Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dibətli
Dibətli — Azərbaycan Respublikası Xocavənd rayonunun ərazisində dağ. Böyük Kirs dağının cənub-qərbində yerləşir. Hündürlüyü 2140 m. Əsli Dibəklidir. Dibək duz, yarma, çəltik və s. döymək üçün ici oyulmuş daş və ya kötükdur. Yaylaqda daşlardakı oyuqlardan heyvanlar üçün yem qabı kimi də istifadə edilirdi. Dağda belə təbii oyuqlar olduğuna görə Dibəkli adlandırılmışdır.
İsmətli
İsmətli (əvvəlki adı: Konstantinovka) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun İsmətli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Biləsuvar rayonunun Konstantinovka kəndi Kirovka kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Konstantinovka kənd Soveti yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Biləsuvar rayonunun Konstantinovka kəndi İsmətli kəndi adlandırılmışdır. == Toponimikası == Yaşayış məntəqəsini XIX əsrdə Rusiyadan köçürülmüş rus kəndliləri Konstantinovka adı ilə salmışdılar. 1992-ci ildən kəndə İsmət Qayıbovun şərəfinə İsmətli adı verilmişdir. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd düzənlikdə yerləşir. == Əhalisi == === Tanınmış şəxsləri === Mütəllimli Mətləb Əzizulla oğlu — Sosial Ədalət Partiyasının sədri, Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı, Azərbaycan Ali Sovetinin XII çağırış deputatı, Azərbaycan Respublikasının baş prokurorunun birinci müavini. Ələddin Eyvazov — azərbaycanlı alim. Fikrət Cahangirov — filologiya elmləri doktoru, professor.
Birəli
Birəli — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. == Tarixi == Kəndin başqa adı Pirli olmuşdur. Rayon mərkəzindən 32 km məsafədə, Xaçdağının ətəyində yerləşir. 1590-cı il tarixli "İrəvan əyalətinin müfessəl dəftəri"ndə Pirilər formasında, 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri" ndə Yuxarı Pirli, Qafqazın 5 verstlik xəritəsində Birəli kimi qeyd edilmişdir. == Toponimi == Birəli toponimi Pirilər toponiminin dəyişdirilmiş formasıdır. Kəndin qədim, ilkin adlarına (Pirilər, Pirli) istinad edib bu qənaətə gəlirik ki, toponim pirilər//pirli etnonimi əsasında forlmalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3. VII.1968-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Lancar qoyulmuşdur.
İrəli
İrəli (ictimai birlik) — İctimai birlik. İrəli (qəzet) — Sovet dövründə nəşr olunan qəzet.
Fərid İzzətli
Ruslan İzzətli
Ruslan Teymur oğlu İzzətli (18 aprel 1989, Ağdam rayonu) — azərbaycanlı siyasətçi. O, 2012–2013-cü illərdə Ümid Partiyasının sədr müavini, 2013-cü ildən 2021-ci ilə qədər isə "D18" Hərəkatının sədri olmuşdur. == Həyatı == Ruslan İzzətli 1989-cu il aprelin 18-də anadan olub. 1993-cü ildə Ağdam rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən sonra İzzətlilər ailəsi Bərdə rayonunda yaşamağa başladılar. 1996–2007-ci illərdə Bərdə rayonunun Mehdixanlı kənd tam orta məktəbində təhsil alıb. 2008–2012-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) "İncəsənət tarixi" üzrə ali təhsil alıb. Bahçeşehir Universitetində "Qlobal siyasət və beynəlxalq münasibətlər" üzrə magistr dərəcəsi alıb. 2011-ci ildə Fransanın Strasburq şəhərində Avropa Şurasının nəzdində Siyasi Biliklər Məktəbində təhsil alıb. Ailəlidir. Bir övladı var.
İsmətli bələdiyyəsi
Biləsuvar bələdiyyələri — Biləsuvar rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Sürətli likvidlik
Sürətli (tez) likvidlik nisbəti (ing. Quick ratio, Acid test, QR) — yüksək likvidli cari aktivlərin qısamüddətli öhdəliklərə (uzunmüddətli öhdəliklər) nisbətinə bərabər olan maliyyə əmsalı. Məlumat mənbəyi cari likvidliklə eyni şəkildə şirkətin balans hesabatıdır, lakin ehtiyatlar aktivlər kimi nəzərə alınmır, çünki satılmağa məcbur edilərsə, itkilər bütün dövriyyə kapitalı arasında ən böyük olacaqdır. Müəssisənin qısamüddətli öhdəliklərini ən likvid aktivlərlə ödəmək qabiliyyətini göstərir. К бл = Cari aktivlər − Ehtiyatlar Cari məsuliyyət {\displaystyle {\mbox{К}}_{\mbox{бл}}={{\mbox{Cari aktivlər}}-{\mbox{Ehtiyatlar}} \over {\mbox{Cari məsuliyyət}}}} və ya К бл = Qısamüddətli debitor borcları + Qısamüddətli maliyyə investisiyaları + Qısamüddətli öhdəliklər Təxirə salınmış gəlir − Gələcək xərclər üçün ehtiyatlar − Gələcək xərclər üçün ehtiyatlar {\displaystyle {\mbox{К}}_{\mbox{бл}}={{\mbox{Qısamüddətli debitor borcları}}+{\mbox{Qısamüddətli maliyyə investisiyaları}}+{\mbox{Qısamüddətli öhdəliklər}} \over {\mbox{Təxirə salınmış gəlir}}-{\mbox{Gələcək xərclər üçün ehtiyatlar}}-{\mbox{Gələcək xərclər üçün ehtiyatlar}}}} == İstinadlar == == Ədəbiyyat == Бригхэм Ю., Эрхардт М. Анализ финансовой отчётности // Финансовый менеджмент (10-е изд). СПб.: Питер. Пер. с англ. под. ред.
Prototiplərin sürətli hazırlanması
Prototiplərin sürətli hazırlanması (ingiliscə Rapid Prototyping) maketlərin, sınaq nümunələrinin və ya işlək modellərin konstruksiya verilənlərinin bazasında sürətli hazırlanma texnologiyasıdır. Bu prototiplər hazırlama prosesinin sonrakı mərhələsində dəqiqləşdirilir və beləliklə seriya istehsalım üçün yararlı hala gətirilirlər. 1987-ci ildə ilk dəfə olarag kompyüterden bir başa üçölçülü modellərin hazırlanması mümkün olmuşdur. Modellər istənilən həndəsi formaya malik ola bilirlər. Daxili boşlugları, arxa səthlərı və yuvaları problemsiz hazırlamag mümkün olmuşdur. İlk vaxtlarda bu üsulla hazırlanan modellərə sərf olunan vaxt adi üsulla, yəni mexaniki e`mal vasitəsi ilə hazırlananlardan bir neçə saat az idi. Bu modellər süni materialdan hazırlandığı üçün yalnız əyani nümayiş üçün və ya da dizayn modeli kimi istifadə edilirdi. Onların "funksional prototip" kimi istifadə edilməsi mexaniki və ya termiki yükləmə baxımından mümkün deyildi. Modellərin yeni üsulla hazırlanması qabaqlar tətbiq olunan xüsusu alətlərdən, formalardan və avadanlıqlardan imtina etməyə şərait yaratmışdır. Bu yeni üsulu ilk dəfə həyata keçirmək üçün hissənin üc ölçülü həndəsi forması haqqinda informasiyanı daşıyan bir kompüter proqramı və bu qrafiki informasiyanı qat şəklində addım və addım fotopolimerləşdirmə vasitəsilə qətrandan əyani cismə çevirən qurğu tətbiq edilmişdir.
Sürətli Furye çevirməsi
Sürətli Furye çevirməsi (ing. Fast Fourier Transform, rus. Быстрое преобразование Фурье) – diskret Furye çevirməsinin sürətli hesablanması alqoritmidir. SFÇ-nin əsasını diskret siqnalın verilmiş bölgülər ardıcıllığının bir neçə aralıq ardıcıllığa bölünməsi prinsipi təşkil edir. N bölgü üçün SFÇ-də təxminən sayda əməliyyat olur. Məsələn, 256 bölgü üçün əməliyyatların sayı 2048-dir (DFT-də 65536-dir). == Ədəbiyyat == İmamverdiyev Y.N., Suxostat L.V. "Nitq texnologiyaları üzrə terminlərin izahlı lüğəti ", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı, 111 səh.
Sürətli nizamlama (Quicksort)
Sürətli nizamlama (ing. Quicksort) alqoritmi Tony Hoare tərəfindən 1959 -cu ildə hazırlanmış və 1961 -ci ildə nəşr olunmuş, nizamlama alqoritmidir. Sürətli nizamlama alqoritmi rekursiv alqoritmdir, parçala və idarə etmə alqoritminə əsaslanır. Sürətli nizamlama alqoritminin riyazi analizləri göstərir ki, alqoritm n elementi nizamlamaq üçün ortalama O(n log n) müqayisə əməliyyatı yerinə yetirir. Ən pis halda isə O(n2) əməliyyat yerinə yetirir. == İşləmə mexanizmi == Sürətli nizamlama alqoritmi parçala və idarə etmə alqoritmidir. Sürətli nizamlama əvvəlcə massivi iki kiçik massivə bölür: kiçik elementlər massivi və böyük elementlər massivi. Sonra rekursiv olaraq bu massivləri sıralayır. Massiv boş olduqda və bir elementdən ibarət olduqda onu nizamlamağa ehtiyac olmur. Bu iki hal sürətli nizamlama alqoritmində əsas hal (base case) adlandırılır.
Sürətli sıralama (Quicksort)

Ufa sürətli tramvayı
Ufa sürətli tramvayı — Başqırdısta Respublikasının Uda şəhərində planlaşdırılan sürətli tramvay xətti. Surətli tramvay xətti Ufa metropoliteninin əvəzinə olaraq istifadəyə vriləcəkdir. Hazırdas layihənin ekspertizası aparılır.. == Təsviri == Bu layihənin hazırlanmasına zərurət sərnişin daşımada yaranan sıxlıq olmuşdur. Sürətli tramvay metropolitenə əvəz olaraq planlaşdırılır. Belə ki metropolitenə nisbətdə daha az vəsait sərf olunması və sürətin metro ilə eyni olması buna rəvac olmuşdur. Bu layihə həm də şəhərin hər iki hissəsində yerləşən tramvay xətlərini birləşdirməyə imkan verməlidir. == Xüsusiyyətləri == Sürətli tramvay iki xətdən ibarət olmalıdır. Şəhərin əsas magistralına paralel — Oktyabr prospekti — prospetin şərq və qərb küçələri ilə hərəkət edəcəkdir. Xətt Ufa tramvayının digər hissələri ilə birləşdiriləcəkdir.
Yüksək sürətli frezləmə
Yüksək sürətli frezləmə (ingiliscə High Speed Milling (HSC)) metalların emalında CNC idarə olunan dəzgahlarda yerinə yetirilən kəsmə üsulu olub alətin yüksək dövrlər sayında və bir neçə dəfə böyüdülmüş verişlərdə aparılması ilə səciyyələnir. Burada yonqar qatı adi kəsmə üsullarında olduğundan dəfələrlə kiçikdir. Son illərdə maşınqayırma texnologiyasında High Speed Cutting (HSC) kimi tanınan bu emal növü kağız üzərində mövcud olan nəzəriyyədən praktikada geniş tətbiq olunan bir texnologiyaya çevrilmişdir. Hələ keçən əsrin əvvəlində, 1929-cu ildə alman alimi Salomon tərəfindən Berlin Texniki Universitetində ixtira edilmiş bu texnologiya uzun müddət bir nəzəriyyə kimi qalmışdır. Laboratoriya şəraitində aparılmış sınaqlar nəticəsində Salomon o dövrdə Teylorun kəsmə sürəti ilə alətin davamlılığı arasında mövcud olan asılılığını təkzib edən başqa bir nəticəyə gəlmişdir. Teylor nəzəriyyəsinə görə mexaniki emal zamanı kəsmə sürəti artdiqca kəsmə zamanı yaranan temperatur və qüvvə də artır. Bunun nəticəsində alətin davamlılığı aşağı düşür. Salomonun sınaqları isə başqa bir nəticə vermişdir, yəni kəsmə sürəti artdiqca kəsmə zamanı yaranan temperatur yalnız bir müddət artır, və sürətin sonrakı artımı onun azalmasına səbəb olur. Bununla Teylor nəzəriyyəsinin yalnız kiçik bir intervalda düzgün olduğu göstərildi. Salomon öz sınaqlarını müxtəlif metallar üzərində aparmışdır: polad-440 m/dəq, brünc-1600 m/dəq, mis-2850 m/dəq və alüminium-16500 m/dəq.
Çində sürətli qatar
Çində sürətli dəmiryolu (High-speed rail) — sərnişin daşınması üçün istifadə olunan və 250–350 km/saat sürət üçün qurulan dəmiryolu xəttləridir. 2017-ci ildə ölkənin 29 regionundan 33 regionuna genişləndirilmiş və xəttlərin uzunluğu 25 000 km-ə çatdırılmışdır. Bu bütün dünyadakı sürətli dəmiryolu xəttlərinin üçdə ikisini təşkil edir. Bu dünyanın ən uzun sürətli dəmiryolu xəttidir və həmçinin dünyada ən çox istifadə olunan xəttdir. Belə ki, bu xəttlə 2017-ci ildə 1,713 milyard gediş baş tutmuş, ümumi gediş sayı 7 milyarda çatmışdır. Sürətli dəmiryolu xətti Çin Dəmiryolu Korporasiyası tərəfindən idarə olunur. Çin sürətli dəmiryolu xətti 2007-ci ilin aprel ayında istifadəyə verilmiş və dəmiryollarının 250 km/saat gedə bilməsi üçün reyslər düzəldişmişdir. Pekin-Tianjin xətti Avqust 2008-ci ildə açılmış və 350 km/saat sürətlə hərəkətə imkan verən ilk sərnişin dəmiryolu xətti olmuşdur. Son 15 ildə dəmiryolu Çin hökümətinin qoyduğu investiyalar sayəsində sürətlə inkişaf etmişdir. Dəmiryolu naziri Liu Zhijunun 2011-ci ildə korrupsiyaya görə istefaya göndərilməsi, dəmiryollarının maddi dayanıqlığı, təhlükəsizliyi, qiyməti və ətraf mühitə təsiri qayğılarına səbəb olmuşdur.
Sürətli vaxt hadisəsi
Quick Time Events (QTE) — kompüter oyunlarının elementidir. Adətən QTE-lər dinamik səhnələrdir ki, bu zaman oyunçu nəzarətçi ilə bəzi hərəkətləri tez yerinə yetirməlidir (məsələn, müəyyən düymələri cəld basmaq və ya joysticki müxtəlif istiqamətlərdə çevirmək). Demək olar ki, bütün hallarda QTE-nin tamamlanmaması baş verənlərə mənfi təsir göstərir (məsələn, "Ölü məkanda" oyunçunun müxtəlif QTE-ləri tamamlamağa vaxtı yox idisə, hər bir uğursuzluq ölümlə nəticələnirdi, uğursuzluq QTE əsas personajların ölümünə səbəb oldu). QTE baxımından qabaqcıl oyunu Dragon's Lair adlandırmaq olar. QTE sisteminin üstünlükləri arasında bu səhnələr zamanı adrenalin partlaması da var. Həmçinin, qorxu atmosferi (dəhşət içində) düzgün yaradılarsa, qəfil QTE oyunçunu çox qorxudacaq. QTE-dən istifadə edən ilk oyunlardan biri Time Gal (1985) olmuşdur. QTE sistemi Danger Girl, Shenmue, Dragon's Lair, Fahrenheit (Indigo Prophecy) macəra oyunları sayəsində məşhurlaşdı və daha sonra God of War, Tomb Raider, Resident Evil, Collapse, Grand Theft Auto: San kimi oyunlarda geniş formada yayıldı. Andreas (mini oyun), Saints Row 2 (mini oyun), Saints Row IV, Dead Space, Heavy Rain, Metro 2033, ObsCure 2, Clive Barker's Jericho, Unleashed Sonic, Star Wars: The Force Unleashed, The Witcher 2: Assassins of Kings, Battlefield 3, Max Payne 3, Spider-Man 3, Jurassic Park: The Game, Far Cry 3, Need For Speed: The Run, Məni xatırla, Aramızdaki canavar, Sifariş: 1886, Səhərə qədər, Detroit: İnsan ol, Beyond: İki Ruh, Atom Ürəyi və s. == Problemlər == QTE-lər hadisələrin təsviri və inkişafı ilə qüsursuz və hiss olunmaz şəkildə birləşə bilər ki, bu da sizə fasiləsiz səhnələrdən idarəetmələrə keçməyə və oyun məlumatlarını yükləmək üçün tələb olunan fasilələri tamamilə aradan qaldırmağa imkan verir.
İrəli, Tirol
İrəli, Tirol (alm. Vorwärts Tirol‎) — Avstriyanın Tirol əyalətində fəaliyyət göstərən siyasi partiya. Əsası 2013-cü il Tirol seçkiləri ərəfəsində Anna, Hosp, Hans Lindenberger və Kristina Oppits-Plörer tərəfindən qoyulmuşdur. Seçkilərdə 9,54% toplayan partiya yerli Landtaqda 4 mandat əldə etmişdir.
İrəli (dəqiqləşdirmə)
İrəli (ictimai birlik) — İctimai birlik. İrəli (qəzet) — Sovet dövründə nəşr olunan qəzet.
İrəli İB
"İRƏLİ" İctimai Birliyi (ing. Ireli Public Union) — Azərbaycan Respublikasının gənclər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatı. == Tarixi == "İrəli" İctimai Birliyi 26 avqust 2005-ci ildən gənclər hərakatı kimi faliyyətə başlayıb. 3 illik fəaliyyətdən sonra "İrəli" İctimai Birliyi öz fəaliyyətlərini gənclər hərakatı kimi dayandıraraq 24 dekabr 2008-ci ildə yenidən quruldu. Ceyhun Osmanlı 24 dekabr 2008-ci ildə Azərbaycan Dövlət Filarmoniyasında 380 nəfər nümayəndənin iştirakı ilə keçirilən konfransda "İrəli" İctimai Birliyinin sədri seçilmişdir. Konfransdan sonra 16 aprel 2009-cu ildə birinci yığıncaq keçirilib və burada heyət üzvləri, katibliyin əsasnaməsi və baş katib təsdiqlənib. İrəli İctimai Birliyi 19 fevral 2009-cu ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb. === Konfransları === Rauf Mərdiyev 5 may 2012-ci ildə keçirilən II hesabat-seçki konfransında təşkilatın yeni sədri seçilib. Bu vaxta qədər Rauf Mərdiyev 2010-cu ildən 2012-ci ilə qədər baş katib kimi işləyib. 27 iyun 2014-cü ildə İrəli İctimai Birliyinin IV hesabat-seçki konfransı keçirilib.
Cek Şea (sürətli konkisürən)
Con Amos Şea (7 sentyabr 1910 - 22 yanvar 2002) - "Şef" ləqəbli 1932 Qış Olimpiya Oyunlarında sürətli konkisürmə yarışlarında ikiqat qızıl medal qazanan Amerikan idmançı. Bir Qış Olimpiadasında iki qızıl medal qazanan ilk Amerika idmançısı idi və həmçinin, üç nəsil Qış Olimpiyaçıları olan ilk ailənin patriarxı idi. Həmyerlisi İrvinq Ceffi ilə birgə 1932 Qış Olimpiya Oyunlarında ən uğurlu atlet idi. == Həyatı == Con Amos Şea 7 sentyabr 1910-cu ildə Leyk-Plesiddə anadan olmuşdur. Leyk-Plesid Liseyində oxumuşdur, Dartmut Kollecindən məzun olmuşdur. Elbeni Hüquq Məktəbində təhsil almışdır. Böyük böhran dövründə ailəsinə dəstək olmaq üçün Leyk-Plesiddə bir sıra işlərdə çalışmışdır. Şea Leyk-Plesiddə keçirilən 1932 Qış Olimpiya Oyunlarında 500 metr və 1500 metr məsafəyə qaçış yarışlarında qızıl medal qazandı. O, eyni zamanda Nyu-York əyalətinin qubernatoru Franklin Delano Ruzveltin başçılıq etdiyi açılış mərasimində olimpiya andını içdi. Şea 1958-ci ildən 1974-cü ilə qədər Castik şəhəri, 1974-cü ildən 1983-cü ildə təqaüdə çıxana qədər Şimali Elba şəhərinin nəzarətçisi idi.
Sürətli Furye çevirməsi (SFÇ)
Sürətli Furye çevirməsi (ing. Fast Fourier Transform, rus. Быстрое преобразование Фурье) – diskret Furye çevirməsinin sürətli hesablanması alqoritmidir. SFÇ-nin əsasını diskret siqnalın verilmiş bölgülər ardıcıllığının bir neçə aralıq ardıcıllığa bölünməsi prinsipi təşkil edir. N bölgü üçün SFÇ-də təxminən sayda əməliyyat olur. Məsələn, 256 bölgü üçün əməliyyatların sayı 2048-dir (DFT-də 65536-dir). == Ədəbiyyat == İmamverdiyev Y.N., Suxostat L.V. "Nitq texnologiyaları üzrə terminlərin izahlı lüğəti ", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı, 111 səh.
İmarətli-i Ülya (Meşkinşəhr)
İmarətli-i Ülya (fars. عمارتلوي عليا‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 36 nəfər yaşayır (10 ailə).
Betsi Brentli
Betsi Brentli (ing. Betsy Brantley, 20 sentyabr 1955) — amerikalı aktrisa.
"İrəli" İctimai Birliyi
"İRƏLİ" İctimai Birliyi (ing. Ireli Public Union) — Azərbaycan Respublikasının gənclər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatı. == Tarixi == "İrəli" İctimai Birliyi 26 avqust 2005-ci ildən gənclər hərakatı kimi faliyyətə başlayıb. 3 illik fəaliyyətdən sonra "İrəli" İctimai Birliyi öz fəaliyyətlərini gənclər hərakatı kimi dayandıraraq 24 dekabr 2008-ci ildə yenidən quruldu. Ceyhun Osmanlı 24 dekabr 2008-ci ildə Azərbaycan Dövlət Filarmoniyasında 380 nəfər nümayəndənin iştirakı ilə keçirilən konfransda "İrəli" İctimai Birliyinin sədri seçilmişdir. Konfransdan sonra 16 aprel 2009-cu ildə birinci yığıncaq keçirilib və burada heyət üzvləri, katibliyin əsasnaməsi və baş katib təsdiqlənib. İrəli İctimai Birliyi 19 fevral 2009-cu ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb. === Konfransları === Rauf Mərdiyev 5 may 2012-ci ildə keçirilən II hesabat-seçki konfransında təşkilatın yeni sədri seçilib. Bu vaxta qədər Rauf Mərdiyev 2010-cu ildən 2012-ci ilə qədər baş katib kimi işləyib. 27 iyun 2014-cü ildə İrəli İctimai Birliyinin IV hesabat-seçki konfransı keçirilib.
İrəli (ictimai birlik)

İrəli ictimai birliyi

Bredli Geym
Bredli Geym (8 noyabr 1995) — Avstraliyalı peşəkar kişi BMX velosipedçisi. Bredli Geym Avstraliyanı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Bredli Geym 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 48.438 saniyəlik nəticəsi ilə 86-cı yeri tutdu.
Bredli Kuper
Bredli Kuper (5 yanvar 1975, Filadelfiya, Pensilvaniya) — ABŞ teatr, serial və kino aktyoru. "Alias" serialındakı rolu onu dünyaya tanırdırdı. Kuper "Çağırılmamış qonaqlar" (2005), "Həmişə "Hə" de" (2008), "Söz vermək evlənmək demək deyil" (2009), "Uşaq Veqasda" (2009), "A komandası" (2010), "Qaranlıqlar məmləkəti" (2011), və "Mənim sevgilim dəlidir" filmlərində əhəmiyyətli rollarda iştirak etdi. "Mənim sevgilim dəlidir" filmindəki rolu ilə 2011-ci ildə Qızıl Qlobus Mükafatına namizəd göstərildi. People jurnalı tərəfindən həyatda olan ən seksual kişi seçildi. == Həyatı == Kuper Filadelfiya , Pensilvaniya, da doğuldu, JENKINTOWN da böyüdü . Anası Gloria İtalyan -Amerikan , atası Charles J. Cooper ( 2011-ci ildə 71 yaşında vəfat etmişdir) İrlandiya - amerikandır və Merill Lynch da borsacıdır . Holly adında bir bacısı vardır. Katolik olaraq yetişdirilmişdir. Kuper GERMANTOWN ACADEMY davam edərkən eyni zamanda Filadelfiyada Gündəlik Xəbərlər də çalışdı.
Bredli Vinsent
Bredli Vinsent (30 noyabr 1991) — Mavritaniyalı üzgüçü. Bredli Vinsent Mavritaniyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Bredli Vinsent birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 50.89 saniyəlik nəticəsi ilə 49-cu yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Devid Bredli
Devid Bredli (aktyor, Böyük Britaniya) — Böyük Britaniya aktyoru. Devid Bredli (aktyor, ABŞ) — ABŞ aktyoru. Devid Bredli (mühəndis) — peşəkar İT mühəndisi.
Eduard Brenli
Eduard Yucin Dizayr Brenli (23 oktyabr 1844[…], Amyen – 24 mart 1940[…], Paris) — Parisin Katolik İnstitutunda fransız ixtiraçı, fizik və professorlardan biri idi. O ilk növbədə, simsiz teleqrafın və 1890-cı illər ərzindəki Brenlinin dalğa reseptorunu ixtira etməklə tanındı. == Həyatı == Eduard Brenli 23 oktyabr 1844-cü ildə doğulmuşdu. Eduard Brenli 1940-cı ildə vəfat etdi. Onun cənazə mərasimi Parisin Notr-dam kilsəsində baş tutdu və Fransanın o zamanki prezidenti, Albert Lebrun da iştirak etdi. O, Parisdə Pere Laçois Qəbiristanlığında (Père Lachaise Cemetery) dəfn edildi. == Dalğa reseptoru == Dalğa reseptoru radio kommunikasiyası üçün ilk geniş ölçüdə istifadə edilən detektor idi. == Mükafatları == Brenli düz üç dəfə Nobel mükafatı lauretı olmaq üçün namizədliyini irəli sürdü, lakin heç birində bu mükafatı ala bilmədi. 1911-ci ildə o, öz rəqibi Mariya Küriyə qalib gələrək Fransa Elmlər Akademiyasına seçildi. Hər ikisi Akademiyada rəqib idilər: o bir qadın və o bir dindar katolik, hansı ki, Parisin Katolik Universitetində bir kürsü üçün Sorbonneni tərk etmişdi.
Bredli Ceyms
Bredli Ceyms (1983) — ingilis aktyoru. Televizyaya ilk çıxışı 2008-ci ildə ITV kanalının Lewis adlı dizisiylə olmuşdur. Merlin dizisində canlandırdığı Artur Pendraqon obrazı ilə də məşhurlaşmışdır.