Çinarə Məlikzadə
Çinarə Məlikzadə (11 oktyabr 1990, Bakı) — Azərbaycanlı müğənni, aktrisa. Mustafa Ceceli, Haluk Levent, Rafet El Roman kimi sənətçilər ilə duetlər ifa edib və birlikdə səhnəyə çıxıb.
Çinarə Məlikzadə 11 oktyabr 1990-cı ildə Bakıda anadan olub. Kiçik yaşlarından musiqiyə maraq göstərən Çinarə Məlikzadə xalq artisti Oqtay Zülfiqarovdan xanəndəlik dərsi alıb və musiqi məktəbində fortepiano üzrə oxuyub. 2008–2012-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirib. "Pöhrə", "Yeni Ulduz", "O səs Türkiye" kimi bir çox müsabiqələrdə iştirak edib.
Çinarə Məlikzadə "Gedək üzü küləyə" mahnısı ilə məşhurlaşdıqdan sonra solo fəaliyyətə başlayıb. O, hazırda həm filmlərə çəkilir, həm də solo ifaçıdır.
Mustafa Ceceli, Haluk Levent, Rafet El Roman kimi sənətçilər ilə duetlər ifa edib və birlikdə səhnəyə çıxıb.
Vətən müharibəsi dövründə ifa etdiyi "Azərbaycan" mahnısı ilə məşhurlaşıb.