MƏHR

ə. 1) kəbin; 2) kəbin kəsiləndə ər tərəfindən arvadı üçün təyin olunan pul və s; nikahlıq; 3) mehir.

MƏHPEYKƏR
MƏHRƏM
OBASTAN VİKİ
Məhr
Məhr — "məhriyyə" sözündən olub, nikahpulu deməkdir. Miqdari kəbinkəsdi mərasimində təsdiq olunub təzə mənzilə köçürüləcək gəlinə, gələcəkdə o boşanarsa, ərinin ona verəcəyi pulun adı. Babalarımızın inancma görə, mehriyyəsiz kəbin batildir. Başqa sözlə, bu, kəbin kağızında "talaq" üçün müəyyən edilmiş kəbinhaqqıdır. Onun miqdarı toydan çox-çox qabaq, elçilik vaxtı, oğlan evinin maddi vəziyyətindən asılı olaraq müəyyən olunur və heç vaxt geriyə alınmır. Qız tərəf, adətən, onun yüksək olmasma, oğlan evi isə onun aşağı salınmasına çalışır. Qaydaya görə, bu məbləğ toydan bir neçə gün əvvəl ödənilməlidir, amma çox vaxt oğlan evi buna yalnız söz verməklə kifayətlənir, molla da kəbin kağızında bunları qeyd edərək imzalayır. Həmin vəsait qadının şəxsi mülkiyyəti sayılır, boşanma qadının təşəbbüsü ilə baş verərsə, qayda-qanuna görə, o bu pulun yalnız yarısını alır. Vaxtilə bəzi varlı ailələrdə pul əvəzinə yarızarafat, yarıgerçək sayaraq, həyatda mümkün olmayan miqdarda, məsələn, bir pud söyüd ağacının külü, yaxud quru soğan qabığı, bəzən isə 22 pud mis yazdırılır. Bəllidir ki, söyüd ağacı yandırıldıqda onun heç vaxt külü qalmır, soğanın qabığı isə çox yüngül olduğuna görə, boşanma zamanı kişi qadına bu "miqdarda" kül-qabığı vermək iqtidarında olmur.
Azadlıqdan məhrumetmə
Azadlıqdan məhrumetmə və ya həbs — cinayət hüququnda cəza növü; məhkumun məcburi sürətdə cəmiyyətdən təcrid edilməsi. == Azərbaycanda == Azərbaycanda azadlıqdan məhrumetmə həbs cəzası formasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə həyata keçirilir. Azərbaycan Respublikasının Konstitusiyasının 3-cü fəslinin 28-ci maddəsində qeyd edilir: "Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər". == SSRİ-də == Sovet cinayət hüququna görə azadlıqdamn məhrumetmə yalnız məhkəmənin hökmü ilə 3 aydan 10 ilədək, qanunla müəyyən edilən xüsusi hallarda isə 15 ildən çox olmamaqla müəyyən edilir. Cinayət edənədək 18 yaşına çatmamış şəxsə cəza təyin edilərkən azadlıqdan məhrumetmə müddəti 10 ildən artıq ola bilməz. Bu, Azərbaycan SSR Cinayət Məcələssinin 23-cü maddəsində qeyd olunmuşdur. Məhkumlar azadlıqdan məhrumetmə cəzasını, bir qayda olaraq, islah-əmək koloniyalarında (həddi-buluğa çatmamışlar tərbiyə-əmək koloniyalarında) çəkirlər. Azadlıqdan məhrumetmə cəzasının çəkilmə qaydasaı Azərbaycan SSR İslah-Əmək Məcəlləsinin üçüncü bölməsinin 12-82-ci maddəlləri ilə nizama salınırdı. Azadlıqdan məhrumetmə həbs cəzası formasında xüsusi təhlükəli residentlərə və ya 18 yaşı tamam olduqda xüsusi təhlükəli dövləti cinayət, yaxud digər ağır cinayətə görə 5 ildən artıq müddətə məhkum edilmiş şəxslərə tətbiq edilirdi.Digər sosialist dövlətlərində azadlıqdan məhrumetmə sovet qanunvericiliyindəki prinsiplərə əsaslanırdı. Bolqarıstan, Monqolustan, Şərqi Almaniya, Polşa və Çexoslovakiyada azadlıqdan məhrumetmənin maksimal həddi 15, qanunla nəzərdə tutulan bəzi hallarda isə 20 il idi.
Məhrablı
Məhrablı — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü ildən Ermənistan Respublikası Silahlı Qüvvələrinin işğalı altındadır.
Məhracan Əl Təmim (qəzet)
"Məhracan Əl Təmim" (qəzet) — Kərkükdə çap olunmuş qəzet. == Məlumat == 1985-ci il mart ayının əvvəlində üç gün müddətində Kərkükdə təşkil edilmiş festivalla əlaqədar şənlik xəbərlərini işıqlandırmaq məqsədilə “Məhracan Əl Təmim” adlı ərəb dilində gündəlik qəzet işıq üzü görüb. Qəzet Kərkük Təbliğat və Mədəniyyət Mərkəzində formalaşmış heyət tərəfindən dərc edilmişdir. Qəzetin baş yazarı Muhsin Duvazə Əli olmuşdur. Şəkillərlə zəngin 4 səhifə şəklində Bələdiyyə mətbəəsində dərc edilmiş qəzetin festival günlərində cəmi 4 sayı işıq üzü görüb. İlk sayı 1985-ci il fevralın 28-i cümə axşamı dərc edilmiş qəzetin 4-cü son sayı, 1985-ci il martın 3-ü bazar günü dərc edilib. Festival xəbərlərindən başqa, yerli sənət xəbərlərini də əhatə edən “Məhracan Əl Təmim” xalqa pulsuz olaraq paylanılırdı.
Məhrəba
Məhrəba və ya Xovlu — Əmici parça və ya kağızdır. Qurutma və ya silmək üçün istifadə olunur.Birbaşa əlaqə vasitəsi ilə, ümumiyyətlə bir suyunu çəkmək ya da sürtmə hərəkəti istifadə edərək nəmliyi çəkir. == Tarixçə == Məhrəbanın ixtirası Türkiyənin Bursa şəhəri ilə bağlı idi. Bu şəhər hələ də " türk məhrəbası" istehsalı üçün qeyd edilir.
Ömürlük azadlıqdan məhrumetmə
Ömürlük azadlıqdan məhrumetmə — cinayət törətməkdə ittiham olunan şəxsə verilən elə cəzadır ki, onun ömrünün qalan hissəsini həbsxanada keçirməsini nəzərdə tutur. Bəzi dövlətlərdə qəsdən adamöldürmə, qəsdən adamöldürməyə cəhd, terrorizm, ciddi uşaq istismarı, zorlama, uşaqların cinsi istismarı, casusluq, vətənə xəyanət, narkotik ticarəti, insan alveri, dələduzluq, iqtisadi cinayətlərin ağır halları, eləcə də ağırlaşdırıcı hallarda şəxsin ölümünə və ya sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda adam oğurlama, ev oğurluğu və ya oğurluq, dəniz quldurluğu, hava gəmisini qaçırma və müəyyən hallarda soyqırım, etnik təmizləmə, insanlıq əleyhinə cinayətlər, müəyyən hallarda müharibə cinayətlərinə görə şəxs bu cəzanı ala bilər. Bəzi ölkələrdə ömürlük azadlıqdan məhrumetmə ölümlə nəticələnən nəqliyyat vasitələrinin təhlükəsizliyi əleyhinə olan cinayət törətmiş şəxslərə də tətbiq olunur. Ömürlük azadlıqdan məhrumetmə bütün dövlətlərdə mövcud deyil. 1884-cü ildə Portuqaliya ömürlük azadlıqdan məhrumetməni ləğv edən ilk dövlət olmuşdur.
Əl-Məhra mühafəzəsi
Əl-Məhra mühafəzəsi (ərəb. ٱلْمَهْرَة‎) - Yəmən Xalq Demokratik Respublikasında mühafəzə. İnzibati mərkəzi Əl-Geyda şəhəridir.
Məhrə sultanlığı
Məhrə sultanlığı, sonrakı illərdə Qişn və Sokotra Məhrə dövləti (ərəb. الدولة المهرية للبر وسقطرى‎, Ad-Dawlah al-Mahreyah Llbar wa-Suquṭrah ) və ya bəzən Gəyda və Sokotra Məhrə sultanlığı (ərəb. سلطنة المهرة في الغيضة وسقطرى‎, Salṭanat al-Mahrah fī al-Ghayḍā’ wa-Suquṭrah) — tarixi Məhrə vilayətini və indiki Yəmənin şərqindəki Sokotranın Quardafuy kanalı adasını əhatə edən sultanlıq. Tarixinin çox hissəsini Bəni Əfrar sülaləsi idarə etmişdir. 1886-cı ildə sultanlıq Britaniya protektoratına çevrilmiş və daha sonra Ədən protektoratına qoşulmuşdur. Sultanlıq 1967-ci ildə Cənubi Yəmən Xalq Respublikasının qurulması ilə ləğv edilmiş və hazırda Yəmən Respublikasının bir hissəsidir.1967-ci ildə Britaniyanın Ərəbistanı tərk etməsi ilə Ədəndə yerləşən Cənubi Yəmən hökuməti Məhrə vilayətini bölərək Əl-Məhrə mühafəzəsini yaratmışdır. Sokotra 2004-cü ilə qədər Ədən mühafəzəsi tərəfindən idarə edilmiş və Hadramaut mühafəzəsinin tabeliyinə verilmişdir.
Əl-Məhrə mühafəzəsi
Əl-Məhra mühafəzəsi (ərəb. ٱلْمَهْرَة‎) - Yəmən Xalq Demokratik Respublikasında mühafəzə. İnzibati mərkəzi Əl-Geyda şəhəridir.
иззя́бнуть маркита́нт припусти́ться хлори́ты холсти́новый в це́лях грязни́ть курфю́рст обомлева́ть пласти́нный поводы́рь чигит alphenic architectural barcarolle black fleshhook ill-willer resolvent sneer terrible мельхиоровый парашютизм пентаэдр преобразиться