Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hilal
Hilal (ərəbcə هلال) — yeni doğulmuş Ay. Qəməri təqvimi ilə ayın 1-ci günü hilalın görünməsi ilə hesablanır. Hilalın görünməsi Günəşlə Ayın Yerə nəzərən yerləşməsindən aslıdır. Əhalisinin əksəriyyəti müsəlman olan bir çox ölkə kimi, Azərbaycan bayrağında da hilal simvolundan istifadə olunur.
Bərəkətli Hilal
Bərəkətli hilal (ing. Fertile Crescent) — Orta Şərqdə, Qərb və Orta Şərq sivilizasiyalarının beşiyi sayılan bölgə.Termini ilk dəfə ABŞ şərqşünası və arxeoloq Ceyms Henri Brested istifadə etmişdir.Bərəkətli Hilal, qışları yağışlı, yayları quraq keçən Aralıq dənizi iqliminin suveren olduğu, aypara formasında, olduqca bitək bir sahədən ibarətdir.Cənubda Ərəbistanı çölü ilə şimalda Şərqi Anadolu dağlıq bölgəsi arasında yer alır.Köhnə Babil torpaqları ilə dərhal yaxınındakı Elamdan (bu gün İranın cənub-qərbi) Dəclə və Fərat çayları ilə Assuriyatorpaqlarına qədər uzanır.Zaqros dağlarından, qərbdə Suriya üzərindən Aralıq dənizinə, cənub istiqamətində də Fələstinin cənubuna qədər olan torpaqları əhatə edir.Misirin Nil vadisini də bu bölgə içinə soxanlar vardır; çünki buradakı Sina çölü, Mesopotamiya və Suriyada davamlılığı pozan digər çöllərdən daha böyük deyildir.Bölgədə yaxşı məhsul ala bilmək, hətta əkinçilik edə bilmək üçün suvarma zəruridir.
Hilal (ad)
Hilal — kişi adı. Hilal Məmmədov — fizika-riyaziyyat elmləri namizədi Hilal Münşizadə — Cümhuriyyət tələbəsi, publisist, mühacir.
Hilal (dəqiqləşdirmə)
Hilal
Hilal (qəzet)
"Hilal" (qəzet) — Bakıda 1910-ci ildən nəşr olunmuş qəzet. == Tarixi == 1910-cu ildə "Hilal" adlı qəzet çap etməyə başlayıb. Üzərində türkçülük və islamçılıq rəmzi Ay və ulduz olan "Hilal" qəzetinin ilk nömrəsi dekabrın 18-də işıq üzü görüb. Əliabbas Müznib qəzetdə "Binəva islam" adlı məqaləsində xalqının ağır vəziyyətini qələmə alaraq oxucusuna bir sıra həqiqətləri deməyə çalışıb.Bu dəfə qəzetin cəmi üç nömrəsi çıxıb.
Hilal Baydarov
Hilal Baydarov (d. 1987, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan kino rejissoru. == Həyatı == O, kino dərslərini macar rejissor Bela Tarrdan alıb. Onun debüt filmi 2018-ci ildə - yayımlanan "Adsız yüksəkliklər"dir. Filmin premyerası Monreal film festivalında olub. Eyni ildə, Hilal Sarayevo film festivalında "Ad günü" filmi ilə iştirak edib və Docu Talent mükafatını qazanıb. 2020-ci ildə Hilal Baydarovun "Səpələnmiş ölümlər arasında" filmi Venesiya beynəlxalq film festivalının "Qızıl Şir" mükafatına iddialıdır.
Hilal Həsənov
Hilal Həsənov (10 sentyabr 1943, Kirovabad – 30 oktyabr 2019, İstanbul) — Azərbaycan novator teatr rejissoru. Gəncə Dövlət Kukla Teatrının yaradıcısı eyni zamanda keçmiş baş rejissoru, bədii rəhbəri. == Həyatı == Hilal Mahmud oğlu Həsənov 10 sentyabr 1943-cü ildə Gəncə şəhərində anadan olub.1959-cu ildə Gəncə şəhəri 20 saylı tam orta məktəbi bitirib. Həmin ilin oktyabr ayının 1-də Gəncə Dövlət Dram Teatrının yardımcı heyətinə aktyor kimi qəbul olunaraq əmək fəaliyyətinə başlayıb. Sənətə olan məhəbbəti onu 1962-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun rejissorluq fakültəsinə gətirib. İnstitutda təhsil alarkən onun sənət müəllimi və kurs rəhbəri Rza Sarabski olub. Hilal Həsənov 1963–1966-cı illərdə hərbi xidmətə çağrıldığından ali təhsilini 1970-ci ildə bitirə bilib. Azərbaycan Dövlət Akademik Musiqili Teatrında suflyor, rejissor köməkçisi və rejissor assisenti kimi də fəaliyyət göstərib. Bu teatrın səhnəsində 27 sentyabr 1969-cu ildə səhnəyə qoyulan dramaturq Asif Zeynallı və bəstəkar Nəriman Məmmədovun "Məmmədəli kurorta gedir…" pyesinin tamaşasında quruluşçu rejissor Səftər Turabovun və 7 mart 1970-ci ildə dramaturq Şıxəli Qurbanovla bəstəkar Süleyman Ələsgərovun "Sevindik qız axtarır" pyesinin tamaşasında quruluşçu rejissor Şəmsi Bədəlbəylinin assisenti olub. Burada diplom işi üçün dramaturq Məhərrəm Əlizadə və bəstəkar Ağası Məşədibəyovun "Toy kimindir?" musiqili komediyasının quruluşu ona tapşırılıb.
Hilal Münşizadə
Hilal Münşizadə (24 aprel 1899, Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 22 avqust 1994, Bad-Honnef[d], Şimali Reyn-Vestfaliya, Almaniya Federativ Respublikası) — Cümhuriyyət tələbəsi, publisist, mühacir. == Həyatı == Hilal Hacı Mirzə Məhəmməd bəy oğlu 1899-cu ildə Şuşa şəhərində anadan olmuşdur. 1918-ci ildə Şuşa real məktəbini bitirib. Azərbaycan Cümhuriyyəti dövründə bir müddət Ziraət və Dövlət Əmlakı Nəzarətinin dəftərxanasında çalışıb. 1919-cu ildə hökumətin seçdiyi və parlamentin təsdiq etdiyi yüz tələbədən biri olub, dağ-mədən mühəndisliyi üzrə təhsil almaq üçün Berlin Universitetinə göndərilib. == Sovet işğalından sonra fəaliyyəti == 1920-ci ildə Azərbaycan sovet qoşunları tərəfindən işğal olunduğu üçün universiteti oxuyub bitirdikdən sonra bir daha vətənə dönməmiş, Almaniyada qalmışdır. Azərbaycan mühacirləri içərisində fəal siyasi iş aparmış, 1924-cü ildə Almaniyada təhsil alan azərbaycanlı tələbələrin yaratdığı "Azərbaycan İstiqlal Komitəsi"nə sonralar sədrlik etmişdir. Onun rəhbərliyi ilə bu təşkilat uzun müddət Avropa ictimaiyyətinin və dövlətlərinin diqqətini Azərbaycanın müstəqilliyi məsələsinə cəlb edə bilmişdi. Hilal Münşi "Müsavat" partiyasının Berlin komitəsinə başçılıq etmiş, 1928-ci il mayın 28-də Berlində Azərbaycanın müstəqilliyinin elan olunmasının 10 illiyinin bayram edilməsinin əsas təşkilatçılarından olmuş, bu münasibətlə keçirilən iclas onun "1918-ci il 28 mayın əhəmiyyəti" mövzusunda çıxışı ilə açılmışdır. 1930-cu ildə Berlində almanca "Azərbaycan Cümhuriyyəti" əsəri nəşr olunmuşdur.
Hilal Məmmədov
Hilal Məmmədov (28 avqust 1959, Təngərüd, Astara rayonu) — fizika-riyaziyyat elmləri namizədi; Azərbaycanda talış dilində nəşr edilən yeganə qəzetin — "Tolışi sədo" qəzetinin baş redaktoru; hüquq müdafiəçisi. == Həyatı == 1990-cı illərin əvvəllərində Azərbaycan Xalqlarının Bərabərlik Partiyasının sədri olmuşdur. Partiyanın fəaliyyəti qadağan edildikdən sonra Azərbaycanı tərk etmiş və 12 il Rusiyada yaşadıqdan sonra, 2005-ci ildə Azərbaycana qayıtmışdır. 2007-ci ildə "Tolışi Sədo" qəzetinin əvvəlki redaktoru Novruzəli Məmmədov həbs edildikdən sonra onun hüquqlarının müdafiəsi Komitəsini yaradır və ona rəhbərlik edir. Novruzəli Məmmədov həbsdə vəfat etdikdən sonra "Tolışi Sədo" qəzetinin baş redaktoru vəzifəsini həyata keçirmişdir. 2012-ci ildə o, Rusiyada "Tı kto takoy? Davay, do svidaniya!" meyxana rolikinə görə məşhurlaşıb. Hilal Məmmədov bu meyxana ilə bağlı videoroliki hazırlayıb "YouTube"də yerləşdirmişdir == Həbsi == 21 iyin 2012-ci ildə Hilal Məmmədov narkotik saxlama ittihamı ilə həbs edilib. İki həftə sonra ona əlavə olaraq dövlətə xəyanət və milli ədavət yayma ittihamları da irəli sürülüb. Beynəlxalq hüquq müdafiə təşkilatları, hüquq müdafiəçiləri və müdafiə tərəfi həbsin sifarişli olduğunu bildirirlər.Hilal Məmmədovun hüquqlarının müdafiəsi məqsədilə ictimai xadimlərn, hüquq müdafiəçilərin, hüquqşünasların və jurnalistlərin iştirakı ilə onun hüquqlarının müdafiəsi Komitəsi yaradılıb.
Hilal taktikası
Hilal taktikası — Aypara (Hilal) Taktikası və ya Qurd qapanı, düşməni çevrələyərək yox etməyi məqsəd qoyan bir hərbi taktika Türk dövlətləri tərəfindən sıxlıqla istifadə edilərdi. Bu taktika meydan döyüşlərində təsirli idi və iki mərhələli olaraq tətbiq olunardı: Saxta ricat (ricat — geri çəkilmə); Pusqu.Ordu, döyüş anında mərkəz, sağ və sol olmaq üzrə üç hissəyə ayrılardı. Mərkəz qüvvətləri düşmənə hücum edər, bir müddət sonra hücum edən bu qüvvələr, qaçar kimi geri çəkilərdi. Bunu edərkən də at üzərində ox atmaq surətiylə döyüşə davam edərdilər. Beləcə geri çəkilən əsgərlərin arxasından gələn düşmən, ordunun sağ və sol qisimi tərəfindən tələ qurulan yerə çəkilər, çevrə içinə alınaraq məhv edilərdi. Ordu, təməldə üçə ayrılar və mərkəzə ən seçmə qüvvələr toplanar. Sağ və sol cinah mərkəzdən tamamilə ayrılmamaqla birlikdə araya məsafə qoyar. Mərkəzdəki qüvvələr sürətli bir vur qaç (ümumiyyətlə mizraqlı ya da atlı qüvvətlər ilə) düşmənin mərkəz safını fayda və düşmənin sağ və sol qanadlarının ordunun bölünməməsi adına mərkəzə sürüşməsini təmin edər. Bunun üzərinə araya məsafə qoyulan sağ və sol cinahdakı əsgərlər düşmənin qanadlarında buraxılan boşluqlara doğru sürətli hücum edərək düşməni ordunun meydana gətirdiyi ayparanın tam ortasına alardı. Vur qaç etmiş olan mərkəz qüvvə də, sağ və sol ceinahın əhatə etməsiylə birlikdə, qaçmağı buraxıb mərkəzdəki yerini alar düşmən ordusunu tam bir mühasirəyə götürərdi.
Hilal İmanzadə
Hilal Sabir oğlu İmanzadə (23 dekabr 1995; Beyləqan rayonu, Azərbaycan — 1 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Hilal İmanzadə 1995-ci il dekabrın 23-də Beyləqan rayonunun Mil qəsəbəsində anadan olub. Subay idi. == Hərbi xidməti == Hilal İmanzadə 2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Sərhəd Qoşunlarının "N" saylı hərbi hissəsində müddəli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə DİN Daxili Qoşunların müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Hilal İmanzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Hilal İmanzadə oktyabrın 1-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Beyləqan rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hilal İmanzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Hilal İmanzadə ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Hilal Əsədov
Hilal Məmməd oğlu Əsədov — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini — Dövlət Plan Komitəsinin sədri (1971–1977) == Həyatı == Hilal Məmməd oğlu Əsədov 1908-ci ildə anadan olmuşdur. Azərbaycan Sənaye İnstitutunu bitirmişdir.1931–1957-ci illərdə neft sənayesi sahəsində müxtəlif vəzifələrdə mühəndis, mədən müdiri, bir sıra nextçıxarma trestlərində baş mühəndis, müdir, eləcə də Azərbaycan SSR neft sənayesi nazirinin müavini olmuşdur. 1957-ci ildən Azərbaycan SSR Dövlət Plan Komissiyası (Komitəsi) sədrinin müavini, 1963-cü ildən isə birinci müavini vəzifələrində çalışmışdır. 1971-ci ilin iyul ayında Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini — Dövlət Plan Komitəsinin sədri vəzifəsinə təyin edilmişdir. 1977-ci ilin dekabr ayında təqaüdə çıxanadək bu vəzifədə işləmişdir.Hilal Əsədov Azərbaycan Ticarət Palatası Rəyasət Heyətinin sədri, Azərbaycan Elm-Texnika Cəmiyyətləri Şurasının sədri olmuşdur. O, 7–9-cu çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmiş, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olmuşdur.
İclal Aydın
İclal Aydın — Türkiyə teatr və kinoaktrisası. == Həyatı == 14 sentyabr 1971-ci ildə Nevşəhərdə anadan olmuşdur. Kürd kökənli ata ilə çərkəz kökənli ananın övladıdır. Ankara Universiteti Dil və Tarix-Coğrafiya Fakültəsi Teatr aktyorluğu ixtisasına qəbul oldu. 1990 ilində Berlinə köçdü ve 6 il ərzində müxtəlif rollarda, dramaturg olaraq işlədi.
Hilal Altınbilek
Hilal Altınbilek (11 fevral 1991, İzmir) — Bir Zamanlar Çukurova serialında Züleyha Altun Yaman rolu ilə tanınan, anası tərəfdən Xorvat, atası tərəfdən isə Kosovalı olan türk aktrisa və modeldir. == Bioqrafiya == Hilal Altınbilek 11 fevral 1991-ci ildə İzmirdə (Türkiyə) Xorvat əsilli anası və Kosovalı ata Özdemir Altınbilekin ailəsində anadan olub. İbtidai məktəbdən teatra və aktyorluğa maraq göstərib. == Karyera == === Təhsil === Hilal Altınbilek ibtidai məktəbdə oxuyarkən teatrda aktyorluğa başladı, Əli Heydər Elçiğın İzmirdəki Müasir Dram Ansamblında verdiyi dərslərlə. Orta məktəbi bitirdikdən sonra Ege Universitetinin biznesin idarə edilməsi fakültəsinə daxil olur, bir neçə il sonra burada təhsil alır və eyni zamanda müxtəlif teatr kursları və emalatxanalarında iştirak edir, həmçinin şoularda iştirak edir. Daha sonra o, gözəllik müsabiqəsində iştirak etdi, burada müxtəlif markaların diqqətini çəkən bir titul qazanmağı bacard 2009 və 2010-cu illərdə Müjdat Gezen İncəsənət Mərkəzində (MSM) aktyorluq təhsili aldı. İstanbulda aktyor studiyası. === Aktyorluq karyerası === Hilal Altınbilek 2011-ci ildə Fox gündəlik serialı Derin Sular serialında İrem rolu ilə ilk aktyor görünüşünü etdi. 2013-2016-cı illərdə Tülkü serialında Karagül filmində Özlem Şamverdi rolunu oynamaq üçün seçilib. 2016-cı ildə Kanal D Hayatımın Aşkı serialında Nil obrazını canlandırıb.2018-ci ildə rejissor Çağan Irmak ın çəkdiyi Çocuklar Sana Emanet filmində Yeşim rolunu canlandırıb.
Hilal ibn Əli
Məhəmməd əl-Avsat (ərəb. محمد الاوسط‎, ortancıl Məhəmməd) kimi tanınan Hilal ibn Əli (ərəb. هلال بن علي‎) Əli ibn Əbu Talibin oğullarından biri. Onun nənəsi Məhəmmədin ən böyük qızı Zeynəb bint Məhəmməd və dayısı isə Əli ibn Zeynəb idi .Onun məqbərəsi İranın İsfahan əyalətinin Kaşan şəhərində (Aran) qurulmuşdur. Anası Məhəmmədvə Xədicə binti Xüveylidin qızı Zeynəb binti Məhəmmədin qızı Ümamə binti Zeynəbdir.O,Ramazan ayının 1-i 14-cü hicri ilində (18 oktyabr,635-ci il) anadan olub. Kərbəla döyüşündəki onun rolundan başqa onun həyatı haqqında heç bir məlumat yoxdur. Suriyada ya da müasir Səudiyyə Ərəbistanı olan Taifdə yaşayan Ovn adlı bir qardaşı var idi. Xorasan qubernatoru Qays ibn Murra hakimiyyətinə qarşı qiyamdan qorxaraq Hilal tərəfdarlarına qarşı güclü bir ordu göndərdi. Hilal yaralandı və bir çox tərəfdarları öldürüldü. Peyğəmbər, onun atası Əli və onun yarı qardaşı Hüseyn ibn Əliylə görüşmək arzusunu ölümündən qısa bir müddət əvvəl yazdığı deyilir.
Əl-Hilal FK
"Əl-Hilal FK" (ərəb. نادي الهلال السعودي‎) — və ya "Əl-Hilal Futbol Klubu". Rəsmi adı ilə əsasən "Əl-Hilal" kimi tanınan, Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində yerləşən peşəkar multi-idman klubudur . Onların futbol komandası Səudiyyə Peşəkar Liqasında mübarizə aparır. Əl-Hilal 66 rəsmi kubok qazanan Asiyanın ən çox mükafatlandırılan klubudur. Onlar həmçinin Asiyada ən çox qitə kuboku rekordunu və 18 Peşəkar Liqa titulunu əldə edirlər. 16 oktyabr 1957-ci ildə qurulan "Əl-Hilal" 1976-cı ildə yarandığı gündən bəri Səudiyyə Peşəkar Liqasının bütün mövsümlərində iştirak etmiş üç komandadan biridir. Ümumilikdə "Əl-Hilal" 66 rəsmi titul qazanıb. Daxili yarışlarda rekord olaraq 18 Peşəkar Liqa titul, 13 Vəliəhd Şahzadə Kubokunu, 7 Səudiyyə Federasiya Kubokunu, 10 Kral Kubokunu, 3 Super Kuboku, eləcə də Səudiyyənin Təsisçi Kubokunu qazanıblar. Beynəlxalq miqyasda "Əl-Hilal" rekord sayda Asiya Futbol Konfederasiyası kubokunu qazanıb — 1991, 2000, 2019 və 2021-ci illərdə AFC Çempionlar Liqası, 1997 və 2002-ci illərdə Asiya Kubok Qalibləri Kubokunu və 1990-cı ildə Asiya Super Kubokunu qazanıb .
Bilal
Bilal — kişi adı. Bilal Həbəşi — Məhəmməd peyğəmbərin (s) səhabəsi. İlk müəzzin. Bilal Dadaşov — Azərbaycanın Əməkdar elm xadimi Bilal Dündar — Avropa Azərbaycan Konqresinin vitse-prezidenti Bilal İsmayılov — filologiya elmləri doktoru, professor. Bilal Məmmədov — Azərbaycan Bayrağı Ordeni (1994), Vətən uğrunda (25.06.2008) medallı Qarabağ müharibəsi iştirakçısı. Bilal Əliyev — Azərbaycan müğənnisi; Azərbaycanın xalq artisti.
Halal
Halal (ərəb. حلال‎) – İslam dinində icazə verilən və ya qanuni olan şeyə verilən ad. Haram terminin zidd şəklidir.
Hilan
Hilan- Şərqi Azərbaycan ostanının Əhər şəhristanının kəndlərindəndir.Kənd 11 avqust 2012-ci il tarixində zəlzələ nəticəsində tamam dağılıb.
Hilas
Hilas (q.yun. Ὕλας; mənası – "meşə") — yunan mifologiyasında personaj. O, çox yaraşıqlı olması ilə tanınır. Hilas Feodamant və Menodikanın, Exaliya və ya Arqosun oğlu idi. Feokritə görə, o, Arqosun oğlu idi. Başqa bir versiyaya görə, Hilas drioplar ölkəsindən idi, ya Driop və ya Keykin oğlu idi.Hilas arqonavtdır. O, Heraklın sevimlisi olaraq xatırlanır. Hilas dolionlarla döyüşdə Saqesi öldürür.Propersi dostu Korneli Qallı Hilasla müqayisə edir. == Qeydlər == == Ədəbiyyat == Вергилий. Буколики VI 43-44; Георгики III 6; Овидий.
Qalal
Qalal — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Əli Bayramlı, Qas Əzgilli və Qarqay kəndləri ilə birlikdə Əli Bayramlı bələdiyyəsinin tərkibindədir.
Zülal
Zülal — α-aminturşu qalıqlarından təşkil olunmuş yüksək molekullu təbii birləşmədir. == Zülal == Üzvi maddələr arasında mühüm əhəmiyyət kəsb edən və çox mürəkkəb quruluşa malik olan birləşmələrdən biridə zülallardır. Züllallar bitki, heyvan və insan orqanizminin yaranması və inkişafında müstəsna əhəmiyyətə malikdir. Zülallar canlı orqanizmdə müxtəlif funksiyalar daşıyırlar. Onlar dərinin, əzələlərin, müxtəlif orqanların toxumalarının tərkibinə daxildir. Bəzi zülallar bioloji katalizator (fermentlər) xassəsinə malik olub, orqanizmdə gedən bütün kimyəvi proseslərdə iştirak edirlər. Zülallar orqanizmin enerji mənbələrindən biri olmaqla bərabər, orqanizm üçün infeksiyalardan müdafiə rolunu oynayırlar. == Quruluşları == α-aminturşulardan təbii sintezolunmuş üzvi birləşmə, canlı hüceyrənin əsas tərkib hissəsi. Molekul kütləsi on minlərdən milyonadək və daha çoxdur. Amfoter elektrolitdir, molekullarında sərbəst karboksil və amin turşuları var.
İdxal
İdxal (en. import ~ ru. импорт ~ tr. ithal)– (lat. importo - daxil edirəm) görünən, görünməyən və kapitalın importu adlanan üç böyük kateqoriyaya ayrılır. Görünən import real əmtəələrin hərəkəti kimi xaricdən alınan məhsulların ölkəyə gətirilməsi və daxili bazarda satılmasını ifadə edir. Görünməyən import isə xidmətlər sferasında ehtiva olunur. Buraya konkret olaraq ölkə vətəndaşlarına xarici kompaniyaların xidmətlər göstərməsi, xarici banklara pul qoyuluşları, xarici firmalardan alınan turist yollanışlarının alınması və digər müvafiq təyinatlı xidmətlər aiddir. Kapital importuna isə xarici investorların milli müəssisələrin səhmdarlarına çevrilməsi, onların müvafiq istiqamətli müxtəlif layihələrdə investisiya qoyuluşları ilə çıxış etmələri şamil olunur. Bütün import kateqoriyaları eksportla birlikdə ölkənin tədiyyə balansını təşkil edirlər.
İflas
Müflisləşmə — iflas, bankrotluq. var-yoxdan çıxmaq, öz öhdəliklərinə görə borclarını ödəməkdən imtina etmək, vəsaitin olmaması ucbatından borcunu ödəyə bilməmək, borcu ödəmək iqtidarında olmamaq; məcazi mənada - imkansızlıq, iflas olmaq, plan və ümidlərin məhv olması.
İhram
İhram (ərəb. إحرام‎‎ — həsr etmək) — həcc ziyarətini həyata keçirən zəvvarın xüsusi mənəvi paklıq vəziyyətidir. Bunun üçün qüsl almaq (bədəni tamamilə yumaq), xüsusi geyim geyinmək və ihramın qaydalarına riayət etmək tələb olunur. == Mümkün hərəkətlər == İhram vəziyyətində ticarətlə və digər dünyəvi işlər məşğul olmaq; cinsi əlaqəyə girmək, kəbinə girmək, əzəblərşək və kimisə incitmək; canlılara ziyan vurmaq (heyvanları və həşəratları öldürmək, otu və ya yarpaqları qopartmaq və s.) üz qırmaq, baş qırxdırmaq, dırnaq kəsmək, ətirdən istifadə etmək, zinət əşyaları taxmaq və siqaret çəkmək qadağandır. Qadınlar qüsl aldıqdan sonra enli ağ paltar geyinir, başlarını ötrürlər (yalnız sifət, əl və ayağın daban hissəsi görünə bilər). Kişilər iki sadə ağ örtük geyinirlər: biri baldırdan qıça qədər olan hissəni ötrür, digəri isə sağ çiyinin üzərinə atılır. Bu geyimlər zəvvarların niyyətlərinin paklığını və onların allah qarşısında bərabər olmasına işarədir. Zəvvarlar ihram geyimlərini Kəbədən 4 kilometr aralıda yerləşən mikat adlı yerdə geyinirlər. Müasir dövrümüzdə zəvvarların əksəriyyti ihram geyimini artıq təyyarə enişə başlayanda geyinirlər. == Ədəbiyyat == Али-заде, А. А. Ихрам Arxivləşdirilib 2014-08-13 at the Wayback Machine // Исламский энциклопедический словарь.
İlham
İlham — kişi adı, soyadı və təxəllüsü. İlham Axundov — İlham Əliyev (dəqiqləşdirmə)İlham Əliyev — Azərbaycan Respublikasının Prezidenti (2003-cü ildən). İlham Əliyev (deputat) — Azərbaycan Respublikası Milli Məclisinin deputatı. İlham Əliyev (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı. İlham Əliyev (jurnalist) — jurnalist, Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyinin sədri. Hacı İlham Əliyev (islamçı) — Azərbaycan İslam Partiyasının sədr əvəziİlham Əhmədovİlham Əhmədov — Azərbaycan aktyoru, rejissor. "İlham" Miniatür teatrının direktoru və bədii rəhbəridir. İlham Əhmədov (alim) — alim, həkim. İlham Əhmədov (şəhid) — şəhid.İlham Əsgərov — Azərbaycan aktyoru. İlham Həsənov — Azərbaycan Milli Qəhrəmanı İlham İsmayılov — şəhid İlham Məmmədli — Azərbaycan alimi, jurnalist.
İmfal
İmfal - Hindistanın Manipur ştatında şəhər. Həmçinin bu ştatın paytaxtıdır. == İqlimi == İmfal Hindistanın ən şərqində yerləşir. Keppenin iqlimlər təsnifatına görə rütubətli subtropik iqlimə malikdir. Qışları mülayim, qurudur. Ən isti ay iyun, ən soyuq ay isə yanvardır. Şəhərə hər il ortalama 1320 mm yağıntı düşür. Ən yüksək temperatur 35.6 °C 22 may 2009-cu ildə, ən aşağı temperatur isə −2.7 °C 10 yanvar 1970-ci ildə qeydə alınmışdı. == Əhalisi == 2011-ci ilin əhalinin siyahıyaalınması məlumatlarına görə İmfalın əhalisi 264 986 nəfər olmuşdur. Bunlardan 128 931 nəfəri kişi və 136 055 nəfəri isə qadındır.
Ihıax
Ihıax (saxa Ыhыах, rus. Ысыах) — Yay bayramı. Təbiətin ayılması və tanrıların şərəfinə müəyyən ritual, xalq oyunları, rəqslər, xizək yarışları ilə müşahidə edilən bayramdır. == Qeyd edilməsi == Ihıax Yakutiyanın ən ədas bayramı hesab edilir. Bu bayram günəş tanrısıns tapınma ilə əlaqədar meydana gəlmişdir. Ənənəvi olaraq Isıax əsasən şimal uarımkürəsində ən uzun gün olarkən (21 iyun) qeyd edilir. İlk əvvəllər bu bayram hər il 22 iyulda qeyd edilirdi. Böyük Vətən müharibəsinin başlanması bu tarixə düşdüyündən onun tarixini dəyişdirilməli olurlar. Bundan sora isə günəşin uluslar üzrə çıxma qrafikinə uyğun olaraq 10 iyundan 25 iyun arasında qeyd edilir. == Tarixi == Araşdırmaçıların fikirinə görə bu bayram Mərkəzi Asiya ölkələrində qeyd edilən Kumıs bayramının təsiri ilə formalaşmışdır.
Islam
İslam (ərəb. الإسلام‎, əl-'islām) — monoteist ibrahimi dinlərdən biri.. == İslam dini == "İslam" adı, s-l-m (سلم) kökündən törəmişdir. Bu kökün ümumi olaraq qəbul edilən iki anlamı vardır: sülh (salam da bu kökdəndir); boyun əymək, itaət etmək (Allaha təslim olmaq).İslam tək olan Allaha (ərəb. الله‎) itaət etmək deməkdir. İslamın əsas ehkamı tövhid, nübuvvət və məaddır. Tövhid – Allahı ibadətə layiq olan yeganə haqq, məbud bilməkdir. Bu özündə həmçinin Allahın adil (ədalətli) olmasını ehtiva edir, yəni O, hər bir şeyi hikmət üzündən yaradır. Nübuvvət – sonuncusu Məhəmməd peyğəmbər olmaqla 124 000 peyğəmbərin Allah tərəfindən insanları haqqa dəvət etmək üçün seçdiyinə, eləcə də mələklərə və onların peyğəmbərlərə gətirdiyi vəhyə və bu kitablara iman gətirməkdir. Məad – hər bir insanın dünyasını dəyişməsinə və Qiyamət günü dirildilərək Allah qarşısında hesab verməsinə iman gətirmək.İslam dinini qəbul edənlər müsəlman adlanırlar.