Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mehrili
Mehrili (Şəmkir) — Azərbaycanın Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Mehrili (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunun inzibati ərazi vahidində kənd.
Mehri
Meğri (erm. Մեղրի) — Ermənistanın cənubundakı Sünik mərzində, İranla sərhəddə yerləşən Meğri rayonunun mərkəzi olan şəhər. 2011-ci il siyahıyaalınmasına əsasən, şəhərin əhalisi 4 580 nəfər olmuşdur. 2020-ci ilin rəsmi hesablamalarına görə isə Meğrinin əhalisi təxminən 4 500 nəfərdir. Meğri paytaxt İrəvandan 376 km, mərzin mərkəzi Qafandan isə 73 km cənubda yerləşir. == Toponimika == Toponim türk dilində "quruyan, az sulu çöl çayı olan dərə", "yüksəkliklərində aşırımı olmayan çıxılmaz dərə", "dalan kimi dərə" mənasında işlənən mukır, mukur sözünün fonetik variant olan mığrı sözü əsasında formalaşmışdır. Digər bir variant olaraq, Meğri erməni dilində "bal şəhəri" mənasını verir. == Tarixi == Şəhərin adı mənbələrdə Mığrı formasında işlənir. 1930-cu ilin sentyabrında Meğri rayonu yaradılmış və Meğri qəsəbəsi yeni yaranan rayonun mərkəzinə çevrilmişdir. 1959-cu ildə Meğriyə şəhər tipli qəsəbə statusu verilib.
Mehrili (Qubadlı)
Mehrili — Azərbaycan Respublikasının Qubadlı rayonunun Yuxarı Xocamsaqlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Toponimikası == Mehrili kəndi dağətəyi ərazidədir. Tam adı Əyədi Mehrilidir. Əyədi sarallı tayfasının qışlaqlarından birinin adı olmuşdur, mehrili isə orada məskunlaşmış nəslin adıdır.
Mehrili (Şəmkir)
Mehirli – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir. == Əhalisi == Kənd əhalisi 1117 nəfərdir ki, onunda 538 nəfəri kişi, 579 nəfəri isə qadınlar təşkil edir.
Mehrili bələdiyyəsi
Şəmkir bələdiyyələri — Şəmkir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarix == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Yeni Azərbaycan Partiyası == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Mehri SES
Mehri SES (bəzən Аraz SES) — tikintisi davam etdirilən SES. Stansiya Araz çayının üzərində yerləşir. Mehri şəhəri yaxınlığında Ermənistan (Qərbi Azərbaycan) və İran arasındakı sərhəddə yerləşir. SES tikintisinə 8 noyabr 2012-ci ildə başlanmışdır. Layihənin tikintisinin başa çatdırılması 2017-ci ilə təsadüf edəcəkdir. Stansiyanın güçü günlük olaraq 793 kVts enerjiyə hesablanmışdır. Mehri stansiyasının ümumi güçü 130 МVt Burada kaskad tikintisi planlaşdırılmasada Araz üzərində yerləşən iki SES tikiləcəkdir. Mehri SES idarə baxımından Ermənistana, Qaraçılar SES isı İrana mənsub olmalıdır. Ermənsitan hissəsində tikinti işlərinin ümumi qiyməti 323 milyon dollar olaraq qiymətləndirilir. == Layihənin tarixi == SES tikintisi ilə əlaqədar iki ölkə arasında 2007 və 2008-ci illərdə dövlətlər arası müqavilələr imzalanmışdır. 14 aprel 2009-ci ildə Ermənistan prezidenti Serj Sarkisyan Mehri SES tikintisi ilə əlaqədar İrana səfər edir.
Mehri Xatun
Mehri Xatun (türk. Mihrî Hatun; 1460 - 1514) — türk şairəsi. == Həyatı == Əsl adı Mehrinnisa, yaxud Xeyrünnisa olan Mehri Xatun bun-dan beş əsr yarım öncə 1460-cı ildə Osmanlı imperiyasının Amasya şəhərində dünyaya göz açmışdır. Onun atası Amasya qazısı Həsən Amasyəvi (Mehmet Çələbi) tanınmış şair olmuş, Bəlayi təxəllüsü ilə şeirlər yazmışdır. Babası Şücaəddin Pir İlyas isə tanınmış xəlvəti şeyxi idi. Mehri Xatun ailəsinin imkanları sayəsində yaxşı ev təhsili almış, atasından ərəb və fars dillərini, ədəbiyyat nəzəriyyəsini, Şərq şeirinin poetik sistemini, məşhur şairlərin yaradıcılığını, öz dövrünün elmlərini öyrənmişdir. Gənc Mehri fövqəladə gözəlliyi və dərin biliyi ilə dillərə dastan olmuş, hətta məşhur səyyah Övliya Çələbinin diqqətini özünə cəlb etmişdir. O, Mehrinin savadı haqqında yazmışdır: “Yetmiş cild kitabi-mötəbəri hifz edib cümlə üləmanı mübahiseyi-ulüm və fünunda aciz qoymuşdur.” Bu qabiliyyəti sa-yəsində Mehri Xatun yerli saray çevrəsinə daxil ola bilmişdir. Osmanlı ənənəsinə görə, şahzadələr gənclik illərində idarəçilik və dövlətçilik təcrübəsi əldə etmək üçün Amasyada və ya Manisa-da valilik edirdilər. Ona görə də Bursa, Ədirnə və İstanbul kimi Osmanlıya paytaxt olmuş şəhərlərdən kənаrda yerləşən bir sıra iri əyalət mərkəzlərində, o cümlədən Amаsyada və Manisada da ədəbi mühitlər yaranmış, ədəbiyyat inkişaf etmişdir.
Mehri mahalı
Mehri mahalı — Qarabağda tarixi-coğrafi bölgə. Kəhram Əyrinci nahiyəsi 1747 ci ildə Mehri mahalı adlanmışdır == Ümumi məlumat == Mahal qərbdə Ordubad mahalı, şimalda Güney mahalı, şərqdə isə Çulundur mahalı ilə həmsərhəd idi. Mahalın paytaxtı Mehri kəndi idi. Mahalın naibi Məlik Kəlbəli bəy idi. Mahalın şenliklərindən Lök, Maralzəmi, Bənövşəpuş, Vаrtаnаzоr, Tuqut, Buğаkаr kəndləri xəzinə mülkü, qalanları (Əldərə, Nüvədi) sahibkar mülkləri statusundaydı. Əldərə kəndi Sərməstbəyovların, Nüvədi Məlikabbasovların idi. == Mahalın tarixindən == Mahal qədim Kəhrаm Əyrinci, Kəhrаm Sаhibi, Kəkəbеrd nahiyələrinin birləşməsi nəticəsində yaranmışdı. Mahalın mərkəzi Mehri kəndi idi. Qarabağ xanlığında Əbülfət xanın təsiri çox güclü idi. Ona görə də Nebolsinə öz dəstəsini gücləndirmək və hücum edəcəyi təqdirdə Əbülfət xanı darmadağın etmək tapşırılmışdı.
Mehri rayonu
Meğri rayonu (və ya Mehri) — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Zəngəzur mahalı ərazisində rayon. Mərkəzi Meğri şəhəridir. == Tarixi == Meğri şəhəri 1929-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi Levon Mirzoyan tərəfindən Ermənistana bağışlanmışdır. Meğrı Azərbaycanı Naxçıvanla birləşdirən yeganə dəhliz idi. Meğri rayonunun keçmiş adının "Mığrı" olduğunu həmin bölgənin yerli əhalisi təsdiqləyir. Toponimin türk dilində "quruyan, az sulu çöl çayı olan dərə" mənasında işlənən mukır, mukur sözünün fonetik variantı olan mığrı sözü əsasında formalaşdığını bir sıra elmi mənbələr vurğulayır. Ermənistan Respublikasında Meğri 1930-cu il sentyabrın 9-da yaradılıb. Ərazisi 664 kv km-dir. Rayon mərkəzi Meqri (Meğri) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 264 km-dir.
Mehri sahəsi
Mehri mahalı — Qarabağda tarixi-coğrafi bölgə. Kəhram Əyrinci nahiyəsi 1747 ci ildə Mehri mahalı adlanmışdır == Ümumi məlumat == Mahal qərbdə Ordubad mahalı, şimalda Güney mahalı, şərqdə isə Çulundur mahalı ilə həmsərhəd idi. Mahalın paytaxtı Mehri kəndi idi. Mahalın naibi Məlik Kəlbəli bəy idi. Mahalın şenliklərindən Lök, Maralzəmi, Bənövşəpuş, Vаrtаnаzоr, Tuqut, Buğаkаr kəndləri xəzinə mülkü, qalanları (Əldərə, Nüvədi) sahibkar mülkləri statusundaydı. Əldərə kəndi Sərməstbəyovların, Nüvədi Məlikabbasovların idi. == Mahalın tarixindən == Mahal qədim Kəhrаm Əyrinci, Kəhrаm Sаhibi, Kəkəbеrd nahiyələrinin birləşməsi nəticəsində yaranmışdı. Mahalın mərkəzi Mehri kəndi idi. Qarabağ xanlığında Əbülfət xanın təsiri çox güclü idi. Ona görə də Nebolsinə öz dəstəsini gücləndirmək və hücum edəcəyi təqdirdə Əbülfət xanı darmadağın etmək tapşırılmışdı.
Mehri silsiləsi
Meğri silsiləsi (erm. Մեղրու լեռնաշղթա) və ya Mığrı-Güney silsiləsi — Ermənistanın cənubundan başlayaraq Azərbaycanın Zəngilan rayonu ərazisinə qədər uzanan dağ silsiləsi. Silsilə Zəngəzur silsiləsondən başlayaraq Oxçuçayın qərb sahillərinə və cənub-şərqdə Araz çayına qədər uzanır. Ənhündür nöqtəsi Baqassar dağıdır (3256 m). Şimal hissəsi Sikax qoruğu ərazisindədir. Silsilə subtropik iqlimə malikdir. Qışda daimi küləklər müşahidə edilir. Silsilənin uzunluğu 46 km təşkil edir. Sulksilə qranit və qranodioritlərdən təşkil olunmuşdur. Şimal yamaclarında 1200 – 1800 m arası palıd yayılmışdır.
İradə Mehri
Səid Mehri
Səid Mehri (20 Bəhmən 1376-cı ildə anadan olub) Kipr Futbol Liqasının birinci divizionunda Apoel Futbol Klubunda yarımmüdafiəçi kimi çıxış edən İranlı futbolçudur . O, əslən Azərbaycanlı və Miyana şəhristanıın funksiyalarından biri olan Açaçı şəhərindəndir.
Tomas və sehirli dəmiryolu
Tomas və sehirli dəmiryolu (ing. "Thomas and the Magic Railroad") — 2000-ci ildə istehsal olunmuş filmidir. Tomas və dostları Tomas və dostları: Dünya səyahəti Tomas və sehirli dəmiryolu — Internet Movie Database saytında.
Mehri və Vəfa
Mehri və Vəfa - Ümmi İsa tərəfindən qələmə alınan, Azərbaycan türkcəsində yazılmış ilk əsərlərdən biri. Azərbaycan ədəbi dilinin qrammatik quruluşunu tarixi inkişafda öyrənmək baxımından əhəmiyyətli mənbə hesab edilən poemanın müəllifi Azərbaycan şairi Ümmi İsadır. Poema dilinin sadə və anlaşıqlı olması ilə seçilir ki, bu da onun folklor, canlı danışıq dili əsasında yazılmasından irəli gəlir. “Kitabi-Dədə Qorqud” və “Dastani-Əhməd Hərami”yə nisbətən “Mehri və Vəfa” poeması daha sadə dildə yazılmışdır və müasir oxucunun anlaya biləcəyi şəkildədir. Poemanın dilində türk mənşəli sözlərin üstünlük təşkil edir. Poemanın qrammatik vahidləri müasir Azərbaycan dilindən çox az fərqlənir. == Tədqiqi == İki qəhrəmanlı eşq məsnəvilərindən biri olan “Mehri və Vəfa” türk və İran ədəbiyyatında ortaq xüsusiyyətlərə malik olan məsnəvilərdəndir. Mənbəsini İran ədəbiyyatından götürən hekayə klassik məsnəvinin mövzusu kimi aşiqlərin müxtəlif hadisələrdən və maneələrdən sonra bir-biri ilə görüşməsindən bəhs edir. IX Əsrin şairlərindən Arşi Dəhləvi və onun qardaşı Mir Məhəmməd Mömini Arşın "Mehri və Vəfa" adlı şeirləri var. Mir Məhəmmədin “Mehri və Vəfa” əsərinin nüsxəsi, Paris Milli Kitabxanası Supp 1100 nömrəli qeydiyyatdadır.
Mehri və Vəfa (Ümmi İsa)

Məsiri
Məsiri- İranın Fars ostanının şəhərlərindən və Rüstəm şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,365 nəfər və 1,178 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti məməsəni elinin rüstəm oymağından ibarətdir, lur dilində danışırlar və şiə müsəlmandırlar.
Muraz Məhərli
Məhisti Qadınəfəndi
Məhisti Qadınəfəndi (osman. مہستی خانم; (27 yanvar 1892, Adapazarı[d] – 1964, London) — son Osmanlı xəlifəsi Əbdülməcid Əfəndinin dördüncü xanımı. Məhisti xanım 1896-cı ildə Sakaryada dünyaya gəlmişdir. Atası Hacımaf bəy Akalsba əslən abxaz idi. Anasının adı isə Safiyə xanım idi. Özündən başqa Kamil bəy (ö. 1963) və Fevzi bəy adlı iki qardaşı, Zahidə, Ayşə Mihridil (ö. 1969) və Mihrivəfa adlı 3 bacısı vardı. 16 aprel 1912-ci ildə Əbdülməcid Əfəndinin dördüncü xanımı olaraq Osmanlı sarayına alındı. Cütlüyün yeganə övladı olan Dürrüşəhvar Sultan 26 yanvar 1914-cü ildə Çamlıcada dünyaya gəldi.
Təhriri-Öqlidis
Təhriri-Öqlidis (ərəb. تحریر اقلیدس‎; Evklidin şərhi) — Nəsirəddin Tusinin riyaziyyat (həndəsə) sahəsində yazdığı əsər. Əsərdə Evklidin "Başlanğıclar" ("Əsaslar") əsərində verilmiş 700-dən artıq teoremin isbatı təhlil edilmiş və bir çoxunun yeni isbatı verilmişdir. “Təhriri-Öqledis” kitabı ilk dəfə 1594-cü ildə Romanın “Mediçi” mətbəəsində ərəbcə nəşr edilib. “Təhriri-Öqlidis” 1598-ci ildə ikinci dəfə yenə Romada çap olunur. Kitaba Avropada olan böyük tələbi ödəmək üçün o, latın dilinə tərcümə edilərək, 1657-ci ildə Londonda çap edilir. Bir sıra Şərq ölkələrində ərəb dilində nəşr edilən əsər 1801-ci ildə İstanbulda, 1824-cü ildə Mərakeşdə,1880-ci ildə isə Tehranda nəşr olunur. Əsər Həsən Zərrinəzadə tərəfindən ərəb dilindən azərbaycan dilinə tərcümə edilmiş və YUNESKO-nun da maliyyə yardımı ilə Nəsirəddin Tusinin 800 illik yubileyi ilə əlaqədar olaraq N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası tərəfindən nəşrə hazırlanmış və 2001-ci ildə, Bakıda "Ulduz" nəşriyyatında çap olunmuşdur. Zic-Elxani Euclid. Kitāb Taḥrīr uṣūl li-Ūqlīdis.
Əbüləla əl-Məərri
Əhməd ibn Əbdullah ibn Süleyman Əbüləla əl-Məərri (ərəb. أبو العلاء المعري‎; 973[…], Məərrət ən-Nöman, İdlib mühafəzəsi – 1057, Məərrət ən-Nöman, İdlib mühafəzəsi) — Ərəb şairi. O, Ərəb ədəbiyyatının ən məşhur simalarından biri, ərəb dilçiliyi və filologiyasının nəhəng bilicisi idi. Sonralar Xətib Təbrizi onun haqda deyəcəkdi ki," ərəblərin dilində Əbüləlaya məlum olmayan bircə söz də yoxdur. Bu sözlər ona məxsusdur: "Bəşər cinsi iki qismə bölünür: bir qismində ağıl var, din yoxdur, o biri qismində din var, ağıl yoxdur." Alimin gözləri kor olsa da, o, fenomenal yaddaş sahibi idi. Xətib Təbrizi onun iri mətnləri yadda saxlamaq bacarığından bəhs edərkən belə bir hekayə danışır: "Nümanda (şəhər adı), Məərrə məscidində mən onun qarşısında oturub, ona (Əbüləlaya) kitab oxuyurdum. O (Xətib Təbrizi) dedi: "Mən iki il onun yanında qaldım. Bu müddət ərzində öz vətənimdən heç kəsi görməmişdim. Birdən namaz qılmaq üçün içəri girənlərin arasında bir qonşumu gördüm. Sevincdən halım dəyişdi.