Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nəzirə
Nəzirə — hər hansı bir sənətkarın əsərinin təsiri altında yazılmış əsər. Divan və aşıq ədəbiyyatında nəzirə yazmanın özünün qədim və tarixi ənənəsi vardır. Aşıq yaradıcılığında da hansısa şeirin, bədii nümunənin təsiri altında çoxsaylı şeirlərin yazılma ənənəsi vardır. M.P.Vaqifin “Oynasın” rədifli şeirinin təsiri altında onlarla aşıq şeiri qoşulmuşdur. Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım, Aşıq Valeh, Aşıq Ələsgər, Hüseyn Bozalqanlı kimi ustad aşıqların şeirlərinə həm aşıq ədəbiyyatının özündə, həm də yazılı ədəbiyyatda çoxsaylı nəzirələrin yazıldığı görünməkdədir.
Sərsurə
Sərsurə – Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 190 nəfərdir ki onunda 87 nəfəri kişi, 103 nəfəri qadındır.
Bəsrə
Bəsrə (Ərəb dili:البصرة) — Cənubi İraqda şəhər. Bəsrə mühafazasının inzibati mərkəzi. Əhalisi 2,02 mln. nəfər (2005). İran körfəzinin 55 km-liyində, Şətt-ül-ərəb çayında port (1980-ci illərədək qabarma zamanı okean gəmiləri daxil ola bilirdi; sonralar çay yatağını lil basdığından yalnız kiçik tonnajlı gəmilər daxil olur). Nəqliyyat qovşağı. Beynəlxalq hava limanı var. == Tarixi == Bəsrənin əsasını 637/638 ildə xəlifə Ömər ibn əl-Xəttab qoymuşdur. Bəsrə VIII– IX əsrlərdə ərəb-müsəlman mədəniyyətinin formalaşmasının (Bəsrə əhalisi mürəkkəb etnik-irqi müxtəlifliyi ilə seçilirdi; burada ərəblər, farslar, Hindistan və Afrika xalqları yaşayırdı), İraqın siyasi və iqtisadi həyatının, həmçinin tunc, saxsı və şüşə məmulatı istehsalının mühüm mərkəzlərindən idi. 762-ci ildə Abbasilər paytaxtı Bağdada köçürdükdən sonra Bəsrə iqtisadi mövqeyini tədricən itirməyə başladı.
Bədurə Əfqanlı
Əfqanlı Bədurə Məlik qızı (25 oktyabr 1912, Bakı – 7 may 2002, Bakı) — ilk azərbaycanlı qadın teatr rəssamlarından biri. Azərbaycan SSR Əməkdar İncəsənət Xadimi (1949) və Xalq Rəssamı (1974). == Həyatı == Bədurə Məlik qızı Əfqanlı (Ağamalova) 25 oktyabr 1912-ci ildə Bakıda anadan olub. O, Bakıda qulluqçu Məlik Nəcəf oğlu Ağamalovun ailəsində doğulmuşdu. Dövrünün tanınmış ziyalılarından olan Məlik Nəcəf oğlu özü rəsm çəkməyə həvəsli idi. Boş vaxtlarında övladlarına ədəbiyyatdan, incəsənətdən danışar, onlarda bu sahəyə maraq oyadardı. Təsadüfi deyildi ki, böyük qızı Səyyarə heykəltəraşlıqla məşğul olurdu. Bədurə Ağamalova da ilk əvvıl Bakı Pedaqoji Texnikumuna daxil olsa da (1929), rəssam olmaq həvəsi onu Bakı Rəssamlıq Məktəbinə gətirir (1931) və o burada qrafika şöbəsində təhsil alır. Teatr rəssamı olmaq qərarına gələn Bədurə xanımın diplom işinin mövzusu V.Şekspirin “Otello” faciəsi olmuşdur. Diplom işini uğurla başa vurduqdan sonra o həyat yoldaşı, məşhur kino və teatr aktyrou Rza Əfqanlı ilə 1933-cü ildə Aşqabada işləməyə yola düşür.
Məsturə Avşar
Məsturə Cəmşid xan Məcdüssəltənə qızı Avşar (1898-1951)—İranın ictimai xadimi. == Həyatı == Məsturə xanım Cəmşid xan Məcdüssəltənə qızı 1898-ci ildə Urmiya şəhərində dünyaya zinət vermişdi. Türk, fars, rus və fransız dillərini bilirdi. "Vətənsevər qadınlar" cəmiyətinin üzvi idi. Möhtərəm xanım Iskəndərinin ölümündən sonra bu cəmiyyətin başçısı oldu. Onun başçılığı ilə Iranda qadınların qurultayı keçirildi. Rza şah Pəhləvinin əmri ilə bu cəmiyyət qapandı. Məsturə Avşar "körpələr evi"nə rəhbərlik edirdi. Məsturə Avşar 1951-ci ildə vəfat edib. == Mənbə == Ənvər Çingizoğlu, Aydın Avşar, Avşarlar, Bakı, "Şuşa", 2008, 352 səh.
Məsudə Rüstəmova
Rüstəmova Məsudə Hümmət qızı (30 aprel 1932, Qədili, Qubadlı rayonu – 28 yanvar 2011, Bakı) — Qubadlı rayon partiya komitəsinin birinci katibi (15.04.1970-5.01.1980). == Həyatı == Məsudə Rüstəmova 1932-ci ilin aprel ayının 30-da Azərbaycan SSR Qubadlı rayonun Növlu k/s-nin Qədili kəndində qulluqçu ailəsində dünyaya gəlmişdir. Atası Rüstəmov Hümmət Qurban oğlu yoxsul kəndli ailəsindən olmuş, 1920-ci ildən Sovet İKP üzvü sıralarına qoşulmuşdur. 1920-ci ildən 1929-cu ilə qədər Qubadlı rayonunda müxtəlif vəzifələrdə çalışmışdır. 1929-cu ildən 1939-cu ilə kimi Zəngilan, Laçın, Bərdə rayon partiya komitələrində təlimatçı və söbə müdiri işləmişdir. 1939-cu ildən 1948-ci ilə kimi Qubadlı rayonunda kənd təsərrüfat şöbə müdiri və RPK-də təlimatçı olmuşdur. 1948-ci ilin avqust ayında vəfat etmişdir. Anası Rüstəmova Çöhrə Abış qızı 1927-ci ildə Hümmət Rüstəmovla ailə hayatı qurmuş, 1932-ci ildən Eyvazlı N.Nərimanov adına kolxoza üzv yazılmış və həmin kolxozda işləmişdir. 1927-ci ildən Sov. İKP üzvü olmuşdur.
Məsumə Babayeva
Məsumə Mustafa qızı Babayeva — Azərbaycan aktrisası. == Həyatı == Məsumə Mustafa qızı Babayeva 23 sentyabr 1951-ci ildə anadan olmuşdur. Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Tələbə ikən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında bəzi tamaşalarda uşaq rollarında çıxış edib. Hələ tələbə olmasına baxmayaraq, orada Leyla Bədirbəyli, Həsənağa Salayev, Hökümə Qurbanova, Hamlet Qurbanov kimi sənətkarlarla tərəf-müqabil olmuşdur. 1972-ci ildə institutu bitirdikdən sonra təyinatla Gənc Tamaşaçılar Teatrına göndərilib. Hazırda Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. Teatrda çalışdığı illər ərzində 100-ə yaxın müxtəlif obrazlar yaradıb. Onların arasında Aycan ("Aycan", Xanımana Əlibəyli), Qaraca qız ("Qaraca qız", Süleyman Sani Axundov), Kiçik Ramo ("Əlvida, Hindistan", Qeybulla Rəsulov), Sadıq ("Mənim nəğməkar bibim", Əkrəm Əylisli) və s. kimi bir çox rollar da var.
Məsumə Məlikova
Məsumə Fazil qızı Məlikova (22 noyabr 1929, Bakı) — AMEA-nın müxbir üzvü (1989), Azərbaycanın Əməkdar hüquqşünası (1969), hüquq elmləri doktoru, professor, BDU Hüquq fakültəsində "Dövlət və hüquq nəzəriyyəsi tarixi kafedrası"nın müdiri. == Həyatı == Məsumə Məlikova 22 noyabr 1929-cu ildə Bakı şəhərində anadan olub. == Elmi fəaliyyəti == M. F. Məlikova 1958-ci ildə M. V. Lomonosov adına MDU-da "M. F. Axundovun ictimai-siyasi baxışları" mövzusunda namizədlik dissertasiyası, 1973-cü ildə isə "XIX əsrin ikinci yarısı-XX əsrin başlanğıcında Azərbaycan maarifçilərinin siyasi və hüquqi baxışları" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1974-cü ildə professor elmi adını almış, 1989-cu ildə Azərbaycan MEA-nın müxbir üzvi seçilmişdir. Bir çox dərslik, dərs vəsaiti, monoqrafiyanın, 150-dən artıq risalə və elmi məqalənin müəllifidir. Rəhbərliyi altında 20 namizədlik və 2 doktorluq dissertasiyası müdafiə edilmişdir. Prof. Məlikovanın elmi-fəaliyyəti hüquqşünaslığın iki mühüm sahəsinin-Siyası və hüquqi təlimlər tarixinin və Dövlət və hüquq nəzəriyyəsinin aktual problemlərinin tədqiqinə həsr edilmişdir. Prof. Məlikova Azərbaycanın siyasi və hüquqi təlimlər tarixinin öyrənilməsi məktəbinin banisidir.
Məsumə Məmmədova
Məsumə Hüseyn qızı Məmmədova (1951, Naxçıvan) — AMEA-nın müxbir üzvü (2017), texnika elmləri doktoru, professor. == Həyatı == Məsumə Hüseyn qızı Məmmədova 1951-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) mexanika-riyaziyyat fakültəsini bitirmişdir. == Elmi fəaliyyəti == 1973-1977-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunun «Neft-kimya proseslərinin avtomatlaşdırılması və modelləşdirilməsi» şöbəsində kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1977-1980 illərdə Ukrayna SSR Elmlər Akademiyasının Kibernetika İnstitutunun (Kiyev şəhəri) aspiranturasında oxumuşdur. 1984-cü ildə SSRİ EA Ümumittifaq Elmi-Texniki İnformasiya İnstitutunda 05.25.01 ”İnformasiya sistemləri və prosesləri” ixtisası üzrə Terminoloji lüğətlərin analizi əsasında informasiya-axtarış tezaurusuna leksikanın avtomatlaşdırılmış seçilib daxil edilməsi mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş (Moskva şəhəri) və texnika elmləri namizədi alimlik dərəcəsi almışdır.1981-1987-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Dilçilik İnstitutunda Tətbiqi dilçilik şöbəsində elmi işçi vəzifəsində çalışmış, süni intellektin mühüm istiqamətlərindən biri olan kompüter linqvistikası çərçivəsində Azərbaycan dilinin terminoloji verilənlər bankının layihəsini işləmiş, istifadəçi və informasiya sistemləri üçün nəzərdə tutulmuş xüsusi təyinatlı izahlı, terminoloji, avtomatik lüğətlərin, informasiya-axtarış tezauruslarının tərtibi, təhlili və korreksiyasına dair model və metodları təklif etmiş və müvafiq instrumental vasitələr işləmişdir. 1987-ci ildən AMEA-nın Avtomatlaşdırılmış İdarəetmə Sistemləri şöbəsinə (indiki İnformasiya Texnologiyaları İnstitutu aparıcı mühəndis vəzifəsinə qəbul olunmuşdur. Hazırda şöbə müdiridir. Süni intellekt texnologiyaları çərçivəsində paylanmış strukturlu zəif quruluşlu və çətin formalizə olunan predmet sahələri üçün fazi biliklərə əsaslanan müxtəlif təyinatlı intellektual sistemlərin layihələndirilməsi, model və sintez metodlarının işlənib hazırlanması, təbii dildə mətnlərin avtomatlaşdırılmış emalı, maşın tərcüməsi sistemində Azərbaycan dilinin formal modellərinin qurulması və linqvistik prosessorun yaradılması üçün ekspert biliklərinə söykənən məntiqi üsulların işlənməsi, sosial-iqtisadi problemlərin həllinə intellektual texnologiyaların tətbiqi sahəsində bir sıra nəzəri və praktiki nəticələr əldə etmişdir. 1999-cu ildə Bakı Dövlət Universitetində “Xüsusi təyinatlı sistemlər, məlumatların işlənməsi və idarə edilməsi” ixtisası üzrə «Qeyri-səlis relyasion strukturlu biliklərin emalı texnologiyasının əsasları və onun bəzi tətbiqləri» mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir, texnika elmləri doktorudur.
Məsuyə (Sulduz)
Məsuyə (fars. ماسوه‎) - İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 682 nəfər yaşayır (102 ailə).
Nəqarə (Germi)
Nəqarə (fars. نقاره‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 158 nəfər yaşayır (26 ailə).
Nəsibə Abdullayeva
Nəsibə Abdullayeva (tam adı: Nəsibə Məlik qızı Yarməhəmmədova, özb. Nasiba Abdullaeva, fars. نصیبه عبدالله‌یوا‎, rus. Насиба Абдуллаева; 15 noyabr 1961, Səmərqənd) — Özbəkistan müğənnisi, Özbəkistanın (1993) və Azərbaycanın (2022) xalq artisti. == Həyatı == Nəsibə Abdullayeva 11 noyabr 1961-ci ildə Özbəkistan Sovet Sosialist Respublikası Səmərqənd vilayətinin inzibati mərkəzi olan Səmərqənd şəhərində, Boğişamol məhəlləsində anadan olmuşdur. Anası Xalçuçuk Xalimakulova əslən tacik, atası Məlik Yarməhəmmədov isə əslən iranlıdır. Nəsibə Abdullayeva atasını etnik fars hesab edir.[mənbə göstərin]Gəncədə doğulmuş, milliyyətcə azərbaycanlı olan, gitara ifaçısı Eldar Abdullayevlə 1980-ci ildə nikaha girmiş Nəsibə Yarməhəmmədovanın bu nikahından iki oğlu vardır: Ənvər Abdullayev (d. 1981) və Əkbər Abdullayev (d.
Nəsibə Eldarova
Nəsibə Novruz qızı Eldarova — Azərbaycan aktrisası, Azərbaycanın əməkdar artisti (2014). == Həyatı == Nəsibə Eldarova 1959-cu ildə Bakının Bülbülə qəsəbəsində anadan olmuşdur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olmuş və 2 il Rza Təhmasibin kursunda (sonralar Nəsir Sadıqzadənin kursunda) təhsil almışdır. Bir müddət ali məktəbdən uzaqlaşsa da, sonradan universitetə bərpa olunmuşdur. İnstitutu bitirdikdən sonra kinostudiyada fəaliyyətə başlamışdır. 1989-cu ildə Gənclər Teatrının yaranmasından sonra aktrisa həmin teatra işə düzəlir və orada 20 il müddətində 100-dən çox tamaşada çalışır. 2009-cu ildə verilən qərara əsasən, Dövlət Gənclər Teatrı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına birləşdirildikdən sonra aktrisa burada işə başlayır. Nəsibə Eldarova Azərbaycan teatrının inkişafındakı xidmətlərinə görə 7 mart 2014-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüşdür. 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə və 10 may 2019-cu ildə Prezident Mükafatına layiq görülmüşdür. Aktyor Əməkdar Artist Ömür Nağıyevin həyat yoldaşı olmuşdur.
Nəsibə Hüseynova
Nəsibə Hüseynova Ağa İsmayıl qızı - Azərbaycan pediatrı, tibb elmləri doktoru (1969), professor (1970), Səhiyyə əlaçısı (1984), Əmək veteranı (1986), Əməkdar həkim (1990). == Həyatı == Nəsibə Hüseynova 25 yanvar 1926-cı ildə Bakı şəhərində Azərbaycan dili müəllimləri olan Ağa İsmayıl və Həvva Hüseynovların ailəsində anadan olmuşdur. O, 1943-cü ildə Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olmuş, 1948-ci ildə Moskva şəhərinin N. İ. Piroqov adına Tibb İnstitutunu bitirmişdir. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Nəsibə Hüseynova 1948-ci ildən Azərbaycan Dövlət Tibb İnstitutunun Uşaq xəstəliklərinin propedevtikası kafedrasının kliniki ordinatoru vəzifəsini icra etmişdir. Daha sonra 1950-1951-ci illərdə Laçın şəhərindəki qadın və uşaq məsləhətxanasının müdiri vəzifəsində çalışmışdır. 1955-1959-cu illərdə Ana və Uşaqların Mühafizəsi Elmi-Tədqiqat İnstitutunda əvvəlcə baş elmi işçi, sonra şöbə müdiri olaraq fəaliyyət göstərmişdir.Nəsibə Hüseynova 1959-cu ildən ATU-nin Hospital pediatriya kafedrasının dosenti, 1970-ci ildən etibarən isə həmin kafedranın professorudur.1959-1961-ci illərdə SSRİ dövləti tərəfindən İraqa ezam olunmuş və orada müharibə şəraitində səhiyyə müşaviri işləmişdir. Bu şərəfli həkim işinə görə Nəsibə Hüseynova İraq hökuməti və Azərbaycan SSR-nin Səhiyyə Nazirliyi tərəfindən dəfələrlə Fəxri fərmanla təltif olunmuşdur.1970-1992-ci illərdə ATU-nin Müalicə-profilaktika fakültəsinin Uşaq xəstəlikləri kafedrasının müdiri olmuş, 1992-ci ildən hal-hazıradək həmin kafedranın professoru vəzifəsində çalışır.1971-1976-cı illərdə Bakı şəhərində baş pediator vəzifəsini icra etmişdir. 1970-1991-ci illərdə Səhiyyə Nazirliyinin IV Baş İdarəsinin baş pediatoru olmuşdur. Professor Nəsibə Hüseynova 1976-cı ildən hal-hazıra qədər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş uşaq qastroenteroloqudur.1982-ci ildə prof. N. Hüseynova 17 saylı uşaq şəhər poliklinikasının bazasında Respublika Uşaq Qastroenteroloji Mərkəzinin yaradıcısı olmuş və uzun illər bu mərkəzdə elmi rəhbər kimi işləyərək, Azərbaycanın bütün regionlarından mədə-bağırsaq problemli uşaqlara yardım etmişdir.
Nəsibə Həsənova
Nəsibə Həsənova (tam adı: Nəsibə Bəhruz qızı Həsənova; d. 15 dekabr 1994, Tümen, Rusiya) — Azərbaycan əsilli Rusiya futbolçusu. == Həyatı == === Erkən illəri === 13 yaşından futbol ilə məşğul olur. === Şəxsi həyatı === Barselona futbol klubunun azarkeşidir, ən sevdiyi futbolçu Tyerri Anridir.
Nəsibə Zeynalova
Nəsibə Cahangir qızı Zeynalova (20 aprel 1916, Bakı – 10 mart 2004, Bakı) — Azərbaycanın görkəmli teatr və kino aktrisası, Azərbaycan SSR xalq artisti (1967), Azərbaycan SSR dövlət mükafatı laureatı (1974). == Həyatı == Nəsibə Zeynalova 20 aprel 1916-cı ildə Bakıda doğulub. Atası Kərbəlayı Cahangir, Bakıda anadan olub və tanınmış tacir və eyni zamanda aktyor idi. Azərbaycan milli realist aktyor məktəbinin banisi məhz Cahangir Zeynalov olub. İlk və yeganə övladı olanda arzu edib ki, qızı onun sənətini davam etdirsin. Ancaq bu arzusunun gerçəkliyini görmək ataya nəsib olmayıb. 1918-ci ilin mart ayında erməni daşnakları Bakıda kütləvi qırğınlar törədəndə Cahangir Zeynalov ailəsi ilə İrana yollanıb. Sentyabrda Bakıya qayıdanda gəmidə yatalaq xəstəliyinə tutulan Cahangir Zeynalov qısa müddətdən sonra rəhmətə gedib. Onda balaca Nəsibənin iki yaşı vardı. Böyüdükdən sonra o, atasının arzusunu inamla həqiqətə çevirib.
Nəstrən saebi
Nəstrən saebi (farsca:نسترن صائبی) (d. 19.02.1979) — iranlı yazıçı, tərcüməçi və jurnalist. == Həyatı == Tehranda anadan olmuşdur, fizika üzrə təhsil alıb və İranın əsas və onəmli qəzetlərində fəaliyyət göstərmişdir. == Tərcümələr == Qara Cümə elektron cuqqultu: CNet and The Verge. deşik Tur(Tor) ilə istifadəçilər ovçuluq etmək. Nanotexnologiya, Hindistanda yeni hakimiyyət səltənətində( فناوري نانو؛ عرصه جديد قدرت نمايي هند ) == Xarici keçidlər == Nümunə translation. Arxivləşdirilib 2014-06-26 at the Wayback Machine Nümunə translation(əətmad qəzetesi). Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine == İstinadlar == Etemad Newspaper, No. 1694, dated 3/20/87, page 12 (Technology) News Site,Wednesday, Persian date Khordad 17 1391(khabaronline) Department of Electrical and Computer Ghlm Journal,Persian date Dey 1380.
Nəzirə Yaqubova
Yaqubova Nəzirə Qulamşah mirzə qızı (28.1.1898 - 1990) - Azərbaycanın ilk pianoçu xanımlarından biri, Gürcüstanın əməkdar həkimi, poliqlot. == Həyatı == Nəzirə xanım Qulamşah mirzə qızı 1898-ci ildə Tiflis şəhərində dünyaya gəlmişdi. Atası Qulamşah mirzə Qacar Bəhmən mirzə Qovanlı-Qacarın nəvəsi idi. 1910-cu ildə Tiflis Musiqi məktəbinə, 1914-cü ildə Petroqrad konservatoriyasına daxil olmuşdu. Bir müddət özünü tibbdə də sınamışdı. Petroqrad Tibb institutunu da bitirmişdi. Nəzirə xanım azərbaycan, fars, ərəb, rus, gürcü, ingilis, fransız və alman dillərini bilirdi. == Fəaliyyəti == Köhnə qəzetləri vərəqləyərkən, adlarını xalqımızın tarixinə yazan adamlara rast gəlirik. Budur, səksən il bundan əvvəl çap olunmuş "Veçerniy Tbilisi" qəzetinin saralmış vərəqlərində oxucu məktubları. Zaqafqaziya dəmir yolu xəstəxanasının pasiyentləri Koroxaşvili, Lomidze və digərlərinin səmimi məktublarını daxili həyəcansız oxumaq olmur.
Səfurə İbrahimova
Səfurə (Safurə) Ağabala qızı İbrahimova (27 dekabr 1938, Bakı – 21 dekabr 2020, Bakı) — Azərbaycan kino və teatr aktrisası, Azərbaycan Respublikasının xalq artisti (2002), Azərbaycan SSR dövlət mükafatı laureatı (1984). == Həyatı == Safurə İbrahimova 1938-ci il dekabr ayının 27-də Bakıda doğulub. 1955-ci ildə 14 saylı orta məktəbi bitirib. 1955–1960-cı illərdə "Stalinneft"də, 44 saylı orta məktəbdə işləyib, dram dərnəyinə gedib. O, 1960-cı ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Birinci kursda oxuyarkən Akademik Milli Dram Teatrının repertuarında olan İslam Səfərlinin "Ana ürəyi" dramının tamaşasında Xatirə roluna dəvət edilib. Bundan sonra daha bir neçə rol oynayan tələbə-aktrisa 1961-ci il noyabr ayının 1-də Akademik teatrın truppasına daxil olub. Səfurə İbrahimova 2005-ci ilə qədər bu teatrda işləyib.1967-ci ildə SSRİ dövründə Novruz bayramı keçirilərkən ilk bahar qızı Səfurə İbrahimova olub. Aktrisa 21 dekabr 2020-ci ildə vəfat edib.
Səfurə Əlizadə
Səfurə Əlizadə (20 sentyabr 1992, Bakı) — azərbaycanlı müğənni. Azərbaycanı 2010-cu ildə Oslo şəhərində keçirilən 55-ci Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir və 145 xalla 5-ci yeri tutmuşdur. 2010-cu ildə "Yeni Ulduz 8" layihəsinin qalibi olmuşdur. == Həyatı == Səfurə Əlizadə 20 sentyabr 1992-ci ildə Azərbaycanın Bakı şəhərində anadan olmuşdur. Səfurə xanım 3 yaşından musiqi ilə məşğul olmağa başlamışdır. Kaman və saksafon üzrə orta musiqi təhsili almışdır. Səfurə xanım ilk orta təhsilini xoreoqrafiya məktəbində almışdır. Daha sonra 5-ci sinifdən 164 nömrəli tam orta məktəbdə, 8-ci sinifdən isə 23 nömrəli tam orta məktəbdə təhsil almışdır. Səfurə Əlizadə 2010-cu ildə Azad Azərbaycan Televiziyasında yayımlanan "Yeni Ulduz 8" layihəsində qalibi olmuşdur və geniş tamaşaçı kütləsinə tanınmışdır. 2010-cu ildə Səfurə Əlizadə orta təhsilini bitirdikdən sonra ali təhsilini almaq üçün İsveçə köçmüşdür.
Əl-Mənsurə
Əl-Mənsurə (ərəb. المنصورة‎) — Misirdə şəhər, əd-Dəqəhliyyə mühafəzəsinin inzibati mərkəzi. Əhalisi təxminən 960.423 nəfərdir (2012).
Əlif məqsurə
Əlif məqsurə (ərəb. الألف المقصورة‎, "qüsurlu əlif") — ərəb əlifbasında hərf. Qadın cinsi sözlərin sonunda əlif (ا) əvəzinə istifadə olunur. Forması, ye (ي) hərfinin nöqtəsiz halıdır (ى, ‍ى). Uyğur, qazax, qırğız kimi bəzi türk dillərinin ərəb qrafikalı əlifbalarında "i" səsini təmsil edir.
Nərə
Nərə (lat. Acipenser) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinə aid heyvan cinsi.
Nəsr
Nəsr — ərəbcədən hərfi mənada vəzni, qafiyəsi və rədifi olmayan bədii əsər deməkdir. Nəsr poetikasından bəhs edən ədəbiyyatşünaslar hətta nəsr dilini adi danışıq dili və insanlar arasında gündəlik yazışmaların dili ilə eyniləşdirirlər. Bir sıra nəzəriyyəçilər isə bu fikirdədirlər ki, nəsr əsərlərinin özünün də öz mürəkkəb-daxili və ritmik-struktur qanunauyğunluqları var.Nəsr dili konkret müəllif ideyasının, poetik məzmunun ardıcıl şəkildə dərkində məqsədyönlü surətdə işlədilən bir dildir. Nəsrdə sətirlərin uzun və qısalığından, sadə və mürəkkəbliyindən asılı olmayaraq bədii sistemlilik, ardıcıl məntiq və ritm olmalıdır. Nəsr dilində yazılan ədəbiyyat müxtəlif olur: povest, roman, novella, oçerk, memuar və s. == Povest == Povest rus dilində danışıq, təhkiyə, nağıl etmək mənasında işlənən "povestvovanie" sözündəndir. Povestə bəzən böyük hekayə deyilir. Çünki povestlə hekayə bir-birinə yaxın janrlardır. Hekayədən fərqli olaraq, povestdə bir yox, bir neçə əhvalatdan bəhs olunur və təsvir olunan surətlərin sayı da hekayədəki surətlərin sayından bir neçə dəfə çox olur. Azərbaycan ədəbiyyatında povestin ilk nümunəsi M.F.Axundzadənin “Aldanmış kəvakib” əsəri sayılır.
Surə
Surə - müsəlmanların müqəddəs kitabı olan Quranın bölmələri. Quranda 114 surə var. Surələr ayələrə bölünür. Ən böyük surə əl-Bəqərə surəsidir.
Məşuqə
Məşuqə — münasibətdə olduğu şəxsin evli olmasına baxmayaraq həmin kişi ilə sevgi-məhəbbət münasibətlərini davam etdirən qadınlar üçün istifadə edilən ifadə. Daha çox kişi partnyorun evli olduğu vəziyyətlər üçün istifadə olunur. Belə münasibətlər zamanı kişi və qadın bir yerdə yaşamır və münasibətin vəziyyəti adətən gizli saxlanılır.
Nature
Nature (azərb. təbiət‎) — Britaniyada çap olunan, çağdaş dəqiq elmlərin bir çox sahəsini əhatə edən elmi jurnal. Science jurnalı ilə birlikdə dünyanın ən önəmli və vurucu elmi nəticələrinin nəşr edildiyi bir neçə jurnaldan biri sayılır. == Haqqında == Çağdaş elmin bir çox böyük inqilabi elmi kəşf və araşdırmaları ilk dəfə Nature jurnalında dərc olunmuşdur: Watson və Crick tərəfindən 1953-də DNT quruluşunun kəşfi J. D. Watson and F. H. C. Crick (1953). "Molecular structure of Nucleic Acids: A structure for deoxyribose nucleic acid". Nature. 171 (4356): 737–738. İnsan DNT ardıcıllığının ilk dəfə çıxarılması - International Human Genome Sequencing Consortium (2001). "Initial sequencing and analysis of the human genome" İlk dəfə bir protein (miyoqlobin) strukturunun fəza quruluşunun çıxarılması - J. C. Kendrew, G. Bodo, H. M. Dintzis, R. G. Parrish, H. Wyckoff and D. C. Phillips (1958). "A three-dimensional model of the myoglobin molecule obtained by X-ray analysis".
Nemuro
Nemuro (yap. 根室市) — Yaponiyanın Hokkaydo adasında və Hokkaydo prefekturanın Nemuro sabprefekturanın eyni adlı paytaxt.
Nestle
Nestlé S.A.- Qida məhsulları istehsal edən məşhur İsveçrə kompaniyasıdır. Kompaniyanın əsası 1866-cı ildə Henri Nestle tərəfindən qoyulmuşdur. Kompaniyanın baş ofisi Veve şəhərində yerləşir. == 1860-1904-cü illər == Nestle şirkətinin yaradılmasına səbəb olan əsas amil Henri Nestlenin körpələrini döşlə əmizdirə bilməyən analar üçün sağlam, və qənaətcil alternativ axtarışı olmuşdu.1860-cı illərin ortalarında ixtisaslı əczaçı olan Nestle bu cür anaların körpələrini qidalandırması üçün alternativ mənbənin yaradılması məqsədilə inək südü, buğda unu və şəkər tozunun müxtəlif kombinasiyalarını təcrübədən keçirməyə başladı. Onun əsas məqsədi pis qidalanma səbəb olduğu uşaq ölümü probleminin aradan qaldırılmasına yardım etmək olmuşdu. O, yeni məhsulu “Farine Lactee Henri Nestle” adlandırdı. Nestlenin ilk müştərisi nə ana südü, nə də ki şərti əvəzediciləri qəbul edən və həkimlər tərəfindən ölüm diaqnozu qoyulan yarımçıq doğulmuş uşaq olmuşdu. İnsanlar Nestlenin yeni məhsulunun dəyərini uşağın həyatını xilas etdikdən dərhal sonra və bir neçə il ərzində tanıdılar və “Farine Lactee Nestle” Avropanın bir çox ölkələrində satılmağa başladı. Henri Nestle, həmçinin markalaşma gücünü də tez anladı. O, ticarət nişanı kimi öz ailə gerbini yaratdı, alman dilinin İsveçrə aksentində Nestle “balaca quş yuvası” deməkdir.
Netsuke
Netsuke (yap. 根付) – XVII əsr də Yaponiya da praktiki məqsədlər üçün ixtira edilən yapon dekorativ-təsviri sənətinə aid miniatür heykəlciklərdir. Bu ad yapon dilində "örtük" və "əlavə etmək" mənalarını verən "ne" və "tsuke"" sözlərinin birləşməsindən yaranmışdır. == Təsviri == Əvvəllər netsukelər ənənəvi yapon geyimi olan kimono və cibsiz kosode geyimində asma brelok kimi istafadə olunurdu. Kiçik əşyaları kiçik kisə və ya açar ölçüsündə olan xüsusi qablara qoyurdular. Qablar kiçik hörmə səbətlər formasına malik ola bilərdi. Onlardan ən məşhuru və inro (balaca yeşik) adlananının ağız hissəsi ipin üzərindən keçirilən muncuqlar vasitəsilə bağlanılırdı. İnro lar ip vasitəsilə obi adlanan kimono kəmərinə bərkidilirdi. Onu üzüyə bağlayaraq iki hissəyə qatlayıb kəmərin içərisindən keçirirdilər. Alınmış düyünün bir ucuna netsukeləri bağlayırdılar.
Resurs
Resource ~ ресурс ~ kaynak ~ resurs – proqramın, yaxud prosesin gedişində hesablama sisteminin, yaxud şəbəkəsinin onlar üçün ayrılmış hər hansı hissəsi, məsələn: disksürən, printer, yaxud yaddaş. Resurs bir proqramın bir neçə modulu tərəfindən istifadə oluna bilər; məsələn: dialoq boksları, şriftlər, və b. Resurslardan istifadə olunması proqramın kodunu yenidən kompilyasiya etmədən onun bir çox parametrlərini dəyişməyə imkan verir. Bax: MULTITASKING, OPERATING SYSTEM. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
MESUR
MESUR (Mars Environmental Survey) — Mars planetində həyat izlərinin tapılması məqsədilə NASA tərəfindən hazırlanan tədqiqat proqramı. == Tarix == MESUR, Marsda planetlərarası bir şəbəkə quracaq və Mars Observer ilə birlikdə işləyəcək planlaşdırılmış 16 yerüstü missiyadan ibarət bir komplekt idi. Original plan NASA Ames tərəfindən təklif edilsə də, təklifi bir fikir olaraq rəqabətçi JPL (ing. Jet Propulsion Laboratory) irəli sürdü. Bu, Marsın risk dözümü haqqında araşdırmanın aşağı qiymətli bir metodu kimi nəzərdə tutulmuşdu, çünki nisbətən ucuz kosmik zond olduğuna görə, bir kosmik gəminin itirilməsi proqram üçün labüd deyildi. Çeviricilər və qurucular yerüstü süxurları araşdırmaq, su axtarmaq, seysmoqraf rolunu oynamaq və meteorologiyanı müşahidə etmək üçün alətlər və kameralara sahib olacaqdı. Seysmoloji təcrübələr Marsın daxili quruluşunu müəyyənləşdirməyə kömək edəcəkdi. 26 İyun 1992-ci ildə NASA, ABŞ-nin aya ilk enişinin 25-ci ildönümündə, Mars Pathfinder kosmik gəmisi üçün, Rocky IV prototipini təqdim etdi.Mars Observer itirdikdən sonra MESUR proqramı ortadan götürüldü və Pathfinder NASA Kəşf Proqramının bir hissəsi oldu.
Nehrə
Nehrə — qatıqdan çalxalamaq yolu ilə yağ (çıxarmaq) hasil etmək üçün işlədilən qab. Nehrənin Dəri, ağac və gil növləri olmuşdur. Ağac nehrələr, əsasən, Gəncə–Qazax zonasında, gil nehrələr isə subtropik zonada yayılmışdır. Qazax şəhəri yaxınlığında (Babadərviş), Naxçıvanda (Kültəpə) və b. yerlərdə tapılmış gil nehrələr e.ə. 4–3-cü minilliklərə aid edilir. Azərbaycan məişətində XX əsrin ortalarına qədər çox geniş istifadə olunan nehrəni iki üsulla hazırlayırlar. Taxtadan hazırlamaq üçün palıd ağacından 1,5 və ya 2 metr uzunluğunda tir kəsir. Tirin içərisini nehrəgir vasitəsi ilə oymaqla düzəldirlər. Digər üsul Aran rayonlarında, əsasən meşə zəif olan yerlərdə gildən küpəyə oxşar şəkildə hazırlayırlar.
Nequr
Nequr — İranın Sistan və Bəlucistan ostanının Çabahar şəhristanının Dəştyari bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,759 nəfər və 647 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti bəluclardan ibarətdir və bəluc dilində danışırlar və hənəfidirlər. Nequr, bəluc dilində, təpəətəyi deməkdir.
Human Nature
Human Nature — Maykl Ceksonun "Thriller" albomundakı mahnılardan biri.
IAI Nesher
IAI Nesher (İv: נשר, "Quzğun") IAI tərəfindən buraxılmış Dassault Mirage V-in İsrail istehsalı bir modeli döyüş təyyarəsidir. Təyyarələrin əksəriyyəti sonradan Argentina Hava Qüvvələrinə "Daggers" adı ilə satıldı və "Fingers" adı altında modernləşdirildi.
Nemuro yarımadası
Nemuro yarımadası Hokkaydo adasının şimal-şərqində yerləşir. Sonucunda Yaponiyanın ucqar şərq nöqtəsi olan Nosappu burnu qərarlaşır. Qərbdən Nemuro-Van körfəzi ilə yuyulur. Yarımada Siretoko yarımadasından fərqli olaraq alçaq platodur. Siqnalnıy, Rifovıy və Storojovoy adalarından Sovet boğazı ilə ayrılır. Yarımadanın mərkəzində 30 000 əhalisi olan Nemuro şəhəri yerləşir. Yarımada yaxınlığında yerləşən adalarda quşlar yuva qurur. İyunda Nemuro yarımadasında Yaponiyada ən tez gün çıxır (3:30). == Flora və fauna == Yarımadada Harayçı qu quşu, Ağquyruq dəniz qartalı, Qara ağacdələn, Əkin qazı və Yapon durnasına rast gəlmək olar. Burada tülkü, maral və dələ kmi məməlilər yaşayır.
Neturey Karto
Neturey Karto arami dilində şəhərin gözətçiləri mənasını verən bir tamlama olub; sionizm əleyhdarı bir Ortodoks Yəhudi camaatıdır. Məsih gəlmədən qurulmuş olan İsrail dövlətinin etibarlı bir dövlət ola bilməyəcəyini iddia edirlər. Bu səbəblə camaatın üzvləri hər cür rəsmi yazışmalarını İsrail Dövləti ilə deyil İordaniya Krallığı ilə etməkdədir. Yəhudi soyqırımının da sionistlər tərəfindən İsrail Dövlətinin qurulması məqsədilə istifadə edildiyini iddia etməkdədirlər. Tövrata inanmaqla bərabər Sionizmə inanmırlar. Sionizmin Yəhudi dininə tərs olduğu və İsrailin bir an əvvəl Fələstini işğal etməyi buraxması lazım olduğu şəklindəki fikirlərini müqəddəs kitab Talmudda ayələrini dəlil göstərərək dəstəkləməyə çalışırlar. Qüdsdə hələ də İsraili tanımayan camaatla birgə 500 Naturey Karto ailəsi yaşayır. Təşkilatın qurucusu isə Moşe Hirsch'tir.
Neşərək Qadınəfəndi
Neşərək Qadınəfəndi (d. 1848 — ö. 11 iyun 1876) — 32. Osmanlı sultanı Əbdüləzizin üçüncü xanımı. == Həyatı == Neşərək xanım 1848-ci ildə Şimali Qafqazda — Qara dəniz sahilindəki Soçi şəhərində əslən ubix bir ailədə dünyaya gəldi. Əsl adı Nəsrin olan bu qızcığaz İsmayıl bəy Bərəkənin (d. 1812 — ö. 1876) qızı idi. Həsən bəy və Osman Paşa adlı 2 qardaşı Sultan Əbdülhəmidin ən yaxın adamları idi. Xalası isə Osmanlı paşalarından birinin xanımı idi.
Resurs millətçiliyi
Resurs millətçiliyi hökumətin və cəmiyyətin ölkə daxilində yerləşən təbii ehtiyatlara nəzarətə malik olma tendensiyasıdır. Resurs millətçiliyi transmilli korporasiyaların maraqlarına zidd ola, həmçinin ölkənin inteqrasiya meyllərinin qarşısını ala bilər.