Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İlgiz Aytmatov
İlgiz Törökül oğlu Aytmatov (qırğ. Илгиз Төрөкул уулу Айтматов; 8 fevral 1931, Bişkek) — SSRİ və Qırğızıstan alimi, texnika elmləri doktoru (1985), professor (1991), Qırğızıstan Milli Elmlər Akademiyasının akademiki (1989). Beynəlxalq Mühəndislik Akademiyasının və bir sıra digər akademiyaların üzvü. Elm və texnika sahəsində SSRİ (1989) və Qırğızıstan SSR Dövlət mükafatları laureatı. Qırğızıstan Milli Elmlər Akademiyasının prezidenti (1990–1993) və Qırğızıstan Milli Elmlər Akademiyasının Süxurların Fizikası və Mexanikası İnstitutunun direktoru, 2005-ci ildən bu institutun direktorluğunun müşaviri. Bişkekin fəxri sakini. Тампонирование обводненных горных пород в шахтном строительстве. М., 1972; Современные проблемы механики скальных пород в гидро-энергетическом строительстве. М., 1985; Управление горным давлением на рудниках и шахтах Киргизии. Ф., 1979; Геомеханика рудных месторождений Средней Азии.
İlbiz
İlbiz — (Gastropod) dəstəsindan bir Molyusk növü. Onların bədənləri 3 əsas hissədən: baş, gövdə və ayaqdan ibarətdir. Əzələli ayaqları qarın hissədə yerləşir. İlbizlər şirin sularda, okeanlarda və bütün ətrafda görüləbilən heyvanlardır. Nəmli yerlərdə, yağışın bol olduğu və havanın tam soyumadığı payız aylarında tez-tez görünərlər. Bədənlərində bol miqdarda su olduğu üçün çox soyuq havalarda donarlar. Çox isti havalarda isə su itirərək quruyabilərlər. Keçdikləri yerdə iz buraxmalarının səbəbi parlaq rəngdə sümüksü bir maye istehsal etmələridir. Qabıqlarıyla gövdələrinin arasındakı qurumuş sümüksü maye, bədənlərindəki nəmi itirməmələrini etməyə imkan verir. Qışda torpaq altına ya da ağac gövdələrinə sığınaraq aktivliklərini sürdürürlər.
Elgiz Abbaslı
Elgiz Hüseynzadə
Elgiz Kərimov
Elgiz Kərimov (5 yanvar 1971, Bərdə rayonu – 12 mart 1992, Naxçıvanik, Xocalı rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elgiz Kərimov 5 yanvar 1971-ci ildə Bərdə rayonunda dünyaya gəlmişdir. 1987-ci ildə orta təhsilini başa vurmuş, elə həmin il hərbi xidmətə çağırılmışdır. Elgiz hərbi xidmətini başa vurub Bərdəyə qayıtsada, ön cəhbəyə könüllü, ürəkli gedənlərdən biri oldu. Erməni işğalçılarının Vətənimizə hücumu ilə barışa bilməyən Kərimov 1991-ci ildə könüllü özünümüdafiə batalyonlarından birinə yazılaraq Vətəninin müdafiəsinə qalxdı. == Döyüşlərdə iştirakı == Elgiz Kərimov Əsgəran yaxınlığında gedən şiddətli döyüş zamanı neçə-neçə erməni yaraqlısını məhv etdi. Bu döyüşdə göstərdiyi igidlikdən sonra gənc əsgərin adı dillər əzbəri oldu. İştirak etdiyi bütün döyüşlərdə böyük rəşadət göstərən qəhrəman 1992-ci il 12 martda mühasirəyə düşmüş döyüşçü yoldaşlarını xilas etmək üçün Xocalı rayonunun Naxçıvanlı kəndinə gəldi. Bir saata yaxın davam edən ağır döyüşdən sonra ermənilərin mühasirəsi yarıldı, döyüşçülərimiz azad edildi. Lakin bu döyüşdə Vətənimizin daha bir igid oğlu düşmən gülləsinə tuş gəldi.
Elgiz Mehtiyev
Elgiz Salahlı
Elgiz Əkbər
Elgiz Əkbər (22 yanvar 1974, Yaroslavl vilayəti) — aparıcı. == Haqqında == Elgiz Əkbər 1974-cü ildə Rusiya Federasiyasının Yaroslavl vilayətində anadan olmuşdur. Bakı kommersiya məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət İqtisad Universitetinin qeyri-ərzaq malları üzrə əmtəəşünaslıq fakültəsində təhsilini davam etdirmişdir. İqtisadiyyatla bağlı məqalələrlə mətbuata gəlmiş, sonradan mədəniyyət yazarı kimi tanınmışdır. Uzun müddət saytlarda, jurnallarda redaktor müavini, qəzetlərdə isə redaktor işləmişdir. 2007-ci ildə ANS TV-də Bağlama verilişinin aparıcısı kimi fəaliyyətə başlamışdır. Bağlama‚ Elgizin Cümə Axşamları‚ Elgizli Axşamlar‚ Toy Olsun, Sən Tək Deyilsən Xoşqədəm Hidayətqızı ilə birlikdə, Adam içində, Günəbaxan, hazırda isə ARB TV-də Elgizlə İzlə verlişinin aparıcısıdır. Elgiz Əkbər 9 may 2015-ci ildə ailə həyatı qurub.
İlbiz Paul
Səkkizayaq Paul — "öncəgörən" səkkizayaq (lat. Octopus vulgaris), İtaliyanın Toskana şəhərinin vətəndaşı, Qərb xurafatı. Səkkizayaq Paul Cənubi Afrikada keçirilən futbol üzrə dünya çempionatı zamanı matçların nəticələri ilə bağlı verdiyi proqnozlarla məşhurlaşmışdır. Səkkizayağın bütün proqnozları doğru çıxmışdır. O, Almaniya yığmasının 6 oyununun və İspaniyanın çempion olacağının "dəqiq" proqnozunu vermişdir. Bununla da dünya xəbərlərinin baş mövzusuna çevrilmişdir. Paulun necə seçim etdiyi də maraqlıdır. Ona içərisi yeməklə dolu olan iki qab verilir və hər qabın üzərində qarşılaşacaq yığmaların ölkələrinin bayraqları əks olunur. Paul hansı ölkənin bayrağı olan qabdan yemək yesə, demək o ölkə "qalib"dir. Almaniyanın Oberhauzen şəhərindəki "Sea Life" adlı okeanariumda saxlanılan bu dəniz heyvanı 2010-cu il oktyabrın 26-da keçinib.
İrgiz çayı
İrgiz çayı — Qazaxıstanın Aktübinsk vilayətində çay. İrgiz Turqay çayının sağ qoludur. Uzunluğu 593 km-dir.Muqocar dağlarının şimal yamaclarından öz mənbəyini götürür. Əsasən qar suyu ilə qidalanır.
Əhməd İldiz
Əhməd İldiz (29 noyabr 1996-cı ildə anadan olub) — Türkiyə Super Liqası təmsilçilərindən olan Kasımpaşa klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Avstriya futbolçusudur. İldiz öz gənclik karyerasına Rapid Vyana FK klubunda başlamışdır. 14 yaşı olarkən klubun gənclər akademiyasında çıxış etməyə başlamışdır. İldiz 1 sentyabr 2016-cı ildə Kasımpaşa klubu ilə müqavilə imzalamışdır. İldiz öz peşəkar karyerasında debütünü Kasımpaşa klubu ilə 6 noyabr 2016-cı ildə Konyaspor klubuna qarşı oyunda etmişdir. Həmin görüşdə Kasımpaşa liqa oyununda Konyaspora 2-1 hesabı ilə məğlub olmuşdur. İldiz Avstriyada anadan olmuşdur. Valideynləri isə Türkiyə vətəndaşıdır. Onun qardaşı Məhəmməd İldiz də peşəkar futbolçudur. Haı-hazırda Süper Liqa komandalarından olan Qaziantepspor FK klubunda çıxış edir.
Elgiz Əlizadə
Elgiz Elşad oğlu Əlizadə (11 iyun 1992, Bakı) — Azərbaycanlı kapoeyraçı, idman ustası, beynəlxalq dərəcəli hakim, Azərbaycan Kapoeyra Federasiyasının 1-ci vitse prezidenti, Məşqçilər kollegiyasının sədri və baş məşqçisi, Ümumdünya Kapoeyra Federasiyasının (ing. World Capoeira Federation) İdarə Heyətinin üzvü, Kapoeyra üzrə 5 qat Azərbaycan çempionu. Elgiz Əlizadə Azərbaycanda ilk dəfə olaraq kapoeyra yarışları üzrə idmançıları qiymətləndirmə və elektron formatda səs vermə üsullarının müəllifidir. Bundan əlavə Ümumdünya Kapoeyra Federasiyasının yarış qaydaları müəlliflərindən biridir. Azərbaycan Gənclər Fondu, Baziliyanın Azərbaycandakı səfirliyi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və bir sıra hökumət və qeyri-hökumət təşkilatları ilə bədən tərbiyəsi və idman sahəsində layihələrin təşkilatçısıdır. == Həyatı == Elgiz Elşad oğlu Əlizadə 11 iyun 1992-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində anadan olub. 1999–2010-cu illərdə Bakı ş., Yasamal rayonu 158 saylı orta ümumtəhsil məktəbində tam orta təhsil alıb. 2010–2014-cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Məşqçilik fakültəsində Atletika ixtisası üzrə ali təhsil alıb. 2004-cü ildən kapoeyra idman növüylə məşğuldur. Bu illər ərzində 5 dəfə respublika çempionu, beynəlxalq turnirlərin qalibi olub.
Dəhliz-ilbiz siniri
Dəhliz-ilbiz siniri —
İlbiz (orta qulaq)
İlbiz - lat. cochlea 2½ dəfə öz oxunun başına burulmuş spiral sümük kanal - lat. canalis spiralis cochleae. Uzunluğu 2 sm-ə bərabərdir. İlbiz kanalının bir ucu lat. apertura vestibularis deyilən dəlik vasitəsilə dəhlizdən başlazır və digər ucu isə kor surətdə tamam olur. İlbizin daxili qulaq keçəcəyinə baxan əsası - lat. basis concheae və təbil boşluğuna doğru baxan zirvəsi - lat. cupula concheae vardır. İlbizin sağı (istinadı) mil - lat.
İlbiz su quyusu
Maymayzu-ido (まいまいず井戸, hərf. "ilbiz su quyusu") – Yaponiyanın Musaşino regionuna xas olan qədim su quyusu növü. Bu su quyuları spiral formasında qazıldığı üçün bu cür adlanmışdır. Bənzər struktura İzu adalarında da təsadüf edilmişdir. "Maymayzu-ido" yapon dilinin Tama dialektindən tərcümədə "ilbiz su quyusu" deməkdir. Bu cür adlanmasının səbəbi quyunun spiral formasında qazılması və yuxarıdan ilbiz qabığına oxşamasıdır. Musaşino platosunun gilli toprağında şaquli formada quyu qazmaq topraq sürüşməsi təhlükəsinə səbəb olduğu üçün su quyuları spiral formasında qazılırdı. Maymayzu-idolar orta əsrlərdə Tokio və ətraf ərazilərin əsas içməli su mənbələrindən biri olmuşdur. Maymayzu-quyusu qazmaq üçün əvvəlcə yumşaq gil təbəqələrini dəf edərək spiral çuxur qazmaq və aşağıya uzanan cığır yaratmaq lazım idi. Bundan sonra ən dib nöqtədə suyu çıxarmaq üçün şaquli quyu qazılırdı. Prosesin çətinliyi səbəbilə orta əsrlərin əvvəllərində yaranmış "çətin qazılan quyu" (ほりかねの井, horikane-no-i) ifadəsi Musaşino regionu ilə əlaqələndirilən epitet olmuşdur.
İlğım
İlğım — dünya dillərinin böyük qismində bu hadisə fr. mirage olaraq işlədilir. Yer Atmosferində baş verən bu optik hadisə ani, müxtəlif işıq axınlarının və havada olan temperatur qatlarının fəaliyyəti ilə yaranır. Bu hadisənin özəlliyi ondadır ki, real obyektlə onun səmada təzahürünü müşahidə etmək olur İlğımlar alçaq, obyekt üzərində görünən, obyektin altında görünən, aldadıcı və yan olmaqla beş tipə bölünür. Bu tip ilğım düzən ərazilərdə yüksək temperaturda əsasən səhra şəraitində, yol üzərində müşahidə edilir. Mövcud olmayan bu qeyri maddi təsvir yer sətindən suyun buxarlanması fonunda yaranır. Bu tip isə əsasən soyun səthə malik ərazilərdə müşahidə edilir. Yuxarıya qalxdıqca temperatur artırsa bu tipi müşahidə etmək mümkünləşir. Çox nadir hallarda müşahifə edilsə də, dəyişməz görünüşü ilə fərqlənirlər. Səbəb isə soyuq havanın ağırlığı səbəbindən səmaya qalxa, isti havanın isə yüngül olması səbəbindən aşağı enə bilməməsindəndir.
Rüfət İlqaz
Mehmet Rüfət İlqaz (türk. Mehmet Rıfat Ilgaz 24 aprel (7 may) 1911, Kastamonu, Kastamonu ili – 7 iyul 1993, İstanbul) — Türkiyə yazıçı və şair, roman və hekayələr müəllifidir. Xüsusilə "Dəhşətli sinif" türk. Hababam Sınıfı romanının müəllifi kimi məşhurlaşmışdır. Yazıçı həm əsərlərində, həm də həyatda sosialist istiqamətə sadiq qalıb. Türkiyə üçün ən təlatümlü siyasi dövrlərdə, o dövrün digər yazıçıları kimi, məhkəmə binasının dəhlizlərində və həbsxanada çox vaxt keçirməsinə səbəb olan jurnallara yazmağa davam edib. Rüfət İlqaz çox məhsuldar bir yazıçı idi: şeir və yumoristik hekayələr, romanlar və uşaq kitabları yazırdı. Bir vaxtlar qadağan edilmiş və satışdan çıxarılan "Qaranlıq Gecələr" romanı (türkcə: "Karartma Geceleri") 2004-cü ildə Türkiyə Cümhuriyyəti Təhsil Nazirliyinin tövsiyə etdiyi 100 əsas əsər siyahısına daxil edildi. Bu günə qədər müəllifin əsərləri yazıçının oğlu Aydın İlqaz ilə birlikdə qurduğu "Çınar Yayınları" nəşriyyatı tərəfindən nəşr olunur. Əsərlərini bəzən Rəmzi İşık, Mehmed Rıfıt və Stepne imzası ilə yazırdı.
İlqaz dağları
Ilqaz dağları (türk. Ilgaz Dağları) — Anadolunun şimal-qərbində yerləşən silsilə. Qara dənizin cənub sahillərinə yaxın ona paralel olaraq uxanır. Bu ərazi boyunca üç silsilə vardır. Ilqaz dağları bu silsilələrin şərq qolunu təşkil edir. Dağın şimal yamacları Kastamon, cənub yamacları isə Çankır illərə ərazisində yerləşir. Dağ sisteminin şərqdən qərbə uzunluğu 150 km, eni isə 30 km təşkil edir. Silsilənin ən hündür zirvəsi 2587 metr yüksəkliyə sahib olan Nasəttəpə dağıdır. Zirvənin 10 km yaxınlığından Türkiyənin Qara dəniz sahili ilə birləşdirən D-765 magistralı keçir. Ən hündür aşırım,1850 metr yüksəklikdə yerləşir.
İlqin rayonu
İglin rayonu (başq. Иглин районы) — Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayonun inzibati mərkəzi İglin kəndidir. Ufa şəhərindən 20 km şərqdə yerləşir. Başqırdıstanın Ufa şəhər ətrafı zonasaında yerləşir. Rayonun ərazisi 24541 km² təşkil edir. Ərazisində Neft, manqan filizi, genişlənmiş gil, kərpic xammalı, gips, qum və çınqıl materialı və qum, tikinti daşı, agronom filizləri çıxarılır. Rayondan Ağidel, Ufa, Sim çayları axır. Ərazisinin 43,2 % meşələr tutur. Kənd təsərrüfatı ərazilərinin boz meşə və açıq boz torpaqlar təşkil edir.
Filiz
Filiz — iqtisadi cəhətcə tərkibindən metalların alınması məqsədəuyğun hesab edilən təbii mineral birləşmə. "Filiz" termini bir sıra qeyri metal qazıntılar (pyezokvars, flüorit və s.) üçün də işlədilir. == Azərbaycanda filiz yataqları == Azərbaycanın yeraltı sərvətləri içərisində əhəmiyyətinə görə ikinci yeri filiz faydalı qazıntıları durur, (birinci yerdə neft-qaz durur), Respublika bu faydalı qazıntılarla çox zəngindir. Daşkəsən dəmir yatağı, Zəylik alunit yatağı, Balakən rayonunda aşkar edilmiş Filizçay polimetal yatağı Avropada, həta dünyada ən iri yataqlardan sayılır.[mənbə göstərin] Azərbaycan ərazisində həmçinin mis, qurğuşun, sink, molibden, manqan, kobalt, civə, xrom, nikel, sürmə, arsen, qızıl və s. yataqları da vardır.
Giliz
Giliz — adi atıcı silahların patronuna və artilleriya mərmisinin bağlı borusunun içərisinə yerləşdirilən barıt bükümü və yandırıcı kapsul. Əsas xüsusiyyətləri germetikliyi, korroziyaya davamlılığı, möhkəmliyi və atəşdən sonra patron yeşiyindən asanlıqla çıxarılmasıdır.
Çilgəz
Çilgəz (dağ) — Laçın və Kəlbəcər rayonları ərazisində dağ. Hündürlüyü 2362 m. Çilgəz (bulaq) — Laçın rayonu ərazisində, Çilgəz dağının ətəyində mineral bulaqlar. Adını eyniadlı dağdan almışdır.
Çingiz
Çingiz — Kişi adı, təxəllüs. Çingiz xan — Çingiz Qacar — Çingiz Əliyev Çingiz Əliyev (rektor) — Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru. Çingiz Əliyev (geoloq) — AMEA-nın müxbir üzvü. Çingiz Əliyev (deputat) — Qızıl şəhərinin deputatı. Çingiz Axundov Çingiz Axundov (dirijor) — Azərbaycan Respublikasının Xalq artisti. Çingiz Axundov (tarixçi) — Azərbaycan tarixçisi. Yaşayış məntəqələri Çingiz (Baymak) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd.
ILGAZ II 4X4
ILGAZ 4x4, Nurol Makina tərəfindən buraxılan Türkiyə istehsalı Minaya davamlı pusquya qarşı qorunan vasitədir. ILGAZ, Türkiyənin zirehli transportyor istehsalçısı olan Nurol Makina tərəfindən dizayn və istehsal olunur. Bu transportyor Türkiyə Quru Qoşunlarının tələblərinə cavab vermək üçün buraxılmışdır.
İlqaz Dağı Milli Parkı
Ilqaz Dağı Milli Parkı (türk. Ilgaz Dağı Milli Parkı) ― 2 iyun 1976-cı ildə qurulmuş, Türkiyənin qərbindəki Qara dəniz regionunda, Kastamonu və Çanqırı illəri arasındakı sərhəddə, Ilqaz dağlarında yerləşən qorunan ərazi. Əsas dəyərləri təbii sərvətlər və istirahət fəaliyyəti üçün potensialı olan milli park 742, 38 hektar ərazini əhatə edir. Mərkəzi Anadolu və Qara dəniz regionları arasındakı keçid zonasında yerləşən Ilqaz dağının ərazi quruluşu ümumiyyətlə serpentinit, şist və vulkanik süxurlarla xarakterizə olunur. Türkiyənin ən uzun və ən aktiv geoloji çatı olan Şimali Anadolu sınması Ilqaz dağının cənub ətəyindən keçir. Bölgədə müxtəlif xarakterli dərələr, yamaclar və zirvələr var. Əlavə olaraq, bölgə yüksək səviyyəli landşaft ixtisası olan geomorfoloji quruluşa malikdir. Milli park, qərb Qara dəniz bölgəsindəki bir dağ silsiləsi olan Ilgaz dağlarında. Dağlar şimaldan Gökırmak çayı və cənubdan Devrez dərəsi ilə həmsərhəddir və iki çay hövzəsi arasında hidroqrafik sərhəd rolunu oynayır. Gökırmak çayı Ilqaz dağlarının şimal yamaclarından başlayır və qərb-şərq istiqamətində axaraq Qızılırmak çayına birləşir.
İllit
Hidromikalar - minerallar, H3O, OH, H2O ilə zənginləşmiş mikalar: hidrobiotit, hidromuskovit, hidrofloqopit, illit. Hidromikalar tərkib və xassələrinə görə biotit, muskovit və vermikulitin arasında aralıq mövqe tutur. Vermikulitə nisbətən daha yaxşı köpürlər. Gillərin adi komponentləri, dəniz və kontinental çöküntülərin terrigen və autigen minerallarıdır. Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006.
İllizi
İllizi (ərəb. إيليزي‎) ‎ — Əlcəzairin cənub-şərqində şəhər, eyniadlı vilayətin inzibati mərkəzi. Şəhərin cənubunda Tassilin Accer Milli Parkı yerləşir . Şəhər vilayətin mərkəzi hissəsində, Böyük Səhrada, Tassilin Accer yaylasının şimalında yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 597 metr yüksəkdir. İllizi ölkənin paytaxtı Əlcəzairdən təxminən 1250 kilometr cənub-şərqdə yerləşir. Əlcəzair müstəqillik qazanmazdan əvvəl şəhər Fort-Polinyak olaraq tanınırdı. 2008-ci il siyahıyaalınmasında əhalinin 17,252 nəfər olduğu bildirilmişdir.
Əngiz
Əngiz - Vedi nahiyəsi kənd. Böyük Qarabağ kəndinin yaxınlığında yerləşirdi. Kəndin adı 1590 və 1727 adı keçir «İrəvan əyalətinin icmal dəftəri»ndə, qeyd edilmişdir.
Ligia
Timeleya (lat. Thymelaea) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin timeleyakimilər fəsiləsinə aid bitki cinsi.
İlqar İlkin
İlqar İlkin (Bayraməliyev İlqar Bayraməli oğlu; 15 mart 1972, Yormuğanlı, Kaxetiya) — Birlik jurnalının baş redaktoru, şair, Azərbaycan Yazıçılar Birliyinin və Ulduz jurnalının redaksiya heyətinin üzvü. Bayraməliyev İlqar Bayraməli oğlu 1972-ci ildə Gürcüstan, Saqareco rayonu, Qaraçöp mahalında anadan olub. Ailəlidir. Bir oğlu, bir qızı var. 1979-cu ildə Yor-Muğanlı kənd orta məktəbinə daxil olub, 1989-cu ildə Bakı şəhəri, 5 saylı kimya-biologiya təmayüllü internat məktəbini bitirib. 1990-95-ci illərdə Bakı Dövlət Üniversitetinin filologiya fakültəsində filoloq ixtisası üzrə təhsili alıb. Tələbəlik illərindən yaradıcılıq fəaliyyətilə aktiv şəkildə məşğul olub və şeirlərim aparıcı qəzet və jurnallarda nəşr olunub. 100-ə yaxın kitabın redaktoru olub. 1997-ci ildən Azərbaycan Yazıçılar Birliyinin və “Ulduz” jurnalının redaksiya heyətinin üzvüdür. 1998-ci ildə yaradılan Dünya Gənc Türk Yazarlar Birliyinin əsas yaradıcılarından biri olub, 2004-ci ildən təşkilatın Məclis sədri olub.
Elgin Abbaslı
Filiz Aker
Filiz Aker (doğum adı: Fatosh Bayer; 5 avqust 1963, İstanbul – 27 avqust 2017) — türk kino aktrisası
Elqin
Elqin (ing. Elgin, şot.kelt Eilginn) — Böyük Britaniyada, Şotlandiya (Şotlandiya Boyük Britaniya dövlətinin vilayətidir) vilayətində şəhər.
Irqıl
Qırğız
Qırğızlar – türk xalqlarından biri. Hazırkı Qırğızıstan Respublikasının əsas (70.9 %-i) əhalisi. Xalqın öz dilində adı "kırqız"dır. Etimologiyaya görə iki varianta üstünlük verilir : türk sözü olan " qırx qız" və "qırğı" sözləri. Bir çox türkdilli xalqlarda eyni məna başa düşülür. Türkiyədə : Qırğızlar Van ilinin Ərciş ilçəsinin Ulupamir kəndində yaşayırlar, sayları 3.850 nəfərdir (2007). Əfqanıstanda : Qırğızlar Bədəxşan vilayətinin Vahan rayonunda yaşayırlar və sayları 20.000 nəfərdən çoxdur.
Çılğır
Çılğır (əvvəlki adı: Çiləgir) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Xaçmaz rayonunun Aşağı Zeyid kənd inzibati ərazi dairəsi tərkibindəki Çiləgir kəndi Çılğır kəndi adlandırılmışdır.