Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mətnin sonu
Mətnin sonu – verilənlərin ötürülməsində mətn faylının sonunu göstərmək üçün istifadə olunan simvol. Mətnin sonunun göndərmə sonluğu simvolu (END-OF-TRANSMISSION, EOT) ilə üst-üstə düşməsi vacib deyil, çünki göndərilən mətnə (mətnin önünə və ya sonuna) çoxlu sayda xətalara nəzarət kodları və verilişin idarəedilməsi simvolları artırıla bilər. ASCII kodunda ETX simvolu onluq 3 (onaltılıq 03h) qiyməti ilə göstərilib.
Mətn
Mətn (lat. textus "parça; hörülmə, əlaqə, uyğungəlmə") — bir qrup cümlənin uyğun halda və məntiqli əlaqəsi. “Mətn” anlayışının iki əsas şərhi var: immanent (genişlənmiş, fəlsəfi yüklü) və reprezentativ (daha özəl). İmmanent yanaşma mətnə ​​muxtar reallıq kimi münasibəti, onun daxili strukturunun açılmasına diqqəti nəzərdə tutur. Nümayəndə - mətnin xarici reallığı haqqında məlumatın təqdim edilməsinin xüsusi forması kimi nəzərdən keçirilməsi. Dilçilikdə “mətn” termini şifahi nitq nümunələri də daxil olmaqla geniş mənada işlənir. Mətn qavrayışı mətn dilçiliyi və psixolinqvistika çərçivəsində öyrənilir. Beləliklə, məsələn, I. R. Qalperin mətni belə müəyyənləşdirir: “Bu, yazılı sənəd şəklində obyektivləşdirilmiş, müxtəlif növ leksik, qrammatik və məntiqi əlaqələrlə birləşən bir sıra ifadələrdən ibarət, müəyyən bir xüsusiyyətə malik olan yazılı bir mesajdır. mənəvi xarakter, praqmatik münasibət və buna uyğun olaraq ədəbi işlənmişdir". Mətn oxuyan zaman hər bir hərf beyinə ayrıca siqnal vahidi kimi göndərilir.
Mətin Eynullayev
Mətin Balasən oğlu Eynullayev (22 mart 1975, Bakı) – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi (06 may 2021-ci il tarixindən), Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri (19 avqust, 2020-ci ildən), Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəis müavini və Xidmətin rəisi səlahiyyətlərinin icraçısı (13 may, 2020-ci il tarixindən), Azərbaycan Respublikasının vergilər nazirinin müavini (2018–2020), 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri (27 dekabr 2018), Azərbaycan Respublikasının təhsil nazirinin müavini (2017–2018), Azərbaycan Respublikasının Təhsil Nazirliyinin aparat rəhbəri (2013–2017) == Həyatı == Mətin Eynullayev 1975-ci il 22 mart tarixində Bakı şəhərində anadan olub. Evlidir, 2 övladı var. == Təhsili == 1992–1997-ci illər – Bakı Dövlət Universitetində təhsil alıb və hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. == Əmək fəaliyyəti == 1998–2002-ci illər – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əlillərin Sosial Müdafiə Fondunda baş hüquqşünas vəzifəsində çalışıb. 2002–2007-ci illər – Özəl sektorda çalışıb. 2007–2009-cu illər – Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində baş məsləhətçi vəzifəsində çalışıb. 2009 – 2013-cü illər – Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində sektor müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifəsində çalışıb. 2013 – 2017-ci illər – Azərbaycan Respublikası Təhsil Nazirliyində Aparat rəhbərinin müavini, Aparat rəhbəri vəzifəsində çalışıb. 11 yanvar 2017-ci il – Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təhsil nazirinin müavini vəzifəsinə təyin edilib. 17 yanvar 2018-ci il – Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə vergilər nazirinin müavini vəzifəsinə təyin edilib.
Mətin Hüseynov
Mətin Kərimli
Mətin İmdad oğlu Kərimli (6 iyun 1979, Bakı) — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri (2023–h.h.); Beynəlxalq Əmək Təşkilatının (BƏT) Sakit Okean hövzəsi ölkələri üzrə Ofisinin direktoru, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin sabiq müavini. == Həyatı == Mətin İmdad oğlu Kərimli 6 iyun 1979-cu ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Bakı Dövlət Universitetini beynəlxalq əlaqələr üzrə bakalavr dərəcəsi ilə bitirib. 2000–2001-ci illərdə Strasburq Universitetində (Fransa) Avropa elmləri üzrə fənlərarası diplom, 2001–2002-ci illərdə Avropa elmləri üzrə magistr dərəcəsi alıb. 2005-ci ilin may-iyul aylarında C.Marşal Avropa Elmləri Mərkəzində (Almaniya) Ali Təhlükəsizlik Elmləri üzrə Liderlər Proqramında təhsil alıb, 2006-cı ilin yanvar-avqust aylarında NATO Müdafiə Kollecində ali kursu bitirib. 2012-ci ildə Harvard Universitetini (ABŞ) dövlət idarəetməsi üzrə magistr dərəcəsi ilə bitirib, eləcə də dövlət siyasəti və idarəetməsi üzrə Meyson Proqramının Diplomunu alıb. 1998–1999-cu illərdə Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının vitse-prezidenti, 2003–2004-cü illərdə həqiqi hərbi xidmətdə olmuş, 2005–2008-ci illərdə Azərbaycan Xarici İşlər Nazirliyinin Təhlükəsizlik problemləri idarəsində referent, 2008–2009-cu illərdə NATO-nun Müdafiə siyasəti və planlaşdırma idarəsinin beynəlxalq katibliyində tərəfdaşlıq zabiti, 2009–2011-ci illərdə Azərbaycanın NATO yanında nümayəndəliyində ikinci katib, 2011-ci ilin mart-iyun aylarında Azərbaycan Xarici İşlər Nazirliyinin Təhlükəsizlik problemləri idarəsinin ikinci katibi vəzifələrində çalışıb. 2012-ci ilin iyun ayından 24 fevral 2014-cü ilə qədər isə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Beynəlxalq münasibətlər idarəsinin rəisi vəzifəsində işləmişdir. 24 fevral 2014-cü ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini təyin olunub. 2020-ci ilin yanvar ayından etibarən Beynəlxalq Əmək Təşkilatının (BƏT) Sakit Okean hövzəsi ölkələri üzrə Ofisinin Direktorudur.
Əl-Mətin
Əl-Mətin (ər. المتين) — Allahın adlarından biri. Həqiqətən, Allah ruzi verəndir, qüvvət sahibidir, Mətindir. (Zariyət Surəsi, 58) İnkarçıların ən çox yanıldıqları mövzu Allahın varlığı deyil, Allahın sifətləridir. Bəziləri Allahın hər şeyi ən başda yaradıb buraxdığını, daha sonra hadisələrin öz başına inkişaf edib davam etdiyini, bəziləri Allahın insanı yaratdığını lakin heç bir şeydən məsul olmadığını müdafiə edər. Nəticədə imansızlığın təməlində Allahın varlığını rədd etmə olduğu kimi, bununla yanaşı, "Onlar, Allahın qədrini haqqıyla təqdir edə bilmədilər..." (Həcc Surəsi, 74) ayəsində də ifadə edildiyi kimi, Allahı gərəkdiyi kimi təqdir edə bilməmək problemi var. Belə ki, dünya həyatında hər cür dəlili görmələrinə baxmayaraq, Allahın qüdrətini təqdir edə bilməyən insanların Allahın qüvvətini əsla inkar edə bilməyəcəkləri elə bir gün gələcəkdir ki, o gün Allahın əzəmətini, qüdrətini çox böyük bir şiddətlə hiss edəcəklər. Allahın qüvvətiylə yer üzündəki ən möhkəm dayaqları olan o heybətli, sarsılmaz dağlar yerlərindən oynadılıb yeridilər, köklərindən sovrular, parça-parça edilər: Sur bircə dəfə üfürüləcəyi,yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı zaman –həmin gün Vaqiə qopacaq.Göy yarılacaq və həmin gün o, süst olacaqdır. (Haqqə surəsi, 13-16) O gün meydana gələcək dağılma Allahın şanına, qüdrətinə yaraşan şəkildədir. Dünyadakı ən böyük kütlə və ən böyük həyat qaynağı olan okeanlar su qaynaması kimi qaynayar, alovlanar.
Mətin İlhan
Mətin İlhan (1972, Kırşəhər) — tibb işçisi və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırış deputatı. == Həyatı == Mətin İlhan 1972-ci ildə Kırşəhər ilində anadan olub. İstanbul Universitetinin Tibb bölməsini bitirib. Fırat Universiteti Tibb bölməsində ixtisasını başa vurub. 1999-2009-cu illərdə Mucur Dövlət Xəstəxanasında, 2009-cu ildən Kırşəhər Dövlət Xəstəxanasında çalışıb. Kırşəhər Ahi Evran Universitetində Kafedra müdiri vəzifəsində təmsil olunub. Siyasətə Cümhuriyyət Xalq Partiyasında (CHP) qoşulub. 2018 və 2023-cü illərdə Kırşəhər ilindən Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib. Milli Müdafiə Komissiyasının üzvüdür. İngiliscə bilir.
Mətin Oqtay
== Futbol karyerası == Mətin Oqtay futbol karyerasına 1952-ci ildə doğulduğu İzmirin həvəskar komandalarından Damlacıksporun aşağı yaş qruplarında başladı. Futbolçu Sait Altınorduya olan heyranliğindan burada 8 nömrəli formanı geyinirdi. Çeşmenin Alaçatı bələdiyyəsində oynanan və 4-1 qazanılan hazırlıq görüşündə 2 qol vuran Oqtaya baş məşqçi Arif Hantal tərəfindən verilən 2,5 lirə, onun futboldan qazandığı ilk pul idi. İzmirspor formasıyla İzmir Profesional Ligasının 1954-55 mövsümündə 18 oyunda 17 qol ataraq ilk bombardirliyini yaşadı. Komandası isə liganı çempionluqla tamamlamışdır. 7 May 1955 də Beşiktaş ilə oynanan və 1-0 məğlub olunan Atatürk Kubokunda ilk dəfə sınaq məqsədi ilə Galatasaray forması geyindi. İyul 1955 də isə, Gündüz Kılıçın baş məşkçiliyini elədiyi Galatasaray ilə 5 ilik müqavilə imzaladı. Oqtayın imzaladığı müqavilə qarşılığında taksi nömrəli Chevrolet markalı maşın verildi. 1962-63 sezonuna Galatasaray, hazırlıq turniri olan Türkiyə Spor Yazarlar Dərnəyi Kubokunu qazanaraq başladı. == Milli komanda kariyeri == 11 Aprel 1954 də, Qərbi Almaniyanın Leverkusen şəhərində Türkiyə 18 yaş milli komandasının Belçikayı 4-0 uduğu və özünün 2 qol atdığı 1954 Dünya Gənclər Çempionatı oyununda ilk dəfə milli forma geyindi.
Mətin Balkanlıoğlu
Mətin Balkanlıoğlu (türk. Metin Balkanlıoğlu; 1958 – 2018, İstanbul) — Türkiyə islam din xadimi. == Həyatı == Abdülmetin Balkanlıoğlu 1958-ci ildə Sunqurlu rayonunun Aşağıfındıqlı kəndində anadan olmuşdur. 1977-ci ildə Çorum İmam Hatip məktəbini, 1986-cı ildə İstanbul Universitetinin Hüquq fakültəsini bitirmişdir. 1977-ci ildə Şilədə imam olaraq işə başlamışdır. İsmayılağa camaatının rəhbərlərindən biri idi. Balkanlıoğlu evli olmuşdur, 2 övladı var idi. Milliyətçi fikirlərə sahib idi və Rəcəb Tayyib Ərdoğanı dəstəkləyirdi. O, tez-tez gülənçilərə, kürdlərə, ərbakançılara və Türkiyə müxalifətinə qarşı çıxışlar edirdi. O, qəzəblə kürd yaraqlılarına qarşı həddindən artıq güc tətbiq etməyə çağırdığı mübahisəli çıxışından qısa müddət sonra infarkt keçirmişdir.
Autenik mətn
Autenik mətn — Hansısa bir sənədin orijinal mətni. Beynəlxalq hüquqda beynəlxalq müqavilənin mətninin qəbul olunmasına prosesi autenik mətnin müəyyən edilməsi adlanır.
Məti Osmanoğlu
Məti Osmanoğlu (5 yanvar 1958, Sadıqlı, Ağstafa rayonu) — Azərbaycan yazıçısı, publisisti və ədəbiyyatşünası, "Yol" qəzetinin baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Aşıqlar Birliyinin üzvü. === Həyatı === Məti Osman oğlu Bayramlı 1958-ci il yanvarın 5-də (rəsmi sənədlərinə əsasən iyulun 1-də) Qazax rayonunun Sadıqlı kəndində (hazırda Ağstafa rayonunun inzibati ərazisinə daxildir) kolxozçu ailəsində anadan olub. === Təhsili === 1965–1975-ci illərdə Sadıqlı kənd orta məktəbində, 1975–1980-ci illərdə Bakı Dövlət Universitetinin (o vaxt Azərbaycan Dövlət Universiteti) filologiya fakültəsində təhsil alıb. Universiteti bitirəndən sonra təyinatla Balakən rayonunda müəllimlik edib. 1983-cü ildə Azərbaycan ədəbiyyatı tarixi ixtisası üzrə Bakı Dövlət Universitetinin qiyabi aspiranturasına daxil olub, Azərbaycan Yazıçılar Birliyinin orqanı "Ulduz" jurnalının redaksiyasında işləməyə başlayıb. == Fəaliyyət == 1987-ci ildə təsis edilmiş "Gənclik"-"Molodost" jurnalının ilk əməkdaşlarından olub. İki dildə nəşr edilən jurnal az vaxt ərzində böyük oxucu marağı cəlb edərək ölkənin ən populyar nəşrlərindən birinə çevrilib. 1989-cu ildə böyük dilçi alim və ictimai xadim Aydın Məmmədov onu yeni təşkil olunan Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinə dəvət edib. Burada baş elmi işçi, şöbə müdiri və mərkəzin təsis etdiyi "Yol" ədəbiyyat qəzetinin baş redaktoru vəzifələrində çalışıb. Mərkəzin qurucusu Aydın Məmmədovun faciəli ölümündən sonra oradakı vəzifəsindən istefa verərək qısa müddət Azərbaycan Milli Məclisinin "Demokratik Azərbaycan" fraksiyasının "Müxalifət" qəzetində çalışıb (yanvar-iyun 1992) və buradan Azərbaycan Dövlət Teleradio Verilişləri şirkətinə "Uşaq, gənclər və maarifçilik" studiyasının baş direktoru vəzifəsinə dəvət olunub.
Mətn dilçiliyi
Mətn dilçiliyi — möhkəm daxili struktur-semantik əlaqələri olan cümlələr birliyidir. == Mətn dilçiliyi haqqında == Müasir dövrümüzdə aktual dilçilik sahələrindən olan mətn dilçiliyi XX əsrin 20-ci illərindən yaranmış, 50-80 ci illərdə formalaşmağa başlamışdır. Adından da göründüyü kimi, mətn dilçiliyinin əsas tədqiqat obyekti elə mətnin özüdür. "Mətn" sözünü ümumi şəkildə nəzərdən keçirsək, mətn sözü iki müxtəlif mənadan çıxış edə bilər. Yəni bu söz həm geniş mənada - makromətn, həm də onun əksi olan dar mənada - mikromətn kimi nəzərdə tutula bilər. Dar mənada göstərdiyimiz mikromətnlər birləşərək geniş mənalı makromətnlər əmələ gətirirlər. Bu halda "mürəkkəb sintaktik bütöv" anlayışı ilə "mikromətn" anlayışı üst-üstə düşür. Deməli, makromətnlər mürəkkəb sintaktik bütövlər yığınıdır. Tək bir cümlə bitmiş bir fikri ifadə etdiyi halda, mürəkkəb sintaktik bütöv mürəkkəb bir fikri, hər hansı bir müəyyən informasiyanı ifadə edir. Mürəkkəb sintaktik bütöv – iki və ya daha artıq cümlənin sintaktik və formal əlaqələrlə birləşdiyi sintaktik bir vahiddir.
Mətn proqramları
Mətn redaktoru — mətnlər yaradılması və redaktəsi üçün nəzərdə tutulmuşdur. Mətnlərin yalnız daxil edilməsi və redaktəsini nəzərdə tutur. Əlavə olaraq, mətnlərin formatlaşdırılması üçün istifadə olunan proqramlar isə mətn prosessorları adlanır. Windows ƏS-na standart Notepad mətn redaktoru daxildir.
Mətn prosessoru
Mətn prosessoru — mətnlər yaradılması, redaktəsi, formatlaşdırılması üçün istifadə olunan proqramlardır. Mətn redaktorlarından fərqli olaraq mətn prosessorları yalnız mətnlərlə deyil, eyni zamanda cədvəllərlə, şəkillərlə işləmək və hesablamalar aparmaq üçün də istifadə oluna bilərlər. Mətn prosessorundan istifadə etməklə vizit kartları, açıqcalar, təqvimlər və digər sənədlər yaratmaq mümkündür. Windows ƏS-da mətn prosessoruna Wordpad daxildir. Wordpad-ın genişlənməsi isə .rtf-dir. Daha geniş istifadə olunan mətn prosessorlarına Word 6.0, 7.0, 97, 2000, 2003, 2007, Leksikon 9.0, AmiPro 3.1, LibreOffice Writer və s. misal göstərmək olar. Windows ƏS-da mətn prosessoruna Ofis Proqramları siyahısına daxil olan Microsoft Word-ün genişlənməsi isə .docx-dur.
Mətn redaktorları
Mətn redaktoru — mətnlər yaradılması və redaktəsi üçün nəzərdə tutulmuşdur. Mətnlərin yalnız daxil edilməsi və redaktəsini nəzərdə tutur. Əlavə olaraq, mətnlərin formatlaşdırılması üçün istifadə olunan proqramlar isə mətn prosessorları adlanır. Windows ƏS-na standart Notepad mətn redaktoru daxildir.
Mətn redaktoru
Mətn redaktoru — mətnlər yaradılması və redaktəsi üçün nəzərdə tutulmuşdur. Mətnlərin yalnız daxil edilməsi və redaktəsini nəzərdə tutur. Əlavə olaraq, mətnlərin formatlaşdırılması üçün istifadə olunan proqramlar isə mətn prosessorları adlanır. Windows ƏS-na standart Notepad mətn redaktoru daxildir.
Eşit məni
Eşit məni (türk. Duy Beni) — Rejissoru Ali Balcı, ssenari müəllifi Makbule Kosif, Zafer Özer Çetinel, Gülsev Karagöz, Okan Başar Bahar, Arzu Bıçakçı, Burcu Tatlıses, Feraye Gizem Kurt, Görkem Tüzün, İlayda Çelik Tez, Caner Güler, Meriç Demiray və Cüneyt Bolak tərəfindən yazılmış türk draması, romantik və gənclik televiziya serialı. İlk bölümü 7 iyul 2022-ci ildə yayımlandı. Baş rolları Berk Hakman, Ege Kökenli, Rabia Soytürk, Caner Topçu və Sümeyye Aydoğan paylaşır. Serial 17 noyabr 2022-ci ildə yayımlanan 20-ci bölümü ilə sona çatdı. == Aktyor və personajlar == Selim Bender (Berk Hakman), (1–12) Bahar Aydın (Ege Kökenli), (1–11) Ekim Güleryüz (Rabia Soytürk), (1–20) Kanat Günay (Caner Topçu), (1–20) Melisa Gerçek (Sümeyye Aydoğan), (1–20) Leyla Ertener (Helin Kandemir), (1–20) Aziz Günay (Burak Can), (1–20) Fikret Tosun (Durul Bazan), (1–16) Rıza Günay (Murat Daltaban), (1–19) Bekir Kaplan (Taha Bora Elkoca), (1–20) Neşe Güleryüz (Feride Çetin]), (1–20) Halil Kaplan (Aytaç Uşun), (1–20) Ozan Yılmaz (Utku Coşkun), (1–20) Ayşe Karaca (Gökçe Güneş Doğrusöz), (1–20) Hazal Demir (Meltem Akçöl), (1–20) Suna Günay (Yeliz Akkaya), (1–20) Hatice Karaca (Elif Çakman), (1–20) Sedat Karaca (Bedir Bedir), (1–20) Dağhan Kara (İbrahim Yıldız), (1–20) Selçuk (Hamdi Alp), (1–20) Süleyman Gerçek (Alper Atak), (1–20) Ece Ay (Dilara Sümbül), (1–20) Naz Duru (Jasmin Berkiş), (1–20) Ceyda Astan (Sena Gençtürk), (1–20) Emine Sakan (Cemre Özşişman), (1–20) Orjinal (İzzet Yüksek), (1–20) Şükran Ertener (Bedia Ener), (1–20) Derviş Demir (Ufuk Özkan) (13–18) Ateş Atahanlı (Miro Gerede Erkaya) (13–20) Berkay Gaye Türkmen (Tuğba Uluay) (17–19) == Ümumi baxış == == Bölümlər == === 1. ===
Həbl-ol-mətin
Həbl-ül-mətin və ya Həblülmətin (fars. حبل المتین‎ — "möhkəm kəndir") — ictimai-siyasi həftəlik İran qəzeti. Şah rejiminə qarşı İran inqilabı və ya Məşrutə hərəkatından (1905–1911) əvvəl və sonra Kəlkətə və Tehranda dərc olunmuşdur. == Haqqında == XIX əsrin sonu – XX əsrin əvvəllərində Kəlküttədə (Hindistan) fars dilində İran mühacirləri tərəfindən nəşr edilmişdir. Qəzetin redaktoru Seyid Cəlaləddin Kaşani idi. Qəzetin nəşri 1907 ildən Seyid Həsən Kaşani (Seyid Cəlaləddin Kaşaninin qardaşı) redaktorluğu ilə Tehranda davam etdirilmişdir. "Həbl-ül-mətin" XIX əsrin 90-cı illərində Qafqaz müsəlmanları, o cümlədən Naxçıvan ziyalıları arasında geniş yayılmışdır. Qəzet adının mənası "möhkəm kəndir" deməkdir. Bu qəzet digər beş — "Nidayi-vətən", "Sübhi-sadiq", "Məclis", "Müsavat", "Suri-İsrafil" — qəzetlə birlikdə xalqın azadlıq düşüncələrinin oyanışında və Konstitusiya tələbi ideyalarının yayılmasında böyük rol oynamışlar.
Həbl-ül-mətin
Həbl-ül-mətin və ya Həblülmətin (fars. حبل المتین‎ — "möhkəm kəndir") — ictimai-siyasi həftəlik İran qəzeti. Şah rejiminə qarşı İran inqilabı və ya Məşrutə hərəkatından (1905–1911) əvvəl və sonra Kəlkətə və Tehranda dərc olunmuşdur. == Haqqında == XIX əsrin sonu – XX əsrin əvvəllərində Kəlküttədə (Hindistan) fars dilində İran mühacirləri tərəfindən nəşr edilmişdir. Qəzetin redaktoru Seyid Cəlaləddin Kaşani idi. Qəzetin nəşri 1907 ildən Seyid Həsən Kaşani (Seyid Cəlaləddin Kaşaninin qardaşı) redaktorluğu ilə Tehranda davam etdirilmişdir. "Həbl-ül-mətin" XIX əsrin 90-cı illərində Qafqaz müsəlmanları, o cümlədən Naxçıvan ziyalıları arasında geniş yayılmışdır. Qəzet adının mənası "möhkəm kəndir" deməkdir. Bu qəzet digər beş — "Nidayi-vətən", "Sübhi-sadiq", "Məclis", "Müsavat", "Suri-İsrafil" — qəzetlə birlikdə xalqın azadlıq düşüncələrinin oyanışında və Konstitusiya tələbi ideyalarının yayılmasında böyük rol oynamışlar.
Əhməd Mətin-Dəftəri
Əhməd Mətin-Dəftəri (1897-1971) — İranın baş naziri. == Həyatı == Əhməd xan Mətin-Dəftəri 1897-cı ildə Mirzə Məhəmməd xan Eynülməmalikin ailəsində, Tehran şəhərində anadan olmuşdu. Mətinəddövlə ləqəbini daşıyırdı. Əhməd Mətin Dəftəri 26 oktyabr 1939 –cu ildən 26 iyun 1940-cı ilədək İranın baş naziri olmuşdu. Beynəlxalq vəziyyətin gərginləşməsi və müharibə təhlükəsinin İran sərhədlərinə yaxınlaşması ərəfəsində Rza şah bəzi siyasi manevrlərə əl atmışdı. O, əvvəlcə almanpərəstlik səpgisində söz-söhbətə səbəb olmuş Mahmud Cəmi paniranist Əhməd Mətin Dəftərlə əvəz etdi. Bundan əvvəl isə Məclis rəisi Daniş Möhtəşəm əlsəltənəni Berlinə, Hitlerlə görüşə göndərmişdi. Diplomatiya sahəsində görülmüş tədbirlər qızışmaqda olan müharibənin İrana doğru istiqamətini səngidə bilmirdi. İranda almanların müxtəlif sahədə üstün mövqeyi müttəfiqlərə bəlli idi. Müharibə ərəfəsində İranın xarici ticarət dövriyyəsinin 80 faizi almanların payına düşürdü.
Məni yaradan alim
Nano (mətn redaktoru)
GNU nano — Unix bənzəri əməliyyat sistemləri üçün mətn redaktorudur. 1999-cu ildə Kris Alleqretta tərəfindən yaradılmışdır.
Oxu məni (qəzet)
"Oxu məni" qəzeti — həftəlik ictimai-siyasi qəzet. == Tarixi == "Oxu məni" qəzeti 1997-ci ildən fəaliyyətə başlamış, həmin vaxtdan etibarən çərşənbə axşamı və cümə günü daxil olmaqla, həftədə iki dəfə 16 səhifədə A3 formatda rəngli dərc olunmuşdur. (Ədliyyə Nazirliyi tərəfindən 50 nömrəli şəhadətnamə ilə qeydiyyata alınıb) Hazırda qəzetin təsisçisi və baş redaktoru Axundov Emin Tofiq oğludur. Fəaliyyətə başladığı vaxtdan həftədə 2 dəfə 16 səhifə A3 format həcmində 150–180 min arası tirajla dərc olunub[mənbə göstərin]. Qəzetin ilk nömrəsi 150 min tirajla[mənbə göstərin] çap olunmağa başlamışdır. İnsanlar arasında qəzetin adı maraqla qarşılanmış, oxucuların rəğbətini və tələbatını nəzərə alaraq, günün 1-ci yarısı bütün tiraj satıldığı üçün elə həmin gün ikinci dəfə çap olunmuşdur[mənbə göstərin]. Sonrakı illərdə qəzetin əlavə buraxılışları olan "Oxu məni krossvordu" qəzeti 24 səhifədə A3 formatda həftədə 1 dəfə çərşənbə günü rəngli şəkildə 30 min tirajla[mənbə göstərin], "Oxu məni Serial" qəzeti 16 səhifədə A3 formatda həftədə 1 dəfə şənbə günü rəngli şəkildə 25 min tirajla, "Oxu məni Skanvordu" qəzeti 32 səhifədə A3 formatda ayda 1 dəfə rəngli şəkildə 30 min tirajla, "Oxu məni Lətifələr və Skanvordlar" kitabı A5 formatda 32 səhifədə ayda 1 dəfə 30 min tirajla rəngli olaraq çap olunmuşdur. 2009-cu ildən fasiləsiz olaraq qəzetin elektron xəbər portalı www.oxumeni.az saytı hər gün daim yenilənən xəbərlərlə oxuculara informasiya çatdırır. Qəzet yarandığı gündən sonrakı dövrlərdə 2 ofisdə, 80–90 nəfərlik işçi kollektivi ilə fəaliyyət göstərmişdir. Əsas baş ofis Bakı şəhəri Yasamal rayonu mətbuat pr.
Ronqoronqo mətn A
Ronqoronqo mətn A — Tahua olaraq da bilinir. Günümüzdə mövcud olan 24 Ronqoronqo mətnindən biridir.
Ronqoronqo mətn B
Ronqoronqo mətn B - Aruku Kurenqa olaraq da bilinir. Günümüzdə mövcud olan 24 Ronqoronqo mətnindən biridir.
Mednı adası
Мednı adası — Komandor adalarının tərkibinə daxil olan sahəsinə ikinci adadır. Berinq adası ilə Admiral Kuzneçov boğazı ilə ayrılır. Berinq dənizi ərazisində yerləşir. İnzibati cəhətdən Rusiyanın Kamçatka diyarı Aleut rayonu ərazisində yerləşir. == Coğrafiya == Adanın sahəsi 186 km², uzunluğu 56 km, eni 5–7 km təşkil edir. Ən hündür nöqtəsi 640 metrdir. Sakit okean sahilləri az girintili-çıxıntılıdır. Berinq dənizi sahillərində isə isə çoxlu sayda buxta vardır. Buxtaları:Korabelnaya, Pesçaya və Jırovaya. Berinq dənizi istiqamətində Bıstraya (5 km) və Ozyornaya (6 km) çayları axır.
Menni Pakyao
Menni Pakyao — Filippinli boksçu. == Karyerası == Filippinli Menni Pakyao bütün 7 çəki kateqoriyasının hamısında çempionluq kəmərini qazanan ilk boksçu kimi tarixə düşüb. 2021-ci ilin sentyabrında Manny Pacquiao 2022-ci il prezident seçkilərində namizəd olacağını elan etdi.. == Döyüşləri == Menni Pakyao karyerası ərzində 56 qələbə qazanıb, 5 dəfə məğlub olub. Qələbələrdən 38-də nokaut qeydə alınıb.
Metin Oktay
== Futbol karyerası == Mətin Oqtay futbol karyerasına 1952-ci ildə doğulduğu İzmirin həvəskar komandalarından Damlacıksporun aşağı yaş qruplarında başladı. Futbolçu Sait Altınorduya olan heyranliğindan burada 8 nömrəli formanı geyinirdi. Çeşmenin Alaçatı bələdiyyəsində oynanan və 4-1 qazanılan hazırlıq görüşündə 2 qol vuran Oqtaya baş məşqçi Arif Hantal tərəfindən verilən 2,5 lirə, onun futboldan qazandığı ilk pul idi. İzmirspor formasıyla İzmir Profesional Ligasının 1954-55 mövsümündə 18 oyunda 17 qol ataraq ilk bombardirliyini yaşadı. Komandası isə liganı çempionluqla tamamlamışdır. 7 May 1955 də Beşiktaş ilə oynanan və 1-0 məğlub olunan Atatürk Kubokunda ilk dəfə sınaq məqsədi ilə Galatasaray forması geyindi. İyul 1955 də isə, Gündüz Kılıçın baş məşkçiliyini elədiyi Galatasaray ilə 5 ilik müqavilə imzaladı. Oqtayın imzaladığı müqavilə qarşılığında taksi nömrəli Chevrolet markalı maşın verildi. 1962-63 sezonuna Galatasaray, hazırlıq turniri olan Türkiyə Spor Yazarlar Dərnəyi Kubokunu qazanaraq başladı. == Milli komanda kariyeri == 11 Aprel 1954 də, Qərbi Almaniyanın Leverkusen şəhərində Türkiyə 18 yaş milli komandasının Belçikayı 4-0 uduğu və özünün 2 qol atdığı 1954 Dünya Gənclər Çempionatı oyununda ilk dəfə milli forma geyindi.
Qəzni
Qəzni vilayəti (fars. غزنی‎; puşt. غزني) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri, inzibati mərkəzi Qəzni şəhəridir. Vilayətin ərazisi 22.915 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 1111.3 min nəfərdir. Əhalisinin 49%-ni puştunlar, 45%-ni həzaralar (milliyyətindən asılı olmayaraq birinci dil kimi dari dilini istifadə edənlər: bura Azərbaycan əsilli türklər olan qızılbaşlar da daxildir), 4%-ni taciklər və 1%-ə yaxınını hindlilər/siqhlər və başqa azlıqlar təşkil edir. == Vulusvaliləri == Rəşidan (2002-ci ildə əhalisi 29 min nəfər): 96%-i puştunlar, 4%-i həzaralar. Zanaxan (2002-ci ildə əhalisi 12 230 nəfər): 100% puştunlar. Navur (2002-ci ildə əhalisi 91 778 nəfər): 100% həzaralar. Qarabağ (2002-ci ildə əhalisi 218 min nəfər): 55%-i puştunlar, 45%-i həzaralar. Nava (2002-ci ildə əhalisi 29 054 nəfər): 100% puştunlar.
Mişni
Mişni (Laçın) — Azərbaycan Respublikasının Laçın rayonunda kənd. Mişni (Kəlbəcər) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunda kənd. Mişni (I) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunda kənd. Mişni (II) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunda kənd. Mişni (İran) — İranda kənd.
Məhvi
Molla Məhəmməd Osman Bəlxi (kürd. مەلا موحەمەد کوڕی عوسمان بەڵخی) və ya təxəllüsü ilə Məhvi (kürd. مەحوی) (1830 – 1906, Süleymaniyyə) — Osmanlı kürd sufi şairi. Soran dilində yazıb-yaratmışdır. Qacar dövlətində, Məhabad və Sənəndəc şəhərlərində təhsil almışdır. O, 1862-ci ildə o zaman Osmanlının Süleymaniyyə məhkəməsində hakim olmuşdur. Məhvi İstanbula səyahət etmiş və 1883-cü ildə II Əbdülhəmidlə tanış olmuşdur. O, Süleymaniyyədə bir xanəgah qurmuş və ona Osmanlı sultanının adını vermişdir. Məhvi şeirlərində əsasən təsəvvüfü təbliğ edir, eyni zamanda insanın vəziyyəti və həyatın mənası ilə bağlı suallar kimi ekzistensial problemlərdən bəhs edirdi. == İstinadlar == == Xarici keçidlər == A collection of essays on Mahwi's poems (in Kurdish) Classical Traditions and Modern Meanings, by Stephen Sperl.
Məntiq
Məntiq düzgün düşünmə elmidir. Ona həm formal məntiq həm qeyri formal məntiq daxildir. Formal məntiq deduktiv baxış nöqtəsinə əsaslanmış nəticələrə arxalanaraq məntiqi nəticəyə qəlir. Formal məntiqdə mövzusundan və məzmunundan asılı olmayaraq, fikirdən arqumentlərin necə yaranıdığına nəzərdən baxılır. Qeyri-formal məntiq düşüncədəki səhvləri, tənqidi düşüncə və mübahisə nəzəriyyəsini araşdırır. Qeyri-formal məntiq gündəlik danışdıqımız dili yəni təbii dildə ifadə olunan arqumentlərə baxır və onları araşdırır. Məntiq elminin inkişafında Aristotel və Qottlob Fregenin rolu böyükdür. Məntiq əsas olaraq iki hissəyə bölünür. Ənənəvi məntiq üzərində qurulmuş Formal məntiq və formal məntiq üzərində qurulmuş Riyazi məntiq. Məntiq bütün elmlərin instrumenti kimi götürülür.
Mərmi
thumb|60 sm-lik morze mərmisi Mərmi — düşmənin canlı qüvvəsini, texniki qurğularını və qalalarını məhv etmək üçün topdan atılan vasitədir. Müasir mərmilərin çoxu içərisində yandıqda qaz yığılan yastı dibə malik assimetrik gövdədə hazırlanırlar. Bu güvdə dolu və ya içi boş hazırlanır. Tətbiq məqsədindən asılı olaraq mərmilər faydalı yük aparan olur və ya yox. Mərmi ilə aşağıdakı məqsədlərə nail olmağa cəhd olunur: Deşmək, Partlatmaq, Parça-parça etmək, Tüstü, duman yaratmaq, Yanğın yaratmaq (termit, Napalm, Fosfor və s.), Zəhərlənmə təsiri (bioloji, kimyəvi), Radiaktivlik, Koretmə. Kimyəvi və bioloji mərmilərin, həmçinin çəkisi 400 g-dan az olan yanğın və partlayıcı mərmilərin tətbiqi beynəlxalg hüquq tərəfindən qadağan edilmişdir. Əgər mərmi silindrik boruda yerləşdirilirsə, onun üzərində burulma hərkətini almaq üçün üzük yerlşdirilr.Bu üzlüklər adətən mis və bürüncdən hazırlanır. Raketlə atılan mərmilər xüsusi atıcıdan atılır. Bu atıcının üstün cəhəti ondan ibarətdir ki, onları bir yerdən başqasına aparmaq olur. Əl ilə atılan mərmilərə qranat deyilir.
Mətlə
Mətlə — klassik poeziyada qəzəlin, yaxud qəsidənin ilk beyti. Başqa beytlərdən fərqli olaraq mətlənin hər iki misrası qafiyələnir. Mətlənin qafiyəsi sonrakı beytlərdə də təkrarlanır. Cahanşah Həqiqinin qəzəllərindən birinin mətləsi: == İstinadlar == == Mənbə == Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, 509 səh.
Məxfi
Məhəmmədəli bəy Məşədi Əsədulla bəy oğlu Vəliyev — azərbaycanlı şair, titulyar müşavir, Məclisi-ünsün üzvü. "Əhvalati-Qarabağ" əsərinin müəllifi. == Həyatı və yaradıcılığı == Məhəmmədəli bəy Məşədi Əsədulla bəy oğlu 1832-ci ildə Şuşada anadan olub. Atası Məşədi Əsədulla bəy Hacı Həsənəli bəy oğlu Vəliyev Şuşada tacir kimi tanınıb. İbtidai təhsilini atasından aldıqdan sonra təhsilini mədrəsədə davam etdirib. Şuşa qəza məktəbində isə rus dilini öyrənir. Şamaxı, Tiflis, İrəvan və Şuşada qəza idarələrində məmur kimi fəaliyyət göstərib. Mülki xidmətə tərcüməçiliklə başlayan o, öz xidmətində quberniya katibi çinindən titulyar müşavir çininə qədər yüksəlib. Məhəmmədəli bəy həm də şair olub. Məxfi təxəllüsü ilə şeirlər yazıb.
Nənni
Nənni və ya Hamak — iki dayaq arasında parça, ip və ya tordan hazırlanaraq asılmış, yatmaq və istirahət üçün istifadə edilən sadə yataq yeri. Cənubi Amerikanın və Afrikanın bir sıra ölkələrində çarpayını əvəz edir. Azərbaycan ərazisində hələ qədim dövrlərdən başlayaraq əsasn körpə uşaqları yatırtmaq üçün istifadə olunurdu.
Lenti
Lenti (sloven. Lentiba) — Macarıstanın Zala medyesində, Avstriya, Slovakiya və Xorvatiyanın sərhədində yerləşən rayon.
Çatni
Çatni — Hindistanın ənənəvi sousu. Demək olar ki, bütün yeməklərə əlavə olunur və xüsusi dad verir. Tünd dadı ilə acı olmayan yeməklərə əlavə edilir və özünün gözəl rəngi ilə iştaha açır. == Ümumi məlumat == Çatni adətən tərəvəzlərdən hazırlanır. Bəzən isə meyvələrdən də çatni hazırlayırlar. Çatninin hazırlanması uzun vaxt tələb edir. Belə ki, bütün komponentlər tamamilə həll olunub bişməlidir. Çatni adətən şirin və dadlı olur. O iştahanı artırır və həzm sistəmini sürətləndirir. Yeməklə eyni vaxtda başqa qabda stola qoyulur və kim istəsə zövqünə uyğun olaraq yeməyinə əlavə edir.
Çəpni
Çəpni — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 19 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Orta əsrlərdə Anadoluda Ulu-Yörük tayfa ittifaqının bir qolu Çəpni adlanırdı XVI əsrdə Qızılbaşların Çəpni tayfasının məskunlaşması nəticəsində yaranmışdır == Toponimi == Toponim qədim oğuz tayfasından olan çəpni etnonimi əsasında əmələ gəlmişdir. Qızılbaş tayfalarından birinin də adı "çəpni"dir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Mənşəcə Səlcuq oğuzlarının Çəbni (Çəpni) tayfasının adını əks etdirir. 1828-ci ildə kəndin azərbaycanlı əhalisi qovulmuş və İrandan gəlmə ermənilər yerləşdirilmişdir. Ona görə də XIX əsrin 80-ci illərinə aid mə'lumata görə kəndin əhalisi erməni idi (yenə orada).
Cenni
Cenni — ad. Cenni (müğənni) — Cənubi Koreyalı müğənni, aktrisa və reper. Cenni Longe — C. Vilyams təxəllüslü siyasi jurnalist Cenni Karezi — yunan teatr və kino aktrisası. Cenni fon Vestfalen — alman teatr tənqidçisi və siyasi aktivist; Cenni-Vanda Barkman — İkinci Dünya müharibəsi zamanı alman həbs düşərgəsində gözətçi. == Həmçinin bax == Vilyam Le Bon Cenni — amerikalı memar Cenni Herhardt — Teodor Drayzerin romanı.