Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Lümədərə (Kəleybər)
Lümədərə (fars. لمه درق‎‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 765 nəfər yaşayır (162 ailə).
Cümə
Cümə – dünyanın bir çox ölkələrində həftənin sayca beşinci ( bəzilərində altçncı ) günü. ISO 8601 beynəlxalq standartına görə yeddi günlük həftənin beşinci günüdür. Cümə həftədə cümə axşamı günü ilə şənbə günü arasında yerləşir. Rəsmi sənədlərdə cümə bəzən qısaldılmış şəkildə c.- da yazılır. " Cümə " sözü ərəb dilindəki " يوم CM'A " "toplanmak" ( toplam ) sözündən irəli gələrək yaranmışdır. Qədim Romada cümə günü gözəllik ilahəsi Veneraya, qədim alman tayfalarında Freyya qadın allahına həsr edimişdi.Ona görə də ingilis dilində cümə günü Friday adlanır. Beşgünlük iş həftəsi qəbul edilmiş ölkələrdə cümə günü istirahıət günüdən əvvəlki gün olduğundan işçilərin işə bir qədər laqeyd yanaşması hiss edlir. Rusiyada Pasxa dini bayramından sonra on həftə ərzində hər cümə günü ticarət yarmarkası keçirilirdi. İslam ölkələrində cümə günü qeyri – iş günüdür və kütləvi surətdə inasnlar məscidlərdə namaz qılırılar. ABŞ-də cümə günü haqqında deyirlər "TGIF" —"Thank God It’s Friday" (" Sağ ol, Allah , bu gün cümədir!") Qədim türk dilində bu günün adı, Altıncı Gün və Altınç dır.
Kümə
Kümə — İranın İsfahan ostanının Səmirüm şəhristanının Padina bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,305 nəfər və 551 ailədən ibarət idi.
Lülə
Lülə ― odlu silahların, saçılma, barıt və barıtı atəşləyən kapsuldan meydana gələn güllənin ucundakı saçılma(lar) və ya mərmini hədəfə göndərmək üçün lazım olan; yivli və ya yivsiz, uzun dəlikli metal borudur. Silahların sapından ucuna qədər olan hissə və mərminin atıldığı yerdir. Lülə xusuilə yivli silahlarda olmaqla əsasən bir silahın ən bahalı və ən maliyyətli hissəsidir.
Bazar-Cümə
Bazar-Cümə — İranın Gilan ostanında yerləşən şəhər. Bazar-Cümə əhalisinin əksəriyyətini giləklər təşkil edir.
Bazar cümə
Bazar-Cümə — İranın Gilan ostanında yerləşən şəhər. Bazar-Cümə əhalisinin əksəriyyətini giləklər təşkil edir.
Cümə axşamı
Cümə axşamı – dünyanın bir çox ölkələrində həftənin sayca dördüncü günü. ISO 8601 beynəlxalq standartına görə yeddi günlük həftənin dördüncü günüdür. Cümə axşamı həftədə çərşənbə günü ilə cümə günü arasında yerləşir. Rəsmi sənədlərdə cümə axşamı bəzən qısaldılmış şəkildə c.a.- da yazılır. İslam dininə görə vəfat etmiş insanın yeddisindən sonra qırxına qədər hər cümə axşamı anım günü keçirilir. Ərəb dilində "cümə axşamı" "toplanmaqdan əvvəlki gün" (cümə namazında müsəlmanların bir yerə toplanması) mənasını verir. Qədim romalılarda cümə axşamı mifologiyaya görə Yupiterə, qədim slavyanlarda isə ildırım allahı Peruna həsr edilmişdi. Yaponca "cümə axşamı" "ağac günü" kimi səslənir (木曜日). Portuqalca "cümə axşamı" "beşinci gün" kimi səslənir (quinta-feira). == Maraqlı faktlar == Böyük Britaniyada seçkilər bir qayda olaraq cümə axşamı keçirilir.
Cümə məscidi
Cümə məscidi — müxtəlif dövlətlərdəki cümə məscidləri.
Cümə namazı
Cümə namazı — cümə günləri zöhr namazı əvəzinə qılınır. İslam dinində, müsəlmanlar cümə namazını məsciddə camaatla bərabər qilmalıdılar. Bu namaz iki xütbə və iki rəkətlı namazdan ibarətdir. Xütbələr ayaq üstə oxunur. Peyğəmbərin (s) xütbəni ayaq üstə oxumasını bu ayə təsdiqləyir: "Onlar bir alış-veriş, yaxud bir əyləncə gördükləri zaman səni ayaq üstə (minbərdə xütbə oxuduğun halda) qoyub ona tərəf cumdular." == Quran ayəsi == Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!
Cümə salamlığı
Cümə salamlığı — Osmanlılarda padşahın əhaliylə birlikdə cümə namazı qılması və bu əsnada baş tutan mərasim. Tarix boyunca İslam dövlətlərində sikkə kəsdirmək və xütbə oxutmaq hökmdarlığın önəmli ünsürlərindən hesab edilirdi. Xütbə cümə namazında hökmdarın adına oxunurdu və hökmdar da cümə namazını yaxınlıqdakı məscidlərin birində əhaliylə birlikdə qılırdı. Hökmdarın bu məqsədlə məscidə getməsi və məsciddən qayıtması Osmanlılarda cümə salamlığı və ya salamlıq rəsmi adı verilən mərasimlə baş tuturdu. Hökmdar və xalq arasındakı birliyi təmin edən cümə salamlığı yalnız dini olaraq deyil, eyni zamanda hüquqi, sosial və mədəni yönlərdən önəmli rol oynayırdı. Osmanlı dönəmində son cümə salamlığı xəlifə Əbdülməcid Əfəndinin 29 fevral 1924-cü ildə qıldığı namaz əsnasında baş tutmuşdur. == Mənbə == BA, HH, nr. 49.435; BA, İrade-Dahiliye, nr. 38.202; BA, Cevdet-Saray, nr. 576, 2215, 3289; İbn Kemal, Tevârîh-i Âl-i Osmân, I. Defter, s.
Lülə kabab
Lülə kabab - qiymədən uzunsov formada hazırlanan kabab növü. Xarici görünüşü odlu silah lüləsinə oxşadığına görə belə ad verilmişdir. Azərbaycan mətbəxinə xas milli yemək növü sayılır. == Tərkibi == Qoyun əti - 500q, quyruq - 200q, baş soğan - 20q, göy soğan 40q, cəfəri və reyhan - 15q, buğda unu - 45q, sumaq - 3q, duz, istiot. == Hazırlanma qaydası == Qoyun ətinin yumşaq hissəsi soğanla birlikdə ətçəkən maşından keçirilir, istiot və duz vurularaq yaxşıca qarışdırılır. Qiymə əvvəlcədən soyumaq üçün soyuducuya qoyulur. Qiymə bir qədər enli şişlərdə uzunsov kotlet formasına salınır. Lüləkabab manqalda közərmiş kömür üzərində qızardılır. Lüləkabab süfrəyə verildikdə lavaşın içinə qoyulur. Lavaş hazırlamaq üçün mayasız bərk xəmir 1 mm qalınlığında yayılır və hər iki üzü yağsız tavada bişirilir.
Milli Kümə
Milli Liqa (türk. Milli Küme) — Türkiyənin 1937-1950-ci illər arasında ən üst səviyyəli futbol çempionatı. Türk futbol tarixində ilk dəfə bütün ölkədən komandaların yarışdığı liqa olub. Liqada dörd komanda çempion olub. Fənərbaxça ən çox çempion olan komandadır.
Molla Cümə
Molla Cümə (tam adı: Süleyman Salah oğlu Orucov; d. 1854, Aşağı Layısqı, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası — ö. may 1920, Aşağı Layısqı, Nuxa qəzası, Azərbaycan SSR) — Azərbaycan aşığı və şairi. Molla Cümənin həyatı haqqında ən səhih mənbə şeir və dastanlarıdır. Molla Cümənin anadan olma tarixi indiyə qədər təxmini qeyd edilmişdir. O, 1854-cü ildə Nuxa qəzasının Aşağı Layısqı kəndində anadan olmuşdur. "Molla" təxəllüsünü ona savadlı olduğu üçün verilmişdir. Molla Cümənin əsas peşəsi əkinçilik olmuşdur. Qax, Zaqatala, Balakən varlılarının zəmisində biçin biçmiş və bundan aldığı zəhmət haqqı ilə ailəsini dolandırmışdır. Molla Cümə ilk təhsilini Aşağı Göynük kəndində İbrahim Əfəndizadənin mədrəsəsində almışdır.
Ölümə qadağa
Ölümə qadağa — xüsusi ərazilərdə ölümə qoyulan hüquqi qadağa. Qadağa ölmüş insanın ailəsinə cərimə formasında tətbiq olunur. Tarixdə bu tip qadağaya e.ə. V əsrdə Yunanıstanda rast gəlinir. Müqəddəs Delos adasında dini inanclar zəminində ölümə qadağa qoyulmuşdu. Böyük Britaniyada ehtimal olunur ki, parlamentin Vestminster sarayında ölərək oranı murdarlamaq qəbul edilməzdi. Əgər bu baş verərsə kralın hesabına dəfn edilərək təmizlənmə həyata keçirilir. Müasir dövrdə bir çox yaşayış məntəqələri ölümə qadağa qanunu qəbul etmiş. Buna səbəb ərazidə qəbiristanlıq yerinin dolması olur və aidiyyatı qurumlardan bu yolla yeni ərazinin ayrılmasına nail olmaqdır. Belə qanun İspaniyanın Əndəlus vilayətinə aid olan Lanjaronvə Fransanın cənubunda yerləşən üç yaşayış məntəqəsində — Kyuno, Le-Lavandu və Sarpurans, eləcədə Norveçin Şpitsbergen adalarında yerləşən Lonqyirbyuen şəhərində güvvədədir.
Cümə surəsi
62-ci surə
Dərbənd Cümə məscidi
Cümə məscidi — Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd şəhərində yerləşən məscid. Bu, müsəlmanların ibadəti üçün tikilmiş ən qədim məscid olmaqla yanaşı, həm də İslam aləmində ən qədim məscidlərdən biridir. == Ümumi məlumat == Sasanilər İmperiyası tərəfindən möhkəmləndirilmiş Dərbənd Yaxın Şərqdə qədim şəhərlərdən biri sayılırdı. VIII əsrdə Məsləmə ibn Əbdülmalikin başçılığı ilə ərəblərin Qafqaza birinci yürüşləri zamanı şəhər işğal olundu. Ərəblər Dərbəndə xüsusi diqqət yetirmiş, hətta onu Bab-əl Əbvab – yəni "Qapılar qapısı" adlandırmışlar. Ərəb sərkərdəsi xilafətin Azərbaycan canişini Məsləmə ibn Əbdülmalik Suriyadan Dərbəndə 24000 əsgər köçürərək şəhəri 4 hissəyə və ya məhəllələrə ayırdı. Hər məhəllənin öz məscidi inşa olunmaqla yanaşı eyni zamanda hicri tarixi ilə 115-ci ildə (miladi 733-734-cü il) ümumşəhər Cümə məscidi inşa olundu. == Memarlığı == Geniş bir meydanda Şərqdən Qərbə doğru istiqamətlənərək düzbucaqlı daş hasarla (67x17m) əhatə olunmuş Cümə məscidinin plan strukturu sütun düzülüşü ilə kvadrat formalı 3 nefə ayrılıb. Məscid şimaldan cənuba doğru istiqamətlənmiş mərkəz xəttin oxvarı daş günbəzlə örtülmüş kvadrat formalı zalla tamamlanır. Plan strukturu baxımından məscidin birbaşa analoqu olmayan daxili hissəsi eni istiqamətində çoxsaylı hissələrə bölünərək nəhəng memarlıq orqanizminə dinamik xarakter verir.
Geldeqan cümə məscidi
Makki Davudov adına Geldeqan Mərkəzi Məscidi (çeç. Гелдагана маьждиг Даудова Макка цӀарах дина) — Geldeqan kəndinin mərkəzi küçədə yerləşən baş Cümə məscidi. Dini ibadətgah Geldeqan kəndinin əsas simvolu və görməli yeridir. == Tarixi == 1883-cü ilə kimi Geldeqan kəndində 5 məscid, o cümlədən, əsas Cümə məscidi və 4 məhəllə məscidi fəaliyyət göstərirdi. 2010-cu ildə Geldeqanda Makki Davudov adına məscidin təməli qoyulmuş, tikintisi 2011-ci ilin oktyabrında başa çatdırılmışdır. Məscid rəsmən 25 oktyabr 2011-ci ildə açılıb. Məscidin təntənəli açılışına kənd sakinləri toplaşmış, Çeçenistan Respublikasının əsas rəsmiləri gəlmiş, respublikanın rəhbəri Ramzan Kadırov isə əhali qarşısında çıxış etmişdir. Məscid Ramzan Kadırovun adından onun ən yaxın silahdaşı, Çeçenistan Respublikası Parlamentinin sədri Maqomed Daudovun anası - Makki Daudovanın şərəfinə ucaldılıb. == Memarlığı == Geldeqan cümə məscidinin bina nadir ağ mərmərlə işlənib. Binada tamamlama işlərində istifadə edilən mərmər Türkiyədən gətirilib.
Kordova Cümə məscidi
Kordova Cümə məscidi(isp. Mezquita-Catedral de Córdoba) — Kordova əmiri I Əbdürrəhmanın xanəmının şərəfinə tikdirdiyi məscid (lang-en|Cathedral of Our Lady of the Assumption) (isp. Catedral de Nuestra Señora de la Asunción) İspaniyanın Əndəlüs bölgəsində yerləşən daha sonra Müqəddəs Məryəm Kafedralı kilsəsi adlanan Kordova Yeparxiyasının Katolik Kafedralı. Quruluşca Mavritaniya memarlığının qazanılmış abidələrindən biri olaraq qəbul edilir. Ənənəvi hesaba görə,daha öncə,kiçik bir Vestqot krallığı kilsəsi,Bazilika memarlıq üslubundakı Müqəddəs Vikent Lerinski Katolik kilsəsi olmuşdur .784-cü ildə I Əbdülrəhman, sonrakı müsəlman hökmdarları tərəfindən xeyli genişləndirilən Böyük Məscidin inşasını əmr edir. Kordova, Rekonkista dövründə 1236-cı ildə xristianlar tərəfindən ələ keçirilir və bina Roma Katolik Kilsəsinə çevrilir, daxili interyerinin bazilika memarlıq planına uyğunlaşması ilə XVI əsrdə tam olaraq İntibah dövrünün tələblərinə uyğun xristian kilsəsinə məbədinə çevrilməsi yekunlaşır. 2000-ci illərin əvvəllərindən bəri Kordova Kafedralındakı müsəlman icmasına burada namaz qılmaları üçün icazə verdilər . Bu müsəlman icması həm İspaniyadakı, həm də Vatikandakı kilsə rəhbərliyi tərəfindən dəfələrlə rədd edilmişdi. == Mənşəyi == Ümumiyyətlə inanılır ki,Məscid-Kafedral əvvəlcə Müqəddəs Vikentiy Lerinski monastrı olmuş, Pireney yarımadasının ərəblər tərəfindən fəthindən sonra, müsəlmanlar və xristianlar tərəfindən bölüşdürüldü. Tikilinin bucürə paylaşmasının təşkili 784-cü ilə qədər davam etdi,tikilinin xristianlara aid hissəsinin I Əbdürrəhman tərəfindən satın alındıqdan, sonra orijinal quruluş sökülməyə və yerində Kordovanın möhtəşəm məscidini tikilməyə başladı.
Kurçaloy cümə məscidi
Küntə Hacı Kişiyev adına Kurçaloy cümə məscidi (çeç. Куршлойн гIалар Киши Кунт-Хьажи цӀарах маьждиг) — Çeçenistan Respublikasının Kurçaloy şəhərinin tarixi mərkəzi hissəsində yerləşən müsəlman dini ibadətgahı. Məscid cümə məscidi statusuna malikdır. Burada eyni vaxtda 5000-ə qədər insanın ibadət etməsi üçün şərait vardır. == Tarixi == Kurçaloydakı köhnə məscidin banisi Küntə Hacı Kişiyevdir (1796–1867). Yerli tarixçilərin fikrincə, ilk köhnə Kürçaloy məscidi təxminən 1840-cı illərdə tikilmişdir. Məscid əvvəlcə kiçik bir ibadət evi idi. Sonra bir neçə dəfə genişləndirilərək yenidən inşa edilmişdir. 2007-ci ildə Çeçenistan Respublikasının Prezidenti Ramzan Kadırov məscidin genişmiqyaslı yenidən qurulması təşəbbüsü ilə çıxış etdi. 2008-ci ildə yeni məscidin tikintisinə başlanıldı.
Mayrtup Cümə Məscidi
Tamerlan Musayev adına Mayrtup cümə məscidi (çeç. Майртупар маьждиг Тамерлан Мусаев цӀарах дина) — Çeçenistan Respublikasının Kurçaloyevski rayonu Mayrtup kəndində əsas cümə məscidi. Məscid eyni vaxtda 5000-ə qədər insanın ibadət etməsi üçün nəzərdə tutulmuşdur. == Tarixi == 1883-cü ilə qədər Mayrtup kəndində 7 məscid, o cümlədən, əsas Cümə məscidi və 6 məhəllə məscidi fəaliyyət göstərirdi. 2019-cu ildə Mayrtup kəndində Tamerlan Musayev adına məscidin təməli qoyulmuş, tikintisi 2020-ci ilin noyabrında başa çatdırılmışdır. Məscid 20 noyabr 2020-ci ildə açılmışdır. Kənd sakinləri məscidin təntənəli açılışına toplaşmış, tədbirə Çeçenistan Respublikasının əsas rəsmiləri gəlmişdilər. Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov rəsmi mərasimdə çıxış etmişdir. Açılışdan sonra rəsmi qonaqlar yerli sakinlərlə birlikdə yeni məbədin divarları arasında ilk cümə namazını qılıb. Məscid 2019-cu ilin iyulunda Rostov vilayətində qəza nəticəsində həlak olmuş Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Şali rayonu İdarəsinin keçmiş rəisi Tamerlan Musayevin adını daşıyır.
Moskva Cümə Məscidi
Moskva Cümə Məscidi — Rusiyanın Moskva şəhərindəki ən böyük və əzəmətli məscidi. 2015-ci il sentyabrın 23-də məscidin yenidənqurma və bərpa işlərindən sonra açılışı olub. Açılış mərasimində Rusiya prezidenti Vladimir Putin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Fələstin Dövlət Başçısı Mahmud Abbas da iştirak edib. Tədbirə Tatarıstan prezidenti, Çeçenistan, Dağıstan, eləcə də Rusiyanın digər subyekt başçıları, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Moskva meri Sergey Sobyanin, Ümumrusiya azərbaycanlılar Konqresinin, Azərbaycandakı əfqan icmasının və tatar diasporunun nümayəndələri və digərləri də qatılıb. Məscidin sahəsi bərpadan sonra 20 dəfə artırılaraq 19 min kvadratmetrə çatdırılıb. Bərpadan sonra məsciddə eyni vaxtda 10 min möminin namaz qıla biləcək. Altı mərtəbəli məsciddə 7 lift var. Məscidin günbəzi 46 metr, diametri 27 metrdir. Məscidin minarələrində quraşdırılmış eyvanlardan bütün Moskva şəhərini seyr etmək mümkündür. Məscidin tikintisinə 170 milyon dollar xərclənib.
Nalçik Cümə Məscidi
Nalçik Cümə Məscidi (kab.-çərk. Налшык и курыт мэжджытqaraç.-balk. Налчыкъ орта межгит) — Kabarda-Balkar Respublikasının Nalçik şəhərinin əsas mərkəzi cümə məscidi. Nalçik Cümə Məscidi şəhər meydanlarından birində, Şogentsukov prospekti ilə Osetinskaya küçəsinin kəsişməsində yerləşir. Məscidin rəsmi ünvanı Şoqençukov prospekti, 41-dir. Məscidin dizayn layihəsi memar Andrey Asanovdur. Məscid layihəsi Nalçik şəhəri rəhbərliyi tərəfindən Rusiya Memarlar İttifaqının Kabardino-Balkar təşkilatı ilə birlikdə keçirilən müsabiqədə seçilib. Nalçik şəhərində yeni bir məscidin inşasına 2000-ci ilin əvvəllərində keçmiş Yunost kinoteatrının yerində başlanmışdır. Daxili və xarici bəzək işlərində əsasən yerli daş və daşı təqlid edən süni materiallardan istifadə edilmişdir. Nalçik Cümə Məscidi rəsmi olaraq 20 May 2004-cü ildə ibadətçilərin üzünə açılmışdır.
Naxçıvan Cümə məscidi
Cümə məscidi – Naxçıvandakı Atabəylər memarlıq ansamblının ən monumental tikililərindən biridir. XX əsrin əvvəllərində uçurularaq məhv edilmiş bu nadir memarlıq abidəsinin plan-məkan quruluşu haqqında XIX əsrdə çəkilmiş rəsmlər və foto təsvirlər aydın təsəvvür yaradır. Mərənd və Urmiya məscidləri kimi Naxçıvan cümə məscidinin də günbəzlə örtülən kubvari gövdəsinin güney üzündən başqa, qalan üzlərinin hər birində iki sivri açırım olmuşdur. Bu fakt göstərir ki, Mərkəzi Azərbaycanda XII əsrdə yerli monumental cümə məscidi tipi işlənib hazırlanmışdı. Foto sənədlərə əsasən Naxçıvan cümə məscidinin məqsurəsinin üç yandan yerləşgələrlə dövrələndiyi bəlli olur. Ancaq bu yerləşgələrin necəliyini daydınlaşdıran dəlillər yox dərəcəsindədir. Bu baxımdan V. A. Engelqardın XIX yüzildəki məlumatı maraq doğurur. Onun yazdığına görə "Bu türk məscidi yonulmuş daşdan qurulmuş tağları olan iri tikilidir və onun içərisində yüksək işlməli müxtəlif yapma (gəctəraşlıq) naxışlar görünür. Binanın bir bölümü artıq uçmuşdur, qalanı sə uçmaq təhlükəsindədir. Ondan 50 sajen (təqribən 107 m) aralıda vaxtilə bu məscidə aid olan və yanlarında hər biri 10 sajen (təqribən 42 m) ucalıqda qoşa minarəli qapı var.
Ordubad Cümə məscidi
Ordubad Cümə məscidi və ya Şah Abbas məscidi— Ordubad şəhərinin tarixi mərkəzində yerləşən XVII əsrə aid tarixi məscid binasıdır. I Şah Abbasın fərmanı ilə Naxçıvan-Marağa memarlıq məktəbi üslubundainşa edilmişməscid, Ordubad şəhərin mərkəzi meydanında ən hündür yerdə ucaldılıb. Ordubadda-orta əsrlərə aid memarlıq abidəsi.Şəhərin mərkəzi meydanının ən hündür yerində ucalan məscid möhtəşəmliyi ilə diqqəti cəlb edir. Məscidin memarlıq görkəmi 17-18 əsrlərə aid abidələrin başlıca cəhətlərini özündə daşımaqdadır.Cümə məscidinin şərq qapısı üzərindəki daş lövhədə I Şah Abbasın nəsx xətti ilə farsca beş sətirlik fərmanı həkk edilmişdir. 1604-cü ilə aid olan bu fərmanda deyilir: . Bu fərman da Cümə məscidinin son orta əsrlərdə formalaşdığını deməyə əsas verir.Lakin məscidin plan quruluşu, bəzi elementləri və bədii tərtibatı onun ilkin əsasının daha qədim olduğunu göstərir. XVII əsrdə isə məscidin əsaslı şəkildə bərpa edildiyi güman olunur. Məscidin içəri divarlarındakı həndəsi formalı ornamentlər Naxçıvanın qədim abidələrindəki rəsmləri xatırladır. Bəzi mənbələrə görə, 1902-1903-cü ildə məsciddə təmir işləri aparılarkən tapılmış bir kərpicdəki yazıdan onun 12-13-cü əsrlərdə tikildiyi aydın olur. Cümə məscidinin cənubundakı meydanda vaxtilə karvansaralar, dükanlar olmuşdur.
Oysxara Cümə Məscidi
Oysxara cümə məscidi (çeç. Ойсхар маьждиг) — Qudermes rayonunun Oysxara qəsəbəsinin tarixi mərkəzi hissəsində yerləşən məscid. Məsciddə ibadət zamanı beş minə qədər insan yerləşə bilər. Oysxara qəsəbəsindəki köhnə Cümə məscidi 1998-ci ildə tikilib. 2017-ci ilin əvvəlində Oysxara kəndinin sakinləri köhnə məscidin bu qədər sayda dindarı qəbul edə bilmədiyi üçün yeni məscid tikmək xahişi ilə respublika rəhbərinə müraciət ediblər. 2017-ci ilin may ayında Oysxara kəndinə Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov baş çəkdi, onun girişində yeni xəstəxana, məscid və idman kompleksinin tikintisi təşəbbüsü ilə çıxış etdi. İki gündən sonra respublika rəhbəri yenidən kəndə gələrək kompleksin tikintisi üçün bünövrə atılması mərasimində iştirak etdi və təxminən bir ay sonra, iyunun 7-də 5000 nəfərlik məscidin tikintisi başladı. Məscid Sulim Kadırovun adını daşımalı idi. Respublika başçısı Ramzan Kadırovun nəslindən olan dini lider Sulim Kadırov 1930-cu illərdə uşaqlara Quran öyrətdiyinə görə həbs edilərək sürgünə göndərilib, on dörd ilini QULAQ düşərgələrində keçirib, sonra oradan Qazaxıstana sürgün edilib. Respublikanın ilk prezidenti Əhməd Kadırovun anadan olmasının 69-cu ildönümünə təsadüf edən məscidin təntənəli açılışı 21 avqust 2020-ci ildə baş tutdu.
Qexi Cümə Məscidi
İlyas Bonoyevski adına Qexi cümə məscidi (çeç. ГихтӀа маьждиг Ильяс Бенар цӀарах дина) — Çeçenistan Respublikasının Urus-Martan rayonunun Qexi kəndində yerləşən dini ibadətgah. Məsciddə eyni anda ibadət üçün 5000 nəfər tutuma malikdir. 1874-cü ilə qədər Qexi kəndində 5 məscid, o cümlədən əsas Cümə məscidi və 4 məhəllə məscidi fəaliyyət göstərirdi. Bir müddət sonra, 1889-cu ildə çar idarələrinin rəsmi statistikasına görə, Qexidə artıq 11 məscid fəaliyyət göstərirdi. Qexi kəndindəki köhnə keçmiş kafedral məscid 1913-cü ildə tikilmiş və ibadət zamanı 150-yə yaxın adamı qəbul etməyə malik idi. 2 yanvar 2015-ci ildə beş minə qədər möminin eyni vaxtda namaz qıla biləcəyi yeni məscid açıldı. Məscid çar hakimiyyəti tərəfindən 1864-cü ildə Şeyx Kunta Hacı Kişiyevlə birlikdə sürgünə göndərilmiş Ramzan Kadırovun əcdadı İlyas Benoyevskinin (Kunta Hacı Kişiyevin müridi) adını daşıyır. Dini ibadətgahın memarlığı iki üslubu — klassik Osmanlı memarlığı və Bizans üslubunu birləşdirir. Qexi mərkəzi məscidi müsəlmanların əsas ziyarətgahı olan Məscidül-Həram məscidinə (ehtiyat məscidi) tərəf yönəldilmişdir.
Blume
Karl Lüdviq Blume (alm. Charles Ludwig de Blume‎ və ya alm. Karl Ludwig von Blume‎; 9 iyun 1796 – 3 fevral 1862) Almaniya və Niderlandiya botaniki. == Əsərləri == Carl Ludwig Blume: Bijdragen tot de flora van Nederlandsch Indië …. 1825-1827 on Botanicus Carl Ludwig Blume: Enumeratio plantarum Javae et insularum adjacentium. 1827-1828. Carl Ludwig Blume & J. B. Fischer: Flora Javae nec non insularum adjacentium …. 1828-1851. Carl Ludwig Blume: Rumphia, sive commentationes botanicae imprimis de plantis Indiae orientalis …. 1836-1849 (4 volumes with 170 illustrations) Carl Ludwig Blume: Museum botanicum Lugduno-Batavum ….
Lome
Lome — Toqonun paytaxtı, ölkənin inzibati və sənaye mərkəzi, əsas portu. Şəhərdə neftayırma müəssisələri vardır. Əhalisi 750 min nəfərdir (2003-cü il), sıxlığı hər kvadrat kilometrə 2174 nəfərdir. Şəhər XVIII əsrdə eve xalqı tərəfindən salınıb. 1882-ci ildə bey Biç kəndi Britaniyanın A. and F. Swanzy şirkətinin nümayəndələri əraziyə gəldikdən sonra əsas ticarət mərkəzinə çevrildi. Almaniya ərazi paytaxtını Anexodan 1897-ci ildə Bey Biçə köçürür. Şəhər sürətlə inkişaf etməyə başlayır, 1914-cü ildə isə Fransa tərəfindən tutulur. 27 aprel 1960-cı ildə Lomedə Toqonun müstəqilliyi elan edilir.
Colymbus lumme
Qırmızıdöş qaqar (lat. Gavia stellata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qaqarkimilər dəstəsinin qaqarlar fəsiləsinin qaqar cinsinə aid heyvan növü.
Gavia lumme
Qırmızıdöş qaqar (lat. Gavia stellata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qaqarkimilər dəstəsinin qaqarlar fəsiləsinin qaqar cinsinə aid heyvan növü.
Lame (kommuna)
Lame (fr. Lamaids) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Qərbi Monlyuson kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03136. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 141 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 90 yaşında (15-64 yaş arasında) 67 nəfər iqtisadi fəal, 23 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 74.4%, 1999-cu ildə bu 70.9%). 67 fəal şəxsdən 60 nəfər (35 kişi və 25 qadın), 7 nəfər işsiz (5 kişi və 2 qadın) idi. 23 hərəkətsiz 2 nəfər arasında şagird və ya tələbə, 10 nəfər - təqaüdçü, 11 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Lome konvensiyası
Lome müqaviləsi və ya Lome konvensiyası Avropa İqtisadi Cəmiyyətini və Afrika, Karib və Sakit okean ölkələri arasında imzalanmış ticarət və yardım müqaviləsidir. İlk dəfə 1975-ci ildə Qərbi Afrikada yerləşən Toqo Respublikasının paytaxtı olan Lome şəhərində imzalanıb. 1976-cı ilin aprelində qüvvəyə minmiş ilk Lome Konvensiyası (Lome I) o vaxtkı Avropa İqtisadi Birliyi (AİB) ilə inkişaf etməkdə olan Afrika, Karib və Sakit okean ölkələri (AKSOÖ), xüsusən də keçmiş Britaniya, Hollandiya, Belçika və Fransa koloniyaları arasında əməkdaşlığın yeni çərçivəsini təmin etmək üçün nəzərdə tutulmuşdur. Onun iki əsas aspekti var idi: O, AKSOÖ-nün kənd təsərrüfatı və mineral ixracatının əksəriyyətinin AİB-yə rüsumsuz daxil olmasını təmin edirdi. AİB kənd təsərrüfatı ilə rəqabətdə şəkər və mal əti kimi məhsullar üçün kvota sisteminə əsaslanan imtiyazlı giriş razılaşdırıldı. İkincisi, AİB AKSOÖ ölkələrinə yardım və investisiya üçün Avropa Hesablama Birliyinə (AHB) 3 mlrd. avro vəsait ayırmağı öz öhdəliyinə götürdü. Konvensiya yenidən müzakirə edilib və üç dəfə yenilənib. II Lome (1981-ci ilin yanvarından 1985-ci ilin fevralına qədər) - Avropa Hesablama Birliyi yardım və investisiya xərclərini 5,5 milyarda qədər artırdı. III Lome 1985-ci ilin martında (ticarət müddəaları) və 1986-cı ilin mayında (yardım) qüvvəyə minib və 1990-cı ildə başa çatıb; AHB-nin öhdəliklərini 8,5 milyard avroya artırdı.
Lomé Müqaviləsi
Lome müqaviləsi və ya Lome konvensiyası Avropa İqtisadi Cəmiyyətini və Afrika, Karib və Sakit okean ölkələri arasında imzalanmış ticarət və yardım müqaviləsidir. İlk dəfə 1975-ci ildə Qərbi Afrikada yerləşən Toqo Respublikasının paytaxtı olan Lome şəhərində imzalanıb. 1976-cı ilin aprelində qüvvəyə minmiş ilk Lome Konvensiyası (Lome I) o vaxtkı Avropa İqtisadi Birliyi (AİB) ilə inkişaf etməkdə olan Afrika, Karib və Sakit okean ölkələri (AKSOÖ), xüsusən də keçmiş Britaniya, Hollandiya, Belçika və Fransa koloniyaları arasında əməkdaşlığın yeni çərçivəsini təmin etmək üçün nəzərdə tutulmuşdur. Onun iki əsas aspekti var idi: O, AKSOÖ-nün kənd təsərrüfatı və mineral ixracatının əksəriyyətinin AİB-yə rüsumsuz daxil olmasını təmin edirdi. AİB kənd təsərrüfatı ilə rəqabətdə şəkər və mal əti kimi məhsullar üçün kvota sisteminə əsaslanan imtiyazlı giriş razılaşdırıldı. İkincisi, AİB AKSOÖ ölkələrinə yardım və investisiya üçün Avropa Hesablama Birliyinə (AHB) 3 mlrd. avro vəsait ayırmağı öz öhdəliyinə götürdü. Konvensiya yenidən müzakirə edilib və üç dəfə yenilənib. II Lome (1981-ci ilin yanvarından 1985-ci ilin fevralına qədər) - Avropa Hesablama Birliyi yardım və investisiya xərclərini 5,5 milyarda qədər artırdı. III Lome 1985-ci ilin martında (ticarət müddəaları) və 1986-cı ilin mayında (yardım) qüvvəyə minib və 1990-cı ildə başa çatıb; AHB-nin öhdəliklərini 8,5 milyard avroya artırdı.
Prunus mume
Prunus mume (lat. Prunus mume) — gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü.
Qabriel Lame
Qabriel Lame (22 iyul 1795[…], Tur – 1 may 1870[…], Paris) — fransız riyaziyyatçısı və mühəndisi, riyazi fizika, elastiklik nəzəriyyəsi üzrə əsərlərin müəllifi, əyrixətli koordinatlar nəzəriyyəsini işləyib hazırlamışdır. Lame, İndre-et-Luara'nın bugünkü nümayəndəliyində, Tours-da anadan olub.
Urinator lumme
Qırmızıdöş qaqar (lat. Gavia stellata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qaqarkimilər dəstəsinin qaqarlar fəsiləsinin qaqar cinsinə aid heyvan növü.
Vilnöv-Lube
Vilnöv-Lube (fr. Villeneuve-Loubet) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti.
Lümen (anatomiya)
Lümen (lat. lümenin - "açılış") — biologiyada arteriya və ya bağırsaq kimi boruvari orqanların daxili boşluğu. == Yeri == Damarın daxili hissəsi, məsələn, qan axdığı arteriya, damar və ya kapilyardakı mərkəzi boşluq. Mədə-bağırsaq traktının daxili hissəsi. Ağciyərlərdə bronxial yollar. Böyrək borularının daxili hissəsi və sidik yollarının toplayıcı kanalları. Qadın cinsiyyət orqanlarının yolları. Vaginanın yolundan başlayaraq, uşaqlıq yolunda 2 lüminə bölünür, hər ikisi uşaqlıq borusu ilə davam edir. == Hüceyrə biologiyasında == Hüceyrə biologiyasında lümen tilakoid, endoplazmatik retikulum, Qolci kompleksi, lizosom, mitoxondri və mikrotubullar da daxil olmaqla bir neçə orqanoid, hüceyrə komponentləri və ya strukturların içərisində olan membranla məhdudlaşan boşluqdur. == Translüminal prosedurlar == Mədə, vagina, sidik kisəsi və yoğun bağırsağın lüminasında təbii açılışlar vasitəsilə transluminal endoskopik cərrahiyyə.