Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kürəkən
Kürəkən — Bir insanın qızının, bacısının, ümumən bir qızın qohumları tərəfindən ərinə müraciəti. Məsələn:Mahmud kürəkən, Əhməd kürəkən və s. "Kürəkən" sözü bəzi yerlərdə "yeznə" kimi də deyilir.
Dürmək
Dürmək — Azərbaycan milli mətbəxinə daxil olan qəlyanaltı növlərindən biri. Adətən səhər yeyilir. Tez və asan hazırlanması ilə seçilən yeməkdir. == Haqqında == Dürməyin iki forması məlumdur: bükmə dürmək və cibli dürmək. Bükmə dürməkdə yaxma ərzaq (pendir, göyərti, qızardılmış ət, yumurta və s.) yuxanın bir qırağına qoyulur, yuxanı alt tərəfdən bir az içliyin üzərinə büküb dürməkləyirlər. Alt tərəfi də qatlandığı üçün içlik tökülmür. Silindr şəklində bükülmüş, bürmələnmiş bu yemək çox ləzzətli olur. Çox vaxt quymaq, halva, eləcə də pendir, yağ, şor və s. ağartı məhsulları bu qayda ilə dürmək edilərək yeyilir. Azərbaycanın bir çox bölgələrində yas üçün bişirilən halvalar yuxaya bükülərək süfrəyə qoyulur.
Kərmək
Dəvəayağı, dəvəqulağı və ya kərmək (lat. Limonium) - plumbaqokimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == (?)Meyer dəvəayağı (Limonium meyeri (Boiss.) O. Kuntze) == İstinadlar == == Həmçinin bax == Dəvəayağı:The Plant List saytında takson barədə məlumat.
Kürək
Bel (lat. dorsum) — bədənin arxa hissəsi, boynun alt hissəsindən aşağı lumbara qədər uzanır. Bel onurğa, qabırğaların posterior parçaları, həmçinin onların üzərində yerləşən yumşaq toxumalar ilə formalaşır. Belin mərkəzində yuxarıdan aşağıya doğru nəzərə çarpan bir şırım olur və orada onurğa və fəqərə görünür. Hər iki tərəfdə bel boyunca işləyən əzələlərin laxtası ilə məhdudlaşır. Güclü bel əzələləri beş təbəqədən ibarətdir və onurğanı dəstəkləmək, uzatmaq və fırlatmaq, qabırğaları qaldırmaq və aşağı salmaq, çiyinləri və qolları hərəkət etdirməyə xidmət edir.
Kürmük kilsəsi
Kürmük məbədi (gürc. ქურმუხის წმინდა გიორგის ეკლესია, Müqəddəs Georgi Kilsəsi) — Azərbaycanın Qax rayonu ərazisində vaxtilə mövcud olmuş qədim alban məbədinin (I-III əsrlədə mövcud olub) qalıqları üzərində XIX əsrdə Çar Rusiyası tərəfindən bölgəni xristianlaşdırmaq və dini dayaq yaratmaq məqsədilə inşa olunmuş kilsədir . == Etimologiyası == Dilçi alim Zaza Aleksidzenin fikrincə Kürmük adı udicə "kur" (quyu, çuxur, çala) və "-mux" isə Qafqaz Albanlarının dilində çoxluq mənasını qatan şəkilçidir. Onun fikrincə, Kürmük Müqəddəs Yeliseyin bütpərəstlərlə qarşılaşıb öldürüldüyü Zerqoyn düzünün xristianlıqdan sonrakı adıdır. == Tarixi == 2006-cı ilin sentiyabrında məbədin cənub ərazisində aparılan arxeoloji qazıntılar zamanı 4 dəfə (I-III əsrlər, IV-VII əsrlər, VIII-XI əsrlər və XIX) mərhələli şəkildə müxtəlif vaxtlarda əsrlərdə yenidənqurma-bərpa işlərinə məruz qalması məlum olmuşdur. Ərazidə aparılan arxeoloji qazıntılar zamanı müəyyən olunmuşdur ki, kilsə qədim məbədin qalıqları üzərində inşa olunmuşdur. Kilsənin adı Gürcü mənbələrində ilk dəfə 1310-cu ildə Gürcü patriarxı III Evktim (1310-1325) tərəfindən ziyarət olunarkən xatırlanır. Maqelaşvili İncilləri adlanan bu mənbəyə görə patriarx Kiş-Kürmük arxiyepiskopu Kirill Donaurini ziyarət etmiş, ona tapşırıqlar vermişdi.Kilsə 1614-1617-ci illərdə Şah Abbasın yürüşü zamanı dağıdılıb, İlisu sultanlığını işğal edən Çar Rusiyası isə xristianlığı yaymaq üçün "Qafqazda Xristianlığın Bərpası İdarəsi" vasitəsilə qədim məbədin qalıqları üzərində yeni kilsə tikmişdir. Kilsənin bərpası 1891-ci ildə başlayıb və 1894-cü ildə bitirilib. Kilsənin ilk rəhbəri Mixail Kuloşvili (1825-1918) təyin edilib.
Kürmük məbədi
Kürmük məbədi (gürc. ქურმუხის წმინდა გიორგის ეკლესია, Müqəddəs Georgi Kilsəsi) — Azərbaycanın Qax rayonu ərazisində vaxtilə mövcud olmuş qədim alban məbədinin (I-III əsrlədə mövcud olub) qalıqları üzərində XIX əsrdə Çar Rusiyası tərəfindən bölgəni xristianlaşdırmaq və dini dayaq yaratmaq məqsədilə inşa olunmuş kilsədir . == Etimologiyası == Dilçi alim Zaza Aleksidzenin fikrincə Kürmük adı udicə "kur" (quyu, çuxur, çala) və "-mux" isə Qafqaz Albanlarının dilində çoxluq mənasını qatan şəkilçidir. Onun fikrincə, Kürmük Müqəddəs Yeliseyin bütpərəstlərlə qarşılaşıb öldürüldüyü Zerqoyn düzünün xristianlıqdan sonrakı adıdır. == Tarixi == 2006-cı ilin sentiyabrında məbədin cənub ərazisində aparılan arxeoloji qazıntılar zamanı 4 dəfə (I-III əsrlər, IV-VII əsrlər, VIII-XI əsrlər və XIX) mərhələli şəkildə müxtəlif vaxtlarda əsrlərdə yenidənqurma-bərpa işlərinə məruz qalması məlum olmuşdur. Ərazidə aparılan arxeoloji qazıntılar zamanı müəyyən olunmuşdur ki, kilsə qədim məbədin qalıqları üzərində inşa olunmuşdur. Kilsənin adı Gürcü mənbələrində ilk dəfə 1310-cu ildə Gürcü patriarxı III Evktim (1310-1325) tərəfindən ziyarət olunarkən xatırlanır. Maqelaşvili İncilləri adlanan bu mənbəyə görə patriarx Kiş-Kürmük arxiyepiskopu Kirill Donaurini ziyarət etmiş, ona tapşırıqlar vermişdi.Kilsə 1614-1617-ci illərdə Şah Abbasın yürüşü zamanı dağıdılıb, İlisu sultanlığını işğal edən Çar Rusiyası isə xristianlığı yaymaq üçün "Qafqazda Xristianlığın Bərpası İdarəsi" vasitəsilə qədim məbədin qalıqları üzərində yeni kilsə tikmişdir. Kilsənin bərpası 1891-ci ildə başlayıb və 1894-cü ildə bitirilib. Kilsənin ilk rəhbəri Mixail Kuloşvili (1825-1918) təyin edilib.
Kürəkən Abdullah Paşa
Kürəkən Abdullah Paşa (ö. may 1735) — Osmanlı sultanı III Əhməd və I Mahmud dönəmlərində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi. Əslən türk olub, Aydında doğulmuşdur. Bölgənin tanınmış ailələrindən olduğu üçün qısa zamanda yüksəlmiş, 1720-ci ilin yanvarında Aydın bölgəsinin vergi məmuru olmuşdur. Cəsurluğu və hərbi sahədəki qabiliyyəti səbəbilə 1726-cı ilin fevralında vəzirlik rütbəsi aldı. Bu vəzifədə ikən 1 iyun 1728-ci ildə Sultan Mustafanın qızlarından Əminə Sultanla nigahlandı. 1731-ci ildə Şam, 1732-ci ildə Hələb, 1734-cü ildə isə Aydına təyin olunur. 1735-ci ilin mayında vəfat etmişdir. == Mənbə == Sicill-i Osmani I cild, səh.
Kürəkən Cəfər Paşa
Kürəkən Cəfər Paşa (ö. 1610) — III Murad, III Mehmed və I Əhməd səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi. == Həyatı == Doğum tarixi və əsli haqqında məlumat yoxdur. Kiçik yaşlarında Əndəruna alınaraq təhsil almış, ardından sarayda baş çuxadarlığa qədər yüksəlmişdir. 1586-cı ildə yeniçəri ağası, 1588-ci ildə isə Anadolu və 1590-cı ildə Rumeli bəylərbəyi təyin edilmişdir. 1594-cü ildə Sultan Murad tərəfindən divan vəzirliyinə yüksəlmişdir. 1598-ci ilin mayında Misir bəylərbəyliyinə gətirildi və 3 il burada fəaliyyət göstərdikdən sonra 1601-ci ilin iyulunda vəzifədən alınaraq divandakı vəzifəsinə davam etdi. Bu vəzifəsi davam edərkən Sultan Mehmed vəfat etmiş, yerinə 13 yaşlı oğlu Sultan Əhməd taxta çıxmışdır. Məhz onun səltənətinin ilk ilində 1604-cü ilin dekabrında Sultan Muradın qızlarından Fatma Sultanla nigahlandı. Bu nigahdan övladı olmamışdır.
Kürəkən Fərid Paşa
Kürəkən Fərid Paşa (d. 1853 - ö. 6 oktyabr 1923) — VI Mehmed Vahidəddinin səltənətində 2 dəfə - ümumlikdə 1 il 1 ay 15 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. == Həyatı == Kürəkən Fərid Paşa Osmanlı İmperyasinin son baş vəzirlərindən biri olub, diplomatik fəaliyyəti boyunca Paris, Berlin, Peterburq və London səfirliklərində çalışıb. Istiqlal Döyüşü zamanı ingilis tərəfdarı kimi bir çox cəhdlər edən və xain kimi qələmə verilən Kürəkən Fərid Paşa Sultan II. Əbdülhəmidin qızı ve Mehmetin bacısı Mediha Sultan ilə evlənərək qısa müddətdə baş vəzir oldu. == Ailəsi == Kürəkən Fərid Paşanın atası dövlət məclisinin üzvü Seyyid Həsən İzzət Əfəndidir. Ailəsinin əslən Qaradağın Poşası kəndindən olduğu deyilir. == Mənbə == Ali Birinci, Hürriyet ve İtilâf Fırkası, Dergâh Yay. 1990, sf. 48-49 ve 55-64 Murat Bardakçı, Şahbaba, Pan Yay.
Kürəkən Həmid Əfəndi
Kürəkən Həmid Əfəndi (1494, Konya – 16 oktyabr 1577, Konstantinopol) — Osmanlı alimi və şeyxülislamı. == Həyatı == Hicri 900-cü ildə (1494/1495) Konyada dünyaya gəlmişdir. Atası Beyşəhər qazısı Mehmed Əfəndidir. 22 yaşında İstanbula gəlmiş, Çivizadə Muhiddin Əfəndi, Sədi Əfəndi və Həsən Əfəndidən dərs aldı. Bir müddət başqazı Əbdülqədir Əfəndinin xidmətinə girdi. Təhsilini tamamladıqdan sonra sırayla Bursada Molla Hüsrəv və Bəyazid Paşa, Kütahyada Gərmiyanoğlu, yenə Bursada Əhməd Paşa mədrəsələrində müdərris oldu. 1541-ci ildə İstanbulda Davud Paşa mədrəsəsinə müdərrisliyə gətirilmiş, həmin il şeyxülislam Çivizadə Muhiddin Əfəndinin qızıyla evlənərək "Çivizadə kürəkəni" təxəllüsü aldı. Həmid Əfəndi daha sonra Qəbzədə Mustafa Paşa mədrəsəsinə müdərris, 1547-ci ildə Manisa müftüsü, ertəsi il İstanbulda Şahzadəbaşı mədrəsəsinə müdərris oldu. 1549-cu ildə Dəməşq, bir il sonra Misir qazısı olan Həmid Əfəndi bu əsnada həcc ziyarətinə getdi. 1553-cü ildə Ayasofya mədrəsəsinə müdərris, ertəsi il Bursa və 1556-cı ildə İstanbul qazısı, 1557-ci ildə Rumeli başqazısı oldu və 9 il bu vəzifədə qaldı.
Kürəkən Həsən Paşa
Kürəkən Həsən Paşa (1658 – 1713, Ər-Rəqqə) — III Əhməd səltənətində 10 ay 11 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. == Həyatı == == Mənbə == Naîmâ, Târih, VI (ilâve kısım), s. 3-4; Silâhdar, Târih, II, 296-297, 300, 498, 788-790; a.mlf., Nusretnâme, I/1, s. 27-33, 110, 115; Şeyhî, Vekāyiu’l-fuzalâ, II-III, 434-435; Dilâverzâde Ömer Efendi, Hadîkatü’l-vüzerâ Zeyli, Freiburg 1969, s. 3-5; Ayvansarâyî, Hadîkatü’l-cevâmi‘, II, 231, 232; Hammer, HEO, XII, 315-316, 361-363, 428; Atâ Bey, Târih, II, 2-3, 75-76; Sicill-i Osmânî, II, 146-147; Tanışık, İstanbul Çeşmeleri, II, 294, 297; Uzunçarşılı, Osmanlı Tarihi, IV/2, s. 273-276; Danişmend, Kronoloji, III, 457, 476; V. J. Parry, “Ḥasan Pas̲h̲a, Damad”, EI2 (İng.), III, 252.
Kürəkən Mehmed Paşa
Kürəkən Mehmed Paşa (ö. avqust 1592) — Osmanlı sultanı III Murad və III Mehmedin dönəmində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi. Əslən boşnak olub, III Mehmed dönəmi sədrəzəmlərindən İbrahim Paşanın qardaşıdır. Əndərunda yetişərək Şəhrizor bəylərbəyliyi ilə saraydan ayrılmışdır. Bir müddət sonra vəzifədən alınaraq İstanbula çağırılmış, 1581-ci ildə Şahzadə Mehmedin qızı Hümaşah Sultanla nigahlanmışdır. Bi nigahdan bir oğlu dünyaya gəlmişdir. 1592-ci ilin avqustunda İstanbulda vəfat etmiş, cənazəsi Şahzadəbaşı məscidinin bağçasına dəfn edilmişdir. == Mənbə == Sicill-i Osmani IV cild, səh.
Kürəkən Numan Paşa
Kürəkən Numan Paşa (ö. 1784) — Osmanlı sultanı I Mahmud, III Osman və III Mustafa dönəmlərində müxtəlif dövlət vəzifələrində xidmət etmiş dövlət xadimi. Saloniki əyanından Hacı Seyid Əhməd ağanın oğlu olub, gənc yaşlarında İstanbula göndərilərək saraya təhvil verilmişdir. Əndərunda yetişmiş, 1738-ci ildə ikinci miraxur, ardından qapıçılar kənxudası olmuşdur. Daha sonra 16 dekabr 1748-ci ildə Sultan Əhmədin qızlarından Zübeydə Sultanla nigahlandı. Cütlüyün toy mərasimi 6 yanvar 1749-cu ildə İstanbulda baş tutdu. Nigahın ardından vəzirliklə Saloniki valisi təyin edildi və ard-arda təyinatlarla Rumelidəki müxtəlif əyalətlərdə xidmət etdi. 1751-ci ilin fevralında Hotin, 1752-ci ilin martında Vidin, 1753-cü ilin mayında Belqrad, 1754-cü ilin martında yenidən Saloniki sancaqbəyi oldu. 1756-cı ildə xanımının vəfatından sonra gözdən düşdü. Son təyinat yeri olan Adanadan gələn şikayətlər üzərinə vəzifədən alınaraq vəzirliyi əlindən alındı.
Kürəkən Nuri Paşa
Mehmed Nuri Paşa (d. 1840 - ö. 21 iyul 1890) — Osmanlı sultanı Sultan Əbdülməcid və Sultan Əbdüləziz dönəmində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi. Atası Sultan Əbdülməcid dönəmi dövlət adamlarından Arif Paşa idi. Gənc yaşda saraya girdiyi bilinsə də, tutduğu vəzifələr haqqında yetərli məlumat yoxdur. 24 mart 1859-cu ildə Sultan Əbdülməcidin qızlarından Fatma Sultanla nigahlandı. Nigahın ardından sultanın Baltalimanındakı sarayında yaşamağa başlayan cütlüyün Sultanzadə Mehmed Fuad bəy (ö. iyul 1862) adlı oğlu və Əminə Lütfiyə xanım Sultan (ö. 13 avqust 1865) adlı qızı dünyaya gəlsə də, hər iki övladı uşaq yaşlarında vəfat etdi. 30 may 1876-cı ildə Sultan Əbdüləzizin taxtdan endirilməsi və 5 gün sonra tutulduğu Fəriyə sarayında şübhəli şəkildə qətlə yetirilməsində yaxından iştirak etdi.
Kurzeme
Kurzeme (latış. Kurzeme‎; liv. Kurāmō; alm. və isv. Kurland; lat. Curonia / Couronia; lit. Kuršas; est. Kuramaa; pol. Kurlandia; rus. Курляндия/Курземе; belar.
Kürəkən Osman Paşa
Kürəkən Osman Paşa (ö. 1724) — Osmanlı sultanı II Mustafa və III Əhmədin dönəmlərində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi. Əslən Kanijalı olub, Əndərunda yetişmişdir. 1695-ci ildə baş silahdar olmuş, həmin ilin aprelində vəzirliklə Şam valisi təyin edilmişdir. 1696-cı ilin oktyabrında Hələb, 1698-ci ildə Van bəylərbəyi olaraq xidmət etmişdir. Bu vəzifədə ikən Gürcüstan üzərinə göndərilən orduya sərdar olaraq təyin edilmişdir. 1699-cu ildə Konya, 1700-cü ildə yenidən Van, 1701-ci ildə isə Kipr əyalətlərinə hakim oldu. Ardından 1703-cü ildə vəzir-i salis (üçüncü vəzir) ünvanıyla divana daxil oldu. 1705-1708-ci illərdə Bosniya bəylərbəyi olaraq xidmət etmişdir. 1709-cu ildə Çərkəz İbrahim Paşa və Fatma Sultanın qızı Ruqiyyə xanım Sultanla nigahlanmışdır.
Kürəkən Süleyman Paşa
Kürəkən Süleyman Paşa (osm. العريس سليمان باشا) (ö. 28 iyul 1748) — Osmanlı sultanı IV Murad, Sultan İbrahim və IV Mehmed dönəmlərində müxtəlif dövlət vəzifələrində xidmət etmiş dövlət xadimi. Əsli, doğum tarixi və saraya necə alındığı məlum deyil. Əndərunun bostancı bölüyündə yetişmiş, 1738-ci ilin mayında Ədirnə sarayının başbostancısı təyin edildi. 7 fevral 1744-cü ildə vəzir rütbəsi alaraq Hotin qalasının mühafizəsiylə vəzifələndirildi. Ardından 1745-ci ilin aprelində Bosniya, 1746-cı ilin noyabrında isə Anadolu bəylərbəyi təyin edilir. Bu vəzifədə ikən 6 yanvar 1748-ci ildə Osmanlı sultanı III Əhmədin qızı Zübeydə Sultanla nigahlandı. Ancaq geri dönüş yolunda ikən həmin ilin 28 iyulunda vəfat etdi. Öncəki evliliyindən Seyid Əhməd Paşa adlı oğlunun olduğu bilinir.
Kürəkən Sənan Paşa
Kürəkən Sənan Paşa (osm. دمة سنان باشا; v. 12 yanvar 1504, Konya və ya Anadolu əyaləti) — Osmanlı sultanı II Bəyazid dönəmində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi. Əsli, doğum tarixi və saraya necə alındığı məlum deyil. 1492-ci ildə Əndərundakı təhsilini tamamlamış və Gəlibolu sancaqbəyliyi ilə kaptan-ı dərya təyin edilmişdir. Ardından II Bəyazidin qızlarından Ayşə Sultanla evləndirilmiş və bu nikahdan 6 övladı dünyaya gəlmişdir. 1493-cü ildə kaptan-ı dəryalıqdan alındı və bir müddət dövlət vəzifələrindən uzaq tutuldu. 1501-ci ildə Anadolu bəylərbəyi təyin edilsə də, çox keçmədən 12 yanvar 1504-cü ildə Konyada vəfat etdi. == Övladları == Sultanzadə Əhməd bəy — Vize sancabəyi oldu və 1506-cı ilin yanvarında Rumeli bəylərbəyi Həsən Paşanın qızıyla evləndi və bir qızı dünyaya gəldi. Gövhərxan Sultan Ayşə xanım Sultan — Ankara sancaqbəyi Dukakinzadə Əhməd bəylə evləndi.
Kürəkən Xəlil Paşa
Maraşlı Xəlil Paşa (1570, Qəhrəmanmərəş ili – 1629, Konstantinopol) — I Əhməd, I Mustafa, II Osman və IV Murad səltənətlərində 2 dəfə — ümumilikdə 3 il 7 ay 7 gün müddətində sədrəzəm olmuş Osmanlı dövlət adamı. == İlk illəri == Qəhrəmanmaraşın Süleymanlı qəsəbəsində yaşayan erməni əsilli bir ailədə dünyaya gəlmişdir. Böyük qardaşı III Muradın yavəri Bəylərbəyi Mehmed Paşa idi. Əndərunda təhsil almış, əvvəlcə şahinçibaşı, daha sonra isə çarkaçıbaşı olaraq sarayda xidmət göstərdi. 1607-ci ilin iyul ayında Maryol Hüseyn Paşanın yerinə yeniçəri ağası seçildi və saraydan ayrıldı. Bu vəzifədə ikən Cəlali üsyanlarının yatırılmasında Quyucu Murad Paşaya dəstək vermişdir. Həmin illərdə kaptan-ı dərya olan Hafiz Əhməd Paşa ilə aralarında olan münaqişə səbəbilə Quyucu Murad Paşa bu vəzifədə özünə sadiq bir dövlət adamı axtarırdı. Nəhayət 6 fevral 1609 tarixində Xəlil Paşa Əlcəzair bəylərbəyliyi və kaptan-ı dərya seçildi.Kaptan-ı dərya olduğu ilk ildə müsəlman gəmilərinə hücum edən maltalı və florensiyalı dəniz quldurlarına qarşı mübarizə apardı. Avropalıların "qırmızı kalyon", türklərin isə "qara cəhənnəm" olaraq adlandırdığı maltalı dəniz qulduru dəstəsinə qarşı başlatdığı 2 günlük dəniz döyüşündə qalib gəldi və 500 əsir, 2000 tüfəng, 160 top ələ keçirdi. Hətta Əlcəzairli dənizçi olan Cəfər ağa İspaniyanın Siciliya hakiminin oğlunu əsir aldı və bu uşaq daha sonralar Əndəruna gətirilərək dəvşirildi.
Kürəkən İbrahim Paşa
Kürəkən İbrahim Paşa, (d. ? - ö. 10 iyul 1601) Sultan III. Mehmed dönəmində 3 dəfə, ümumilikdə 3 il 11 ay 27 gün sədrəzəmlik etmiş Osmanlı dövlət adamıdır. Sultan III. Muradın qızı Ayşə Sultanla evlənməsi ilə Kürəkən olaraq anılan İbrahim Paşa Kanija qalasının fəth edilməsi səbəbilə "Kanija Fatehi" ünvanı ilə məşhurdur. == Sədrəzəmlikdən öncəki həyatı == İbrahim Paşanın doğum tarixi bilinməsə də, Nevizadə Atayinin qeydlərinə görə əslən bosniyalıdır. 1531-ci ildə dəvşirilərək Əndəruna daxil olmuşdur. Sultan III. Muradın cülus mərasiminə qədər rikapdarlığa, mərasimdən sonra silahdarlığa və 1580 tarixində yeniçəri ağalığına yüksəldi. 1581-ci ildə Rumeli bəylərbəyi oldu. Bundan 1 il sonra Sultan III. Muradın kəriməsi (qızı) Ayşə Sultanla nişanlandı.
Kürəkən İsmayıl Paşa
Kürəkən İsmayıl Paşa (ö. aprel 1666) — Osmanlı sultanı IV Mehmedin dönəmində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi. Əslən boşnak olub, Əndərunda yetişmiş, daha sonra baş qapıçı, baş çavuş və baş miraxur vəzifələrində çalışmışdır. Sultan Muradın xanımlarında Hasəki Sənubər Sultanın uzaq qohumu idi. 1657-ci ildə vəzirlik rütbəsi alaraq İstanbul naibi təyin edildi. 1658-ci ildə sədrəzəm Körpülü Mehmed Paşanın vasitəçiliyi ilə üsyançı Topal Kənan Paşadan boşandırılan Atikə Sultanla nigahlandı və üsyançı paşanı ələ keçirmək məqsədilə Anadolu müfəttişliyinə gətirildi. Bu vəzifədə ikən Anadoluda alovlu silahları topladaraq iğtişaşların önünü almağa çalışdı. Ertəsi il Topal Kənan Paşanın əcəcliylə vəfatının ardından geri çağırıldı və öncə Budin, daha sonra Bosniya əyalətinə təyin edildi. 1663-cü ilin martında ikinci dəfə İstanbul naibi seçildi. Həmin ilin avqustunda Özi, 1664-cü ildə isə Ərzuruma təyin edildi.
Kürəkən Əhməd Paşa
Kürəkən Əhməd Paşa (ö. 13 noyabr 1656) — Osmanlı sultanı Sultan İbrahim və IV Mehmedin dönəmlərində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi. Əslən abxaz olub, saraya necə alındığı bilinmir. Əndərunda yetişmişdir. Təhsilini tamamladıqdan sonra öncə miraxur, ardından 1651-ci ilin noyabrında baş miraxur oldu. 1653-cü ildə vəzifədən alınsa da, çox keçmədən vəzir rütbəsi alaraq Sultan İbrahimin qızlarından Ümmügülsüm Sultanla nigahlandı. Tamamilə formal olan nigahın ardından Əhməd Paşa Bozcaadanın mühafizəsiylə vəzifələndirilib paytaxtdan uzaqlaşdırıldı. Ancaq qalanı qoruya bilmədiyi üçün gözdən düşmüş, paytaxta çağırılaraq 13 noyabr 1656-cı ildə edam edildi. Övladının olub-olmadığı bilinmir. == Mənbə == Sicill-i Osmani I cild, səh.
Kürəkən Əli Paşa
Kürəkən Əli Paşa (ö. aprel 1744) — Osmanlı sultanı III Əhməd və I Mahmud dönəmlərində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi. Atası II Mustafa və III Əhməd dönəmlərində xidmət etmiş Qoca Abdi Paşa (ö. 13 noyabr 1722) idi. Müxtəlif dövlət vəzifələrində xidmət etdikdən sonra 1734-cü ilin dekabrında Əyriboz qalasının mühafizəsiylə vəzifələndirildi. Ardından 1737-ci ildə Diyarbəkir, 1738-ci ildə Rumeli, 1740-cı ildə Şam bəylərbəyi təyin edildi. Bu vəzifədə ikən 30 aprel 1740-cı ildə Sultan Əhmədin qızlarından Saliha Sultanla nigahlandı. 1742-ci ildə yenidən Diyarbəkir bəylərbəyi təyin edildi və 1744-cü ilin aprelində vəfat etdi. Öncəki evliliyindən Abdi Paşa adlı oğlunun olduğu bilinir. == Mənbə == Sicill-i Osmani I cild, səh.
Kürəkən Ələddin Paşa
Kürəkən Ələddin Paşa (ö. yanvar 1813) — Osmanlı sultanı III Səlim dönəmində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi. Atası I Əbdülhəmid dönəminin vəzirlərindən Seyid Əhməd Paşa idi. Atası Sultan Mustafanın qızlarından Xədicə Sultanla evli olsa da, Ələddin Paşa onun öncəki evliliyindən dünyaya gəlmişdir. Saray xidmətinə alınaraq baş qapıçı, ardından 1801-ci ildə vəzir rütbəsilə Qaraman bəylərbəyi təyin edildi. 1802-ci ilin sentyabrında Sivas, 1803-cü ilin fevralında Ərzurum, həmin ilin sentyabrında Anadolu bəylərbəyi təyin edildi. Bu vəzifədə ikən 3 fevral 1804-cü ildə Sultan Əbdülhəmidin qızlarından Hibətullah Sultanla nigahlandı. Nigahdan bir müdət sonra vəzifədən alınsa da, 1807-ci ilin iyununda yenidən Anadoluya təyin olundu. Sultan Mustafanın taxtdan devrilməsinin ardından 1809-cu ildə bütün vəzifələrindən azad edilib, xanımıyla birlikdə Üsküdardakı köşkünə çəkildi. 1813-cü ilin yanvarında burada vəfat etdi.
Kürək (alət)
Bel — dünyada geniş yayılmış kənd təsərrüfatı aləti. Bel aləti tətbiq sahəsindən və coğrafi yerdən, torpağın keyfiyyətindən asılı olaraq müxtəlif forma və quruluşa malik əmək alətlərindəndir. Ən’ənəvi qalaqlı bellər bir qayda olaraq, təpkəncli (bir saplı) düzəldilirdi. Forma etibarilə onlar xış gavahınını xatırladırdı. Bu tip bellər, əsasən, Azərbaycanın düzənlik rayonlarında, xüsusilə bağ-bostan kimi kiçik torpaq sahələrinin bellənməsində və çəltik zəmilərinin əkilib becərilməsində daha çox tətbiq olunurdu. Torpaq layının dərin qatlarını qazıb çevirə bildiyindən yumşaq torpaq sahələrini əkmək üçün «qalaqlı bel» bir növ xış və ya kotanı əvəz edirdi. Belin bu növü «şum beli» adlanır. Şumlama əməliyyatını yaxşı yerinə yetirə bilmək üçün onun qalağının sağ və ya sol küncləri «təpkən» adlanan qulaqcıqla tamamlanırdı. Bellərin zavodda kütləvi istehsal olunduğundan «zavod», yaxud «rus» beli XX əsrdə geniş yayıldı. == Azərbaycan ərazisində bel alətinin növləri == Quba-Xaçmaz bölgəsi əhalisi arasında bel «qazqır bel», «Quba beli», «Dərbənd beli», «ləzgi beli», Şirvanda «Navahı beli», Şəki-Zaqatala bölgəsində «Gülüstan beli», «Qarabağ beli», Naxçıvanda «Şərur beli», «Naxçıvan beli», Lənkəran-Astara bölgəsində «şuxm (şum) beli», «əyri bel», «xiling» və b.
Kürək (dəqiqləşdirmə)
Kürək
Kubələk (Şaran)
Kubələk (başq. Kubələk), rus. Кубаляк) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Miçurinsk kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Şaran): 9 km, kənd sovetliyindən (Miçurinsk): 9 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 51 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə marilər (86%) üstünlük təşkil edir.
Kuremaa gölü
Kuremaa gölü (est. Kuremaa jär) — Estoniyanın şərqində yerləşən kiçik göl. Göl düzənlik ərazidə yerləşir. İnzibati baxımından Estoniyanın Yıgevamaa vilayətinə daxildir. Estoniyanın orta ölçülü göllərindəndir. Vilayətin mərkəzi olan Yıgevamaa şəhərindən şərqdədir. Tıstamaa volosu, Enkkyula kəndinin ərazisində daxildir. Gölün sahəsi 398,4 ha-dır. Bu göstəriciyə görə Estoniyanın 10 ən iri göllərindən biridir. Yıgevamaa vilayətinə daxil olan Çud və Saadyarv göllərindən sonra sahəsinə görə 3-cü ən böyük göldür.
Kürəkeş (Vərziqan)
Kürəkeş (fars. كوراكش‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 165 nəfər yaşayır (44 ailə).
Kremer burnu
Kremer burnu (norv. Kræmerpynten) — Belı adasında yerləşən, Şpitsbergen arxipelaqının və Norveçin ucqar şərq nöqtəsini təkil edir. Burun adı Valdemar Hilbert Kramerin (norv. Waldemar Hilbert Kræmer, 1884—1947) şərəfinə verilmişdir. O, 1925-ci ildə bu regionun dəniz dibini ölçmüşdür.
Kurmet ordeni
"Kurmet" ordeni (qaz. Құрмет "şərəf, hörmət") — Qazaxıstan Respublikasının Sərəncamı, 1993-cü ildə təsis edilmişdir. "Kurmet" ordeni vətəndaşlara iqtisadiyyatın, sosial sahənin, elm və mədəniyyətin, təhsilin inkişafındakı xidmətlərinə, dövlət orqanlarında nümunəvi xidmətlərinə və aktiv ictimai fəaliyyətlərinə görə verilir. == Haqqında == Orden nişanı gümüşdən hazırlanmışdır və şüaları yaşıl emaye ilə örtülmüş və sonu Qazaxıstan naxışının elementləri ilə örtülmüş zərli beşguşəli ulduzu əks etdirir. Kirişlər arasında müxtəlif şüalar şəklində gümüş iplər var. Nişanın ortasında qızıl günəşi əks etdirən yuvarlaq mavi emaye medalyon var. Medalyonun altında "ҚҰРМЕТ" yazısı olan qırmızı emaye lent var. Qazax ornamentinin elementi şəklində bir keçid köməyi ilə döş nişanı medal lentlə örtülmüş altıbucaqlı medal blokundan asılır. Kiçik bir eni olan qırmızı zolaqlar ilə haşiyələnmiş, ortasında ağ zolaqlı mavi ipək parça. == Biznes və iqtisadiyyat == Arken Arıstanov, Almatı şəhərinin Regional Maliyyə Mərkəzinin sədri.
Kürmez Xan
Kürmez Xan - türk və altay mifologiyasında ruhlar ilahı. Körmöz Xan və ya Kürmes Xan da deyilir. Yeraltındakı ruhların (Körmözlərin) lideridir. Maniheizm sonrası Hörmüzd ilə əlaqəli olaraq görülmüşlər. Monqol mifologiyasında Xormosta ya da Qormosta, Türk mifologiyasında "Kurbustan" və ya Kürmez adıyla yer alır. Monqollara görə 55 Qərb tanrısının başında tapılar. == Körmözlər == Türk və altay xalq inancında və mifologiyasında mələk və qarabasma növü varlıqlardır. Kürmez xan bunların başında tapılar. Körmös, Kürmös və ya Körümes də deyilir. Kimi zaman Tanrının vəzifələndirdiyi düşünülər.
Peter Kremer
Peter Kremer (18 fevral 1958) — alman aktyor.
Qidon Kremer
Qidon Kremer (d. 27 fevral 1947) — məşhur skripka ifaçısı. Qidon Kremer P.İ.Çaykovski adına Beynəlxalq musiqi müsabiqəsinin, habelə "Qremmi" mükafatlarının laureatıdır.
İsa Kremer
İzabella Yakovlevna Kremer (daha çox İsa Kremer kimi tanınır, 21 oktyabr 1887, Belsı, Bessarabiya quberniyası[d] – 7 iyul 1956, Kordova) — müğənni, opera və operetta sənətçisi. == Bioqrafiya == Kremer, 1882-ci il 8 oktyabrda Belsı şəhərində, Yankel Leyboviç Kremer Və Hana Moşkovna Kremerin ailəsində doğulmuşdur. Erkən yaşlarından İzabella musiqi qabiliyyətini ortaya çıxardı. Yəhudi dilində ilk mahnını anasının ağzından beşikdə eşitmişdir. Beş yaşında, o, yəhudi toy musiqisi ilə maraqlanırdı və gəncliyində öz xalqının yoxsulluğu haqqında şeirlər yazırdı. Otuz ildən sonra İsa Kremer səhnədə Yəhudi dilində mahnı oxuyan ilk müğənni oldu.Ailə çətinliyinə baxmayaraq, valideynləri qızının musiqi sahəsində inkişafına xüsusi yanaşırdılar. 1912-ci ildən başlayaraq iki il müddətində Milanda məşhur müəllim Luidji Ronzidən ifa dərsi alır, kiçik teatrlarda çıxış edir və sonra vətəninə qayıdır. O, Puççininin "Boheme " operasında debüt etmək üçün Odessa şəhərinə dəvət olunur. Odessa, Sankt-Peterburq, Moskva – hər yerdə böyük uğurlar qazanır. O, iştirak etdiyi operettalara "Dilənçi tələbə", "İdeal Arvad", "Nəhayət Bir", "Polşa Qanı" daxil idi.
İzabella Kremer
İzabella Yakovlevna Kremer (daha çox İsa Kremer kimi tanınır, 21 oktyabr 1887, Belsı, Bessarabiya quberniyası[d] – 7 iyul 1956, Kordova) — müğənni, opera və operetta sənətçisi. == Bioqrafiya == Kremer, 1882-ci il 8 oktyabrda Belsı şəhərində, Yankel Leyboviç Kremer Və Hana Moşkovna Kremerin ailəsində doğulmuşdur. Erkən yaşlarından İzabella musiqi qabiliyyətini ortaya çıxardı. Yəhudi dilində ilk mahnını anasının ağzından beşikdə eşitmişdir. Beş yaşında, o, yəhudi toy musiqisi ilə maraqlanırdı və gəncliyində öz xalqının yoxsulluğu haqqında şeirlər yazırdı. Otuz ildən sonra İsa Kremer səhnədə Yəhudi dilində mahnı oxuyan ilk müğənni oldu.Ailə çətinliyinə baxmayaraq, valideynləri qızının musiqi sahəsində inkişafına xüsusi yanaşırdılar. 1912-ci ildən başlayaraq iki il müddətində Milanda məşhur müəllim Luidji Ronzidən ifa dərsi alır, kiçik teatrlarda çıxış edir və sonra vətəninə qayıdır. O, Puççininin "Boheme " operasında debüt etmək üçün Odessa şəhərinə dəvət olunur. Odessa, Sankt-Peterburq, Moskva – hər yerdə böyük uğurlar qazanır. O, iştirak etdiyi operettalara "Dilənçi tələbə", "İdeal Arvad", "Nəhayət Bir", "Polşa Qanı" daxil idi.