Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Döyməc
Döyməc və ya Döymac (az-əbcəd. دؤیماج،دؤیمَج‎) Qəzvin və Təbriz şəhərlərinə aid olan qəlyanaltıdır. == Lazım olan ərzaqlar == 1 stəkan su 200 q pendir (küp pendiri daha yaxşıdır) 4 ədəd quru lavaş çörəyi 100 q kərə yağı Lazım olan miqdarda doğranılmış göyərtilər 100 q qızardılmış soğan Lazım olan miqdarda qoz içi İstəyə görə qaymaqlı qatıq == Hazırlanma qaydası == İlk olaraq quru çörəkləri geniş bir qabda yaxşıca doğrayıb sonra bir stəkan suyu az-az üstünə töküb qarışdırın. Pendiri doğrayıb və əlavə edin. Kərə yağını əridib doğranmış qoz,doğranmış göyərti və öncədən qızardılmış soğan ilə üzərinə töküb əllə yaxşıca qarışdırın.Bu mərhələdə döyməc otaq mühitində (nə ocaq üstündə) dincəlməlidir. Dincəlməkdən sonra döyməci əl və ya incə belli stəkan ilə (Qəzvinə aid incə belli stəkan ki Armudu stəkanı kimindir) dürməkləyib, şəkil verməliyik.Qəyd edək ki hazırlandıqdan dərhal sonra dürməkləsək, əmələ gəlməz yoxsa bir az əmələ gəlməkdən sonra parçalanar. Bir azdan sonra, döyməci yuvarlaq yaxud oval formada əllərinizdə sıxın ki, tamamilə yapışsın və dağılmasın. Açılırsa bir az su və ərinmiş yağ əlavə edin. Hazırlandıqdan sonra, istənirsə, bir az bərk qaymaqlı qatıq ya süzmə və nanə üstünə töküb süfrəyə verin.
Dözmək
Dözmək — Davam gətirmək, tab gətirmək, səbirlə keçirmək, qatlaşmaq. Ağrıya dözmək. Əziyyətə dözmək. Misal: Səbir etmək, təhəmmül etmək, səbirlə gözləmək. Dözürsən döz bu ayrılıq dağına; Mən dayannam, amma sən dayanmazsan! M. P. Vaqif. Razılaşmaq, barışmaq, keçirmək, yol vermək. Misal: Belə şeylərə dözmək olmaz. – Yox, sən buna dözməzsən, elin vuran qolusan; Sən namus aşiqisən, şərəflisən, ulusan. M. Rahim.
Döymə (metallurgiya)
Döymə — qızdırılmış metalı çəkiclərin köməyi ilə döyərək lazımi fromaya salmaq üçün mexaniki emal üsuludur. Proses zamanı pəstah çəkicin qaırlığı altında "axaraq" formasını dəyişir. Bu üsulla böyük ölçülü hissələr hazırlanır. Çəkisi 250t olan metal hissələrin hazırlanması nadir hal deyil. Misal kimi gəmilərin və generator turbinlərinin dirsəkli vallarını göstərmək olar. Prosesin əvvəlində pəstah sobada qızdıırlır. Qızdırma temperaturu metalın asan emalolunma xarakteri ilə müəyyən olunur. Döymə ilə məşğul olanlara dəmirçi deyilir. == Döymə sənəti zərgərlikdə == Zərgərlikdə döymə ən qədim üsullardan biridir. VIII əsrdə Azərbaycanda metaldan hazırlanmış məişət əşyaları, silah, zinət şeyləri əsas etibarı ilə döymə üsulu ilə hazırlanırdı.
Dönmək (proqramlaşdırma dillərində)
Dönmək (en. return) - sistemin idarəolunmasının çağrılmış altproqramdan (proqramdan) çağıran altproqrama (proqrama) verilməsi. Bəzi proqramlaşdırma dillərində bunun üçün return, yaxud exit deyimləri var, başqalarında isə yalnız çağıran altproqramın, yaxud proqramın sonuna (axırıncı deyiminə) dönmək mümkündür. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Abbasabad qalası
Abbasabad qalası — Naxçıvan şəhərinin 6 kilometr cənub-şərqində, Araz çayı sahilində yerləşən hərbi istehkam tipli qala. == Tarixi == Qala fransız hərbi mütəxəssislərinin layihəsi əsasında 1809-1810-cu illərdə tikilmişdir. Beşbucaq şəklində olan qalanın bürcləri vardı. Qala divarlarının hündürlüyü 4 metr 30 santimetr, qalınlığı 60 santimetr idi. Şəhər qalası hər tərəfdən 10 metr enində arxla əhatə olunmuşdu. Abbasabad qalası hərbi zərurətdən yaranmış bir obyekt idi.Rusiya-İran müharibəsinin gedişində (1804-1813) dəfələrlə ağır məğlubiyyətə uğrayan İran tərəfi Naxçıvan xanlığının ərazisində özünün hərbi mövqelərinin möhkəmləndirilməsinə böyük diqqət verirdi. İran komandanlığı bu məqsədlə qalaları təmir etdirir və özünün dayaq nöqtəsi ola biləcək yeni qalalar tikdirirdi. Belə qalalardan biri şahzadə Abbas Mirzənin arzusu ilə fransız mühəndisləri tərəfindən Naxçıvan yaxınlığında tikilmiş və İran taxt-tacının vəliəhdinin şərəfinə adlandırılmış Abbasabad qalası idi. Abbasabad qalası Abbas Mirzə tərəfindən Avropa memarlığı üslubunda tikdirilmişdir. Abbasabad qalası Araz çayı üzərində olan keçidin qorunmasını təmin etməklə yanaşı, həm də Cənubi Azərbaycana gedən yola nəzarət edir, lazım gəldikdə bu yolu bağlaya da bilirdi.
Abuli qalası
Abuli qalası (gürc. აბულის ციხე) — Cənubi Gürcüstandakı Samtsxe-Cavaxeti bölgəsinə aid olan Axalkalaki bələdiyyəsinin ərazisində yerləşən tarixi qala. Abidə Tunc dövrünə aid olan meqalitik tikilidir. Qalanın inşası zamanı qədim dövrlərdə tez-tez istifadə edilən "quru hörgü" texnikasından istifadə edilmişdir. Abidə Patara dağının cənubunda, Paravani gölünün isə cənub-şərqində yerləşir. Yerləşdiyi ərazi dəniz səviyyəsindən 2670 metr hündürlükdədir. Qala Gürcüstanın Milli Əhəmiyyətli Daşınmaz Mədəniyyət Abidələrinin siyahısına daxil edilmişdir. == Qala haqqında == Qala həmçinin "Korogli" (Azərbaycan və türk dilindəki adlandırılması ilə "Koroğlu") adı ilə də tanınır. Abidə başqa bir siklopik tikili olan və Paravani gölünün yaxınlığında yerləşən Şaaori qalası ilə bir çox ortaq memarlıq xüsusiyyətlərinə malikdir. Abuli qalası tikinti məhlulundan istifadə olunmadan 3-5 metrlik vulkanik bazalt blokların köməyi ilə ərsəyə gətirilmiş böyük və mürəkkəb tikilidr.
Advrek qalası
Advrek qalası (ing. Ardvreck Caslte) — Şotland qalası olub, Haylend əyalətində, Sazerlend şəhəri yaxınlığında Lok Assint gölünün şimal sahilində yerləşir. 1737-ci ildə baş verən yanğından sonra qala günümüzdə də xarabalıq halında yerləşir. Qala il boyu, gün ərzində həmişə ziyarətçi qəbul edir. == Tarixi == Adverk qalası 1590-cı illərdə Maklend klanı tərəfindən tikilmişdir. 1646-cı ildə o uğursuz şəkildə Maklend klanının qədim düşməni Makkenzi klanı tərəfindən mühasirəyə alınmışdır. 1650-ci ildə İngiltərə vətəndaş müharibəsi zamanı royalist Markiz Montroz Neyl Maklaud tərəfindən həbs edilərək Adverk qalasında yerləşən tağlı zirzəmilərdən birində dustaq saxlanmşdır. Daha sonra o, Edinburq qalasına köçürülmüş və burada 21 may 1650-ci ildə edam edilmişdir. Vətəndaş müharibəsi zamanı II Karlın düşmənlərinə qoşulduğu üçün monarxiyanın bərpasından sonra Neyl Maklaud böyük zərər gördü. 1672-ci il iyul ayında Maklaud qiyamçı olduğu üçün həbs edilmiş, bu da öz növbəsində Makkenzi klanının (ing.
Ahalsıx qalası
Akhaltsikhe qalası (gürc. ახალციხის ციხე) — Gürcüstanın Axaltsixe bölgəsində yerləşən orta əsrlərə aid qaladır. Doqquzuncu əsrdə tikilmiş bu qala Osmanlı İmperiyasının buranı zəbt etməsinə qədər yerli insanlar tərəfindən Lomisa qalası kimi adlanırdı. == Tarix == Kartlis tsxovrebaya görə şəhərin əsası 9-cu əsrdə Tao kralının oğlu sayılan Quaram Mampal tərəfindən qoyulmuşdur. 13-cü əsrdən 14-cü əsrin sonuna kimi şəhər Mesxeti prinsliyinin paytaxtı idi. 1393-cü ildə şəhər Əmir Teymurun hücumlarına məruz qalmışdır. Türk-Moğol işğallarına baxmayaraq qala müqavimət göstərməyə davam etmişdir. 1550-ci ildə İstanbul sülh müqaviləsinə görə Mesxeti prinsliyi bütünlüklə Osmanlı İmperiyasının ərazisinə qatılmışdır. Türklər qalanı ən çox müdafiə məqsədilə istifadə etmişdir. 1752-ci ildə Rabatidə ilk məscid tikilmişdir.
Akan qalası
Akan qalası – Kəlbəcər rayonunun Həsənriz kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Qala divarları daxilində müxtəlif dövrlərə aid, kobud yonulmuş daşlardan tikilmiş tikililərin, o cümlədən tağtavanlı binanın qalıqları və məzar daşları qalmışdır. == Təsviri == Saxlanmış divar qalıqlarından görünür ki, böyük ərazini əhatə edən Akan qalası ərazinin müdafiə sistemində mühüm rol oynamışdır. Qala, Həsənriz kəndindən şimal-şərqdə, böyük dağın ətəyində, Akan çayının sahilində, iki tərəfdən dərin yamaclarla əhatə olunmuş əlçatmaz ərazidə yerləşir. Qala divarları daxilində müxtəlif dövrlərə aid, kobud yonulmuş daşlardan tikilmiş tikililərin, o cümlədən tağtavanlı binanın qalıqları və məzar daşları qalmışdır. Qalanın şimal-şərq hissəsində yerlşən gizli yeraltı yol, çayın kənarında kərpicdən tikilmiş dörd zallı hamam binasına aparır. Hamamın divarlarında üfüqi yerləşdirilmiş keramik borulaq qalmışdır. Onlardan biri 11, digəri 7 sm diametrə, ümumilikdə 36 sm uzunluğa malikdir. Ehtimal ki, borular istixanadan su verilməsi üçün istifadə olunmuşdur. == İstinadlar == == Ədəbiyyat == Мкртчян, Ш.М, Историко-Архитектурные Памятники Нагорного Карабаха, Ереван, 1989 Бархударян, С. Свод армянских надписей, вып.
Alamo qalası
Alamo qalası (ing. Alamo Mission in San Antonio) — Amerika Birləşmiş Ştatlarının Texas ştatının San-Antonio şəhəri yaxınlığında yerləşən qala kompleksi. Qala 2015-ci ildə UNESCO tərəfindən Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdir. Alamo qalası Texas İstiqlal müharibəsi zamanı 1836-cı ilin 23 fevral — 6 mart tarixləri aralığında baş vermiş eyni adlı müharibə ilə məşhurdur. 13 gün davam edən Alamo müharibəsi nəticəsində Texas Respublikasının tərəfdarları olan texaslılar Meksika ordu tərəfindən məğlub edilmişdir.
Alanya qalası
Alanya qalası — Antalyanın ilçəsi Alanyanın simvollarından biri olan qala. Dəniz səviyyəsindən 250 metrə qədər yüksələn yarımada üzərində yerləşir. Qala divarlarının uzunluğu 6.5 km-ə qədərdir. Kandeleri adı ilə də tanınan Alanya yarımadasındakı yaşayış, Helenistik dövrə qədər birlikdə günümüzə gələn tarixi abidə XIII əsr Səlcuqi əsəridir. Qala 1221-ci ildə şəhəri alıb yenidən inşa etdirən Səlcuqlu Sultanı I Əlaəddin Keyqubad tərəfindən tikdirilmişdir. Qalanın 83 qülləsi və 140 bürcü var. Orta əsrlərdə qala divarların içində yerləşmiş şəhərin su ehtiyacı təmin etmək üçün 1200-ə yaxın sarnıç tikilmişdir. sarnıçların bir hissəsi günümüzdə də istifadə edilir. Qala divarları planlı bir şəkildə Ehmedek, İçqal, Adam atacağı, Cilvarda burnu üstü, Ərəb övliyası bürcü və Əsəd bürcünü enərək Topxanə və Tərsanəni keçib Qızılqüllədə tamamlanacaq şəkildə inşa edilmişdir. Alanya qalası Anadolunu bəzəyən yüzlərlə qaladan bu günə qədər qalan, ən yaxşı qorunmuş orta əsr qalalarından biridir.
Alara qalası
Alara qalası — Alanyanın 37 kilometr qərbində, dənizdən 7 kilometr içəridə Səlcuqlu Sultanı I Əlaəddin Keyqubad tərəfindən 1232-ci ildə tikilmişdir. İpək yolu üzərində inşa edilən qalanın funksiyası, Alara çayı kənarındakı Alarahanda fasilə verən karvanların təhlükəsizliyini təmin etmək olubdur. Qala 200 metrdən 500 metrə qədər çıxan sıldırım bir təpə üzərində qurulmuşdur. Görkəmli bir görünüşü vardır. Xarici və daxili qala kimi iki hissədən ibarərətdir. 120 pilləli qaranlıq bir koridordan qalanın içinə gedilir. Ziyarətə açılmadığı üçün yabanı otların və xarabalıqların əhatəsində baxımsız vəziyyətdədir. Həmçinin tunelin ortasına doğru dərin bir çuxur var. Bunun ucu su almaq üçün keçdikləri mağaradır. Qalanın içində qayalar yonularaq tunellər tikilib.
Aldan qalxanı
Aldan qalxanı (Aldan-Stanovoy qalxanı) – Uzaq Şərqdə, Sibir platformasının cənub-şərq hissəsində Kembriyə qədərki kristallik özül çıxıntısı. Əsasən, Aldan yaylası ilə üst-üstə düşür. Aldan qalxanı güclü dislokasiyaya və metamorfizmə uğramış, qranit intruziyaları ilə yarılmış Arxeozoy və Proterozoy yaşlı süxurlardan təşkil olunmuşdur. Qalxanın şimal hissəsi Kembrinin üfüqi yatımlı çökmə süxurları, şimal-şərq hissəsi Yuranın kontinental və dəniz çöküntüləri ilə örtülmüşdür; cənubda və qərbdə Baykal və Paleozoy qırışıqlığı sahələrindən dərinlik qırılmaları ilə ayrılır. Neogen – Dördüncü dövrdə Aldan qalxanının cənub hissəsi intensiv qalxmaya məruz qalmış və nəticədə Stanovoy silsiləsi yaranmışdır. Silsilənin şimal kənarı boyunca qırılmalarla hüdudlanan və Yuranın kontinental çöküntülərindən təşkil olunmuş çökəkliklər yerləşir. Aldan qalxanın Arxeozoy yaşlı süxurlarında dəmir və mika, Erkən Proterozoy yaşlı süxurlarında zəngin mis filizi, qızıl və pyezokvars, Yura yaşlı kontinental çöküntülərində daş kömür (Aldan kömürlü rayonu) yataqları aşkar edilmişdir. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. ISBN 978-9952-441-00-0.
Almeriya qalası
Almeriya qalası (isp. Alcazaba de Almeria) - 955-ci ildə Əndəlusun ilk xəlifəsi III Abd ər-Rəhman tərəfindən Almeriya şəhərində müdafiə qalası kimi əsası qoyulmuşdur.. Tikilinin ərazisi 35 000 m²-dir.. 1931-ci ildən İspaniyanın milli abidəsidir. İspaniyanın cənubunda yerləşən və tarixi liman şəhəri olan Almeriya ticarət cəhətdən vacib strateji obyekt hesab edilirdi. Müxtəlif vaxtlarda şəhəri romalılar, finikiyalılar, karfagenlilər idarə etmişdir. Lakin müsəlmanlar şəhərin qurulmasına çox böyük töhfə vermişdilər.. 955-ci ildə Alksaba de Almeriya qalasının tikintisinə başlanılmışdır. İlk əvvəl müşahidə qüllələri və qala divarları ucaldılmış, sonradan isə qala Xəlifəliyin iqamətgahına çevrilmişdi. Bu qala özünün daha çox çiçəklənməsini XI əsrdə yaşamış xəlifə Əl-Cayranın hakimiyyəti dövründə tapmış və bütün Əndəlüsün ticarət mərkəzi olmuşdur.
Ankara qalası
Ankara qalası, Ankara şəhərində yerləşən tarixi qala. Qalanın Bizans İmperiyası dövründə müdafiə məqsədi ilə tikildiyi güman edilir. Nə zaman inşa edildiyi tam olaraq bilinmir. Romalıların və Bizanslıların hakimiyyətində olan qala, 1073-ci ildə Səlcuqların əlinə keçmişdir. 1101-ci ildə Xaçlıların əlinə keçirilən qala 1227-ci ildə təkrar Səlcuqluların ərazisinə qatılmışdır. Səlcuqlular dövründə təmir və əlavələr edilən qala Osmanlı dövründə 1832-ci ildə Kavalalı Mehmet Əli Paşanın oğlu İbrahim Paşa tərəfindən təmir edilmişdir. Qalanın quruluşunda rast gəlinən heykəl, qəbir, sütun başlıqları qalanın tikintisində ətrafda olan materiallardan faydalanıldığını göstərir. Qalada roma dövrünə aid qalıqlar diqqəti çəksə də böyük ölçüdə Bizans dövründə inşa edilmişdir. İmperator II Consantantinus Xarici qalanı tikdirmişdir. İmperator Isaurili III Leonise qala divarlarını genişləndirərkən daxili qala divarlarını yüksəltmişdir.
Aqra qalası
Aqra qalası Aqra qalası, Qırmızı qala - Hindistanın Aqra şəhərindəki istehkam, Moğol İmperiyası dövründə hökmdarların iqamətgahı kimi xidmət etmişdir. Yamuna çayının üstündə, Tac Mahaldan cəmi 2,5 km məsafədə yerləşir. Onunla birlikdə Qırmızı Qala 1983-cü ildə YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Qırmızı Qala ərazisinin bir hissəsi bu gün hərbi məqsədlər üçün istifadə olunur və ziyarətçilər üçün əlçatan deyil. == Tarixi == Teymuri Babur Dehli sultanları Sikəndər Lodi və İbrahim şah Ludinin burada yerləşən sarayını yenidən qurmuş və sözdə sərf etmişdir. Baoli (su kəməri). Sonralar Sultan Hümayun tez-tez burada dayanırdı. Qalanın özü 1558-ci ildə paytaxtı Dehlidən Aqraya köçürən Böyük Əkbərin təşəbbüsü ilə 1565-ci ildə başladı. Burada o, köhnə və uçuq-sökük Bədəlqar qalasını bərpa etdi (saray tarixçisi Əbdül-Fəzala görə). Artıq 1571-ci ildə qala tamamilə Rajasthani qırmızı qumdaşı divarı ilə əhatə olunmuşdu.
Aslan qalası
Aslan qalası — Xocalı rayonu Xanabad kəndi ərazisizində yerləşən tarix-memarlıq abidəsi. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. Qala tarixi mənbələrdə həm də Şikakar adı ilə qeyd edilir. Aslan qalasının dəqiq inşa tarixi ilə bağlı məlumatlar yoxdur. Tarixi mənbələrdə qala ilk dəfə tarixçi Moisey Kalankatlının “Alban ölkəsinin tarixi” əsərində xatırlanır. Xaçın çayının sağ sahilində yerləşən Aslan qalası Xoxanaberd və Qaxaç qalaları ilə birlikdə Xaçın ərazisi ətrafında güclü müdafiə tikililəri halqası yaradır. Aslan qalasının içqalası yaylanın sol yamacında, uzun burun üzərində inşa edilmişdir. == Tarixi == Xaçın bölgəsindəki ən əlçatmaz qalalardan biri olmasına baxmayaraq, Aslan qalasının dəqiq inşa tarixi ilə bağlı məlumatlar yoxdur. Tarixi mənbələrdə qala ilk dəfə tarixçi Moisey Kalankatlının “Alban ölkəsinin tarixi” əsərində 821-ci ilə aid hadisələrlə əlaqədar xatırlanır. Kalankatlı yazır: Yepiskop Makar Marxudaryants qala ərazisindın topladığı epiqrafik məlumatlar əsasında onun tarixi haqqında daha dəqiq məlumat verərək yazır: “Şikakar qalası kifayət qədər qədim tarixə malikdir...Böyük Həsən onu sahiblik ərazisi və nəsil qəbirsanlığı kimi Smbat adlı knyaza bağışlamışdır.” Abidəni müasir dövrdə tədqiq etmiş Ş. Mkrtmyan qeyd edir ki, qala ərazisində indi də kənd tipli qədim yaşayış yeri, iki böyük qəbirsanlıq və iki kilsənin xarabalıqlarını müşahidə etmək mümkündür.
Axtı qalası
Axtı qalası (ləzg. Ахцегь-Къеле, ахт. диал. Ахцагь-Къала) — Dağıstanda, Axtı rayonunun Axtı kəndində 1839-cu ildə general E.A.Qolovin tərəfindən tikilmiş rus qalası. Federal əhəmiyyətli tarix və memarlıq abidəsi. Rusiyanın ən cənub qalası. == Təsviri == Axtı qalası aşağıdakı hissələrdən ibarətdir: Qala divarları Əsgər kazarması Pravoslav Kilsəsi Barıt anbarı Qala beşbucaqlı formaya malikdir, burçların künclərində bastionlar mövcuddur. Əvvəllər burada hündürlüyü 4,57 metr, qalınlığı 1,06 metr olan daş divarlı xəndək var idi. Divarların üzərləri müdafiə kazarmalarından ibarət idi. Düşmənin qalaya yaxınlaşması anında onları atəşə tutmaq üçün burda piyada mövqeləri qurulmuşdu.
Aydos qalası
Aydos qalası və ya digər adıyla Keçi qalası — Türkiyənin İstanbul ilinin Sultanbəyli mahalındakı 325 metrlik Aydos zirvəsində olan qala. Ətrafıyla birlikdə birinci dərəcədə arxeoloji abidə elan edilmişdir. == Tarixi == Qala Şərqi Roma İmperatorluğu dövründə inşa edilmişdir. O zamanki adı olan "Aetos" (Αετός), Yunancada "qartal" mənasını verməkdəydir. Bu ad, günümüzə qədər çox kiçik dəyişikliklə qorunmuşdur. XI əsrdə türklərin Konstantinopolisə (indiki vaxtda İstanbul) yaxınlaşmaları ilə qalanın əhəmiyyəti artdı, ancaq Səlib yürüşlərinin başlamasıyla türklər bölgədən ayrıldılar. XIII əsrin sonlarında bölgədə, yenidən mübarizələr başladı. 1326-1328-ci illərdə Kocaeli yarımadasının böyük bir qismi Osmanlı imperatorluğu suverenliyinə girmişdi. Bu dövrdə iki dövlət arasındakı sərhəd, Aetos-Pentikion (indiki vaxtda Pendik) xətti üzərində idi. Aşıq Paşazadənin yazdığı məlumatlara görə, Osmanlı sultanı Orxan Qazi, qalanın alınması üçün Abdurrahman Qazi, Akça Qoca və Qonur Alpı göndərmişdir.
Bakı qalası
Bakı qalası — Bakı şəhərinin orta əsrlərə aid İçərişəhər hissəsini əhatə edən qala divarları və qüllələrdir. Səyyahların illüstrasiyaları və XIX əsrin əvvəllərinə aid fotolardan məlum olur ki, vaxtilə Bakı şəhəri iki qat qala divarları ilə əhatə olunmuşdur. Həmin qaladan dövrümüzə yalnız daşdan olan hündür divarlar və onun bir neçə qapısı çatmışdır. I Şah Abbasın hakimiyyəti dövründə və daha sonra bu divar və qapılar dəfələrlə təmir və bərpa edilmişdir. Dövrümüzə çatmış qala divarları, qüllələr, mazğallar, banketlər, maşikullarla bərkidilmiş və əsrlər boyunca şəhər üçün etibarlı müdafiə təmin etmişdir. Orta əsrlərdə qala divarları 1500 metr uzunluğa malik olsa da, dövrümüzə yalnız 500 metrlik hissəsi çatmışdır. Qala divarları 3.5 metr enə, yerlərindən asılı olaraq, 8–10 metr hündürlüyə malikdir. XVIII əsrdə rus hərbi mühəndislərinin Bakı qalasına əlavə etdiyi altı bastion, onun funksionallığını daha da artırmışdır, lakin rusların qalanı tərk etməsindən sonra, bastionlar da tərk edilmişdir. Bakının Rusiya imperiyasına tabe edilməsindən sonra Bakı qalasının genişləndirilməsi planı hazırlanmşdır. 10 iyul 1796-cı ildə tərtib edilmiş həmin plana əsasən Bakı qalası, hazırda Seyid Mirbabayevin sarayı yerləşən əraziyə kimi genişləndirilməli idi, lakin həmin plan həyata keçirilməmiş və Bakı qalası XIX əsrin 80-ci illərinə kimi XVII əsrin əvvəllərində formalaşmış memarlıq simasını və XII əsrə aid memarlıq elementlərini saxlaya bilmişdir.
MİDA
Mənzil İnşaatı Dövlət Agentliyi — Azərbaycan Respublikası vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq, müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli binaların tikilməsini təmin etmək, habelə bununla bağlı şəhərsalma və tikinti sahələrində dövlət idarəetməsini təkmilləşdirən qurum. İlham Əliyevin 11 aprel 2016-cı il tarixli 858 nömrəli Fərmanı ilə yaradılmışdır. Agentlik birbaşa Azərbaycan Respublikasının Prezidentinə tabedir. İlham Əliyevin 19 sentyabr 2018-ci il tarixli müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov təyin edilmişdir. == Tarixi == 1991-ci ildə dövlət müstəqilliyini əldə etdiyi gündən ölkədə davamlı sosial-iqtisadi inkişaf təmin edilmişdir. Azərbaycan Respublikasında bir çox sosial problemləri öz həllini tapmış, əhalinin sosial müdafiəsinin gücləndirliməsi və rifahının daha da yüksəldilməsi istiqamətində mütərəqqi addımlar atılmışdır. Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2012-ci il tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında da bu məsələ öz əksini tapmışdır. Konsepsiya ölkə həyatının bütün sahələrində inkişaf siyasətinin əsas strateji hədəflərini özündə ehtiva edir və onun həyata keçirilməsi məqsədli dövlət proqramları vasitəsilə gerçəkləşdirilir. Bu sənəddə strateji xətt olaraq ön plana çəkilən əsas məqamlardan biri də ölkə əhalisi üçün keyfiyyətli sosial xidmətlər hazırlamaq və bu xidmətlərin müxtəlif sosial qruplar, o cümlədən aztəminatlı ailələr üçün əlçatanlığını təmin etməkdir. Bununla bərabər, əhalinin etibarlı sosial müdafiəsinin təmin edilməsi məqsədilə görülən işlərin davam etdirilməsi və genişləndirilməsi də əsas hədəflərdən biri kimi müəyyən olunub.
Kazimej Deymek
Kazimej Deymek (pol. Kazimierz Dejmek; 17 may 1924[…], Kovel[d] – 31 dekabr 2002[…], Varşava) — Polşalı teatr rejissoru və aktyoru, dövlət və ictimai xadimi, Polşanın mədəniyyət və incəsənət naziri (1993–1996), Polşa Seyminin deputatı (1993–1997), Polşanın əməkdar mədəniyyət işçisi (1981). Polşa Dövlət Mükafatı laureatı (1953, 1955, 1984) == Həyatı == Mənşəcə çex olan Kazimej Deymek İkinci Dünya müharibəsi illərində müqavimət hərəkatında iştirak etmişdir. 1943-cü ildən Daxili Ordunun əsgəri olmuşdur. 1946-cı ildə əlavə olaraq dramatik aktyor kimi imtahan da vermişdi. 1947-ci ildə teatr səhnəsində debüt edir. 1949-cu ildə Lodzidəki Kino Məktəbinə daxil olur. Jeşuv, Yelena-Qura və Lodz teatrlarının səhnələrində də oynamışdır. 1949–1961-ci illərdə Lodzidəki Nova Teatrının təşkilatçısı və rejissoru olub. Burada o, Kaninin "Karqanın daşlama dəstəsi" (1949), Ostrovskinin "Tufan" (1952), Vladimir Mayakovskinin "Hamam" (1954), Vilyam Şekspirin "Yuli Sezar" (1960), Vilkovetskdən olan Mikolayın "Rəbbin şanlı dirilməsinin hekayəsi" əsərlərinə (1961) quruluş vermişdir.
Lantana mixta
Tikanlı lantana (lat. Lantana camara) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin minaçiçəyikimilər fəsiləsinin lantana cinsinə aid bitki növü. == Arealı == Vətəni Amеrikadır (trоpik və subtrоpikləri). == Botaniki təsviri == Hündürlüyü 1,5-3 m-ə çatan, 4 tilli zоğları оlan, üzəri хırda tikanlarla örtülü kоldur. Yarpaqları оval və ya yumurtavari, bоz-yaşıl rəngli, üzbəüz düzülüşlü, kənarları dişlidir. Bir kоl üzərində оlan sarı, çəhrayı, qırmızı, bənövşəyi, narıncı rəngli хırda çiçəklər çətirşəkilli çiçək qrupuna yığılmışdır. Maydan оktyabra qədər çiçəkləyir. Mеyvələri isə ardıcıl оlaraq avqustdan dеkabra qədər yеtişir. Tохumlarla və yarım оduncaqlaşmış qələmlə çохaldılır. == Ekologiyası == Bitki işıq və istisеvən, rütubətə tələbkardır.
Passiflora mixta
Passiflora mixta (lat. Passiflora mixta) — qonaqotukimilər fəsiləsinin qonaqotu cinsinə aid bitki növü.
Balabür qalası
Bəlləbur qalası və ya Balabür qalası — Lənkəran şəhərindən 9 km. cənub-qərbdə, Bəlləbur kəndi yaxınlığında yerləşən qala. Abidə VIII-IX əsrlərə aiddir. Qala təxminən 1 hektar ərazinin əhatə edir. Hündürlüyü 4–5 metr, eni 2 metrdir. 1869-cu ildə Səidəli Kazımbəyoğlu tərəfindən qələmə alınmış "Cavahirnameyi-Lənkəran" kitabında vaxtilə IX əsrdə Lənkəranın Bəlləbur qalasında yerləşdiyi ehtimal edilir. Qalanın ərazisində saxsı su boruları olan məişət binalarının qalıqları durur. == İstinadlar == == Ədəbiyyat == Aqşin Mistanlı. Cənub Bölgəsi Abidələri Ensiklopediyası., B.2018. nəşr)) Агшин Алиев.Бахрамнаме(I Часть) Səidəli Kazibekov.
Balçılı qalası
Balçılı qalası — Göygöl rayonu Balçılı (Göygöl) ərazisində yerləşir. XII əsrə aid olan möhtəşəm Balçılı qalası Gəncənin müdafiəsində olduqca mühüm rol oynayıb. Ancaq möhtəşəmliyinə və böyüklüyünə görə Gəncə ətrafında olan qalalar arasında Balçılı qalası ən əzəmətlisi hesab oluna bilər. Bundan əlavə, bu qalanın ətrafında-dağın ətəyində təxminən 50 hektar sahədə əlavə qala divarı çəkilib. Görünür ki, orada əsasən, əkinçi, sənətkar əhali məskunlaşıbmış. Onların ictimai binalarının qalıqları, istifadə etdikləri ocaq yerləri hazırda da qalmaqdadır.
Basqal qalası
Basqal qəsəbəsi 1932-1933-cü illərdə İsmayıllı rayonunun mərkəzi olub. Basqalın “Qalabaşı” məhəlləsi ərazisində qalınlığı bir neçə metrə çatan qala divarlarının üzləri bu günədək qalmaqdadır. Bunun XIV əsrdə tikildiyi güman edilir. “Basqal” toponimi təmiz türk sözüdür və “qala başı”, “qala qur”, “qala yarat”, “qala ucalt”, “baş qala” mənasını ifadə edir. Basqal Tarix – Mədəniyyət Qoruğuna XVI əsrə aid hamam və məscid kimi qədim abidələr aiddir. Basqal Bakı – Laqodexi şose yolunun 151 km-dən 4 km şimala olan məsafədə yerləşir. Qəsəbəyə avtomobillə getmək olar.
Bastiliya qalası
Bastiliya (fr. la Bastille, tarixi adı la Bastille Saint-Antoine) — Paris şəhərində yerləşən və orta əsrlərdə tikilən tarixi qala. Qala 1370-1382-ci illərdə tikilmişdir. Qala XV əsrdən həm də dövlət həbsxanası idi. XVI əsrin sonlarında Paris xalqı mütləqiyyətin əleyhdarlarının sayı xeyli artmağa başlamışdır. XVI əsrin sonlarında bu şəxslər saxlanılır və həmin qalada həbs olunurdu. 1789-cu ilin iyulun 14-də Paris üsyançıları mütləqiyyət rəmzi olan Bastiliyanı aldılar, bu da Böyük Fransa inqilabının başlanğıcı olmuşdur. Bastiliyanın alındığı gün Fransanın milli bayramı kimi qeyd edilir.
Bayat qalası
Bayat qalası — Qarabağ xanlığına inzibati mərkəz kimi tikilmiş qala. Qarabağın Kəbirli mahalında 1748-ci ildə inşa edilmiş qalanın memarı bəlli deyil. Pənahəli xan onun yerinin düzgün olmadıgını fikirləşərək xanlığın mərkəzini Şahbulaq qalasına dəyişir. Pənahəli xan Bayat qalasını qaynı Hacı Səhliyalı bəy Hacı Əli bəy oğlu Kəbirlinin məsləhəti ilə tikmişdir. Tarixçi Mirzə Camal bəy yazır: "Məşvərətdən sonra, indi Kəbirli mahalının içində olan Bayat qalasının binası qoyuldu. Qısa bir zamanda möhkəm hasar çəkilib ətrafında xəndək qazıldı. Bazar, hamam və məscid tikildi. Xan, bütün ailəsinin, qohumlarının və el böyüklərinin əhl-əyalını oraya topladı. Ətrafda olan camaat, hətta Pənah xanın tərəqqisini, yaxşı, məhəbbətamiz rəftarını eşidən Təbriz, Ərdəbil vilayətinin bir çox əhalisi və sənətkarları belə öz ailələri ilə gəlib Bayat qalasında yerləşdilər. Bayat qalası müsəlman tarixi ilə 1161, xristian tarixi ilə 1745-ci ildə tikilmişdir.
Böyrək
Böyrəklər — insan orqanizmində əsas assenizator və filtirdir; onlar sidiyə qanda və toxumalarda yığılan müxtəlif zərərli və artiq maddələri adsorbsiya edirlər. Tutqun rəngdə, paxla şəklində cüt vəzdir. Böyrəklər qarın boşluğunun arxa divarında bel nahiyyəsində yerləşir. Onların orta hesabla uzunluğu 10-12 sm, eni 6 sm və qalınlığı 3-4 sm-dir. Orta çəkisi 120 qramdır. Xarici səthi hamardır. Hər böyrəyin basıq tərəfindən bir ədəd nazik sidik axarı çıxır. Sağ böyrək sol böyrəkdən bir qədər aşağıda yerləşir. Buna səbəb qaraciyərin sağ böyrək üstündə yerləşməsidir. Böyrək iki qatdan əmələ gəlmişdir: Tünd rəngli xarici və nisbətən açıq rəngli daxili qatdan.
Dölcək
Dölcək (fars. دولجک خان‌محمدآباد‎) — İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 366 nəfər yaşayır (117 ailə).
Döymənc
Döymənc — Azərbaycan mətbəxinə xas olan məzədir. Əsasən Azərbaycanın şimal-qərb zonasında (Qəbələ, Şəki və s.) hazırlanır. == Tərkibi == Alça (bərk yaşıl və ya qırmızı) - 1 kq Sarımsaq - 2 diş Reyhan - 1/3 dəstə Keşniş - 1/3 dəstə Duz - zövqə görə == Hazırlanma qaydası == Alçaları yuyub kubik şəklində doğrayın (əsl döyməncdə əzilməlidir). Sarımsağı, reyhanı və keşnişi çox xırda şəkildə doğrayıb alçaya əlavə edin. Sonra üzərinə duz əlavə edin və hamısını biryerdə qarışdırın.
Dürmək
Dürmək — Azərbaycan milli mətbəxinə daxil olan qəlyanaltı növlərindən biri. Adətən səhər yeyilir. Tez və asan hazırlanması ilə seçilən yeməkdir. == Haqqında == Dürməyin iki forması məlumdur: bükmə dürmək və cibli dürmək. Bükmə dürməkdə yaxma ərzaq (pendir, göyərti, qızardılmış ət, yumurta və s.) yuxanın bir qırağına qoyulur, yuxanı alt tərəfdən bir az içliyin üzərinə büküb dürməkləyirlər. Alt tərəfi də qatlandığı üçün içlik tökülmür. Silindr şəklində bükülmüş, bürmələnmiş bu yemək çox ləzzətli olur. Çox vaxt quymaq, halva, eləcə də pendir, yağ, şor və s. ağartı məhsulları bu qayda ilə dürmək edilərək yeyilir. Azərbaycanın bir çox bölgələrində yas üçün bişirilən halvalar yuxaya bükülərək süfrəyə qoyulur.
Köynək
Köynək — bədənin yuxarı hissəsinə geyinilən qollu və ya yarım qollu, yaxalı paltar. Köynək yaxasının altından qalstukla geyilə bilər. == Tarixi == Köynək XX əsrə qədər yalnız kişilərin alt paltarında geyə biləcəyi geyim idi. Qadın geyimi kişilərlə yaxından əlaqəli olsa da, müasir köynəyə çevrilən kişi geyimi idi. Orta əsrlərdə adi geyimlərin altında geyinilən düz, boyanmamış paltar idi. Orta əsr sənət əsərlərində köynəklər yalnız çobanlar, məhkumlar və tövbə edənlər kimi təvazökar obrazlarda görünür. XVII əsrdə bu gün də geyilən köynəklərinin nümayişinə icazə verildi. XVIII əsrdə kişilər paltar əvəzinə uzun köynək geyinirdilər. XVIII əsr kostyum tarixçisi Cozef Strut yataq üçün köynək geyinməyən kişilərin ədəbsiz olduğuna inanırdı. Hələ 1879-cu ildə üstündə heç bir şey olmayan köynək qeyri- etik sayılırdı.
Düymə
Düymə (geyim)— geyim aksesuarı. Düymə (tumurcuq) — qönçə, puçur, tumurcuq. Düymə (ölçü vahidi) — ölçü vaidi.
Dəmək
Dəmək — Azərbaycanın əsasən Şimal rayonlarında ev quşlarının saxlanması üçün tikiliyə verilən ad. Kiçik və alçaq ev mənasında; daxma. Heyvanların torpaq altında qazıdıqları yuva. 1. Heyvanların torpaq altında qazıdıqları yuva. Tülkü dəməyi. Siçan dəməyi. – Günorta vaxtı siçan öz dəməyində olur, ona binaən ol zaman mallar yeri tapdalamaqdan dəməklərin deşikləri tutulduğuna siçanın nəfəsi darıxıb boğulub tələf olur. \"Əkinçi\". 2.
Maqda
Maqda — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. == Tarixi == "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Karbi nahiyəsində kənd adı kimi qеyd olunmuşdur == Toponimi == Toponim muq etnoniminin fars dilində işlənən forması olan maq etnonimindən və -da topoformantı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. 1949-cu ildə kənd ermənicə Lernarot adlandırılmışdır. 1590-cı ilə aid mənbədə Maqta. 1728-ci ilə aid mənbədə isə Makta kimidir Naxçıvanda Maxta kəndinin adı ilə mənşəcə eynidir. Naxçıvanda Maqqız (maq və türk dillərində giz "dayaz dərə" [143.II,2,1389], sözlərindən) Qazax r-nunda Maqi (dağ adı) toponimləri ilə səslənir. Ermənistan SSR AS RH-nin I. XII.1949-cu il fərmanı ilə adı dəyişdirilib Lernarot qoyulmuşdur.
Maxta
Maxta — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Maxta kənd inzibati-ərazi vahidi Şərur rayonunun tərkibinə verilmişdir. == Etimologiyası == Naxçıvan MR Şərur rayonunda kənd kimi mövcud olan Maxta adı qrammatik formasına görə Maxta/maq-tağ/q/ şəklində olmaqla iki hissədən ibarətdir. Sözün ilk hissəsi olan max-maq formasının danışıq şəkli (şifahi nitq) hesab edilməlidir. "Tağ/taq/" isə tağ, qol, hissə mənası verir. Avesta abidəsi ilə əlaqədar dini ayinləri icra edən şəxslərə "maq" deyilirmiş. Bu söz sonralar öz mənalarını genişləndirərək kahinlik, kahin kasta (Midiyada və İranda), həmçinin Məzdəkiliyin ardıcıllığı və s. kimi mənalar daşımışdır. Maq sayılan şəxs cadugər (əslində bu türkəçarə, müalicə, dini müalicə məqsədilə işlər görən mənası kimi nəzərdə tutulmalıdır), sehrbaz, astroloq və b. mənalar vermişdir.
Mazda
Mazda — Mazda Motor Corporation və ya original adıyla Matsuda Kabushiki-kaisha, Hiroşima, Yaponiyanin avtomobil markası. == Tarixi == Mazdanın əsası Dzyudziro Matsuda (Jujiro Matsuda) tərəfindən 1920-ci ildə qoyulub. Şirkət yaradılarkən mantar (probka) ağacından inşaat materiallarının hazırlanması sahəsində fəaliyyət göstərirdi. 1920-ci illərdə motosikletlərin kiçik sınaq partiyasını buraxan şirkət 1929-cu ildə dəzgah istehsalına keçdi. Hətta 1930-cu ildə şirkətin istehsal etdiyi motosikletlər yarışlarda qələbə qazanmışdı. 1931-ci ildə şirkət sırf yapon üslubunda avtomobillərin istehsalına başladı. Bunlar 500 kubsantimetr həcmli mühərrikləri olan üçtəkərli yük avtomobilləri idi. Bu avtomobillər üçün ticarət markası kimi "Mazda" sözü seçildi. Bu, Zərdüşt dinində baş allahın – işıq allahının adı idi. Həm də bu ad şirkətin yaradıcısı Matsudanın adına bənzəyirdi.
Mulda
Mulda — eni və uzunluğu bərabər olan tektonik mənşəli çökəklik. Mulda sinklinal formalı izometrik və ya oval, az meyilli tektonik çökəklərin və ya onların hissələrinin ümumi adıdır. Mənşəyindən asılı olaraq mulda termininə uyğun izahedici sözlər əlavə olunur. Məsələn: sinklinal mulda; sinklinalın dibi dedikdə, izometrik və ya oval, daha cavan çöküntülərdən təşkil olunmuş sinklinalın mərkəzi hissəsi başa düşü­lür; çökmə mulda - müxtəlif səbəblərə görə Yer qabığının yuxarı hissələrində süxurların sıxlaşması nəticəsində (kəskin pozulmalar olmadan) səthdə əmələ gələn çökək; törəmə mulda - yer qabığında qeyri-düzgün, lakin adətən oval formalı dayaz çökək və b. Mulda dolduran çöküntülər adətən zəif dislokasiyaya uğrayır və əksər hallarda bucaq uyğunsuzluğu ilə daha qədim qatlar üzərində transqressiv yatırlar. Mulda nisbətən sakit tektonik rejim şəraitində əmələ gəlir. Məsələn: geosinklinal inkişafın sonuncu və geosinklinaldan sonrakı mərhələlərdə. Çad və Eyr göllərinin çuxurları muldadır. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Galanz
Guangdong Galanz Enterprises Co., Ltd. (Çincə: 格兰仕; pinyin: Gélánshì) baş ofisi Foşan, Guangdong şəhərində yerləşən və 28 sentyabr 1978-ci ildə əsası qoyulmuş elektron məişət texnikası istehsalçısıdır. 2019-cu ilin yanvar ayına olan statistik məlumatlara əsasən, Galanz dünyada istehsal olunan mikrodalğalı sobaların təxminən yarısını istehsal edir. Bu illər ərzində Galanz məhsul xəttini kondisionerlər, paltaryuyan maşınlar, toster sobaları, soyuducular və digər məişət texnikaları ilə genişləndirmişdir. Şirkətin hal-hazırda Foşan şəhərinin Shunde rayonunda və Zhongshan şəhərində istehsal bazaları mövcuddur və şirkətin baş ofisində 13 törəmə müəssisə, Çin üzrə 52 satış ofisi və Honq-Konq, Yaponiya, Koreya, Avropa və Şimali Amerikadakı filialları əhatə edən 50.000-dən çox işçisi mövcuddur. == Tarixi == 1978-ci ildə Liang Qingde tərəfindən qurulan Galanz əvvəlcə ördək tüklərinin ticarəti ilə məşğul olan bir şirkət olmuşdur. 1992-ci ildə Galanz məişət texnikası sənayesinə daxil olmuş və mikrodalğalı sobaların Çinin gündəlik həyatına daxil olmasına imkan yaratmışdır. 1993-cü ildə Galanz şirkəti sınaq üçün 10.000 ədəd mikrodalğalı soba istehsal etmişdir. 1995-ci ildə Galanz 25,1%-lik bazar payı ilə Çinin mikrodalğalı soba bazarında birinci yeri tutmuşdur. 1998-ci ildə Galanz 40%-lik qlobal bazar payı ilə dünyanın ən böyük mikrodalğalı soba istehsalçısı olmuşdur.
Murda
Önder Doğan (30 yanvar 1984; Amsterdam, Hollandiya) – türk əsilli hollandiyalı reper və bəstəkardır. == Karyerası == O, Hollandiyanın Amsterdam şəhərində anadan olub. O, bir müddət İspaniya'nın Madrid şəhərində yaşayıb. Daha sonra Hollandiyaya qayıtdı və musiqi ilə maraqlandı və 2008-ci ildə ilk EP-ni buraxdı. Murda; Bizzey, Kraantje Pappie və Ronnie Flex də daxil olmaqla bir çox məşhur adlar və Hollandiyalı hip-hop sənətçiləri ilə işləmişdir. Ezhel ilə YouTube vasitəsilə tanış olduq və Doğan bundan sonra karyerasını Türkiyədə davam etdirmək qərarına gəldi. Onun "Aya" mahnısı YouTube video paylaşım saytında 140 milyon dəfə izlənilib. Daha sonra Ezhel və Murda yanvarda "Come in My Next Life" adlı daha bir mahnını, daha sonra isə "Made In Turkey" adlı başqa mahnını buraxdılar.
Tında
Tında (rus. Тында) — Rusiya Federasiyasında yerləşən şəhər, Amur vilayətinə daxildir.
Çıxma
Çıxma — 4 sadə hesab əməlindən biri. Cəmin tərsidir. Çıxmanın komponentləri azalan, çıxılan və fərqdir Azalan çıxmanın ilk kompanentidir. Çıxılan çıxmanın ikinci komanentidir. Fərq, çıxmanın üçüncü komponentidir. Ədəddən ədədi çıxdıqda alınan ədəd fərq adlanır. Çıxmanın formulu: z = x − y {\displaystyle z=x-y} == Mənbə == Aufmann, R. N., Barker, V. C., Lockwood, J. Basic College Mathematics: An Applied Approach, Houghton Mifflin Company, 2006.
Böyrək daşları
Böyrək daşları - böyrəkdə və böyrək ətrafı nahiyələrdə şiddətli ağrılara səbəb olur. == Əlamətləri == Böyrəkdə daşın əlamətləri əsasən sidikdə yanma, qanama, ürək bulanması və qusma kimi hallardır. Günümüzdə bir çox insanın əziyyət çəkdiyi bu xəstəliyə yediyimiz qidaların səbəb olduğunu bilirdinizmi ?Böyrəkdə əmələ gələn daşın növünə görə onun hansı qida məhsulundan yarandığını bilmək mümkündür. Daşların yaranmasına əsasən aşağıdakı qida məhsulları səbəb ola bilər: Həddən artıq proteinli qida məhsulları Duzlu qidalar Şokolad Bəzi göyərtilər Həddən artıq çay və kofe Digər bir səbəb kimi isə gün ərzində az su içməkdir. Normal bir insan gün ərzində 10-12 stəkan su içməlidir.
Böyrək kababı
Böyrək kababı — Azərbaycan mətbəxində qoyun böyrəyindən hazırlanan kabab növü. == Tərkibi == Böyrək kababının hazırlanmasında qoyun böyrəyindən, kərə yağından, baş soğandan, cəfəridən, sumaqdan, istiotdan və duzdan istifadə olunur. == Hazırlanması == Böyrək kababını hazırlamaq üçün qoyun böyrəklərinin pərdəsi soyulub soyuq suda yuyulur, sonra isə eninə tərəf hərəsi iki hissəyə bölünür, duzlanıb şişə taxılır və üstünə yağ sürtülərək manqalda kömür üzərində qızardılır. Buna qızardan vaxtda da arabir yağ sürtülür. Böyrək kababı süfrəyə veriləndə yanına halqavari doğranmış baş soğan qoyulub üstünə doğranmış göyərti səpilir və ayrıca da sumax və döyülmüş istiot verilir. Yay vaxtı böyrək kababının yanına şişdə qızardılmış pomidor qoyulur.
Böyrək sisti
Böyrək sistlərinə tez-tez rast gəlinir. Morfoloji cəhətdən onlar müxtəlif olur. Böyrək sistlərinin əksəriyyəti anadangəlmə xarakter daşıyır. Bunlara misal olaraq seroz solitar sistlər, böyrək polisistozları, böy- rək exinokokku və s. göstərmək olar.Böyrəklərin sistoz xəstəlikləri zamanı USM-də böyrəklərin ölçüsünün böyüməsi və konturlarının nahamar olması aşkar olunur. Sist dəqiq və aydın kontura malik dairəvi və oval formada, homogen daxili struktura malik törəmə kimi görünür. Bəzən paraservikal sistlərə rast gəlinır. Sistin arxa divarı ön divara nisbətən daha aydın görünür ki, bu da onu sərt toxumadan fərqləndirən vacib əlamətdir. Böyrək sistlərini KT-nın köməkliyi ilə də aşkara çıxarmaq olar (0,3 sm və daha böyük ölçüdə). Sistin əsas xarakter əlaməti onun aşağı sıxlığa malik olması (9,2 vahid), kontrast maddələrə qarşı reaksiyanm baş verməməsi, dəqiq və hamar konturlara malik olmasıdır.
Böyrək sistləri
Böyrək sistlərinə tez-tez rast gəlinir. Morfoloji cəhətdən onlar müxtəlif olur. Böyrək sistlərinin əksəriyyəti anadangəlmə xarakter daşıyır. Bunlara misal olaraq seroz solitar sistlər, böyrək polisistozları, böy- rək exinokokku və s. göstərmək olar.Böyrəklərin sistoz xəstəlikləri zamanı USM-də böyrəklərin ölçüsünün böyüməsi və konturlarının nahamar olması aşkar olunur. Sist dəqiq və aydın kontura malik dairəvi və oval formada, homogen daxili struktura malik törəmə kimi görünür. Bəzən paraservikal sistlərə rast gəlinır. Sistin arxa divarı ön divara nisbətən daha aydın görünür ki, bu da onu sərt toxumadan fərqləndirən vacib əlamətdir. Böyrək sistlərini KT-nın köməkliyi ilə də aşkara çıxarmaq olar (0,3 sm və daha böyük ölçüdə). Sistin əsas xarakter əlaməti onun aşağı sıxlığa malik olması (9,2 vahid), kontrast maddələrə qarşı reaksiyanm baş verməməsi, dəqiq və hamar konturlara malik olmasıdır.
Böyrək çayı
Erkəkcikli böyrəkotu (lat. Orthosiphon stamineus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin böyrəkotu cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Erkəkcikli böyrəkotu böyük olmayan həmişəyaşıl kol bitkisidir. Gövdəsi dördtilli, budaqlanan, tünd-bənövşəyi olub, hündürlüyü 30-40 sm-dir. Yarpaqları qarşı-qarşıya, uzunsov-yumurtavari və ya rombvari, pazabənzər əsası və itiuclu zirvəsi vardır. Çiçəkləri monosimmetrik, qarşı-qarşıya düzülmüş çiçək köbəsi zirvədə kəsik-kəsik salxımşəkilli hamaşçiçəklərlə əvəz olunur. Kasacığı zəngşəkilli və ikidodaqlıdır. Çiçək tacı ikidodaqlı, əsası boruşəkilli olub, tutqun-bənövşəyidir. Erkəkciyi 4 ədəd olmaqla, boruşəkilli çiçək tacı vardır. Bütöv və ya sınmış yarpaqları qısasaplaqlı, rombabənzər-ellipsvari və ya uzunsov-yumurtavari, zirvəsi itiuclu və pazabənzər-itiuclu əsasa malik, qismən eşilmiş formalıdır.
Göyçək Fatimə
Həmid Dönməz
Həmid Dönməz (1899—1996) — Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü. == Həyatı == Həmid Dönməz Gəncədə anadan olmuşdur. Bakıda Pedaqoji İnstitutda təhsil almışdır. 1926-cı ıldə 50-yə yaxuı dostu və Türkiyədən gəlmiş müəllimləri ilə bir- Iikdə həbs edilib. 8 aydan sonra azadhğa buraxılan Hemid Dönməz İrandan Tür- kiyəyə keçə bilib, çox illər İqdirdə yaşayıb, şerlərini Türkiyə mətbuatmda dərc et- dirib. Həmid Dönməzə başqa vətən həsrətli nəsildaşlarmm bəxtinə düşməyən səadət nəsib oldu: o, 1991-ci ildə ixtiyar yaşmda Azərbaycana gələ bildi, Bakıda mühacir Azərbaycan ədəbiyyatma həsr olunmuş simpoziumda iştirak etdi. Elə həmin vaxt Həmid Dönməz Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü seçildi.
Dolmen
Dolmen(bret. taol maen — daş masa) — meqalit kateqoriyalı qədim dəfn və kult tikilisi. == Ümumi məlumat == Dolmenlər daşların şaquli vəiyyədə yerə basdırılması nəticəsində yaranmış.hər tərəfi bağlı düzbucaq qəbirlərdir. Onların üstü sal daşla örtülür.Dolmenləin qurulmasında 10 ton ağırlığı olan nəhəng daşlardan istifadə edilmişdir.Bu qəbirlər tək,ikimərtəbəli və koridorla birləşən qəbirlər sırası şəklində olur.Belə abidələrə Avopa, İran, Hindistan,Yaponiya, Koreya, Krım, Qara dəniz sahilləri və Azərbaycanda rast gəlmək olur. == Azərbaycanda dolmenlər == Fransız alim Jak de Morqan Lənkəran rayonunun Körükdi kəndi yaxınlığında ikimərtəbəli dolmenlər aşkarlamış və ilk dəfə onların tarixi və dini mahiyyəti barədə məlumat vermişdir. Xocalıda da dolmenlər üzə çıxarılmışdır. Dolmenlərin yaradılması üçün əsas olmuş axirət dünyası ideyası və ruhun ölməzliyinə inam ənənəvi olaraq zamanəmizə qədər gəlib çıxmışdır. Buna misal olaraq Şamaxıdakı “Dədəgünəş” pirini ziyarət edənlərin balaca daşlardan evlər tikməsini göstərmək olar. Guya bu evlər xəstələrin öləndən sonra axirət dünyasında yaşamasına xidmət edəcəkmiş.
Doyduk
Doyduk — Nevşəhər ilinin Kozaklı ilçəsində kənd. == Tarixi == Kənd 1907-ci ildən Doyduk adlanır. Nevşəhərdən 91 km, Kozaklıdan 10 km aralıda yerləşir.
Voytek
Voytek (1942, bilinmir və ya Həmədan – 2 dekabr 1963 və ya dekabr 1963, Edinburq) — İranda tapılan və Polşanın Anders Ordusunun (İkinci Korpus) əsgərləri tərəfindən bəslənilən qonur ayı idi. Rəvayətə görə, İtaliyadakı Monte Kassino döyüşündə o, polşalı topçulara döyüş sursatı qutularını boşaltmağa kömək edib və hətta döyüş zamanı mərmi daşıyıb, bununla da Polşa və Britaniya hərbçiləri arasında məşhurlaşıb. == Adı == (pol. "Wojtek") adı "Wojciech" adının kiçik bir formasıdır. Adı iki sözdən gəlir: "woj" (kök "wojownik", döyüşçü və "wojna", müharibə) və "ciech" (zövq). Adın iki mənası var: "müharibədən həzz alan" və ya "gülərüz döyüşçü". == Tarixi == 1942-ci ildə Yeni doğulmuş Voytek iranlı bir oğlan tərəfindən, tapılıb. Həmədanla Kəngəvar arasındakı dağ yolunda oğlan SSRİ-dən İrana gəlmiş Polşa əsgərlərinin yük maşını ilə qarşılaşıb, Polşa əsgərləri dayanıb ona yemək təklif etdiblər. Oğlan yemək yeyərkən ayı balası başını çantadan çıxarıb və buna təəccüblənən polşalı əsgərlərinin diqqətinə səbəb olub. Onlar uşağa bir neçə qutu yemək, şokolad, İsveçrə cib bıçağı və bir qədər pul verərək ayını almağı təklif ediblər.
Domen
Domen — veb saytınızın internetdəki adı və ünvanıdır. Bu ünvan olmadan internet istifadəçiləri veb saytınıza girə bilməzlər. 1985-ci ildə ilk funksional domenlər yaradılmışdır. Funksional domenlər İnternet resursunun fəaliyyətindən asılı olaraq müəyyən edilir. 15 mart 1985-ci ildə dünyada qeydiyyatdan keçmiş ilk domen – “Symbolics.com” İnternetdə istifadəyə verilmişdir. Bu domen kompüter sənayesinin pioneri, “Open Genera Lisp” və “Macsyma” kompüterlərinin istehsalçısı olan “Symbolics” şirkətinə məxsus idi. Domen ip ünvanı adlanan kompüterlərin birbirini tanıması üçün istifadə olunan nömrələmə sisteminin bəsitləşidirilmiş və kəlimələr ilə ifadə edilən formasıdır. Məsələn az.wikipedia.org yazdığınızda internet öncə bunu ip ünvanına çevirir sonra isə sizi bu ip ünvanına yönləndirir. Veb saytınızı ziyarət etmək istəyənlərin ip ünvanınızı bilmələri çətin olacağı üçün domen alaraq saytınzı daha asan yadda qalan bir hala gətirməlisiniz. 91.198.174.192 ip ünvanı az.wikipedia.org saytına aiddir.
Linda
Linda — ad. Linda Torres — ABŞ aktyor. Linda Co Rizzo — İtalyan əsilli ABŞ ifaçısı, prodüseri, bəstəkarı və aktrisasıdır. Linda Lavleys — əsasən Linda Lovelace kimi tanınan amerikalı pornoqrafik film aktrisası Linda De Rocco — İtaliyanı təmsil edən buzüstü hokkeyçi. Linda Hamilton — ABŞ-lı aktrisa. Digər Linda (Suxumi) — Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Kvemo Linda — Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd.
Midas
Midas — E.ə. 738-696-cı illərdə Frigiya çarı. Yunan əfsanəsinə görə, Midasa, Dionisi tərəfindən toxunduğu hər şeyi qızıla çevirmək qabiliyyəti bəxş edilmişdi. Qədim mifə görə, kobud və özündənrazı Midas Apollon və Pan arasında musiqi yarışmasında qələbəni sonuncuya vermişdi (buradan da "midas məhkəməsi" - "nadan (cahil) məhkəməsi" ifadəsi yaranmışdır); bu əməlinə görə Apollon Midası eşşək qulaqlı etmişdi(buradan isə "Midasın qulaqları" ifadəsi yaranmışdır). == İstinadlar == БСЭ.səh.799.
Milad
Milad bayramı (ivr. ‏חג המולד‏‎, yun. Χριστούγεννα, ing. Christmas, rus. Рождество Христово) — hər il İsanın doğulmasının qeyd edilməsi üçün, əsasən 25 dekabrda keçirilən, geniş mədəni ənənələri olan və bütün dünyada həm də qeyri-xristian olan milyonlarla insan tərəfindən qeyd edilən bayram. Xristian təqviminin mərkəzində dayanan bu bayram advent və ya milad orucu ilə başlayır və Milad mövsümünü başladır ki, bu da Qərbdə on iki gün davam etməklə On ikinci gecə ayinləri ilə tamamlanır. Müasir dövrdə Milad bir çox ölkələrdə ümummilli bayram səviyyəsində qeyd olunur, həmçinin, bir çox qeyri-xristian xalqlar da bu bayramı qeyd edirlər. Baxmayaraq ki, müasir tarixçilər İsanın doğulması hadisəsinin e.ə. 7 və ya 2-ci illər arasında baş verdiyini deyirlər, bu hadisənin ay və gün tarixi dəqiq bilinmir. Onun doğulması haqqında dörd Kanonik İncildən yalnız ikisində məlumat verilir.