Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pyotr Meydanında iməcilik (film, 1920)
Pyotr Meydanında iməcilik — 1920-ci ildə çəkilmiş qısametrajlı sənədli film. == Məzmun == Kinosüjetdə Azərbaycan sovetləşəndən sonra Bakıda Pyotr meydanında keçirilən ilk iməcilikdən, buranın abadlaşdırılmasından bəhs edilir. == Mənbə == Aydın Kazımzadə. Azərbaycan kinosu. Filmlərin izahlı kataloqu: 1898-2002. 2 cilddə. 1-ci cild. Bakı: Nağıl evi, 2003. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov.
Pyotr Meydanında İməcilik (1920)
Pyotr Meydanında iməcilik — 1920-ci ildə çəkilmiş qısametrajlı sənədli film. == Məzmun == Kinosüjetdə Azərbaycan sovetləşəndən sonra Bakıda Pyotr meydanında keçirilən ilk iməcilikdən, buranın abadlaşdırılmasından bəhs edilir. == Mənbə == Aydın Kazımzadə. Azərbaycan kinosu. Filmlərin izahlı kataloqu: 1898-2002. 2 cilddə. 1-ci cild. Bakı: Nağıl evi, 2003. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov.
Qabdrəhim Utız İməni
Qabdrəhim Utız İməni əl-Bulqari (əsl adı — Qabdrəhim Osman; başq. Ğәbdеrəhim әl-Bolğari, tat. Qаbderəhim Qosman uqılı Utız-İməni əl-Bulqari; d.1752 — ö.1836 (bəzi mənbələrə görə 1754–1834) — tatar və başqırd şairi, alim, din xadimi və maarifçi. İslam dünyasında həmçinin qədim Quranın itirilmiş hissələrinin bərpaçısı kimi tanınan alim (Xəlifə Osmanın yazdığı Quranı). == Həyatı == Bioqrafik məlumatlar ziddiyyətlidir. Belə ki, Q. Qaziz, K. Nasıri, Q. Rahim və Q. Saqdinin fikrincə Qabdrəhim Utız İməni 1730-cu ildə anadan olub, və 1815-ci (yaxud 1816-cı) ildə vəfat edib. Lakin ənənəvi versiyalara inansaq Qabdrəhim 1754-cü ildə anadan olub. Atası Osman, onun anadan olmasına qədər vəfat edib və anası Qafifa Qabdrəhimin də anadan olduğu doğma kəndi Utız-İmənə qayıtmağa məcbur olmuşdu. Qabdrəhim in 2–3 yaşı olanda anası da vəfat edir. O, qohumlarının himayəsində böyüyüb başa çatır.
Himeci
Himeci (yap. 姫路市) — Yaponiyanın Kansay regionunda yerləşən, Hyoqo prefekturasında şəhər. == Diqqətəlayiq yerlər == Əvvəldən qala şəhəri olan Himeci şəhərində UNESCO Ümumdünya irsinə aid olan Himeci qəsri yerləşir.
Himeci qəsri
Himeci qəsri(yapon 姫路城 Himecicö) — Yaponiyanın ən qədimdən qalmış qəsrlərindən biri. 1993 ildə Yuneskonun Dünya İrsi siyahısına salınıb. Qəsr kompleksinə ümumiyətlə, əksəriyəti ağacdan olan 83 bina daxildir. Qəsrin dayandığı təpənin ətəyində eyni adlı şəhər yerləşir. Qəsr 1333 - 1346 illərdə tikilib, 1580 və 1612- illərdə genişləndirilib. == Ümumi məlumat == Yapon qəsrinin vacib xüsusiyətlərini topoqrafiya müəyyən edir. Üç əsas yapon qəsri tipi var: yama –ciro – dağın üstündə, hira-ciro düzənlikdə, hirayama –ciro düzənliyin ortasında təpədə tikilir. == Himeci qəsrinin quruluşu == Yaponiyanın qərbindəki Himeci qəsri üçüncü tipə aiddir. Adətən qəsrin ərazisində ən yüksək yerdə əsas qüllə –tensükaku- tikilirdi. Qüllə qəsr üzərində yüksəlirdi və rəqibin yerdəyişməsini müşahidə etmək üçün əlverişli noqtə idi.
IMEI
IMEI (ing. International Mobile Equipment Identity — azərb. mobil avadanlığın beynəlxalq tanınma kodu‎)) — hər bir istehsal olunan aparat üçün istifadə olunan unikal kod. Adətən kod, onluq say sistemindən olan 15 rəqəmdən ibarətdir. GSM, WCDMA və IDEN şəbəkələrini dəstəkləyən mobil telefonlarda, həmçinin bəzi peyk telefonlarında tətbiq edilir. == Ümumi məlumatlar == IMEI kod, zavodda, istehsal zamanı telefona mənimsənilir. Bu kod, qurğunun identifikasiyasına (eyniləşdirilməsinə) xidmət edir və aparatın daxilində (proqram təminatında) saxlanılır. Bir qayda olaraq, IMEI kod dörd yerdə göstərilir: aparatı ılk dəfə aktiv etdikdə və ya xüsusi *#06#yes sorğusunu göndərdikdə IMEI kod ekranda əks olunur. akkumulyator batareyasının altında qablaşdırma qutusunda zəmanət talonunda.IMEI kod aparatın seriya nömrəsi rolunu oynayır və şəbəkəyə avtorizasiya (daxil olma) zamanı efirə ötürülür. Həmçinin IMEI kod, aparatlar üçün izləmə və mobil rabitə əlaqəsi səviyyəsində oğurluq telefonların mühasirə edilməsi üçün istifadə olunur.
İmari
İmari (伊万里, Imari) — Yaponiyanın Kyuşu bölgəsində, Saqa prefekturasında yerləşən şəhər. 2018-ci ilin martının məlumatına görə şəhərin əhalisi 54,386 nəfərdir. Şəhərin sahəsi 254,99 km²-dir. == Tarix == Edo dövründə şəhər dulusçuluq sahəsində inkişaf etmişdir. Meyci dövründən 1955-ci ilə kimi kömür ixrac etmişdir. Şəhər müasir inzibati statusunu 1 aprel 1889-cu ildə əldə etmişdir. 1 aprel 1954-cü ildə İmari, Yamaşiro şəhərləri, Higaşiyamashiro, Kurokava, Hatatsu, Minamihata, Okava, Matsura və Niri qəsəbələri birləşərək vahid İmari şəhərini əmələ gətirmişdirlər. == Coğrafiya == Şəhər Yaponiyanın Kyuşu adasında, Saqa prefekturasının qərbində, İmari çayının mənsəbində yerləşir. Yaxınlıqdakı dağlar: Haçiman, Eboşi, Seyra. Çaylar: Matsura, İmari, Hara, Kurotake, Arita.
İrəli
İrəli (ictimai birlik) — İctimai birlik. İrəli (qəzet) — Sovet dövründə nəşr olunan qəzet.
Şimoci
Şimoci (yap. 下地島) — Miyako qrupuna Sakişima adaları Ryukyu arxipelaqına daxil olan kiçik ada. Miyako dairəsi və qəzasına Okinava prefekturası ərazisinə daxildir. == Coğrafiya == Adanın sahəsi 9,54 km² təşkil edir. Şimoci adası bir çox körpülərlə İrabu adası ilə birləşir. Adanın şimalında hava limanı yerləşir. Adanın relyefi düzənlikdir. Ən hündür nöqtəsi 15 metr təşkil edir. Adada çay yoxdur. Adanın qərbində göllər vardır.
Əməvi
Əməvilər (ərəb. الأمويون‎) və ya bəni Üməyyə ‏(ərəb. بنو أمية‎) — əsası I Müaviyə tərəfindən 661-ci ildə qoyulan müsəlman xəlifələri sülaləsi. Süfyani və mərvani əməviləri VIII əsrin ortalarına qədər Əməvilər xilafətini idarə etmişlər. Əməvilər sülaləsinin dövründə Xilafət ordusu indiki Cəbəlüttariq boğazını keçərək Avropaya girdi, müasir İspaniya torpaqlarına daxil olub yürüşü davam etdirdi. 750-ci ildə Əbu Müslimin qiyamı nəticəsində Əməvilər sülaləsini əvəz edən Abbasilər tərəfindən hakimiyyətdən devrilmiş və İspaniyada Kordova xilafətinin əsasını qoyan xəlifə Hişam ibn Əbd əl-Malikin nəvəsindən başqa bütün əməvilər həlak olmuşdur. Sülalənin banisi Əbdşəms ibn Əbdmanafın oğlu və Əbdülmütəllibin əmisi oğlu Üməyya ibn Əbd Şəms olmuşdur.
Mərci
Mərcimək (cins)
İmeni Aleksandra Kosmodemyanskoqo
İmeni Aleksandra Kosmodemyanskoqo (rus. и́мени Алекса́ндра Космодемья́нского) — Rusiyanın Kalininqrad vilayətinin Kalininqrad şəhərinin Mərkəzi İnzibati Rayonunda mikrorayon. Əvvəllər alman dilində Metqethen adı ilə əvvəlcə şəhər mərkəzindən qərbdə yerləşən Köniqsberqin qəsəbəsi, sonra isə şəhərin əsas hissəsi idi. == Tarixi == Vistula Laqonun (Kalin ipinqrad körfəzi) şimalında,"Kaporner Heath"da yerləşən Metqethen kəndi ilk dəfə 1278-ci ildə Tevtonik ordeni salnamələrində Myntigeite olaraq adı çəkilir. Bu zaman Landmeister Konrad von Terberq əkin sahəsinin bir hissəsini Regune adlı prusslara verdi. "Metgethen" sonuncu ad olaraq öz qızını On üç illik müharibənin komandiri və Erhard Ernst von Röderin əcdadı Kristof fon Röderlə evləndirənə qədər,yəni 1482-ci ilə qədər idi. Onun malikanəsi 1760-cı ildə bir İtalyan memar tərəfindən inşa edilmişdir.Metqethen bir villa ətrafında böyüməyə başladı. Günlük səfərlər üçün məşhur bir yer idi, xüsusən də Vierbrüderkrug mehmanxanası və 13-cü əsrdə Sudovilər tərəfindən öldürülmüş Tevtonik Cəngavərlərin dörd ögey qardaşının əfsanəsinin şərəfinə Vierbrüdersäule abidəsi. Ətraf ərazidə Şərqi Prussiya qadınları üçün məktəb olan Landfrauenschule Metgethen, həmçinin yanğınsöndürmə akademiyası və bədən tərbiyəsi müəllimləri yetişdirmək üçün bir Volkssportschule vardı. Kənd üçün olan kilsə isə tacir Qustav Brun tərəfindən maliyyələşdirilmiş və 1924-1925-ci illərdə Edmund May tərəfindən inşa edilmişdir.
İMac
iMac<ay-mək> – Apple Inc. şirkətinin istehsalı olan monobloklu fərdi kompüterlər seriyası. İlk iMac G3 modeli 1998-ci ildə təqdim olunub. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İnci
Mirvari və ya inci — dəniz ilbizlərinin qabından çıxarılan ağ, parlaq və bərk, yumru və ya uzunsov cism. Qiymətli daş hesab olunur və zərgərlikdə geniş istifadə edilir. Bəzək əşyası kimi istifadə edilən mirvarilər ehtişamlı gözəlliyi ilə yanaşı, həm də maraqlı xüsusiyyətlərə sahibdirlər. Mirvarilərin əmələ gəlmə mərhələləri olduqca heyranedicidir. Mirvarilər, əsasən, mirvari ilbizi adlandırılan və bir çox növləri olan molyuskalar tərəfindən əmələ gəlir. Molyuskaların qabıqları olduqca möhkəmdir. Çox çətin açılan xarici qabıqlarının kalsium karbonat əsaslı komponentləri bir çox düşmənlərini də çəkindirir. Kalsium karbonat maddəsi, həmçinin mirvarinin əmələ gəlməsində də mühüm rol oynayır. Molyuskalar içərisinə qum, çınqıl və ya zərərverici parazitlər girdiyi zaman qıcıqlanır və qorunma metodu kimi bu yad cismi izolyasiya edərək üstünü sədəflə örtməyə başlayırlar. Bu örtmə prosesi mirvarinin əmələ gəlməsinin ilk mərhələsidir.
İrəc
İrəc (fars. ایرج‎, Avesta: āiriyā) — Firdovsinın Şahnaməsinin epik personajlarından biridir. İran mifologiyasında Firidunun ən kiçik oğludur. Atası Firidun səltənətini övladları arasında bölüşdürdükdə İranı İrəcə verdi. Qardaşları Səlm və Tur İrəci qısqanclıqlarına görə öldürürlər. Firidun dəstəyi ilə İrəcin oğlu Mənuçö əmilərini öldürür və atasının qisasını alır.
Dəniz inəyi
Dəniz inəkyi (lat. Hydrodamalis gigas) — dyoqonlar fəsiləsinin dəniz inəkləri cinsinə aid heyvan növü. Dəniz inəkləri ilk dəfə 1741-ci ildə Vitus Berinqin ekspedisiyası zamanı aşkarlanmışdır. Adı ekspedisiyanın həkimi və bu canlı haqqında ilk ətraflı məlumat verən Georq Stellerin şərəfinə adlandırılmışdır. Steller inəyi ancaq Komandor adaları sahilində aşkarlanmış və digər ərazilərdə müşahidə edilməmişdir. Bununla belə, bir çox paleontoloqlar onların arealının daha geniş əraziyə malik olduğunu ehtimal edirlər. Ləzzətli ətə sahib olması bu canlıların kütləvi ovuna səbəb olmuşdur. Artıq 1768-ci ildə dəniz inəklərinin nəsli tamamən kəsilmişdir. Steller inəkləri nəhəng ölçülərə malik olmuşlar. Onlar ölçülərinə görə dəniz məməliləri arasında yalnız balinakimilərdən və ən yaxın qohumu hesab edilən Hidrodamalis Kuestadan(ehtimal ki, bu canlılar 10 metr uzunluğa və 10 ton çəkiyə malik olmuşlar) geri qalırdı.
Ev iyəsi
Ev iyəsi — türk xalq mədəniyyətində evin qoruyucu ruhu. Üy (Uy, Oy, Öy) iyəsi olaraq da tanınır. Moğollar Gər (Ker) Ezen deyərlər. == Xüsusiyyətləri == Hər ev üçün fərqli bir iye vardır. Bəzən bir ilan olaraq betimlenir. Evdə görülən ilanın bərəkət gətirəcəyinə inanılır. Onu öldürmədən çölə çıxarmaq lazımdır. Beləcə o da heç kimə zərər verməmiş olar. Əks halda evin bərəkəti qaçır. Qısa boylu bir kişi şəklindədir.
Məcid Ağayev
Məcid Oruc oğlu Ağayev (1835, Tikəband, Lerik rayonu – 1978, Tikəband, Lerik rayonu) — çoban, Azərbaycan uzunömürlüsü. == Həyatı == Sovet məlumatlarına görə, Məcid Ağayev 1835-ci ildə Talış xanlığının Tikəband kəndində (indiki Azərbaycanın Lerik rayonu) anadan olub.. 1840-cı illərdə kəndə quldurlar hücum edir və M. Ağayev Tehran şəhərində kölə kimi aparılır. Sonradan doğma kəndinə qayıtmışdır.O, əmək fəaliyyətinə 1847-ci ildə başlayıb. Oktyabr inqilabından sonra Məcid kolxozda çoban kimi işə düzəlir. 1972-ci ildən Ümumittifaq pensiyasına çıxmışdır. Lerik rayon Sovetinin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri olmuşdur. 1973–1978-ci illərdə SSRİ-nin ən yaşlı insanı olmuşdur. O, 1978-ci ildə 143 yaşında vəfat edib. "Kino səyahətləri almanaxı" telejurnalının 127-ci nömrəsinin süjetlərindən biri də Məcid Ağayevə həsr olunub.
Məcid Behbudov
Behbudov Məcid Behbudalı oğlu (18 aprel 1873, Şuşa – 6 sentyabr 1945, Qazax) — Azərbaycan xanəndəsi. == Həyatı == Məcid Behbudov 18 aprel 1873-cü ildə Şuşada anadan olub. Cəlil bəy Bağdadbəyovun verdiyi məlumata görə xanəndəliyə 1904-cü ildən başlamışdır. O, əvvəllər tarzən Tatevos və kamançaçı Makiç ilə Qarabağ və Gəncə məclislərində, sonralar isə Zaqafqaziyanın kənd və şəhərlərində oxumuşdur. Məcid Behbudov uzun illər Tiflisdə tarzənlərdən Məşədi Zeynal, Rzabala və kamançaçı Ruben Qaraxanov ilə "Dvoryanski klub"da xanəndəlik etmişdir. 1910-cu ildə "Qrammofon" şirkəti xanəndənin səsini vala yazmaq üçün Riqaya dəvət edir. O, Mirzə Hüseyn segahı, Şüştər və Çahargah muğamlarının, bir çox xalq mahnısının mahir ifaçısı sayılırdı. M.Behbudov həmçinin, musiqili tamaşalarda da çıxış etmiş, Təbriz, İstanbul, Sofiya şəhərlərində konsertlər vermişdir.Məcid Behbudov Azərbaycanda opera teatrının inkişafına da yaxından kömək göstərmişdir. O, hələ 1911-ci ildə Saşa Oqanezaşvilinin "Fərhad və Şirin" operasında Xosrov rolunda oynamışdır. Məcid Behbudov Üzeyir Hacıbəyovun opera və operettalarında, Məşədi Cəmil Əmirovun "Seyfəl-Mülk" operasında da çıxış etmişdir.Xanəndə 6 sentyabr 1945-ci ildə Qazaxda vəfat etmişdir.
Məcid Hüseynov
Hüseynov Məcid Əli oğlu (d. 1912 - ö. 1974) — Azərbaycan iqtisadçısı, professor. 1934-1939-cu illərdə Gürcüstan Kənd Təsərrüfatı İnstitutunun meşəçilik fakültəsində təhsil almışdır. 1949-cu ildə Leninqrad Meşə Təsərrüfatı Elmlər Akademiyasında qiyabi aspiranturaya daxil olmuş, dissertasiya müdafiə edərək elmlər namizədi adına layiq görülmüşdür. Respublika İqtisadiyyatının inkişaf etdirilməsinə həsr edilmiş bir neçə monoqrafiyanın, kitabın, broşüranın, 30-dan çox elmi məqalənin müəllifidir. 1956-1960-cı illərdə AzXTİ-də kafedra müdiri, müdir müavini vəzifələrində işləmişdir. 1960-1963-cü illərdə kənd təsərrüfatı məhsulları istehsalı və tədarükü nazirinin müavini vəzifəsində çalışmışdır. 1963-cü ildən ömrünün sonuna kimi Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunda baş elmi işçi, şöbə müdiri işləmişdir.
Məcid Hüseynzadə
Hüseynzadə Məcid Əzizoviç (1916–2006) — texnika elmləri doktoru, professor. == Həyatı == Hüseynzadə Məcid Əzizoviç 1916-cı ildə Cənubi Azərbaycanın (İran) Ərdəbil şəhərində anadan olmuşdur. 1941-ci ildə mexanika ixtisası üzrə ADU-nin fizika-riyaziyyat fakültəsini bitirmişdir. 1941–1942-ci illərdə kənd məktəbində müəllim işləmişdir. Böyük Vətən Müharibəsinin iştirakçısıdır. 1945–1946-cı illərdə ADU-nin nəzəri mexanika kabinetində laborant işləmişdir. 1950–1952-ci illərdə M.V.Lomonosov adına MDU-də aspirant olmuşdur. 1952–1989-cu illərdə akad. İ.M.Qubkin adına Moskva Neft kimya və qaz sənayesi institutunda Nəzəri mexanika kafedrasının dosenti, Ali riyaziyyat kafedrasının rəhbəri işləmişdir. 1950-cı ildə "Keçirici cismin axıb dövrələməsi" mövzusunda namizədlik, 1962-ci ildə isə "Layın qeyri-bircinsliyinin, onun tavanının və dabanının keçiriciliyinin mayenin layda hərəkətinə təsiri" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir.
Məcid Kərimov
Məcid Kərimov Zahid oğlu (16 dekabr 1958, Bakı) — Azərbaycanın dövlət və ictimai xadimi. Azərbaycan Respublikasının yanacaq-energetika naziri (2001-2004). Azərbaycan Respublikasının sənaye-energetika naziri (2004-2005). Azərbaycan Respublikasının "AzərKimya" Dövlət Şirkətinin Prezidenti (2005-2010). Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatı. Professor, texnika elmləri doktoru. Azərbaycan Respublikasının əməkdar elm xadimi. == Həyatı == Məcid Kərimov 1958-ci il dekabrın 16-sı Bakı şəhərində anadan olub. Azərbaycan Neft-Kimya İnstitutunu bitirib. 1980-1989 – Neft və qaz sahəsi üzrə mühəndislik.
Məcid Musazadə
Məcid Musazadə-Qarsalanlı (10 oktyabr 1914 – 17 iyul 1990) Muhacir Bakıda anadan olub və BDU-nun ədəbiyyat fakültəsini bitirib. "Amerika Azərbaycan Cəmiyyəti" 1951-ci ildə əski legionçulardan Məcid Musazadə tərəfindən qurulmuş, ətrafında əsasən müharibədən sonra ABŞ-yə mühacirət etmiş legionçuları cəmləşdirmişdi. Cəmiyyət Türkiyə və Avropa ölkələrində fəaliyyət göstərən mühacirlərlə məktublaşmalar vasitəsilə əlaqə saxlayırdı.Əli və Nino Azərbaycan dilinə ilk dəfə 1972-ci ildə ixtisarla Məcid Musazadə tərəfindən çevrilib və o vaxt Almaniyanın Münxen şəhərində fəaliyyət göstərən "Azadlıq radiosu" vasitəsilə il yarım ərzində hissə-hissə dinləyicilər üçün səsləndirilib.M. Musazadə tarixi faktlara istinadən göstərir ki, Qarabağ heç zaman ermənilərin olmamışdır, nə indi, nə qədim dövrlərdə. Tanınmış Gürcüstan, Azərbaycan, Ermənistan, eləcə də rus tarixçiləri belə bir nəticəyə gəlmişlər ki, eramızdan əvvəl 4-cü əsrədək bu ərazidə heç zaman ermənilər olmayıb. Qarabağ erməniləri orada sonradan məskunlaşıblar: XIX əsrin əvvəllərində çar Rusiyasının himayəsi və qayğısı nəticəsində Türkiyədən və İrandan gəliblər. M. Musazadə elmi əsərində alman tarixçisi Henrix Zimmferin 1923-cü ildə yazdığı "Ermənistan yeni dövrdə" məqaləsinə istinadla yazırdı: "Böyük Ermənistan"ın mövcudluğu iddiası əsaslı deyil və elmi axtarışlar tələb edir". O, Qarabağ ermənilərinin əsassız tələblərinə belə münasibət bildirir: "Qarabağ erməniləri deyirlər ki, onlar Azərbaycan dövləti tərəfindən unudulub, istismar olunub. Faktlar isə əksini deyir. Qarabağda 126 000 erməni yaşayır (Nyu-York Tayms. 11.03.1988).
Məcid Məcidi
== Yaradıcılığı == Məcid Məcidin filmlərinin əsas qəhrəmanları uşaqlar, bir də qırmızı balıqlardır. Məcidi filmlərində uşaq dünyasını ifadə oluna biləcəyindən də artıq səmimi açıb göstərə bilir. == Filmoqrafiyası == Ata (film, 1996) İlahi rəng “Sərçələrin nəğməsi” / “Avaze gonjeshk-ha”/ “The song of sparrows” (2008) “Cənnətin rəngi” / “Rang-e khoda”/ “The color of paradise” (1999) “Səma uşaqları” / “Bacheha-Ye aseman” / “Children of heaven”(1997) “Söyüd ağacı” / “Beed-e majnoon” / “The willow tree” (2005) Yağış Məhəmməd: Allahın elçisi(2015) == İstinadlar == == Xarici keçidlər == Majid Majidi'in resmi websitesi Arxivləşdirilib 2008-03-30 at the Wayback Machine "Cinema-Şərq". //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 38.
Məcid Məmmədov
Məcid Rafiq oğlu Məmmədov (10 yanvar 2002; Hacıcavadlı, Cəlilabad, Azərbaycan — 1 oktyabr 2020; Talış, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Məcid Məmmədov 2002-ci il yanvar ayının 10-da Cəlilabad rayonunun Hacıcavad kəndində doğulmuşdu. Orta məktəbi 5-ci sinfə qədər bu kənddə oxumuş, sonradan ailəsi ilə birlikdə Bakıya köçdüyündən təhsilini Binəqədi rayon 115 saylı məktəbdə davam etdirmişdi. Uşaqlıqdan atasını itirmışdir. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Məcid Məmmədov Suqovuşan və Talış döyüslərində savaşıb. 1 oktyabr tarixində kəşfiyyat müşahidə bölüyünün tərkibində Talış kənd istiqamətində 482 yüksəkliyinin azad edilməsi uğrunda gedən şiddətli döyüşdə qəhrəmancasına şəhid olub. Cəlilabadda dəfn edilmişdir.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məcid Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Məcid Məmmədov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Məcid Mərdanov
Mərdanov Məcid Əhəd oğlu (22 iyul 1913, Qutqaşen rayonu – 27 sentyabr 1982) — AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi,texnika elmləri doktoru, professor. == Həyatı == Məcid Mərdanov 1913-cü il iyul ayının 9-da Qəbələ rayonunun Vəndam qəsəbəsində anadan olmuşdur. 1939-cu ildə Sovet ordusu sıralarına çağırılmış; 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində Leninqrad, Kareliya və Estoniya ətrafında gedən döyüşlərdə ağır xəsarət almışdır. Hərbi xəstaxanada müalicə olunduqdan sonra II dərəcəli əlil kimi ordudan tərxis olunmuşdur. Həmin illərdə Böyük Vətən müharibəsində göstərdiyi mərdliyinə görə "Böyük Vətən müharibəsinin II dərəcəli ordeni" və "Almaniya üzərində qələbəyə görə" medalları ilə təltif olunmuşdur. O, 1946-1948-ci illər ərzində Saratov şəhərində yaşamışdır. 1948-ci ildə Saratovdan Bakıya qayıdaraq V.V.Kuybışev adına Azərbaycan Elmi-Tədqiqat Neft Emalı İnstitutuna (AzETNEİ) mühəndis vəzifəsinə qəbul olunmuşdur. 1949-cu ildən xüsusi yanacaqlar və aşqarlar laboratoriyasının baş mühəndisi; 1952-ci ildən ömrünün sonuna kimi həmin laboratoriyanın rəhbəri vəzifəsində çalışmışdır. 1953-cü ildə "Benzolun olifenlərlə alkilləşməsi nəticəsində alınan polialkil benzolların katalitik çevrilməsi" mövzusunda namizədlik dissertasiya müdafiə etmişdir. 1959-cu ildən Azərbaycan Elmlər Akademiyasının yeni təşkil edilmiş Neft-Kimya prosesləri institutunda elmi işlər üzrə direktorun birinci müavini işləmişdir.
Məcid Qafuri
Məcid Qafuri (azərb. Məcid Nurqəni oğlu Qafuri‎) — yazıçı, Başqırdıstanın Xalq şairi. == Həyatı == Məcid Qafuri 1 avqust 1880-ci ildə Başqırdıstanın Yelem-Karan kəndində ziyalı ailəsində doğulub. İlk olaraq atasının açdığı molla məktəbində dərsə gedir, ərəb dilini öyrənir. Həmçinin atasının sayəsində xalq yaradıcılığı ilə tanış olur. Sonra Məcid Üteş kəndindəki məktəbdə təhsilini davam etdirir.1898-ci ildə sənədlərini Orenburq vilayətinin Troitsk şəhərində fəaliyyət göstərən və dünyəvi elmlərin tədris olunduğu Zeynulla İşanın mədrəsəsinə verir. 1904-cü ildə Kazana gəlir, tatar alimi və maarifçisi Qəyyum Nəsirovla, başqırd yazıçısı Məhəmməd Səlim Umudbayev və Abdulla Tukayla tanış olur. 1906-cı ildə Ufaya gedir. “Qaliyyə” mədrəsəsində təhsilini davam etdirir. 1934-cü il oktyabrın 28-də Məcid Qafurinin ürəyi dayanır.
Məcid Rəsulov
Məcid Rəsulov (6 iyul 1916, Nuxa – 11 fevral 1993, Bakı) – Azərbaycan alimi, akademik (1983), fizika-riyaziyyat elmləri doktoru (1960). == Həyatı və elmi yaradıcılığı == Azərbaycan Dövlət Pedoqoji İnstitutunun məzunu və Azərbaycan Dövlət Universitetinin (indiki BDU) aspirantı olmuş, özünün elmi istiqamətini yaratmış, riyazi fizika tənlikləri üzrə görkəmli mütəxəssis, diferensial tənliklər və funksional analiz kimi sahələrdə çalışmış riyaziyyatçı-alim, akademik Məcid Lətif oğlu Rəsulov XX əsrdə xalqımızın yetişdirdiyi nadir şəxsiyyətlərdən biridir. Onun tədqiqatlarını dörd istiqamətə ayırmaq olar: Birinci istiqamətə onun xüsusi törəməli diferensial tənliklər nəzəriyyəsinə dair işlərini aid etmək olar ki, burada böyük sinif sərhəd, qarışıq və Koşi məsələlərinin həlli üçün çıxıqlar və kontur inteqralı üsulları verilmişdir. Xətti diferensial operatorların spektral nəzəriyyəsi sahəsindəki işlərini ikinci istiqamətə aid etmək olar. Burada o, ixtiyari vektor-funksiyanın kontur inteqralı və diferensial tənliklər üçün spektral məsələlərin həllərinin çıxığı üzrə yeni ayrılış düsturlarını isbat etmişdir.Funksional analizə aid olan üçüncü istiqamət üzrə işlərində Banax fəzasında təyin olunan xətti funksionalların normasını saxlamaqla davamının yeganəlik şərtləri isbat edilmişdir.Nəhayət, dördüncü istiqamət üzrə işlərində funksional analizi diferensial operatorlar nəzəriyyəsinə tətbiq etməklə adi xətti diferensial operatorun normallıq şərtini almışdır. Məcid Rəsulovun ilk elmi araşdırmaları onun 1946-1948-ci illərdə "Diferensial tənliklər üçün bəzi qarışıq məsələlərin həllinin çıxııqlar üsulu ilə araşdırılması " mövzusunda yazdığı namizədlik dissertasiyasında ümumiləşdirilmişdir. O, bu işdə xətti funksionalın altfəzasında bütün Banax fəzasına davamının yeganəliyinin zəruri və kafi şərtlərini almış və baxılan birölçülü xətti diferensial operatorun normallığı üçün zəruri və kafi şərti isbat etmişdir.M.L.Rəsulov 1960-cı ildə SSRİ EA-nın V.A.Steklov adına Riyaziyyat İnstitutunun Elmi Şurasında "Xüsusi törəməli xətti diferensial tənliklər üçün qarışıq və sərhəd məsələlərinin həllinin çıxıqlar üsulu" mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini almışdır. Məcid Rəsulov tərəfindən yazılmış və Moskvada, "Nauka" nəşriyyatında nəşr edilmiş (1964) "Kontur inteqralı üsulu" adlı fundamental monoqrafiyasında 1950-1962-ci illər arası çıxıqlar və kontur inteqralı üsullarının işlənib hazırlanması zamanı alınan nəticələr öz əksini tapmışdır. Monoqrafiyanın redaktoru prof. A.İ.İvanov öz rəyində yazır: "Məcid Lətif oğlu Rəsulovun monoqrafiyası riyazi ədəbiyyatda müstəsna bir hadisədir.
Məcid Səmii
Məcid Səmii (19 iyun 1937, Tehran) — Neyrocərrah, iranli tibbi alimi. Almaniyada yaşayır Məcid Səmii Tehranda anadan olmuşdur. Ailəsi Tehrandan Rəştə gedərək Telefon Evi məhəlləsində (Bahr əl-Ulum) yerləşdikdən sonra, ilk təhsilini bu şəhərdə və orta təhsilini Rəştdə Şahpur Liseyində tamamladı.
Imeria
Imeria (lat. Imeria) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Imeria memorabilis (Maguire & Wurdack) R.M.King & H.Rob.
Iveco
Iveco (ing. Industrial Vehicles Corporation) — İtalyan sənaye avtomobillərinin istehsalçısı. Baş ofis Turində yerləşir. == Tarix == Konsern Covanni Anyelli tərəfindən 1975-ci ildə yaranıb. Konsernin heyətinə Fiat, Magirus-Deutz, həmçinin Fiatın xaricdəki bölmələri ОМ, Lancia, fransız FIAT France SA (Unic yük maşınlarını buraxan) daxil olundular. Növbəti illərdə də konsernın heyətina bir sıra avtomobil zavodları daxil olundu.
Kimçi
Kimçi (kor. 김치) — tərəvəzlərin, xüsusilə Pekin kələmi və Koreya turpusunun çili tozu, göy soğan, sarımsaq, zəncəfil və ceotqal (duzlanmış dəniz məhsulu) ədviyyatı ilə turşulamasından (qıcqırdılma) alınan Koreya qəlyanaltısı. Kimçinin fərqli tərəvəzlərdən yüzlərlə növü var.
Meyci
İmperator Meyci (yap. 明治天皇; 3 noyabr 1852 Kioto – 30 iyul 1912 Tokio) — taxta 1867-ci ilin 3 apreldə çıxmış və ömrünün sonuna qədər Yaponiyanın 122-ci imperatoru olmuşdur. Onun həyatdakı adı Mutsihito (yap. 睦仁) adlanırdı. Yaponiyadan kənarda da onun adı "İmperator Musihito" olaraq qeydə alınmışdı. Yaponiyada vəfat etmiş imperatorları ölümündən öncəki adı ilə adlandırırlar. Onun 1852-ci ildə onun doğulduğu zaman Yaponiya dünyadan təcrid olunan, texniki baxımdan geri qalan, feodal qaydaları ilə idarə edilən ölkə olmuşdur. Bu feodal ölkəsi Tokuqava şoqunatı və dayme tərəfindən idarə olunurdu. O 1912-ci ildə dünyasını dəyişərkən Yaponiya vahid mərkəzdə birləşdirilmiş, siyasi, iqtisadi və sosial çevriliş baş vermiş, dünyanın super güclərindən birinə çevrilmişdir. "Nyu-York Tayms" qəzetində imperatorun dəfn mərasimi ilə bağlı yazılırdı: "Cənazənin önündəki ilə arxasındakı fərq heyrətamiz idi.
İkeca
İkeca (ing. Ikeja; yor. Ikeja) — Nigeriyanın Laqos ştatının paytaxtı. == Adı == İkeca sözü Ikorodu and Epe Joint Administration (ing. İkorodu və Epe Bitişik İdarəsi) ifadənin abbriveaturasıdır. == Kompüter kəndi == İkecada Otiqba adı altında tanınan kompüter bazarı var. O, öz fəaliyyətini 1997-ci ildə başlayıb. O vaxt, bu bazarda cəmi 10 dükkan işləyirdi. Bu gün isə, ordaki dükkanların sayı 3000-dən artıqdır. Onların çoxu, yerin adına uyğun olaraq, komyuter satışı və təmiri ilə məşquldur.
İmeyl
Elektron poçt (ing. electronic mail) və ya imeyl — ünvan sahibinin asudə vaxtlarda açıb və oxuduğu rəqəmli poçt qutusuna göndərilən elektron poçt, mətn göndərişləri. E-mail hazırkı dövrdə insanlar arasında ən çox yayılmış ünsiyyət növüdür. Bu ünvan bir neçə saniyə ərzində İnternet şəbəkəsinin yerləşdiyi istənilən yerə nəinki mətn, veb-səhifə, hətta məktub halında olan istənilən faylı göndərməyə imkan verir. ABŞ və Avropadan başlayaraq bu rabitənin adı "e-mail" və ya "email" formasında yazılır. Əsasən qarşısına (@) ət işarəsi qoyulur == Tarixi == İlk elektron poçt da bir çox texnoloji yeniliklərin başlanğıcı kimi əsgəri işlərdən ötəri çıxmışdır. 1960-cı illərin sonlarında hərbi sistem üçün sistemlər inkişaf etdirməyə çalışan Rels Tomlinson ilk olaraq 1971-ci il oktyabr ayında iki kompüter arasında fayl mübadiləsini həyata keçirmişdir. Tomlinson "The Times" qəzetinə müsahibəsində deyirdi: "İlk e-mail`imdə nə yazdığımı mən də xatırlamıram. Yalnız aralarında bir metr məsafə olan iki kompüter arasında həyata keçirilən fayl transferi idi. Mesajlaşma üçün kiçik bir addım, insanoğlu üçün isə böyük bir sıçrama idi." E-mail 1990-cı illərə qədər çox inkişaf etdi.
İmperi
İmperi (lat. imperium, latınca imperare — "idarə etmək" sözündən) — Roma dövlətində həm hərbi, həm də məhkəmə hakimiyyətini əhatə edən ali icraedici səlahiyyət. Roma Respublikasında onu baş maqistratlar və xüsusi vəzifə verilmiş fərdi vətəndaşlar aparırdı. Respublikanın sonrakı dövründə prokonsullar, propretorlar və bəzi komissiyaların ikinci üzvləri də imperiyə sahib idilər. Onun istifadəsinə məhdudiyyətlər respublikanın yarandığı vaxtdan qoyulmuşdur. Kollegiallıq prinsipinə görə, onu daşıyan eyni səviyyəli maqistratların hər birinin onu eyni dərəcədə idarə etməsi nəzərdə tutulurdu. II əsrə qədər Roma vətəndaşlarının ağır işlərdə mühakimə olunmasını, habelə xalqa müraciət hüququnu tələb edən bir sıra qanunlar qəbul edilmişdir. Eyni hüquqlar şərti olaraq Romadan kənarda hərbi və ya digər rəsmi xidmətlərdə olan Roma vətəndaşlarına da şamil edilirdi. Maqistratlardan öz səlahiyyətləri daxilində imperi tətbiq etmələri tələb olunurdu. İmperi rəsmi olaraq kuriya komissiyası tərəfindən bir il müddətinə və ya məmur öz işini başa çatdırana qədər verilirdi.
"Meyci" ordeni
"Müqəddəs xəzinə" ordeni (瑞宝章, Zuiho-şo) – Yaponiya ordenlərindən biri. Həm yapon, həm də əcnəbi şəxslərə Yaponiya dövləti qarşısındakı xidmətlərə görə təqdim olunur. == Tarixi == "Müqəddəs xəzinə" ordeni 4 yanvar 1888-ci ildə İmperator Meyci tərəfindən "Meyci" ordeni adı ilə təsis olunmuşdur. Ancaq kişilərə təqdim olunması planlaşdırılsa da, 1919-cu ildə qadınlara da verilməsi barədə qərar verilmişdir. Orden 2003-cü ilə qədər 8 dərəcə üzrə təqdim olunmuşdur. 2003-cü ildə VII və VIII dərəcələr ləğv edilmiş, 6 dərəcə üzrə təqdim olunmağa başlamışdır. == Dizayn == Orden Yaponiyanın iki müqəddəs xəzinəsini – Yata güzgüsünü və Yasakani cəvahiratını özündə əks etdirir. Orden pavlovniya çiçəklərinin və yarpaqlarının formasında dizayn edilmişdir.
Abdi İpəkçi
Abdi İpəkçi (9 avqust 1929, Konstantinopol – 1 fevral 1979, İstanbul) — Türkiyə jurnalisti, yazıçı. == Həyatı == Abdi İpəkçi ibtidai təhsil aldıqdan sonra Qalatasaray litseyini bitirmişdir. Bir müddət Hüquq fakültəsinə təhsil almışdır. "Yeni Səhər", "Yeni İstanbul" və "İstanbul Ekspress Qəzeti" kimi müxtəlif qəzetlərdə idman müxbiri, səhifə sekretarı və yazı işləri müdiri kimi çalışmışdır. Əli Naci Cüyürün nəşr etdirdiyi "Milliyyət" qəzetinin yazı işləri müdiri (1954), bir müddət sonra da ümumi nəşr müdiri olmuşdur. 1961-ci ildən qətlə yetirildiyi 1 fevral 1979-cu ilə qədər bu qəzetin redaktoru olmuş, Türkiyə Jurnalistlər Birliyi, Türkiyə Mətbuat İnstitutu Qurumu, İstanbul Jurnalistlər Cəmiyyəti və Beynəlxalq Mətbuat İnstitutunun ikinci katibi, Mətbuat Şərəf Divanının ümumi katibi vəzifələrini də daşımışdır. Yazılarında Atatürkçülüyü, sülhü, düşüncə azadlığını, ölkənin müstəqilliyini və bütünlüyünü müdafiə etmişdir. == Sui-qəsd və ölümü == 1970-ci illərdəki anarxiya və terrorun qarşısının alınması üçün iqtidarla müxalifət liderləri arasında dialoq qurulmasının vacibliyini söyləyən, dövlət rəhbərliyinə hakim kəsilən döyüşçü və romantik ruhunun ağıl və soyuqqanlıq ilə əvəzlənməsini istəyən İpəkçi 1979-cu il 1 fevral gecəsi İstanbul Maçkadakı evinin yaxınlığında avtomobilində ikən Məmməd Əli Şəbəkə tərəfindən qətlə yetirilmişdir. Məmməd Əli Şəbəkə verdiyi ifadədə ona 5–6 dəfə atəş etdiyini söyləmişdir. Lakin hadisə yerindən 9 giliz tapılmışdır.
Abzar iyesi
Ameli Moresmo
Ameli Moresmo (doğum 5 iyul 1979, Saint-Germain-en-Laye, Fransa) — fransa qadın tennis oyunçusu. Avstraliyanın Açıq Çempionatının (2006) və Uimbldon tennis turniri (2006) qalibidir. Əlavə, 2004-cü ildə, Moresmo Olimpiya oyunları gümüş medal qazandı. 2004-cü ildə, Moresmo, reytinqdə dünyada 1 nömrədir ilə 5 həftə idi, və 2006-cı ildə, ilə 34 həftə idi. Moresmo, hal-hazırda, Endi Mürreyiyə məşqçilik edir.
Anax iyesi
Aran İyesi
Avul iyesi
Avul iyəsi - türk ve monqol mifologiyasında kəndin qoruyucu ruhudur. Avıl iyəsi də deyilir. Moğollar Ayıl Ezen deyərlər. == Xüsusiyyətləri == Hər kənd üçün ayrı bir iye vardır. Kənd anlayışı məskun mədəniyyət ilə ortaya çıxmış lakin bu yerleşiklik yenə də "yörük" həyat formasına bağlı olaraq qışda bir yerdə yazın fərqli bir yerdə yerləşmə formasında yarı köçəri bir tətbiqə çevrilmişdir. Yazın yüksək və sərin, heyvanların daha yaxşı yayılabiceği yerlərə (Yazla / Yayla), qışda isə gizli və qoruyucu bölgələrə (Kışla) çevrilməli olaraq göçülmüştür. Bəzən "Bucak iyəsi" təbiri də istifadə edilər. Anadoluda Bucak sözcüyü kiçik bir məna sürüşməsi ilə ilçədən kiçik, kənddən böyük vahid (Nahiyə) üçün istifadə edilməyə başlamışdır. Lakin təxminən bir mənala kəndin qoruyucu ruhu olduğu aydın olmaqdadır. Hətta az istifadə edilməklə birlikdə Güzlek (Payızda qalınan yer) və Köklek (Yazda qalınan yer) sözləri də mövcuddur.
Ağac iyesi