Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İlhamə Qasımova
İlhamə Qasımova — Azərbaycan pop müğənnisi. İlhamə Qasımova 1976-cı ilin 24 mayında Lənkəran rayonunun Bala Şürük kəndində anadan olmuşdur. Orada kənd məktəbini bitirmişdir. Lənkəran Dövlət Universitetində filologiya fakültəsini bitirdikdən sonra iki il orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmişdir. 1990-cı illərin sonundan bir müddət Daxili İşlər Nazirliyinin pasport xidmətində müfəttiş işləmişdir. 2000-ci ildə keçirilmiş "Bakı Payızı" müsabiqəsinə qatılır və bu yarışda birinci mükafatı əldə edir . 5 il sonra İlhamə "Yeni Ulduz-4" (2005-2006) müsabiqəsinə qatılır. O, bu yarışmada Avroviziyanın 2009-cu il Azərbaycan təmsilçisi olacaq Aysel Teymurzadə ilə birgə yarışırdı . Müsabiqədəki qələbəsi İlhamə Qasımovanın peşəkar musiqi karyerasının başlanğıcına səbəb oldu. İlhamə Qasımova 2011-ci ildə Avroviziyanın Azərbaycan milli seçimində uğurla çıxış etmişdir.
İlhamə Quliyeva
İlhamə Məzahir qızı Quliyeva (17 avqust 1943, Lənkəran – 25 fevral 2016, Bakı) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının xalq artisti (1998), Dağıstan Respublikasının xalq artisti (2008). İlhamə Quliyeva 17 avqust 1943-cü ildə Lənkəran şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. 1965–1970-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti Estrada Orkestrinin, 1970–1980-ci illərdə isə Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur. 1980-ci ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin (Azkonsert) solisti olmuşdur. Repertuarına Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri daxildir. Bir sıra xarici ölkələrdə (İngiltərə, İspaniya, Danimarka, Türkiyə, Almaniya və s.) qastrolda olmuşdur. İlhamə Quliyeva 25 fevral 2016-cı ildə tromboemboliyadan vəfat etmişdir. 26 fevral 2016-cı ildə İkinci Fəxri Xiyabanda anası Tükəzban İsmayılova və ögey atası Həbib Bayramovun yanında dəfn edilmişdir. İlhamə Quliyevanın doğma atasının adı Məzahir Quliyevdir, ögey atası isə Azərbaycan SSR xalq artisti Həbib Bayramovdur.
İlhamə Zərbəliyeva
İlhamə Zərbəliyeva (tam adı: İlhamə Ağalar qızı Zərbəliyeva; d.1973, Cəlilabad rayonu, Pokrovka) — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun "Səthi-aktiv reagentlər və preparatlar" laboratoriyasının Kimya üzrə elmlər doktoru. Zərbəliyeva İlhamə Ağalar qızı, 1973-cü ildə Azərbaycanın Cəlilabad rayonunun Pokrovka kəndində anadan olmuşdur. 1980-cı ildə həmin rayonun 2 saylı məktbinə getmiş, 1990-cı ildə əla qiymətlərlə həmin məktəbi bitirmişdir. 1997-ci ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin kimya fakultəsinin bakalavr pilləsini, 2000-ci ildə isə həmin fakultənin "Üzvi-kimya" kafedrasının magistr pilləsini fərqlənmə ilə bitirmişdir. 2000-ci ildə NKPİ-də aspiranturaya daxil olmuşdur. Ailəlidir, 2 oğlu var. 1997-ci ildən AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) kimyaçı vəzifəsində işə başlamış; 2007-ci ildə "Neft-kimyası" ixtisasıı üzrə "Ali birəsaslı alifatik karbon turşularının yeni oksipropilatlarının və onların modifikatlarının alınması və xassələri" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş, həmin vaxtdan elmlər doktoru dissertasiya işi üzrə tədqiqatlarımı davam etdirmiş(II pillə üzrə doktorant). İşlədiyi illər ərzində labarotoriyanının iş proqramlarına müvafiq olaraq tədqiqat işləri aparmışdır. İşlədiyim müddət ərzində respublika və beynəlxalq miqyaslı konfranslarda dəfələrlə məruzələrlə çıxış etmişdir.
İlhamə Nasir
İlhamə Nasir (tam adı: İlhamə Nasir qızı Kərimova (Cəbrayılova) 27 aprel 1978, Qubadlı rayonu Diləli Müskənli kəndi)- yazıçı, müəllif, şair, redaktor, aparıcı. Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Jurnalistlər Birliyi, İraq Türkmən Yazarlar Birliyinin üzvü. "Vətən-TV.az" İnformasiya Agentliyinin təsisçisi, baş redaktoru. İlhamə Nasir (İlhamə Nasir qızı Kərimova) 27 aprel 1978-ci ildə Qubadlı rayonu Diləli Müskənli kəndində ziyalı ailəsində anadan olub. Yaradıcılığa 8 yaşından başlayıb. “Pioner”, “Göyərçin” jurnallarında, Qubadlı rayonun “Avanqard” qəzetində şeir və hekayələri dərc olunub. 1995-ci ildə Bakı Dövlət Universitetinin "Sosial elmlər və psixologiya" fakültəsinə daxil olub və 1999-cu ildə sosiologiya ixtisası ilə oranı bitirib. 1998-ci ildə Azərbaycan Dövlət Televiziyasında yayımlanan "Açar" verilişində aparıcılıq edib. Sonrakı illərdə dövrü mətbuatda redaktor kimi fəaliyyət göstərib. 2014-cü ildə Təbriz televiziyasında yayımlanan "Axşamlar" proqramının aparıcısı və redaktoru kimi çalışıb.
Elnarə
Elnarə — Azərbaycanlı qadın adı. Nar-alov mənasındadır, odlu qız deməkdir. Elnarə Xəlilova — Azərbaycan müğənnisi və aktrisası.
Salnamə
Salnamə - tarixi hadisələrin xronoloji ardıcıllıqla yazılması, orta əsrlərin tarixi əsərlərinin əsas növlərindən biri. Salnamə xronika ilə eyniyyət təşkil edir.
Əllamə
Əllamə — (ərəb. علامة‎) Əllamə lüğətdə ərəbcə mübaliğə siğəsində çox bilən, çox məlumatlı şəxs mənasındadır. Amma bu ləqəb, "Ayətullah" kimi, ərəb, fars və urdu dilli ölkələrin müsəlman alimlərinin xüsusi titullarından biridir və başqa dillərdə (xüsusən də ingiliscə və azərbaycanca) konkret qarşılığı yoxdur. Terminoloji baxımından İslam elmlərinə dərindən bələd olan alimə "əllamə" deyilir. Ayətullah adı kimi əllamə adı da bəzi müsəlman alimlərə verilən xüsusi addır. Əllamə sayılan alim ensiklopedik məlumata malik olur, bir neçə ixtisas üzrə mütəxəssis kimi tanınır. Əllamə rəsmi hövzə titulu, dərəcəsi deyil. Bu ad kiçik bir qrup İslam alimlərinə verilmişdir. Bəzən fəlsəfə, bəzən fiqh, bəzən də ədəbiyyat sahəsində söz sahibi olan böyük alimlər əllamə adlandırılır. Hazırda İslam dünyasında, imamiyyə cameəsində əllamə deyərkən Əllamə Təbatəbai nəzərdə tutulur.
İlahə
İlahə və ya daha az mənbələrdə tanrıça — qadın cinsində təsvir edilən ilah. Bir çox məlum mədəniyyətlərdə ilahələr adətən hərfi və ya metaforik hamiləlik, ya da qadın və qızların necə qəbul edildiyi və ya necə davranması gözlənilən qadınlıq rolları ilə əlaqələndirilir. Buraya toxuculuq, gözəllik, sevgi, seksuallıq, analıq, yaradıcılıq və məhsuldarlıq (qədim ilahə ana kultu ilə nümunə verilmişdir) daxildir. Bir çox böyük ilahələr həmçinin sehr, müharibə, strategiya, ovçuluq, əkinçilik, müdriklik, tale, Yer, səma, güc, qanunlar, ədalət və s. ilə əlaqələndirilir. Mədəni kontekstlərində mənfi hesab edilən diskordianizm və ya xəstəlik kimi bəzi mövzular da bəzi ilahələrlə əlaqələndirilir. Beavis, Mary Ann and Helen Hye-Sook Hwang (eds). Goddesses in Myth, History and Culture, Mago Books, 2018. ISBN 1976331021ISBN 1976331021 Dexter, Miriam Robbins, and Victor Mair (2010). Sacred Display: Divine and Magical Female Figures of Eurasia.
İlham
İlham — kişi adı, soyadı və təxəllüsü. İlham Axundov — İlham Əliyev (dəqiqləşdirmə) İlham Əliyev — Azərbaycan Respublikasının Prezidenti (2003-cü ildən). İlham Əliyev (deputat) — Azərbaycan Respublikası Milli Məclisinin deputatı. İlham Əliyev (hərbçi) — Azərbaycanın Milli Qəhrəmanı. İlham Əliyev (jurnalist) — jurnalist, Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyinin sədri. İlham Əhmədov İlham Əhmədov — Azərbaycan aktyoru, rejissor. "İlham" Miniatür teatrının direktoru və bədii rəhbəridir. İlham Əhmədov (alim) — alim, həkim. İlham Əsgərov — Azərbaycan aktyoru. İlham Həsənov — Azərbaycan Milli Qəhrəmanı İlham İsmayılov (əsgər) — şəhid İlham Məmmədli — Azərbaycan alimi, jurnalist.
İqamə
İqamə nin forması: Əhli-sünnədə azandan və ilk sünnət namazından sonra, fərz namazından isə əvvəl oxunulur. Şiələrdə vacibi namazın vaxtı daxil olandan sonra həmin namazdan qabaq iqamə oxunması müstəhəbdir və iqamə oxuyanda yaxşı olar ki, "Əşhədu ənnə Muhəmmədən rasulullah!"-dan sonra 2 dəfə "Əşhədu ənnə Əliyyən vəliyullah!" (Şəhadət verirəm ki, Əli Allahın vəlisidir) deyilsin.
"Salnamə" Studiyası
Salnamə — Azərbaycanda film studiyası. == Tarix == 1988-ci ildə xronikal-sənədli, elmi–kütləvi və tədris filmləri birliyinin bazasında yaradıldı. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərir. Sənədli filmlər istehsal edir. Rəhbəri Nazim Hüseynovdur. 1993-cü ildən sonra isə dövlət statuslu müstəqil sənədli filmlər studiyası adlandırıldı. Hər il dövlət sifarişi ilə 1 film çəkilir. Bundan başqa süjetlər, kinoçarxlar istehsal olunur. Maliyyənin 90 faizini dövlət ödəyir. 3 dəqiqəlik lentlərə xronikal süjetlər çəkilir.
Elnarə Abdullayeva
Elnarə Abdullayeva (17 iyun 1972, Çuxanlı) — Azərbaycan müğənnisi, Xanəndə, Azərbaycan Respublikasının Əməkdar artisti (2015). == Həyatı == Elnarə Abdullayeva 1972-ci ilin iyunun 17-də Şamaxının (Hazırda Qobustan rayonu) Çuxanlı kəndində dünyaya göz açıb. Daha sonra Ağaxan Abdullayevin tələbəsi olaraq ondan muğamın sirrlərini öyrənir. Onun 2006-cı ildən musiqiçi və prodüser Asif Kərimovla birgə fəaliyyətə başlamasıyla xanəndənin bütün yaradıcılıq tərzi dəyişdi. 2000-ci illərdə Gilan albom şirkəti ilə müqavilə bağlayaraq "Elnarənin Musiqi Dünyası" adlı ilk albomunu çıxardı. 2015-ci ildə Heydər əliyev sarayında ilk solo konserti baş tutdu. Daha sonra 2015-ci ildə "Azərbaycan Respublikasının Əməkdar Artisti" adına layiq görüldü. 2016-cı ilin mart ayında 3 gün Heydər Əliyev sarayında konserti baş tutdu.
Elnarə Akimova
Elnarə Akimova (28 yanvar 1978, Sumqayıt) — siyasətçi, ictimai-siyasi xadim,Azərbaycan Respublikasının Milli Məclisinin VII çağırış deputatı, ədəbiyyatşünas, tənqidçi, filologiya elmləri doktoru (2017), dosent (2014), Nizami adına Ədəbiyyat İnstitutunda "Uşaq ədəbiyyatı" şöbəsinin müdiri (2018), "Ədəbiyyat qəzeti"ndə ədəbiyyatşünaslıq şöbəsinin müdiri (2016), Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Elnarə Akimova 28 yanvar 1978-ci ildə Sumqayıt şəhərində anadan olub. 1995-ci ildə Sumqayıt şəhər Tofiq İsmayılov adına 29 saylı orta məktəbi bitirib. Bakı Dövlət Universitetinin filologiya fakültəsində 1995–1999-cu illərdə bakalavr, 1999–2001-ci illərdə magistr təhsili alıb. 2001–2004-cü illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsilini davam etdirib. 2006-cı ildə "Müstəqillik dövründə Azərbaycanda ədəbi tənqid (90-cı illər)" mövzusunda namizədlik, 2017-ci ildə "Müstəqillik dövrü Azərbaycan poeziyası müasir ədəbi təmayüllər kontekstində" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Hazırda filologiya elmləri doktoru, dosent, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Uşaq ədəbiyyatı" şöbəsinin və "Ədəbiyyat qəzeti"ndə ədəbiyyatşünaslıq şöbəsinin müdiridir. 2004-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Ailəlidir, iki oğlu var. == Elmi fəaliyyəti == Elnarə Akimova 2001-ci ildən ədəbiyyat tarixçisi kimi elmi fəaliyyətə və çağdaş ədəbi prosesdə tənqidçi kimi fəaliyyətə başlamışdır.
Elnarə Dadaşova
Elnarə Dadaşova (25 iyun 1952, Bakı) — Azərbaycan bəstəkarı və sənətşünası, xalq artisti, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru. == Həyatı == Bəstəkar Elnarə Dadaşova 1952-ci ildə İçərişəhərli Dadaşovların ailəsində anadan olmuşdur. Altı yaşında olanda vaxtı ilə Azərbaycan Dövlət Konservatoriyasının tərkibində olan Bülbül adına musiqi məktəbinə ilk addımlarını atır. 11 il milliyyətcə latış olan ilk müəlliməsi Qudelis İvetta Adolfovnadan musiqinin sirlərinə yiyələnmişdir. Onun qeyri-adi yaradıcılıq istedadı həmin illərdən hiss olunmuşdur. Elnarə Dadaşovanın bəstəkarlıq istedadını hiss edən müəllimləri ona bu sahədə istiqamət verməyə çalışırdılar. Bu məqsədlə də o, 9-cu sinifdən Nazim Əliverdibəyovun məsləhətilə Bülbül adına orta ixtisas musiqi məktəbində bəstəkar Ədilə Hüseynzadənin yanına gəlir. Ədilə xanım onu bir bəstəkar kimi istiqamətləndirir. Dadaşovanın ilk əsərləri Avropasayağı səslənirdi. Lakin Ədilə Hüseynzadənin tövsiyəsi ilə tez bir zamanda gənc bəstəkar milli ruhda çox sayda əsər bəstələdi.
Elnarə Dərziyeva
Elnarə Dərziyeva (12 aprel 1980, Tovuz) — Əməkdar jurnalist, Lider TV-nin xəbərlər departamentinin prodüser və redaktoru. == Həyatı == 1980-ci il mayın 12-də Tovuz rayonunda anadan olmuşdur. 1986-cı ildə A. S. Puşkin adına orta məktəbə gedib. 1997-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olmuşdur. Həmin fakültənin Radio və televiziya jurnalistikası ixtisasını bitirmişdir. == Fəaliyyəti == Elnarə Dərziyeva 1998-ci ildə jurnalistika fəaliyyətinə başlamışdır. Əsasən sosial və kriminal sahədəki araşdırmaları ilə fərqlənib. 1998-ci ildə mart ayının 5-dən etibarən, "Bu gün" qəzetində jurnalist kimi çalışmışdır. Daha sonra 4 il müxtəlif qazetlərdə: "Elçi", "Faktor", "Bu gün", "Yeni Avrasiya", qəzetlərində öz yazıları ilə tanınıb. 2001-ci ildə "Lider" televiziyasında işə qəbul olur və ilk olaraq "Üç bucaq" verilişi, daha sonra "Kriminform" verilişində müxbir kimi fəaliyyət göstərib.
Elnarə Kərimova
Elnarə Kərimova (1962) — tanınmış azərbaycanlı xormeyster, Azərbaycanın xalq artisti (2018). Türkiyənin "Orfeon" kamera xorunun və TRT-nin böyük xorunun bədii rəhbəri və baş dirijoru. == Həyatı == Elnarə Kərimova Asəf Zeynallı adına Musiqi Məktəbində oxuyub. 1988-ci ildə Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri olmuşdur. 27 may 2018-ci ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür. == Ailəsi == Həyat yoldaşı Tərlan Quliyev Azərbaycan Dövlət Kamera Orkestrində skripka ifaçısıdır. Hazırda Türkiyədə operada çalışır. Oğlu Türkiyədə doğulub.
Elnarə Tofiqqızı
Elnarə Niftəliyeva və ya Elnarə Tofiqqızı (tam adı:Niftəliyeva Elnarə Tofiq qızı) — ədəbi tənqidçi, Milli Kitab Mükafatının ekspert qrupunun üzvü, 2012–2013-cü illərdə Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin dekanı. == Həyatı və təhsili == Elnarə Tofiqqızı 1977-ci il 24 dekabrda Yevlaxda anadan olmuşdur. Yevlax şəhərindəki 4 saylı orta məktəbdə təhsil alıb. Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bakalavr (1994–1998) və magistr (1998–2000) pillələri üzrə qırmızı diplomla bitirib. E.Tofiqqızı 2013-cü il 20 sentyabrda "Medi Sina" klinikasında cərrahiyyə əməliyyatı zamanı həkim səhlənkarlığından dünyasını dəyişmişdir. == Ailəsi == Anar Niftəliyevlə ailəli olub. İki övladları var. == Fəaliyyəti == === Əmək fəaliyyəti === 2001–2004-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun folklor ixtisası üzrə aspirantı olub. 2000-ci ildə Azərbaycan Yazıçılar Birliyinin katibliyində çalışıb, 2002-ci ildən AMEA Ədəbiyyat İnstitutunun Folklor Mərkəzində, daha sonra isə Folklor İnstitutunda elmi işçi olub. 2011-ci ildən Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin dekan müavini, 2012-ci ildən isə dekanı olub.
Elnarə Təhməzova
Elnarə Xəlilova
Xəlilova Elnarə Sabit qızı (1 oktyabr 1980, Bakı) — Azərbaycan müğənnisi və aktrisası. Dövlət Sərhəd Xidmətinin kapitanı == Həyatı == === Uşaqlıq illəri === Elnarə Xəlilova 1 oktyabr 1980-ci ildə Bakıda anadan olub. 1987-ci ildə 144 № orta məktəbə gedib, 1997-ci ildə həmin məktəbi bitirib. Elə həmin ildə Azərbaycan Dövlət Dillər Universitetinin Filologiya fakültəsinə daxil olub və universitetdən qırmızı diplomla məzun olub. Daha sonra təhsilini Milli Konservatoriyada davam etdirib. 13 yaşında ikən anası onu "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti "Bənövşə" uşaq xorununa aparıb və ilk səhnə fəaliyyətini də belə başlayıb. Əfsər Cavanşirovun rəhbərliyi altında həmin xorun solisti olub. Sənətçi sonrada birlikdə çalışdığı Xuraman Şuşalı ilə burada tanış olub. === Gənclik illəri === 1999-cu ildə "Qızıl Açar-99" mahnı müsabiqəsinin laureatı olub. 2000-ci ildə Vaqif Gərayzadənin triosuna dəvət alıb.
Əllamə Hilli
Əllamə Hilli (tam adı: Cəmaləddin Həsən bin Yusif bin Əli bin Mütəhhər Hilli; 23 dekabr 1250 və ya dekabr 1250, Hillə – 27 dekabr 1325, dekabr 1325, 1326 və ya 1325, Hillə) — şiə ilahiyyatçı-alim (müctəhid/mərceyi-təqlid) və filosof. Nəsirəddin Tusi məktəbinin məşhur nümayəndələrindən biridir. Əllamə Hilli Bağdad yaxınlığında yerləşən Hillə şəhərindəndir. Müasir dövrdə Hillə İraqda mühüm yerlərdən biri sayılır. Cəmaləddin Hilli doğma şəhərinə çox bağlı olmuş və orada fəaliyyət göstərmişdir. O, Hillə şəhərində doğulmuş və ömrünü də burada başa vurmuşdur. "Cəmaləddin" ("Dinin gözəlliyi") ləqəbi ilə tanınan filosofun adı bəzi mənbələrdə Hüseyn göstərilsə də, əksəriyyətində Həsən kimi təqdim olunmuşdur. Onun atasının adı Yusif, babasının adı Əlidir. Hillə şəhərindən olduğu üçün Hilli nisbəsini daşımışdır. Mənbələrdə o, "ən böyük alim" ("əllamə") adı ilə yad edilmişdir.
Əllamə Kuleyni
Şeyx Kuleyni (fars. شیخ کلینی‎) və ya Əllamə Kuleyni — (tam adı: Əbu Cəfər Məhəmməd ibn Yaqub ibn İshaq əl-Kuleyni ər-Razi; d. M. 864, H.Q. 250, Kuleyn, Rey, Abbasilər xilafəti - ö. M. 941, H.Q. Şaban 329, Bağdad, Abbasilər xilafəti) - fars əsilli islam alimi. 9-10-cu əsrlərin Cəfəri məzhəbinin məşhur ilahiyyatçı alimi. Kuleyni M. 864, H.Q. 250-ci ildə indiki İran İslam Respublikasının Rey şəhərinin 38 km-liyindəki Kuleyn kəndində anadan olmuşdur. Təhsilini artırmaq üçün müxtəlif şəhərlərdə yaşadıqdan sonra Bağdada köçmüşdür. M. 941, H.Q. Şaban 329-cu ildə Bağdadda vəfat etmiş və oradakı Bab əl-Kufə məzarlığında dəfn edilmişdir. Cənazə namazını dövrün məşhur alimlərindən Əbu Kayrat Məhəmməd b. Cəfər əl-Həsən qılmışdır.
İlhami Səncər
İlhami Səncər 1909 – 13 dekabr 1986, İstanbul Türkiyəli hakim, siyasətçi və keçmiş nazir. İlhami Səncər 1909-cu ildə Osmanlı İmperiyasının Manisa vilayətinin Gördes bölgəsində anadan olub. O, ilk təhsilini Kamalpaşada, ikinci təhsilini isə İzmirdə tamamlayıb. Daha sonra Səncər, Ankara Universitetinin Hüquq fakültəsində təhsil alıb. O, 1933-cü ildə təhsilini bitirdikdən sonra İzmir şəhəri və ətrafında məhkəmə və prokurorluq orqanlarında çalışıb. O, ilk dəfə 1934-cü ildə, ikinci dəfə isə 1941-ci ildə hərbi xidmətə çağırılıb. İlhami Səncər məhkəmədəki işindən istefa verərək 1942-ci ildə siyasi həyata daxil olub. 1949-cu ildə o, Cümhuriyyət Xalq Partiyasının İstanbul filialının rəhbəri seçilib. 1961-ci ilin 24 yanvarında Türkiyə Qurucu Məclisinə Cümhuriyyət Xalq Partiyası nümayəndəsi olaraq təyin edilib. Hərbi xidmətdən sonrakı zaman o, 1961–1969-cu illər arasında TBMM-nin 13-cü və İstanbul vilayətinin isə 12-ci millət vəkili olaraq xidmət edib.
Elnarə Qasımova
Elnarə Qasımova (5 fevral 1996, Bakı) — azərbaycanlı reportyor, jurnalist və siyasi məhbus; 2018-ci ildən etibarən Açıq Azərbaycan, Meydan TV, Voice of America (VoA), BBC Azərbaycanca, Mikroskop Media və AbzasMedia da daxil olmaqla bir sıra müstəqil və tənqidçi medialarda çalışıb. Jurnalist fəaliyyəti ərzində dəfələrlə təqiblər və təyziqlərlə, saxlanılmalarla üzləşən Elnarə Qasımova 2024-cü il yanvarın 13-də "AbzasMedia işi" üzrə şahid qismində ifadəsi alınması üçün dəvət olunduğu Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) saxlanılmış, barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq — qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildiкdə) ittihamı ilə cinayət işi açılaraq həbs edilmişdir. Onun həbsi bir sıra yerli və beynəlxalq hüquq müdafiəçiləri və insan haqları təsisatları tərəfindən sərt tənqid edilmişdir. Hal-hazırda 1 saylı İstintaq Təcridxanasında saxlanılır. == Erkən həyatı və təhsili == Elnarə Qasımova 1996-cı il, fevralın 5-i Bakı şəhərində anadan olub. 2014-cü ildə Bakı Dövlət Rabitə və Nəqliyyat kollecini, 2016-cı ildə isə Bakı Jurnalistika Məktəbini bitirib. 2018-ci ildən jurnalistika fəaliyyəti ilə məşğuldur. O, bir neçə müstəqil media mərkəzlərində jurnalist kimi fəaliyyət göstərib. 2023-cü ilin oktyabr ayından etibarən “Abzas Media” üçün videolar istehsal edib. == Jurnalist fəaliyyəti == 2021-ci ildə feministlərin etiraz aksiyasını işıqlandıran Elnarə Qasımova həmkarları ilə birlikdə Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
İlqarə Tosova
Əllamə Məclisi
Əllamə Məclisi — I Məclisi (ata). Əllamə Məclisi — II Məclisi (oğul).
Flame
Flame — Kompüter virusu, hansı ki, Microsoft, Windows 7, XP, Vista əməliyyat sistemlərində fəaliyyət göstərir. Bu virusu Roel Şuvenberg Wiper virusunu, hansıki İranın dövlət kompüterlərinə hücum etdi, izləyəndə aşkarladı. Roel Şuvenberg Kasperski laboratoryiasında kompüter təhlükəsizliyi departamentində işləyir. Virus 2010-cu ilin mart ayından işləyir. Əsas təhlükəli funksiyalari: Sistemin fayllarını yığmaq Kompüterin göstəricilərini dəyişmək Səs yazma Danışıqlıqlara qoşulma Ekranın şəklini (skrinşotu) yadda saxlamaq Flame virusunun proqram kodu Stuxnet virusunun kodundan 20 qat artıqdı (20МВ). Flame sıxılış üçün zlib, libbz2, ppmd kitabxanalarını, sqlite3 informasiya bazasını , Lua virtual maşınını istifadə edir.