Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Muxtar
Muxtar — Azərbaycan kişi adı və təxəllüs. Muxtar Səqəfi — Hüseyn ibn Əlinin Kərbəla döyüşündəki ölümünün intiqamını almaq üçün İraqın Kufə şəhərində Əməvi xəlifəliyinə qarşı üsyana başçılıq edən mübahisəli bir erkən İslam inqilabçısı Muxtar Qasımov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Muxtar Maniyev — Azərbaycanın görkəmli kino aktyoru, Azərbaycanın xalq artisti (2000). Muxtar Həmzəyev (alim) — psixologiya elmləri doktoru, professor. Muxtar Şaxanov — tanınmış qazax yazıçısı, hüquqşünası, Qazaxıstanın Qırğızıstandakı səfiri Muxtar İbadov — aktyor, inzibatçı. Yaşayış məntəqələri Muxtar (Xocalı) — Azərbaycan Respublikasının Xocalı rayonunun inzibati ərazi vahidində kənd.
Mirzə Muxtar
Mirzə Muxtar Ağa Mirzə Əli Əsgər oğlu Məmmədov (ən tezi 1841 və ən geci 1859, Şuşa, Şuşa qəzası – təq. 16 yanvar 1929, Bakı) — Azərbaycanın ilk peşəkar aktyorlarından və Şuşada Azərbaycan teatrının yaradıcılarından biri, xanəndə, pedaqoq, musiqişünas. Mirzə Muxtar 1870–1883-cü illərdə Şuşada bir sıra tamaşaları səhnələşdirmiş, Gəncə və Tiflisdə müəllimlik etmiş, 1899-cu ildən isə Bakıda fərqli teatr truppalarında çıxış etmişdir. O, "Leyli və Məcnun", "Şah Abbas və Xurşid banu", "Əsli və Kərəm" operalarında müxtəlif rolların ilk ifaçısı olmuşdur. Mirzə Muxtar Mirzə Ələsgər oğlu Şuşa şəhərində musiqiçi ailəsində anadan olmuşdur. Atası Mirzə Əli Əsgər Qarabaği xanəndə, tarzən və kamança ifaçısı olmuş, Xurşidbanu Natəvanın atası Mehdiqulu xanın sarayında saray musiqiçisi vəzifəsinə layiq görülmüşdür. Mirzə Muxtar ilk təhsilini elə atasının yanında almış, muğamları ondan öyrənmişdir. Onun doğum ili müxtəlif mənbələrdə 1841, 1842, 1852 və 1859 kimi verilmişdir. Mirzə Muxtar əvvəlcə mədrəsədə, iki il sonra isə türk-rus (rus-tatar) mütərəqqi məktəbində təhsil almış, fars və rus dillərini mənimsəmişdir. Yeniyetmə yaşlarından Azərbaycan və fars dillərində lirik şeirlər, qəzəllər müəllifi kimi tanınmışdır.
Muxtar Auezov
Muxtar Omarhan oğlu Əvəzov ( qaz. Мұхтар Омарханұлы Әуезов, rus. Мухтар Омарханович Ауэзов; 28 sentyabr 1897 — 27 iyun 1961) — qazaxıstanlı pedaqoq, yazıçı, tərcüməçi, tənqidçi, siyasətçi, mütəfəkkir. Qazaxıstanın yazıçılarından biridir. Qazax dastanları və ümumi türk ədəbiyyatı ilə araşdırmalar etmiş, hekayə, tərcümə, sınaq, roman növlərində əsərlər yazmışdır. Özü üçün “Şərqin Şolohovu ” və ya “ İkinci Abay ” ləqəblərindən istifadə etmişdir. Qazax ədəbiyyatında qərb tərzində nəsr ənənəsinin ilk nümayəndəsi hesab edilir. О, qazaх məktəblərinin şagirdləri üçün ilk dərs vəsaiti olan “Qırğız müntəxabatı” kitabını hazırlayır. Kitabda pedaqoqun “Gəlin, uşaqlar, oxuyaq”, “Biliklərə yiyələnən xalqlar”. “Kasıb olsan da oğurluqla dost olma”, “Akının ədalətli sultana müraciəti”, “Yay”, “Çay” və digər şeirlərində müxtəlif səpkili ictimai-sosial, tarixi, etik-fəlsəfi, doğma təbiət səhnələri, aydın və sadə formadan istifadə edilməklə qələmə alınmışdır.
Muxtar Avşarov
Muxtar Həsən oğlu Avşarov (15 fevral 1914, İrəvan – 6 dekabr 2004, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2002). Muxtar Həsən oğlu Avşarov 1914-cü il fevralın 15-də İrəvan şəhərində anadan olmuşdur. 1918-ci ildə ermənilərin apardıqları soyqırımı siyasəti nəticəsində ailə üzvləri ilə Türkiyəyə köçüb. Amma orada çox qala bilmədiyindən ailə əvvəlcə Bakıya, sonra Gəncəyə köçüb. 1922-ci ildə o, Gəncədəki Dəmiryol məktəbində oxumuş və IX sinfi bitirdikdən sonra babasının təşəbbüsü ilə Bakıya gələrək sənət məktəbində təhsil almağa başlayır. Hələ məktəbli vaxtlarından incəsənətə, teatra olan həvəs onu rahat buraxmadığından boş vaxtlarında Dəmiryolçuların Mədəniyyət evində fəaliyyət göstərən Ağasəlim Manaflının dram dərnəyində aktyor kimi səhnəyə çıxır. Çox keçmir ki, həmin dərnəyə görkəmli aktyor Ülvi Rəcəb rəhbərlik etməyə başlayır və ilk olaraq Aleksandr Şirvanzadənin "Namus" pyesini tamaşaya qoyur. M. Avşarov ilk teatr təhsilini elə bu böyük sənətkardan almışdır. Pyesdəki Sumbat rolu Muxtar Avşarova tapşırılır. 1933-cü ildə sənət məktəbini bitirib Gəncəyə qayıdan M. Avşarov Gəncə paravoz deposunda maşinist köməkçisi işləməklə yanaşı, Dəmiryolçuların Gənc Tamaşaçılar teatırnda aktyor kimi fəaliyyətini davam etdirir.
Muxtar Aymaxanov
Muxtar Rabatoviç Aymaxanov — (qaz. Мұхтар Рабатұлы Аймаханов, 1 yanvar 1967-ci il təvəllüdlü) - Yuri Qaqarin adına Kosmonavtlar Tədqiqat İnstitutu dəstəsinin sınaq kosmonavtı. Milliyyətcə qazax olan Aymaxanov 2012-ci ildən — Rusiya kosmonavt korpusuna yazılmaq və kosmik uçuşlar həyata keçirə bilməsi üçün Qazaxıstan Respublikasının vətəndaşlığını dəyişdirərək Rusiya Federasiyası vətəndaşlığını qəbul edir. Kosmik uçuşlarda təcrübəsi yoxdur, kosmonavtlar korpusunun ixtisaslaşması və təkmilləşdirilməsi qrupunda təlim keçir. S. I. Vavilov adına Təbiət və Texnologiya Elmləri Tarixi İnstitutunun elmi işçisidir. SSRİ, Qazaxıstan SSR-in Qızılorda vilayətinin, Cosalı kəndində anadan olmuşdur (indiki Qazaxıstan Respublikası, Qızılgül vilayəti). Məktəbdə oxuyarkən Alma-Ata uçan klubunda uçuş təlimini keçir. 1988-ci il Çerniqov Ali Hərbi Aviasiya Məktəbini bitirib "pilot-mühəndis" ixtisasına yiyələnir. 1988-ci ildən bəri SSRİ Silahlı Qüvvələrinin Hava Qüvvələri sıralarında, daha sonra Qazaxıstan Respublikasının Hərbi Hava Qüvvələrində ehtiyat kapitanı olaraq xidmət etmişdir. 1993-1998-ci illərdə hərbi xidmətdən ayrıldıqdan sonra Qazaxıstan Fond Birjasında, Orta Asiya Depozit Sistemi Altın-Kazna ASC, Terminal LLP, MAAGBOL LLP-də çalışıb.
Muxtar Babayev
Muxtar Babayev (16 oktyabr 1967, Bakı) — Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər naziri, Azərbaycan Respublikasının Milli Məclisi IV və V çağırış deputatı, Azərbaycan Alpinizm Federasiyasının və COP29-un prezidenti. Muxtar Bahadur oğlu Babayev 1967-ci il, 16 oktyabr tarixində Bakı şəhərində anadan olub. 1984-cü ildə Bakı şəhərində orta məktəbi bitirmişdir. 1986–1988-ci illərdə hərbi xidmətdə olub. 1991-ci ildə Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin politologiya ixtisasını bitirib. 1994-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Xarici iqtisadi əlaqələr ixtisasını bitirib. 2000-ci ildə Ümumrusiya Xarici Ticarət Akademiyasının "Dünya iqtisadiyyatı" ixtisasını bitirib. 1991–1992-ci illərdə Azərbaycan Respublikası Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsində çalışıb. 1992–1993-cü illərdə Azərbaycan Respublikası Xarici İqtisadi Əlaqələr Nazirliyində işləyib. 1994–2003-cü illərdə SOCAR-ın Xarici İqtisadi Əlaqələr İdarəsində, 2003–2007-ci illərdə SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində çalışıb.
Muxtar Bisavad
Muxtar Bisavad Kərpalı oğlu — şair. Muxtar Bisavad Kərpalı oğlu 1847-ci ildə Bakının Maştağa kəndində anadan olmuşdur. Gənc yaşlarından şeirler yazmağa başlamış, özünə "Bisavad" təxəllüsünü götürmüşdür. Bakı-Abşeron kəndlərində keçirilən şeir məclislərində iştirak etmiş, dövrünün şairlərindən, elm adamlarından öyrəndiklərilə savadını artırmış, Nizami, Füzuli, Sədi, Hafiz, Xəyyam, Seyid Əzim kimi sənətkarların yaradıcılığından bəhrələnmişdir. Yaradıcılığında əsas yeri qəzəl, növhə tutmuş, lakin təmsillər, felyetonlar həcvlər də yazmışdır. Məcməüş-şüəra ədəbi məclisinin üzvü olmuşdur. Şair 1938-ci ildə ruhi xəstəlikdən vəfat etmiş, Buzovnada dəfn olunmuşdur.
Muxtar Dadaşov
Muxtar Baba oğlu Dadaşov (11 sentyabr 1913, Bakı – 7 may 1998, Bakı) — Azərbaycan rejissoru, kinooperator, ssenarist, Azərbaycan SSR xalq artisti (1976), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1980). Muxtar Baba oğlu Dadaşov 11 sentyabr 1913-cü ildə Bakıda anadan olmuşdur. 1933-cü ildə ali operator təhsili almaq məqsədilə Moskvaya gedir. Orada da bir sıra filmlərin çəklişində iştirak edir. 7 may 1998-ci ildə vəfat etmişdir. Hələ erkən yaşlarından tale onun yolunu böyük sənət məbədindən salır. 1924-cü ildə ilk dəfə Azərbaycan Dövlət Akademik Dram Teatrının səhnəsinə çıxmış, dörd il sonra C. Cabbarlının "Sevil" pyesinin ilk tamaşasında Gündüzü oynamışdır. 1929-cu ildə Gənc Tamaşaçılar Teatrında rejissor assistenti kimi fəaliyyətə başlayır. Eyni zamanda tamaşalarda kiçik rollar oynayır. 1931-ci ildə kinostudiyada operator assistenti vəzifəsinə düzəlir.
Muxtar Hacıyev
Muxtar Hacı oğlu Hacıyev (dekabr 1876, Fərəhli, Qazax qəzası – 21 aprel 1938, Bakı) — Azərbaycan və sovet dövlət xadimi, Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin ilk sədri (1921–1922). Muxtar Hacıyev 1876-cı ildə Qazax qəzasının Fərəhli kəndində doğulmuşdur. 1897-ci ildən Bakıda fəhlə işləmişdir. Repressiya qurbanı olmuşdur. 1938-ci ildə ölmüşdür. Muxtar Hacıyev Hümmət Partiyasının üzvü, 1904-cü ildən etibarən isə Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. Muxtar Hacıyev Bakıda fəhləlik etdiyi dövrdə keçirilmiş fəhlələrin nümayiş və tətillərində iştirak etmişdir. O, Neft Sənayesi Fəhlələri İttifaqı və Mədən Zavod Komitəsinin üzvü olmuşdur. Muxtar Hacıyev 1908–1916-cı ildən Bakının sənaye rayonlarında və Qazax qəzasında sosial-demokrat və bolşevizm təbliğatı aparmışdır. 1917-ci ildə Qazax qəzasında kəndli hərəkatına dəstək vermiş və qəzada Hümmət Partiyasının yerli şöbəsinin yaradıcılarından olmuşdur.
Muxtar Hüseynzadə
Muxtar Hüseyn oğlu Hüseynzadə (21 mart 21, 1900-cu il - 1985-ci il) — Azərbaycan türkoloqu, filologiya elmləri doktoru, Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi. Muxtar Hüseyn oğlu Hüseynzadə 1900-cu il martın 21-də Güney Azərbaycanın Mərənd vilayətinin Zunuz kəndində anadan olmuşdur. Onun gözünü açıb gördüyü və ilk uşaqlıq illərini keçirdiyi İranın vəziyyəti çox ağır idi. Muxtarın atası Hüseyn kişi böyük savadı olmasa da, çox maarifpərvər adam olduğu üçün oğlunu savadlı görmək istəyirdi, buna görə də 1910-cu ildə onu molla məktəbinə qoymuşdu. Getdikdə vəziyyətinin ağırlaşdığını görən Hüseyn kişi öz ailəsi və qardaşı Tağı ilə birlikdə minlərlə iranlı kimi Zaqavqaziyaya köçməyə qərar verir. 1913-cü ildə Muxtar Hüseynzadə ailəsi ilə birlikdə Quzey tərəfə gəlir. Əvvəlcə atası ilə birlikdə mis mədənində fəhlə işləyir. 1917-ci ildə o, Tiflis şəhərinə gəlir və müxtəlif yerlərdə fəhlə işləyir. O, savadını artırmaq üçün arzuladığı şəraiti məhz Gəncə şəhərinə köçdükdən sonra tapır. Bu dövrdə Azərbaycanda savadsızlığın ləğvi kursları yaradılırdı.
Muxtar Həmzəyev
Muxtar Həmzəyev — Azərbaycan Dillər Universitetinin Psixologiya kafedrasının rəhbəri, psixologiya elmləri doktoru, professor. Həmzəyev Muxtar Əliş oğlu 1929-cu ildə Laçın rayonunun Əhmədli kəndində anadan olub. Əhmədli kənd yeddi illik kənd məktəbində təhsil aldıqdan sonra Laçın şəhərindəki pedaqoji məktəbi 1948-ci ildə fərqlənmə diplomu ilə bitirib və Azərbaycan Pedaqoji İnstitutuna daxil olub. 1948-1952-ci illərdə həmin institutun Dil və Ədəbiyyat fakültəsinin məntiq və psixologiyası şöbəsində təhsil alıb. 1952-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib. Azərbaycan Pedaqoji İnstitutunun elmi şurasında müvəffəqiyyətlə müdafiə edərək,psixologiya ixtisası üzrə Pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdər. 1969-cu ilin aprel ayında Azərbaycan Dövlət Universitetinin Elmi Şurasında “Azərbaycan Dili Orfoqrafiya və Durğu İşarələrinin mənimsənilməsi psixologiyası məktəbdə” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək o dövrdə Azərbaycanda ən gənc psixologiya elmləri doktoru olmuşdur. 11 İyun 1971-ci il tarixdə Ali Attestasiya Komissiyasının qərarı ilə psixologiya kafedrası üzrə professor elmi adına layiq görülmüşdür. 1970-ci ildə Azərbaycanın “Qabaqcıl maarif xadimi”döş nişanı, 1989-cu ildə “Əmək veteranı”medalı,1990-cı ildə “İşdə əla müvəffəqiyyətinə görə”döş nişanı ilə təltif olunmuşdur.Akademik M.Mehdizadə mükafatının laureatıdır. Dəfələrlə Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəxri fərmanları ilə təltif edilmişdir.
Muxtar Kazımoğlu
Muxtar İmanov (İmanov Muxtar Kazım oğlu; 28 may 1955, Axura, Noraşen rayonu) — folklorşünaslıq sahəsində tanınmış Azərbaycan alimi, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru, Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şurasının sədri. AMEA-nın həqiqi üzvü (2017). Akademik Muxtar Kazım İmanov 28 may 1955-ci ildə Naxçıvan MR Şərur rayonunun Axura kənədində anadan olmuşdur. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsini bitirmişdir. 1980–1983-cü illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun "Ədəbiyyat nəzəriyyəsi" ixtisası üzrə əyani aspiranturasında təhsilini davam etdirmişdir. 1984-cü ildə "Müasir Azərbaycan nərsində psixologizm" mövzusunda namizədlik, 2007-ci ildə "Azərbaycan folklorunda gülüşün genezisi və poetikası" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 2009-cu ildə dosent, 2016-cı ildə professor elmi adını almışdır. 2014-cü ildə "Ədəbiyyatşünaslıq" ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2017-ci ildə həqiqi üzvü seçilmişdir. M. K. İmanov əmək fəaliyyətinə Naxçıvan MR Şərur rayonunun Həmzəli kənd səkkizillik məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi başlamışdır (1977–80). Aspirantura təhsilindən sonra, 1983–1992-ci illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Mifologiya şöbəsində kiçik elmi işçi, elmi işçi və böyük elmi işçi vəzifələrində çalışmışdır.
Muxtar Maniyev
Muxtar Maniyev (4 aprel 1935, Bakı, Azərbaycan SSR – 22 dekabr 2016, Bakı) — Azərbaycan Milli kino sənətinin görkəmli nümayəndəsi, Azərbaycan Respublikasının xalq artisti. Ömür də kino kimidir. Bu qədər filmə çəkilmək hər aktyora qismət olmur. Xalq artisti Muxtar Maniyev 157 filmə çəkilib. Muxtar Maniyev 1935-ci ildə Bakıda doğulub. İlk təhsilini də şəhərin 199 saylı məktəbində alıb. Deyəsən, uşaqlıq illərində heç aktyor olmaq həvəsi də yox imiş. Neft-Kimya İnstitutunda mühəndis ixtisası alıb. Ancaq sonradan aktyorluq sənəti onu sanki ovsunlayır. Mühəndis diplomu aldıqdan sonra o, çox fikirləşmədən sənədlərini Azərbaycan Dövlət İncəsənət İnstitutuna təqdim edərək, ikinci təhsil ardınca gedib.
Muxtar Məmmədov
Muxtar İsgəndər oğlu Məmmədov (14 may 1901, Qaradağlı, Şuşa qəzası – 31 mart 1980, Ağdam) — Sosialist Əməyi Qəhrəmanı. Məmməd Məmmədovun qardaşıdır. Muxtar İsgəndər oğlu Məmmədov 14 may 1901 ildə Ağdamın Qaradağlı kəndində dünyaya gəlmişdir. Muxtar Məmmədov 1932–1940 illərdə Ağdamın Telman adına kolxozda, Qərvənd və Boyəhmədli kənd istehlak cəmiyyətində işləmiş, 1941–1960 illərdə kolxoz sədri olmuş, 1960–1980 illərdə Telman adına kolxozun aqranomu vəzifəsində çalışmışdır. Muxtar Məmmədov Azərbaycan Kommunist Partiyasının XVIII–XXII qurultaylarının nümayəndəsi olmuşdur. Muxtar Məmmədova 1951 ildə Sosialist Əməyi Qəhrəmanı adı verilmiş, "Qırmızı əmək bayrağı" ordeni və medallarla təltif edilmişdir. Azərbaycanın tanınmış alimlərindən filologiya elmləri namizədi, dosent Vəli Məmmədov, iqtisad elmləri namizədi, dosent Nəvai Məmmədov Muxtar Məmmədovun övladlarıdırlar. Muxtar Məmmədov 31 mart 1980 ildə vəfat etmişdir.
Muxtar Qasımlı
Muxtar Qasımlı (23 fevral 1993, Bakı – 2 oktyabr 2020, Füzuli rayonu) — Fitnes üzrə Azərbaycan çempionu, Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. Muxtar Qasımlı 23 fevral 1993-cü ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Bakı şəhəri 318 nömrəli tam orta məktəbə daxil olmuşdur. 2009-cu ildə məktəbi bitirmişdir. 2009–2013-cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının kikboksinq fakültəsi üzrə Bakalavr təhsili almışdır. Erkən yaşlarından idmana marağı olub. Dəfələrlə yarışlarda iştirak edib və mükafatlara layiq görülüb. 27 oktyabr 2019-cu ildə fitnes üzrə Azərbaycan çempionu adına layiq görülmüşdür. Subay idi. Fitnes üzrə Azərbaycan çempionatı — 2019 Muxtar Qasımlı 2013-cü ildə Gədəbəy rayonunun Azərbaycan Silahlı Qüvvələrinə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
Muxtar Qasımov
Muxtar Qasımov (10 yanvar 1958, Kəbirli, Jdanov rayonu – 16 iyun 1992, Naxçıvanik, Xocalı rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. Muxtar Qasımov 10 yanvar 1958-ci ildə Jdanov rayonunun Kəbirli kəndində dünyaya göz açmışdır. Ağdam səhər 5 saylı məktəbi 1974-cü ildə bitirmişdir. Elə həmin il Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuşdur. Tibb təhsilin başa vurduqdan sonra işləmək üçün təyinatla Xankəndinə yola düşmüşdür. Orada işləyərkən ermənilər arasında separatizmin, millətçi ünsürlərin təbliğinin şahidi olmuşdur. Müxtəlif təziqlərə baxmayaraq işinə davam etmiş, milliyətindən asılı olmayaraq insanlara tibbi yardım göstərmişdir. 1988-ci ildə vəziyyət nəzarətdən çıxandan, kiçik qarşıdurmalar baş verəndən sonra Ağdam rayonuna qayıdıb həkim kimi hospitalda çalışmışdır. Ağdamda gedən bütün döyüşlərdə yaralıları xilas etmək üçün qəhrəmanlıq göstərmişdir. Xocalı faciəsindən sonra isə həyatını tamamilə cəbhəyə bağlayır.
Muxtar Rüstəmov
Muxtar Rüstəmov (tam adı:Rüstəmov Muxtar İbrahim oğlu; 19 mart 1931, Ordubad, Naxçıvan MSSR) — Geologiya-minerologiya elmlər doktoru,Azərbaycan Respublikası Əməkdar mühəndisi Rüstəmov Muxtar İbrahim oğlu 19 mart 1931-cü ildə Naxçıvan Muxtar Respublikası Ordubad şəhərində anadan olub. 1954-cü ildə Azәrbaycan Dövlәt Neft və Sənaye Universitetində geoloji-kəfiyyat fakültəsini bitirib. 1957-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun aspiranturasını bitirib. 1955-1961-ci illərdə Naxçıvan Muxtar Respublikasında xüsusi geoloq və baş geoloq, 1961-1976-ci illərdə AMEA Geologiya və Geofizika İnstitutunda baş elmi işçi, 1976-ci ildən həmin institutun Petrologiya laboratoriyasının müdiridir. Geotektonika, geodinamika; Petrologiya, vulkanologiya sahəsində tədqiqatlar aparmışdır. Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı 205, xaricdə çıxmış elmi əsərlərinin sayı 107, beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı 12-dir. Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: 2 - müəliflik şəhədətnamısi və poliqorskit-pilolit gilləri Naxçıvan çökəkliyində, köklü qızıl Əlincəçay hövzəsində kəşfidir. Qırışıqlıq zonanın paleomezokaynozoy maqmatizmin etapları təyin edilmiş, petrofondu, petrogenezisi və pleyt- tektonik tipləri müəyən olunmuşdur. Toleit basalt, şoşonit, latit , traxit və teşenit suxurları Azərbaycanda ilk dəfə aşkar edilmişdir. Maqmatizm ilə tektonikanın qarşılıqlı münasibətini müəyyən etməklə yanaşı Qafqazda ilk dəfə kaldera strukturları kəşf edilmiş və onların fizik-maqmatik sistemlər yaratması isbat olubmuşdur.
Muxtar Səqəfi
Muxtar ibn Əbu Übeyd Səqəfi (təq. 622, Taif, Hicaz – 3 aprel 687, Kufə, İraq) — Hüseyn ibn Əlinin Kərbəla döyüşündəki ölümünün intiqamını almaq üçün İraqın Kufə şəhərində Əməvi xəlifəliyinə qarşı üsyana başçılıq edən mübahisəli bir erkən İslam inqilabçısı. Muxtar ibni Əbi Übeydə. Səqif qəbiləsindəndir, künyəsi Əbu İshaq, ləqəbi Keysandır. (Keysan huşyar və ayıq şəxs mənasınadır.) Əli (əleyhis-salam)-ın köməkçilərindən olan Əsbəğ ibni Nubatə deyir: "Keys (Keysan) ləqəbini Əli (əleyhis-salam) Muxtara vermişdir." O, ədəb-ərkanı və əxlaqi fəzilətləri Əhli-beyt (əleyhimus-salam) məktəbindən öyrənmişdi. Cavanlığının əvvəllərində öz atası və əmisi ilə birlikdə (Əli (əleyhis-salam)-ın qoşununda) İran ordusu ilə müharibə aparmaq üçün İraqa gəlmişdi. O həzrətin şəhadətindən azacıq qabaq Bəsrəyə gəlmiş və orada məskunlaşmışdı. "Muxtar Əhli-beytin fəzilətlərini bəyan edir, imam Əli, imam Həsən və imam Hüseyn (əleyhimus-salam)-ın əxlaqi səciyyə və fəzilətlərini camaat arasında yayır və inanırdı ki, Əhli-beyt Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən sonra imamət və hakimiyyət üçün hamıdan irəli və ləyaqətlidir. Habelə, Peyğəmbər Əhli-beytinə baş verən çətinliklərdən narahatlıq hissi keçirirdi". İmam Sadiq (əleyhis-salam) buyurur: "Muxtar imam Hüseyn (əleyhis-salam)-ın qatillərinin kəsik başlarını bizim xanədanımıza göndərdikdən sonra Haşimi qadınları başlarını darayıb, həna qoymağa başladılar." "Muxtara nalayıq sözlər deməyin, çünki o bizim qatillərimizi öldürüb intiqamımızı aldı, çətin şəraitlərdə müəyyən miqdarda mal-dövləti bizim aramızda bölüşdürdü, dul qadınlarımızın (iqtisadi) vəziyyətini sahmana saldı." Übeydullah ibni Ziyad və Ömər Sədin kəsik başını imam Səccad (əleyhis-salam)-ın yanına gətirdikləri zaman səcdəyə düşdü və Allaha həmd-səna etdikdən sonra buyurdu: "Allah Muxtara xeyir əvəzi versin!" Muxtar Səqəfi Aşura qiyamdan əvvəl imam Hüseyn (əleyhis-salam)-ın Kufədəki səfiri Müslim ibni Əqili himayə etdiyinə görə (Müslimin şəhadətindən sonra) İbni Ziyadın göstərişi ilə həbs olundu və Kərbəla qiyamının axırına qədər Kufədə zindanda qaldı.
Muxtar respublika
Muxtar respublikalar suverenliyinə görə dövlətlərin təsnifatında federal dövlətlər kimi təsnif edilirlər: suveren hüquqlar, üstün bir suveren güc vasitəsilə konstitusiya ilə idarə edilə bilən, ancaq xarici münasibətlər istisna olmaqla, öz sərhədləri daxilində suveren səlahiyyətlərini həyata keçirə bilən və respublika xüsusiyyətinə malik olmaları, dolayı yolla sahib olduqları hakimiyyəti qanunlar verməklə yerinə yetirən dövlətlərdir. Unitar bir dövlətin demək olar ki, bütün keyfiyyətlərinə malikdirlər. Ümumiyyətlə, sərhədləri etnik fərqliklər nəzərə alaraq müəyyən edilmişdir. Bəzi muxtar respublikaların öz konstitusiyaları da ola bilər. Rusiya respublikalarının timsalında bu ölkələrin xüsusiyyətləri və quruluşları aydın şəkildə başa düşülə bilər.
Muxtar vilayət
Muxtar vilayət — SSRİ-də və bəzi digər əyalətlərdə dövlət muxtariyyətinin bir forması (məsələn, Qərbi Bosniya Muxtar Vilayəti, Kri Muxtar Vilayəti). Postsovet ölkələrindən muxtar vilayətlər hazırda Rusiyada (Yəhudi Muxtar Vilayəti) və Tacikistanda (Dağ-Badaxşan Muxtar Vilayət) mövcuddur. Muxtar vilayətlərə bəzən İspaniyanın muxtar regionları da deyilir. Muxtar vilayətlər RSFSR (və daha sonra - SSRİ) ərazisində Oktyabr inqilabından sonra əksəriyyəti rus olmayan əhalisi olan ərazilərdən (ittifaq respublikalarında - əsasən titul olmayan əhali ilə) meydana çıxmağa başladı. Əvvəlcə muxtar vilayətlər, bölgələr, respublikalar (ASSR) ilə birlikdə müstəqil subyektlər idilər, daha sonra əyalətlərlə birlikdə ərazilərə birləşdirilməyə başladılar. Sonradan, muxtar vilayətlərin çoxu respublikalara çevrildi və 1936-cı ilin dekabrında yenidən müstəqil subyektlər oldular.
Muxtar İbadov
Muxtar Şəhmir oğlu İbadov (7 Fevral 1955 - 23 Sentyabr 2013) — Azərbaycan aktyoru, Azərbaycan SSR əməkdar artisti (1989). Muxtar İbadov 1955-ci il fevral ayının 7-də Balakən rayonunun Ağkilsə kəndində dunyaya gozunu acmişdir. Təsilini Zaqatala rayonu 2 saylı internat məktəbində almışdır. Sonradan Azərbaycan Dovlət İncəsənət Universitetinə daxil olmuşdur. Burada bir çox dahi sənətkarlardan dərs almış, sənətin incəliklərinə sahib olmuşdur. Şəki dram teatrına təyinatı çıxan gənc aktyor burada əldə etdiyi uğurlar, gostərdiyi sənətə gorə Əməkdar artist dərəcəsinə qədər yüksəlmişdir. Muxtar İbadov bir çox tamaşalara, səhnələrə quruluş vermiş, dahi yazıçıların əsərlərinin baş qəhrəmanıni oynamışdır. Bunlara nümumə olaraq İblis, Knyaz, Napoleon, Dərviş Parisi partladır, Aldanmış kəvakib və sair. Ailəli idi. 2 uşağı var, 3 nəvəsi.
Muxtar İmanov
Muxtar İmanov (İmanov Muxtar Kazım oğlu; 28 may 1955, Axura, Noraşen rayonu) — folklorşünaslıq sahəsində tanınmış Azərbaycan alimi, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru, Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şurasının sədri. AMEA-nın həqiqi üzvü (2017). Akademik Muxtar Kazım İmanov 28 may 1955-ci ildə Naxçıvan MR Şərur rayonunun Axura kənədində anadan olmuşdur. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsini bitirmişdir. 1980–1983-cü illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun "Ədəbiyyat nəzəriyyəsi" ixtisası üzrə əyani aspiranturasında təhsilini davam etdirmişdir. 1984-cü ildə "Müasir Azərbaycan nərsində psixologizm" mövzusunda namizədlik, 2007-ci ildə "Azərbaycan folklorunda gülüşün genezisi və poetikası" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 2009-cu ildə dosent, 2016-cı ildə professor elmi adını almışdır. 2014-cü ildə "Ədəbiyyatşünaslıq" ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2017-ci ildə həqiqi üzvü seçilmişdir. M. K. İmanov əmək fəaliyyətinə Naxçıvan MR Şərur rayonunun Həmzəli kənd səkkizillik məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi başlamışdır (1977–80). Aspirantura təhsilindən sonra, 1983–1992-ci illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Mifologiya şöbəsində kiçik elmi işçi, elmi işçi və böyük elmi işçi vəzifələrində çalışmışdır.
Muxtar Şaxanov
Muxtar Şaxanov (d.2 iyul 1942, Otrar, Qazaxıstan) — tanınmış qazax yazıçısı, hüquqşünası, Qazaxıstanın Qırğızıstandakı səfiri, Qazaxıstan Parlamentinin üzvü, "Zalyn" jurnalının baş redaktoru. Qazaxıstan da, eləcə də dünyada Aral dənizinin mühafizəsi ilə bağlı ictimai məlumatlılığın artırılması ilə əlaqədar məqalələri ilə məşhurdur. Mr. Mukhtar Shakhanov, Kazakh ambassador to Kyrgyzstan, Visit the Kansai Soka School System. To Remember Jeltoksan Lessons.
Muxtar Əbülyazov
Muxtar Əbülyazov (qaz. Мұхтар Қабылұлы Әблязов; 16 may 1963, Vannovka[d], Çimkənd vilayəti) — Qazaxıstanın enerji,ticarət və sənaye naziri (1998-1999). BTA bankının prezidenti.Və Qazaxıstan Seçim Partiyasının lideri.O, eyni zamanda Qazaxıstanda energetika, sənaye və ticarət naziri vəzifəsini tutmaqla yanaşı, dövlətə məxsus KEGOC-un (Qazaxıstan Elektrik Şəbəkə Əməliyyat Şirkəti) keçmiş rəhbəri idi.Ablyazov sədr vəzifəsini icra edərkən BTA Bankdan 6 milyard dolları mənimsəməkdə ittiham olunur..2015-ci ildə Lyon bir Fransa məhkəməsi ekstradisiya qərarı verdi.Bununla birlikdə, 2016-cı ilin dekabrında Fransanın Ali məhkəməsi, Dövlət Şurası (Fransa)) Rusiya Siyasi hüquq pozuntusu səbəbi ilə ekstradisiya əmrini ləğv etdi.Ardınca Ablyazov Fleury-Mérogis Həbsxanasından azad edildi və hazırda Parisdə, Fransada yaşadığı güman edilir.İngiltərə Ali Məhkəməsi Ablyazov barəsində iki dəfə həbs qərarı çıxardı; ən son 25 İyul 2019, və 2012-ci ildə çıxarılan məhkəmə qərarına hörmətsizliyə görə məhkəmə qərarı ilə 22 aya qədər uzadıldı. Ablyazov, Qazaxıstan Sovet İttifaqının tərkibində olduğu bir vaxtda, Cənubi Qazaxıstan vilayətinin Vannovka kəndində anadan olmuşdur. Atası Qabyl Ablyazov, (1935-ci il təvəllüdlü) mühəndis işləyib və texniki məktəbdə müəllim olub. Anası Rauza Tolebergnova, (1940-cı il təvəllüdlü) kitabxanaçı idi. Uşaq ikən kitab oxumağı və şahmat oynamağı çox sevirdi. Ablyazov, məmləkətindəki Lomonosov Regional School adlı bir rusdilli məktəbdə oxuyurdu, burada hər sinifdə üstün idi. Gecə də qismən bir kənd təsərrüfatında yükləyici kimi çalışırdı. 17 yaşında Ablyazov nəzəri və professor olmaq istədi.
Muxtar Əfəndizadə
Əfəndizadə Muxtar İsmayıl oğlu (1 yanvar 1880, Şəmsabad, Ərəş qəzası – 1975, Bakı) — şərqşünas, alim. Azərbaycanda, Krımda, Zaqafqaziyada, Türkiyədə və ərəb ölkələrində Muxtar Əfəndi adı ilə tanınıb. Muxtar Əfəndizadə 1880-ci ilin yanvar ayında Ağdaş rayonunun Şəmsabad kəndində bir müdərris (mədrəsə müəllimi) ailəsində anadan olub. Altı yaşında ikən atası Hacı İsmayıl Əfəndini itirən kiçik Muxtar anası Zeynab Kərim Əfəndi qızının himayəsində yaşayıb. Uzun müddət (1886–1904) Azərbaycanın müxtəlif mədrəsələrində (Ağdaş, Şamaxı, Quba, Bakı) təhsil alan Muxtar Əfəndizadə hələ 8 yaşında ikən hafiz adını alıb. 1904–1905-ci illərdə o, Qubada "Üsuli-cədid" məktəbi açıb və bir il sonra, 1906-cı ilin axırlarında maarifçilik fəaliyyətini davam etdirmək üçün öz vətəni Ağdaşa qayıdıb. Hələ gənc ikən Muxtar Əfəndi Ağdaşda maarifçiliyin inkişafında müstəsna rol oynayıb. Həmin dövrdə "Yaşlılar üçün kurs" (1906), "Nəşri-maarif" (1906), "Darülirfan məktəbi" (1906), qiraətxana (1906), teatr (1908), "Səadət" qız məktəbi (1909) onun ağır zəhmətinin nəticəsində yaranıb. 1909–1910-cu illərdə açılan və "Rus-tatar məktəbi" kimi məşhur olan qədim tədris ocağı da Muxtar Əfəndinin zəhmətinin bəhrəsi idi. Bütün elmlərə dərindən yiyələnən Muxtar Əfəndi Azərbaycanın əksər rayonlarında onun özünün köməyi ilə açılan mədrəsələrdə müvəffəqiyyətlə dərslər keçirdi.