Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sen-Pale (Alye)
Sen-Pale (fr. Saint-Palais) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Yuryel kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03249. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 191 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 104 yaşda (15–64 yaş arasında) 62 nəfər iqtisadi fəal, 42 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici — 59,6%, 1999-cu ildə 59,8%). Fəal olan 62 nəfərdən 55 nəfəri (28 kişi və 27 qadın), 7 nəfəri işsizdir (4 kişi və 3 qadın). Fəal olmayan 42 nəfər arasında 10 nəfər şagird və ya tələbə, 18 nəfər təqaüdçü, 14 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
The Pale Emperor
The Pale Emperor — Marilyn Mansonın onuncu studiya albomu.
Pale (Bosniya və Herseqovina)
Pale (bosn. Pale, serb. Пале / Pale, xorv. Pale) — Bosniya və Herseqovinanın paytaxtı Sarayevodan 10 km cənub-şərqdə yerləşir. Serb Respublikasına daxil olan Pale icmasının mərkəzidir. Şəhərdə dağ-kurortu fəaliyyət göstərir. == Tarixi == Bosniya müharibəsi illərində şəhər Serb Respublikasının paytaxtı olaraq bilinirdi. Serb Respublikasının konstitusiyasına görə, Sarayevo bu respublikanın paytaxtıdır. Deyton sazişinə görə Bosniya və Herseqovina Federasiyasının tərkibinə daxildir. Hal-hazırda paytaxt əslində Banya Luka şəhərinə köçürülür.
Pale-Ruayal — Myüze-dyü-Luvr
Pale-Ruayal — Myüze-dyü-Luvr (fr. Palais Royal - Musée du Louvre) — Paris metrosunun 1-ci və 7-ci xəttlərinin I hissəsində yerləşən Ara dayanacaq. Köhnə kral sarayından və Louvre girişinin yaxınlığında yerləşən mövqedən adlandırıldı. == Tarixi == Ara dayanacağın mərkəzinin tarixindəki ilk 1 nömrəli salon idi: 19 iyul 1900-də Paris Metrosunun ilk səkkiz stansiyası arasında baş verib. 1 iyul 1916-cı ildə 7 nömrəli zona açılıb, bunun nəticəsində ara dayanacaq mərkəzi yaradıldı. 1967-ci ildə köhnə adı Palais Royal ilə stansiyaya giriş. Müəllif fotoşəkili - Paolo Monti 1989-cu ilə qədər stansiya Palais-Royal adlandırıldı. Renovinq Luvra daxil olmaq üçün yeni bir yeraltı lobbisinin açıldı və qonşu stansiya isə Luvr-Rivoli adlandırıldı. 1-ci sinif salonu 2009-cu il 7-8-də avtomatlaşdırma işləri üçün bağlanıb.. RATP-nin məlumatına görə 2011-ci ildə girişdə olan stansiyadakı sərnişin trafiki 9559535 nəfər təşkil edib .
Aglaia palembanica
Aglaia palembanica (lat. Aglaia palembanica) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin meliekimilər fəsiləsinin aqlaiya cinsinə aid bitki növü.
Alt Paleolit
Alt paleolit — ilk insan tipinin (bacarıqlı insanın) yaranmasından başlayaraq 100 min il bundan əvvələ qədər davam etmişdir. Bəşər tarixinin ilkin inkişaf mərhələsi ibtidai icma quruluşu adlanır və şərti olaraq daş, tunc və dəmir dövrlərinə bölünür. Daş dövrü Paleolit (qədim daş), Mezolit (orta daş), Neolit (yeni daş) və Eneolit (mis–daş) dövrlərinə bölünür. İbtidai insanlar kiçik qruplar, dəstələr halında yaşayırdılar. Belə kiçik kollektivlər ibtidai insan "sürüsü" və ya ulu icma adlanır. Ulu icma kortəbii şəklində, təbiət hadisələri qarşısında aciz qalmamaq məcburiyyətindən yaranmışdır. Belə kollektivlər daimi deyildi. Onlar tez-tez dağılır, sonra yeniləri yaranırdı. Ulu icma ibtidai icma quruluşunun ilk pilləsində meydana gəlmiş və qəbilə icması formalaşanadək davam etmişdir.Bu dövr insanlarının həyat tərzi Qarabağın Quruçay vadisində, Füzuli şəhəri yaxınlığında yerləşən Azıx mağarasında öyrənilmişdir. Ona görə də burada formalaşan mədəniyyət Quruçay mədəniyyəti adlanır.
Altamira Mağarası və Şimali İspaniyadakı Paleolit Mağara Sənəti
Altamira Mağarası və Şimali İspaniyadakı Paleolit Mağara Sənəti, İspaniyanın şimal bölgələrinin fərqli hissələrində yerləşən eramızdan əvvəl 35.000 ilə eramızdan əvvəl 11.000 il əvvəlki tarixi dövrləri əhatə edən və Avropadakı Paleolit dövrünün mağara sənətinin liderləri arasında təmsil olunan Altamira mağarası başda olmaqla, ümumi olaraq 18 mağaradan ibarət topluluqdur. Mağaralar, kütləvi bir şəkildə bir Dünya Mirası olaraq müəyyənləşdirilmişdir.Bu abidə 1985-ci ildə ümumidünya irs siyahısına daxil edilmişdir. 1876-ci ildə İspaniyanın Santander əyalətində həvəskar arxeoloq olan Marselino Sautuola və onun qızı Altamira mağarasının qaranlıqlarında polixrom təsvirlər aşkar ediblər. Altamiranın zalları 280 metrə qədər uzanır. Mağaranı üç hissəyə ayırmaq olar. Birinci hissə Böyük plafon adlanır. Üst paleolitin ən məşhur incəsənət əsəri hesab olunur. Buradakı təsvirlər yalnız oxradan və kömürdən istifadə ilə təsvir edilməsinə baxmayaraq qədim rəssamın ustalıqı sayəsində polixrom təəsüratı yaradır. Mərkəzi hissədə çoxsayda öküz, bizon, at təsvirləri diqqəti cəlb edir. Düzbucaqlı nişanlara, müxtəlif xətlərə rast gəlinir.
Altamira Mağarası Şimali İspaniyadakı Paleolit Mağara Sənəti
Saab 105 — Saab şirkəti tərəfindən hazırlanmış İsveç istehsalı olan reaktiv təlim təyyarəsidir. Təyyarə İsveç Hərbi Hava Qüvvələrində Sk 60 və Avstriya Hərbi Hava Qüvvələrində Saab 105Ö adı altında xidmətə qəbul edilmişdir.
Anna Paleoloq
Anna Paleoloq (yun. Ἅννα Παλαιολογίνα; XIV əsr – 1355) — II İohann Orsininin arvadı və oğlu II Nikifor Orsininin anası kimi Epir Despotluğunun kraliçası (basilevs). Daha sonra Valona Lordu İvan Komnin Asen ilə evləndi. == Həyatı == O, Bizans aristokratı, protovestiar Andronik Angel Paleoloqun qızı, Epir hökmdarı II Mixail Komnin Dukanın və Bizans İmperatoru VIII Mixail Paleoloqun nəvəsi idi. O, təxminən 1323-cü ildə Epir despotu II İohann Orsini ilə evləndi. Cütlüyün II Nikifor Orsini adlı bir oğlu və Tomais Orsini adlı bir qızı var idi. O, 1337-ci ildə ərini zəhərlədi və yetkinlik yaşına çatmayan oğlunun padşahlığını öz üzərinə götürdü, Epir 1338-ci ildə bizanslılar tərəfindən işğal olunaraq ilhaq edildi. Anna 1341-ci ildə oradan qaçaraq Selanikə əsir olaraq aparıldı. Epirotun paytaxtı Artaya çatdı, lakin yerli Bizans qubernatoru İohann Angel onu ev dustağı etdi. Təxminən 1347-ci ildə Stefan Duşan tərəfindən Epir serblər tərəfindən fəth edildikdə, Anna azad edildi.
Anthurium palenquense
Anthurium palenquense (lat. Anthurium palenquense) — bitkilər aləminin baqəvərçiçəklilər dəstəsinin aroidkimilər fəsiləsinin anturium cinsinə aid bitki növü.
Aydın Məmmədov (paleontoloq)
Aydın Balaca oğlu Məmmədov (1934, Sərdarlı, Qaryagin rayonu – 2020, Bakı) — Azərbaycan alimi, geologiya-mineralogiya üzrə elmlər doktoru, Azərbaycan Paleontologiya Cəmiyyətinin prezidenti, paleontoloq. == Həyatı == 1934-cü ildə Füzuli rayonunun Sərdarlı kəndində anadan olmuşdur. Azərbaycan Sənaye İnstitutunu bitirmişdir. 1958–1961-ci illərdə Azərbaycan Sənayə İnstitutunda aspirantura təhsili almışdır. 1962-ci ildə namizədlik dissertasiyasıçı müdafiə etmişdir. 1968-ci ildən Azərbaycan Geologiya İnstitutunda işləyirdi. 1992-ci ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. 2004–2010-cu illərdə Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunda baş elmi işçi vəzifəsində işləmişdir. 2020-ci ildə Bakıda həyatını itirmişdir.
Bidens paleacea
Bidens leucanthema (lat. Bidens leucanthema) — mürəkkəbçiçəklilər fəsiləsinin üçbarmaq cinsinə aid biki növü. == Sinonim == Bidens abadiae DC. Bidens abadiae var. abadiae abadiae Bidens abadiae var. pilosoides Sherff Bidens adhaerescens Vell. Bidens africana Klatt Bidens alausensis Kunth Bidens alba (L.) DC. Bidens alba var. radiata (Sch.Bip.) Ballard ex Melchert Bidens arenaria Gand. Bidens arenicola Gand. [Invalid] Bidens aurantiaca Colenso Bidens barrancae M.E.Jones Bidens bimucronata Turcz. Bidens bonplandii Sch.Bip.
Bulbophyllum paleaceum
Sunipia cirrhata (lat. Sunipia cirrhata) — səhləbkimilər fəsiləsinin sunipia cinsinə aid bitki növü. == Arealı == Sunipia cirrhata növü Nepaldan Çinə qədər yayılmışdır. == Sinonim == Bulbophyllum cirrhatum (Lindl.) Hook.f. Bulbophyllum mishmeense Hook.f. Bulbophyllum paleaceum (Lindl.) Benth. & Hook.f. Ione cirrhata Lindl. Ione fuscopurpurea Lindl. Ione paleacea Lindl.
Bulbophyllum paleiferum
Bulbophyllum paleiferum (lat. Bulbophyllum paleiferum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Carex paleacea
Carex paleacea (lat. Carex paleacea) — cilkimilər fəsiləsinin cil cinsinə aid bitki növü.
Covanni Palestrina
Covanni Pyerluici da Palestrina (it. Giovanni Pierluigi da Palestrina; ən tezi 3 fevral 1525 və ən geci 2 fevral 1526 – 2 fevral 1594[…], Roma, Papa dövləti[…]) — İntibah dövrünün ən böyük polifonistlərindən biri olan italyan bəstəkarı. Roma musiqi məktəbinin ən məşhur nümayəndəsi.
Edvard Qraham Paley
Edvard Qraham Peyli (3 sentyabr 1823 – 23 yanvar 1895, Lankaster[d], Lankaşir) — ingilis memar. Əsasən işlərini XIX əsrin 2-ci yarısında Lankaşirdə həyata keçirmişdir. 1838-ci ildə məktəbi tərk edəndən sonra Lançestrə getmiş, Edmund Şarpın tələbəsi olmuş və 1845-ci ildə Şarpa partneri olaraq qoşulmuşdur. 1851-ci ildə Şarp təqaüdçü olduqdan sonra Peyli tək qalmışdır. Daha sonra 1868-ci ildə Hurbert Austin və 1886-cı ildə öz oğlu Henri ona qoşulmuşdu. Onlar Peylinin 1895-ci ildə ölümünə qədər birlikdə işlədilər. Peylinin əsas işi yeni kilsə layihələri yaratmaq olub, lakin o həm də kilsələrin yenidən qurulması işlərində də iştirak edib. Onun şah əsəri ruhani kilsəsi olan Müqəddəs Petr Kilsəsi olub.(indiki Lançestr kilsəsi). Digər məşhur işi isə Royal Albert Xəstəxanasıdır. O, kilsələrin tikilməsində əsasən Qotik Revivial üslubundan istifadə edib.
II Andronik Paleoloq
II Andronik Paleoloq (yun. Ανδρόνικος Β' Παλαιολόγος, translit. Andrónikos V' Palaiológos; 25 mart 1259, İznik, Bizans imperiyası – 13 fevral 1332, Konstantinopol) — Bizans imperatoru (hak. 1282–1328). O, Bizansın 1204-cü ildə səlibçilər tərəfindən ələ keçirilmiş keçmiş torpaqlarını geri almış və feodalların separatçı istəklərini yatırmışdır. Papa ilə ittifaqa qarşı çıxan Paleoloq Kiçik Asiyada güclü türk basqınçılara qarşı vuruşmuşdur. 1321-ci ildə zadəganlar nəvəsi III Andronik Paleoloqu (hak. 1341–1328) taxta çıxarmaq üçün ona qarşı üsyan etmişdilər. Uzunmüddətli bir mübarizədən sonra taxtdan enmək məcburiyyətində qalan Paleoloq 1332-ci ildə monastırda vəfat etmişdir. == İstinadlar == == Mənbə == Vasilyev, Aleksandr Aleksandroviç.
II Manuil Paleoloq
VIII İohann Paleoloq (yun. Ίωάννης Η' Παλαιολόγος; 27 iyun 1350, Konstantinopol – 21 iyul 1425, Konstantinopol) — Bizans imperatoru.
Ione paleacea
Sunipia cirrhata (lat. Sunipia cirrhata) — səhləbkimilər fəsiləsinin sunipia cinsinə aid bitki növü. == Arealı == Sunipia cirrhata növü Nepaldan Çinə qədər yayılmışdır. == Sinonim == Bulbophyllum cirrhatum (Lindl.) Hook.f. Bulbophyllum mishmeense Hook.f. Bulbophyllum paleaceum (Lindl.) Benth. & Hook.f. Ione cirrhata Lindl. Ione fuscopurpurea Lindl. Ione paleacea Lindl.
Meganthropus paleojavanicus
Erektus (lat. Homo erectus) — i̇nsan cinsinə aid nəsli kəsilmiş növ.İlk dəfə 2 milyon il əvvəl ortaya çıxdı və 110.000 il əvvəl yox oldu. Ayrıca Erektus'un insanın da atası olduğu hesab olunur.
Mixail VIII Paleoloq
Mixail VIII Paleoloq (yun. Μιχαήλ Η΄ Παλαιολόγος; 1224, Nikeya imperiyası – 11 dekabr 1282, Trakiya) — 1259–1282-ci illərdə hakimiyyətdə olmuş Bizans imperatoru. VIII Mixayil 1453-cü ildə Konstantinopolun Osmanlı İmperiyası tərəfindən fəthinə qədər mövcud olmuş Paleoloq sülaləsinin banisidir. 1261-ci ildə VIII Mixayil Konstantinopol şəhərinin Dördüncü səlib yürüşü zamanı yaranmış Latın İmperatorluğunun əlində alaraq Bizans İmperatorluğunu yenidən qurmuşdur. == Həyatı == === 1223–1258 === VIII Mixayil domestik (Bizans ordusu generalı) olan Andronik Douk Kamnen Paleoloqun və Teodora Angelina Paleoloqinanın oğlu kimi anadan olmuşdur. Ana tərəfdən keçmiş Bizans imperatoru III Aleksey Angelin nəvəsidir. Onun ailəsi imperator nəslindən gəlirdi və ailəsinin Dükilər, Angellər, Komnenlər kimi sülalələrlə əlaqəsi vardı. Gənc yaşlarda tanınmağa və Nikeya İmperatorluğu içərisində sürətlə yüksəlməyə başlamışdır. III Iohannın qohumu olan Teodora Dukayna Vtatzina ilə evlənmişdir. 1256-cı ildə Mixayil Anadolu Səlcuqlu Dövləti imperatoru olan II İzəddinin təmsilçiləri ilə bir üsyan planlamaqla ittiham olunmuşdur.
Moskva Paleontologiya Muzeyi
Moskva Paleontologiya Muzeyi (rus. Палеонтологический музей им. Ю. А. Орлова) — Moskva muzeyi, dünyanın ən iri təbii-tarixi muzeylərindən biridir. Muzeydə 120 mindən artıq müxtəlif qazıntı nümunəsi saxlanılır. 1937-ci ildə qurulmuş, 1966-cı ildən zooloq və paleontoloq Yuri Orlovun adını daşıyır. Muzey Borisyak Paleontologiya İnstitutunun bir hissəsidir. Altı otaqdan ibarət muzeyin dörd sərgi sahəsi yer üzündəki üzvi dünyanın inkişafına həsr olunmuşdur. == Tarixi == === Muzeyin qurulması === Orlov adına Paleontologiya Muzeyi 1937-ci ildə Elmlər Akademiyasının Paleontologiya İnstitutu tərəfindən Beynəlxalq Geoloji Konqresinin XVII sessiyasında təsis edilmişdir. Muzeyin tarixi buz dövrünə aid məməlilərin sümükləri və dişləri yeni tikilmiş Kunstkameraya daxil olduğu andan - 1716-cı ildən Sankt-Peterburqda başlayır. Toplanan bu kolleksiya Fersman Mineralogiya Muzeyinə çevrilən Elmlər Akademiyasının Mineral Kabinetində saxlanılıb.
Orta Paleolit
Orta paleolit — təxminən 100 min il bundan əvvəl başlanmış, e.ə.35–cı minilliyə qədər davam etmişdir. Bu dövr Mustye mədəniyyəti adlanır. Orta Paleolit dövründə Azərbaycan ərazisində yaşayan qədim insanlar daha geniş ərazilərə yayılmış, Kiçik Qafqazın cənub-şərq yamacında, Naxçıvan, Qarabağ, Qazax bölgələrində məskən salmışlar.Arxeoloqlarımız Qarabağda Tağlar, Naxçıvanda Qazma, Qazaxda Damcılı mağaralarında Orta Paleolit dövrünə aid zəngin maddi mədəniyyət nümunələri tapmışlar.Qazma mağarasında aparılan arxeoloji tədqiqatlar nəticəsində 17,000-dən artıq heyvan sümükləri aşkar olunmuşdur. Sümüklərin əksəriyyəti doğranmış vəziyyətdə olduğuna görə, onların təyinatı çətinləşmişdir. Sümüklərin hansı heyvan və quş növlərinə aid olması əsasən diş və çənə qırıqları əsasında təyin olunmuşdur. Düşərgədən tapılmış sümük məmulatlarının təyini D.V.Haciyev və S.D.Əliyev tərəfindən olunub. Onların tərkibində 24 növ fauna qalığı müəyyən olunub: it (Canis), porsuğ (Meles), mağara şiri (Panthera speiaeus Goldf.), mağara ayısı (Ursus spelaeus Ros. et Hein.), at (Equus), pleystosen eşşəyi (E. hydruntinus Reg.), maral (Cervidae), ibtidai öküz (Bos primigenius Bojan.), ceyran (Gasella subguttorosa Güld.), keçi (Capra), qoyun (Ovis), dovşan (Lepus), qəmiricilər (Rodentia) və teriofaunanın digər növləri. Orta Paleolit dövründə insan məskənləri çoxalmış və yeni insan tipi, yəni Neandertal insanı yaranmışdır. Onlar, əsasən ovçuluqla — Qafqaz maralı, mağara ayısı, boz ayı, tur, dağkeçisi, vəhşi at (gur) və s.
Paleaepappus
Paleaepappus (lat. Paleaepappus) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi.
Paleaepappus patagonicus
Paleaepappus (lat. Paleaepappus) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi.
Palearktika
Palearktika regionuna Avropa, Asiya və Şimali Afrika daxildir. Cənub səhra qurşağına qədər uzanır. Böyük Səhra, Ərəbistan və İran səhraları və Çin bu zonanın daxilindədir. Wallace görə, dörd subregiona bölünür: 1 - Avropa Regionu: İspaniya, İtaliya, Türkiyə, Yunanıstan və Bolqarıstan istisna olmaqla, Ural dağlarına qədər Avropanın qalan hissəsini əhatə edən regiondur. 2 - Aralıq dənizi regionu: Afrika qitəsinin və Ərəbistan yarımadasının Xərçəng tropikinin üstündəki hissəsini, Fransa istisna olmaqla, Aralıq dənizi ölkələri, İran, Azərbaycan, Qafqazı, Qara dənizin Rumıniya və Ukrayna sahilləri istisna olmaqla yerdə qalan hissələrini əhatə edən regiondur. 3 - Sibir regionu: Asiya qitəsinin Himalay dağları, Böyük Çin səddi, Yaponiya, İran və Azərbaycandan kənarda qalan bir hissəsidir. Xəzər dənizi bütünlüklə bu zonadadır. 4 - Mancuriya regionu: Çin və Koreyanın daxil olduğu hissə. Avropa və Aralıq dənizi regionları birlikdə Qərbi Palearktika (E. Mayr) zonasını təşkil edir. Qərbi Palearktika zonası xüsusilə ornitologiya üçün çox əhəmiyyətli bir yerə malikdir.
HALE
HALE, “High Altitude Long Endurance” sözlərinin qısaldılmış versiyası olub yüksək hündürlükdə uzun müddət ərzində uçuş qabiliyyətinə sahib olan PUA-ları çeşidləmək üçün istifadə edilir. HALE tipli PUA-lar müxtəlif formalarda ola bilər. Şar kimi hava axınına buraxıla biləcək şəkildəki kimi, RQ-4 Global Hawk kimi itələmə təmin edən mühərrikləri də ola bilər.
Kale
Kale (fr. Calais) – Fransada şəhər.
Male
Male(mald. މާލެ) — Maldiv Respublikasının ən böyük şəhəri və paytaxtı. Male və Valingile adalarında yerləşir. Ənəvi olaraq adada kral sarayı yerləşirdi. == Adın mənşəyi == Ad महालय (Mahaalay) sözündən yaranıb, "böyük" deməkdir. Qədimdə kral sarayı "Mahaalay" adlanırdı, sonradan ad şəhərə keçdi. == Əhalisi == 104 403 nəfərdir. (2006). == Nəqliyyat == Əsasən taksi növü üstünlük təşkil edir. Şəhərdə Beynəlxalq Male Aeroportu vardır.
Paje
Paje (fr. Pajay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Kot-Sent-Andre kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38291. Kommunanın 1999-cu il üçün əhalisi 796 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 270 ilə 410 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 450 km cənub-şərqdə, Liondan 50 km cənub-şərqdə, Qrenobldan 50 km şimal-qərbdə yerləşir.
Pali
Pali dili — Hind-Avropa dilləri ailəsinin Hind-İran dilləri dil budağına daxil olan dil.
Pall.
Peter Simon Pallas (alm. Peter Simon Pallas‎; 1741–1811) — XVIII–XIX əsrlərdə yaşamış alman və rus alim-ensiklopediyaçısı, təbiətşünası, coğrafiyaşünası və səyyahı.
Palu
Palu — Elazığın ilçəsidir. == Əhalisi == 2015-cı ilin məlumatına görə ilçədə 20.035 nəfər yaşayır.
Pele
Edison Arantes do Nascimento (Pelé) (23 oktyabr 1940[…], Tres-Korasoyns[d], Minas-Jerays – 29 dekabr 2022[…], Morumbi[d]) — dünya futbol tarixinin ən böyük futbolçularından biri. Braziliya milli futbol komandası ilə 3 dəfə Dünya Kubokunu qazanmışdır. İlk Dünya Kubokunu 1958-ci ildə İsveçdə keçirilən çempionatda almışdır. Bütün zamanların ən böyük oyunçularından biri kimi qəbul edilən və FİFA tərəfindən "ən böyük" adlandırılan Pele, 20-ci əsrin ən uğurlu və populyar idman xadimləri arasında idi. 1999-cu ildə Beynəlxalq Olimpiya Komitəsi tərəfindən Əsrin idmançısı seçilib və Time siyahısına 20-ci əsrin 100 ən mühüm adamı kimi daxil edilib. 2000-ci ildə Pele Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) tərəfindən Əsrin Dünya Oyunçusu seçildi və FİFA Əsrin Oyunçusu mükafatının iki birgə qalibindən biri oldu. Onun 1363 oyunda 1279 qolu, Ginnesin Rekordlar Kitabına düşüb. == Həyatı == Pele 1940-cı ilin 23 oktyabrında Braziliyanın Minas-Jerays ştatının elə də böyük olmayan Tres-Korasoyns şəhərində kasıb bir ailədə anadan olub. Futbol Edison üçün sevimli əyləncələrdən biri idi. Atası Dondino da keçmişdə futbolçu olduğundan oğlunun ilk müəllimi də məhz o olub və futbol haqqında bəzi sirləri də ona uşaqlığından ötürmüşdür.
Tale
Tale — insanların həyatında bütün hadisələri qabaqcadan müəyyən edən fövqəltəbii qüvvə haqqında dini-idealist təsəvvürü ifadə edən anlayış. Qədim yunan mifologiyasında insanların və hətta allahların qisməti Tale ilahələrindən - moyralardan (romalılarda parkilərdən) asılı idi. Zaman keçdikcə Taleni dünyanı idarə edən ali ədalət (yunanlarda Tixe, Nemezida) kimi təsəvvür etməyə başlamışdılar. Xristianlıqda Tale ilahi bəsirət şəklində, ali qüvvə şəklində çıxış edir. Talenin allah qisməti olması haqqında təsəvvür müasir dinlərin hamısına xasdır (Fatalizm). Bəzi dini cərəyanlar (məsələn, katolisizim, pravoslavlıq) tale haqqında təsəvvürlərin fatalizmini allah yazısı, alın yazısının və insanın iradə azadlığının ekletik surətdə birləşdirilməsi vasitəsilə zəiflətməyə çalışırlar. Qeyri-fəlsəfi mənada Tale həmçinin insanın və ya bütöv xalqın həyatında hadisələrin gedişini ifadə etmək üçün işlədilir. == Türk xalq mədəniyyətində "alın yazısı" == "Yazqı" olaraq da deyilər. Yer üzündəki bir çox cəmiyyətdə insanın yaşayacaqlarınız əvvəldən ilahi bir güc tərəfindən təyin olunduğu və bəzi mədəniyyətlərdə isə bunun bir yerə yazılmış olduğu inancı vardır. Türk mədəniyyətində isə bu yazının insanın alınında olduğu düşünülərdi.
PAL
PAL (qısaca Phase Alternating Line), dünyanın ən çox istifadə edilən rəng kodlaşdırma sistemidir. PAL analoq bir format olub televiziya yayım sistemlərində istifadə edilir. Bir çox fərqli versiyası olan PAL-ın versiyalarının ortaq xüsusiyyəti 625 üfiqi xət, 25 fps görüntü/saniyə, 50i (interlaced layer) olmasıdır. Sistem Valter Bruch tərəfindən, Almaniyada təkmilləşdirilib və ilk dəfə 1963-cü ildə nümayiş etdirilib. == Texniki xüsusiyyətlər == Rəngli televiziyanın qalan sistemləri kimi, PAL-da ağ-qara televiziya yayımıyla birləşib. Alternativ olaraq yaradılmış keyfiyyətli NTSC sistemi, PAL sisteminin uğurlu müasirləşdirilməsidir. Ağ-qara televiziyalarda əsas rənglərin bilavasitə ötürülməsinin yerinə sistem Y parlaqlığının siqnalının ötürür. Onda müvafiq olaraq qırmızı və göy rəngləri ötürülməsi R-Y, B-Y-ın iki fərqli siqnalı vasitəsilə ötürülür. G- yaşıl rəngi ötürən siqnalı çatmayan informasiya qəbuledicidə parlaqlıq fərqli rəngli siqnalların çıxılmasıyla bərpa olunur. Ağ-qara televizorda proqrama baxış halında yalnız parlaqlıq siqnalı istifadə olunur.
Bar Pali
Bar Pali (ivr. ‏בר פאלי‏‎; doğum adı: Varvara Aleksandrovna Paley, rus. Варвара Александровна Палей; 29 aprel 1982, Nijniy Taqil, RSFSR, SSRİ) — İsrail-Amerikalı aktrisa və model. == Həyatı == Pali 29 aprel 1982-ci ildə SSRİ-nin tərkibinə daxil olan Rusiya SSR-in Nijni Tagil şəhərində Olqa (qızlıq soyadı Drob) və Aleksander Paleyin ailəsində anadan olmuşdur. Uşaqlıqdan musiqiyə havəsi olan Pali 4 yaşından pianoda ifa edirdi. Doqquz yaşında ailəsi İsrailə köçdü və o, İsrailin Təl-Əviv şəhərində böyüdü. Babaları II Dünya Müharibəsi illərində Qızıl Orduda xidmət etmişdir. Məktəb illərində aktrisalığa olan marağının nəticəsində Təl-Əvivdə yerləşən Alef İncəsənət Məktəbinə yazıldı və burada Vilyam Şekspir və Bertolt Brextin Atiqona kimi əsərlərinin taşamasında iştirak etdi. == Karyerası == === Model === Pali modellik karyerasına 17 yaşında başlamışdır. O, Maxim, Rolling Stone və GQ kimi jurnalların üz qapığında yer almışdır.
Dick Dale
Riçard Entoni Monsur (4 may 1937, Boston, Massaçusets – 16 mart 2019) və ya sənət adı ilə Dik Deyl – Amerikalı rok gitara ifaçısı. O, sörf musiqisinin pioneri hesab olunur. Deyl "Sörf Gitara Kralı" kimi tanınırdı, hansı ki, bu da onun ikinci studiya albomunun adı idi. Deyl bütün zamanların və xüsusilə 1960-cı illərin əvvəllərinin ən nüfuzlu gitara ifaçılarından biri idi. The Beach Boys, Jan and Dean və The Trashmen kimi sörf musiqisində aparıcı qrupların əksəriyyəti Dale musiqisindən təsirlənmiş və tez-tez Dale mahnılarının səs qeydlərini albomlarına daxil etmişlər. Onun üslubu və musiqisi Cimi Hendriks, Pit Taunşend, Eddi Van Halen və Brayan Mey kimi gitaraçılara təsir göstərmişdir.Günümüzdə bir çox musiqi janrlarında (ekstremal metal, folk və s.) geniş istifadə olunan tremolo seçmə texnikasını populyar hala gətirməsi ilə tanınır.
Hale Asaf
Hale (Salih) Asaf (1905, Konstantinopol – 31 may 1938, Paris) — gürcü və adıq mənşəli Türkiyə rəssamı. Türkiyənin ilk rəssamlarından biri Mihri Müşfik Hanımın bacısı qızıdır. Klassik və impressionist üslubunda çəkən o dövrün bir çox digər Türkiyə rəssamlarından fərqli olaraq, kubizm üslubunu üstün tuturdu. == Həyatı == Osmanlı Apelyasiya Məhkəməsi sədrinin qızı idi. Hale ağır xəstəlik səbəbiylə, beş yaşında qaraciyər əməliyyatı keçirdi, onun nəticələri ona bütün ömrü boyu əziyyət çəkdirdi. İstanbuldakı özəl fransız litseyini bitirmişdir, burada ingilis və fransız dillərini öyrənmişdir. 1919-cu ildə Romaya xalasının yanına göndərildi, ondan rəssamlıq haqqında ilk biliklərini aldı. Növbəti il ​​Parisdə yaşadı və orada ailə dostu Namiq İsmayıldən rəssamlıq dərsləri alırdı. Asaf böyüdükdən sonra ailəsi onu Berlinə oxumağa göndərdi. Ağciyərlərində cərrahiyyə tələb edən xəstəliyin kəskinləşməsinə baxmayaraq Asaf Prussiya Rəssamlıq Akademiyasının qəbul imtahanlarından keçərək Artur Kampfın tələbəsi oldu.
Handley Page
Handley Page Limited mərkəzi İngiltərə də yerləşən keçmiş təyyarə istehsalçısı idi. Şirkət 17 iyun 1909-cu ildə Frederick Handley Page tərəfindən təsis edilmiş və 1970-ci ildə ləğv edilmişdir.
Jale Aylanç
Jalə Aylanç (23 mart 1948, İstanbul – 7 iyul 2020, Ankara) — Türk teatr, kino və serial aktyoru, səs aktyoru. == Həyatı == Aylanç 7 iyul 2020-ci ildə 72 yaşında vəfat etdi. Bir gün sonra Ankaradakı Karşıyaka qəbiristanlığında dəfn edildi. == Mükafatları == İncəsənət İnstitutu, 1990, Teatr Şərəf Mükafatı 5.
Jale qəbiristanlığı
Jale Mərkəzi qəbiristanlığı (sloven. Centralno pokopališče Žale), və ya sadəcə Jale — Lyublyana və Sloveniyadakı ən böyük və mərkəzi qəbiristanlıqdır. Bejiqrad rayonunda yerləşir və Jale İctimai Şirkəti tərəfindən idarə olunur. == Tarixi == Qəbiristanlıq 1906-cı ildə Müqəddəs Xaç Kilsəsinin arxasında inşa edilmişdir. İlk dəfn eyni il mayın 3-də, keşiş Martin Malenšekin köhnə Navje qəbiristanlığından oraya köçürüldüyü zaman edildi. Birinci Dünya Müharibəsi illərində, müxtəlif yerlərdən olan həyatını itirən əsgərlərin çoxu Jaledə dəfn edildi. Bununla birlikdə, buradakı qəbirlərin hamısı Roma Katoliklərinə mıxsusdur. Protestantlar, Yəhudilər və Müsəlmanlar isə Navjedə basdırılmışdır. 1923-cü ildə səlahiyyətlilər yəhudilərin və müsəlmanların Jaledə lakin qəbiristanlıq divarının xarici tərəfində dəfn edilməsinə icazə verdilər. 1931-ci ildə qəbiristanlığın yeni hissəsi (B hissəsi) açıldı.
Kale (rayon)
Kale (fr. Calais) — Fransanın O-de-Frans regionun rayonlarından biri. Departamenti — Pa-dе-Kale. Suprefektura — Kale. Rayon əhalisi 2006-cı ildə 122 456 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 214 nəf / km². Rayon ərazisi — 572,71 km².
Kale cəngəlliyi
Kale cəngəlliyi (fr. Jungle de Calais) — Fransanın Kale şəhərində yerləşən qaçqın düşərgəsi. 2015-ci ildə Avropa miqrant böhranı zamanı düşərgə qlobal diqqət çəkmişdir. 2016-cı ilin may ayında düşərgədə 5 min qaçqın yaşayırdı.
Main Page
Male bəyannaməsi
Male bəyannaməsi — 2007-ci ilin noyabrında keçirilən konfransda inkişaf etməkdə olan bir neçə kiçik ada dövlətinin nümayəndələri tərəfindən imzalanmış beynəlxalq müqavilədir. Bəyannamənin məqsədi iqlim dəyişikliyi və insan hüquqlarını birləşdirən aydın strategiyanı müəyyən etməkdir. Bəyannamə həm də iqlim dəyişikliyi ilə mübarizənin istiqamətini dəyişdirmək məqsədi daşıyır, yalnız iqlim dəyişikliyinin ətraf mühitə təsirinə diqqət yetirir və iqlim dəyişikliyinin insanlar üçün nəticələrini nəzərə alır. Bəyannamədə aydın şəkildə göstərilir ki, sağlam ətraf mühit hüququ bütün insan hüquqlarının əsasını təşkil edir. Müqavilənin imzalandığı Maldiv adalarında iqlim dəyişikliyi artıq insan hüquqlarına və əhaliyə təsir göstərməyə başlayıb. Beləliklə Maldiv adaları və digər ada dövlətləri iqlim dəyişikliyi ilə mübarizədə insan hüquqlarından əsas kimi istifadə etməyə çağıran beynəlxalq koalisiya yaratmağa başlayıblar. Bu koalisiyaya dəstək məqsədilə Cenevrə, Nyu-York və Maledə görüşlər təşkil edilib. == BMT == Bəyannaməni imzalayan ölkələr BMT-nin İnsan Hüquqları Şurasından iqlim dəyişikliyinin təsiri və onun insan hüquqlarına təsirinə diqqət yetirməyi xahiş ediblər. Buna cavab olaraq, Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının İdarəsi iqlim dəyişikliyinin insan hüquqlarının həyata keçirilməsinə necə təsir etdiyini xüsusi olaraq müəyyən edən ilk araşdırmanı dərc edərək, ölkələrin insan hüquqlarını qlobal iqlim dəyişikliyindən qorumaq üçün birgə işləmək öhdəliyi olduğunu vurğulayır. Xüsusilə hesabatda həyat, sağlamlıq, layiqli həyat səviyyəsi və öz müqəddəratını təyinetmə hüquqları da daxil olmaqla təhlükə altında olan bir neçə fundamental hüquqlar vurğulanır.
Montan-Pele
Montan-Pele (fr. Montagne Pelée) və ya Mon-Pele (fr. Montagne Pelée) — Karib hövzəsində, Martinika adasında püskürən vulkan. Hündürlüyü 1397 metrdir. 1902-ci ildəki püskürməsi fəlakətli olmuşdur. Vulkan külü, bombası və qaymalarından ibarət arığ istis bulud kraterdən qopmuş və Sen-Pyer şəhərini 26 min əhalisi ilə birlikdə məhv etimşdir. == İstinadlar == == Əlavə ədəbiyyat == "Deadliest Eruptions". Pacific Disaster Center. 2012-03-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-06-30.
Olaf Palme
Sven Olaf Yoakim Palme (isv. Sven Olof Joachim Palme; 30 yanvar1927-ci il, Stokholm — 28 fevral 1986-cı il, Stokholm) — isveçli siyasətçi, İsveç Sosial-Demokrat Fəhlə partiyasının (İSDFP) lideri, 1969-cu ildən 1986-cı ilə qədər iki dəfə İsveçin baş naziri (1969-cu il 14 oktyabırdan 1976-cı il 8 oktyabrına qədər və 1982-ci il 8 oktyabrdan 1986-ci il 28 fevrala qədər). == Sosial və Siyasi Bioqrafiya == Olof Palme, yuxarı təbəqəyə məxsus mühafizəkar lüteran ailəsində anadan olub. O, 1945–1947-ci illərdə İsveç ordusunda xidmət edib. İsveç və ABŞ-da hüquqşünaslıq və iqtisadçı ixtisası üzrə təhsil almışdır. 1949-cu ildən SDLPS üzvüdür. İsveç gənclər hərəkatının fəal üzvlərindən olmuşdur. 1953-cü ildə Baş nazir Tage Erlanderin katibi işləmişdir. 1958-ci ildə Riksdağa seçilmişdir. 1960-cı illərdə bir sıra dövlət vəzifələrini tutmuşdur: Portfelsiz nazir (1963-1965), Nəqliyyat naziri (1965–1967), Təhsil və mədəniyyət naziri (1967–1969).
Page Rank
Page Rank, Google-un veb səhifələrə 0-dan 10-a qədər verdiyi dəyər şkalasıdır. Bu dəyər ümumi olaraq xüsusi bir məzmuna bağlantı və keçid verən səhifə keyfiyyətinə bağlıdır. Page Rank dəyəri saytınızın Google axtarış mühərrikində internet istifadəçiləri tərəfindən axtarış aparıldığında ilk 10 nəticənin daxilində olmasını təmin edir. Google axtarış mühərriki, Stendford Universitetində doktoranturanı müdafiə edən iki tələbə Larri Peyc və Sergey Brin tərəfindən 1998-ci ildə qurulduğu zaman axtarış nəticələrini patentli Page Rank texnikası üzərində inkişaf etdirdilər, buna görə də Page Rank patenti də Google-a deyil Stendford Universitetinə məxsusdur. Google Page Rank A səhifəsindən B səhifəsinə keçid olduğunda bunu qeyd edər. Eyni zamanda səhifənin haqqının yeyilməməsi üçün bəzi məzmun analizləri də edər. Page Rank yəni səhifə dəyəri saytın təbii quruluşuna və link məzmununa uyğun olaraq saytın dəyərinin bir göstəricisidir. Google, eyni zamanda spam məqsədli saytları Google ban ilə cəzalandırıb bütün indexlərini silərkən, yeni açılan saytlarında sürətli bir şəkildə axtarış nəticələrində yüksəlməsinə maneə törədən Google Sandbox sistemlərini də istifadə etməkdədir. Sandbox-a girən bir veb səhifə 3-6 ay boyunca nə qədər yaxşı olursa olsun, Google tərəfindən sınanır və müəyyən bir müddətin sonunda axtarış nəticələrində daha yaxşı bir yerə gətirilir. Google PageRank Google un istifadə etdiyi alqoritm nəticəsində saytınıza verdiyi qiymətdir.Bu qiymət bir sayta verildiyi kimi saytın səhifələrinə də verilir.Misal üçün: webmasterik.com/forum və ya http://www.webmasterik.com/google.html PageRank Google da axtarış zamanı saytınızın yerini müəyyən etmək üçün lazımdır.Misal üçün Google da “Azərbaycan“ yazaraq axtarış versək ilk olaraq qarşımıza azerbaijan.az saytı, ikinci yerdə isə tr.wikipedia.org/wikiAzerbaycan səhifəsi gələcək… azerbaijan.az ın PageRank dəyəri – 7 az.wikipedia.org/wiki/Azerbaycan səhifəsinin PageRank dəyəri isə – 5 dir.
Halə
Halə (q.yun. ἅλως — dairə, disk; eləcə də aura, nimb, oreol) — Ayın və bəzi iri ulduzların ətrafında bəzən görünən işıq dairəsidir. == Yaranma fizikası == Atmosferin yuxarı qatlarındakı buludlar kiçik buz kristallarından ibarət olur. İşığın bu cür kristallarda sınması və əks olunması ilə bağlı olan bir çox mürəkkəb optik təzahürlər toplusuna halə deyilir. Tez-tez səmanın üzünü yüngül lələkvari buludlar örtdükdə Günəşin ətrafında işıqlı halqa əmələ gəlir. Onun Günəşə yönəlmiş daxili kənarı qırmızımtıl rəngə boyanaraq daha aydın görünür. Günəşdən uzaq olan xarici kənar daha bozumtul olub səmanın fonunda zəif mavi rəngə çalır. Az-az hallarda Günəşi bir deyil, iki belə dairə əhatə edir. Hərdən işıqlı zolaq üfüqdə paralel olmaqla Günəşdən keçir. Bu vaxt Günəşdən sağda və solda iki parlaq ləkə, yalançı günəşlər əmələ gəlir.
Jalə
Jalə — Azərbaycanlı qadın adı. Jalə Əhmədova — Azərbaycan Respublikasının Milli Məclisi VI çağırış deputatı Jalə Bayramova — Azərbaycanlı atıcı. Jalə İnan — Türkiyənin ilk qadın arxeoloqu Jalə Amuzgar — Azərbaycan əsilli İran tarixçisi və professor. Jalə Əliyeva — Azərbaycan Respublikası Milli Məclisinin III, IV, V və VI çağırış deputatı. Jalə Qədimova — pedaqojika elmləri doktoru, professor.SoyadAfife Jalə — Türkiyədəki ilk müsəlman teatr aktrisası olaraq bilinən türk teatr aktrisası.
Lalə
Xaşxaş (lat. Papaver) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinə aid bitki cinsi. == Haqqında == Xaşxaş ildə bir dəfə, mart və ya apreldə çiçək açar. Soğanlı bitkilərdən olub zanbaqgillər ailəsindəndir. Çoxaldılması toxum ilə deyil bala soğanları ilə olur. Toxum ilə çıxarmaq son dərəcə çətindir, bu üsula yalnız yeni növlər əldə etmək üçün müraciət edilir. Əksəriyyətlə bir soğan bir çiçək açır, amma bir soğanda iki və ya üç çiçək çıxaran xaşxaşlar da vardır. Bir və ya birdən çox olsa belə ildə bir dəfə çiçək açarlar. Çoxlu çiçək açan xaşxaşları çiçəkləri birdən birə ardınca ıçarlar. Əgər yalnız bir çiçək varsa bu il bir daha çıxarmayacaq deməkdir.
Pavə
Pavə — İranın Kirmanşah ostanının şəhərlərindən və Pavə şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 19,774 nəfər və 5,171 ailədən ibarət idi.
Pələ
Pələ — ibtidai salın nisbətən təkmilləşdirilmiş forması hesab edilən su nəqliyyatı vasitəsi. XIX əsr və XX əsrin əvvəllərində Azərbaycanda su nəqliyyatı vasitələrinin məhəlli-lokal xüsusiyyəti ilə fərqlənən növləri də mövcud olmuşdur. Naxçıvan bölgəsi üçün səciyyəvi olan, ibtidai salın nisbətən təkmilləşdirilmiş forması hesab edilən pələ belə su nəqliyyatı vasitələrindəndir. Quruluşuna və təyinatına görə su nəqliyyatı vasitəsi kimi kələk ilə oxşarlıq təşkil etsə də, ölçülərinə və yükgötürmə qabiliyytəinə görə pələ kiçik, kələk isə nisbətən iri ölçüdə hazırlanırdı. Pələni hazırlamaq üçün 15-20 sm diamterli və 2,2-2,5 m uzunluğunda ağacları bir-birinə paralel qoyur, baş, ortaya və ayaq hissələrinə isə köndələn şəkildə üç ağac bərkidirdilər. Beləliklə, ağacların arasıda əmələ gələn kvadratşəkilli sahələrə qoyun və keçi dərisindən hazırlanmış, içərisinə hava ilə doldurulmuş tuluqlar bağlanırdı. Bundan sonra pələnin üstünə çubuq çəpərə salınırdı. Pələ xüsusi çəp vasitəsi ilə hərəkətə gətirilir, kiçikhəcmli yüklərin və 2-3 sərnişinin digər sahilə keçirilməsi üçün nəzərdə tutulurdu.
Afife Jalə
Afife Jalə (türk. Afife Jale 1902, Kadıköy, İstanbul ili – 24 iyul 1941, İstanbul) — Türkiyədəki ilk müsəlman teatr aktrisası olaraq bilinən türk teatr aktrisası. == Bioqrafiyası == Afife Jalə 1902-ci ildə İstanbulda Hidayət bəy və Methiye xanımın ailəsində anadan olmuşdur. Ondan başqa ailədə bir qızı Behiye xanım və bir oğlu Salah bəy də vardı. == Karyerası == Afife qızlar üçün nəzərdə tutulan İstanbul Sənaye Məktəbində oxuyur. Ancaq onun arzusu aktrisa olmaq olur. O dövrdə Osmanlı İmperiyasında Türk Müsəlman qadınları Daxili İşlər Nazirliyinin əmri ilə səhnədə oynaya bilməzdilər. Aktrisalar yalnız yunan, erməni və ya yəhudi əsilli qeyri-müsəlman qadınlar ola bilərdi. Afifenin atası qızının teatr karyerasına qarşı idi. Atasına itaətsizlik edən Afife valideynlərinin evindən qaçır və yeni qurulan Darülbedayi konservatoriyasında stajor işçisi olaraq çalışır.
Jalə Amuzgar
Jalə Amuzgar (2 dekabr 1939, Xoy, Qərbi Azərbaycan ostanı) — Azərbaycan əsilli İran tarixçisi və professor. == Həyatı == 1939-cu ilin 2 dekabrında Qərbi Azərbaycan ostanının Xoy şəhərində anadan olmuşdur. === Təhsili === Jalə Amuzgar Fəlsəfə doktoru elmi dərəcəsini Sarbonna Universitetində almışdır. == Fəaliyyəti == Məşğul olduğu əsas sahə İranistikadır. O, hal-hazırda Tehran Universitetinin Qədim İran Mədəniyyəti və Dilləri bölməsinin rəhbəridir.Jalə Amuzgar prof.Əhməd Tafuzzuli ilə birlikdə İranın qədim dövr tarixinə və ədəbiyyatına aid müxtəlif əsərlər yazmışdırlar. O, həmçinin Kolumbiya Universitetinin İranika Ensiklopediyası layihəsində də iştirak etmişdir. == Əsərləri == Həyatın Zərdüşt mifi Pəhləvi dili, ədəbiyyatı və təlimatları İranın mifoloji tarixi İlk əfsanəvi iranlı Şəhriyar və ilk nümunələr (tərcümə) Le Cinquieme Livre Du Denkard (tərcüməçi: Əhməd Tafuzzuli) == Mükafatları == Jalə Amuzgar müxtəlif orden və medallarla təltif edimişdir. Bunlara misal olaraq "Şərəf Legionu Cəngavəri"ni və "İran Mədəni İrsi" mükafatını göstərmək olar. Sonuncu qeyd edilən mükafatı 2016-cı ildə almışdır.