opérateur
opérer
OBASTAN VİKİ
Operation Paperclip
Kağız sancağı əməliyyatı (ing. Operation Paperclip) – ABŞ hərbi kəşfiyyat xidmətinin İkinci Dünya Müharibəsinin sonunda və müharibədən sonrada Nasist Almaniyasından əhəmiyyətli elm adamlarının Almaniyadan qaçırma əməliyyatının kod adıdır. == Ozenberq siyahısı == Nasist Almaniyasının Sovet İttifaqına hücumunu nəzərdə tutan Barbarossa Əməliyyatının uğursuzluğundan sonra Almaniyanın strateji mövqeyi, xüsusilə silah sənayesi uzunmüddətli bir müharibəyə hazır olmadığı üçün pis vəziyyətdə düçar olur. 1943-cü ilin yazından etibarən Almaniya ordudakı bütün alimləri bir yerə yığmaq və onları tədqiqat və inkişaf işlərinə yönləndirir. O vaxta qədər mexanika mühəndislərini sürücü, alimləri xidmətçi, riyaziyyatçıları yeməkxana işlərində işləyən şəxs kimi istifadə edən nasistlər bütün elm adamlarını bir yerə cəmləyirlər. Yığılan şəxslər, ilk növbədə nasistlər tərəfindən ideoloji cəhətdən etibarlı olub olmamağına görə təsnif edilirlər. Seçimi həyata keçirən Hannover Universitetinin məzunu Werner Ozenberq olduğu üçün siyahıda onun adını müvafiq olaraq Rozenberq siyahısı adlandırılır. 1945-ci ilin martında Osenberg siyahısı müttəfiqlərin əlinə keçir və ABŞ-dəki Tədqiqat və İnkişaf İnstitutunun rəhbəri mayor Robert Staver ona verilmiş siyahıda adları yer alan bütün şəxslərlə, xüsusən də raket mütəxəssisi Wernher von Braunla görüşmək və onların haqqında kəşfiyyat məlumatlarının yığılması haqqında tapşırıq verir. == Overcast kampaniyası == Əvvəlcə yalnız elm adamlarını sorğu-suala tutmaq məqsədi olan kampaniya, sonradan onları Almaniyadan evakuasiya etməklə dəyişdirilmişdir. Bir çox nasist alim Peenemündedəki Tədqiqat Mərkəzində V-2 raketi ilə əlaqədar olan işlərə cəlb edilmişdi.

Digər lüğətlərdə

брюшнотифо́зные ничто́жность огрубе́ние поднаве́сный разно́ска сопряжённо взя́точнический гидрогео́лог дары дана́йцев до́лго ли мацо́ни наклони́ться очну́ться перекра́шивание простра́нно субордина́ция crepuscle hypercharge litigious salting sandpit sea jeep semirigid stationary перевод