Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Məcid Seyid Əhməd
Məcid Seyid Əhməd (ərəb. ماجد السيد أحمد‎; Suriya) — Suriya Silahlı Qüvvələrindən Azad Suriya Ordusuna fərarilik edən polkovnik-leytenant. Cənub Cəbhəsi üzrə Əməliyyat Administrasiyasının rəhbəri vəzifəsini daşıyır və eyni zamanda Quta Komandolar Briqadasının başçısıdır. O, hal-hazırkı vəzifəsinə 2012-ci ilin dekabrında Türkiyədə keçirilən bir konfrans zamanı seçilmişdir.
Seyid Əhməd Arvasi
Seyid Əhməd Arvasi (15 fevral 1932 - 31 dekabr 1988)—türk sosiloqu, etnoqrafı, pedaqoqu və yazıçısı. == Həyatı == Seyid Əhməd Arvasi 1932-ci ildə Ağrının Doğubeyazıt mahalında doğulub. Ailə tərəfindən Vanın Baxçasaray (Müküs) qəsəbəsinə bağlı Doğanyayla (Arvas) kəndindəndir Mühitlərində bu kəndin adına görə «Arvasilər» kimi tanınıblar. Soyadı qanunu çıxdıqdan sonra kəndlərinin adı soyadları oldu. Atası Abdülhakim Arvasidir. 1952-ci ildə Ərzurum Müəllim məktəbindən məzun olub. Bir müddət ibtidai məktəb müəllimliyi etdi. 1958-ci ildə Qazi Təhsil İnstitutu Pedaqogika fakultəsindən məzun olub. Balıkesir və İstanbuldakı Təhsil İnstitutlarında müəllimlik edib. 1979-cu ildə təqaüdə çıxıb.
Seyid Əhməd Kəsrəvi
Əhməd Kəsrəvi (fars. احمد کسروی‎) — İran tarixçisi, publisisti və hüquqşünası. == Həyatı == Əhməd Kəsrəvi 29 sentyabr 1890-cı ildə Təbriz şəhərinin Hökmava məhəlləsində anadan olmuşdur. Milliyyətcə azərbaycanlı idi. == Elmi yaradıcılığı == Müasir Azərbaycan tarixinə dair dəyərli əsərlərin müəllifi olmasına baxmayaraq Əhməd Kəsrəvi Azərbaycanlıların ari irqinə mənsub olduqlarını sübut etməyə çalışmışdı. 3 cildlik "Tarixe-məşruteye-İran" ("İran məşrutə tarixi") kitabında 1905–1911-ci illər İran inqilabının tarixi tədqiq olunur. "Şəhriyarane-gomnan" ("Naməlum hökmdarlar"), "Azəri, ya zəbane-bastane-Azərbaycan" ("Azəri, yaxud Azərbaycanın qədim dili") və başqa əsərləri vardır. O, əsərlərində Azərbaycana xüsusi yer ayırsa da, məsələlərin izahında İran millətçiliyi mövqeyindən çıxış etmiş, İranda yaşayan azərbaycanlıların farslaşdırılması kimi mürtəce ideya irəli sürmüşdür. Əhməd Kəsrəvi 1921-ci ildə "Azəri ya Zəban Bastane Azərbaycan" adlı əsərini nəşr etdirmişdi. Müəllif bu əsərində azərbaycanlıların türk yox, azəri adlı ayrı bir millət olduqları fikrini irəli sürmüşdür.
Seyid Əhməd Orlat
== Xronologiya == Seyid Əhməd yanvar 1399-cu il tarixdə atası Seyid Əlinin Alıncaq qalası yaxınlığında baş vermiş döyüşdə öldürülməsindən sonra hakimiyyətə gəlmişdir. 1399-cu ilin son aylarında Əmir Teymur öz ordusu ilə Qarabağda qışlayarkən, Seyid Əhməd Şirvana – Şirvanşah Şeyx İbrahimin yanına getmiş və ondan Əmir Teymurun Şəkiyə gözlənilən hücumunun qarşısının alınmasında və Əmir Teymurla münasibətlərinin yaxşılaşdırılmasıda yardımçı olmasını xahiş etmişdir. Şirvanşah Şeyx İbrahim Seyid Əhəmdi Qarabağa – Əmir Teymurun yanına aparmış və nəticədə Əmir Teymur tərəfindən "atasının (Seyid Əli Orlatın) mənsəb və məqamı ona əta edil"mişdir. Hicri 802-ci ilin qışında (noyabr 1399 –fevral 1400) Əmir Teymur Qarabağda qışlayan ordusunun 30%-ni götürüb Ağ su dərəsinə – Əmir Xəmşanın üzərinə, ilğar (çevik hüçum) edərkən Kür çayını keçdikdə Şirvanşah Şeyx İbrahim və Şəki hökmdarı Seyid Əhməd də oz qoşunları ilə bu ilğara qoşulmuşlar. == İstinadlar == == Xarici keçidlər == Aydın Məmmədov.
Seyid Əhməd Paşa
Seyid Əhməd Paşa (ö. 1799) — I Əbdülhəmid və III Səlim səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi. == Həyatı == Doğum tarixi bilinməsə də, Ədirnədə dünyaya gəldiyi məlumdur. Atası Anadolu bəylərbəyliyinə qədər yüksələn Kürəkən Süleyman Paşadır. Atası ölümündən bir neçə ay öncə Sultan Əhmədin qızlarından Zübeydə Sultanla evlənmiş, bu səbəblə uşaqlığından bəri saraya yaxın olmuşdur. Əndərunda təhsil aldıqdan sonra saraya alındı və baş qapıçılığa qədər yüksəldi. Ardından 1780-ci ildə Bozox, 1781-ci ilin iyulunda Moreya, 1782-ci ilin sentyabrında isə vəzir rütbəsiylə Krit sancaqbəyliyinə təyin edildi. Bu vəzifədə ikən 29 aprel 1784-cü ildə Sultan Mustafanın qızlarından Xədicə Sultanla nişanlandı və həmin ilin iyununda Anadolu bəylərbəyi oldu. Cütlüyün toy mərasimi isə 1787-ci ilin oktyabrında baş tutdu. Bu nikahdan paşanın övladı olmadı.Toy mərasiminin ardından Sofiya mühafizəsi ilə vəzifələndirildi və Rumeli bəylərbəyi seçildi.
Seyid Əhməd Xan
Seyyid Əhməd Xan(ing. Syed Ahmad Khan; urdu سید احمد خان; doğ. 17 oktyabr 1817, Dehli — 27 mart 1898, Aliqarh) — Böyük İslam islahatçısı, yazıçı. == Həyatı == Seyyid Əhməd Xan və ya Ser Əhməd 17 oktyabr 1817-ci ildə Hindistanda, Dehli şəhərində anadan olmuşdur. Atasının ölümündən sonra təhsilini yarımçıq qoyan Əhməd Xan ailəsinin maddi cəhətdən vəziyyətinin ağır olmasına görə işləməyə başlayır. Yaradıcılığına 23 yaşından başlayan Əhməd Xan ilk olaraq dini məsələlərlə bağlı məqalələr yazmağa başlayır. 1847-ci ildə "Asarus-Sənadidə" adlı kitabı çıxır və 1857-ci ildə ingilislərin Hindistanı işğalı zamanı İngilisləri dəstəklədiyi üçün İngiltərə dövlətinin marağını özünə cəlb edir.1869-1870 ci illərdə İngiltərəyə gedərək həmin dövlətin kəşfiyyatı ilə sıx əlaqə yaradır və Hindistana geri qayıdarkən "Muslim Cambridge" təşkilatını yaratmağı planlaşdırır. Ölkəsinə qayıdarkən bu təşkilatı yaradır və "Təhzibul-Əxlaq" adında qəzet nəşr etməyə başlayır.İngiltərə Mərkəzi kəşfiyatının dəstəyi ilə fəaliyyətə başlayan Əhməd Xan ilk olaraq İslam dininin ən mühim mənbələrindən hədis məfhumunu müxtəlif şübhələr və bəhanələrlə inkar etməyə başlayır və müsəlmanlar arasında bu fikrin yayılmasında bir sıra cəhdlər edir. İlk olaraq "Ət-Təfsirul-Aqliyyə" əsərini yazaraq QURANİ-KƏRİM hədislərə istinad etmədən təfsir etdiyini iddia edir. Təbii ki, bu məkirli planların arxasında çirkin siyasət dururdu.
Mir Seyid Əli
Mir Seyid Mir Müsəvvir oğlu Əli (XVI əsrin əvvəlləri—?) — mənşəcə Azərbaycan türklərindən olan miniatürçü rəssam. Londonda Britaniya muzeyində Nizami "Xəmsə"sinin unikal bir əlyazması saxlanılır. Həmin əlyazma 1539-1543-cü illərdə şah Təhmasibin sarayı nəzdində fəaliyyət göstərmiş kitabxanada işlənmişdir. Mütəxəssislər həmin nüsxəni bütün dövrlərin və xalqların ən kamil bədii əlyazması, Şərqin kitab incəsənətinin ən qiymətli incisi hesab edirlər. Əlyazmanın titul səhifələri incə naxışlarla zəngindir, səhifələri kənarlarında qızıl suyu ilə işlənmiş siluet təsvirləri çəkilmişdir.Əlyazmaya daxil edilmiş iri formatlı on dörd miniatür XVI əsrin ən görkəmli rəssamları tərəfindən işlənmişdir. Həmin rəssamlar Sultan Məhəmməd, Ağa Mirək Mirzə Qiyas, Mir Müsəvvir, Mirzə-Əli, Mir Seyid Əli və Müzəffər Əlidirlər. Əlyazmanın səhifələrindən birində əsərin üzünü köçürən rəssam Şah Mahmud Nişapurinin belə bir qeydi indiyə qədər heç kəsdə şübhə doğurmur: "Ruzigarın gözü belə şey görməmişdir". Əlyazma nüsxəsindəki ən gözəl miniatürlərdən biri, "Məcnun Leylinin çadırı yanında" əsəri Sultan Məhəmməd məktəbinin layiqli davamçısı Mir Seyid Əlinin fırçasından çıxmışdır. Bu böyük rəssamın dünyanın digər muzeylərində saxlanan "Leylinin elçiliyi", "Musiqi məclisi", "Bəhram Gur və çoban" miniatürləri də yüksək ustalıqla işlənilmişdir. == Həyat və yaradıcılığı == Mir Seyid Əli XVI əsrin əvvəllərində məşhur miniatürçü rəssam Mir Müsəvvirin ailəsində anadan olub.
Seyid Əli Məhəmməd
Bab və ya əsil adı ilə Seyid Əli Məhəmməd Şirazi — Babilər hərəkatının rəhbəri və Bəhai dininin iki peyğəmbərindən ilkidir. 1844-cü il mayın 23-də İranın Şiraz şəhərində Seyid Əli Məhəmməd vəd olunmuş Mehdi olduğunu elan edərək özünü "Bab" (ərəbcə "qapı" deməkdir) adlandırır. Bildirir ki, onun əsas məqsədi insanları müqəddəs kitabların vəd etdiyi Allahın tezliklə zühur etdirəcəyi kəsi qəbul etməyə hazırlamaqdır. Demək olar ki, bütün yazılarında "Allahın zahir edəcəyi Kəs"dən (Bəhaullah) danışmış, özündən sonra mütləq o kəsin zühur edəcəyini müjdələmişdir. Bununla belə, Babın mənəvi dirçəlişə, xurafatdan, mövhumatdan uzaqlaşmağa, bərabərlik, ədalət, qadınları əsarətdən azad etmək çağırışları bütün Yaxın və Orta Şərqi lərzəyə gətirmiş babilər hərəkatına səbəb olur. == Həyatının ilk dövrləri == Seyid Əli Məhəmməd Şirazi 20 oktyabr 1819-cu ildə Şirazda, orta təbəqəli əhali arasında doğulmuşdur. O hələ azyaşlı ikən atası vəfat etmişdir və bir tacir olan dayısı Hacı Mirzə Seyid Əli onu himayəsinə götürmüşdür. O hər iki valideyninin xətti ilə Məhəmməd peyğəmbərin nəslindən, Hüseyn ibn Əlinin övladlarından idi. Şirazda dayısı 6 və ya 7 il ərzində məktəbə göndərir. Təxminən 15-20 yaşları arasında o dayısının ticarət işlərinə qatılır və İranın cənubunda, Fars körfəzi yaxınlığıdakı Buşehr şəhərində tacir olaraq fəaliyyət göstərir.
Seyid Əli Orlat
Seyid Əli Orlat (? — 1399-cu il) — XV əsrin 4-cü rübündə hakimiyyətdə olmuş Şəki hökmdarı. Şəki-Kaxetiya hökmdarı II Axsartandan (1104) və 1017-ci ildə Kiş qalasının müdafiəsinə başçılıq etmiş Asat və Şot qardaşlarından sonra tarixi mənbələrdə adı çəkilən ilk Şəki hökmdarıdır. Əgər adında daşıdığı "seyid" titulu onun Məhəmməd peyğəmbərin nəslindən olmasını göstərirsə, adına əlavə edilən "orlat" kəlməsi onun monqol mənşəli orlat tayfasından çıxmasını bildirməkdədir. Tarixi mənbələrdə Seyid Əli Orlatın adına ilk dəfə 1393-cü ilin sentyabr ayında baş verən hadisələrin təsvirində təsadüf edilir. Göstərilir ki həmin vaxt o, Şəkiyə hücum edən teymurilərin qarşısında duruş gətirə bilməmiş, iqamətgahını tərk edərək dağlara qaçmışdır. Ehtimal var ki, bundan sonra Seyid Əli ilə teymurilər arasındakı münasibətlər bir müddət yaxşı olmiş, lakin Əmir Teymurun oğlu Miranşah (Əmiranşah) tərəfindən Şəkiyə cəza dəstəsinin göndərilməsi və Şəkini talan etdirməsi nəticəsində yenidən pisləşmiş, daha sonra Seyid Əli intiqam üçün gürcülərlə birlikdə, teymurilərin mühasirəndə olan Alıncaq (Əlincə) qalasının müdafiəçilərinə kömək üçün Naxçıvana müvəffəqiyyətli yürüş etmiş, lakin geri dönərkən, Alıncaq qalası yaxınlığında baş vermiş toqquşma zamanı - 1399-cu ilin yanvar ayında, Miranşahın oğlu Əbubəkr mirzə ilə təkbətək döyüşdə rəqibinin atdığı oxun boynuna sancılması nəticəsində həlak olmuşdur. == 1384—1396-cı illər == === Əmir Teymurun İran yürüşlərinə başlaması === XIV əsrin 70-ci illərində Orta Asiyada – Cağatay ulusunun qərb hissəsində, hakimiyyəti ələ keçirən Əmir Teymur, ömrünün sonuna qədər yalnız baş əmir olsa da, əslində, tarix səhnəsində yeni bir imperiyanın bünövrəsini qoymuş oldu. O, 1384-cı ildə ilk İran yürüşünü edir və Zəncana qədər irəliləyir. Lakin tezliklə geri dönür və bir ildən sonra ikinci İran yürüşünə başlayır.
Seyid Əli Sistani
Əli Sistani (tam adı:Seyid Əli Hüseyni Sistani; d. 4 avqust 1930, Məşhəd, İran) — Mərkəzi Nəcəfdə olan "Alul-Bayt" elmi müəssisəsinin rəhbəri, Ayətullah əl-üzma. Hal-hazırda İraqın Nəcəf şəhərində yaşayır. 2014-cü il Nobel Sülh mükafatına namizəd göstərilmişdir. == Həyatı == Əli Sistani 4 avqust 1930-cu ildə İranın Məşhəd şəhərinin yaxınlığında dünyaya gəlmişdir.Anası Seyid Rza Mehrabaninin qızı (Mehraban şəhəri). == Təhsili == İbtidai və orta təhsilini Məşhəddə o dövrün məşhur alimlərindən alır. Ali dərəcədə Üsul, Fiqh, Əqli elmlər və ilahiyyat elmlərini o dövrün məşhur alimi Mühəqqiq Mirzə Mehdi İsfahani və d. alır. 1948/1949-cu illərdə təhsilini artırmaq üçün Qum şəhərinə köçür. Burada o, o dövrün məşhur alimlərindən Ayətullah əl-Üzma Seyid Hüseyn Burucərdi və b.
Seyid Əli Çabuk
Seyid Əli Çabuk və ya Seyid Əli Onbaşı (iyul 1889 – 1939, Balıkəsir) — Birinci Dünya müharibəsi zamanı Çanaqqala döyüşündə əfsanəvi qəhrəmanlıq göstərmiş türk əsgər. == Həyatı == Seyid Əli Çabuk 1889-cu ildə Balıkəsirin Havran ilçəsinin Çamlıq (Manastır) kəndində Əbdürrəhman və Əminənin ailəsində dünyaya gəlmişdir. 1909-cu ildə Seyid Əli Osmanlı ordusuna qoşulmuş və Balkan müharibələrində (1912–1913) vuruşmuşdur. Savaşdan sonra Dardanel (Çanaqqala) boğazının girişi müdafiə edən qarnizona köçürülmüşdür. == Qəhrəmanlığı == Osmanlı imperiyasının Birinci Dünya müharibəsinə qoşulmasından sonra Qara dəniz boğazlarının qorunması türklər üçün prioritet məsələyə çevrilmişdir. Boğazlara tərəf hərəkət edən böyük ingilis-fransız donanmasının əsas hücumu isə təyin olunduğu kimi 18 mart 1915-ci ildə başladı. Döyüş zamanı sıravi Seyid Çabuk Rumeli Məcidiyə fortunda sahil artilleriyasında xidmət edirdi. Müttəfiq donanmasının hücumu nəticəsində müdafiə qalaları dəhşətli atəşə məruz qaldı. Rumeli Məcidiyədəki top işlək vəziyyətda olsa da, ağır artilleriya mərmilərini qaldıran mexanizm zədələnmişdi. Belə olan halda, Seyid hər biri təxminən 275 kq ağırlığında olan 3 ədəd 240 mm-lik mərmini topa qaldırdı və türk artilleriyası atəşi davam etdirdi.
Abiy Əhməd Əli
Abiy Əhməd Əli (Ge'ez: ዐቢይ አህመድ አሊ; 15 avqust 1976) – 2 aprel 2018 tarixindən etibarən Efiopiyanın 10-cu Baş naziri və Efiopiya Federal Demokratik Respublikasının 4-cü Baş naziri olaraq xidmət edən bir Efiopiyalı siyasətçidir. Oromo Demokratik Partiyasından olan Efiopiya Xalq İnqilabçı Demokratik Cəbhəsinin ilk Oromo sədridir. EPRDF-nin dörd koalisiya partiyasından biridir. Abiy eyni zamanda Efiopiya parlamentinin seçilmiş üzvü və ODP və EPRDF icra komitələrinin üzvüdür. Keçmiş bir ordu kəşfiyyatçısı, Baş nazir olduqdan bəri geniş siyasi və iqtisadi islahatlar proqramına başlamış və Cənubi Sudan, Eritreya'daki sülh sazişləri və Sudan Respublikasında keçid razılaşması işləmişdir. Abiy, Efiopiya ilə Eritreya arasındakı 20 illik müharibədən sonrakı ərazi böhranını bitirməkdəki işinə görə 2019 Nobel sülh mükafatı layiq görüldü.2021-ci ilin oktyabr ayında Abiy Əhməd ikinci 5 illik müddətə rəsmən and içdi.
Elman Əli Əhməd
Elman Əli Əhməd (somali Cilmi Cali Axmed, ərəb. علم علي أحمد‎; Moqadişo – 9 mart 1996, Moqadişo) — somalili sahibkar və ictimai fəal. == Həyatı == Somalidə anadan olmuşdur. 9 mart 1996-cı ildə Moqadişoda vəfat etmişdir. == Fəaliyyəti == 1993-cü ildə onun tərəfindən "Elman" FK yaradılmışdır. == Ailəsi == Fartuun Adan ilə evli idi. Bu evlilikdən onların Almas, İlvad və İman adlı övladları olmuşdur.
Əli ibn Əhməd
Əli ibn Əhməd (ərəb. علي بن أحمد‎) — təqribən 943–949-cu illərdə hakimiyyətdə olmuş Krit əmiri. Krit əmirliyinin tarixi və hökmdarları haqqında qorunub-saxlanılmış qeydlər çox fraqmentlidir. O, şərti olaraq yeddinci əmir Əhməd ibn Ömərin oğlu, Kritin fatehinin və əmirliyin banisi Ömər Əbu Həfsin nəvəsi kimi tanınır. Onun qardaşı Şüeybdən sonra hakimiyyətə gəldiyi, 943-cü ildən təxminən 949-cu ilə qədər padşahlıq etdiyi güman edilir. Ondan sonra taxta Şüeybin oğlu Əbdüləziz keçmişdir.Əli ibn Əhmədin Bizansın 949-cu ildə Kritə qarşı genişmiqyaslı dəniz ekspedisiyası zamanı hakimiyyətdə olduğu güman edilir. Hər halda, bizanslıların hücumu saratinlər tərəfindən dəf edilmişdir. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Canard, M. (1971). "Iḳrīṭis̲h̲". In Lewis, B.; Ménage, V. L.; Pellat, Ch.
Ağa Seyid Əli Təbrizi
Ağa Seyid Əli Təbrizi "Qanun əl-Əlac" ("Müalicənin qanunları"), "Zadül-Müsafirin" ("Səyahətə çıxanlar üçün məsləhətlər"), "Risaleyi-Cizri" ("Dərmanlar haqqında risalə") əsərlərinin müəllifidir.
Seyid Mirzə Əli Təbrizi
Seyid Mirzə Əli Təbrizi (1866-1946)—İslam alimi. == Həyatı == Əllamə Seyid Mirzə Əli Qazi 1285-ci il (h. q.) zilhəccə ayının 13-ndə Təbriz şəhərində, elm və mərifət nuru ilə dolu bir ailədə dünyaya göz açdı. Atası Mirzə Hüseyn Qazi elm və mərifət əhli idi. Mirzə Şirazinin tələbəsi olmuş Mirzə Hüseyn Qazi “Nəml və Ənam” surələrinə təfsir yazmışdır. Təbrizə gedərkən mərhum Mirzə Şirazi onunla sağollaşıb dedi: “İndi ki, gedirsən, heç olmasa gün ərzində özünə bir saat vaxt ayır”. Bir müddətdən sonra Mirzə Şirazi başqalarından onun haqqında soruşanda dedilər: “Hacı, sənin dediyin o bir saat iyirmi dörd saata çatıb. Mirzə Hüseyni həmişə “müraqibə” (Özündən muğayatolma) halındadır". O, 1314-ci ildə (h.q.) fani dünya ilə vidalaşmışdır. Əllamə Qazi elm və maarifi atasının və digər böyük ustadların yanında öyrənmişdir.
Seyid Əli Mir Qılınc
Seyid Əli Möhsun oğlu (ərəb. علی‌بن‌محسن, میرقلنج)‎ Mir Qılınca məşhur olan, Mərənd mahalında yerləşən Yekan Kəhriz kəndinin Səfəvilər dövründə yaşamış, orada Mir Qılınc Baba adlı türbənin sahibi seyid. == Soy və yaşayış == Mir Qılınc Seyid Həsən Babanın soyundadndır və Mərəndin Yekan Kəhriz kəndində dəfn olunmuşdur Mir Qılınc o, kəndin seyidlər və əşraflarındanidi və orada məşhur türbəsi vardır. Seyid Əlinin yaşamına görə indiyədək sənədli və mötəbər mənbələrdə heç bir söz tapılmayıb. Amma camaat içində onu Mir Qılınc adıyla tanıyıb və yad edirlər. onun qəbir daşı üzərində belə yazılıb: Farsca: {{{1}}} مقبره سید جلیل‌القدر مشهور و معروف به مرحوم میر قلنج که در زمان عهد صفویه وفات نموده در این مکان مقبره قدیمی داشت اهالی یکانات مخصوصا مردم یکان کهریز با مشاهده کرامات عدیده با اهدا نذورات و با همت اشخاص نیکوکار و خیر و با مباشرت چند نفر ریش سفید و معتمد در مورخه 62/1/1 شمسی اقدام به تجدید‌البنا و مقبره نوساز و جدیدالاحداث نمودند. Azərbaycan dili: Səfəviyyə dövründə vəfat etmiş Mir Qılınca məşhur olan böyük məqamlı seyidin türbəsi. bu yerdə əski bir türbə varidi ki Yekanat və xüsusilə Yakan Kəhriz əhalisi çoxlu möcüzələri görərək nəzirlər verərək və xeyrsevər insanlar və neçə ağ saqqal və mötəmidin məşvərətiylə 62.1.1 şəmsi ilində bu binanı yenidən düzəldib və türbəni yeniləmişlər. == Mir Qılınc rütbəsi == Mir qılınc Türk əmirlər və döyüş başçıları arasında bir ləqəb və rütbəimiş.Qılınc xan qədim xaqanlar arasında böyük əmir, başçı və sultana deyilirdi. o, sultan və əmirə ki iradəsi Qılınc kimi keçərli və kəskindir.
Seyid Əli Musəvi Nur
Seyid Əli Musəvi Nur (16 mart 2004-cü ildə Ramhormoz şəhərində anadan olub) İranın Xuzistan əyalətinin Ramhormoz şəhərindən olan karateçidir . Seyid Əli Musəvi Nur müxtəlif rütbələrdə İran millisinin üzvüdür. O, 2021-ci ildə Almatıda keçirilən karate üzrə Asiya çempionatında qızıl medal qazanıb. Dünya Karate Federasiyasının reytinqində 70 kq çəki ilə 3-cü yerdədir. Seyid Əli Musəvi Nur Mehdi Cəfəri, Mehdi Əhmədi, Reza Maydanaro, Qasem Asiyabri, Nəriman Zamani, Məhəmməd Hadi Məhəmmədi kimi məşhur məşqçilərin nəzarəti altında müxtəlif rütbələrdə karate üzrə milli komandaların üzvü olub.12 yaşında karate ilə məşğul olub və əsas yaş qruplarında müxtəlif çempionluq titulları qazandıqdan sonra 2017-ci ildə milli komandanın üzvü olub və hazırda İran İslam Respublikasının karate komandasının milli çempionu və dünyanın ən qürurlu karateçiləri. == tərcümeyi-halı, gündəlik == 2016-cı ildə məşqçi Ramhormzi Hossein Ayouzinin nəzarəti altında Abadis Club-da karate ilə məşğul olmağa başladı və ilk rəsmi medalını 2022-ci ildə Zəncan vilayətində milli komandanın milli çempionatında qazandı. Dünya Karate Federasiyasının açıqladığı son reytinqdə Seyid Əli Musəvi Nur 70 kq çəki dərəcəsində 3-cü yerdədir. == fəxri adlar == Onun şərəflərindən biri 2021-ci ildə karate üzrə Asiya çempionatında 1 qızıl medal qazanmasıdır.
Seyid Əli İmadəddin Nəsimi
İmadəddin Nəsimi (tam adı: Şeyx Əli ibn Seyid Məhəmməd İmadəddin Nəsimi) 1369, Şamaxı – 1417, Hələb) — Azərbaycan şairi, mütəfəkkir. "İmadəddin Nəsimi" adı ilə məşhurdur. İlk təhsilini Şamaxıda almış, dövrün elmlərini, dinlərin tarixini, məntiq, riyaziyyat və astronomiyanı öyrənmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə İmadəddin Nəsimi Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. == Həyatı == Nəsiminin həyatı haqqında çox geniş məlumat mövcud deyil. Mənbələrin əksəriyyəti onun adını İmadəddin kimi göstərir, ancaq Nəsiminin əsl adının Əli və Ömər olduğunu qeyd edən mənbələr də vardır. Bir çox tədqiqatçılar onun Şamaxıda, başqaları isə Bursada,urmiyada, Təbrizdə, Bakıda, Diyarbəkirdə və hətta Şirazda anadan olduğunu iddia edirlər. Şairin atası Seyid Məhəmməd Şirvanda yaxşı tanınan şəxsiyyətlərdən idi. Nəsiminin bir qardaşı da olub. Onun Şamaxıda yaşadığı, Şah Xəndan təxəllüsü ilə şeirlər yazdığı və hazırda bu adla tanınan qədim qəbristanlıqda basdırıldığı məlumdur.
Seyid Əli Musəvinin ölümü
Seyid Əli Musəvinin ölümü — əslən İran azərbaycanlısı və 2009-cu il prezidentlik seçkilərində əsas namizədlərdən olan Mir Hüseyn Musəvinin qardaşı oğlu olan Seyid Əli Musəvinin 27 dekabr 2009-cu ildə öldürülməsi nəzərdə tutulur.2009-cu ildə keçirilmiş prezidentlik seçkilərində əsas mübarizə Mahmud Əhmədinejad ilə əslən təbrizli və azərbaycanlı olan Mir Hüseyn Musəvi arasında gedirdi. Seçkilərdə Mahmud Əhmədinejadın qələbə qazanmasının elan edilməsindən sonra kütləvi etirazlar başladı. Etirazçılar seçkilərdə saxtalaşdırmanın edildiyini iddia edirdilər və bunu sübut edəcək dəlillərə sahib idilər.Bu etirazlara qatılan Seyid Əli Musəvinin təhlükəsizlik qüvvələri tərəfindən ya kürəyindən, ya da sinəsindən vurulduğu bildirilir. "ABC News"-un bildirdiyinə görə, Musəvi güllələnməzdən əvvəl onu maşın da vurmuşdur. "France 24"-ün xəbərinə görə, islahatçı xəbər saytı olan "Parlemannews" iddia etmişdir ki, Musəvi sinəsindən vurulduqdan sonra xəstəxanada vəfat etmişdir. "Times" isə iddia etmişdir ki, Musəvi xəstəxanaya çatmamış yolda keçinmişdir.İranlı kinorejissor və Mir Hüseyn Musəvinin seçki kompaniyasının xaricdəki rəsmi nümayəndəsi Muhsin Mahmelbaf "BBC"-ə bildirmişdir ki, İranın gizli polisi Musəvinin öldürülməsindən günlər əvvəldən etibarən ona zənglər etmiş və "biz səni öldürəcəyik" demişdir.Onun ölümündən sonra bədəni xaricində etirazlar gedən İ"bn Sina" xəstəxanasına aparılmışdır. Etirazçılar İran təhlükəsizlik qüvvələri tərəfindən gözyaşardıcı qazla dağıdılıb. Sonradan məlum oldu ki, hökumət etirazları yatırmaq üçün onun cəsədini çıxararaq bilinməyən yerə aparıb.
Qumluq ilanı
Qumluq ilanı (lat. Psammophis) — Suilanıkimilər fəsiləsindən ilan cinsi.
Seyid
Seyid (seyyid) (ərəbcə: سيد) — Ərəbistanda islamiyyətə qədər tayfa rəhbərinə deyilirdi. Müsəlman dünyasında Məhəmmədin nəslindən olub onun nəvəsi Hüseynlə bağlı adamların fəxri təxəllüsüdür. Şəriflərlə birlikdə seyidlər müsəlman cəmiyyətinin sosial strukturunda möhtərəm təbəqələrdən birini təşkil etmiş, dindarlar arasında böyük nüfuza malik olmuşlar və indi də qismən belə bir nüfuz sahibidirlər. İranda Seyyid mənşəli ailələr Mir ya da Mirzə olaraq da xatırlanar. Şərqin bir çox ölkələrində seyid termini öz xüsusi mənasını itirmişdir və sadəcə olaraq "cənab" kimi işlədilir. Cənubi Asiyada milyonlarla insan Haşimin enişini iddia edir. 1901-ci ildə Seyyid sayı İngilis Hindistan 1,339,734 olaraq sayıldı. Son təxminlər Cənubi Asiyadakı çox on beş milyon Seyyid olduğunu göstərir; səkkiz milyon Pakistanda, yeddi milyon Hindistanda, bir milyondan çox Banqladeş və yetmiş min ətrafında Nepal == Mənbə == İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.101.
Adi pişik ilanı
Adi pişik ilanı (lat. Telescopus fallax) — Suilanıkimilər fəsiləsinə aid növ. Bədəninin uzunluğu 60–70 sm, maksimal uzunluğu — 100 sm-dir. Bədəninin aşağı nahiyəsi ağ rəngdə olur. Əsasən daşlı yaylıqlarda, otluqlar və kolluqlarda, yarımsəhrada və dağ meşələrində yayılır. Onlara 1700–1800 metr yüksəkliklərdə belə rast gəlinir. Onlar gecə və gündüz radələlərində aktiv olur. İsti yay ayları isə ancaq gecə saatları aktiv olur. Ağaclara və ev damlarına rahat çıxa bilirlər. Əsasən kərtənkələlər, gəmiricilər və quşlarla qidalanırlar.
Damalı su ilanı
Damalı suilanı (lat. Natrix tessellata) — Suilanıkimilər fəsiləsinə aid ilan növü. == Xüsusiyyətləri == Adi suilanına nisbətən (lat. Natrix natrix), damalı su ilanları narıncı-sarı damalar yoxdur. Bəzən bu növə daxil olan Zeytunu rəngli və ya bütünlüklə qara rəngdə olan ilanlara rast gəlinir. Damalı suilanı bəzi hallarda 1,6 m olur. Əsasən isə 1–1,3 m uzunluğa malik olurlar. Bədənin mərkəzində 19 pulcuq olur. == Həyat tərzi == Damalı suilanı su ilə əlaqədardır. Onlar əsasən balıqlarla qidalanırlar.
Gecə ilanı (personaj)
Gecə ilanı (ing. Nightcrawler) — Marvel Comics tərəfindən yaradılmış və əsasən İks-adamlarla bağlı olan xəyali super qəhrəman. Yazıçı Len Ueyn və rəssam Deyv Kokram tərəfindən yaradılan personaj ilk dəfə 1975-ci ildə nəşr olunmuş "Böyük ölçülü İks-adamlar" komiksinin 1-ci buraxılışında peyda olmuşdur. Gecə ilanı qeyri-insani güclərlə dünyaya gələn xəyali mutantlardan biridir. O, yüksək səviyyədə cəldliyə, teleportasiya qabiliyyətinə, yapışqan əl və ayaqlara malikdir. Gecə ilanı fiziki mutasiyasında yer alan indiqo rəngli məxməri xəzi sayəsində kölgəyə qarışaraq, görünməz hal ala bilir. Onun eyni zamanda iki barmaqlı ayaqları, üç barmaqlı əlləri, sarı gözləri və oxabənzər quyruğu var. Gecə ilanı ilkin komikslərdə əsasən şən, zarafatcıl, sataşqan və qılıncoynatma həvəskarı kimi göstərilmişdir. O dindar katolikdir və öz inancını dəfələrlə müxtəlif komiks və filmlərdə dilə gətirmişdir. Personaj yaradılışından bəri Marvelin komiks və video oyunlarında davamlı olaraq yer almışdır.
Seydi Əhməd Paşa
Seydi Əhməd Paşa (ö. 12 dekabr 1656) — IV Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, kaptan-ı dəryası. == Həyatı == Doğum tarixi məlum deyil. Qara Əhməd Paşanın çərkəz kölələrindəndir. At minməkdə mahir olub, bir dəfə saray ağalarından birinin ölümünə səbəb olmuş, bu səbəblə saraydan qovulmuşdur. Ardından bağışlanaraq Maraş bəylərbəyi, 1655-ci ildə vəzir rütbəsiylə Anadolu bəylərbəyi təyin edildi. Ancaq həmin ilin aprelində vəzifədən alındı və öncə Hələb, ardından aprel ayında Sivas, 1656-cı ildə isə Silistirəyə təyin olundu. 13 iyul 1656-cı ildə kaptan-ı dərya oldu ancaq bilinməyən səbəblə 12 dekabr 1656-cı ildə edam edildi. Oğullarından Mehmed Paşa da özü kimi kaptan-ı dərya olmuş, vəzirliyə qədər yüksəlmişdir. == Mənbə == Sicill-i Osmani I, səh.
Seydi Əli Rəis
Seydi Əli Rəis (türk. Seydi Ali Reis osmanlıca:غلطلى سيدى على ريِّس 1498 – 28 dekabr 1562, Konstantinopol) — Osmanlı imperiyası donanmasının admiralı (rəis). 1538-ci ildə Preveze dəniz döyüşündə Osmanlı donanmasının sol cinahına komandanlıq etmişdir. Hind Okeanındakı Osmanlı donanmasının komandanı olaraq 1554-cü ildə Hindistan Qoasında Portuqaliyalılarla döyüşmüşdür. Quru yolu ilə Hindistandan Türkiyəyə dönmüşdür. Sonra İstanbula yerləşmiş və naviqasiya, coğrafiya, riyaziyyat və astronomiyaya dair əsərlər yazmışdır. Əli Rəis elmi əsərlərlə yanaşı, şeirlərdə yazmışdır. İlk növbədə gəmi qəzasindan sonra Hindistandan İstanbula quru yolla səyahətini təsvir etdiyi "Ölkələrin aynası" və "Dənizlər kitabı" (Kitab ul-Muhit) kimi müxtəlif dillərə tərcümə olunmuş kitablar müəllifi kimi də məşhurdur. Kitablarında o, burada naviqasiya sənətini və Osmanlı imperiyasının limanlarını təsvir edir. == Həyatı == Seydi Əli Rəis İstanbulun Haliç limanın şimal tərəfində Qalatada Türkiyənin Qara dəniz sahilindəki Sinop mənşəli bir türk ailəsində anadan olmuşdur.
Seyyid Əli Xameneyi
Əli Xamenei (fars. سید علی حسینی خامنه‌ای‎; Seyyid Əli Hüseyni Xamenei; 19 aprel 1939, Məşhəd) — On iki imam şiəsi, mərceyi-təqlid və 1989-cu ildən bu yana vəzifədə olan İranın ikinci və hazırkı Ali Rəhbəridir. 1981–1989-cu illərdə İran prezidenti idi. Xamenei Yaxın Şərqdə ən uzun müddət xidmətdə olan dövlət başçısıdır, eyni zamanda ötən əsr Şah Məhəmməd Rza Pəhləvidən sonra ikinci ən çox vəzifədə olan İran lideridir.Rəsmi veb saytındaki məlumatlara görə, Xamenei Məhəmməd Rza Pəhləvinin hakimiyyəti dövründə üç il sürgünə göndərilmədən əvvəl altı dəfə həbs edilmişdi. Şahı devirən İslam inqilabından sonra, 1981-ci ilin iyun ayında sağ qolunu iflic edən sui-qəsdin hədəfinə çevrildi. Xamenei 1980-ci illərdə İran-İraq müharibəsi dövründə İranın liderlərindən biri idi və özünün nəzarət etdiyi indiki güclü İnqilab Keşikçiləri ilə sıx əlaqələr qurdu. İnqilab Keşikçiləri ona qarşı olan müxalifəti yatırmaq üçün istifadə edilirdi. Xamenei 1981-ci ildən 1989-cu ilədək İranın üçüncü prezidenti vəzifəsini icra edərkən, ilk Ali Rəhbər Ruhullah Xomeyninin yaxın müttəfiqi oldu. Ruhullah Xomeyninin ölümündən bir müddət əvvəl seçdiyi varislə — Hüseynəli Müntəziri ilə — fikir ayrılığı vardı, buna görə Xomeyni öldükdə varisin kim olacağı barədə razılıq yox idi. Mütəxəssislər Məclisi 4 iyun 1989-cu ildə 49 yaşındaki Xameneini növbəti Ali Rəhbər seçdi.
Əhməd Əmir-Əhmədi
Əhməd Əmir-Əhmədi (1884, İsfahan – 1965, Tehran) — İran Kazak diviziyasının generalı, hərbi nazir. == Həyatı == Əhməd Əmir-Əhmədi 1884-cü ildə İsfahanda doğulmuşdu. Atası Tağı ağa Əmir-Əhmədi Qacar ordusunda briqada generalı (sərtib) rütbəsinədək yüksəlmişdi. Özü də İran Kazak diviziyasında xidmət etmişdi. Rza xan və Seyid Ziyaəddin Təbatəbai ilə bərabər Əhməd şah Qovanlı-Qacarın devirilməsində önəmli rol oynamışdı. Rza şah Pəhləvidən sepahbud (general-mayor) rütbəsi almışdı. O, 1942-ci ildə Əli Süheylinin və 1948-ci ildə Əbdülhüseyn Hazhırın kabinəsində hərbi nazir postunu tutmuşdu. Məclisin üzvü idi. Rza şahın hakimiyyətində Əhməd Əmir-Əhmədi yeganə adam idi ki, ondan qorxurdular və hörmət edirdilər. Bacısı Püsyan ailəsində ərdə idi.
Tutaq (Duzluca)
Tutaq — Türkiyənin İğdır vilayətinin Duzluca rayonunda kənd. == Tarixi == Kənd 1928-ci ildən eyni addadır.
Seyid Əşrəfəddin Gilani
Seyid Əşrəfəddin Gilani (1872-1934) — şair, publisist. == Həyatı == Seyid Əşrəfəddin Gilani 1872-ci ildə Gilan əyalətinin Rəşt şəhərində doğulmuş və ilk təhsilini də orada almışdır. Əşrəfəddin Gilani ədəbi- ictimai fəaliyyətə gənc yaşlarında başlamışdır. 1908-ci ildə Rəştdə "Nəsimi-Şimal" qəzetini nəşr etməyə başlayıb. Daha sonra o zamanlar üçün İranda böyük ədəbi qəzet sayılan "Sure-İsrafil" qəzetinə rəhbərlik etmişdir. Gilani qəzetlərdə yazdığı yazılarda, şerlərdə əhəmiyyətli məsələlərdən bəshs edirdi. "Şahnamə", "Feqir-füqara", "Yoxsulların və dövlətlilərin vəziyyətinin müqayisəsi" və başqa şeirlərində o vaxtkı şah hökumətinin iç üzünü ifşa etmişdir. Gilaninin yaradıcılığında qadın hüquqlarının müdafiəsi xususi yer tutub. 1934-cü ildə Tehranda vəfat etmişdir.
Mirzəzadə Seyid Mehmed Səid Əfəndi
Mirzəzadə Seyid mehmed Səid Əfəndi (1710 – 19 fevral 1775, Konstantinopol) — Osmanlı alimi və şeyxülislamı. Atası I Mahmud dönəminin şeyxülislamlarından Mirzəzadə Şeyx Mehmed Əfəndi, anası isə II Süleyman və II Mustafa dönəmlərinin şeyxülislamlarından Seyid Feyzullah Əfəndinin qızıdır. == Həyatı == 1710-cu ildə dünyaya gəldi. Atası I Mahmud dönəminin şeyxülislamlarından Mirzəzadə Şeyx Mehmed Əfəndi, anası isə II Süleyman və II Mustafa dönəmlərinin şeyxülislamlarından Seyid Feyzullah Əfəndinin qızıdır. 1721-ci ildə ailəsinin nüfuzundan istifadə edərək müdərrislik rüyusu aldı. Patrona Xəlil üsyanının ardından şeyxülislamlığa yüksələn atasının istəyilə Süleymaniyə mədrəsəsinə müdərris təyin olundu. Atasının vəzifədən istehfa etməsinə baxmayaraq 5 il boyunca bu vəzifədə xidmət etdi. Ardından 1732-ci ildə İzmir, 1743-cü ildə isə Bursa qazılığına və Məkkə qazılığının namizədliyinə yüksəldi. 1748-ci ildə İstanbul qazısı, 1758-ci ilin aprelində Anadolu qazəsgəri, 1760-cı ilin iyununda və 1763-cü ilin oktyabrında isə 2 dəfə Rumeli qazəsgəri təyin edildi. 1761-ci ilin avqustunda naqibüləşraflığa gətirildi.
Seyid Mehmed Paşa
Seyid Mehmed Paşa (1726, Alanya, Osmanlı imperiyası – 6 dekabr 1787, Konstansa, Silistrə əyaləti) — I Əbdülhəmid səltənətində ümumilikdə 4 ay 6 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. == Həyatı == == Mənbə == BA, İbnülemin-Hariciye, nr. 1829. Dilâverzâde Ömer, Zeyl-i Hadîkatü’l-vüzerâ (Hadîkatü’l-vüzerâ içinde), s. 60-64. İbrâhim Naîmeddin Tımışvârî, Hadîkatü’ş-şühedâ, Wien Nationalbibliothek, nr. 1113, vr. 185b, 191b, 192b-194a. Subhî Tarihi: Sâmî ve Şâkir Tarihleri ile Birlikte (haz. Mesut Aydıner), İstanbul 2007, s.
Seyid Əhmədli
Yuxarı Seyidəhmədli
Əhməd Əhmədli
Əhməd Anar oğlu Əhmədli (20 yanvar 2001; Poladtuğay, Sabirabad — 3 oktyabr 2020; Kəlbəcər rayonu) — Azərbaycan Quru Qoşunlarının müddətli həqiqi hərbi xidmət qulluqçusu, əsgər. İkinci Qarabağ müharibəsinin iştirakçısı və şəhidi. == Həyatı == Əhməd Əhmədli 2001-ci il yanvarın 20-də Sabirabad rayonunun Poladtuğay kəndində Anar bəy və Güləbətin xanımın ailəsində anadan olub. 2007-ci ildə Salyan rayonu Azad İbadov adına Pambıqkənd kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olan Əhməd Əhmədli, daha sonra təhsilini Sabirabad rayonu Mahir İsmayılov adına Poladtuğay kənd tam orta məktəbində davam etdirib və 2018-ci ildə elə həmin məktəbdən də məzun olub. == Hərbi xidməti == 2019-cu il yanvarın 6-da, 18 yaşının tamam olmasına 14 gün qalmış Azərbaycan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə göndərildi. Hərbi xidmətini Quru Qoşunlarının Goranboy rayonunda yerləşən hərbi hissəsində atıcı vəzifəsində keçirdi. Azərbaycan Ordusunun əsgəri olan Əhməd Əhmədli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ, Suqovuşan və Talış döyüşlərində savaşıb. Əhməd Əhmədli oktyabrın 3-də Murovdağ döyüşləri zamanı şəhid olub. Nəşinin tapılmaması səbəbindən uzun müddət itkin düşmüş hesab edilib. Şəhid olduqdan 3 ay 3 gün sonra Sabirabad rayonunun Poladtuğay kənd məzarlığında dəfn edilib.
Əhməd Əhmədov
Əhməd Əhmədov Rumlu — Azərbaycan teatr və kino aktyoru, şair və dramaturq. Əhməd Əhmədov (Sumqayıt hadisələri) — Sumqayıt hadisələrinin təşkilatçısı kimi güllələnən azərbaycanlı. Əhməd Əhmədov (general) — Naxçıvanın Daxili İşlər naziri, polis general-leytenantı. Əhməd Əhmədov (geoloq) — azərbaycanlı neftçi-geoloq. Əhməd Əhmədov (dövlət xadimi) — Tarix, Dil və Ədəbiyyat İnstitutunun direktoru, Azərbaycan K(b)P-nin Qala-Maştağa rayon komitəsinin birinci katibi. Repressiya qurbanı.
Şəhid Əli Paşa
Şəhid Əli Paşa (1667, İznik – 5 avqust 1716, Petrovaradin müharibəsi) — III Əhməd səltənətində 3 il 3 ay 9 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. == Həyatı == == Mənbə == a.mlf., Fetihnâme-i Cezîre-i Mora, Süleymaniye Ktp., Esad Efendi, nr. 3655/4; Dilâverzâde Ömer, Zeyl-i Hadîkatü’l-vüzerâ (Hadîkatü’l-vüzerâ içinde), s. 19-24; Ayvansarâyî, Hadîkatü’l-cevâmi‘, I, 113-114; a.mlf., Vefeyât-ı Selâtîn, s. 72-73, 113; a.mlf., Mecmûa-i Tevârih (haz. Fahri Ç. Derin – Vahid Çabuk), İstanbul 1985, s. 24, 32, 82, 135; Hammer, HEO, XIII, 262-314; Zinkeisen, Geschichte, V, 321 vd.; Tayyarzâde Atâ Bey, Târih, İstanbul 1293, II, 84-100; Uzunçarşılı, Osmanlı Tarihi, IV/2, s. 300-305; Ahmed Refik [Altınay], Hicrî On İkinci Asırda İstanbul Hayatı (1100-1200), İstanbul 1988, s. 56-59; N. Jorga, Osmanlı İmparatorluğu Tarihi (trc. Nilüfer Epçeli), İstanbul 2005, IV, 271-285, 303, 308; Mehmed Galib, “Ta‘lîmât-ı Şehîd Ali Paşa”, TOEM, I/3 (1326), s.
Əli Hacıyev (şəhid)
Əli Kamal oğlu Hacıyev (2 yanvar 1965, Ağdam rayonu – 22 fevral 1988, Əsgəran rayonu[d]) — I Qarabağ müharibəsinin Bəxtiyar Quliyev ilə birgə ilk şəhidi. == Həyatı və Qarabağ müharibəsi == Əli Hacıyev 1965-ci ildə Ağdam rayonunda anadan olub. 1988-ci il fevralın 22-də Bəxtiyar Quliyev ilə birgə Əsgəran rayonunda şəhid olub. Məhz onlar, I Qarabağ müharibəsinin birinci şəhidləridir.
Əli Nağıyev (şəhid)
Əli Mehman oğlu Nağıyev (25 dekabr 1991; Bakı, Azərbaycan — 20 oktyabr 2020; Xocavənd, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əli Nağıyev 1991-ci il dekabrın 25-də Bakı şəhərində anadan olub. Əslən Ucar rayonunun Təzə Şilyan kəndindəndir. 2007-ci ildə Bakının Səbail rayonundakı 91 saylı orta məktəbin 9-cu sinfini bitirdikdən sonra “İyirminci sahə”dəki sürücülük məktəbində peşə təhsili alıb. 2010-cu ilin yanvarından 2011-ci ilin iyuluna qədər hərbi xidmətdə olub. Əsgəri xidmətini Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndi yaxınlığında, Ergi düzündə - işğalçı ermənilərlə üzbəüz mövqelərdə keçib. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Elmar Məmmədov Hadrutun azad edilməsində savaşıb. 20 oktyabr 2020-ci ildə Xocavənd uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. 22 oktyabr 2020-ci ildə Badamdarda dəfn olunmuşdur.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Nağıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Nağıyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Fərid Əhmədov (şəhid)
Fərid Güloğlan oğlu Əhmədov (19 yanvar 1986, Cəlilabad rayonu – 4 sentyabr 2010, Çiləbürt, Tərtər rayonu) — Azərbaycan zabiti, "İgidliyə görə" medalı ilə təltif edilib (ölümündən sonra). == Həyatı == Fərid Əhmədov 1986-cı il yanvarın 19-da Cəlilabad rayonunda anadan olub. 2003-cü ildə Cəlilabad şəhərində Nizami adına 1 saylı orta məktəbi bitirib. Həmin il Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi daxil olub. 2007-ci ildə oranı leytenant rütbəsi ilə bitirib. 2007–2008-ci illərdə Təlim-Tədris Mərkəzində təkmilləşdirmə kursu keçib. 2008–2009-cu illərdə Gəncədə zabit kimi hərbi xidmət keçib. 2010-cu il sentyabrın 3-dən 4-nə keçən gecə Tərtərin Çiləbürt kəndi yaxınlığındakı döyüşdə şəhid olub. Birbaşa döyüş xəttində həlak olduğu üçün Fərid Əhmədovun meyiti düşmən tərəfdə qalıb və yalnız noyabrın 6-da Ermənistan və Azərbaycan tərəflərinin razılaşmaları nəticəsində qaytarılıb. == Təltif və mükafatları == 2010-cu il noyabrın 7-də Prezident İlham Əliyev baş leytenant Fərid Güloğlan oğlu Əhmədovun "İgidliyə görə" medalı ilə təltif edilməsi (ölümündən sonra) haqqında sərəncam imzalayıb.
Əli Əhmədov
Əhmədov Əli Cavad oğlu (27 yanvar 1953, Dərə, Basarkeçər rayonu) — Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini və İdarə Heyətinin üzvü, fəlsəfə doktoru, professor. == Həyatı == Əli Əhmədov 1953-cü il yanvarın 27-də Ermənistan SSR Basarkeçər rayonunun Dərə kəndində anadan olmuşdur. Moskva Dövlət Tarix-Arxiv İnstitutunun tarix fakültəsini bitirmişdir. 1 dərsliyin, 50-dən çox elmi əsərin və məqalənin müəllifidir. 1975-ci ildən Baş Arxivlər İdarəsinin baş elmi işçisi, Azərbaycan EA-nın Mərkəzi Elmi Baş Arxivinin müdiri olmuşdur. 1980-ci ildən Azərbaycan Dövlət Universitetində laborant, müəllim, baş müəllim, dosent, kafedra müdiri işləmişdir. == Siyasi fəaliyyəti == 1997-ci ildən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında şöbə müdirinin müavini vəzifəsində çalışmışdır. 1999–2000-ci illərdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı olmuşdur. 22 oktyabr 2013-cü ildən Azərbaycan Respublikası Baş nazirinin müavinidir. === Parlamentdə === 2000-ci ildə ikinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olmuşdur.