Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mehrinoz Abbasova
Mehrinoz Abbosova
Mehrinaz Nəsircan qızı Abbasova (23 iyul 1995, Çartaq rayonu[d], Nəməngan vilayəti) — özbək şairi. Beynəlxalq jurnalist və ədəbiyyatşünas. Cümhuriyyət Gənc Yazarlar Birliyinin ilk sədri (2017–2022). Özbəkistan Yazıçılar Birliyinin üzvü (2018). Şöhrət medalı laureatı (2017). Zülfiyyə adına dövlət mükafatı laureatı (2012). Özbəkistan Yazıçılar Birliyinin tövsiyəsi ilə şairin "Men yoshlikman" (Mən gənclik) və "Yulduzrang qoʻshiqlar" (Ulduzrəng nəğmələr) əsərləri çap olunub. Özbəkistan Respublikasının Gənclərlə İş üzrə Agentliyində Dövlət Dili Məsələləri üzrə məsləhətçi vəzifəsində çalışır. Mehrinoz Abbasova 2017-ci ildə Özbəkistan Prezidenti Şavkat Mirziyayev ilə görüşüb və hələ tələbə ikən prezidentin dəvəti ilə yeni yaradılmış Respublika Gənc Yazıçılar Birliyinin sədri təyin edilib. Gənc Yazıçılar Birliyinin təşkilatçılığı ilə yazıçılara dəstək məqsədilə bir çox forumlar, festivallar, müsabiqələr, konfranslar, sosial layihələr həyata keçirilir.
Mehriban
Mehriban — qadın adı və təxəllüs. Mehriban Əliyeva — Azərbaycanın birinci xanımı Mehriban Nəsib — Dünya Azərbaycanlıları Konqresinin üzvü, Amerikada Azərbaycan diasporunun fəalı Mehriban Yadulla — Yaşayış məntəqələri Mehriban (İran) — İranın Şərqi Azərbaycan ostanının Sarab şəhristanının Mehriban bəxşində yerləşən bir şəhər.
Mehridağ
Mehridağ — Şərur rayonu ərazisində, Dərələyəz silsiləsinin şimal-qərb istiqamətli Saraybulaq qolunun suayırıcında, Mehridərəsi çayının mənbə hissəsində, Şahbulaq kəndindən 4 km şimal-şərqdə dağ (hünd. 1869,1 m). Üst Permin Midiya regiomərtəbəsinin aşağı hissəsinə aid Dəvəölən lay dəstəsinin əhəngdaşılarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin şimal-şərq cinahına aid eyniadlı antiklinalın tağ hissəsində yerləşir. Şimal-şərq yamacından keçən əks-fay üstəgəlmə qırılması boyu Üst Permin əhəngdaşıları Üst Tabaşirin Kampan mərtəbəsinə aid Gərməçataq lay dəstəsinin terrigen-karbonat törəmələrilə təmasa gətirilmişdir. Cənub yamacında Alt Triasın Hind mərtəbəsinə aid Alt Qarabağlar yarımlay dəstəsinin terrigen-karbonat törəmələri açılır.
Mehrigan
Mihrican bayramı və ya Mehriqan (fars. مهرگان‎)— İran xalqlarında (bəluclar, farslar və s.) və zərdüştilikdə müqavilə, dostluq və sevgi ilahı Mehrin şərəfinə keçirilən bayram. Mihrican təqvim ilinin 196-cı günü ilə üst-üstə düşür. Təqvim ilinin başlanğıcı adətən Novruz bayramı günü (21 mart) götürülür və Mihrican bayramı 2 oktyabra təsadüf edir. == Azərbaycanda == Mihrican bayramı Azərbaycanda son illərə qədər ilin əmək qələbəsi, ilin yekunu bayramı — məhsul bayramı kimi qeyd olunmuşdur. Mihrican bayramı həmişə payız fəslində, məhsul yığımından sonra keçirilmişdir. Bayram günlərində müxtəlif mərasim oyunları və tamaşaları göstərilər, qədim əmək nəğmələri oxunardı. Təntənəli günlərin "Ali Mihrican" adlanan altıncı günü böyük bayrama çevrilir, orada zorxana və atüstü oyunları, oxatma və idman yarışları keçirilirdi. Qonum-qonşu bir-birini təbrik edir, topladıqları məhsuldan pay verir, hər evdə meyvə (xüsusilə narıngi və nar) və şirniyyat süfrəsi açılır, həftə bazarları təşkil edilirdi.
Mehriz
Mehriz — İranın Yəzd ostanının şəhərlərindən və Mehriz şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 26 364 nəfər və ya 6 954 ailədən ibarət idi.
Mehriban (İran)
Mehraban (digər variantları: Məhraban, Mehrevan, Mehravan, Mehrivan) — İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanının Mehraban bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 6,000 nəfər və 1,542 ailədən ibarət idi. Bu şəhər öz xalça və fətirləri ilə seçilərək, bu üzdən isə bura Qızıl düyünlər şəhəri kimi də tanınır. Əhalisi Azərbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar. Mehriban əhalisi şiə inanclıdır.
Mehriban Abdullayeva
Mehriban Abdulla qızı Abdullayeva (d. 15 may 1963, Ləkit, Qax rayonu) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti (2018). == Həyatı == 15 may 1963-cü il Qax rayonunun Ləkit kəndində doğulub. 21 iyun 1986-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili Komediya aktyorluğu fakültəsini bitirib. 1 sentyabr 1989-cu ildən Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. 2013-cü ilin iyun ayının 25-də Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri Mədəniyyət İşçisi" döş nişanı ilə təltif olunmuşdur. 10 dekabr 2018-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülmüşdür.
Mehriban Hüseynova
Mehriban İsmayıl qızı Hüseynova (d.17 may 1977) — azərbaycanlı aktrisa. == Həyatı == Mehriban İsmayıl qızı Hüseynova 17 may 1977-ci ilə anadan olmuşdur. 28 iyun 1995-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin «Dram və kino aktyorluğu» fakültəsini bitirib. == Fəaliyyəti == 1999-cu ildən etibarən böyük səhnədə fəaliyyət göstərir. 1 dekabr 2000-ci ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktrisasıdır. == Teatroqrafiya == Nərgiz – («Qaraca qız» S.S.Axundov, A.Şaiq) Diva - («Cənnətin üç alması» N.Kazımov) Oğru - («Lotereya» M.B.Marinye) Rəqqasə - («Ələddinin sehrli çırağı» N.Kazımov) Dilənçi qadın - («Olmuş əhvalat» A.Babayev) Rəqqasə - («Dədəm Qorqud» Ə.Dəmirçizadə) Səkinə xala - («Ağ Dəvə» Elçin) Qadın - («Mahmud və Məryəm» Elçin) Gülzar - («Ölüm hökmü» Elçin) Tülkü - («Çal, oyna» İ.Coşğun) Adriana – («Səhvlər komediyası» V.Şekspir) Klaudia - («Zorro» İspan xalq rəvayələrinin motivləri əsasında) Melitos – («Ezop» Q. Fiqeyredo) Xədicə xala - («Mustafa» O.Asena) Sona xanım - («Hacı Qara» M.F.Axundov) Güllü – («Mağara» A. Həsənoğlu) Rəqqasə əcinnə – («Pəri Cadu», Ə.B.Haqverdiyev) Toyuq – («Pişiyin evi», S.Marşak) Mariya Adamovna – («Hekayəti-xırs-quldurbasan» M.F.Axundov) Missis Roz – («Oliver Tvistin macəraları» Ç.Dikkens) Mələk – («Romeo və Cülyetta» U.Şekspir) Ağabacı – («Buzovna kəndinin əhvalatları» Elçin) Keçibanu – («Şəngülüm, şüngülüm, məngülüm» M.Müşfiq) Xanım – («Danışan gəlincik» A.Şaiq) Zabitə - (“Sarıköynəklə Valehin nağılı” İ.Əfəndiyev) == Filmoqrafiya == Biz qayıdacağıq (film, 2007)(tammetrajlı bədii film) Qızlar (film, 2007) (bədii serial) (rol: redaksiya işçisi) 2 (film, 2009) (qısametrajlı bədii film) (rol: müəllimə) Cavad xan (film, 2009)(tammetrajlı bədii film) Çölçü (film, 2012)(tammetrajlı bədii film) Muradına çatan Günəş (bədii serial) Tək olanda qorxma...
Mehriban Nəsib
Mehriban Nəsibova (1976, Qutqaşen rayonu) — ABŞ-dəki Kolumbiya Universitetinin magistrı, Dünya Azərbaycanlıları Konqresinin üzvü, Amerikada Azərbaycan diasporunun fəalı == Həyatı == Mehriban Nəsib 1976-cı ildə Qəbələ rayon Zarağan kəndində müəllim ailəsində anadan olub. 1994-cü ildə Xəzər Universitetinin Humanitar və sosial elmlər fakültəsinə qəbul olub və 1999-cu ildə oranı fərqlənmə diplomu ilə bitirib. 2002-ci ildə özünün "Qəbələ-sağlam mühit" (QSM) ictimai birliyini yaradıb və 7 il İsveçrə Əməkdaşlıq və İnkişaf (Swiss Agency for Development and Cooperation) təşkilatı ilə əməkdaşlıq edib. Bundan başqa, həm də maarifləndirmə proqramları həyata keçirib. 2000–2011-ci illər ərzində QSM və müxtəlif ictimai birliklərin (İB) dəstəyi ilə qadın və uşaq hüquqları, qızların və gənc qadınların, eyni zamanda gənc oğlanların ailə-məişət zorakılığı sahəsində maarifləndirilməsi üzrə çalışıb. O, həm də yazardır, bir neçə hekayə və məqalənin müəllifidir. Məqalələri Azərbaycanla bərabər, dünyanın bir neçə ölkəsində, o cümlədən ABS, Fransa, Qazaxıstan və digər ölkələrin mətbuat orqanlarında çap edilib. "Məhəbbət olanda" adlı romanı 2006-cı ildə işıq üzü görüb. Yeni yazıları da var, onları isə dediyinə görə, Vətənə döndükdən sonra çap edəcək. Mehriban xanım hazırda ABŞ-dəki Kolumbiya Universitetində magistr təhsili alır.
Mehriban Sadıqbəyli
Mehriban Əfəndi (tam adı: Mehriban Cavanşir qızı Əfəndiyeva d. 5 may 1968) — Azərbaycan sürrealisti, kino və geyim rəssamı, Azərbaycanın əməkdar rəssamı (2016). == Həyatı == Mehriban Əfəndiyeva 1968-ci ildə Bakı şəhərində anadan olub. Ə. Əzimzadə adına rəssamlıq məktəbini, Moskvada "Soyuzmultfilm"in animasiya məktəbini bitirib. "Azərbaycanfilm"də çəkilən bir çox animasiya filmlərində qrafik-animator, bədii filmlərdə geyim üzrə rəssam kimi çalışır. Azərbaycan Rəssamlar İttifaqının, Azərbaycan Dizaynerlər İttifaqının üzvüdür. Əsərləri Azərbaycanda və xarici ölkələrin qalereyalarında nümayiş etdirilib. == Mükafatları == 29 iyul 2016-cı ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın əməkdar rəssamı fəxri adına layiq görülmüşdür. == Xarici ölkələrdə uğurları == 24 avqust 2012-ci ildə əsərləri ABŞ-nin Muskeqon şəhərindəki "Dünya incəsənəti" qalereyasına nümayiş etdirişmişdir. Sərgidə 12 rəssamın əsərləri də nümayiş olunmuşdur.
Mehriban Sultanova
Mehriban Sultanova (Mehriban Paşa qızı Sultanova; d. 27 yanvar 1972-ci il, Naxçıvan) — filologiya üzrə fəlsəfə doktoru (2008), Azərbaycan Jurnalistlər Birliyinin (2002), Naxçıvan Mətbuat Şurası İdarə Heyətinin (2004) üzvü. == Həyatı == Mehriban Sultanova 27 yanvar 1972-ci ildə Naxçıvan şəhərində anadan olub. O, 1989–1994-cü illərdə Bakı Dövlət Universitetində təhsil alıb. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Mehriban Sultanova əmək fəaliyyətinə 1994-cü ildən Naxçıvan Dövlət Universitetinin Elmi kitabxanasında başlayıb. O, 2001-ci ildən jurnalistlik fəaliyyəti ilə məşğuldur. 2001–2006-cı illərdə paralel olaraq Naxçıvan Şəhər İcra Hakimiyyətinin orqanı "Nuh Yurdu" qəzetində də çalışıb. 2005-ci ildən Naxçıvan Dövlət Universitetinin Jurnalistika və dünya ədəbiyyatı kafedrasında müəllimdir. Mehriban Sultanova 2006-cı ildən universitetin mətbuat xidmətində ictimai əsaslarla fəaliyyət göstərməyə başlayıb. 2008–2017-ci illərdə Naxçıvan Dövlət Universitetinin Mətbuat şöbəsinin müdiri işləyib.
Mehriban Vəliyeva
Mehriban Vəzir
Mehriban Vəzir (18 dekabr 1957, Mirbəşir) — yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Klassik Xalq Cəbhəsi Partiyasının sədr müavini. == Həyatı == Mehriban Vəzir 18 dekabr 1957-ci il tarixində Tərtər rayonunda doğulmuşdur. 1965–1975-ci illərdə Bakıdakı 161 saylı məktəbdə orta təhsil almış, 1982-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir. 1978-ci ildən 1999-cu ilə qədər Azərbaycan Dövlət Televiziya və Radio Komitəsində müxbir, redaktor, şöbə müdiri, aparıcı olaraq çalışmışdır. 1999-dan Sara tv-də, 2003–2007-ci illərdə GünAzTv-də bir sıra proqramların müəllifi olmuşdur. 2000-ci ildən Xəzər Universitetinin jurnalistika fakültəsində Telesenari kursu üzrə mühazirəçi-müəllim kimi çalışmışdır. Yazıçılar Birliyinin üzvüdür. == İctimai fəaliyyəti == "Azərbaycan Qadınlarının Siyasi Mədəniyyət Mərkəzi" adlı qeyri-hökumət təşkilatının sədridir. == Kitabları == "Məhbusun Arzuları" Hekayələr toplusu (Bakı, 1998, 230 səhifə) "Elçi Bəy Haqqında" Azərbaycan Milli Azadlıq Hərəkatının lideri Elçi Bəy haqqında xatirələrim.
Mehriban Xanlarova
Mehriban Aslan qızı Xanlarova (12 avqust 1967, Bakı) — Azərbaycan aktrisası. Azərbaycan Respublikasının əməkdar artisti. == Həyatı == Mehriban Xanlarova 1967-ci il avqust ayının 12-də Bakıda anadan olub. Yasamal rayonundakı 190 saylı orta məktəbi 1984-cü ildə bitirib. İki il Bakıdakı uşaq oyuncağı fabrikində işləyib. 1986-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub. 1990-cı ildə görkəmli aktyor, xalq artisti Məlik Dadaşovun rəhbərlik etdiyi kursu qurtarıb. Bir müddət azad sənətkar kimi teletamaşalarda oynayıb, "Azərbaycanfilm" kinostudiyasında "Kənar adamlar" (Flora), "Qəzəlxan" (katibə), "Xoşbəxtlər" (müğənninin arvadı) filmlərinə çəkilib. Türkiyənin TRT 1 televiziya kanalının dəvətilə orada "Bizim məhəllə" (Səda) və "Cinlər və pərilər" (Leyla) telefilmlərində əsas rolları ifa edib. 1998-ci il yanvar ayının 1-də Akademik Milli Dram Teatrının aktyor truppasına aktrisa kimi qəbul olunub.
Mehriban Xəlilzadə
Mehriban Xəlilzadə (Əliyeva-Xəlilzadə) (Şəki) — tikməçi rəssam, tikməli miniatür ustası. == Həyatı == Mehriban Xəlilzadə Şəkidə anadan olub. Orada ərəb və fars dilləri təmayüllü məktəbə gedib. Ustadı anası, İncəsənət təbliğatçısı kimi tanınan Nəcib Xanımlar İncəsənət Birliyinin sədri olmuş mərhum Arifə Məmmədova, olub. 1995-ci ildə ailəsi ilə birgə Şəkidən Bakıya köçür. Təbliğat işlərinin daha da genişləndirilməsi planı var idi. O dövrdə qarşıda geniş perspektivlər açılsa da, zamanın gərgin dövründə tikmə kimi incə mədəniyyətin yaşadılması çox çətin idi. Uzun illərin zəhməti nəticəsində sənətin çətin yollarında irəliləyən anasına yol yoldaşı olmağa çalışıb. Bir neçə il fasilə də verməli olub. Emalatxanası, ev şəraitində və gecələr işləyir.
Mehriban Yadulla
Mehriban Yadulla — Azərbaycan iqtisadçısı, iqtisad üzrə fəlsəfə doktoru, BDU-nun “İqtisadiyyat” kafedrasının dosenti. == Bioqrafiya == 1970-ci il 13 yanvar tarixində Bakı şəhərində (Azərbaycan Respublikası) anadan olmuşdur. 1986-ci ildə Bakı şəhəri 54 nömrəli orta məktəbi fərqlənmə ilə bitirmişdir. 1986-1990-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin «Maliyyə-kredit» fakültəsinin "Maliyyə" ixtisasını əla qiymətlərlə bitirmişdir. 1998-ci ildə Bakı Dövlət Universitetində 08.00.01- “İqtisadi nəzəriyyə” ixtisası üzrə aspiranturaya daxil olmuşdur. 1990-cı ildən Bakı Dövlət universitetində çalışır. 2003-cü ildən iqtisad elmləri namizədidir - «Azərbaycanda əmək bazarının təşəkkülü və fəaliyyətinin tənzimlənməsi problemləri» mövzusunda namizədlik dissertasiya işini müdafiə etmişdir. 2013-cü ildə Dosent elmi adını alıb. 2012/2013-cü tədris ilində 5307.01 – “İqtisadi nəzəriyyə” elmlər doktoru proqramı üzrə qiyabi doktoranturaya qəbul olunub. “Beynəlxalq münasibətlər və iqtisadiyyat” fakültəsinin Elmi Şurasının qərarı ilə dissertasiya mövzusu “Milli iqtisadiyyatın səmərəliliyinin xarici ticarət problemləri” (30 aprel 2013 -cü il tarixli 8 saylı protokol) kimi təsdiq edilmişdir.
Mehriban Zeynalova
Mehriban Zəki
Mehriban Mürvət qızı Zəki (18 dekabr 1966, Bakı) — azərbaycanlı teatr və kino aktrisası, Azərbaycanın xalq artisti (2018), prezident mükafatçısı. == Həyatı == Mehriban Zəki 18 dekabr 1966-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1991-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsini bitirmişdir. 1990-cı ildən 2005-ci ilədək "Yuğ" Dövlət Teatrında aktrisa işləyib və teatrın səhnəsində bir çox rolları oynayıb. 2000-ci ildən 2011-ci ilədək "İbrus" teatrında fəaliyyət göstərmişdir. Hal hazırda Azərbaycan Dövlət Milli Akademik Dram Teatrında işləyir. Eyni zamanda Azərbaycan Dövıət Mədəniyyət və İncəsənət Universitetində Sabah qruplarında pedaqoji fəaliyyətini də davam etdirir. 1995-ci ildə Bişkekdə keçirilən Ümumtürk Mədəniyyətinin bayramı olan "Manas-1000" yubileyində, 1999-cu ildə Parisdə, Moskvada və Bakıda keçirilən "YUNESKO"-nun tədbiri olan Kitabi Dədə-Qorqudun 1300 illik yubileyində iştirak etmişdir. O, "Azərbaycanfilm" kinostudiyasının istehsalı olan bir çox bədii filmlərdə çəkilmişdir: Jurnalist qız ("Ümid"), Lətifə ("Otel otağı"), Elmira ("Ailə"), Gülya ("Məkanın melodiyası"), Teybə ("Küçələrə su səpmişəm"), Maya ("Əlvida, cənub şəhəri"), Nara ("Düyün"), Nərmin ("Yalançılar"). Gözəl səs tembrinə malik olan aktrisa həmçinin filmlərdə mətn oxuyan və vokalçı kimi çıxış etmişdir.
Mehriban Zəkiyeva
Mehriban Mürvət qızı Zəki (18 dekabr 1966, Bakı) — azərbaycanlı teatr və kino aktrisası, Azərbaycanın xalq artisti (2018), prezident mükafatçısı. == Həyatı == Mehriban Zəki 18 dekabr 1966-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1991-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsini bitirmişdir. 1990-cı ildən 2005-ci ilədək "Yuğ" Dövlət Teatrında aktrisa işləyib və teatrın səhnəsində bir çox rolları oynayıb. 2000-ci ildən 2011-ci ilədək "İbrus" teatrında fəaliyyət göstərmişdir. Hal hazırda Azərbaycan Dövlət Milli Akademik Dram Teatrında işləyir. Eyni zamanda Azərbaycan Dövıət Mədəniyyət və İncəsənət Universitetində Sabah qruplarında pedaqoji fəaliyyətini də davam etdirir. 1995-ci ildə Bişkekdə keçirilən Ümumtürk Mədəniyyətinin bayramı olan "Manas-1000" yubileyində, 1999-cu ildə Parisdə, Moskvada və Bakıda keçirilən "YUNESKO"-nun tədbiri olan Kitabi Dədə-Qorqudun 1300 illik yubileyində iştirak etmişdir. O, "Azərbaycanfilm" kinostudiyasının istehsalı olan bir çox bədii filmlərdə çəkilmişdir: Jurnalist qız ("Ümid"), Lətifə ("Otel otağı"), Elmira ("Ailə"), Gülya ("Məkanın melodiyası"), Teybə ("Küçələrə su səpmişəm"), Maya ("Əlvida, cənub şəhəri"), Nara ("Düyün"), Nərmin ("Yalançılar"). Gözəl səs tembrinə malik olan aktrisa həmçinin filmlərdə mətn oxuyan və vokalçı kimi çıxış etmişdir.
Mehriban İmanova
Mehriban Natiq qızı İmanova (26 fevral 1977, Bakı) — riyaziyyat üzrə fəlsəfə doktoru, dosent, Elm Fondunun rəhbəri. == Həyatı == Mehriban Natiq qızı İmanova 1995-ci ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsininə daxil olmuş və 2001-ci ildə oranı (Hesablama riyaziyyatı ixtisası) fərqlənmə diplomu ilə bitirmirmişdir. 2003–2007-ci illərdə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin aspirantı olmuşdur.2001-ci ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin Hesablama riyaziyyatı kafedrasında baş laborant olaraq əmək fəaliyyətinə başlamışdır. 2010-cu ildə namizədlik dissertasiya işini müdafiə edərək riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 2009-cu ildən Hesablama riyaziyyatı kafedrasında müəllim, 2016-cı ildən dosent vəzifələrdə çalışıb. 2019-cu ildən isə Prezident İlham Əliyevin sərəncamı ilə Elm Fondunun icraçı direktoru təyin edilib. M. N. İmanova 2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. === Ailəsi === Mehriban İmanova ailəlidir, iki övladı var. == Əmək fəaliyyəti == 2001–2009-cu illərdə BDU, Mexanika-riyaziyyat fakültəsi, Hesablama riyaziyyatı kafedrasında baş laborant; 2009–2013-cü illərdə müəllim, 2013–2016-cı illərdə dosent əvəzi ç. 2016-cı ildən hal-hazıradək, BDU-nun Hesablama riyaziyyatı kafedrası, Mexanika-riyaziyyat fakültəsinin dosentidir.
Mehriban Əfəndi
Mehriban Əfəndi (tam adı: Mehriban Cavanşir qızı Əfəndiyeva d. 5 may 1968) — Azərbaycan sürrealisti, kino və geyim rəssamı, Azərbaycanın əməkdar rəssamı (2016). == Həyatı == Mehriban Əfəndiyeva 1968-ci ildə Bakı şəhərində anadan olub. Ə. Əzimzadə adına rəssamlıq məktəbini, Moskvada "Soyuzmultfilm"in animasiya məktəbini bitirib. "Azərbaycanfilm"də çəkilən bir çox animasiya filmlərində qrafik-animator, bədii filmlərdə geyim üzrə rəssam kimi çalışır. Azərbaycan Rəssamlar İttifaqının, Azərbaycan Dizaynerlər İttifaqının üzvüdür. Əsərləri Azərbaycanda və xarici ölkələrin qalereyalarında nümayiş etdirilib. == Mükafatları == 29 iyul 2016-cı ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın əməkdar rəssamı fəxri adına layiq görülmüşdür. == Xarici ölkələrdə uğurları == 24 avqust 2012-ci ildə əsərləri ABŞ-nin Muskeqon şəhərindəki "Dünya incəsənəti" qalereyasına nümayiş etdirişmişdir. Sərgidə 12 rəssamın əsərləri də nümayiş olunmuşdur.
Mehriban Əfəndiyeva
Mehriban Əfəndi (tam adı: Mehriban Cavanşir qızı Əfəndiyeva d. 5 may 1968) — Azərbaycan sürrealisti, kino və geyim rəssamı, Azərbaycanın əməkdar rəssamı (2016). == Həyatı == Mehriban Əfəndiyeva 1968-ci ildə Bakı şəhərində anadan olub. Ə. Əzimzadə adına rəssamlıq məktəbini, Moskvada "Soyuzmultfilm"in animasiya məktəbini bitirib. "Azərbaycanfilm"də çəkilən bir çox animasiya filmlərində qrafik-animator, bədii filmlərdə geyim üzrə rəssam kimi çalışır. Azərbaycan Rəssamlar İttifaqının, Azərbaycan Dizaynerlər İttifaqının üzvüdür. Əsərləri Azərbaycanda və xarici ölkələrin qalereyalarında nümayiş etdirilib. == Mükafatları == 29 iyul 2016-cı ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın əməkdar rəssamı fəxri adına layiq görülmüşdür. == Xarici ölkələrdə uğurları == 24 avqust 2012-ci ildə əsərləri ABŞ-nin Muskeqon şəhərindəki "Dünya incəsənəti" qalereyasına nümayiş etdirişmişdir. Sərgidə 12 rəssamın əsərləri də nümayiş olunmuşdur.
Mehriban Əhmədova
Mehriban Fikrət qızı Əhmədova (24 fevral 1963, Bakı) — bəstəkar, professor; əməkdar incəsənət xadimi. == Həyatı == 1963-cü il fevralın 24-də Bakı şəhərində anadan olub. Ailəlidir. İki övladı var. == Əsərləri == "Qara qız", "Qalada yatmış idim", "Ay qız sənə mayiləm", "Dağlarda çiçək", "Qərənfil", "Ay dilbər" xalq mahnılarının f-no və səs üçün işləmələri və i. a. Mahnılar Şövkət Ələkbərova — Bayram mahnısı. Sözləri: Fikrət Qoca Şövkət Ələkbərova — Ana. Sözləri: Fikrət Qoca Flora Kərimova — "Ana millər, Ata millət ağlama!" Sözləri: Məmməd Araz Eyyub Yaqubov — Oturduq yanaşı, susduq yanaşı. Sözləri: Fikrət Qoca Brilliant Dadaşova — Arzum mənim.
Mehriban Əliyeva
Mehriban Arif qızı Əliyeva (26 avqust 1964, Bakı) — Azərbaycan Respublikasının Birinci vitse-prezidenti (2017-ci ildən), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xanımı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini, ISESCO-nun xoşməramlı səfiri. UNESCO-nun xoşməramlı səfiri (2004–2022). == Həyatı == === Ailəsi === Mehriban Arif qızı Əliyeva 26 avqust 1964-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. O, yazıçı, ədəbiyyatşünas, Azərbaycanın Əməkdar elm xadimi, filologiya elmləri doktoru (1947), professor Mir Cəlal Paşayevin və görkəmli jurnalist, pedaqoq, Əməkdar elm xadimi Nəsir İmanquliyevin nəvəsidir. Atası Arif Paşayev Azərbaycanın görkəmli alimi, pedaqoqu, ictimai xadim, Milli Elmlər Akademiyasının akademiki, Dövlət mükafatı laureatı, fizika-riyaziyyat elmləri doktoru, professordur. 1996-cı ildən indiyədək "Azərbaycan Hava Yolları" QSC Milli Aviasiya Akademiyasının rektorudur. Anası Aida İmanquliyeva şərqşünas, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, filologiya elmləri doktoru, professordur. Aida İmanquliyeva Azərbaycanda ərəb ədəbiyyatı üzrə ilk elmlər doktoru, ilk professor – qadındır. Aida İmanquliyeva 1992-ci il 19 sentyabrda vəfat etmişdir. === Təhsili === Mehriban Əliyeva 1982-ci ildə Bakı şəhəri 23 nömrəli tam orta məktəbi qızıl medalla bitirərək N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub.