NƏSUHİ

NƏSUH(İ)

ə. səmimi, ürəkdən, təmiz ürəklə.

NƏSUH
NƏŞAİD
OBASTAN VİKİ
Ömər Nəsuhi Bilmən
Ömər Nəsuhi Bilmən (1882, Ərzurum, Ərzurum vilayəti – 13 oktyabr 1971 və ya 11 oktyabr 1971, İstanbul) — Türkiyənin dəyanət naziri. == Həyatı == Ömər Nəsuhi Bilmən 1883-cü ildə Ərzurumun Salasor kəndində dünyaya göz açıb. Atası dövrün tanınmış alimlərindən Hacı Əhməd Əfəndi idi. Kiçik yaşlarından atasını itirən Ömər ilk təhsilini Ərzurumun Əhmədiyyə Mədrəsəsində əmisi Əbdülrəzzaq Əfəndinin dəstəyi ilə alır. Onun təhsili ilə əsasən Ərzurum müftisi Narmanlı Hüseyin Əfəndi məşğul olurdu. Bir müddət təhsili doğulduğu yerdə alan Ömər, müəllimlərinin dünyadan getməsindən sonra 1908-ci ildə İstanbula gedir. Orada bir müddət Tokatlı Şakir Əfəndinin dərslərində iştirak edir.1909-cu ildə isə ondan dərs deməklə bağlı icazə alır. 1912-ci ildə imtahanlarda uğur qazanan Ömər Nəsuhi 1913-cü ildə yüksək qiymətlərlə Qazilər məktəbini bitirir. Müxtəlif illərdə fərqli sahələrdə iş fəaliyyətinə başlayır. 1926-cı ildə İstanbul Müftiliyində fəaliyyətə başlayan Ömər, 1943-cü ildə İstanbul müftisi təyin edilir.