NƏSİRƏ

köməkçi, tərəfdar, əldən tutan.
NƏSİR
NƏSLİXAN
OBASTAN VİKİ
Nəsirəddin Tusi
Nəsirəddin Tusi (tam adı: Xacə Nəsirəddin Əbu Cəfər Məhəmməd ibn Məhəmməd ibn Həsən Tusi; 18 fevral 1201, Tus – 26 iyun 1274, Kazımiyyə[d]) — iranlı (fars) filosof, astronom, riyaziyyatçı, tarixçi, maliyyəçi, ilahiyyatçı və hüquqşünas, dövlət xadimi. Alimin yaradıcılığı ensiklopedik səciyyə daşıyır. Marağada yaşamış və fəaliyyət göstərmişdir. Türkoloq Əhməd Zəki Vəlidi Toğana görə Nəsirəddin Tusi türk və monqol dili və yazısını, monqol və şərq türklərinin adət, mədəniyyət və ənənələrini öyrənmişdir. Türk dilində əsər yazmışdır. == Həyatı == Məhəmməd ibn Həsən ət-Tusi 1201-ci il 18 fevralda (11 camadiyul əvvəl 597-ci il) Tus şəhərində anadan olmuşdur. Bəzi mənbələrdə qeyd edilir ki, onun əsli Zəncanla Həmədan arasında yerləşən Savə şəhərindəndir, Tusda doğulduğu üçün "Tusi" nisbəsi ilə tanınmışdır.İlk təhsilini atasından almış, sonra Həmədan və Tus şəhərlərində dövrünün tanınmış alimlərinin – İbn Sina və Bəhmənyar əl-Azərbaycaninin davamçılarının yanında təhsil görmüşdür. Aldığı hərtərəfli və dərin biliklər Məhəmmədi az bir vaxtda elmi mühitdə məşhurlaşdırır. Hələ gənc yaşlarından etibarən o, bir sıra hökmdarların diqqətini cəlb edir. Otuz yaşında ikən Kuhistan ismaililərinin rəhbəri Nasirəddin Möhtəşəm onu sarayına qonaq çağırır və gənc alimdən əxlaq barədə kitab yazmasını xahiş edir.
Nəsirəddin Tusi (1984)
== Məzmun == Film dahi Azərbaycan alimi Nəsirəddin Tusinin böyük elmi kəşflərindən və Marağa şəhərində rəsədxana yaratmasından bəhs edir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: İradə Vəkilova Rejissor: Tofiq Mütəllimov Operator: Ələkbər Muradov Səs operatoru: Şamil Kərimov Redaktor: Şaiq Qurbanov Elmi məsləhətçi: Fəraməz Maqsudov (akademik) Filmin direktoru: Məhyəddin Əsgərov Mətni oxuyan: Şahmar Ələkbərov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 331.
Nəsirəddin Tusi (film, 1984)