Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Owl City
Adam Young 5 iyul 1986-cı ildə ABŞ-də anadan olub. Musiqiçidir. İlk albomu "Ocean Eyes" (Okeanın gözləri) adlanır (2009). Digər albomları: "Maybe I'm Dreaming", "Sky Sailing", "The Midsummer Station", "All Things Bright and Beautiful", "Of June" Əsl adı:Adam Young Ləqəbi:Owl city Fireflies Good Time (Carly Rae Jepsen ilə) Vanilla Twilight Hello Seattle Shooting Star When Can I See You Again?
Owl Pharaoh
Owl Pharaoh — amerikalı repçi Trevis Skottun buraxdığı ilk miksteyp. 21 May 2013-cü ildə Grand Hustle Records və Epic Records tərəfindən pulsuz olaraq yayımlanmışdır. Miksteypdə 2 Chainz, T.I., Wale, Toro y Moi, A$AP Ferg, Theophilus London, Paul Wall, James Fauntleroy və Meek Mill-in ifaları yer alıb. 2011-ci ildə Trevis "Owl Pharaoh"-u 11 əsas, 2 əlavə mahnı ilə təqdim etdi. Bu versiyaya "Lights (Love Sick)", "Analogue" və "That B!tch Crazy" kimi mahnıları daxil etmək lazım idi. Ancaq bu, Skott-un çox məşhur reperlər və səs prodüserləri olan T.I. və Kanye Vest tərəfindən kəşf edilməsindən əvvəl idi. İkisi ilə birlikdə işlədikdən və layihəni yenidən qurduqdan sonra Skott "Owl Pharaoh"-un GOOD Music-in Cruel Summer (2012) mahnısı ilə eyni ay yayımlanacağını açıqladı. Ancaq o mahnı yayımlanmadı. Skott daha sonra yenidən layihə üzərində işlədi və 22 fevral 2013-cü ili yeni bir tarix kimi təyin etmişdir. Lakin layihə yenə də yayımlanmadı.
Eker-ool Keçil-ool
Eker-ool Keçil-ool (tuvaca: Экер-оол Түлүшевич Кечил-оол , d. 1 dekabr 1934 – 9 mart 2000) – tuvalı şair, yazıçı və tərcüməçi. == Həyatı == Keçil-ool 1934-cü ilin 1 dekabr tarixində Tuvanın Uluq-Hem bölgəsinin Ak-Hemə bağlı Ak-Kojagar kəndində anadan olmuşdur. Çaa-Höldə 7 illik orta təhsil müəssisəsini, sonra da Kızıl şəhərindəki Müəllim Məktəbini, ardıyca da, Kızıl şəhərindəki Müəllimlik İnistitutunu bitirmişdir. Süt-Höl bölgəsinin məktəblərində müəllimlik etmişdir. Tuva gəncləri mənasına gələn "Tuvanın anıyaktarı" qəzetində müxbirlik etmiş, həqiqət mənasına gələn "Şın" qəzetində ədəbi yazıları ilə məşhurlaşmışdır. İlk kitabı çiçəklərim mənasına gələn "Çeçekterim" adı ilə şerlər antologiyası 1967-ci ildə əşr edilmişdir. Bu əsər 1993-cü ildə təkrar nəşr edilmişdir. Sonrakı illərdə "Deerde pakusta" (1970), "Çarış adın munqanım" (1973), "Höglüg çay" (1975), rusca nəşr edilən "Ujar tıvızık" (1977), "Meen olçam" (1981), "Ekii, hünüm!" (1983), "Devideen ada" (1998) adlı kitabları nəşr edilmişdir. Bir çox rus müəllifin əsərlərini Tuva dilinə tərcümə etmişdir.
Eucalyptus oil
Standard Oil
Standard Oil Company, Inc. —1870-1911-ci illərdə fəaliyyət göstərmiş ABŞ mərkəzli neft hasilatı, nəqli, emalı və marketinqi şirkəti. Standard Oil fəaliyyətinin zirvəsində dünyanın ən böyük neft şirkəti idi və onun uğuru onun həmtəsisçisi və sədri Con Rokfelleri "bütün zamanların ən varlı amerikalıları" və "tarixin ən varlı insanları" sırasına daxil etmişdir. Dünyanın ilk və ən böyük transmilli korporasiyalarından biri olan şirkətin tarixi 1911-ci ildə ABŞ Ali Məhkəməsinin onun qeyri-qanuni inhisar olduğuna qərar verməsi ilə başa çatmışdır. Şirkət 1863-cü ildə Rokfeller və Henri Flaqler tərəfindən təsis edilib və 1870-ci ildə korporasiyaya çevrilib. Standard Oil neft məhsulları bazarında əvvəlcə emal sektorunda üfüqi inteqrasiya yolu ilə, daha sonra sonrakı illərdə şaquli inteqrasiya yolu ilə üstünlük təşkil etdi. Standard Oil tresti hasilat və logistikanı asanlaşdırdı, xərcləri aşağı saldı və rəqibləri üstələdi. Tənqidçilər şirkəti rəqibləri məhv etmək və digər biznesləri təhdid edən inhisar yaratmaq üçün "aqressiv" qiymətlərdən istifadə etməkdə günahlandırdılar. Rokfeller 1897-ci ildə təqaüdə çıxana qədər şirkətin sədri kimi rəhbərlik etdi. O, əsas səhmdar olaraq qaldı və 1911-ci ildə trestin 43 kiçik şirkətə dağılması ilə Rokfeller müasir tarixin ən varlı insanı oldu, çünki bu fərdi müəssisələrin ilkin gəlirləri tək bir iri şirkətin gəlirindən qat-qat böyük idi.
Arıya Aldın-ool
Arıya Aldın-ool (tıva Алдын-оол, Арыя Араптановна 29 fevral 1928, Bay-Tayqa kojuunu[d] – 18 oktyabr 2016, Kızıl) — Tıva əsilli Sovet müəllimi. SSRİ xalq müəllimi (1984). == Bioqrafiyası == Arıya Aldın-ool 29 fevral 1928-ci ildə Tuva Xalq Respublikası Bay-Tayqa kojuunun Uluq Ooruq kəndində anadan olmuşdur. Yeddi illik məktəbi bitirdikdən sonra 1945-ci ildə müəllimlik etməyə başlamışdır. 1948-1950-ci illərdə partiya işində işləmişdir. 1955-ci ildə Qızıl Müəllimlər İnstitutunu, 1967-ci ildə Kızıl Dövlət Pedaqoji İnstitutunu (qiyabi) bitirib. 1950-ci ildən Qızılda, Şuya, Qızıl-Mazxalıq, Teeli şəhərlərində ibtidai sinif müəllimi işləmişdir. 1962-ci ildən Kızıl şəhərində 2 nömrəli məktəbdə özünü müəllim-təcrübəçi və ana dilində tədris-metodik kompleksin (Üzhüglel) qurucus və birinci sinif üçün oxu dərsliyinin müəlifi olmuşdur. Ümumiləşdirilmiş təcrübə əsasında "İbtidai məktəbin birinci sinifində Tuvan dili dərslərinin inkişaf etdirilməsi toplusu", "Diktantlar toplusu (1-4kl)", "Ekspozisiya toplusu (2-4kl)", "Özümüz oxuyuruq" məcmuələri çap olunmuşdur. Onunda həmmüəllifi olduğu ibtidai məktəbin 1-ci sinifləri üçün "Uzuqlel" dərsliyini hazırlamışdır.
Konqar-ool Ondar
Konqar-ool Boris oğlu Ondar (tıva Коңгар-оол Борис оглу Ондар, rus. Конгар-оол Борисович Ондар; 29 mart 1962 – 25 iyul 2013, Kızıl) — Tuva müğənnisi, qırtlaq musiqisi (höömey) sənətinin ustası, Tıva Ali Huralının deputatı. Konqar-ool Ondar adətən ənənəvi kostyumda morin xuur milli musiqi alətində çıxış edirdi. Tuva Respublikasının milli höömey tituluna sahib idi. == Həyatı == Konqar-ool Ondar 29 mart 1962-ci ildə Tuva MSSR Dzun-Xemçik rayonunun İyme kəndində anadan olmuşdur.1992-ci ildə beynəlxalq qırtlaq musiqi müsabiqəsində qalib gəldikdən sonra Qərbdə məşhurlaşdı, 1993-cü ildə məşhur musiqiçi Frenk Zappanın təşkil etdiyi tədbirdə çıxış etdi. O vaxtdan bəri mütəmadi olaraq təkcə Tuvada deyil, Rusiyadan kənarda da konsertlər verməyə başladı. Konqar-ool Ondar bir çox illər ərzində Qərbdə ən məşhur qırtlaq müğənnilərindən biri idi. "Back Tuva Future" adlı albomu Warner Records studiyasında yazılmışdır. O, qonaq qismində Devid Letterman ilə gec şou adlı televiziya verlişində iştirak etmişdir və CNN-ə müsabiqə vermişdir. Konqar-ool Ondar Amerikalı blüz sənətçisi Pol Penin Tuvaya səyahətini təşkil etmişdir, burada o, qırtlaq sənətinə yiyələnirdi.
Marathon Oil Tower
Marathon Oil Tower — Texas ştatının Hyuston şəhərində yerləşən göydələndir. Tikintinin hündürlüyü 171 metrdir, 41 mərtəbəsi var və 1981-ci ildə tikintisi başa çatmışdı.
Nobel Oil Group
Nobel Energy (hüquqi adı Nobel Energy Management MMC, bundan əvvəl Nobel Oil Services Ltd), fəaliyyətini enerji sənayesi üzərində quran, kompleks mühəndislik, tikinti, satınalma və təchizat zəncirinin idarə edilməsi və qazma xidmətlərini göstərən çoxşaxəli şirkətlər qrupudur. Nobel Energy, müxtəlif sənayelər və çoğrafiyalarda fəaliyyət göstərən NEQSOL Holdingin bir hissəsidir. NEQSOL Holding-in fəaliyyət sahələri Böyük Britaniya, ABŞ, Cənubi Amerika, Türkiyə, Azərbaycan, Ukrayna, Gürcüstan, Qazaxıstan və BƏƏ-dəki enerji, telekommunikasiya, yüksək texnologiya və tikinti sənayelərini əhatə edir. Nobel Energy Azərbaycan əsilli iş adamı Nəsib Həsənov tərəfindən Xəzər regionunda neft-qaz sənayesinə xidmətlər təklif edən texniki xidmət təchizatçısı qismində 2005-ci ildə yaradılmışdır. Buraya quyuların əsaslı təmiri, qazma, tikinti-quraşdırma, mühəndislik-layihələndirmə və texniki xidmət, təmir və əməliyyat xidmətləri daxil idi. 2007-ci ildə Kompleks qazma və quyu idarəetmə xidmətlərini göstərmək məqsədi ilə Nobel Energy şirkətinin törəmə müəssisəsi olan Abşeron Qazma (AQŞ), SOCAR şirkəti ilə birgə “SOCAR-AQŞ” müştərək müəssisəsini yaratdı. 2012-ci ildə Nobel Energy şirkəti, Global Energy Solutions (Glensol) və Prokon şirkətlərini yaratdı. Glensol şirkətinin əsas fəaliyyət sahələri Azərbaycanda və regionda mədən əməliyyatları və avadanlıqlara texniki xidmətin göstərilməsini əhatə edir. Prokon şirkəti isə layihənin adaptasiya mərhələsindən tutmuş satınalma və tikintiyə qədər kompleks infrastruktur, sənaye zavod və qurğularının tikinti proseslərinin idarə edilməsi üzrə ixtisaslaşmışdır. 2014-cü ildə Nobel Energy şirkəti Azərbaycanda yerləşən şirkətlərini baş qərargahı Böyük Britaniyada yerləşən ana şirkət altında yerləşdirmək və özünün biznes proseslərini nizama salmaq və beynəlxalq standartlara uyğunlaşdırmaq məqsədi ilə öz korporativ strukturunu yenidən təşkil etdi.
Oleq Saqan-ool
Oleq Saqan-ool (tuvaca:Олег Карламович Саган-оол, d. 1 yanvar 1913 - 7 aprel 1971) — tuvalı şair, nasir, yazıçı və dramaturq. Tuvanın Daa bölgəsində (indiki Çöön Hemçik) Hemçik Şemi kəndində anadan olmuşdur. 1928-ci ildə monqol dilini öyrədən Ulaştır məktəbini bitirmişdir. 1930-1935-ci illərdə Ulan-Udedə Monqol Fəhlə fakültəsində təhsil almış, İrkutsk Müəllim İnistitutunu, Sİ Kommunist Partiyası Tuva Bölməsinin Ali Partiya Məktəbini bitirmişdir. Qızıl şəhərində müəllimik etmişdir. Tuva radio komitəsini yaratmış, bölgə istehsalı ilə bağlı çalışmışdır. 1946-1947-ci illərdə Tuvanın Yazıçılar Birliyinə üzv olmuşdur. Yazıçılığa 1937-ci ildə başlamışdır. 1937-ci ilin ilk şer kitabı "Bizim ana yurdumuz" nəşr edilmişdir.
Sarıq-ool Stepan
Sarıq-ool Stepan (tıva Сарыг-оол, Степан Агбаан оглу 17 noyabr 1908, Tıva – 27 may 1983, Kızıl, Tuva MSSR) — şair, nəsr yazıçısı, tərcüməçi, Tıva Muxtar Sovet Sosialist Respublikasının xalq yazıçısı, Tıva Muxtar Sovet Sosialist Respublikasının əməkdar ədəbiyyat və incəsənət xadimi, Tıva ədəbiyyatının banisi və klassiki. Sarıq-ool Stepan 17 noyabr 1908-ci ildə Kadıqbay Ovura Tannu-Tuva adlı yerdə anadan olmuşdur. Qızılda partiya işçilərinin kurslarını (1930), Moskvadakı Şərq İşçilərinin Kommunist Universitetini (1934), M. Qorki adına Ədəbiyyat İnstitutundakı Ali Ədəbiyyat Kurslarını (1957) bitirib. "Аревэ шыны" qəzetinin redaktoru, Tıva Xalq Respublikası Peşəkarları Birliyi Mərkəzi Komitəsinin sədri, teatr studiyasının direktoru (1940–1942), Tuva Xalq Respublikası Yazıçılar Birliyinin ədəbi məsləhətçisi (1942–1944), Tıva Elm, Ədəbiyyat və Tarix İnstitutunun elmi işçisi (1945–1953), Tıva Kitab Nəşriyyat Evində redaktor (1953–1955), Uluq-Xem almanacının icraçı redaktoru olmuşdur. Xalq mahnısına çevrilən "Erge-şolee biste turda" adlı ilk şeiri 1934-cü ildə işıq üzü görür. Kitablarında davamlı olaraq maraqlanan fəlsəfi və poetik düşüncə enerjisini, bəşəriyyətin taleyini əks etdirən enerjini hiss edə bilərsiniz. "Belek" hekayəsi Tıva ədəbiyyatında ilk böyük əsərdir. Hekayə janrının inkişafı bununla başlamışdır. Sarıq-ool Stepan ilk Tıva filmi olan "Mavi çayların insanlarının" ssenarisini yazmışdır. Şeiri əsasında ilk Tıva operası "Çeçen və Belekmaa" (musiqisi R. Kendenbil) yazılmışdır.
Tuluş Keçil-ool
Tuluş Keçil-ool (tıva Кечил-оол, Түлүш Балдаң оглу 23 iyun 1914, Belotsarsk – 10 iyun 1945) — II Dünya Müharibəsi iştirakçısı, Tuva Respublikasının 4-cü dərəcəli könüllü süvari alayı, 1-ci Ukrayna Cəbhəsinin 13-cü ordusunun 6-cı qvardiya süvari diviiziyasının, 8-ci qvardiya süvari alayının 31-ci qvardiya süvari eskadronunun komandiri, Sovet İttifaqı Qəhrəmanı, qvardiyası mayoru. 1914-cü ildə Belotsarskda (indiki Qızıl şəhəri) kəndli ailəsində anadan olub. Əslən tıvalıdır. Orta təhsilli olmuşdur. 1944-cü ildən Qırmızı Orduda xidmət keçmişdir. 1944-cü ilin yanvar ayından orduya cəlb olunmuşdur. Fevral ayında Tıva Respublikası 4-cü dərəcəli Könüllü süvari alayı, 31-ci qvardiya kavalerləri taborunun (8-ci Mühafizə Süvari Dairəsi, 6-cı Mühafizə Süvari Korpusu, 13-cü Ordu, 1-ci Ukrayna Cəbhəsi) komandiriolmuşdur. 1944-cü ildə Ukraynanın Rivne bölgəsindəki Dubno şəhəri uğrunda gedən döyüşlərdə, üstün düşmən qüvvələri tərəfindən şiddətli əks hücumları dəf edərək, ona həvalə edilən eskadronu irəli atmış və atdı və 8-ci qvardiya süvari diviziyasının cəbhəsini örtdü. gözətçi süvari alayıildə, Ukraynanın Rivne bölgəsindəki Dubno şəhəri uğrunda gedən döyüşlərdə, üstün düşmən qüvvələri tərəfindən şiddətli əks hücumları dəf edərək, ona həvalə edilən eskadronu irəli atmış, düşməni geri otuzdurmuş və 8-ci qvardiya süvari diviziyasının irəliləyişini təmin etmişdir. 2 fevral 1944-cü ildə eskadronun başında olanlardan biri kimi kapitan Tuluş Keçil-ool Rivne şəhərinə girərək düşmənin çox sayda canlı qüvvəsini və hərbi texnikasını məhv etmişdir.
Vladimir Seren-ool
Vladimir Seren-ool (tıva Владимир Седипович Серен-оол, 14 mart 1942 – 1994) — tuvalı məşhur roman yazıçısı. Vladimir Seren-ool 14 mart 1942-ci ildə Tuvanın Uluiq-Hem bölgəsinin Övür-Torqalıq məntəqəsində anadan olmuşdur Torqalıqda 8 illik təhsil görmüş, daha sonra təhsilini Handagaytın orta məktəbində davam etdirmişdir. Ali təhsilini Leninqradda almışdır. Burada Dövlət Teatr, Musiqi və Kinomatoqrafiya İnistitutunu və Maksim Qorki adına Ədəbiyyat İnistitutunu bitirmişdir. Tuvada nəşr edilən tuva türkcəsində qəzet olan "Tıvanın anıyaktarı" qəzetinin redaktorluğunu etmiş, siyasi qəzet olan "Şın" qəzetinin müxbirliyini etmiş, Tuva Sənət-teatr Mərkəzinin işçisi olmuşdur. 1975-ci ildən bəri teatrda ədəbi sahədəki fəaliyyətini davam etdirmişdir. 1960-cı ildən etibarən ədəbiyyatla maraqlanmağa başlamışdır. "Sıgıt" adlı kitabı 1973-cü ildə nəşr edilmiş, sonra "Solanqı" (1977), "Heelig ister" (1989), "Kan-Kıs" (1991), "Beldir" (1993) adlı kitabları yayımlanmışdır. "Sööskenner çeçektelib turda" adında pyes əsəri 1995-ci ildə onun ölümündən sonra nəşr edilmişdir. Marşak, Moqilevskaya, Moler, Tikomanu, Hacıbekov kimi müəlliflərin nəsr və pyes əsərlərini tuvacaya tərcümə etmişdir.
Çurquy-ool Xomuşku
Çurquy-ool Xomuşku (tıva Хомушку, Чүргүй-оол Намгай-оглу 10 may 1918, Hondelen[d], Hemçik kojuunu[d] – 10 iyul 1978, Bert-Dağ[d], Tuva MSSR) — Tıva və sovet zabiti, tankçı, Böyük Vətən Müharibəsinin iştirakçısı, Sovet İttifaqı Qəhrəmanı. Çurquy-ool Xomuşku 10 may 1918-ci ildə Hondelen kəndində anadan olmuşdur. 20 may 1943-cü ildə Tuva Xalq Respublikasının ilk könüllülər qrupu olaraq Çurquy-ool Xomuşk cəbhəyə yollanır. Bir müddət Tıva könüllüləri Qorki şəhərində hərbi təlim keçir. 1944-cü ilin fevral ayında Tıva könüllüləri 25-ci ayrı tank alayına qoşulur. 25 fevral 1944-cü ildə Çurquy-ool Xomuşkunun xidmət etdiyi alay 2-ci Ukrayna Cəbhəsinin 52-ci Ordusuna daxil olur. 1944-cü ilin martında alay Buq-Dnestrə hücum əməliyyatında iştirak edir. 5 mart 1944-cü ildə Rızanovka və Kobılyaki (Kiyev, indi Çerkası vilayət) kəndləri yaxınlığında düşmənin müdafiəsi sıçrayışı zamanı Çurquy-ool Xomuşkunun sürdüyü tank ən yüksək sürətlə düşmən mövqeyinə atılır. Tank atəş nöqtələrini və düşmənin çanlı qüvvəsini məhv edir. İki saat ərzində Xomuşku və qrupu 35 düşmən əsgərini, üç tank əleyhinə silahı, yeddi pulemyot və iki minaatan qurğunu məhv edir.
Çırqal-ool Aleksey
Çırqal-ool Aleksey (tıva Чыргал-оол, Алексей Боктаевич 24 aprel 1924 – 10 mart 1989, Kızıl, Tuva MSSR) — Tıva, sovet bəstəkarı, aktyor, dirijor, müəllim və ictimai xadim. SSRİ xalq artisti (1984). Onu ilk professional Tıva bəstəkarı adlandırırlar. Çırqal-ool Tuva Xalq Respublikasının ən qərb və ən ucqar Daa-xoşun (rayon) bölgəsində, Qərbi Sayan və Tannu-Ola silsiləsinin qarşılaşdığı kiçik Şuy kəndində (indiki Tıva Respublikasının Bay-Tayqa kojuununda) bir çoban ailəsində anadan olmuşdur. Erkən uşaqlıqdan xalq çalğı alətləri çalmağı öyrənir və boğaz ifaçılığına yiyələnir. İbtidai təhsilini Qızıl-Majalıq orta məktəbində almışdır. Daha sonra Qızıl təlim kompleksində oxuyur. 1944-cü ildə məşhur şair Sarıq-ool Stepanın "Zərif külək" sözlərinə mahnı yazır. Eyni zamanda populyarlaşan və müəllifə şöhrət gətirən bir sıra digər mahnılarında müəllifidir. 1945-ci ildə Qızılda Musiqi və Dram Teatrı (aktyor şöbəsi) studiyasını bitirir.
Ölçey-ool Monquş
Ölçey-ool Kunqaa oğlu Monquş (d. 22 dekabr 1934 – 31 mart 1996) – Tuvanın Uluğ Nehir bölgəsindəki Ak-Hem qəsəbəsində anadan olan tuvalı şair və yazıçı. 1934-cü ilin 22 dekabrıda Tuvanın Uluğ Nehir adlı bölgəsinin Ak-Hem kəndində anadan olmuşdur. İbtidai təhsil alarkən qəza nəticəsində şikəst qalmış və təhsilini evdə özbaşına davam etdirmişdir. “Ulug-Hemnin çalqıqları” (Yeniseyin dalğaları) adlı dərnəyin həm yaradıcısı, həm də rəhbəri olmuşdur. SSRİ Yazıçılar Birliyinin üzvü olan Monquş Tuva türkcəsində adlandırdığı “Şılqaranqay küş-ajıl deeş” medalının da sahibidir. İlk şerlərini 1950-ci illərin əvvəllərində “Sıldısçıqaş” qəzetində nəşr etdirmişdir. “Çaa-Höldün aydınında” (1966), “Şiirler” (1971), “Hööreerin çuqaaları” (1971), “Kokpalar” (1975), “Süzüglelim” (1979), “Nazın” (1981), “Demisel” (1987), “Tanışpazım çeenner” (1993), “Tıva kiji” (1995), “Setkilimnin höönneri” (1996) adlı şerlər və nəsr antologiyasının yazçısıdır. O, həmçinin tərcüməçiliklə də mşğul olmuş və Yeseninin, Prokopyevin, Telpuqovun əsərlərini Tuva dilinə tərcümə etmişdir.
Əjdər Ol
Əjdər Ol (tam adı: Cəbiyev Əjdər Feyzulla oğlu) — azərbaycanlı şair, publisist, tərcüməçi, 1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Əjdər Ol — Cəbiyev Əjdər Feyzulla oğlu 1958-ci il avqustun 17-də Azərbaycanın Qazıməmməd (indiki Hacıqabul) şəhərində anadan olmuşdur. Orta məktəbi Hacıqabulda bitirdikdən sonra Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsilini davam etdirmişdir (1975—1979). 1994—1999-cu illərdə Moskva Dövlət Sosial Universitetində "Hüquqşünaslıq" ixtisası üzrə təhsil almışdır. Əmək fəaliyyətinə müəllimliklə başlamışdır. Sonra "İşıq" nəşriyyatında kiçik redaktor (1986—1988), Yazıçıların yaradıcılıq evində direktor müavini (1988—1990), Bədii Ədəbiyyatı Təbliğ bürosunda direktor müavini (1990—1992), Azərbaycan Respublikasının Prezidenti Aparatında Milli məsələlər üzrə məsləhətçi (1992-1994), "Şur" nəşriyyatında baş redaktor (1994), Azərbaycan Respublikasının Maliyyə Nazirliyində protokol və mətbuat xidməti bölməsinin rəisi (1994-2002), Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunda Kadr və Hüquq Departamentinin direktoru (2002—2004), Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunda Aparatın rəhbəri (2004—2013) vəzifələrində çalışmışdır. 2013-cü ildən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəridir. 8 fevral 2021-ci il tarixdə korrupsiya hüquqpozmaları ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilmişdir. Bədii yaradıcılığa keçən əsrin 80-ci illərindən başlamışdır. "Dünənim də belə keçdi", "Necə sevməyəsən?!" adlı ilk şeirləri "Azərbaycan" jurnalında (1981, N 9) dərc ediləndən sonra almanax, jurnal və qəzetlərdə müxtəlif ədəbi janrlarda yazdığı əsərləri ilə müntəzəm çıxış edir.
Howl's Moving Castle
Haulun yeriyən qəsri (ハウルの動く城 Hauru no uqoku şiro) - Studio Ghibli tərəfindən 2004 ildə çəkilən tammetrajlı animasiya filmi. İngilis yazıçısı Diana Uinn Consun eyniadlı əsəri əsasındə yaradılıb. Filmin rejissoru Hayao Miyazakidir. 2006 ilin Oskar mükafatına ən yaxşı tammetrajlı cizgi filminə görə nominasiya olmuşdur, lakin mükafatı “Volles və Qromit” cizgi filmi əldə etdi. Miyazakinin dediyinə görə qəsrin obrazı rus nağıllarından götürülüb. == Məzmun == Paralel dünya, Avropanın XIX əsri. Sadə papaqçı Sofinin həyatı sirli sehrbaz Haulun yeriyən qəsrini gördükdən sonra tamamilə dəyişir. O, Sofini ona sataşan iki hərbçidən xilas edir və Sofi ona vurulur. Lakin bu ona baha başa gəlir – qısqanc cadu Sofinin cavanlığını və gözəlliyini əlindən alır. Sofi doğma evini tərk etməli və cadunu pozmaq üçün yola düşməli olur.
Viktor Şagjapoviç Kök-ool
Viktor Şagjapoviç Kök-ool (tuvaca: Көк-оол, Виктор Шогжапович, 1 mart 1906, Torqalıq[d] – 20 fevral 1980, Kızıl, Tuva MSSR) – tuvalılar arasında məşhur olan dramaturq, rejissor, Tuva ədəbiyyatının öndə gedən yazıçılarından biri. Rusiya Sovet Sosialist Federasiyasının məşhur sənətkalarından biri olmuşdur. Viktor Kök-ool 1 mart 1906-cı ildə Övür bölgəsinin Torqalıq adlı məntəqəsində anadan olmuşdur. Yazını özü öyrənmiş, daha sonra Moskvada Şərq Millətləri Kommunistlik Universitetində, A. Lunaçarski Dövlət Teatr Sənət İnistitutunu bitirmişdir. 1925-ci ildən sonra Milli Təhsil və Mədəniyyət, 1938-ci ildən sonra Tuva Sənət Teatr Studiosunun rəhbərliyini etmiş, müdir, rejissor və sənətçi olaraq işləmişdir. Ədəbi fəaliyyətə 1934-cü ildə başlamışdır. "Çurttu utpaalınar", "Çalış-Haya" adlı ilk pyesləri 1935-ci ildə səhnəyə qoyulmuşdur. 1936-cı ildə "Haylraan bot", "Manı-Kara" adı pyeslərini yazmışdır. "Sambajık" teatr əsərini 1942–1943-cü illərdə yazmışdır. Bir çox mahnının bəstələrini etmişdir.
Şullu Çırqal-ool Sat
Şullu Çırqal-ool Sat (tuvaca: Шулуу Чыргал-оол Сат, 15 sentyabr 1926, Uluğhem[d] – 18 may 1992) – Tuvanın Uluğhem kojuununa bağlı Çaa-Höl beldesinin Kaşpal kəndində anadan olan tuvalı elm xadimi, ilk tuvalı professor, filoloq və yazıçı. Tuva Dövlət Universitetinin Tuva dili və ədəbiyyatı fakültəsinin qurucusu və ilk dekanıdır. 15 sentyabr 1926-cı ildə Tuvanın Uluğhem kojuununa bağlı Çaa-öl beldesinin Kaşpal kəndində anadan olmuşdur. Uşaqlığı Ürbün, Kaşöal, Doozunnug, Adannıg-Art, Çinge deyilən yerlərdə keçmişdir. Çaa-Hölün yay məktəbində təhsil almağa başlamışdır. Çaa-Höl məktəbindən sonra Şagaan-Arlq məktəbinı keçmişdir. 1947-ci ildə Qızıl şəhərindəki Lenin adına məktəbi bitirmişdir. Satın təhsil həyatı Leninqrad Dövlət Universiteti Şərqşünaslıq fakültəsində davam etmişdir. Universiteti bitirdikdən sonra Kaa-Hem kojuunun Sarıg-Sep orta məktəbində Tuva dili və vətən ədəbiyyatı müəllimi təyin edilmişdir. Bundan sonra elmi fəaliyyətini Tuva dili və ədəbiyyatı tarixi üzrə cəmləmişdir.
In Our Own Sweet Time
In Our Own Sweet Time — Avstraliya müğənnisi Vens Coyun üçüncü studiya albomu. 10 iyun 2022-ci ildə Liberation Music tərəfindən buraxılıb.
Həbl-ol-mətin
Həbl-ül-mətin və ya Həblülmətin (fars. حبل المتین‎ — "möhkəm kəndir") — ictimai-siyasi həftəlik İran qəzeti. Şah rejiminə qarşı İran inqilabı və ya Məşrutə hərəkatından (1905–1911) əvvəl və sonra Kəlkətə və Tehranda dərc olunmuşdur. == Haqqında == XIX əsrin sonu – XX əsrin əvvəllərində Kəlküttədə (Hindistan) fars dilində İran mühacirləri tərəfindən nəşr edilmişdir. Qəzetin redaktoru Seyid Cəlaləddin Kaşani idi. Qəzetin nəşri 1907 ildən Seyid Həsən Kaşani (Seyid Cəlaləddin Kaşaninin qardaşı) redaktorluğu ilə Tehranda davam etdirilmişdir. "Həbl-ül-mətin" XIX əsrin 90-cı illərində Qafqaz müsəlmanları, o cümlədən Naxçıvan ziyalıları arasında geniş yayılmışdır. Qəzet adının mənası "möhkəm kəndir" deməkdir. Bu qəzet digər beş — "Nidayi-vətən", "Sübhi-sadiq", "Məclis", "Müsavat", "Suri-İsrafil" — qəzetlə birlikdə xalqın azadlıq düşüncələrinin oyanışında və Konstitusiya tələbi ideyalarının yayılmasında böyük rol oynamışlar.
Ol-e-Renod
Ol-e-Renod (fr. Ols-et-Rinhodes, oks. Òls) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Vilnö kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12175. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 150 km şimal-şərqdə, Rodezdən isə 29 km qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 254 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 78 nəfərin (15–64 yaş arasında) 65-i iqtisadi cəhətdən fəal, 13-ü fəaliyyətsizdir (fəaliyyət göstərici — 83,3%, 1999-cu ildə 66,3%).
Adam ol! 3
Adam ol! 3 — film rejissor Vaqif Şərifov tərəfindən 2007-ci ildə çəkilmişdir. Film Lider televiziyasında istehsal edilmişdir. Zeynal (Sərxan Kərəmoğlu) varlı hesab etdiyi bir qadınla — Naibə (Naibə Allahverdiyeva) ilə evlənir. Lakin hər şey onun fikirləşdiyi kimi olmur və Zeynalın başına olmazın əhvalatlar gəlir. Filmdə əsas rolları Sərxan Kərəmoğlu, Naibə Allahverdiyeva, Gülnar Salmanova, Yaşar Nuri, Arif Quliyev, Səyavuş Aslan və Firəngiz Mütəllimova ifa edirlər. == Məzmun == Zeynal (Sərxan Kərəmoğlu) varlı hesab etdiyi bir qadınla — Naibə (Naibə Allahverdiyeva) ilə evlənir. Lakin hər şey onun fikirləşdiyi kimi olmur və Zeynalın başına olmazın əhvalatlar gəlir.
Tac-ol-Mülük
Tacülmüluk (və ya Nimtac Ayrımlı , fars. تاج‌الملوک‎; 17 mart 1896, Bakı – 10 mart 1982, Akapulko, Qerrero[d]) — mayor Teymur xan Ayrımlının qızı, Rza şah Pəhləvinin ikinci həyat yoldaşı və İranın şah xanımı və Məhəmməd Rza Pəhləvinin anası. Etnik azərbaycanlıdır. Əsl adı Nimtac Xanım olan Tacülmüluk əslən bakılı olub, 17 mart 1896-cı ildə anadan olmuşdur. Atası Teymur xan Ayrımlı Rusiya İmperiyası ordusunun polkovniki kimi İran Qacar İmperiyasında yerləşmiş rus ordusunda xidmət etmişdir. Tacülmüluk öz xatirələrində yazır ki, atası Bakıda ordu komandirinin müavini, Lənkəranda zastava rəisi olmuş, daha sonra briqada generalı kimi xidmət etmişdir. Qardaşı Nəriman və əmiləri 1900–1918-ci illərdə əvvəlcə ermənilər və azərbaycanlılar arasında, daha sonra isə bolşeviklərin Zaqafqaziyada iqtidara gəlməsi ilə yaşanan qarışıqlıqda itkin düşüblər. Bu səbəbdən də naməlum tarixdə Teymur xan öz ailəsini Bakıdan İrana gətirmiş, bolşevik hakimiyyətinin Zaqafqaziyada qurulmasından sonra isə bir daha geri qayıtmamışdılar. Teymur xan Bakıda qızının gələcək həyat yoldaşı və İran şahı Rza Savadkuhi ilə tanış olur və sonralar ikisi birliktə İrana yola düşür. Baş verən bu yaxınlaşmadan sonra Nimtac xanım Rza Savadkuhi ilə nişanlanır.
Harli Örl
Harli C.Örl (22 noyabr 1893[…], Hollivud, Kaliforniya – 10 aprel 1969[…]) — amerikalı avtomobil dizayneri və iş icraçısı idi.General Motors’un ilkin təyin edilmiş dizayn rəhbəri idi daha sonradan vitse-prezident və Amerika tarixində ən böyük korporasiyanın dizaynında təyin edilmiş ilk baş icraçı olmuşdur.Sənaye dizaynı və müasir nəqliyyat dizaynının öncülü idi. == Həyatı == Harley Earl Hollivud, Kaliforniyada anadan olub. Atası 1908-ci ildə Earl Automobile şirkətini quraraq, atlı nəqliyyat vasitələrindən xüsusi vasitələrə və avtomobillər üçün xüsusi hissələri və aksesuarlarına dəyişdirdi Earl Stanford Universitetində təhsil almağa başladı, ancaq atası ilə birlikdə çalışmaq və Earl Automotive Works'də təcrübə yığmaq üçün vaxtından əvvəl ayrıldı.
Örl Litzenberger
Örl (Li) Litzenberger (ing. Earle D. Litzenberger) — ABŞ-nin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (12 mart 2019-cu ildən) Səfir Litzenberger Midlberri Kollecinini Bakalavr dərəcəsilə bitirmiş və ABŞ-nin Hərbi Kollecinin Strateji Araşdırmalar Bölümündə Magistr dərəcəsini başa vurmuşdur. Səfir Litzenberger Dövlət Departamentinin Siyasi və Hərbi Məsələlər Bürosunda Baş Məsləhətçi və Yüksək Səviyyəli Büro Rəsmisi qismində çalışmışdır. O, həm də Brüsseldə ABŞ-nin NATO-dakı Missiyasının Rəhbər Müavini (2014–2017), ABŞ-nin Belqradda (2010–2013) və Bişkekdə (2006–2009) yerləşən səfirliklərində Səfir Müavini kimi çalışmışdır. O, 2013–2014-cü illərdə Əfqanıstanın paytaxtı Kabulda NATO-nun Ali Mülki Nümayəndəsinin Müavini kimi çalışmışdır. Litzenberger fransız, rus, serb və bolqar dillərini bilir. Evlidir, iki uşağı var.
Örl Litzenberqer
Örl (Li) Litzenberger (ing. Earle D. Litzenberger) — ABŞ-nin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (12 mart 2019-cu ildən) Səfir Litzenberger Midlberri Kollecinini Bakalavr dərəcəsilə bitirmiş və ABŞ-nin Hərbi Kollecinin Strateji Araşdırmalar Bölümündə Magistr dərəcəsini başa vurmuşdur. Səfir Litzenberger Dövlət Departamentinin Siyasi və Hərbi Məsələlər Bürosunda Baş Məsləhətçi və Yüksək Səviyyəli Büro Rəsmisi qismində çalışmışdır. O, həm də Brüsseldə ABŞ-nin NATO-dakı Missiyasının Rəhbər Müavini (2014–2017), ABŞ-nin Belqradda (2010–2013) və Bişkekdə (2006–2009) yerləşən səfirliklərində Səfir Müavini kimi çalışmışdır. O, 2013–2014-cü illərdə Əfqanıstanın paytaxtı Kabulda NATO-nun Ali Mülki Nümayəndəsinin Müavini kimi çalışmışdır. Litzenberger fransız, rus, serb və bolqar dillərini bilir. Evlidir, iki uşağı var.
Bül-Bül
Bülbül (tam adı: Murtuza Məşədi Rza oğlu Məmmədov; 22 iyun 1897, Şuşa – 26 sentyabr 1961, Bakı) — Azərbaycan opera müğənnisi (lirik-dramatik tenor), təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, Azərbaycan peşəkar vokal sənətinin banisi, professor (1940), SSRİ xalq artisti, "Stalin" mükafatı laureatı. == Həyatı == Bülbül 22 iyun 1897-ci ildə Şuşa yaxınlığında, hazırda Xankəndinin cənub ərazisi olan Xanbağı adlanan yerdə anadan olmuşdur. 1907-ci ildə Bülbül Şuşa mollaxanasında musiqi təhsili almağa başlamışdı. 1909-cu ildə Bülbül Gəncəyə köçür. Burada gənc xanəndənin şöhrəti başlayır. 1911-ci ildə onu Tiflisə, ictimai yığıncaqlar keçirilən yay binasında çıxışa dəvət edirlər. Burada o, məşhur gürcü müğənnisi ilə tanış olur. Səhnə fəaliyyətinə 1916-cı ildən başlamışdır. 1920-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının (o zamanlar Birləşmiş Dövlət Teatrı opera truppası) solisti olmuşdur. Fəaliyyətinin ilk illərində Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" (İbn Salam), "Əsli və Kərəm" (Kərəm), Z. Hacıbəyovun "Aşıq Qərib" (Qərib) operasında oynamışdır.