DANİYAL

dan yalı /saçı/; sübh şəfəqləri; Günəş-Tanrı.
DANİL
DANİYAR
OBASTAN VİKİ
Daniyal
Daniyal, həmçinin Dənyal və ya Daniel (ərəb. دانيال‎ Daniyal, İbranicə: דניאל Daniel, yun. Δανιήλ Daniil) — yəhudilər, xristianlar və müsəlmanlar tərəfindən peyğəmbər olaraq qəbul edilən şəxs. Quranda adı qeyd olunmasa da, islam alimlərinin əsərlərində ondan bəhs edilir. == Etimologiya == E.ə. IV və V əsrlərdə yaşayan Daniyal peyğəmbər e.ə. 606-cı ildə uşaq ikən əsir alınaraq israiloğulları ilə bərabər Babilə göndərilir. Babil kralı II Navuxodonosor (e.ə. 605-562) zamanında yaşadığı ehtimal olunan Daniyal peyğəmbərdən “Yəhudiləri Babil əsarətindən elmi və öncəgörmələri ilə qurtarmış peyğəmbər” olaraq bəhs edilir. == Həyatı və nəsli == === Uşaqlıq illəri === Belə bir əhvalat nəql edilir ki, Babil kralı yuxusunda israiloğullarının nəslindən olan bir oğlan uşağının onun taxtını sarsıdacağını görür.
Daniyal (Germi)
Daniyal (fars. دانيال‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 193 nəfər yaşayır (34 ailə).
Daniyal (dəqiqləşdirmə)
Daniyal — yəhudilər, xristianlar və müsəlmanlar tərəfindən peyğəmbər olaraq qəbul edilən şəxs. Daniyal Sultan — ‎Daniyal (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Daniyal Abdullayev
Abdullayev Daniyal Abdulla oğlu (21 dekabr 1920, Balakən – bilinmir) — Brest qalası müdafiəçilərindən biri == Həyatı == 21 dekabr 1920-ci il tarixində Balakən rayonunun Mahamalar kəndində dünyaya göz açıb. 1939-cu ildən Sovet Ordusunda xidmət etmişdir. 1941-ci ildə Brest qalası uğrunda döyüşlərdə başından ağır yaralanmış və əsir düşmüşdür. Əsirlikdən qaçıb Fransa partizanlarına qoşulmuş, 1944–1945-ci illərdə partizan polkunda rota komandiri olmuşdur. D. Abdullayev Fransanın "Hərbi Xaç" ordeni ilə (2 dəfə) təltif edilmişdir.
Daniyal Sultan
Daniyal Sultan цахур: Даниял-Бек Ахмадна дик — İlisu sultanı (1831–1844); Çar Rusiyasına qarşı Şeyx Şamilin başçılıq etdiyi hərəkatın iştirakçısı; 3-cü dərəcəli müqəddəs Stanislav (28 fevral 1832), 2-ci dərəcəli müqəddəs Anna (31 mart 1843) və 3-cü dərəcəli müqəddəs Vladimir ordeni (1843) ilə təltif edilmiş Çar Rusiyası general-mayoru. Milliyətcə saxurdur. == Həyatı == Daniyal bəy İlisu hakimi qvardiya polkovniki Əhməd xanın ailəsində dünyaya gəlmişdir. Atası Əhməd xan rus hərbi dairələrində öz nüfuzu ilə seçilən bir adam olmuşdur. Hələ 1812-ci ildə general P.Kotlyarevskinin qoşununun tərkibində İlisu süvarilərinə başçılıq etmişdir. Aslandüz döyüşündə isə onun süvariləri Qaradağ hakimi Allahyar xanı əsir almışlar. Daniyal bəy Əhməd xanın 6 oğlundan 5-cisi idi. == İlisunun son sultanı == Əhməd xan İlisulunun ölümündən sonra 1830-cu ilin yanvarında hakimiyyət onun oğlu Musa sultana keçir. Lakin Musa Sultanın da qısa müddətdən sonra ölümü Daniyal bəyin hakimiyyətə gəlişi ilə nəticələnir. 14 fevral 1831-ci ildə qraf Paskeviç Daniyal bəyin sultan rütbəsini təsdiqləyir.
Daniyal (peyğəmbər)
Daniyal, həmçinin Dənyal və ya Daniel (ərəb. دانيال‎ Daniyal, İbranicə: דניאל Daniel, yun. Δανιήλ Daniil) — yəhudilər, xristianlar və müsəlmanlar tərəfindən peyğəmbər olaraq qəbul edilən şəxs. Quranda adı qeyd olunmasa da, islam alimlərinin əsərlərində ondan bəhs edilir. == Etimologiya == E.ə. IV və V əsrlərdə yaşayan Daniyal peyğəmbər e.ə. 606-cı ildə uşaq ikən əsir alınaraq israiloğulları ilə bərabər Babilə göndərilir. Babil kralı II Navuxodonosor (e.ə. 605-562) zamanında yaşadığı ehtimal olunan Daniyal peyğəmbərdən “Yəhudiləri Babil əsarətindən elmi və öncəgörmələri ilə qurtarmış peyğəmbər” olaraq bəhs edilir. == Həyatı və nəsli == === Uşaqlıq illəri === Belə bir əhvalat nəql edilir ki, Babil kralı yuxusunda israiloğullarının nəslindən olan bir oğlan uşağının onun taxtını sarsıdacağını görür.
Daniyal bəy Hələcov
Danyal bəy Hələcov — Çar Rusiyasının və Azərbaycan Cümhuriyyətinin zabiti, Birinci Dünya Müharibəsinin və Gəncə üsyanının iştirakçısı. Birinci Dünya Müharibəsində göstərdiyi şücaətə görə “2-ci dərəcəli müqəddəs Anna”, “2-ci dərəcəli müqəddəs Stanislav” və “4-cü dərəcəli müqəddəs Vladimir” ordenləri ilə təltif edilib. Azərbaycan Cümhuriyyəti Ordusunda I Artilleriya briqadasının komandiri olub. Aprel işğalına qarşı baş tutmuş Gəncə üsyanında iştirak edib və vəhşicəsinə öldürülüb. == Həyatı == Danyal bəy Abdulla bəy oğlu 1876-cı il sentyabrın 5-də də Balakəndə anadan olub. 1895-ci ildə Stavropol Realnı məktəbini bitirdikdən sonra Peterburqda yerləşən üç illik Mixayılovsk Artilleriya Məktəbinə daxil olub. == Xidməti == === Çar ordusunda === 1897-ci ildə Mixayılovsk Artilleriya Məktəbini “podporuçik” hərbi rütbəsi ilə bitirərək Aleksandropol şəhərində yerləşən Qafqaz ordu korpusunun 39-cu artilleriya briqadasına təyinat alıb. 1-ci Qafqaz atıcı artilleriya divizionunun 1-ci artilleriya batareyasının baş zabiti vəzifəsində xidmət edib. Briqadada on ildən çox xidmət edən Danyal bəy ştabs kapitan rütbəsinə qədər yüksəlib. 1909-cu ildə Tiflis quberniyasının Muxrovani şəhərindəki birinci artilleriya polkuna təyinat alır.
Əbdürəhman Daniyalov
Əbdürəhman Daniyalov (22 avqust 1908, Dağıstan vilayəti – 24 aprel 1981, Moskva) — Sovet və Dağıstan siyasi və partiya lideri, Dağıstanın görkəmli dövlət və ictimai-siyasi xadimi, diplomat. Dağıstan MSSR Xalq Kənd Təsərrüfatı Komissarı (1937-1939). Dağıstan MSSR Xalq Komissarları Sovetinin sədri (1940-1948). Sovet İttifaqı Kommunist Partiyası Dağıstan Vilayət Komitəsinin birinci katibi (1948-1967). Dağıstan MSSR Ali Soveti Rəyasət Heyətinin sədri (1967-1970). Əbdürəhman Daniyalov 22 avqust 1908-ci ildə Dağıstan MSSR -in Qunib rayonu rayonunun Ruquca kəndində kəndli ailəsində anadan olmuşdur. Etnik mənsubiyyətinə görə avardır. 1920-1924-cü illərdə Daniyalov Qunib rayonundakı bir uşaq evində, sonra Buynakskdakı alpinistlər üçün internat məktəbində böyüyür. 1928-ci ildə Buynaksk Pedaqoji Texnikumunu bitirib, sonra Bolşeviklərin Ümumittifaq Kommunist Partiyasına üzv olur. Elə həmin ilin oktyabrında Daniyalov Komsomolun Qunib rayon komitəsinin məsul katibi, 1929-cu ildə Dağıstan vilayət komsomol komitəsinin təşviqat və təbliğat şöbəsinin müdiri vəzifəsini icra edir.

Digər lüğətlərdə