Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Maniyafobiya
Maniyafobiya — dəli olmaq qorxusu olaraq təyin olunan bir fobiya növüdür. Fobiya narahatlıq yaşayan, stresli vəziyyətdə olan, psixoloji pozğunluğu olan və ya ruhi xəstə kimi qələmə verilə bilən insanların əzablarına şahidlik edən insanlarda görülə bilən bir pozğunluqdur. Onun simptomları ümumi olsa da, aktiv forması ümumi deyil. == Simptomlar == Baş verməsi mümkün olmayan vəziyyətlərə qarşı diqqətli olmaq, müəyyən bir vəziyyətə gəlməmək üçün əlinizdən gələni etmək əlamətlər arasında göstərilə bilər. Məsələn, iş həyatının psixi sağlamlığına mənfi təsir göstərdiyini düşünən insanlar işlərini tərk edir və ya işlərini dəyişirlər.
Mafiya
Mafiya — terror yolu ilə məqsədini həyata keçirən gizli təşkilat və ya cəmiyyət. Bir qrup tədqiqatçılar mafiyanın tarixini daha qədimlərə aid eləyirlər. Onların iddiasına görə, mafiya ərəblərin Siciliyanı işğalları zamanı yaranıb, özü də ərəb kəlməsi "maf(f)ja" — "qurtuluş yeri" sözündən götürülüb. Guya həmin dövrdə siciliyalılar milli dəyərlərin təbliği üçün gizli təşkilat yaradıblar ki, bu təşkilat da zadəgan Siciliya ailələri tərəfindən himayə olunurmuş. Sonradan ada vikinqlər, ardından ispanlar tərəfindən işğal olunanda yerli əhali qula çevrilməkdən qaçmaqdan ötrü vadilər arasındakı dayaq məntəqələrində – mafiyalarda gizlənirlər. Yeri gəlmişkən, xatırladaq ki, Mario Pyüzonun məşhur "Xaç atası" romanında da siciliyalı mafiozlar sözün mənasını məhz bu cür qəbul edirlər, yəni "qurtuluş" kimi. Diqqət etdinizsə, mafiyanın yaranma tarixiylə bağlı fərziyyələrin hamısı Siciliya ilə bağlıdır. Hamı havayı yerə Siciliya mafiyasından danışmır ki… Bu mənada Siciliya mafiyası üzvlərinin özlərinin bu tarixə olan münasibətini yazmamaq mafiyaya qarşı çıxmaq kimi bir şey olar. Onu deməklə kifayətlənək ki, Siciliya mafiozları özlərini əsası 1185-ci ildə müqəddəs Fransiska di Paolo tərəfindən qoyulmuş təriqətin davamçıları hesab edirlər. == Tarixi və quruluşu == Özlərini "Şərəfli Birlik" adlandıran Koza Nostranın təşkilatlanması, müasir bir şirkətin təşkilatlanmasını xatırladır: Capofamiglia (don/ata — Rəhbər) Consigliere (məsləhətçi/atanın sağ qolu) Sotto Capo (ikinci rəhbər) Capodecina (kapitan/capo) Uomini D'onore (əsgər) Vito Cascio Vito olaraq tanınan Vito Cascio Ferro 1862-ci ildə Palermoda doğulub.
Magiya
Sehr (lat. magia, yun. μαγικός — sehrbazlıq) — uydurma, xəyali məharətin və yaxud ağlasığmaz manipulyasiyanın köməyi ilə ətraf aləmə təsir etməkdir. Magik manipulyasiyanın əhatəsi çox genişdir: bu, sözlər (ovsunlar, dualar, cadu), əşyalar (həmayillər, qoruyucalar) yazılar və müxtəlif hərəkətlər ola bilər. Müxtəlif zamanlarda və müasir dövrdə ayrı-ayrı xalqlara məlum olan bir çox sehrbazlıq adətləri və mərasimləri təsvir edilmiş, sistemləşdirilmişdir Magiya başlıca olaraq bir insanın digər insanlara, heyvanlara, bitkilərə, hətta təbiət hadisələrinə təsir etmək bacarığına inamdır. Müşahidə edilən faktların həqiqi və qarşılıqlı əlaqələrini başa düşməyən və təsadüfi uyğunluğu tərsinə başa düşən insan belə hesab edirdi ki, xüsusi hərəkət və sözlərlə o, insanlara kömək və yaxud pislik edə bilər, qabaqcadan görmə ilə müvəffəqiyyətini və ya müvəffəqiyyətsizliyini təmin edə bilər, tufan törədə bilər və ya onu sakitləşdirə bilər. Magiya elementləri əksər xalqların dini adət-ənənəsində öz əksini tapıb. == Tərif və Məna == Magiya sözü qədim Azərbaycan tayfalarından olan maqların adı ilə bağlıdır. Belə ki, qədim dövrlərdə məhz maqlar sehr və əfsunla məşğul olduqlarına görə qədim yunanlar bu cür əməlləri "maqların əməli" anlamında "magious" adlandırıblar. Zaman keçdikcə həmin söz latınların da dilinə keçib və magiya şəklində bir çox dünya xalqarının dilində bu gün də işlənməkdə, maqların adını yaşatmaqdadır.
Manila
Manila (filip. Maynila, [majˈnilaʔ]) ― Filippinin paytaxtı və əhalisinə görə ikinci ən böyük şəhəri. 2019-cu ilədək dünyanın ən sıx məskunlaşmış şəhəri olmuşdur. Şəhər 18 iyun 1949-cu ildə "Manila Şəhərinin Yenidən Baxılmış Nizamnaməsi" adlı 409 saylı Respublika Qanununun qəbul edilməsi ilə muxtarlıq almışdır. Manila Metro Manila bölgəsindəki bələdiyyələrdən biri olan şəhər, ölkənin ən böyük adası olan Luzonda Manila Körfəzinin şərq sahilində yerləşir. Manila 10 milyondan çox insanın yaşadığı bir metropoliten sahəsi olan inkişaf etməkdə olan bir mərkəzdir. Metro Manila Milli Paytaxtı Ərazisi (NCR) olaraq da bilinən 17 şəhər və bələdiyyədən ibarət olan Manila şəhərinin bir hissəsidir. Manila, 1,5 milyondan çox sakini olan Filippinlərin ikinci ən məşhur şəhəridir. Yalnız ölkənin keçmiş paytaxtı olan Quezon City bundan daha populyardır. == Etimologiya == Şəhərin Filippin dilindəki adı olan Maynilà, "indiqo (bitki cinsi) olan yer" mənasını verən may-nilà ifadəsindən gəlir.
Manisa
Manisa — Türkiyənin Egey regionunda şəhər və Manisa ilinin inzibati mərkəzi. "Şahzadələr şəhəri" olaraq da tanınır. Antik dövrdə "Magnesia", Roma İmperiyası dövründə tam adıyla "Magnesia ad Sipylum" olaraq xatırlanmışdır. Dünya dillərindəki maqnit və maqnezium sözlərinin mənşəyi Manisanın adıdır. Ənənəvi Beynəlxalq Mesir pastası Festivalı təşkil edilir. Festivalı fəaliyyətlərinə qürur qonağı ölkələr üçün gecə təşkil edilir.
Manzya
Manzya (fr. Monthieux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Maqniya
Məğniyyə (ərəb. مغنية‎) — Əlcəzairin şimal-qərbində, Tlemsen vilayəti ərazisində şəhər. Eyniadlı dairənin inzibati mərkəzidir. == Coğrafi mövqe == Şəhər vilayətin şimal-qərb hissəsində, Mərakeşlə sərhədə yaxın ərazidə, eyniadlı düzənlikdə, Tafina çayının qərbində yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 363 metrdir. Məğniyyə ölkənin paytaxtı Əlcəzairdən təxminən 475 kilometr (295 mil) qərb-cənub-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ilin siyahıyaalınmasına əsasən, əhalinin sayı 114,634 nəfər idi.
Mariya
Mariya — Qadın adı. Mariya Stüart — Şotlandiya kraliçası. Mariya Şerifoviç — 2007 Avroviziya Mahnı Müsabiqəsində 1-ci yeri tutan müğənni Mariya İzabel — İspaniya müğənnisi. Mariya Stadnik — Ukrayna əsilli Azərbaycanlı sərbəst güləşçi. Mariya Küri — Mariya Mateva — Bolqarıstanlı bədii gimnast Mariya Antuanetta — Mariya Göppert-Mayer — fizik. Mariya Şarapova — Rusiya və dünyanın məşhur qadın tennisçisi. Mariya-Tereza (rif) — Mariya Korazon Aquino — Mariya Profetissima — Mariya Qriqoryan — Mariya Kaçina — Mariya Korobitskaya — Mariya Peralta — Mariya Vrayiç — Mariya Yelena Kalle — Mariya Zankovetska — Ukrayna və SSRİ aktrisası, USSR-nın xalq artisti.
Anna Mariya
Anna Mariya — qız adı.
Araqonlu Mariya
Araqonlu Mariya (29 iyun 1482, Kordova, Əndəlüs – 7 mart 1517, Lissabon) — İspaniya şahzadəsi və Portuqaliya kralı I Manuelin ikinci xanımı olaraq Portuqaliya kraliçası.
Avstriyalı Mariya
Avstriyalı Mariya (21 iyun 1528, Madrid – 26 fevral 1603[…]) — Müqəddəs Roma imperatoru V Karlın qızı və II Maksimilyanın xanımı. İspaniyada olduğu müddət ərzində məşhur ispan bəstəkarı Tomas Luis de Viktoriyanın hamisi olaraq onun yaradıcılığını dəstəklədi. Üstəlik Mariyanın 1603-cü ildə vəfatından sonra bəstəkar onun şərəfinə möhtəşəm bir əsər bəstələdi. == Həyatı == === İlk illəri === Mariya 21 iyun 1528-ci ildə Müqəddəs Roma imperatoru V Karl və Portuqaliyalı İzabellanın böyük qızı olaraq Madriddə dünyaya gəldi. Uşaqlığı bacısı Yuanna və qardaşı Filiplə birlikdə Valyadolid və Toledo saraylarında keçmişdir. Atasının vəzifəsiylə bağlı durmadan səyahət etməsi və bu səbəblə ata qayğısından uzaq qalmasına baxmayaraq bacı və qardaşlarıyla sıx ailə əlaqələri qurdu. === Evliliyi === 15 sentyabr 1548-ci ildə o, əmisi oğlu olan Avstriya hersoqu Maksimilyanla evləndi. Cütlüyün 28 illik evliliyi boyunca 16 övladı dünyaya gəldi. Atasının alman əsilzadələriylə mübarizə apardığı 1548-1551-ci illərdə Mariya və Maksimilyan İspaniyada ona kral naibi olaraq xidmət etdilər. 1551-ci ilin avqustuna qədər Madriddəki kral sarayında yaşayan Mariya və əri, daha sonra Maksimilyanın atasının Vyanadakı sarayında yaşamağa başladılar.
Burqonlu Mariya
Burqonlu Mariya (fr. Marie de Bourgogne) (d. 13 fevral 1457 - ö. 27 mart 1482) — Burqon hersoqu Cəsur Karlın qızı, Burqon hersoqinası. Burqundiya hersoqu Cəsur Karl və xanımı Burbonlu İzabellanın yeganə övladı idi. 5 yanvar 1477-ci ildə baş tutan Nansi döyüşündə atasının həlak olması ilə, onun yeganə varisi olaraq Burqundiya hersoqinası oldu. Fransa kralı XI Lüdovikə qarşı torpaqlarını qorumaq məqsədilə 1477-ci ildə Habsburq ailəsindən Maksimilyanla evləndi. Bu evlilik uzun illər davam edəcək Habsburq-Fransa münaqişəsinə səbəb oldu. == Mənbə == Armstrong, C.A.J. (1957). "The Burgundian Netherlands, 1477-1521".
Daniya Ramires
Daniya Ramires (8 noyabr 1979, Santo-Dominqo) — Dominikan Respublikasında anadan olmuş aktrisadır. NBC telekanalında efirə gedən "Qəhrəmanlar" serialında Maya Herreyra rolu ilə tanınır.
Fransalı Mariya
Fransalı Mariya (fr. Marie de Lorraine) (d. 22 noyabr 1515 — ö. 11 iyun 1560) — Şotlandiya kralı V Ceymsin ikinci xanımı, Şotlandiya kraliçası. 1538-ci ildə Şotlandiya kralı ilə evləndi və Şotlandiya kraliçası oldu. Ən kiçik övladı Mariya Stüartın doğumundan 6 gün sonra kral vəfat etdi və körpə qızcığaz Şotlandiya kraliçası elan edildi. Ceyms Hamiltonun 12 illik naibliyinin ardından Mariya 1554-cü ildə kraliçanın naibəsi olaraq vəzifəyə gətirildi. 6 illik naibəliyi dövründə katolik Fransa krallığı ilə əlaqələri gücləndirmiş, İngiltərədən azad və katolikləşmiş bir Şotlandiya krallığı qurmaq istəmişdi. Ancaq Şotlandiyadakı protestant reformasiyasının önünü ala bilmədi və ölümündən sonra qızına iğtişaşlarla çalxalanan bir krallıq buraxdı. == Həyatı == === Uşaqlıq illəri === Medlin 22 noyabr 1515-ci ildə Lotaringiyadakı Bar-le-Dyuk sarayında Quiza hersoqu Klaud və xanımı Burbonlu Antuanettanın ilk qızı olaraq dünyaya gəldi.
Henretta Mariya
Henretta Mariya (fr. Henriette Marie, ing. Henrietta Maria) (d. 25 noyabr 1609 — ö. 10 sentyabr 1669) — İngiltərə, İrlandiya və Şotlandiya kralı I Karlın xanımı, Fransa kralı IV Henrinin qızı. O həmçinin İngiltərə kralı II Karl və onun xələfi olan II Ceymsin anası idi. Bununla birlikdə ərinin yazdığı fərmanla bütün İngiltərədə Kraliça Mariya olaraq tanınsa da, o bu adı bəyənmədi və öz məktublarında "Henriette R" imzasından istifadə etdi. Onun Roma-Katolik məzhəbinə bağlılığı İngiltərədə güclənməsinə mane oldu. Məhz bu səbəblə heç vaxt tacqoyma mərasimi keçirilmədi. İngiltərə vətəndaş müharibəsinin alovlandığı 1644-cü ildə ən kiçik qızı və adaşı olan Henrettanın dünyaya gəlişinin ardından Fransaya sığındı.
II Mariya
II Mariya (ing. Mary II of England) (d. 30 aprel 1662 – ö. 28 dekabr 1694) — İngiltərə, Şotlandiya və İrlandiyanın kraliçası, II Ceymsin qızı. == Mənbə == Baxter, Stephen B., William III and the Defense of European Liberty, 1650–1702 (1966) OCLC 473975225 Chapman, Hester W., Mary II: Queen of England (1953) OCLC 753145632 Churchill, Winston. A History of the English-Speaking Peoples: Age of Revolution. Weidenfeld & Nicolson, (2002). ISBN 0-304-36393-6 Claydon, Tony, William III: Profiles in Power (2002) ISBN 0-582-40523-8 Van der Kiste, John (2003) William and Mary. Stroud, Gloucestershire: Sutton Publishing. ISBN 0-7509-3048-9.
I Mariya
I Mariya (1516-1558) — İngiltərə və İrlandiya kraliçası, İspaniyanın kraliça-konsortu. I Mariya (1734-1816) — Braqanza sülaləsinə mənsub ilk Portuqaliya və Braziliya kraliçası.
Kalabriyalı Mariya
Alba qrafinyası Kalabriyalı Mariya (it. Maria; 6 may 1329, Neapol – 20 may 1366, Neapol) — böyük bacısı Kraliça I İoannanın ölümündən sonra Neapol tacını miras almış Anju-Siciliya ailəsinin neapollu şahzadəsi. == Həyatı == === Erkən həyatı === Mariya Kalabriya hersoqu Karlın (Neapol Kralı Müdrik Robertin böyük oğlu) və Valualı Mariyanın (Fransa Kralı VI Filippin ögey bacısı) beşinci və ölümündən sonra dünyaya gələn övladı idi. O, atasının ölümündən təxminən altı ay sonra, 9 noyabr 1328-ci ildə anadan olub. Onun doğulduğu vaxt, üç böyük bacısı və bir qardaşından yalnız 1325-ci ilin martında anadan olmuş bacısı İoanna sağ idi. İki il sonra, 23 oktyabr 1331-ci ildə Mariyanın anası Valualı Mariya Bariyə ziyarəti zamanı öldü və Mariya və onun böyük bacısı İoanna (hazırda Neapol taxtının varisi) yetim qaldı. Hər ikisi ata tərəfdən babaları Kral Robertin Neapoldakı sarayında böyüdülər. 30 iyun 1332-ci il tarixli qərarla Papa XXII İoann rəsmi olaraq Mariya və onun böyük bacısının Macarıstan Kralı I Karlın oğulları ilə evlənəcəyinə qərar verdi: İoanna Macarıstanlı Endryu ilə nişanlandı, Mariya isə böyük qardaşı ilə nişanlandı — Macarıstan taxtının varisi, Macarıstan Kralı I Lüdovik; lakin bu nişan, İoannanın evliliyi başa çatana qədər öldüyü təqdirdə Mariyanın kiçik qardaşı Endryu ilə evlənəcəyini şərtləndirdi. Kral Robert bu yolla Neapol tacından məhrum olan böyük qardaşının övladları ilə öz qan soyunu öz xeyrinə barışdırmaq istəyirdi. Mariyanın babası 20 yanvar 1343-cü ildə vəfat etdi.
Kastiliyalı Mariya
Kastiliyalı Mariya (isp. María de Castilla) (d. 14 noyabr 1401 - ö. 7 sentyabr 1458) – Araqon və Neapol kraliçası. Kastiliya kralı III Henrinin qızı və Araqon kralı V Alfonsonun xanımıdır. Əri səltənətinin böyük hissəsini səfərlərdə keçirdiyi üçün onun yerinə naibə olaraq ölkəni idarə etmişdir. Bundan başqa qardaşı Con dünyaya gələnədək Kastiliya taxtının varisi olaraq Asturiya şahzadəsi ünvanını daşımışdır. == Həyatı == === İlk illəri === Mariya Kastiliya kralı III Henri və Lankasterli Ketrinin ilk övladı idi. Onun xaç anası isə anasının ögey xalası olan rahibə Mariya Ayala oldu. Kastiliyalı mürəbbiyələr tərəfindən böyüdülən Mariya 6 yanvar 1402-ci ildə Toledo kortesi tərəfindən taxtın varisi və Asturiya şahzadəsi ünvanlarını aldı.
Körpübaşı (Manisa)
Körpübaşı (türk. Köprübaşı) — Manisa ilinin ilçəsi. == Təhsil == İlçədə 4 ibtidai təhsil məktəbi, 1 çox proqramlı lisey, 1 Anadolu lisesi və Cəlal Bayar Universitetinə bağlı 1 Peşə Yüksekokulu var.
Macarıstanlı Mariya
Arpad sülaləsindən olan Macarıstanlı Mariya (mac. Mária; 1257, bilinmir – 25 mart 1323, Neapol) — Kral II Karlla evliliyi ilə Neapol Kraliçası olmuş qadın. O, Macarıstanlı V İştvan və onun həyat yoldaşı Kumanlı Yelizavetanın qızı idi. Mariya ərinin olmadığı müddətdə 1290–1294-cü illərdə Provansda və 1295–1296, 1296–1298 və 1302-ci illərdə Neapolda regent vəzifəsində çalışmışdır. == Ailəsi == Mariyanın anası digər kumanlar kimi şamanizm inancına sahib idi. O, Avropanın müasir xristianları tərəfindən bütpərəst hesab olunurdu və Yelizaveta Mariyanın atası İştvan evlənmək üçün katolikliyi qəbul etməli oldu. Onun hansı yaşda xristianlığı seçdiyi məlum deyil, lakin ola bilər ki, o, uşaqlıqdan Macarıstan kral sarayında pravoslav kimi böyüyüb. Mariya altı uşağın ikincisi idi. Onun bacıları Yelizaveta və Yekaterina hər ikisi Serbiyanın Kraliçası oldular. Başqa bir bacı, Anna II Andronik Paleoloq ilə evləndi.
Mamiya Oraxelaşvili
Mamiya Oraxelaşvili (gürc. მამია ორახელაშვილი, rus. Иван (Мамия) Дмитриевич Орахелашвили, İvan (Mamiya) Dmitrieviç Oraxelaşvili; 10 iyun 1881, Kutaisi – 11 dekabr 1937) — Rusiya və Gürcüstanda inqilabi hərəkatda fəal iştirak edən gürcü bolşevik və sovet siyasətçisi. == Erkən həyat və karyera == Rusiya imperiyasının Kutais qubernatorluğunda (indiki Gürcüstanda) mülkədar ailəsində anadan olan Oraxelaşvili Xarkov Universitetində və Sankt-Peterburq Hərbi Tibb Akademiyasında tibb təhsili alıb. O, 1903-cü ildə Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının bolşevik fraksiyasına qoşulmuş, 1905-ci ildə Peterburqda baş vermiş üsyanda fəal iştirak etmişdir. 1906–1914-cü illərdə bir neçə dəfə çar polisi tərəfindən həbs olunub. == Rus inqilabı == 1917-ci ildə bolşeviklərin hakimiyyəti ələ keçirməsindən sonra Oraxelaşvili Vladiqafqaz Sovetinə sədrlik etdi. 1918–1920-ci illərdə Gürcüstan Demokratik Respublikasında gizli bolşevik dəstəsində çalışmış və Gürcüstan hökuməti tərəfindən həbs edilmişdir. Gürcüstan və Sovet Rusiyası arasında bağlanmış Moskva müqaviləsinə əsasən (1920-ci ilin mayında) azad edilib və daha sonra leqallaşdırılan Gürcüstan Kommunist Partiyasının sədri olub. 1921-ci ilin fevralında Gürcüstanın cənubunda bolşevik təxribatında iştirak etdi.
Mamiya Rinzo
Mamiya Rinzo (間宮 林蔵, 1780 – 13 aprel 1844, Edo[d]) – Yaponiya səyyahı və tədqiqatçısı. Saxalin adasının boğaz vasitəsilə materikdən ayrıldığını kəşf etmiş, Amur çayı boyunca səyahət edən ilk yapon olmuşdur. Avrasiya materikini Saxalin adasından ayıran Tatar boğazı Yaponiyada onun şərəfinə Mamiya boğazı (間宮海峡, Mamiya kaykyo) adlandırılır. == Həyatı == 1780-ci ildə Hitaçidə yaşayan bir çəllək ustasının oğlu kimi doğulmuşdur. Çoğrafiyaşünas İno Tadatakanın müşayiəti altında kartoqrafiyanı öyrənmişdir. 1800-cü ildən etibarən Ezo adasında və Cənubi Kuril adalarında şoqun administrasiyası üçün tədqiqatçı kimi işləməyə başlamışdır. 1807-ci ildə rusların Etorofu adasına etdikləri basqında ruslara qarşı döyüşmüş və yaralanmışdır. Saxalin adasını öyrənməklə vəzifləndirilən Rinzo 1808-ci ildə Matsuda Dencuro ilə birlikdə adanın cənub hissəsini tədqiq etmişdir. Növbəti il təkbaşına adanın qərb hissəsinə səyahət etmiş, Saxalin adasının boğaz vasitəsilə Avrasiya materikindən ayrıldığını kəşf etmişdir. Həmin dövrdə Yaponiya və Qərb dünyasında Saxalin adasının materikə bitişik olduğu düşünülürdü.
Mamiya boğazı
Tatar boğazı - Avrasiya materikini Saxalin adasından ayırır. Oxot dənizinı isə Yapon dənizi ilə birləşdirir. Boğazın sularında Amur limanı yerləşir və üstəlik boğazı Saxalin körfəzinin suları yuyur. Yaponiyada Mamiya Rinzonun şərəfinə Mamiya boğazı (間宮海峡, Mamiya kaykyo) kimi tanınır. == Coğrafiyası == Uzunluğu 663 km, eni isə cənubda 324 km, simalda 40 km təşkil edir. Ən dar yeri 7,5 km-dir. Boğaz Yapon dənizinin ən soyuq hissəsiidir. Belə ki dənizin donan hissəsinin 90% buranın payına düşür. Boğaz cənub hissədə 40-80 gün, şimalda isə 140-170 gün buzla örtülü olur. Buz örtüyünün qalılığı isə 1,5 m catır.
Manila şəhəri
Manila (filip. Maynila, [majˈnilaʔ]) ― Filippinin paytaxtı və əhalisinə görə ikinci ən böyük şəhəri. 2019-cu ilədək dünyanın ən sıx məskunlaşmış şəhəri olmuşdur. Şəhər 18 iyun 1949-cu ildə "Manila Şəhərinin Yenidən Baxılmış Nizamnaməsi" adlı 409 saylı Respublika Qanununun qəbul edilməsi ilə muxtarlıq almışdır. Manila Metro Manila bölgəsindəki bələdiyyələrdən biri olan şəhər, ölkənin ən böyük adası olan Luzonda Manila Körfəzinin şərq sahilində yerləşir. Manila 10 milyondan çox insanın yaşadığı bir metropoliten sahəsi olan inkişaf etməkdə olan bir mərkəzdir. Metro Manila Milli Paytaxtı Ərazisi (NCR) olaraq da bilinən 17 şəhər və bələdiyyədən ibarət olan Manila şəhərinin bir hissəsidir. Manila, 1,5 milyondan çox sakini olan Filippinlərin ikinci ən məşhur şəhəridir. Yalnız ölkənin keçmiş paytaxtı olan Quezon City bundan daha populyardır. == Etimologiya == Şəhərin Filippin dilindəki adı olan Maynilà, "indiqo (bitki cinsi) olan yer" mənasını verən may-nilà ifadəsindən gəlir.
Manisa relyefi
Manisa reyefi, Akpınar relyefi və ya Kibela relyefi (türk. "Taş Suret") və ya Sipil heykeli — Türkiyənin Manisa şəhərindən 5 km şərqdə yerləşən Akpınarda, Salehli yolundakı əyləncə parkının yuxarısında hettlərə aid qaya relyefi. == Təsvir == Relyef Spil dağındakı qranit uçurum üzərində, Manisa şəhəri ilə üzbəüz yerləşir. Relyefin 6 m-dən çox hündürlüyü var və pis vəziyyətdədir. 8–10 m hündürlüyündəki bu oturan fiqur yüksək relyef üzərində təsvir edilmişdir. Fiqur şimala baxır və hündür, sivri uclu baş geyimindədir. Əlləri döşlərinə söykənmiş, ayaqları isə taburenin üstündə dayanır. Fiqurun başı təbii səbəblərdən qismən qopmuşdur. Relyefin başının sağında Luvilərə məxsus hiyeroqlif yazının iki qalığı vardır ki, bu da relyefin Hett dövrünə aid olduğunu göstərir. Xristian teoloq Sesil Con Kadoux relyefin Hett kralı I Suppiluliuma və ya oğlu oğlu II Mursilin hakimiyyəti dövrünə aid olduğunu düşünürdü Helmuth Theodor Bossert , Hanyeri relyefində və İmamkullu relyefində olan eyni adla "Şahzadə Kuwalanamuwa" şəklində ən soldakı yazını (Akpınar 1) oxudu, lakin hər üçünün də eyni şəxsə aid olub olmadığı aydın deyil.
Avstriyalı Mariya Amaliya
Avstriyalı Mariya Amaliya (alm. Maria Amalia von Österreich‎) (22 oktyabr 1701, Vyana – 11 dekabr 1756) — Müqəddəs Roma imperatoru VII Karlın xanımı. Atası Müqəddəs Roma imperatoru I Jozef, anası isə Brünsvikli Vilhelmina Amaliyadır. == Mənbə == Andrea Rueth: Maria Amalia. In: Jürgen Wurst, Alexander Langheiter (Hrsg.): Monachia. Städtische Galerie im Lenbachhaus, München 2005, ISBN 3-88645-156-9 Alois Schmid: Maria Amalia, Erzherzogin von Österreich. In: Neue Deutsche Biographie (NDB). Vol. 16, Duncker & Humblot, Berlin 1990, ISBN 3-428-00197-4 Bettina Braun; Katrin Keller; Matthias Schnettger (4 April 2016). Nur die Frau des Kaisers?: Kaiserinnen in der Frühen Neuzeit.
Saksoniyalı Mariya Amaliya
Saksoniyalı Mariya Amaliya (isp. María Amalia Cristina Francisca Javiera Flora Walburga) (24 noyabr 1724, Drezden – 27 sentyabr 1760[…], Madrid) — İspaniya kralının xanımı. Atası Reç Pospolita kralı III Avqust, anası isə Müqəddəs Roma imperatoru I Jozefin qızı Mariya Jozefinadır.
Siciliyalı Mariya Amaliya
Siciliyalı Mariya Amaliya (isp. María Amelia Teresa de Borbón-Dos Sicilias; fr. Marie-Amélie de Bourbon-Siciles) (26 aprel 1782[…], Kral sarayı (Kazerta), Kampaniya – 24 mart 1866[…]) — Fransanın son kraliçası. Atası Neapol və Siciliya kralı I Ferdinand, anası isə Müqəddəs Roma imperatoru I Fransiskin qızı Mariya Karolina idi. 25 noyabr 1809-cu ildə Orleanlı Lui-Filiplə evləndi. Evliliyinin 21-ci ilində əri Fransanın son kralı olaraq taxta çıxdı. == Mənbə == Howarth, T. E. B. Citizen-King, The Life of Louis-Philippe, King of the French. London: Eyre & Spottiswoode, 1961. Margadant, Jo Burr. "The Duchesse de Berry and Royalist Political Culture in Postrevolutionary France.
İnfanta Mariya Amaliya
İnfanta Mariya Amaliya (isp. María Amalia de Borbón y Borbón-Parma) (9 yanvar 1779, Madrid – 22 iyul 1798) – İspaniya kralı IV Karlın qızı, İspaniya infantası. Hələ 16 yaşında ikən 1795-ci ildə 40 yaşlı əmisi İnfant Antonio Paskalla evləndi. Cütlüyün ilk və yeganə övladı isə 1798-ci ildə ölü olaraq dünyaya gəldi. Doğum əsnasında tutulduğu infeksiya səbəbilə Mariya Amaliya doğumdan 2 gün sonra vəfat etdi. == Mənbə == Bearne Charlton, Catherine. A Royal Quartette. London: T. F. Unwin, 1908. Mateos Sainz de Medrano, Ricardo. Los desconocidos infantes de España.
Saksoniyalı Mariya Jozefina Amaliya
Mariya Jozefina Amaliya (isp. Maria Josepha Amalia Beatrix Xaveria Vincentia Aloysia Franziska de Paula Franziska de Chantal Anna Apollonia Johanna Nepomucena Walburga Theresia Ambrosia) (7 dekabr 1803 və ya 6 dekabr 1803, Drezden – 18 may 1829) — İspaniya kralının xanımı. Atası Reç Pospolita kralı III Avqustun nəvəsi Maksimilyan, anası isə Parma hersoqu Filippin nəvəsi Parmalı Karolinadır. Hələ 16 yaşında ikən İspaniya kralı VII Ferdinandla evləndi. İlk 2 nikahından varisi olmayan kralın hakimiyyəti təhlükə altında idi. Mariya Jozefina çox uşaqlılıqlarıyla məşhur olan Saksoniya şahzadələrindən olsa da, bu nikahdan övladı olmadı. Bu səbəblə saraydan ayrılaraq uzun müddət Aranxuaz sarayında yaşadı. Bu müddət ərzində cütlüyü barışdırmaq məqsədilə Roma papası VII Piy ona şəxsi məktub belə yazmışdı. Ancaq bunlar heç bir fayda vermədi və Mariya Jozefina 18 may 1829-cu ildə yüksək hərarət səbəbilə vəfat etdi. == Mənbə == María Isabel de Braganza: la reina del Prado : edición conmemorativa del bicentenario de la Fundación Museo del Prado (1819–2019).