Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pearl Jam
Pearl Jam — Seattle, Vaşinqton mənşəli bir rok qrupudur. Eddi Vedder (Eddie Vedder — vokal, ritm-gitara Stoun Qossard (Stone Gossard) — bek-vokal, solo-gitara Mayk Makkridi (Mike McCready) — ritm-gitara Cef Ament (Jeff Ament) — bas-gitara Mett Kemeron (Matt Cameron) — zərb Deyv Kruzen (Dave Krusen) Mett Çemberlen (Matt Chamberlain) Deyv Abruzizes (Dave Abbruzzese) Cek Ayrons (Jack Irons) Pearl Jam ilk olaraq Seattle'da 1980-ci ilin ortasında gitarist Stoun Qossard və bas gitarist Cef Ament'in "Green River" adlı rok qrupunu qurmasıyla başladı. Qrup ilk olaraq bir EP və "Rohab Doll" adlı bir albom hazırladı. Lakin 1988-ci ilin sonunda "Green River" dağıldı. Daha sonra Qossard və Ament, ikiliyə qatılan baterist Cef Turner (Jeff Turner) və daha əvvəl Seattle'li bir qrup olan "Malfunkshun"un solisti olan Andre Vudla (Andrew Wood) birlikdə "Mother Love Bone" adlı qrupu qurdu. Qurulan bu yeni qrup Green River'dan tamamilə fərqlənirdi. Qrup, 1989-cu ildə çıxardacaqları "Shine" adlı EP üçün Stardog'la razılaşma imzaladı. Shine'ı, bir il sonra çıxacaq "Apple" adlı albom izlədi. Çox təəssüf ki Andrew Wood, eroin asılılığını məğlub edə bilmədi və "Apple" albomunun çıxdığı 1990-cı ilin Mart ayında həddindən artıq dozadan öldü. Vud'un ölümüylə "Mother Love Bone" qrupu da dağıldı.
Eugenia pearsoniana
Eugenia pearsoniana (lat. Eugenia pearsoniana) — mərsinkimilər fəsiləsinin evgeniya cinsinə aid bitki növü.
National Pearls (albom)
National Pearls - Azərbaycan musiqiçisi Qara Dərvişin 2015-ci ildə işıq üzü görən ilk albomu.
Pearls of Passion
Pearls of Passion — Roxette qruppunun debut albomudur. 1997-də albomun bonus-treklər ilə yeni versiya çıxdı.
Phragmipedium pearcei
Phragmipedium pearcei (lat. Phragmipedium pearcei) — səhləbkimilər fəsiləsinin fraqmipedium cinsinə aid bitki növü.
Roman Pearce
Roman Pirs — Forsaj franşizasında Tayriz Qibsonun canlandırdığı uydurma personaj. Braynın uşaqlıq dostudur. Kaliforniyanın Barstov şəhərində anadan olub, böyümüş Roman Pirs, Brayn Okannerin uşaqlıq dostudur. Xarakter etibarı ilə o, zarafatcıldır (Forsaj 5-də çərənçi, boşboğaz adlandırılır), yumoristik olsa da, lazım gəldikdə sərt də olur. Dostu Okanner polisə işə girəndə Roman ona daha az etibar etməyə başladı. Braynın işdən çıxardılmasından iki ay sonra Roman səkkiz oğurlanmış avtomobili saxladığı üçün həbs olundu. O vaxtdan bəri Roman Braynı xəbərdarlıq etməməkdə günahlandırsa da, Brayn dəfələrlə onun həbsindən xəbərsiz olduğunu söyləmişdi. Roman üç il həbs cəzasına məhkum edildikdən sonra sərbəst buraxılsa da, onun bir problemi var idi: evindən 100 metrdən çox məsafəyə çıxa bilməzdi (ona görə də treylerdə yaşayırdı). Brayn qaçaqmalçı Karter Veroneyi tutmaq üçün federallar tərəfindən işə götürüldükdə Brayn Romana Mayamidə görüşmək və əməliyyat müvəffəqiyyətli olduğu təqdirdə (Forsaj 2-də təsvir olunan bütün hadisələr) keçmiş cinayətlərinin hamısının silinməsini təklif edir. Bundan sonra Roman Las Veqasa köçdü və sonra Forsaj 5-də Hernan Reyesi qarət edən pilot komandasının bir hissəsi olaraq yenidən seçilmişdir.
Senecio pearsonii
Senecio pearsonii (lat. Senecio pearsonii) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Pearl (drag queen)
Pearl, bəzən Pearl Liaison (11 sentyabr 1990) kimi tanınan, amerikalı dreq ifaçısı və Musiqi prodüseri Metyu Ceyms Lentinin səhnə adıdır, o RuPaul's Drag Race in yeddinci mövsümündə ictimaiyyətin diqqətini cəlb edərək ikinci yerə layiq görülmüşdür. Lent anası və iki bacısı ilə Florida ştatının Sent Pitersberq şəhərində böyüyüb. O, uşaqlıq illərindən "böyük brilyant üzükləri və xəzləri olan zəngin yaşlı xanımları" təqlid etmək üçün çox vaxt sərf edirdi, bu da nəticədə onun dreq ifaçı olmağına gətirib çıxartdı. Çikaqoya köçdükdən sonra Lent 2012-ci ildə Kim Chi və Trixie Mattel ilə birlikdə Pearl səhnə adından istifadə edərək dreq kimi çıxış etməyə başladı. Lent əvvəlcə dreq obrazından hobbi kimi istifadə etməyi planlaşdırırdı, lakin tez bir zamanda konsert sifarişləri artmağa başladı. Daha sonra Nyu-Yorkun Bruklin şəhərinə köçdü. 2014-cü ilin dekabrında Pearl Logo TV -də RuPaul's Drag Race-in yeddinci mövsümünün iştirakçısı olduğu elan edildi. Müsabiqəyə ləng başlasa da, Pearl iki əsas nominasiyada qalib gəldi və nəticədə digər rəqibləri Ginger Minj və Violet Çaçki ilə birlikdə finala keçdi. Mövsümün finalında Violet Çaçki qalib gəldi və Pearl isə ikinci oldu. 2 iyun 2015-ci ildə Lent ilk sinqlı olan "Love Slave" üçün klip çəkərək Pleasure albomunu buraxdı.
Piar
İctimaiyyətlə əlaqələr və ya PR, piar (ing. PR – public relations) — insanın, şirkətin, ictimai hərəkatın, partiyanın, qeyri hökumət təşkilatının və s. ictimai informasiyanın verilməsi və onunla əməkdaşlığa əsaslanan irəliyə hərəkəti üzrə kompleks tədbirlərdir. Biznesdə ictimaiyyətlə əlaqələr – marketinq kommunikasiyalarının növlərindən biridir. İctimaiyyətlə əlaqələr BTL-tədbirlərin tərkib hissəsidir. PR anlayışı təbliğat və reklam terminləri ilə sıx əlaqədardır. Bu gün PR-ın 500-ə qədər tərifi vardır. Onlardan daha ümumiləşdirilmiş olanı aşağıdakıdır: "Pablik rileyşin" - təşkilat və ictimaiyyət arasında qarşılıqlı faydalı, ahəngdar münasibətlərin qurulmasına yönəldilmiş idarəetmə fəaliyyətidir ki, həmin təşkilatın uğurlu fəaliyyəti məhz ondan asılıdır. Daha lakonik PR – hər hansı mal, insan, şirkət, hadisə haqqında ictimai rəyin formalaşmasıdır. Tərifin daha bir variantı mövcuddur ki, piarın yalnız bir tərəfini müəyyən edir: PR – şirkətin mənfəət əldə etməsi üçün deyil, yalnız alıcının maraqlarına uyğun mallar buraxması və satması haqqında təsəvvür yaratmaq yolu ilə ictimaiyyətin şirkətə yaxşı münasibətini formalaşdırmaq bacarığıdır.
Peer-to-peer
Peer-to-peer və ya P2P — iki və ya daha çox müştəri arasında verilənlərin ötürülməsi üçün istifadə edilən verilənlərin ötürülməsi protokolu.
PeR
PeR — 2007-ci ildə qurulmuş Latış musiqi qrupu. PeR Latviyanı 2013 Avroviziya Mahnı Müsabiqəsində "Here We Go" mahnısı ilə təmsil edib.
Par
Par — soyad. Par Çun-Hi — Cənubi Koreyanı təmsil edən həndbolçu. Par Kap-So — Cənubi Koreyanı təmsil edən həndbolçu. Par Mi-Ra — Cənubi Koreyanı təmsil edən həndbolçu. Par Yon-Lim — Cənubi Koreyanı təmsil edən həndbolçu.
Emmanuel Bear
Emmanüel Bear (fr. Emmanuelle Béart; 14 avqust 1963) — Fransalı aktrisa. Fransız müğənni Qi Bearın qızıdır. == Həyatı == 14 avqust 1964-cü ildə Fransanın Var departamentində anadan olmuşdur. İlk dəfə 1971-ci ildə rejissor Rene Klemanın Dovşanın Qaçışı filmində çəkilmişdir. 1996–2006 illərində YUNİSEF-in Fransa Komitəsinin Səfiri çalışmışdır.
La-Pyar
La-Pyar (fr. La Piarre, oks. La Piara) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Ser kantonuna daxildir. INSEE kodu — 05102. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 96 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 56 nəfər (15-64 yaş) arasında 42 nəfər iqtisadi fəal, 14 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 75.0%, 1999-cu ildə 56.4%). Fəal olan 42 nəfərdən 37 nəfəri (19 kişi və 18 qadın), 5 nəfər işsiz (1 kişi və 4 qadın) idi.
Near adaları
Near adaları (ing. Near Islands, aleut. Sasignan tanangin) — Aleut arxipelaqında ən kiçik və ən qərb adalar qrupu. Near adaların ümumi sahəsi 1143,8 km²-dir. 2000-ci ilə qədər əhalisi 47 nəfər olmuşdur. Əhali Attu və Simia adalarında yaşayır. Qrupun ən böyükləri Attu, Aqattu adaları və öz növbəsində Alaid, Nizki və Simiya adalarından ibarət Semiçi adaları qrupunu təşkil edir. Simiyadan 30 km şimal-şərqdə İnqenstrem qayaları kimi tanınan kiçik bir rif yerləşir. İlk rus səyahətçilər tərəfindən bütün Aleut adaları arasında Rusiyaya ən yaxın adalar kimi adlandırılmışdır. Onlar ilk dəfə rəsmi olaraq müasir ad altında adaları 1813-1814-cü illərdə rus tədqiqatçısı Lanqsdorf tərəfindən dəniz hesabatlarında qeyd etmişdir .
Pehr Loefling
Pehr Löflinq (isv. Pehr Löfling; 20 yanvar 1729 – 22 fevral 1756) — İsveç botaniki.
Pehr Löflinq
Pehr Löflinq (isv. Pehr Löfling; 20 yanvar 1729 – 22 fevral 1756) — İsveç botaniki.
Pera Muzeyi
Pera Muzeyi (türk. Pera Müzesi) — İstanbul Bəyoğlu bölgəsindəki qalereya (tarixi adı - Pera). Muzey İstiqlal küçəsinin yanında, Taksim meydanının yaxınlığında yerləşir. Muzey XIX əsr Şərqşünaslığına xüsusi diqqət yetirir. Muzey "Suna və İnan Kıraç Vəqfi" tərəfindən 2005-ci ildə 1893-cü ildə inşa edilmiş Bristol Otelinin tarixi binasında qurulmuşdur. 2003-2005-ci illər arasında bina fasadı qorunaraq, içərisini muzey məqsədilə yenidən quran memar Sinan Genim tərəfindən təmir edilmişdir. Pera Muzeyi binasında daimi kolleksiyadan əlavə müvəqqəti sərgilər fəaliyyət göstərir. Pera Muzeyi şəxsi kolleksiya əsasında qurulmuşdur. Muzeyin adı yerlə bağlıdır. Belə ki, o, hazırda yerləşdiyi İstanbulun Bəyoğlu bölgəsinin tarıxı adı "Pera"nı daşıyır.
Pera Plaza
Pera Plaza — İstanbulun Bəyoğlu ilçəsində yerləşən muzey və otel. Otelin tikintisi 1892-ci ildə başlanıb 1895-ci ildə isə bitib. Otel Taksim-Bəyoğlunun Pera ərazisində yerləşir. Atatürk Beynəlxalq Hava Limanından 20 km uzaqlıqdadır. Bərpa üçün 2006-cı ildə bağlanıb 1 sentyabr 2010-cu ildə yenidən istifadəyə verilmişdir. Pera Plazanın tarixi 19-cu əsrin sonunda başlamışdır. Şərq ekspresi 1888-ci ildən etibarən Paris-İstanbul səfərlərinə başladı. Sərnişinlərin İstanbulda qala biləcəyi yüksək səviyyəli otel yox idi. Bu səbəbdən Pera Plazanın tikintisinə başlandı. Otelin tikintisi 1892-ci ildə başlayıb 1895-ci ildə bitdi.
Petar Atsev
Petar Atsev (bolq. Петър Ацев) — bolqar inqilabçısı, Daxili Makedoniya-Adrianopol İnqilab Təşkilatının (IMARO) Prilep bölgəsi üzrə voyvodası idi. Şimali Makedoniyada o, etnik makedon sayılır. Petar Atsev 1877-ci ildə Osmanlı İmperiyasının o zamanlar Manastır Vilayətinin tərkibində olan Oreovec kəndində anadan olub. 1897-1901-ci illərdə o, Prilep və Kruşevoda, eləcə də Makedoniyanın bəzi kəndlərində müəllim işləmişdir. Qardaşları Mirçi və Georgi ilə birlikdə İMARO-nun inqilabi fəaliyyətinə qoşuldu. 1901-ci ildə sonralar Şakir voyvodası kimi tanınan Krastyu Germov onun inqilabi qrupunun üzvü olur. 1902-ci ilin əvvəlində Petar da azadlıq döyüşçüsü oldu və 1902-ci ilin mayında Prilep bölgəsi üçün regional voyvoda oldu. Atanas İvanov o zaman onun qrupunun üzvü idi. Petar Atsev Smilevo Konqresində Prilep inqilabi bölgəsinin nümayəndəsi idi, burada İlinden-Preobrajenie üsyanının təşkili və həyata keçirilməsi ideyasının əsas antaqonistlərindən biri idi.
Petar Koçiç
Petar Koçiç (serb. Петар Кочић; 29 iyun 1877, Striçiçi[d], Bosniya vilayəti, Osmanlı imperiyası – 27 avqust 1916, Belqrad, Serbiyada imperiya və kral hərbi administrasiyası[d], Avstriya-Macarıstan) — Serbiya və Bosniya yazıçısı, dramaturq, ictimai xadim, novellaçı və satirik. XX əsrin əvvəllərində serb ədəbiyyatının ən görkəmli xadimlərindən biri. Vyana Universitetində slavyanşünaslıq üzrə təhsil almışdır. Skopyedəki gimnaziyada dərs deyirdi. Sarayevo və ömrünün sonunda Belqradda yaşamışdır. Fəal radikal siyasətçi idi, ilk öncə ölkəsinin Avstriya Macarıstan tərəfindən işğalı, sonra da Bosniya və Herseqovinanın ilhaqı barədə narazılığını açıq şəkildə bildirirdi. Radikal görüşlərinə görə iki dəfə, 1907 və 1909-cu illərdə Avstriya-Macarıstan hakimiyyəti tərəfindən təqib edilərək həbs olunmuşdur. 1910-cu ildə Bosniya parlamentinə seçildi. Belqradın Yeni Qəbiristanlığında dəfn edildi.
Petar Stoyanov
Petır Stefanov Stoyanov (bolq. Петър Стефан Стоянов; 25 may 1952[…], Plovdiv) — bolqar siyasətçisi, Bolqarıstanın 3-cü prezidenti (1997–2002) Pyotr Stoyanov 1952-ci il may ayının 25-də Plovdivdə anadan olub. 1976-cı ildə Kliment Oxridski adına Sofiya Universitetinin hüquq fakültəsini bitirib. Bundan sonra Plovdivdə vəkil işləyib. 1992-ci ildə 1944-cü ildən o dövrə qədər Bolqarıstanda mövcud olmuş və Filip Dimitrovun rəhbərlik etdiyi ilk qeyri-kommunist hökumətdə ədliyyə naziri vəzifəsini tutub. Bolqarıstanın Demokratik Qüvvələr Birliyinin üzvü olub. 1994-cü ildə 34-cü Xalq Toplantısına (Bolqarıstan parlamentinə) deputat seçilib. Elə həmin ildən Bolqarıstan DQB sədrinin müavini, turizm, gənclər və idman nazirinin müavini vəzifələrini tutub. 1996-cı ildə DQB-də keçirilən ilkin prezident seçkilərini 66% səs çoxluğu ilə qazanın və partiyanın Bolqarıstan prezidentliyinə namizədi olub. 1996-cı il noyabrın 2-də keçirilən prezident seçkilərində Stoyanov seçicilərin 59,73 %-nin (2 502 517) səsini qazanaraq Bolqarıstan prezidenti seçilib.
Petr Asayonak
Petr Asayonak (27 fevral 1993) — Belaruslu kişi ağır atlet. 85 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Belarusu təmsil edir. O, 2016 Yay Olimpiya Oyunlarında iştirak etmişdir. Petr Asayonak dünya çempionatlarında iştirak etmişdir. Son dəfə 2015 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Petr Fiala
Petr Fiala (1 sentyabr 1964, Brno) — çexiyalı siyasətçi, 17 dekabr 2021-ci ildən bəri Çexiyanın Baş Naziridir.
Petr Heynrix
Petr Korbel
Petr Korbel (6 iyun 1971) — Çexoslovakiyanı və Çexiyanı təmsil edən stolüstü tennisçi. Petr Korbel Çexoslovakiyanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin sahibi olub. Daha sonra Petr Korbel Çexiyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 4-cü, cüt turnirdə isə 25-ci pillənin sahibi olub. Petr Korbel Çexiyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 25-ci pillənin sahibi olub. Daha sonra Petr Korbel Çexiyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 17-ci pillənin sahibi olub. Petr Korbel Çexiyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub.
Petr Çex
Petr Çex (çex. ); 20 may 1982[…], Plzen) — çex futbolçusu, Londonun "Çelsi" futbol klubunun və futbol üzrə Çexiya millisinin qapıçısı. Karyerası ərzində 153 penalti qaytaran Çex, dünyanın ən çox penalti qaytaran qapıçısıdır. U-21 Çexiya milli futbol komandasının heyətində 21 yaşadək futbolçular arasında 2002-ci il Avropa Çempionatının qalibi olub. 2004-cü ildə Çelsiyə transfer olunub və 2012-ci ildə bu komandanın heyətində UEFA Çempionlar Liqasının qalibi olub. Onun Çelsidə həm də liqa və ölkə kuboku çempionluqları olub.
Pikes Peak
Pikes Peak, Amerika Birləşmiş Ştatlarının Kolorado əyalətindəki Rocky Dağlarında yerləşən bir zirvədir. Dağ Colorado Springsdən 19.3 km cənubda yerləşir və 4.302 metr hündürlükdədir. Amerikalı tədqiqatçı Zebulon Pikenin adını daşıyır. Pikes Peak, xüsusilə illik Pikes Peak International Hill Climb avtoyarışı ilə məşhurdur. Dağ həm də xizək kurortuna ev sahibliyi edir. Pikes Zirvəsi 1961-ci ildən Milli Tarixi Abidə elan edilmişdir.
Petr Şatilov
Petr İvanoviç Şatilov (ukr. Петро Іванович Шатілов, rus. Петр Иванович Шатилов; 1869, Kursk quberniyası[d] – 1921) — rus və ukraynalı həkim, Xarkov Universitetinin professoru. Petr İvanoviç Şatilov köhnə zadəgan ailəsinə mənsub idi. 1895-ci ildə Xarkov Universitetinin Tibb fakültəsini fərqlənmə diplomu ilə bitirib. O, 1895-ci ildən təcrübəçi, 1900–1903-cü illərdə isə tam ştatlı assistent kimi çalışmışdır. Şatilov tələbəlik illərində Zemstvo klinikasında işləyərək vəba epidemiyasına qarşı mübarizədə iştirak edib. 1898-ci ildən Xarkov Tibb Cəmiyyətinin üzvü, 1900-cü ildə onun inzibati işlər üzrə katibi seçilmişdir. 1902-ci ildə Nəbz Qrafiklərinin Tədqiqi adlı doktorluq dissertasiyasını müdafiə edib. Növbəti il Şatilov klinik tədqiqat metodlarını tədris edən dosent oub.
Fear Fun
Fear Fun — ABŞ musiqiçisi Coş Tilmanın Father John Misty adı altında buraxdığı ilk studiya albomu. 30 aprel 2012-ci ildə buraxılıb.
Love + Fear
Love + Fear — Uels müğənnisi Marina Diamandisin dördüncü studiya albomu. 26 aprel 2019-cu ildə Atlantic Records tərəfindən buraxılıb.
Penar-valli
Zanonia (lat. Zanonia) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinə aid bitki cinsi. Penar-valli Adans. Juppia Merr. Zanonia angulata Wall.
Pər
Pər — fırlanan bir milin üzərində yerləşdirilmiş, müvafiq bir aerodinamika ya da hidrodinamik quruluş verilmiş qəddarələrdən formalaşmış; itələmə gücü təmin edən alətdir. Pərlər təyyarə və gəmilərdə istifadə edilir. Pərli təyyarələrdə pər, mühərrikdən ötürülən fırlanmanı itələmə gücünə çevirən sistemdir. İki və ya daha artıq qəddarədən meydana gəlir. Pər qəddarələri itələmə qüvvəsinə görə təxmini olaraq irəliyə və çevrilməsinə görə də çevrilmə (rotasiya) istiqamətində hərəkət etdiyi üçün kənardakı bir müşahidəçiyə görə heliks olaraq da tanınan burğu hərəkətini də edir. Pərin yarıçapı səbəbiylə qəddarə ucunun fırlanma müddətində qət etdiyi məsafə göbəyə görə daha çox olacağından, qəddarə ucunun bucaq sürəti, abağa yaxın bölmələrdəki bucaq sürəti ilə eyni olmasına baxmayaraq vahid zamanda qət etdiyi məsafə (sürəti) daha çoxdur.