[Qətibə:] [Hüsaməddin] azacıq bir işgəncə nəticəsində bizim bütün sirlərimizi Qızıl Arslana verəcəkdir.
Gör necə vermiş rəiyyət bəylə pəncə-pəncəyə; Kəndliyə, rəncbərlərə bax, bir olan işgəncəyə.
[Qaragün:] [Şübhəli adamı] sabaha qədər işgəncələrlə dindirdim.
// Ümumiyyətlə, əzab, əziyyət, zülm.
Burdan uzaq Gəncədir; Zülfün pəncə-pəncədir; Ölüm bir dəfəlikdir; Ayrılıq işgəncədir. ( ).
Nəyə gərək bahar, – dedim, – nəyə gərək əyləncə; Qan qardaşım zalımlardan görürkən min işgəncə.
Gülnaz və Səriyyə xala gecə yarısı, ayyarımlıq dözülməz əzab və işgəncədən sonra ilk dəfə rahat yataraq yuxuya getdiyi zaman [Səadət] hələ gəlməmişdi.
□ İşgəncə etmək (vermək) – əzab vermək, əziyyət vermək, çox incitmək.
[Xacə Nizam:] Mən də bir xeyli üzüldüm o gecə; Etdilər öncə bir az işgəncə.
Necə ola bilər ki, ata-ana öz yeganə övladına bu qədər işgəncə versin?!