içiləcək
OBASTAN VİKİ
İçəri Müşlan
İçəri Müşlan — Azərbaycan Respublikasının Zəngilan rayonunun Zəngilan kənd inzibati ərazi dairəsində kənd. İçəri Muşlan kəndi Oxcu çayının sahilində, dağətəyi ərazidədir. Keçmış adı Muşlan olmuşdur. Yaşayış məntəqəsini Türkiyənin Muş əyalətindən köçüb gəlmiş ailələr saldığına görə belə adlandırılmışdır. Bu kənddən çıxmış ailələr Oxcu çayının sağ sahilində Qıraq Muşlan kəndini saldıqdan sonra buraya İçəri Muşlan, yeni "əsas, ic Muşlan" deyilmışdir. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 21 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. 1 orta məktəb (Soltan Qardaşov adına), 1 kitabxana, 1 uşaq bağçası var. Kənd Oxçuçayın sahilində yerləşir. Məlikli, Tatar və Zəngilan kəndləri ilə həmsərhəddir.
İçəri bazar
İçəri bazar (Qax qala qapıları və divarları) — Qax şəhərinin mərkəzində yerləşir. XVIII əsrin I yarısında inşa olunmuş, XIX əsrdə ruslar tərəfindən təmir edilmişdir. Əvvəllər xalq arasında İçəribazar adlanan (indi İcəribazar küçəsidir) məhəlləni əhatə edən qala divarları və bürclərlə əhatələnmiş qala qapılarından ibarətdir. Bəstəkar Müslüm Maqomayevin atasının emalatxanası bu məhəllədə yerləşir.
İçəri Şəhər
İçərişəhər — xalq arasında həm də "Qala" və ya sadəcə "Qədim şəhər" kimi tanınan tarixi məhəllə Bakının ən qədim hissəsi həmçinin tarixi-memarlıq qoruğudur. Bakının ən qədim hissəsi olan İçərişəhər, yaxşı qorunmuş qala divarları ilə əhatə olunub. 221.000 m² sahəyə malik olan qoruq ərazisində 1300-dən çox ailə yaşayır. Qoruq ərazisi hələ tunc dövründən məskunlaşmışdır. Arxeoloji tədqiqatlar nəticəsində müəyyənləşdirilmişdir ki, artıq VIII–IX əsrlər ərzində İçərişəhər ərazisi sıx məskunlaşmış, burada sənətkarlıq və ticarət inkişaf etmişdir. XV əsrdə Şirvanşahların öz iqamətgahlarını Şamaxıdan Bakıya köçürməsindən sonra İçərişəhərin həyatında "kristallaşma" dövrü başlamışdır. 1748–1806-cı illərdə Bakı və onun mərkəzi olan İçərişəhər Bakı xanlığının paytaxtı olmuşdur. 1806-cı illərdə Bakının ruslar tərəfindən işğal edilməsi və neft bumunun yaşanmasından sonra (XIX əsrin sonları XX əsrin əvvəlləri) şəhərin inkişaf və genişləndirilməsi prosesi başlamış, insanlar İçərişəhər divarlarından kənarda da sıx məskunlaşmağa başlamışdır. İçərişəhərdə yerləşən məşhur memarlıq abidələri Qız qalası və Şirvanşah Azərbaycan memarlığının inciləri hesab edilirlər. Bunlardan başqa qoruq ərazisində onlarla tarixi-memarlıq abidələri – məscidlər, karvansaralar, hamamlar, yaşayış evləri – yerləşir, bir neçə muzey, səfirlik, otel, ticarət obyektləri, kafe və restoranlar fəaliyyət göstərir.
İçəri Şəhər (1964)
İçəri Şəhər (1978)
İçəri Şəhər (Vyana)
İçəri Şəhər — Vyananın 1-ci rayonu və tarixi şəhər mərkəzi. 1850-ci ildə Vyana rayonları təyin olunana qədər Vyana sözü bu bölgəni ifadə edirdi. Rayon ənənəvi olaraq dörd bölgəyə bölünür: Stubenviertel (Şimali Şərq), Kärntner Viertel (Cənub-Şərq), Widmerviertel (Cənub-Qərb), Schottenviertel (Şimal Qərb). Rayon, şəhərin ən əhəmiyyətli biznes mərkəzidir və 100,745 işçisi, korporativ mərkəz və turizm sahələri vardır. Ərazi 2001-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir.
İçəri Şəhər (dəqiqləşdirmə)
İçəri Şəhər — Bakı şəhərinin tarixi mərkəzi. İçəri Şəhər — şərab növü. İçərişəhər metrostansiyası — Bakıda metrostansiya. İçərişəhər Cümə məscidi — İçərişəhərdə məscid Filmlər İçəri şəhər — 1964-cü ildə çəkilmiş sənədli film. İçəri şəhər — 1978-ci ildə çəkilmiş qısametrajlı film. İçəri şəhər-əbədi nağıl — 1984-cü ildə çəkilmiş sənədli film. İçəri şəhər — 2015-ci ildə çəkilmiş bədii film.
İçəri Şəhər (film, 1964)
İçəri şəhər (film, 1978)
İçəri şəhər (film, 2016)
İçəri şəhər — rejissor İlqar Safatın filmi. Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb. Müasir Azərbaycanda cərəyan edən hekayə yaşıdlarının bəsit ambisiyalarından uzaq olan istəklərlə yaşayan gənc tələbə Arzu və xəyalları puç olmuş Qarabağ müharibəsi veteranı Rafaelin sevgisindən bəhs edir. “İçəri şəhər” bədii filmi 20-ci Tallin “Qaranlıq gecələr” Beynəlxalq Film Festivalına dəvət alıb. Festival 2016-cı il noyabrın 11-dən 27-dək Estoniyanın paytaxtı Tallində keçirilib. "İçəri şəhər” bədii filmi Hindistanın 7-ci "Yaşvant” beynəlxalq film festivalında nümayiş etdirilib. Festival 2017-ci il yanvarın 20-dən 26-dək Mumbay şəhərində keçirilib. “İçəri şəhər” filmi Hindistanın 9-cu Benqaluru Beynəlxalq Film Festivalının “Dünya kinosu” proqramı çərçivəsində Benqaluru və Maysur şəhərlərində nümayiş etdirilib. “İçəri şəhər” bədii filmi Hindistanın 3-cü “Kozhikode” Beynəlxalq Film Festivalına dəvət alıb. 2017-ci il fevralın 10-dan 16-dək Kerala ştatının Kozhikode şəhərində keçirilmiş festivalda Azərbaycanla yanaşı, Çin, İran, Böyük Britaniya, Polşa, Şri-Lanka, Cənubi Afrika, Əlcəzair və Argentina istehsalı olan filmlər nümayiş etdirilib.
İçəri şəhər-əbədi nağıl (film, 1984)
Rejissor: Vasif Babayev
Cümə məscidi (İçəri Şəhər)
İçərişəhər Cümə məscidi — İçərişəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan məscid. == Came məscidi == === Tarixi === Məscidin divarına həkk olunmuş binanın inşası haqqında olan kitabədə yazılıb: "709-cu ilin rəcəb ayında Əmir Şərəfəddin Mahmud bu tikilini yeniləmək əmri vermişdir". Kitabə barədə Sara Aşurbəyli Şirvanşahlar dövləti kitabında belə yazır: "Bakı qalasında qədim Cümə məscidinin cənub tərəfindəki divarda ərəbcə yazılmış kitabədə binanın təmir olunduğu xəbər verilir. "Məlik əl-üməra və l-əkabir" (əmirlərin və əyanların məliki) Şərəf əd-Din Mahmud ibn Fəxr əd-Dinin adı çəkilir və h.709 (1309/10)-cu il tarixi göstərilir." Görünür həmin dövrdə məscid təmir edilib genişləndirilmişdir. Bakı Came məscidinin atəşgah məbədinin yerində inşa olunduğu iddia olunur. Məscid Hicri-qəməri təqvimlə 1024-cü ildə təmir edilmişdir. Bakı Came məscidi 1899-cu ildə uçurulmuş və yerində Bakı milyonçusu, xeyriyyəçi Hacı Şıxəli Dadaşov tərəfindən yenisi inşa edilmişdir. === Haqqında === Bir qədər mürəkkəb biçimli planı Bakı Came məscidinin bir neçə mərhələdə tikildiyini və ətrafı yaşayış məhəllələri ilə əhatə olunmuş məhdud ərazidə genişləndiyini göstərir. Onun başlıca dayaq bölümləri cənub hissəsində kvadrat biçimli ibadət salonu və şimal tərəfində minarədir. Onların arası müxtəlif ölçülü yerləşgə və kiçik iç həyətlərlə doldurulub.
Hacı Heybət məscidi (İçərişəhər)
Hacı Heybət məscidi — İçərişəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan məscid. Sovet işğalından sonra məsciddə ibadət dayandırılıb. Hazırda yaşayış evi kimi istifadə olunur. == Tarixi == Hicri tarixi ilə 1206-cı ildə (1791-ci il) memаr Hаcı Heybət Əmirəli оğlu tərəfindən tikilmişdir. == Haqqında == Kiçik оlub yаşаyış məhəllələrinin cərgəsinə dахildir. Plаndа dördbucаq şəklindədi. Kvаdrаt fоrmаlı vestibüldən, xidməti оtаqdаn və tахçаlı ibаdət zаlındаn ibаrətdir. Məscidin memаrlıq-kоnstruktiv quruluşu yerli üslublаrın sаrsılmаzlığını qоruyаrаq və оnlаrа sаdiq qаlаrаq dаş qübbələrdən və çаtmа fоrmаlı tаğlаrdаn ibаrətdir. Sаdə ifаdə оlunmuş tаclı giriş və "Qurаn" məzmunlu, eləcə də memаr hаqqındа məlumat verən epiqrаfik yazı məscidin yüksək dəyərini göstərir. İbаdət zаlının interyerində, künclərin birində memаrın və onun həyаt yоldаşının məzаrı yerləşir.
Hacınskinin evi (İçərişəhər)
İsa bəy Hacınskinin evi — Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 103 ünvanında yerləşir. Evin memarı Misak Ter-Krikoryants olmuşdur. == Tarixi == Bina 1912-ci ildə tikilib. Zəngin Hacınskilərin şəhərdə bir neçə yerdə mülkləri vardı, məsələn, Bül-Bül prospekti, Füzuli küçəsi ünvanındakıları göstərmək olar. Bunlardan ən əzəmətlisi "Hacınskinin evi" kimi tanınan və Qız qalasının yaxınlığında yerləşən binadır. Bakı bulvarının salınmasında İsa bəy Hacınski çoxlu pul xərcləmişdi, ona görə də mülkünü məhz dəniz kənarında tikdirməyi qərara gəlir. İmarətin girəcəyində, iki tərəfdə mərmərdən yonulmuş aslan heykəlləri var idi. Təəssüf ki, 1918-ci il mart hadisələri zamanı bu aslan heykəlləri atılan düşmən qumbaralarından parça-parça olub. Hətta İsa bəy Hacınski bina tam hazır olduqdan sonra memara vəd etdiyi məbləğdən artıq pul verir, çünki bina onun çox xoşuna gəlir, memarın işindən razı qalır. Məbləğ o qədər böyük olur ki, həmin memar Almaniyanın Berlin şəhərində bu pullara bir imarət ucaldır.
Həzrəti Əli məscidi (İçərişəhər)
Seyid Yəhya Murtuza məscidi və ya Həzrət Əli məscidi — İçərişəhərdə yerləşən XVII əsrə aid ölkə əhəmiyyətli tarix-memarlıq abidəsi, məscid. Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra məscid yenidən fəaliyyət göstərməyə başlayıb. == Tarixi == Məscid XVII əsrdə İçərişəhərdə indiki Asəf Zeynallı küçəsində tikilib. Məscidi Seyid Yəhya Murtuza öz şəxsi vəsaiti hesabına tikdirib və özü din xadimi kimi məsciddə axund olaraq fəaliyyət göstərib. Vəsiyyətinə görə dünyasını dəyişdikdən sonra məscidin həyətində dəfn edilib. Hal-hazırda qəbri məscidin giriş qapısının yanında yerləşir. Planda kvadrat formalı olub mərkəzi günbəzlidir. Cənub divarında stalaktit yaruslu mehrabı var. Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar.
Mədrəsə-məscid (İçərişəhər)
Mədrəsə-məscid — Bakı şəhərinin ən qədim hissəsi İçərişəhərdə yerləşən, artıq mövcud olmayan Came məscidinin hücrə qalıqlarından biri olan və bir müddət mədrəsə-məscid kimi fəaliyyət göstərmiş, indi isə dükan olan tarixi abidə. Son orta əsrlərdə əsasən məscid-mədrəsə kimi fəaliyyət göstərmiş bu abidə İçəri Şəhərdə mövcud olmuş Came məscidinin hal-hazıra qədər qalmış hücrələrindən biridir. Hücrələr XV əsrdə Came həyətində tədris məqsədilə inşa olunmuşdur. İçəri Şəhər Asəf Zeynallı küçəsinin genişlənməsi və yol-tikinti işlərilə əlaqədar XIX əsrin ortalarında Came məscidinin hücrələri dağıdılmış, salamat qalmış hücrələrdən biri məscid mədrəsə kimi istifadə edilmişdir. Məscid mədrəsənin girişinin portalında digər hücrələr ilə əlaqə yaradan çıxıntı ilə bərabər memarlığın əsas prinsipləri – daş üzrə oymalar, geniş naxış palitrası, bədii epiqrafika və s. əks olunmuşdur. Əsasən daş üzərində tikinti və naxış işlərinin keyfiyyəti mükəmməldir. İmamqulu məktəb-məscidi "MƏDRƏSƏ MƏSCİD" (az.). icherisheher.gov.az. 2017-01-19 tarixində orijinalından arxivləşdirilib.
Su kəməri və kanalizasiya (İçərişəhər)
Su kəməri və kanalizasiya — İçərişəhərdə tapılmış ölkə əhəmiyyətli abidə. 1924-cü ildə arxeoloq Sısoyevin başçılığı altında aparılmış arxeoloji qazıntılar nəticəsində bu kəmərin Qız qalasından bir neçə metr şimal tərəfdə keçdiyi müəyyənləşmişdir. 1964-cü ildə Sıratağlı qədim abidənin həyətində Ö. İsmizadə və F. İbrahimovun başçılığı altında aparılan arxeoloji qazıntı və kəşfiyyat zamanı, eləcə də torpaq təmizlənməsi zamanı tüng (saxsı) borulardan səliqə ilə çəkilmiş yeraltı memarlıq tikilisi aşkar olunmuşdur. Sıratağlı abidənin dini əhəmiyyət daşıyan müqəddəs bir yer olmasını nəzərə alsaq, bu qədim su xəttinin daha əvvəlki dövrlərə aid olduğu anlaşılır. Bu su kəməri şimal-qərb və cənub istiqamətində yerləşib Qız qalasına doğru davam edir. "SU KƏMƏRİ VƏ KANALİZASİYA" ( (az.)). icherisheher.gov.az. 2015-06-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-29.
Təkiyə (İçərişəhər)
Təkiyə — İçərişəhərdə Böyük Qala küçəsində yerləşən abidə. Abidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Bina XIII əsrdə tikilib. 1967-ci ildə təkiyənin ətrafında arxeoloji qazıntılar aparılıb. Təkiyə 1970-ci illərdə bərpa edilib. Azərbaycan yenidən öz müstəqilliyini bərpa etdikdən sonra bu binada xalça dükanı fəaliyyət göstərir. Dərvişlərin ibadət etdiyi yerləş təkyə adlanır. Bina həm dərvişlərin ibadət etdiyi yer kimi həm də məhəllə məscidi kimi fəaliyyət göstərib. Təkiyənin fasadı cənuba – Qız Qalasına baxır. Tək otaqdan ibarət olan təkiyənin qeyri-adi planı, eləcə də kvadrata daxil edilmiş və pilləli qübbələr sistemi ilə örtülmüş ibadət zalı var.
Xanlar məscidi (İçərişəhər)
Хanlar məscidi — İçərişəhərdə yerləşən XIX əsrə aid tarix-memarlıq abidəsi. Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Sovet işğalından sonra məsciddə ibadət dayandırılıb. Hazırda yaşayış evi kimi istifadə olunur. Xanlar məscidi XIX əsrin sonunda Хanlarov qardaşlarının sifarişi ilə İçərişəhərdə evlərinin yaxınlığında tikilib. Məscidin memarı Məşədi Mirzə Qafar İsmayılovdur. Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1933-cü ildə isə 17 idi. Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
İmam Əli məscidi (İçərişəhər)
Seyid Yəhya Murtuza məscidi və ya Həzrət Əli məscidi — İçərişəhərdə yerləşən XVII əsrə aid ölkə əhəmiyyətli tarix-memarlıq abidəsi, məscid. Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra məscid yenidən fəaliyyət göstərməyə başlayıb. Məscid XVII əsrdə İçərişəhərdə indiki Asəf Zeynallı küçəsində tikilib. Məscidi Seyid Yəhya Murtuza öz şəxsi vəsaiti hesabına tikdirib və özü din xadimi kimi məsciddə axund olaraq fəaliyyət göstərib. Vəsiyyətinə görə dünyasını dəyişdikdən sonra məscidin həyətində dəfn edilib. Hal-hazırda qəbri məscidin giriş qapısının yanında yerləşir. Planda kvadrat formalı olub mərkəzi günbəzlidir. Cənub divarında stalaktit yaruslu mehrabı var. Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar.
İçəribazar
İçəri bazar (Qax qala qapıları və divarları) — Qax şəhərinin mərkəzində yerləşir. XVIII əsrin I yarısında inşa olunmuş, XIX əsrdə ruslar tərəfindən təmir edilmişdir. Əvvəllər xalq arasında İçəribazar adlanan (indi İcəribazar küçəsidir) məhəlləni əhatə edən qala divarları və bürclərlə əhatələnmiş qala qapılarından ibarətdir. Bəstəkar Müslüm Maqomayevin atasının emalatxanası bu məhəllədə yerləşir.
İçəridə (teleserial, 2016)
İçəridə – 2016-cı ildə yayımlanmağa başlayan Türkiyə teleserialı. Sarp Yılmaz ilk olaraq polis məktəbini bitirib. Serial məktəbin buraxılış mərasimi ilə başlayır. Sarpın daha əvvəl qaçırılan əkiz qardaşı Umut Mertdə sonradan Mert adı ilə tanınan eyni polis məktəbində oxuyur. Həyatına qədəm qoyan Mələk sayəsində Mert küçələrdən qurtularaq polis məktəbinə başlayır. Sarp və Umutun illər əvvəl törətmədikləri cinayətə görə atalarının qandallanaraq götürülməsinə şahid olmaları həyatlarının ən böyük faciələrindən biri olub. Ataları həbs olunduqdan sonra Umutun qaçırılması iki qardaş arasındakı bağı tam pozmasa da, illər sonra hər ikisi polis olmağı seçmiş və bir-birindən xəbərsiz eyni məktəbdə tanış olmuşlar. Polis Akademiyasının buraxılış mərasimi gələndə Sarpın müəllimi Yusuf Kaya onun zərərli oyunlarını üzə çıxararaq atasına meydan oxuyur. Məktəbdən qovulacağını son anda öyrənən Sarp mərasimdə müəlliminə silah dartıb və daha sonra həbsxanaya düşüb. Sarpı müdafiə etməyə gələn vəkil həmin vaxt qardaşı Mertə kömək edən Mələkdir.
Gileyli məscidi (İçərişəhər)
Gileyli məscidi və ya Comərd Gəray məscidi — İçərişəhərdə yerləşən ölkə əhəmiyyətli tarix-memarlıq abidəsi, məscid. Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. == Tarixi == Gileyli məscidi iki mərhələdə tikilmişdir: 1309-cu ildə Şirvanşahlar dövründə, sonra isə XIX əsrin ikinci yarısında. == Haqqında == Köhnə hissə xaçgünbəzli kompozisiya sistemini təşkil edir. Burada xaçın qolları dərin qübbələrdir, künclərdə isə kiçik otaqlar yerləşir. Dəqiq proporsiyalı, memarlıq elementləri və detalları ilə profillənmiş və naxışlanmış mehrab, həcmli kütlələrinin sərtliyi və tektonilliyi ilə fərqlənən ibadət zalının daxili interyerini zənginləşdirir. Məscidə əlavə tikilmiş yeni hissə planlaşdırılma sxeminin vəhdətini pozmur, əksinə ibadət zalının rahatlıq imkanlarını genişləndirərək, qübbəli, taclı və çatma formalı künbəzi daxili məkanın formalaşmış memarlıq mühitini təkrarlayaraq, onun kompozisiya strukturuna ayrılmaz surətdə daxil olur. Burada avropasayağı memarlıq üsullarını ifadə edən yeni formalar tətbiq olunub. Daha qabarıq şəkildə bu öz əksini fasadın quruluşunda tapıb. Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar.
Məktəb-məscid (İçərişəhər)
İmamqulu məktəb-məscidi və ya sadəcə məktəb-məscid — İçərişəhərdə yerləşən ölkə əhəmiyyətli tarixi-dini abidə. 1646-ci ildə inşa edilmiş məktəb-məscid kvadrat formalı kiçik ibadət zalından və bir qədər irəli çıxan dördbucaqlı otaqdan ibarətdir. Məktəb-məscid ibtidai təhsil ocağı kimi fəaliyyət göstərmişdir. Ölkə əhəmiyyətli abidədir. 20 aprel 2015-ci il tarixli 113 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”nın “Memarlıq abidələri” bölməsinin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu” hissəsinə əlavə edilmişdir. Burada Azərbaycanın dekorativ tətbiqi sənət nümunələri və xalça məmulatları dükanı fəaliyyət göstərir. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, İçəri Şəhərin bərpa və konservasiyası üzrə ərazidə gedən bərpa işlərini YUNESKO-nun təşkilati dəstəyi ilə beynəlxalq ekspertlər qrupu tərəfindən hazırlanmış “Master Plan”a əsasən həyata keçirir. 2010-cu ildə növbəti, ölkə əhəmiyyətli memarlıq abidəsi olan Məktəb-məsciddə müasir texnologiyaların köməyi ilə yerli mütəxəssislər tərəfindən aparılmış bərpa işləri başa çatmışdır. Abidənin günbəzindəki çatlar aradan qaldırılaraq dam hissəsi möhkəmləndirilmiş, daxilində isə təmir-bərpa işləri aparılaraq, fasadı tarixi görkəminə qaytarılmışdır. "YARAT!" qeyri-kommersiya təşkilatının təşkilatçılığı ilə 2012-ci ildə bu abidədə rəssam Niyaz Nəcəfovun "Qırçılar" layihəsinin təqdimatı olub.
İçəridəki adam
İçəridəki adam (İngiliscə orijinal adı: Inside Man) — 2006-cı ildə Russell Gewirtz tərəfindən yazılmış və Spike Lee tərəfindən çəkilmiş triller-detektiv-dram filmidir. Hər şey adi bank quldurluğu kimi başlayır. Wall Streetin ən böyük korporasiyalarından birinin foyesində özünü rəngsaz kimi təqdim edən dörd quldur 50 nəfəri girov götürəndə, polis adi prosedura qaydalarına əməl edir və quldurlarla danışıqlar aparmaq üçün iki detektiv təyin olunur. Zaman keçdikcə detektivlər başa düşürlər ki, quldurlardan həmişə bir addım geridə qalırlar. Hər vəziyyətdə işə yarayan planlar alt-üst olur və zaman keçdikcə çarələr tükənməyə başlayır. Bank müdiri baş verənlərlə çox ciddi şəkildə maraqlanır. Bu vaxt bir makler soyğunçularla təkbətək görüş tələb edir.
İçərişəhər DTMQİ
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi — İçərişəhər ərazisindəki abidələrin və bütövlükdə memarlıq-şəhərsalma kompleksinin lazımi səviyyədə qorunub saxlanması üçün özündə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının funksiya və səlahiyyətlərini birləşdirən qurumdur. Hazırda ərazisi 22 hektar təşkil edən İçərişəhərdə təqribən 1300 ailə yaşayır. Burada yüzlərlə tarixi abidə yerləşir, onlardan 4-ü dünya, 28-i ölkə əhəmiyyətlidir. İçərişəhərdə bir neçə muzey, 20-yə yaxın hotel, yüzlərlə iaşə və ticarət obyektləri də fəaliyyət göstərir. 2005-ci il fevralın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yaradılması haqqında" sərəncama əsasən yaradılmışdır. "İçərişəhər" kimi tanınan tarixi məhəllə Bakının ən qədim hissəsi, həmçinin tarixi-memarlıq qoruğudur. Qoruq ərazisi hələ tunc dövründən məskunlaşmışdır. Arxeoloji tədqiqatlar nəticəsində müəyyənləşdirilmişdir ki, artıq VIII–IX əsrlər ərzində İçərişəhər ərazisi sıx məskunlaşmış, burada sənətkarlıq və ticarət inkişaf etmişdir. XV əsrdə Şirvanşahların öz iqamətgahlarını Şamaxıdan Bakıya köçürməsindən sonra İçərişəhərin həyatında "kristallaşma" dövrü başlamışdır. 1748–1806-cı illərdə Bakı və onun mərkəzi olan İçərişəhər Bakı xanlığının paytaxtı olmuşdur.

Digər lüğətlərdə