Ordubad Cümə məscidi

Ordubad Cümə məscidi və ya Şah Abbas məscidiOrdubad şəhərinin tarixi mərkəzində yerləşən XVII əsrə aid tarixi məscid binasıdır.

Cümə məscidi
Xəritə
38°54′17″ şm. e. 46°01′40″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Şəhər Ordubad
Aidiyyatı Səfəvilər imperiyası
Sifarişçi I Abbas
Tikilmə tarixi 1604
Üslubu Naxçıvan-Marağa memarlıq məktəbi
Vəziyyəti fəaliyyət göstərir
İstinad nöm.414
KateqoriyaMəscid
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Cümə məscidi (Ordubad rayonu)
Cümə məscidi
Məscidin planı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

I Şah Abbasın fərmanı ilə Naxçıvan-Marağa memarlıq məktəbi üslubunda inşa edilmiş məscid, Ordubad şəhərin mərkəzi meydanında ən hündür yerdə ucaldılıb.

Ordubadda-orta əsrlərə aid memarlıq abidəsi.Şəhərin mərkəzi meydanının ən hündür yerində ucalan məscid möhtəşəmliyi ilə diqqəti cəlb edir. Məscidin memarlıq görkəmi 17-18 əsrlərə aid abidələrin başlıca cəhətlərini özündə daşımaqdadır.Cümə məscidinin şərq qapısı üzərindəki daş lövhədə I Şah Abbasın nəsx xətti ilə farsca beş sətirlik fərmanı həkk edilmişdir.[1] 1604-cü ilə aid olan bu fərmanda deyilir:

" Ordubad qəsəbəsinin bütün əhalisinin ...Şah Abbas sülaləsinə etimadını, onların şiə məzhəbli olduqlarını nəzərə alaraq sənətkarlardan, əsnaflardan, bağlardan, əkin yerlərindən, dəyirmanlardan toplanan ixracat, itlaqat, nüzul, əvariz, qonalqa vergilərindən ibarət olan malcəhət və vücuhatı azaldıb (tədricən) ləğv etsinlər, onları Azərbaycan boniçesindən çıxsınlar və divan itlaqatından xaric etsinlər. "

[2].

Bu fərman da Cümə məscidinin son orta əsrlərdə formalaşdığını deməyə əsas verir.Lakin məscidin plan quruluşu, bəzi elementləri və bədii tərtibatı onun ilkin əsasının daha qədim olduğunu göstərir. XVII əsrdə isə məscidin əsaslı şəkildə bərpa edildiyi güman olunur. Məscidin içəri divarlarındakı həndəsi formalı ornamentlər Naxçıvanın qədim abidələrindəki rəsmləri xatırladır. Bəzi mənbələrə görə, 1902-1903-cü ildə məsciddə təmir işləri aparılarkən tapılmış bir kərpicdəki yazıdan onun 12-13-cü əsrlərdə tikildiyi aydın olur. Cümə məscidinin cənubundakı meydanda vaxtilə karvansaralar, dükanlar olmuşdur. Bu meydanla məscid sahəsi o vaxtlar vahid mərkəzi kompleks təşkil edirdilər. Tədqiqatçılar Cümə məscidinin indiki görünüşünün sonradan edilən əlavələr nəticəsində yarandığını qeyd edirlər.Hazırda məscidin şimal şərqində mədrəsə, qərbində isə zorxana binaları yerləşir. Məscid və ətraf binalar 1987-ci ildə əsaslı surətdə bərpa olunmuşdur[2].

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

İndiki halında Ordubad cümə məscidi çoxsaylı tikinti qatlarının nəticəsidir. Ə. Salamzadənin fikrincə məscidin xarici siması XVII əsrin əvvəllərində formalaşmışdır.[3] Məscidin şərq qapısı üzərindəki kitabədə I Şah Abbasın məscid inşası haqqında fərmanı həkk edilmiş və hicri 1012-ci il (miladi 1604) tarixi göstərilmişdir.[4]

Məscidin planında xüsusi diqqət çəkərək tikilinin nüvəsini təşkil edən üçnefli mərkəzi ibadət zalı binanın ən qədim hissəsidir.[3] Bina, qumdaşı ilə üzlənmiş hündür qaya üzərində inşa edilmişdir ki, bu da onun süni stilobat üzərində tikilməsi effektini yaradır. Nəticədə o qədər də hündür olmayan bina ətraf finalar arasında daha yüksək və təntənəli görünüş əldə etmişdir.[3]

Mərkəzi zalın günbəz örtüyü istisna olmaqla, binanın digər hissələrinin dam örtüyü düzdür.[3] Fasadların memarlıq həlli tamamilə XVII əsrə aiddir. Tağların düzbucaqlı çərçivəsi içində yerləşdirilmiş dərin tağlı niş motivi həmin dövr Səfəvi memarlığı üçün xarakterikdir. Məscid divarları qumdaşından tikilmiş və bişmiş kərpiclə üzlənmişdir.[3]

  1. Hacıfəxrəddin Səfərli. Naxçıvanın məscid və ziyarətgahları. Naxçıvan:"Əcəmi" Nəşriyyat Poliqrafiya Birliyi, 2018,216 səh
  2. 1 2 Naxçıvan ensiklopediyası. Bakı. 2002. səh. 90.
  3. 1 2 3 4 5 Саламзаде, 1964. səh. 28
  4. Сысоев, В. М. Ордубадский уезд (Изв. Азкомстариса, вып. 4, тетр. 2). Баку. 1929. 138.
  • Саламзаде, А. В. Архитектура Азербайдана XVI-XIX вв. Баку: Издательство Академии наук Азербайджанской ССР. 1964.