mövsümü içərisində səhnələnən Mənim həyatım adlı səhnəcikdəki performansıyla Obie mükafatının sahibi olan aktyor 1980-ci ildə kamera qarşısına keçdi. Dəyişdirilimiş dövlətlər adlı filmdə canlandırdığı öz üstündə təhlükəli təcrübələr aparan alim rolu ilə müsbət rəy aldı. Sonrakı il Lourens Kezdanın Bədən istliyi adlı neonuar erotik triller hiyləgər bir qadınla xəstəlikli bir əlaqədə olan bir hakimi canlandırdı.
Donald Glover
Donald Qlover (25 sentyabr 1983, Edvards[d], Kaliforniya) — amerikalı aktyor, komediyaçı, müğənni, repçi, yazar, rejissor və prodüser. Səhnə adı kimi "Childish Gambino" təxəllüsündən istifadə edir. O, yaradıcısı olduğu və rol aldığı "Atlanta" serialına görə iki "Primetime Emmy" və iki "Qızıl Qlobus" mükafatına layiq görülmüşdür.
Elano Blumer
Elano Blumer (14 iyun 1981) — Braziliya məşqçisi və hücumameyilli yarımmüdafiəçi mövqeyində çıxış etmiş keçmiş futbolçusu.
Günter Blobel
Günter Blobel — almankökənli amerikan biokimyaçısı, 1999-cu ildə zülallarının hüceyrə daxilində yerləşməsi və daşınması üçün iç siqnallar göndərdiyini sübut etməsinə görə Nobel mükafatına layiq görülüb. 1967 — Onkologiya üzrə doktor (PhD) dərəcəsi, Dr. Van R. Potter birgə 1967–69 — Rokfeller Universitetində postdoktor işi, Dr.
Honey & Clover
Honey and clover (ハチミツとクローバー, Haçimitsu to kuro:ba, Bal və yonca) — Çika Umino tərəfindən yaranmış manqa və onun əsasında J.C.Staff tərəfindən istehsal olunmuş anime serial. Anime 14 aprel 2006-cı ildə Fuji TV-də noitaminA blokunun ilk animesi kimi yayımlandı. Kollecdən 10 dəqiqəlik məsafədə hamamsız altıotaqlı ev. 25 il bundan əvvəl tikilib, aylıq ödəmə haqqı - 38 000 yen. Heç bir səs izolyasiyası olmayan uçuq ev. Yaşayanların hamısı tələbədir. Pəncərələr şərqə baxdığından səhərlər işıqlı olur. Bədii kollecin tələbəsi Yuta Takemoto özbaşına tələbə həyatına qədəm qoyur. O, sempayları Şinobu Morita və Takumi Mayama ilə bir evdə otaq tutub və özünə həyatda yer tapmaq ümidləri ilə doludur. Günlərin bir günü kollecin cavan professorlarından biri Şüci Hanamoto onları qardaşıqızı Haqumi ilə tanış edir.
Marmota broweri
Alyaska marmotu (lat. Marmota broweri) — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan növü. Bu marmotların uzunluğu 53,9-65,2 sm, kütləsi 2,5-4 kq arasında dəyişir. Alyaska marmotu Alyaskada Bruks sıra dağlarının yamaclarında yaşayır. Bu, onun yırtıcılardan qorunmasına şərait yaradır. Onlar ot, çiçəkli bitkilər, mamır və şibyə ilə qidalanırlar. Alyaskanın yerli əhalisi alyaska marmotunun ətinin yeyir, dərisindən geyim üçün istifadə edirlər.
Paul Blobel
Paul Blobel (alm. Paul Blobel‎; 13 avqust 1894, Potsdam, Brendenburq əyaləti[d], Prussiya, Almaniya imperiyası – 7 iyun 1951, Landsberq həbsxanası) — Alman nasist hərbi cinayətkarı, SS-Standartenführer və SD üzvü. Potsdam şəhərində anadan olmuşdur. Birinci dünya müharibəsində iştirak etmiş, müharibədən sonra memar kimi işləmişdir. 1924-cü ildən 1931-ci ilə qədər memar kimi işlədikdən sonra Nasional Sosialist Alman Fəhlə Partiyasına qatılmışdır. Blobel Kiyev və ətraf bölgələrdə 33.771 nəfər yəhudinin öldürülməsi ilə nəticələnən Babi Yar qətliamının əsas təşkilatçılarından biri kimi tanınır. Qətliamın əsas iştirakçılarndan olan Sonderkommando 4a birliyinin komandiri olmuşdur.
Qüstav Flober
Qüstav Flober (12 dekabr 1821[…], Ruan – 8 may 1880[…]) — ən yaxşı roman müəlliflərindən biri sayılan Fransa yazıçısıdır. 1857-ci ildə yazılmış ilk romanı "Madam Bovari" ilə daha çox tanınır. 1821-ci il 12 dekabrda cərrah ailəsində dünyaya gəmişdir. Kiçik yaşlarından əsərlər yazmağa başlamışdır. Doğma şəhərində təhsil almışdır. 1840-cı ildə Parisə getmiş və hüquq təhsili almışdır. Burada Viktor Hüqo ilə tanış olmuşdur. 1846-cı ildə Parisi tərk etmişdir. 1854-cü ildən doğma şəhərində anası ilə yaşamış və heç evlənməmişdir. Müxtəlif ölkələrə səyahət etmişdir.