Paleontoloq
Paleontologiya (rus. палеонтология, ing. palaeontology) — yerin tarixinin tədqiqi ilə əlaqədar, orqanizm qalıqları və onların fəaliyyətinin izləri əsasında geoloji keçmişin canlı aləmini və onun inkişaf qanunauyğunluqlarını öyrənən elm. P. bioloji elmlər sırasına aiddir və iki hissəyə bölünür: paleozoologiya və paleobotanika. P. Geoxronologiyanın və stratiqrafik tədqiqatların əsasını təşkil edir.
== Paleontologiya ==
(q.yun. παλαιοντολογία) — tapılmış bitki və heyvan qalıqları əsasında onların xarici görünüşünün bərpa olunması, bioloji xüsusiyyətlərini, qidalanma tərzini, çoxalmasını, bu məlumatlar əsasında bioloji təkamülün gedişatını və s. öyrənən elm sahəsidir. Yunan dilində palaios (qədim), onto (varlıq) və logos (elm) sözlərindən meydana gəlmişdir. Qədim canlıları araşdıran bir elm sahəsi olan paleontologiya və ya "fosil" stratiqrafiya, sedimentologiya, tarixi geologiya, biologiya, ekologiya, coğrafiya, klimatologiya ilə əlaqəlidir.