LÜLƏ
LÜLƏLƏMƏ
OBASTAN VİKİ
Lülə
Lülə ― odlu silahların, saçılma, barıt və barıtı atəşləyən kapsuldan meydana gələn güllənin ucundakı saçılma(lar) və ya mərmini hədəfə göndərmək üçün lazım olan; yivli və ya yivsiz, uzun dəlikli metal borudur. Silahların sapından ucuna qədər olan hissə və mərminin atıldığı yerdir. Lülə xusuilə yivli silahlarda olmaqla əsasən bir silahın ən bahalı və ən maliyyətli hissəsidir.
Lülə kabab
Lülə kabab - qiymədən uzunsov formada hazırlanan kabab növü. Xarici görünüşü odlu silah lüləsinə oxşadığına görə belə ad verilmişdir. Azərbaycan mətbəxinə xas milli yemək növü sayılır. == Tərkibi == Qoyun əti - 500q, quyruq - 200q, baş soğan - 20q, göy soğan 40q, cəfəri və reyhan - 15q, buğda unu - 45q, sumaq - 3q, duz, istiot. == Hazırlanma qaydası == Qoyun ətinin yumşaq hissəsi soğanla birlikdə ətçəkən maşından keçirilir, istiot və duz vurularaq yaxşıca qarışdırılır. Qiymə əvvəlcədən soyumaq üçün soyuducuya qoyulur. Qiymə bir qədər enli şişlərdə uzunsov kotlet formasına salınır. Lüləkabab manqalda közərmiş kömür üzərində qızardılır. Lüləkabab süfrəyə verildikdə lavaşın içinə qoyulur. Lavaş hazırlamaq üçün mayasız bərk xəmir 1 mm qalınlığında yayılır və hər iki üzü yağsız tavada bişirilir.
Aşağı Lüləkabad (Salmas)
Aşağı Lüləkabad (fars. لولك ابادسفلي‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 143 nəfər yaşayır (23 ailə).
Lüləburqaz
Lüləburqaz (türk. Lüleburgaz, türk: [lyˈlebuɾɡaz]) — Türkiyənin Mərmərə regionundakı Kırklareli vilayətinin ən böyük şəhəri və rayonu. Şəhər Rumelidə, tarixi Şərqi Frakiya regionunda, Bolqarıstanla sərhəddə yerləşir. Şəhərdə adətən XIX əsrdən Türkiyəyə köçmüş Albaniya, Bolqarıstan, Yunanıstan, Rumıniya və keçmiş Yuqoslaviyadan olan Balkan türkləri yaşayır. Lüləburqaz iqtisadi cəhətdən əczaçılıq və elektron sənayesi, eləcə də kənd təsərrüfatı üçün mühüm istehsal mərkəzidir. Şəhər eyni zamanda, İstanbul-Qapıqüllə Regional Qatarı vasitəsilə İstanbul və Ədirnəyə, Balkan Ekspresi və Boğaziçi Ekspresi ilə Plovdiv, Sofiya, Belqrad, Buxarest və Budapeştə bağlanır. Bundan başqa, Lüləburqaz avtomobil və dəmir yolu nəqliyyatının mərkəzidir. Şəhər əvvəllər Roma imperatoru Diokletian tərəfindən 294-cü ildə qurulan Roma vilayətinin paytaxtı olmuşdur. == Tarixi == Şəhərin qədim adı Berquladır. İmperator I Feodosi onu oğlu və varisi Arkadinin şərəfinə Arkadiopol olaraq dəyişdirmişdir.
Lülədərə-i Hacınəcəf (Pərsabad)
Lülədərə-i Hacınəcəf (fars. لوله درق حاج نجف‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 424 nəfər yaşayır (91 ailə).
Lüləkəran
Lüləkəran — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 626 nəfərdir. == Toponimiyası == Kəndin adı talış dilində Lüyəkon şəklində tələffüz edilir. Oykonim lülə (dar), talış dilindəki kə (ev) və -on (cəm şəkilçisi) komponentlərindən düzəlib, “dar evlər” mənasındadıdr. Bəzi tədqiqatçılar kəndin adını talış dilindəki luyəkon lu-yamac, kon-evlər (yamacdakı evlər) sözü ilə əlaqələndirirlər.
Lüləsaz
Lüləsaz (əvvəlki adı: Akop Kamari) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Çardaqlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Akop Kamari kəndi Tərtər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Tərtər rayonunun Akop Kamari kəndi Lüləsaz kəndi adlandırılmışdır. 1993-cü ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Lüləsaz kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qaytarılmışdır. 5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib.
Qışlaq-i Lülədərəcəmşid (Pərsabad)
Qışlaq-i Lülədərəcəmşid (fars. قشلاق لوله دره جمشيد‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 38 nəfər yaşayır (8 ailə).
Qışlaq-i Lülədərəhacıhəsən (Pərsabad)
Qışlaq-i Lülədərəhacıhəsən (fars. قشلاق لوله دره حاجي حسن‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 189 nəfər yaşayır (41 ailə).
Qışlaq-i Lülədərəhacımeynbaşı-i Süfla (Kəleybər)
Qışlaq-i Lülədərəhacımeynbaşı-i Süfla (fars. قشلاق لوله دره حاج مين باشي سفلي‎) və ya Aşağı Lülədərəhacımeynbaşı Qışlağı - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 33 nəfər yaşayır (5 ailə).
Qışlaq-i Lülədərəhacımeynbaşı-i Ülya (Kəleybər)
Qışlaq-i Lülədərəhacımeynbaşı-i Ülya (fars. قشلاق لوله دره حاج مين باشي عليا‎) və ya Yuxarı Lülədərəhacımeynbaşı Qışlağı - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 27 nəfər yaşayır (6 ailə).
Yuxarı Lüləkabad (Salmas)
Yuxarı Lüləkabad (fars. لولك ابادعليا‎‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə‎ 82 nəfər yaşayır (15 ailə).
Lüləaltı qumbaraatan
Lüləaltı qumbaraatan — əl silahına, adətən avtomata quraşdırılmış əlavə bir hissə şəklində hazırlanmış qumbaraatan. == Məqsəd == Lüləaltı qumbaraatan düşmənin canlı qüvvəsini və zirehli maşınlarını məhv etmək üçün istifadə olunur. Xüsusi döyüş sursatları (qumbaraatanların mərmiləri) bunun üçün bir qutuda yerləşdirilən qumbara və hərəkətverici barıtı birləşdirərək istifadə olunur. Atəş üçün bir qumbaraatan hücum tüfənginin lüləsi altına quraşdırılır. Tətiklər və nişangahlar sol əllə atəş açmaq üçün nəzərdə tutulmuşdur (sağ əl ilə maşını əsas atəş idarəetmə tutacağından tutulur).

Digər lüğətlərdə