Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nərgiz
Nərgiz bu mənaları ifadə edə bilər: Nərgiz yaxud nərgizgülü — çiçək. Nərgiz (ad) Nərgiz (mifologiya) — yunan mifologiyasında çay tanrısı Kefisin oğlu. Nərgiz (opera) — Azərbaycan bəstəkarı Müslüm Maqomayevin operası. Nərgiz (kafe) — Azərbaycanın Bakı şəhərində fəaliyyət göstərmiş kafe-restoran. NTV (Türkiyə) — Nərgiz TV, Türkiyə nin ilk xəbər kanalı. Nərgizlər vadisi — Ukraynanın Zakarpatya vilayətində yerləşən Karpat biosfer qoruğunun xüsusi qorunan massivi.
Nərgiz (ad)
Nərgiz — qadın adı. Nərgiz Datt (1929–1981) — Hindistan aktrisası. Nərgiz Mütəllimova — azərbaycan müğənni, aktrisa. Nərgiz Cəlilova — televiziya aparıcısı, prodüser. Nərgiz Paşayeva — filologiya elmləri doktoru, professor, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Mehriban Əliyevanın bacısı. Nərgiz Əliyeva — tarixçi. Nərgiz Mustafayeva — film tərcüməçisi, film çəkilməsinə kömək edən. Nərgiz Kərimi — musiqi tərtibatçısı. Nərgiz Cəfərli — aktrisa. Nərgiz Əbdülrəhmanzadə — aktrisa.
Nərgiz (dəqiqləşdirmə)
Nərgiz bu mənaları ifadə edə bilər: Nərgiz yaxud nərgizgülü — çiçək. Nərgiz (ad) Nərgiz (mifologiya) — yunan mifologiyasında çay tanrısı Kefisin oğlu. Nərgiz (opera) — Azərbaycan bəstəkarı Müslüm Maqomayevin operası. Nərgiz (kafe) — Azərbaycanın Bakı şəhərində fəaliyyət göstərmiş kafe-restoran. NTV (Türkiyə) — Nərgiz TV, Türkiyə nin ilk xəbər kanalı. Nərgizlər vadisi — Ukraynanın Zakarpatya vilayətində yerləşən Karpat biosfer qoruğunun xüsusi qorunan massivi.
Nərgiz (kafe)
"Nərgiz" kafesi — Azərbaycanın Bakı şəhərində fəaliyyət göstərmiş kafe-restoran. Kafe Azərbaycan SSR-də dəb ikonası olan Nərgiz Xəlilovanın şərəfinə adlandırılmışdı. == Tarixi == "Nərgiz" kafesi 1961-ci ildə Bakı Şəhər İcraiyyə Komitəsinin sədri Əliş Ləmbəranskinin təşəbbüsü ilə inşa edilmişdir. Kafe Azərbaycan SSR-də dəb ikonası olan Nərgiz Xəlilovanın şərəfinə adlandırılmışdı. SSRİ dövründə kafə-restoranda yoxlanışdan yoxlanışa bəzi, çətin tapılan yeməklərin qiyməti ikiqat baha olurdu. Misal üçün, menüdə nərə və qara kürü olsa da, amma qeyd olunan qiymətə şəhərdə onları tapmaq mümkün deyildi. == Populyar mədəniyyətdə == Kafedə 1961-cı ildə çəkilən "Amfibiya adam" filminin bir epizodu çəkilib. Epizodda Latın Amerikalı xanım "Ey moryak, tı slişkom dolqo plaval" (azərb. Ey dənizçi, sən çox uzun müddət üzmüsən‎) caz mahnısını ifa edir.
Nərgiz (mifologiya)
Nərgiz, Narçis (yun. Νάρκισσος mənası "qürurlu", "özündənrazı") yunan mifologiyasında çay tanrısı Kefisin oğlu. == Exo və Nərgiz == Rəvayətə görə Nərgiz çox yaraşıqlı gənc olduğundan bütün qızlar xüsusən nimfalar onu görcək ona vurularmışlar. Tiresiy ona öz əksini görməzsə çox yaşayacağını vəd etmişdir. Bu haldan çox lovğalanan Nərgiz heç kimi bəyənib sevməzmiş. Ancaq sevilməsindən lovğalıqla xoşhallanarmış. İlk dəfə çox gözəl qız olan nimfa Exo onaltı yaşlı Nərgizi ov edərkən görmüş və ona aşiq olmuşdur. Exo danışa bilmədiyindən eşqini ona aça bilməmişdir. Dialoq: (Məzmununun tərcüməsi) Nərgiz:-Burda kimsə var? Exo:-Var.
Nərgiz (opera)
Nərgiz — Bəstəkar Müslüm Maqomayevin Hüseyn Cavidin "Çobanlar" radiopyesinin süjeti əsasında yazdığı opera. == Tarixçə == Bəstəkar əsəri 1935-ci ildə yazsa da, ağır xəstəliyə görə operanın üzərində işləri başa çatdıra bilmədi. 1937-ci ildə müəllif vəfat etdi və əsər üzərində işlər tanınmış sovet bəstəkarı R. M. Qliyerə tapşırılır. Libretto müəllifi Məmməd Səid Ordubadidir. Bu, Azərbaycan musiqisində Avropa stilində yazılmış ilk opera idi. "Nərgiz" operasının premyerası 1935-ci ilin dekabrın 24-də oldu. Quruluşçu rejissor A. Tuqanov, dirijor bəstəkarın özü idi. Əsas rolların ifaçıları: A. Terequlova (Nərgiz), H. Hacıbabayev (Əliyar), Y. Rzayev (Cəfər), M. Bağırov (Ağalar bəy), B. Mustafayev (Həsən kişi), H. Hüseynov (Bədəl), Ə. Zülalov (Molla Mütəllim). == Məzmun == Əsərdə insanların əməyə, zəhmətə münasibəti və ülvi-saf məhəbbət hissi tərənnüm olunur. == Qaynaq == L. Şirinova — Azərbaycanın görkəmli şəxsiyyətləri.
Nərgiz Abdullayeva
Abdullayeva Nərgiz Cavad qızı — AMİU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, memarlıq doktoru (2012), professor. == Həyatı == Nərgiz Abdullayeva 1977-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib. 1978–1982-ci illərdə Bakı Dövlət Layihə İnstitutunda memar vəzifəsində çalışıb. 1982-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetində işə başlayıb. 1986–88-ci illərdə həmin institutun aspiranturasının əyani şöbəsində oxuyub. 1989-cu ildən Memarlıq-kompozisiyası kafedrasında assistent, baş müəllim, dosent vəzifəsində işləyib. 1990-cı ildə "XIX əsrin axırı XX əsrin əvvələrində Bakı neft rayonunun sənaye-memarlığının tarixi" mövzusunda namizədlik dissertasiyası müdafiə edib və memarlıq namizədi elmi dərəcəsi alıb. 1992-ci ildən Azərbaycan Memarlar İttifaqının üzvüdür. 2001-ci ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsinin Dizayn kafedrasının müdiri vəzifəsində çalışır. 2005-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektoru vəzifəsinə təyin edilib.
Nərgiz Axundova
Axundova Nərgiz Çingiz qızı (1959, Bakı) — AMEA-nın həqiqi üzvü (2017), AMEA İctimai Elmlər Bölməsinin akademik-katibi , tarix üzrə elmlər doktoru, professor. == Həyatı == Axundova Nərgiz Çingiz qızı 1959-cu ildə Bakı şəhərində anadan olmuşdur. O, 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) şərqşünaslıq fakültəsinin «ərəb dili» şöbəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1981-1983-cü illərdə Azərbaycan Dövlət Universitetinin ixtisasartırma fakültəsində ərəb dili müəllimi, 1983-1986-cı illərdə tarix fakültəsində əyani aspirant, 1986-2012-ci illərdə BDU-nun «Asiya və Afrika ölkələri tarixi» kafedrasında baş laborant, müəllim, dosent, professor vəzifəsində çalışıb. 2012-ci ilin oktyabr ayından AMEA A.M.Bakıxanov adına Tarix İnstitutunun «Azərbaycanın orta əsrlər tarixi» şöbəsində aparıcı elmi işçi vəzifəsində işləyir. N.Ç.Axundova Tarix institutunda işlədiyi müddətdə həm elmi-tədqiqat, həm də pedaqoji fəaliyyətində özünü yüksək ixtisaslı və bacarıqlı bir mütəxəssis kimi göstərmişdir. Üç doktorant, iki dissertantın elmi rəhbəridir. İxtisaslaşmış Elmi Şuranın üzvüdür. 1987-ci ildə «Suriya Ərəb Respublikasının ictimai-siyasi həyatında islamın rolu (1963-1981-ci illər)» adlı tarix üzrə fəlsəfə doktoru dissertasiyasını (SSRİ Nazirlər Kabineti yanında AAK-ın 23 mart 1988-ci il tarixli qərarı ilə, diplom ИT № 012482) və 2007-ci ildə «Abbasilər Xilafətinin hərbi-siyasi strukturunda türklərin rolu» adlı tarix üzrə doktoru dissertasiyasını (AAK-ın 25 yanvar 2008-ci il tarixli iclas protokolu №03-R, diplom ED № 01006) müdafiə etmişdir. N.Ç.Axundova 3 monoqrafiyanın, 3 dərsliyin, 2 dərs vəsaitinin, 11 tədris proqramının, 79 məqalənin müəllifidir, respublika və beynəlxalq elmi konfransların iştirakçısıdır.
Nərgiz Bağırzadə
Nərgiz Eldar qızı Bağırzadə (17 dekabr 1979, Bakı, Azərbaycan SSR) — azərbaycanlı ssenarist. == Həyatı == Nərgiz Bağırzadə 17 dekabr 1979-cu ildə Bakıda anadan olub. Qərb Universitetində (1996-2000) təhsil alıb. 2004-cü ildə ÜDKİ-in ssenari fakültəsinə daxil olub (Rüstəm İbrahimbəyovun emalatxanası). 2007-ci ildən Rüstəm İbrahimbəyovun Kino Məktəbinin kinorejissorluq fakültəsinin tələbəsidir. 2004-cü ildən Azərbaycan Beynəlxalq Bankında çalışıb. 2004-cü ildən yazıları "Литературный Азербайджан" jurnalında dərc olunmağa başlanıb. 2006-cı ildə "Bazar ertəsi artıq külək əsməyəcək" (А в понедельник ветра уже не будет) tammetrajlı film ssenarisi VGİK-in festivalında iştirak edib. 2007-ci ildə "Lotereya bileti" (Лотерейный билет) hekayəsi "Мир литературы" jurnalında dərc olunub. "Buludlarda" (В облаках, 2007) qısametrajlı bədii filmin ssenari müəllifi, "Həmişəki kimi" (Как всегда, 2008) qısametrajlı bədii filmin rejissoru və ssenari müəllifidir.
Nərgiz Cabbarlı
Nərgiz Cabbarlı (4 may 1975, Sumqayıt) — tənqidçi, publisist, tərcüməçi, filologiya üzrə fəlsəfə doktoru (2015), dosent (2017), Qızıl kəlmə mükafatı laureatı (2015), Prezident təqaüdçüsü == Həyatı == Nərgiz Mərdan qızı Cabbarlı 4 may 1975-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin axşam şöbəsini bitirmişdir (1998). 2006-cı ildən AMEA Ədəbiyyat İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayıb. 2015-ci ildə “Çağdaş Azərbaycan şeirinin inkişaf meyilləri (1993-2005-ci illər)” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. "Azərbaycan romanının təkamül prosesi" adlı doktorluq mövzusu üzərində tədqiqat aparır. Hal-hazırda "Şərq-Qərb" nəşriyyatının baş redaktorudur. “Qurtuluşdan sonra. “Yeni nəsil ədəbiyyatı” kitabına görə Mədəniyyət və Turizm Nazirliyinin verdiyi Qızıl kəlmə – 2015 mükafatına layiq görülmüşdür. Prezident təqaüdçüsüdür. Azərbaycan Yaradıcılıq Fondu tərəfindən 2024-cü ilin "Ədəbiyyat adamı" adına layiq görülüb.
Nərgiz Cəlilova
Nərgiz Cəlilova — televiziya aparıcısı, prodüser. == Həyatı == Nərgiz Cəlilova 1960-cı il iyun ayının 10-da Bakı[mənbə göstərin] şəhərində doğulub. 1981-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. 1983-cü ildə Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 15 ilə qədər AZTV-də çalışıb. Sonra isə ABA, Space və Lider kanallarında işləyib. 6 dekabr 2009-cu ildən Xəzər TV kanalında Cəlilova "Pəncərə" adlı verliş aparırdı. Veriliş hər bazar günü saat 23:30 başlayırdı. Bu verliş layihəsi 2010-cu ildə bitirildi. 2015-ci ilin Aprel ayından başlıyaraq, Cəlilova AZTV-də "Sevələnlər" adlı verlişi aparır.
Nərgiz Kərimova
== Haqqında == Kərimova Nərgiz Faiq qızı 13 avqust 1970-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1977-88-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində fortepiano sinfində oxumuşdur. 1988-1992-ci illərdə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının vokal sinfini qırmızı diplomla bitirmişdir. == Yaradıcılığı == 1988-ci ildə Bəstəkarlar İttifaqının keçirdiyi Musiqi Festifalında böyük uğur qazanmış, laureat adına layiq olmuşdur. 1989-cu ildə Bakıda keçirilən «Qızıl payız - 89» Respublika müsaqibəsinin laureatı olmuşdur. 1990-cu ildə Moskva şəhərində keçirilən «Yeni adlar» III Ümumittifaq müsabiqəsinin laureatı olmuşdur. 1991-ci ildə Almata şəhərində keçirilən M.Qlinki adına XIV Beynəlxalq Vokalçılar müsabiqəsində ikinci turda uğurlu çıxışına görə Fəxri fərmanla təltif olunmuşdur. 1994-cü ildənAzərbaycanDövlət Teleradio Şirkətinin solistidir. Moskva, Sankt-Peterburq, London şəhərlərində konsertlərdə uğurla iştirak etmişdir. Dövlət tədbirlərində, Bakının konsert zallarında, Respublika sarayında, Moskvanın «Rossiya» və «Sütunlu» zallarında klassik və müasir əsərləri simfonik və kamera orkesterlərinin müşayəti ilə ifa etmişdir.
Nərgiz Məmmədova
Nərgiz Vahab qızı Məmmədova (7 dekabr 1988, Bakı) — azərbaycanlı televiziya aparıcısı və sənətçi. == Həyatı == Nərgiz Məmmədova 1988-ci il 7 dekabr Bakı şəhərində ailənin ilk övladı olaraq anadan olub . Həbib bəy Mahmudbəyov adına Texniki Humanitar Elmlər liseyinin məzunu olub, Azərbaycan Beynəlxalq Universitetinin jurnalistika fakültəsinə qəbul olub və bitirib. 2007-ci ildən aparıcı kimi "Azad Azərbaycan TV" kanalında fəaliyyətə başlayıb. "Performans", "ATV maqazin", "Avto star" və s. bir çox verilişlərin aparıcısı olub. Eyni zamanda, 2014-cü ildən etibarən "Qız atası" serialında da rol alıb.
Nərgiz Paşayeva
Nərgiz Arif qızı Paşayeva (13 dekabr 1962, Bakı) — filologiya elmləri doktoru, professor, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının Vitse-Prezidenti, AMEA-nın həqiqi üzvü (2 may 2017), İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri, Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin Azərbaycan tərəfdən rəhbəri. == Həyatı == Nərgiz Paşayeva 13 dekabr 1962-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1968–1978-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil almışdır. 1978-ci ildə BDU-nun Filologiya fakültəsinin əyani şöbəsinə daxil olmuş və 1983-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. 1983-cü ildə əyani aspiranturaya qəbul olmuş və "Sabirin novatorluğu" adlı dissertasiya işini vaxtından əvvəl tamamlamış və müvəffəqiyyətlə müdafiə etmişdir. 23 sentyabr 1987-ci ildə filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. 1987-ci ilin mart ayından Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin "Azərbaycan ədəbiyyatı tarixi" kafedrasında assistent, müəllim, baş müəllim, dosent vəzifələrində, 1994–2008-ci illərdə isə Bakı Musiqi Akademiyasının "Dil və ədəbiyyat" kafedrasının müdiri vəzifəsində çalışmışdır. 2004-cü ildə "Müasir Azərbaycan ədəbiyyatında insanın bədii-estetik dərki (xalq yazıçısı Elçinin yaradıcılığı əsasında)" adlı doktorluq dissertasiyası işini müvəffəqiyyətlə müdafiə etmişdir. 11 fevral 2005-ci ildə filologiya elmləri doktoru alimlik dərəcəsinə, 30 mart 2005-ci ildə isə professor elmi adına layiq görülmüşdür. 2006–2008-ci illərdə Bakı Dövlət Universitetində Beynəlxalq əlaqələr üzrə prorektor vəzifəsində işləmişdir.
Nərgiz Qurbanova
Dr. Nərgiz Akif qızı Qurbanova (1975) — azərbaycanlı diplomat; Azərbaycanın Bolqarıstanda (2016–2021) və Polşada Fövqəladə və Səlahiyyətli Səfiri (2021—h.h.). == Həyatı == Nərgiz Qurbanova 1975-ci ildən anadan olub. Nərgiz Qurbanova 1990–1994-cü illərdə Bakı Dövlət Universitetində (BDU) "Beynəlxalq münasibətlər" ixtisası üzrə ali təhsil alıb. 1995–1997-ci illərdə həmin universitetdə "Beynəlxalq münasibətlər" ixtisası üzrə magistr dərəcəsi alan Nərgiz Qurbanova, 1997–1999-cu illərdə Qərb Universitetində "Beynəlxalq menecment" ixtisası üzrə də magistr dərəcəsi alıb. Nərgiz Qurbanova həm də Fransanın Nitsa Universitetində "Beynəlxalq hüquq" üzrə, İsveçin Yonçopinq Universitetində "Beynəlxalq biznes" üzrə təhsil alıb. 2014-cü ildə Avstriyanın Vyana Universitetində fəlsəfə üzrə doctor dərəcəsi alıb. İngilis, rus və fransız dillərində sərbəst danışır. Nərgiz Qurbanova ailəlidir. Bir oğlu var.
Nərgiz Umudova
Nərgiz Məmmədağa qızı Umudova (doğ. 20 iyun 1989, Bakı, Əmircan, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı şahmatçı, qadınlar arasında qrosmeyster (2015). == Həyatı == Nərgiz 1989-cu il iyunun 20-də Bakı şəhərinin Əmircan kəndində anadan olmuşdur. Orta təhsilini 1995-2006-cı illərdə əvvəlcə 87 nömrəli, sonra isə 226 nömrəli məktəblərdə almışdır. 2007-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olmuşdur. Daha sonra həmin akademiyanın Bədən tərbiyəsi və nəzəriyyəsi fakultəsinin magistr pilləsində təhsil almışdır. == Şahmat karyerası == Nərgiz şahmata təsadüfən gəlib. Qonşuluqdakı bir uşaq əvvəlcə ona gedişləri öyrədib. İki aydan sonra isə balaca Nərgiz "ilk müəllimi"nə qalib gəlib. İllərdir şahmata gedən dostuna qısa müddətdə qalib gələn qızının bu bacarığını görən atası onu şahmata yazdırır.
Nərgiz Xəlilova
Nərgiz Xəlilova (tam adı: Nərgiz Ramazan qızı Xəlilova; Azərbaycan Respublikası – Moskva) — Azərbaycan SSR-də dəb ikonası, musiqişünas, Müslüm Maqomayevin xalasıoğlunun qızı və Üzeyir Hacıbəyovun qohumu. == Həyatı == === Erkən illəri === Nərgizin atası Ramazan Xəlilov Tbilisidə yaşayıb. O, avar knyazının oğlu olub. Jurnalistika təhsili var idi. 1930-cu ildə "Bakinski raboçi" (Bakı fəhləsi) qəzetinin müxbiri kimi Leninqradda akkreditə edilib və orada da Nərgizin gələcək anası ilə tanış olub. Onun anası Elvira Xəlilova Belorusiyada anadan olub. Cütlük 20 il birlikdə yaşayıb. Nərgiz Xəlilova Rusiyanın Leninqrad şəhərində anadan olub. Böyük Vətən Müharibəsi bitdikdən sonra, Nərgiz anası ilə birlikdə atasının yaşadığı Bakıya gəldi və onlar bəstəkar Üzeyir Hacıbəyovun evində məskunlaşdılar. Nərgizin ata nənəsi Üzeyir Hacıbəyov və Müslüm Maqomayevin (onlar bacanaq idilər) həyat yoldaşlarının bacısı idi.
Nərgiz Şirəliyeva
Nərgiz Oktay qızı Şirəliyeva (9 noyabr 1974, Bakı) — tarix üzrə fəlsəfə doktoru, Vahid Rusiya Partiyasının üzvü, "Qızıl lira" mükafatı laureatı, Moskva vilayəti İctimai Palatasının üzvü, Moskva vilayəti qubernatorunun mədəniyyət məsələləri üzrə müşaviri == Həyatı == Nərgiz Şirəliyeva 9 noyabr 1974-cü ildə Bakı şəhərində anadan olmuşdur. Hələ orta məktəbdə təhsil alarkən valideynlərinin məsləhətilə əvvəlcə o, balet kursuna, daha sonra musiqi məktəbinə və bal rəqsinə getmişdir. O, Bakıda 27 nömrəli ingilisdilli təmayüllü orta məktəbi qızıl medalla bitirəndən sonra, 1991-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) Beynəlxalq jurnalistika fakültəsinə daxil olmuşdur. Jurnalistikanın kulturologiya istiqamətini seçən Nərgiz Şirəliyeva ingilis və fransız dillərində sərbəst danışır. 1995-ci ildə İTAR-TASS agentliyində müxbir kimi praktika keçən N. Şirəliyeva, 1996-cı ildə MDBMİ-ni bitirmiş və "Kultura" qəzetində beynəlxalq icmalçı kimi əmək fəaliyyətinə başlamışdır. "Kultura" qəzeti ilə yanaşı, o, Moskvada nəşr olunan bir sıra qəzet və jurnallarda da icmallar, esselər, tanınmış mədəniyyət xadimləri ilə müsahibələr dərc etdirmişdir. N. Şirəliyeva 1998-ci ildə Rusiyanın dövlət telekanalı olan "Kultura"da informasiya xidmətinin müxbiri vəzifəsində jurnalistlik peşəsinə davam etdirmişdir. Q, 2001-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun aspiranturasına daxil olmuş, 2004-cü ildə "Rusiya və Fransanın mədəni əlaqələri" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək, tarix üzrə fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almışdır. 2003-cü ilin fevralından "Kultura" telekanalında "Mədəniyyət yenilikləri" proqramının "Xudsovet" adlı xüsusi rubrikasının aparıcısı təyin olunan N. Şirəliyeva 2008-ci ildən "Mədəniyyət yenilikləri" verilişinin axşam buraxılışının da daimi aparıcısı olmuşdur. Nərgiz Şirəliyeva hazırda "Kultura" telekanalında şef-redaktor, icmalçı, "Mədəniyyət yenilikləri" proqramının aparıcısı, Rusiya Dövlət Filarmoniyasında təşkil olunan konsertlərin aparıcısı vəzifələrində çalışır, Moskvanın aparıcı KİV-lərində köşə yazarı kimi çıxış edir.
Nərgiz Şəfiyeva
Nərgiz Mahmud qızı Şəfiyeva (1940) — bəstəkar, Əməkdar incəsənət xadimi. == Həyatı == Nərgiz Şəfiyeva 1940-cı ildə Bakıda dünyaya göz açmışdır. Atası, əslən şuşalı olan Mahmud Şəfiyev İkinci dünya müharibəsində şəhid olmuşdur. Amansız müharibə Nərgizi atalı həyatın sevincindən məhrum etmişdir. Anası Təibə xanım həyatın əzab-əziyyətlərinə qatlaşaraq Nərgizi Vətənə, xalqa layiqli vətəndaş kimi yetişdirmişdir. Hətta qızına musiqi təhsili verməyə də müyəssər olmuş, istedadının pərvazlanması üçün şərait yaratmışdır. Nərgiz Şəfiyeva 1957-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası nəzdində onillik musiqi məktəbini bitirmiş, elə həmin ildə konservatoriyanın musiqi nəzəriyyəsi fakültəsinə daxil olmuşdur. Bir ildən sonra burada oxumaqla yanaşı, bəstəkarlıq şöbəsinə də qəbul edilmiş və 1958–1964-cü illərdə böyük bəstəkar, xalq artisti Qara Qarayevin sinfində təhsil almışdır. Eyni vaxtda iki fakültədə oxuyan N. Şəfiyeva musiqişünaslığın, bəstəkarlığın sirlərini dərindən mənimsəmişdir. Hələ tələbə ikən-1959-cu ildə Nərgiz xanım Azərbaycan bətəkarlarının plenumunun və 1962-ci ildə keçirilən 3-cü qurultayının iştirakçısı olmuşdur.
Nərgiz Əhmədova
Nərgiz Əliyarova
Nərgiz Əliyarova (d1968, Bakı ş.) – Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan Dövlət Fortepiano Triosunun solisti, Musiqiçilərin II Respublika müsabiqəsinin laureatı, Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin yaradıcısı, beynəlxalq müsabiqələr laureatı, Azərbaycanın əməkdar artisti. == Həyat və fəaliyyəti == Nərgiz Əliyarova 1968-ci ildə Bakıda anadan olub. 1986-cı ildə Bülbül adına orta-ixtisas məktəbini qızıl medalla bitirmiş; 1986-1991-ci illərdə Bakı Musiqi Akademiyasının fortepiano fakültəsində təhsil almış; Oranı "Lenin təqüdü" ilə oxuyaraq, sonda fərqlənmə diplomuna layiq görülmüş; 1991-1993-cü illərdə həmin akademiyanın aspiranturasında elmi araşdırmayla məşğul olmuş; 1992-ci ildə müəllim kimi dərs deməyə başlamış; 2017-ci ilədək Bakı Musiqi Akademiyasında baş müəllimdən professor vəsifəsinədək yüksəlmişdir; 2000-ci ildən sənətşünaslıq üzrə fəlsəfə doktorudur; 2002-ci ildən Azərbaycan Dövlət Fortepiano Triosunun solistidir; 2008-ci ildə isə "Azərbaycanın əməkdar artisti" fəxri adına layiq görülmüş; 2008-ci il İtalyada pianoçuların beynəlxalq müsabiqəsinin laureatı olmuş; 2015-ci ildə ona "Nərgiz Əliyarova Şopenin əsərlərini ifa edir" kompakt diskinə görə "Azərbaycan Dövlət Mükafatı" təqdim olunub.
Nərgiz Əliyeva
Nərgiz Əliyeva — Azərbaycan tarixçisi, tarix üzrə elmlər doktoru, Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin müdiri. === Həyatı və təhsili === Nərgiz Ağasəlim qızı Əliyeva 25 noyabr 1952-ci ildə Bakı şəhərində doğulmuşdur.Orta məktəbi 1969-cu ildə bitirmiş, həmin ildə BDU-nun Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsinə daxil olmuşdur. === Əmək fəaliyyəti === 1974-cü ildə BDU-nun Şərqşünaslıq fakültəsini bitirən Nərgiz Əliyeva AMEA A.A. Bakıxanov adına Tarix İnstitutunun böyük laborantı vəzifəsindən Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini vəzifəsinə qədər yüksəlmişdir . N. Əliyeva Muzeyin elmi ekspozisiyasının qurulmasında, muzey işlərinin planlaşdırılması və elmi hesabatların yazılmasında, elektron gidlərin və monitor tədqimatlarının hazırlanmasında, muzey materiallarının pasportlaşdırma və inventarlaşdırılmasının proqramlaşdırılması layihəsində, konfransların təşkilində və muzeyin elmi nəşrlərinin redaktəsində yaxından iştirak etmişdir. O, Muzeyin elmi nəşri olan toplusunun redaksiya heyətinin üzvüdür. N. Əliyeva 1996-cı ildən tarix elmləri namizədi, 2012-ci ildən tarix üzrə elmlər doktorudur. Nərgiz Əliyeva 12 monoqrafiya, kitab, kitab-albom və 200-ə yaxın elmi məqalənin müəllifidir. Azərbaycanda və xaricdə (London, Moskva, Sankt-Peterburq, Milan, Mahaçqala, Tbilisi, Dəməşq, Karşi, Luqanski, Almatı, Astana, Konya, Bolu, Samsun, Ufa, Qazan, Varşava, Dehli, Bişkek, Daşkənd,Vitebsk və s.) elmi əsərlər dərc etdirməklə yanaşı 50-yə yaxın simpozium və konfranslarda da maraqlı məruzələrlə çıxışlar etmişdir. Onun 22–26 fevral 2009-cu ildə Dəməşq Universitetində keçirilən beynəlxalq elmi konfransda "Orta əsrlərdə Azərbaycan və Suriya alimlərinin birgə elmi fəaliyyəti" mövzusundakı ərəb dilindəki məruzəsi böyük maraqla qarşılanmışdır. Bu münasibətlə ona konfransın rəyasət heyəti tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasına ünvanlanmış təşəkkür diplomu göndərilmişdir.
Nərgiz Əsədova
Nərgiz Əsədova (tam adı: Nərgiz Zakir qızı Əsədova; d. 28 noyabr 1980, Tripoli, Liviya) — Azərbaycan əsilli Rusiya jurnalisti. == Həyatı == 1980-ci il 28 noyabrda Liviyanın Tripoli şəhərində anadan olub. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Asiya və Afrika ölkələri İnstitutunu bitirib. 2004-cü ildə "Kommersant" qəzetinin beynəlxalq şöbəsinə işə götürülüb. 2007-ci ilin avqustundan 2009-cu ilin iyun ayına qədər ABŞ-nin Vaşinqton şəhərində RİA Novosti bürosunun rəhbərinin müavini vəzifəsində çalışmışdır.
Sərgiz (Üşnəviyyə)
Sərgiz (fars. سرگيز‎) — İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 448 nəfər yaşayır (75 ailə).
"Nərgiz" mükafatı
"Nərgiz" mükafatı — Müsavat Partiyası Divanının 07.12.2015-ci il tarixli 59 (1119) qərarı ilə təsis edilib və Azərbaycanın demokratikləşməsi uğrunda mübarizədə xüsusilə fərqlənən şəxslərə verilir. == Nərgiz Yaqublu == Nərgiz Yaqublu 28 dekabr 1989-cu ildə anadan olub. Atası Tofiq Yaqublu Azərbaycan müxalifətinin liderlərindən biri və dövlət başçısı İlham Əliyevin sərt tənqidçisidir. Siyasi fəaliyyətinə və tənqidlərinə görə Tofiq Yaqublu və ailəsi dəfələrlə təqiblərlə, təyziqlərlə və işgəncələrlə üzləşib. Tofiq Yaqublu 1998, 2013, 2020 və 2023-cü illərdə olmaqla dörd dəfə cinayət məsuliyyətinə cəlb edilib. Həbsləri beynəlxalq aləm tərəfindən siyasi motivli hesab olunub, özü isə siyasi məhbus olaraq tanınıb. Nərgiz Yaqublunun bacısı Nigar Həzi 2012-ci ildə həbs edilib və 2 il 6 ay həbs cəzası alıb. Nərgiz Yaqublu isə dəfələrlə mitinqlər zamanı polislər tərəfindən saxlanılıb. Nərgiz Yaqublu Xəzər Universitetində təhsil alıb. 2009-cu ildən müsavatçıdır.