Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Arşın
Arşın— Şərqdə uzunluğu ölçmək üçün istifadə edilən uzunluq ölçü vahidi. == Ümumi məlumat == Alimlər uzun illər apardıqları ciddi araşdırmalar nəticəsində belə bir fikrə gəlmişlər ki, Azərbaycan ərazisi mədəni əkinçiliyin ən qədim ocaqlarındandır. Sonrakı mədəni-təsərrüfat inkişafı zəminində cəmiyyətin istehsal münasibətlərində baş verən köklü dəyişikliklər məhsuldar qüvvələrin, eləcə də əmək alətlərinin yeni-yeni formalarının yaranmasına müsbət təsir göstərmişdir. Bu dövrdə qədim əcdadlarımızın düşünmə qabiliyyəti artmış, həyatın bəzi sirlərini dərk etmək bacarığı çoxalmış, onlar əkinəcəklərdə, torpaq sahələrində, mal-qaranın sayının müəyyənləşdirilməsində, yaşayış evlərinin tikintisində və digər yüzlərlə həyati işlərdə ölçüyə - hesablamaya ehtiyac duymuşlar. Odur ki, zaman keçdikcə, daha dəqiq və mükəmməl ölçü vahidləri meydana çıxmışdır. Arşın uzunluq ölçü vahidi də məhz belə yaranmışdır. Arşın türk sözü olub çox qədimlərdən xalqımızın məişətinə daxil olmuş və bu gün də kənd təsərrüfatında torpaqölçmə işlərində geniş istifadə edilən 0,71 m-ə bərabər uzunluq ölçüsüdür. Hətta yer ölçmək üçün iki ağacdan haça şəklində düzəldilən və hər addımı 0,71 m-ə bərabər olan alət də arşın adlanır. Bu haçaları bəzən 2 arşınlıq da düzəldirlər. Arşın 1931-ci ilədək Türkiyədə geniş istifadə olunmuş uzunluq ölçü vahidi idi; ipək parçaların ölçülməsi üçün ticarət arşını 60 sm-ə, digər parçalar üçün 68 sm-ə, inşaat arşını isə 75,8 sm-ə bərabər idi.
Qırx
Qırx — say sistemində ədədlərdən biridir. Otuz doqquzdan sonra, Qırx birdən əvvəl gəlir. == Türk mədəniyyətində 40 ədədi == Qırx, türk, altay, orta Asiya və yaxın şərq mifologiyalarında və xalq mədəniyyətində ayrıca İslam inancında müqəddəs ədəddir. Kırk, Gırk, Kırh, Kırn olaraq da deyilər. İslamın təsiri əhəmiyyətini artmışdır. Qırx övliya tərəfindən və ya qırx şaman tərəfindən qorunan müqəddəs şəxslərə "qırxlı" adı verilər. Burla Xatunun döyüşçü Qırx Qız köməkçisi vardır. Yeni doğum etmiş bir qadının yanına bir-iki adam xaric qırx gün ərzində kimsə girib çıxmaz. Bundan başqa bu müddət uşağın "qırxının çıxması" mənasına da gəlir ki, bu anlayışa bağlı ənənələr vardır; dua oxunması, yemək verilməsi kimi. Ölünün qırxının çıxması da yenə bənzər şəkildə dualarla və halva edilərək həyata keçirilir.
Arşın mal alan
Arşın mal alan (operetta) — Üzeyir Hacıbəyovun 1913-cü ildə yazdığı son operetta. Arşın mal alan (film, 1917) — Boris Svetlovun filmi. Arşın mal alan (film, 1937) — Setraq Vartyanın musiqili filmi. Arşın mal alan (film, 1945) — Rza Təhmasib və Nikolay Leşşenkonun filmi. Arşın mal alan (film, 1960) — Səməd Sabahinin filmi. Arşın mal alan (film, 1965) — Tofiq Tağızadənin filmi.
Qırx (adət)
"Qırx" – dəfnin qırxıncı günü. == Adət haqında == İnsanın dünyaya gəlişindən, çağanın ana bətnindən ayrıldığı gündən qırx gün keçənə qədər həm ananın, həm də körpənin orqanizmində bir-birindən ayrılmadan yaranan zədələnmələrin bərpası prosesi gedir. Bu qırx gündə həm ana, həm də çağa qırxlı olur. Onların kənar təmaslardan qorunması həm ruhi, həm də gigiyenik cəhətdən zəruri hal kəsb edir. Qəribədir ki, insanın dünyadan gedişi də "qırx" rəqəmi ilə bağlı matəm mərasimlərinin bitməsi, başa çatması ilə qeyd olunur. Qırx gün ərzində ölünün cəsədində çürümə getməsi və bu prosesin başa çatması yekunlaşır. Bu müddət ərzində ölü sahibləri də baş vermiş ağır itkiyə sanki alışır, matəm günlərindəki yır-yığışa baş qarışdırmaqla fikrən qəmdən-kədərdən bir qədər uzaqlaşır. Dünyaya gəlişindən qırx gün keçənə qədər dünya ilə qovuşub onun reallıqlarına alışan insanın dünya ilə üzülüşməsi də qırx günə başa çatır. "Olum" və "Ölüm!" – Dünyaya gəlişlə dünyadan gedişin sonuclarına vurulan "qırx" düyün!Ruhşünasların "qırx" əlamətinin ruhla bağlılığı barəsindəki qənaəti belədir ki, qırx gün ərzində ölünün ruhu atmosfer qatından bir qədər yuxarıda durur. Bu müddət ərzində mərhumun ruhu – astral bədən cismani bədəndən uzaqda durmaqla hər şeydən əvvəl özünü bu ayrılmaya alışdırır.
Qırx Sütun
Çəhəl Sütun (fars. چهل ستون‎ "qırx sütun") — II Şah Abbasın hakimiyyəti dövründə İsfahanda inşa olunan saray. Saray adını ("qırx sütun") giriş hissəsini dəstəkləyən iyirmi taxta sütundan götürür; girişin önündəki hovuzun suyunda əks olunan sütunlar qırx sütun kimi göründüyü deyilir. Avstriyalı sənət tarixçisi Ebba Koç Çəhəl Sütun adlı saraylarla bağlı məqaləsində Səfəvi, Moğol və Teymuri memarlıq mədəniyyətində qəbul zallarının adətən Çəhəl Sütun olaraq adlandığını bildirir. Moğol hökmdarı Cahan şahın Dehlidə, Şah Təhmasibinin isə Qəzvində tikdiriyi Çəhəl Sütun sarayları buna nümunədir. Yazara görə bu tip saraylar regionda bəhs edilən dövrdə ərəb olmayan xanədanlıqların saray memarlığının ən çox rast gəlinən örnəkləridir. O yazır:" Şübhəsiz ki, bu adlandırma sütunların sayı ilə birbaşa bağlı olmamaqla yanaşı daha çox sütunların çoxluğuna işarədir. Çünki nə Qəzvində nə Dehlidə nə də İsfahandakı sarayların heç birinin qırx sütunu yoxdur" == Tarixi == Bəzi tarixçilər Şah II Abbas tərəfindən bərpa etdirilən bu binanın ilk əvvəl qırx sütun üzərində inşa edildiyini sonradan sarayda yanğın baş verdiyini və nəticədə eyvanın bir hissəsinin yandığını geridə 20 sütunun qaldığı fikrini irəli sürürlər. Restavrasiya ustası Lütfullah Honarfar İsfahan memarlığı haqqında yazdığı kitabda bu fikrin yanlış olduğunu vurğulayaraq, bərpa işləri zamanı tapılan yanğın izlərində buna dair sübuta rast gəlinmədiyini qeyd etmişdir. O həmçinin yazır ki, Sultan Hüseyn dövründə edilən bərpalar zamanı bina əvvəlki vəziyyətinə qaytarılmışdır.
Qırx altı
Qırx altı — say sistemində ədədlərdən biridir. Qırx beşdən sonra, qırx yeddidən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Qırx altı ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Qırx beş
Qırx beş — say sistemində ədədlərdən biridir. Qırx dörddən sonra, qırx altıdan əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Qırx beş ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Qırx bir
Qırx bir — say sistemində ədədlərdən biridir. Qırxdan sonra, qırx ikidən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Qırx bir ədədi —tək ədəddir və eyni zamanda sadə ədəddir.
Qırx doqquz
Qırx doqquz — say sistemində ədədlərdən biri. Qırx səkkizdən sonra, əllidən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Qırx doqquz ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 7 və 49 ədədlərinə qalıqsız bölünür.
Qırx dörd
Qırx dörd — say sistemində ədədlərdən biridir. Qırx üçdən sonra, qırx beşdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Qırx dörd ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Qırx iki
Qırx iki- 41-dən sonra 43-dən əvvəl gələn cüt saydır.Məşhur mədəniyyətdə Hitchhiker's Galaxy Guide kitabında həyatın, kainatın və hər şeyin son sualına cavab olaraq təqdim olunduğu üçün diqqəti cəlb etdi. Riyaziyyatda 42 Bu bərabər saydır. Bu Toitent Funksiyasının ilk 11 ədədinin cəmidir. Heptadecagonal sayına görə üçüncüdür. Amerika və Beynəlxalq Riyaziyyat Olimpiadalarında mövcud olan ən yüksək baldır. Pi sayı 242.422. Adımdan sonra 8 nömrə 42424242-dir. Birinci rəqəmin üstündəki ikinci rəqəm ikinci rəqəmin üstündəki birinci rəqəmə bərabərdir, yəni 42 = 24 = 16. Bu xüsusiyyət yalnız 42 və 24 nömrələrində iki rəqəmli nömrələrdə mövcuddur. 2-sistemdəki onluq sistemdə 42-nin ekvivalenti 101010-dur.
Qırx səkkiz
Qırx səkkiz — say sistemində ədədlərdən biridir. Qırx yeddidən sonra, qırx doqquzdan əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Qırx səkkiz ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Qırx yeddi
Qırx yeddi — say sistemində ədədlərdən biridir. Qırx altıdan sonra, qırx səkkizdən əvvəl gəlir. === Əsas hesablamalarda === Qırx yeddi ədədi —tək ədəddir və eyni zamanda sadə ədəddir.
Qırx Çıraq
Qırx Çıraq — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 3 iyul 1998-ci il tarixli, 518-IQ saylı Qərarı ilə Salyan rayonunun faktiki mövcud olan Qırx Çıraq qəsəbəsi dəqiqləşdirmə qaydasında Çuxanlı kənd inzibati ərazi vahidi tərkibində rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Coğrafiyası və iqlimi == Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 5 iyul tarixli 1298 nömrəli Sərəncamı ilə Bakı şəhərinin Qaradağ, Qırx Çıraq şəhərləri inzibati ərazilərinin 54373,5 hektarında Azərbaycan Respublikasının Şirvan Milli Parkı yaradılmışdır. Kür-Araz ovalığının cənub-şərqi Şirvan düzənliyində ümumi ərazisi 65580 hektar olan xüsusi mühafizə olunan təbiət ərazisinin 54373,5 hektarında Şirvan Milli Parkı, 6232 hektarında Şirvan Dövlət Təbiət Qoruğu və 4930 hektarında isə Bəndovan Dövlət Təbiət Yasaqlığı yerləşir. == Əhalisi == 2006-cı ildə aparılmış siyahıya almanın nəticələrinə əsasən əhalinin sayı 1.000 nəfərdir və əhalinin 71% şəhər əhalisidir. Qırx Çıraq da yaşayan etnik qruplar: yerli azərbaycan türkləri 80%, gəlmə kürdlər 10%, gəlmə talışlar 10%.
Qırx üç
Qırx üç — say sistemində ədədlərdən biridir. Qırx ikidən sonra, qırx dörddən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Qırx üç ədədi — tək ədəddir və eyni zamanda sadə ədəddir.
Qırx hədis
Qırx hədis — hədis ədəbiyyatının alt janrı. Adından da göründüyü kimi, bu hədislər tərtibçinin məqsədindən asılı olaraq bir və ya bir neçə mövzuya aid qırx hədisdən ibarət toplulardır. Buna ən məşhur nümunə indiyə qədər İmam Nəvəvinin islam şəriətinin bütün əsaslarını özündə ehtiva edən "Qırx hədis"idir. == İstinadlar == == Xarici keçidlər == Forty Hadith Nawawi – English and Arabic. Translation of Imam An-Nawawi's Forty Hadiths. Forty Hadith al-Nawawi in English and Arabic (hadith qudsi) 40 Hadith Nawawi by the Muslim American Society. An Exposition on 40 Ahadith by Imam Ruhullah al-Musawi al-Khumayni (Shia). Turath Publishing's series “Collections of Forty Hadiths”.
Arşın mal alan (operetta)
Arşın mal alan — Üzeyir Hacıbəylinin 1913-cü ildə yazdığı son operetta. Əsəri Üzeyir bəy Sankt-Peterburqda konservatoriyada oxuyarkən qələmə almışdı. Operettanın süjeti Qarabağın Şuşa şəhərinin həyatından alınmışdır. 2013-cü ildə UNESCO-nun Baş Konfransının 36-cı sessiyasında Arşın mal alan operattasının 100 illik yubileyinin dünya səviyyəsində qeyd edilməsi haqqında qərar qəbul edilib. == Operettanın tarixi == === Yaranma tarixi === "Arşın mal alan" Üzeyir Hacıbəylinin son və ən məşhur operettalarından biri sayılır. Bu operetta ölməz bəstəkarın Moskva və Peterburqda təhsil aldığı dönəmdə yazılıb. Operetta haqda fikir Ü.Hacıbəylinin Peterburqda yaşadığı vaxtda ağlına gəlir. Operettanın librettosunu özü yazır və yalnız şeirlərini böyük şair Məhəmməd Füzulinin yaradıcılığından götürür (Ü.Hacıbəyli ilk operası olan "Leyli və Məcnunu" Fizulinin poeması əsasında yazıb). Əsər 1913-cü ilin yay aylarında yaradılır. Musiqişünas Elmira Abasova qeyd edir ki, "Arşın mal alan" musiqili komediyasını Üzeyir Hacıbəyli konservatoriyaya qəbul olandan öncə, Peterburqda yaşayarkən yazıb.
Qırx Abdal bulağı
Qırx Abdal piri — Xınalıqda ziyarətgah. Xınalıq ərazisinin demək olar ki, hər yerindən çaylar çağlayır, çeşmələr qaynayır. Onlar hər tərəfə həyat verir, gözəllik bəxş edir. Lakin şenliyin məskunlaşdığı sahədə istifadə üçün bulaq, çeşmə yoxdur. Ona görə də qızlar-gəlinlər çiyinlərində həmişə səhəng və kuzələrlə su gətirməli olmuşlar. Yaşayış yerindən xeyli aralı və dərənin dibindən axan Qudyalçaydan su gətirmək məcburiyyəti onları daim çətin vəziyyətdə qoyurmuş. Hava şəraitindən asılı olaraq adi ehtiyatsızlıq bədbəxtliklə nəticələnərmiş. Odur ki, Xınalığın su təchizatı təkcə can rahatlığı deyil, yaşayış deməkdi, həyat deməkdi. Buna görə də çox qədimlərdə obanın şimalında, Qızıl qaya dağının ürəyinin başında qaynayan bulaqların gözü açılmış, gur sel yaradılmışdır. Yaylaqlardan endirilən suyu gil borular vasitəsilə şenliyə çatdırmışlar.
Qırx Abdal piri
Qırx Abdal piri — Xınalıqda ziyarətgah. Xınalıq ərazisinin demək olar ki, hər yerindən çaylar çağlayır, çeşmələr qaynayır. Onlar hər tərəfə həyat verir, gözəllik bəxş edir. Lakin şenliyin məskunlaşdığı sahədə istifadə üçün bulaq, çeşmə yoxdur. Ona görə də qızlar-gəlinlər çiyinlərində həmişə səhəng və kuzələrlə su gətirməli olmuşlar. Yaşayış yerindən xeyli aralı və dərənin dibindən axan Qudyalçaydan su gətirmək məcburiyyəti onları daim çətin vəziyyətdə qoyurmuş. Hava şəraitindən asılı olaraq adi ehtiyatsızlıq bədbəxtliklə nəticələnərmiş. Odur ki, Xınalığın su təchizatı təkcə can rahatlığı deyil, yaşayış deməkdi, həyat deməkdi. Buna görə də çox qədimlərdə obanın şimalında, Qızıl qaya dağının ürəyinin başında qaynayan bulaqların gözü açılmış, gur sel yaradılmışdır. Yaylaqlardan endirilən suyu gil borular vasitəsilə şenliyə çatdırmışlar.
Qırx Sütun sarayı
Çəhəl Sütun (fars. چهل ستون‎ "qırx sütun") — II Şah Abbasın hakimiyyəti dövründə İsfahanda inşa olunan saray. Saray adını ("qırx sütun") giriş hissəsini dəstəkləyən iyirmi taxta sütundan götürür; girişin önündəki hovuzun suyunda əks olunan sütunlar qırx sütun kimi göründüyü deyilir. Avstriyalı sənət tarixçisi Ebba Koç Çəhəl Sütun adlı saraylarla bağlı məqaləsində Səfəvi, Moğol və Teymuri memarlıq mədəniyyətində qəbul zallarının adətən Çəhəl Sütun olaraq adlandığını bildirir. Moğol hökmdarı Cahan şahın Dehlidə, Şah Təhmasibinin isə Qəzvində tikdiriyi Çəhəl Sütun sarayları buna nümunədir. Yazara görə bu tip saraylar regionda bəhs edilən dövrdə ərəb olmayan xanədanlıqların saray memarlığının ən çox rast gəlinən örnəkləridir. O yazır:" Şübhəsiz ki, bu adlandırma sütunların sayı ilə birbaşa bağlı olmamaqla yanaşı daha çox sütunların çoxluğuna işarədir. Çünki nə Qəzvində nə Dehlidə nə də İsfahandakı sarayların heç birinin qırx sütunu yoxdur" == Tarixi == Bəzi tarixçilər Şah II Abbas tərəfindən bərpa etdirilən bu binanın ilk əvvəl qırx sütun üzərində inşa edildiyini sonradan sarayda yanğın baş verdiyini və nəticədə eyvanın bir hissəsinin yandığını geridə 20 sütunun qaldığı fikrini irəli sürürlər. Restavrasiya ustası Lütfullah Honarfar İsfahan memarlığı haqqında yazdığı kitabda bu fikrin yanlış olduğunu vurğulayaraq, bərpa işləri zamanı tapılan yanğın izlərində buna dair sübuta rast gəlinmədiyini qeyd etmişdir. O həmçinin yazır ki, Sultan Hüseyn dövründə edilən bərpalar zamanı bina əvvəlki vəziyyətinə qaytarılmışdır.
Qırx Yaşar (Xoy)
Qırx Yaşar (fars. قرخ ياشار‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 233 nəfər yaşayır (47 ailə).
Qırx kimsənə məscidi
Qırx kimsənə məscidi — Naxçıvan ərazisində orta əsrlər zamanı yaradılmış türk-islam mədəniyyəti nümunələrindən biri də XIV əsrə aid “Qırx kimsənə” məscididir. Оrdubad rayonunun Nüsnüs kəndində yerləşən və yerli əhali arasında “Qırx kimsənə” adlanan bu məscid həm də ziyarətgahdır. Məscidin binasının оrtasında birinci mərtəbədən başlayaraq qalxan, daşdan hündürlüyü təxminən beş metr оlan bir sütun vardır. Məscidin birinci mərtəbəsində yerləşən ziyarətgahın giriş qapısı üzərində ərəb dilində dоqquz sətirdə həkk edilmiş kitabənin mətnindən aydın olur ki, bu məscid Səid Bahadır xanın səltənəti dövründə (1316-1335-ci illər) Atabəyin candarı Sədr bin Sarim bin Səncər bin Aytəkin tərəfindən inşa edilmişdir. Kitabə hicri təqvimi ilə çərşənbə axşamı, 4 ramazan 726-cı ildə (4.08.1326) yazılmışdır. Kitabədə verilən məlumatdan aydın оlur ki, Naxçıvan ərazisi Hülakilər dövlətinin sоn dövrlərində də həmin dövlətin tərkibində оlmuşdur. Məscid 1993-cü ildə bərpa edilmişdir.
Arşın mal alan (film, 1917)
Arşın mal alan tammetrajlı bədii filmi rejissor Boris Svetlov tərəfindən 1917-ci ildə ekranlaşdırılmışdır. Film "Filma" Səhmdar Cəmiyyətində istehsal edilmişdir. Kinokomediyanın qəhrəmanı tacir Əsgər (Hüseynqulu Sarabski) ailə qurmaq üçün qızı əvvəlcədən görüb sevmək arzusu ilə yaşayır. Mühit, şərait, ən başlıcası isə adət buna yol vermir. Dostu Süleymanın (Mirzəağa Əliyev) məsləhəti ilə küçələri, evləri adi bir arşın malı satan kimi gəzəndə Soltan bəyin (Ələkbər Hüseynzadə) qızı Gülçöhrə (Əhməd Ağdamski) ilə rastlaşır. Gənclər ilk baxışdan bir-birilərini sevirlər. Müxtəlif maneələrə, çətinliklərə baxmayaraq nəhayət onlar arzularına çatırlar. Filmdə rolları Hüseynqulu Sarabski, Əhməd Ağdamski, Ələkbər Hüseynzadə, Yunis Nərimanov, Mirzəağa Əliyev, Aleksandra Olenskaya, Hənəfi Terequlov və Yeva Olenskaya ifa edirlər. == Məzmun == Filmin qəhrəmanı tacir Əsgər (Hüseynqulu Sarabski) ailə qurmaq üçün qızı əvvəlcədən görüb sevmək arzusu ilə yaşayır. Mühit, şərait, ən başlıcası isə adət buna yol vermir.
Arşın mal alan (film, 1937)
«Arşın mal alan» (ing. Arshin Mal Alan) — Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun eyniadlı əsəri əsasında Setraq Vartyanın rejissorluğu ilə 1937-ci ildə çəkilmiş ABŞ romantik müzikl filmi. Filmdə Üzeyir Hacıbəyovun adı orijinal müəllif kimi qeyd edilməmişdir. == Süjet == Zəngin bir fars tacirinin oğlu Əsgər Avropadan evinə qayıdır və evlənməyə hazırlaşır. Əsgər sevgi ilə evlənmək istəyir və öz ölkəsinin evlilik ilə bağlı adət-ənənələrinə qarşı çıxır. O, onun atasının təşkil etdiyi evliliyə qarşı çıxır. Adətə görə, gəlini oğlanın anası seçir. Əsgərin dostu Süleyman ona tövsiyə edir ki, tacir geyimi geysin və səyahətə çıxsın. Beləliklə o, bir qız ilə tanış olacaq və ona vurulacaq. Əsgərin Süleymanın tövsiyəsinə qulaq asır və axırda bir bəy qızına aşiq olur.
Arşın mal alan (film, 1945)
"Arşın mal alan" — tammetrajlı bədii filmi rejissorlar Rza Təhmasib və Nikolay Leşşenko tərəfindən 1945-ci ildə ekranlaşdırılmışdır. Film Bakı Kinostudiyasında istehsal edilmişdir. Filmdə əsas rolları Rəşid Behbudov, Leyla Bədirbəyli, Ələkbər Hüseynzadə, İsmayıl Əfəndiyev, Münəvvər Kələntərli, Lütfəli Abdullayev, Fatma Mehrəliyeva və Rəhilə Mustafayeva ifa edirlər. Bu film Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Azərbaycan Respublikasında dövlət varidatı elan edilən filmlərin siyahısına daxil edilmişdir == Məzmun == Bakı, XX əsrin əvvəli. Gənc tacir Əsgər (Rəşid Behbudov) evlənmək fikrinə düşür. Lakin dövrün qaydalarından fərqli olaraq o, qızı toydan öncə görüb sonra evlənmək istəyir. Bəs nə etməli? Bu məsələnin həllində dostu Süleyman (İsmayıl Əfəndiyev) onun köməyinə gəlir… == Film haqqında == Film kinostudiyanın 1941-ci il planına salınsa da, Böyük Vətən müharibəsinin başlanması ilə çəkilişi təxirə salınır. Musiqili film Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun eyniadlı operettası əsasında ekranlaşdırılmışdır. Təkcə 1945-ci ildə bu filmə (ekrana buraxıldıqdan sonra) 16,27 milyon tamaşaçı baxmışdır.
Qalanın dibində
Qalanın dibində - Azərbaycan xalq mahnısı. Bu mahnı əsasında rus bəstəkarı Mixail Qlinka öz "Ruslan və Lüdmila" operası üçün xor bəstələmişdi. Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov bu mahnını öz "Arşın mal alan" operettasında istifadə etmişdir.
Arqın (Xudabəndə)
Arqın (fars. ارقين‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 936 nəfər yaşayır (209 ailə).
Cüneyd Arkın
Cüneyt Arkın (türk. Cüneyt Arkın, əsl adıyla: Fahrettin Cüreklibatır; 7 sentyabr 1937, Odunpazarı[d], Əskişəhər ili[d] – 28 iyun 2022, İstanbul) — Türkiyə kino aktyoru. 500-ə yaxın filmdə rol almışdır. Səhnə adı ilə Malqoçoğlu, Batdal Qazi, Qara Murad adlandırılır. == Həyatı == Əskişəhərin mərkəzində Qaraçay kəndində anadan olub. Babası Qurtuluş Müharibəsinə qatılmış Hacı Yaqub Cüreklibaturdur. Lisey təhsilini Əskişəhər Atatürk Liseyində alıb, 1961-ci ildə İstanbul Tibb Fakültəsindən məzun oldu. Əslən noqaydır. == Fəaliyyəti == Əskişəhərdə ehtiyat zabit olaraq səfərbərliyini edərkən, Göksəl Arsoy-un baş rol oynadığı Şəfəq Qorumaları filminin çəkilişləri zamanı rejissor Xalid Rafiqin diqqətini cəlb edib. Hərbi xidmətini bitirdikdən sonra Adana ətrafında həkimlik edib.
Cüneyt Arkın
Cüneyt Arkın (türk. Cüneyt Arkın, əsl adıyla: Fahrettin Cüreklibatır; 7 sentyabr 1937, Odunpazarı[d], Əskişəhər ili[d] – 28 iyun 2022, İstanbul) — Türkiyə kino aktyoru. 500-ə yaxın filmdə rol almışdır. Səhnə adı ilə Malqoçoğlu, Batdal Qazi, Qara Murad adlandırılır. == Həyatı == Əskişəhərin mərkəzində Qaraçay kəndində anadan olub. Babası Qurtuluş Müharibəsinə qatılmış Hacı Yaqub Cüreklibaturdur. Lisey təhsilini Əskişəhər Atatürk Liseyində alıb, 1961-ci ildə İstanbul Tibb Fakültəsindən məzun oldu. Əslən noqaydır. == Fəaliyyəti == Əskişəhərdə ehtiyat zabit olaraq səfərbərliyini edərkən, Göksəl Arsoy-un baş rol oynadığı Şəfəq Qorumaları filminin çəkilişləri zamanı rejissor Xalid Rafiqin diqqətini cəlb edib. Hərbi xidmətini bitirdikdən sonra Adana ətrafında həkimlik edib.
Saltaq
Saltaq (əvvəlki adı: Saltax) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Saltax kənd inzibati ərazi dairəsi tərkibindəki Saltax kəndi Saltaq kəndi, Saltax kənd inzibati ərazi dairəsi Saltaq kənd inzibati ərazi dairəsi adlandırılmışdır. == Toponimiyası == Əlincə çayının sahilindədir. Saltax dağının ətəyindədir. Yaşayış məntəqəsi eyni adlı dağın adını daşıyır. dağın adı isə sal "hamar daş" və taq (dağ sözünün qədim forması) komponentlərindən ibarət olub. "sıldırım qayalı dağ" mənasındadır. == Əhalisi == Əhalisi 1680 nəfərdir.
ARGİN
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi — Azərbaycan Respublikasında idman və gəncliyin inkişafı ilə bağlı fəaliyyət gösətərən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin nəzdində hökumət təşkilatı. == Tarixi == Müstəqillik dövründə ilk dəfə Azərbaycan Respublikası Prezidentinin 26 iyul 1994-cü il tarixli, 179 saylı fərmanı və Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 861 saylı qərarı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yaradılmışdır. Nazirlik bu adla 2-ci dəfə Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2006-cı il tarixli, 539 saylı fərmanı ilə Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyinin əsasında yaradılmışdır.
Afşin
Əfşin Xıdr ibn-Kavus, Afşin Heydər Kavus oğlu (ingiliscə: Afshin Haydar bin Kavus; VIII əsr, Usruşana – 841, Səmərra, Səlahəddin mühafəzəsi) — Abbasi Ərəb xilafətinin mənbələrə görə iranlı İsrövşənə şahzadəsi. == Həyatı == Tarixçi Yəqubiyə əsasən, xəlifə əl-Məhdinin zamanında (775-85) Afşinin adı Transoksiana və Orta Asya çöllərində xilafətə xidmət edən yerli türk- və iran-əsilli sərkərdələrin arasında verilir Risalə fi mənakib əl-ətrak va'ammat cunud əl -xilafə traktatının bir yerində Cahiz türkləri və xorasanlıları, mahiyətinə görə, eyni xalq hesab edir, eyni xassiyətlərə malikdirlər və bitişik yerlərdə yaşayırlar. == Hərbi fəaliyyəti == V.V.Bartoldun dediyinə görə, ərəblərin Orta Asiyada son böyük hərbi əməliyyatı, hicri 208 (miladi 822/23)-ci ildə Usruşanaya edilən səfər idi. O zaman Usruşana hakimi Afşin Kavus idi, onun Heydər, Fəzl, Xaş və Rəşid adlı dörd oğlu var idi. Ailə ixtilafı üzündən Heydər Bağdada xəlifə Məmunun yanına qaçmalı oldu, o da Kavusun köməyi ilə Usruşananı istila etməyə müvəffəq oldu və 822-ci ildən onu Xifafətin tərkibinə daxil etdi. Kavusun özü həmin ildə xəlifənin qulluğuna girdi və islam dinini qəbul etdi. Onun hərbi sərkərdə olaraq birinci ciddi hərəkatı 831-ci ildəki səfəridir ki, bu zaman Misirdə Adus əl-Fəxrinin üsyanını yatırtmışdı. 835-ci il 3 iyunda Mötəsim Heydər ibn Kavusu Cibal əyalətinə hakim təyin etdi və Xilafət qoşunlarının baş komandanlığını ona tapşırıb Babəkə qarşı müharibəyə göndərdi. O, Mavəraünnəhrdə olan şəhərində əsir tutulmuşdu və rəvayətə görə mani dininə etiqad edirdi və Xorasanı, Mavəraünnəhri ələ keçirmək istəyirdi. Lakin Afşinin bu məqsədinə qarşı Xorasan hakimi Abdullah ibn-Tahir və atasının əmisi oğlu Bağdad əmiri İshaq-ibn-İbrahim ibn-Müsəl çıxırdılar.
Aqşin
Aqşin — kişi adı, Türkiyədə qadın adı. Aqşin Babayev — yazıçı-dramaturq, şair, tərcüməçi, pedaqoq, ictimai xadim Aqşin Əlizadə — Azərbaycan bəstəkarı Aqşin İsmayılov — Azərbaycanı təmsil edən dağ velosipedçisi Aqşin Abdullayev — Azərbaycan Silahlı Qüvvələrinin zabiti Aqşin Yenisey — Azərbaycanlı yazıçı, şair, publisist Aqşin Kazımzadə — Azərbaycanın əməkdar jurnalisti Aqşin Məmmədov — Qarabağ müharibəsi iştirakçısı, "Azərbaycan Bayrağı" ordeni kavaleri (1992). Aqşin Novruzov — Vətən müharibəsi şəhidi Aqşin Vəliyev — Azərbaycan Respublikasının Mərkəzi Bankının Baş direktoru Aqşin Vəlixanov — aktyor, Azərbaycan SSR əməkdar artisti Aqşin Xəlilov ― azərbaycanlı idmançı, kikboksinqin semi-kontakt növü üzrə dünya çempionu (2006).
Okean suyunun hərəkəti
Okean suyunun hərəkəti — suyun hərəkətinə səbəb külək, hava kütlələri, Ay və Günəşin cazibə qüvvəsi, sualtı vulkan və zəlzələlərdir. Suyun hərəkəti 200 m dərinliyə qədər baş verir. Daha dərində su hərəkətsiz olduğundan okean dibinin relyefi dəyişmir. == Formaları == Suyun hərəkətinin 3 forması var: Dalğanı yaradan başlıca səbəb küləkdir. Dalğanın ən hündür nöqtəsi yal, ən alçaq nöqtəsi daban adlanır: 2 qonşu yal arasındakı məsafə dalğanın uzunluğu, yal ilə daban arasındakı məsafə isə dalğanın hündürlüyü adlanır. Dalğanın hündürlüyü küləyin sürətindən, uzunluğu isə hövzənin dərinliyindən asılıdır. Sürətinə görə dalğalar: Şəlakət-0 m/san: Zəif (və ya kapillyar) - 1 m/san.; Qravitasiya-2-6 m/san.; Köpüklü -7-8 m/san. Köpüklü dalğalanın yaranmasında duzluluğun rolu böyükdür. Dalğalar temperatur və duzluluğu yayır, donmanı gecikdirir. Dalğalanın dağıdıcı fəaliyyətinə abraziya deyilir.
Qutunun dışında düşünmə
“Qutunun xaricində düşünmə” - thinking outside the box – (jarqon); fərqli, qeyri-standart düşünmə mənasına gələn metafor. Bu ifadə çox zaman yeni, yaradıcı düşüncəyə aid edilir. Terminin mənşəyi məşhur “doqquz nöqtə” məsələsi ilə bağlıdır: 1970/80-ci illərdə idarəetmə üzrə məsləhətçilər öz müştərilərinə həlli qeyri-standart düşüncə tələb edən həmin məsələni təklif edirdilər. “Doqquz nöqtə” məsələsində məqsəd qələmi kağızdan ayırmadan və eyni yerdən ikinci dəfə keçməməklə verilmiş 9 nöqtəni dörd və ya daha az düz xəttlə birləşdirməkdir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Qutunun xaricində düşünmə
“Qutunun xaricində düşünmə” - thinking outside the box – (jarqon); fərqli, qeyri-standart düşünmə mənasına gələn metafor. Bu ifadə çox zaman yeni, yaradıcı düşüncəyə aid edilir. Terminin mənşəyi məşhur “doqquz nöqtə” məsələsi ilə bağlıdır: 1970/80-ci illərdə idarəetmə üzrə məsləhətçilər öz müştərilərinə həlli qeyri-standart düşüncə tələb edən həmin məsələni təklif edirdilər. “Doqquz nöqtə” məsələsində məqsəd qələmi kağızdan ayırmadan və eyni yerdən ikinci dəfə keçməməklə verilmiş 9 nöqtəni dörd və ya daha az düz xəttlə birləşdirməkdir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Arsin
Arsin (türk. Arsin) — Trabzon ilinin ilçəsi.
Arsen
Arsen (As) və ya Sıçanotu – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 33-cü element. Bu elementin rusca adı (mışyak) çox ehtimal ki, siçanları (rusca mış) zəhərləmək üçün istifadə olunan zəhərin adı ilə bağlıdır; digər şeylərlə yanaşı rənginə görə boz mışyak (arsen) siçan (mışı) xatırladır. Elementin latınca adı (Arsenicum) yunan sözü arsenikona (fars mənşəli) gedib çıxır. Yunanlar arsen sulfidi As2S3 (parlaq qızılı-sarı rəngli mineralı) auripiqment adlandırırdılar. Dalın lüğətində bu mineral avripiqment adlandırılıb (latın auripigmentun sözünün köhnə transliterasiyası). Aurpiqment indi də təsviri sənətdə, xüsusən də, ikona çəkilişində istifadə olunur; nə vaxtlarsa onun əsasında boyaq “kral sarısı” adlandırılırdı. Arsenin digər sulfidi As4S4 realqara mineralı şəklində rast gəlir; onun adı ərəb sözü raxc əl qxar-dan yaranıb, hərfi mənası “mağara, fliz yatağı tozu” deməkdir. Təbiətdə arsen təmiz halda və (daha çox hallarda) birləşmələr şəklində rast gəlinir. Onlardan biri – gümüş və arsenin qarışıq sulfidi Ag3AsS3 prustit adını almışdır (tərkibin sabitliyi qanunu kəşv etmiş fransız kimyaçısı Jozef Lui Prustun (1754-1826) şərəfinə Arsenin əksər törəmələri olduqca zəhərlidir, məsələn, çox pis iyli dimetilarsen (onun radikalını (CH3)2As – İsveç kimyaçısı Yens Yakov Berselius (1779-1848) kakodil adlandırmışdır (yunanca kakodes – “iylənən, pis iyli, mənfur”). Kakodilin oksidi (CH3)2As-O-As(CH3)2 daha çox məlumdur.
Ərsin
Ərsin — Xəmir işlərində kündələmə prosesində xəmirin kəsilməsi üçün və təndirdə çörəkbişirmə işlərində istifadə edilən dəmir kürəkcik şəklində alət. Ərsini iki növü vardır: xəmir ərsini və təndir ərsini. Bunların hər ikisi yastı formada döymə üsulu ilə hazırlanırdı. Təndir ərsini çörəyi təndirdən çıxarmaq üçündür. Ərsinin qulpunun en kəsiyi lentvarı, tiyəsi təxminən 6-7 sm, bəzən daha çox olur. Xəmir ərsininin qulpu qısa olsa da təndir ərsininin qulpu xeyli uzundur. Qulpunun uzunluğu 70-80 sm olan təndir ərsininin digər ucu qarmaqlı (koğa) olur. Bəzən isə ərsin ayrı, koğa da ayrı hazırlanır. Təndir ərsini təndirdən çörəyi qazıb çıxarmaq və təndirin divarlarındakı qalıqları təmizləmək üçün istifadə edilir. Təndir və xəmir ərsinlərinin tiyə hissəsi eyni formada olduğu üçün onları yalnız sapının uzun-qısalığına görə ayırmaq mümkündür.
Quyucuq
Quyucuq (Əbhər)
Girk
Girk — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 352 nəfərdir ki onunda 178 nəfəri kişi, 174 nəfəri qadındır.
Girn
Kırna (əvvəlki adı: Kirnə) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Kirnə kənd inzibati ərazi dairəsi tərkibindəki Kirnə kəndi Kırna kəndi, Kirnə kənd inzibati ərazi dairəsi Kırna kənd inzibati ərazi dairəsi adlandırılmışdır. == Tarixi == == Mədəniyyəti == === Kırna türbəsi === Culfa rayonunun Kırna kəndində memarlıq abidəsi. Abidə Naxçıvan memarlıq məktəbinin mərkəzi günbəz tipli binalar sahəsində də diqqətəlayiq memarlıq kompozisiya üsulları yaratdığını göstərir. Abidənin ümumi quruluşu onun türbə və ya məscid olması haqqında mülahizə irəli sürməyə əsas verir. Planda kvadratşəkilli olan bina türbələr üçün səciyyəvi şəkildə ikiqat örtüklü olub, içəridə çatmatağlı, xaricdən isə piramidaşəkilli çadırvarı günbəzlə örtülmüşdür. Beləliklə, Kırna abidəsi ümumi kompozisiyası etibarı ilə günbəz-qülləvarı adlandırılan Azərbaycan türbələri sırasına daxil edilə bilər. Kırna abidəsi bir sıra xüsusiyyətlərinə görə Əlincəçay Xanəgahındakı abidəyə oxşayır. Bu, türbənin daxili günbəzinin quruluşunda və xüsusən xarici çadırvarı günbəzin oxşarlığında özünü göstərir. Hər iki abidənin xarici örtüyü 16 səthli piramida şəklində həll edilmişdir.
Giro
Giro vulusvalisi — Əfqanıstanın Qəzni vilayətində inzibati ərazi vahidi.
Armen Qaro
Armen Qaro ya da Karekin Pastırmacıyan (erm. Գարեգին Փաստրմաճեան; (9 fevral 1872, Ərzurum, Ərzurum vilayəti, Osmanlı imperiyası – 23 mart 1923, Cenevrə) — erməni terrorçusu, daşnak liderlərindən biri. == Həyat və fəaliyyəti == Armen Qaro Ərzurum şəhərində anadan olmuşdur, 1891-ci ildə buradakı erməni məktəbində təhsilini başa vurduqdan sonra, Fransaya yollanır, və Nansi universitetinin nəzdində, kənd təsərrüfatı məktəbində təhsil alır. 1894-cü ildə Daşnaksütunun sıralarına qatılır. 1895-ci ildə Zeytun üsyanına kömək etmək məqsədilə Misirə yollanır, buradan üsyançılara silah sursat və canlı güvvə gondərilməsini təşkil edir. Həmin vaxt o, Armen Qaro təxəllüsü ilə adlanmağa başlayır. 1896-cı ilin avqustun 26-da, daşnakların Osmanlı bankına qarşı təşkil etdiyi terror aksiyasında iştirak edir, Armen Qaro bankı zəbt edən terorçuların içərisində yer alır. Onun vəzifəsi, bank işçilərinin və ziyarətçilərin qaçmasının qarşısını almaq idi. Terrorçular bu adamlardan canlı sipər kimi istifadə etməyi planlaşdırırdılar. İri dövlətlərin müdaxiləsi nəticəsində, bankı zəbt etmiş erməni terrorçuları Türkiyədən sah salamat Fransaya qedir və orada siyasi sığınacaq alır.
Salmas
Salmas (fars. سلماس‎, az-əbcəd. سلماس، دیلمقان‎), Səlmas[mənbə göstərin] və ya digər tarixi adı Dilməqan — İranda şəhər və Qərbi Azərbaycan ostanında yerləşən Salmas şəhristanının Mərkəzi. == Etimologiyası == E'timad-ü səltənə bu şəhərin adının Assuriya hökümdarı Salmanasardan iqtibas olduğunu iləri sürmüşdür. Övliya Çələbi Salmas haqqında yazır: Tohid Məlikzadə Salmas adının iki bəxşdən təşkil tapdığını irəli sürür, bunlar Salma və as sözləridir. Salma salmaq feilindən törəmişdir, As isə Kültigin kitabələrində adı qeyd olunan As ve ya Az mədəniyyətindən alınmışdır. As/Az sözü məntəqədəki adlarda dəfələrcə qeyd ounub; Azərbaycan (Az+ərbaycan), Sivas (Siva+as), Astara (As+tara), Minas (Min+as) və s. Nəticədə Salmas sözünün mənası; "As elinin yurdu" şəklində özünü əks edir. == Tarixi == === Qədim dövr === 9 min illik Kültəpə (Əhrivan təpəsi)Yaxın şərqin ən qədimi yaşayış məskənlərindən biri olan Əhrivan təpə, Salmas şəhərinin şimal Qərb bölgəsində yer almışdır. Kültəpənin qazıntılarında tapılmış arxeoloji materiallar, salmasın qədim yaşayış mərkəzi olduğunu sübut edir.
Dibaçə
Dibaçə (ərəb-fars sözü olub, “zərif çiçəkli ipək, qumaş parça” sözündən) — 1) kitabın zər-naxışla bəzənmiş ilk səhifələri; 2) Klassik Yaxın və Orta Şərq ədəbiyyatında müəllifin öz əsərinə, yaxud külliyyatına nəsr və ya nəzmlə yazdığı müqəddimə. Dibaçədə bir qayda olaraq, əvvəlcə Allah və Məhəmməd peyğəmbər tərif edilir, sonra dövrün hökmdarı mədh olunur, sonda isə müəllifin əsəri yazmaqda məqsədi və kitabın hansı fəsillərdən ibarət olduğu göstərilirdi. Dibaçələr çox zaman qafiyəli nəsrlə yazılırdı. Məhəmməd Füzulinin Azərbaycan və fars dillərində divanlarına, “Leyli və Məcnun” və sair əsərlərinə yazdığı müqəddimələr dibaçənin kamil nümunələridir. Azərbaycanca divanına nəsrlə yazdığı dibaçədə Füzuli özünün şairliyə başlamasından, türkcə (Azərbaycan dilində) lirik şeirlər qəzəllər) yazmasının səbəblərindən, həmçinin bədii söz sənətinin bir sıra mühüm məsələlərindən bəhs edir. Bəzən müəlliflər dibaçədən sonra kitabdakı əsərlərin məzmunu, bədii xüsusiyyətləri və s. haqqında ayrıca “müqəddimə” də verirlər. Belə hallarda dibaçədə ancaq müəllifdən, əsərin yazılma tarixindən və bölmələrindən danışılır; 2) Seyid Əzim Şirvaninin “Əsərləri”nin 3-cü cildində (1974) həm dibaçə, həm də müqəddimə var. == Mənbə == Mirəhmədov Ə. Ədəbiyyatşünaslıq. Ensiklopedik lüğət.
Dibiont
Dibiont — iki mühitə məxsus orqanizm (məsələn, qurbağa). == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Diziçə
Diziçə — İranın İsfahan ostanının Mübarəkə şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıyaalınmasına əsasən, şəhərin əhalisi 17,966 nəfər və 4,759 ailədən ibarət idi.
Kabinə
Kabinə — sərnişinlərin səyahət etdiyi kokpit və yük bölməsindən başqa təyyarələrdəki hissəyə verilən addır. Düz bir uçuş rejimi əsnasında təyyarənin qalxdığı hündürlükdə atmosfer təzyiqi çox aşağı olduğundan, sərnişinlərin oksigen dəstəyi olmadan səfəri davam etdirməsi qeyri-mümkündür. Buna görə kabinələrə süni şəkildə təzyiq edilir. Ticarət məqsədli hava nəqliyyatında kabin bütün təyyarələrdə müəyyən siniflərə bölünür. Xüsusiyyətləri aviaşirkətlərə görə fərqlənən bu səyahət siniflərindən ən çox yayılanları business class (biznes sinfi) və ekonom sinifləridir. Siniflərarası ayrılma bir panel və ya pərdə vasitəsilə həyata keçirilir. Oturma yerləri, istirahət zonaları, xidməti avadanlıqların saxlanıldığı yerlər, (mətbəx) tualetlər də kabinənin bir hissəsi hesab olunur.
Siminə
Siminə (tarixi adı Qaramusalı)(fars. سیمینه‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanının Siminə bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 957 nəfər və 188 ailədən ibarət idi. Şəhərin tarixi adı olan Qaramusalı, şəhərin Tatavuçay (farsca adı Siminərud) çayının sağ sahilində yerləşdiyinə görə Siminə olaraq dəyişdirilmişdir. Şəhər Tatavuçayın sağ sahilində, dəniz səviyyəsindən 1309 metr yüksəklikdə, Qərbi Azərbaycan ostanının inzibati mərkəzi olan Urmiya şəhərindən 129 kilometr cənub-şərq məsafədə yerləşir.
ARKTN
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi — Azərbaycanda kənd təsərrüfatı sahəsində dövlət siyasətini formalaşdıran və həyata keçirən müvafiq icra hakimiyyəti orqanı. == Haqqında == Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2004-cü il tarixli Sərəncamı ilə yenidən təşkil edilmişdir. Nazirlik Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, istehsalçılara zəruri xidmətlərin göstərilməsi, torpaqların səmərəli istifadəsi də daxil olmaqla aqrar bölmədə dövlət siyasətini işləyib hazırlayan və onu gerçəkləşdirən, normativ hüquqi və iqtisadi tənzimlənməni həyata keçirən, fitosanitar və baytarlıq sahələrində xidmətlər göstərən mərkəzi icra hakimiyyəti orqanıdır. == Tarixi == 1918-ci il may ayında Azərbaycan Milli Şurası Demokratik Respublikanın ilk hökumətinin tərkibində Əkinçilik və Əmək Nazirliyi, 1918-ci ilin oktyabrında Dövlət Əmlakı və Əkinçilik Nazirliyi və 1920-ci ildə yaradılan Dövlət Torpaq Komissarlığı adları altında 1946-cı ilədək fəaliyyət göstərmişdir. 1946-cı ilin yanvarında Torpaq Komissarlığı Əkinçilik Nazirliyinə, həmin ilin fevralında Kənd Təsərrüfatı Nazirliyinə çevrildi. Nazirlər Sovetinin 15 fevral 1947-ci il tarixli qərarı ilə Texniki Bitkilər Nazirliyi Kənd Təsərrüfatı Nazirliyinin tərkibinə daxil edildi. Azərbaycan KP MK və Nazirlər Sovetinin 3 dekabr 1985-ci il tarixli 392 nömrəli qərarına əsasən, Kənd Təsərrüfatı Nazirliyi, Meyvə-Tərəvəz Təsərrüfatı Nazirliyi, Ət və Süd Sənayesi Nazirliyi, Yeyinti Sənayesi Nazirliyi, Kənd Tikinti Nazirliyi, Pambıqtəmizləmə Sənayesi Nazirliyi, Üzümçülük və Şərabçılıq üzrə Dövlət Komitəsi, Kənd Təsərrüfatının İstehsalat-Texniki Təminatı Dövlət Komitəsi, Nazirlər Soveti yanında Kənd Təsərrüfatının aqrokimyəvi xidmət üzrə elmi-istehsalat birliyi, Nazirlər Soveti yanında Baş Quşçuluq İdarəsi, Kolxoz və Sovxozlarda tikinti üzrə Baş respublika idarəsi ləğv edilərək onların bazasında Dövlət Aqrar Sənaye Komitəsi yaradıldı. 1992-ci ildə müstəqil Azərbaycanın Kənd Təsərüfatı və Ərzaq Nazirliyi yaradılmış və 1993-cü ilədək fəaliyyətini davam etdirmişdir. 1993-cü ildə yenidən Kənd Təsərrüfatı Nazirliyi yaradılmış və fəaliyyətini davam etdirir. == Əsas vəzifələri == Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, istehsalçılara zəruri xidmətlərin göstərilməsi, meliorasiya və su təsərrüfatı, baytarlıq, bitki mühafizəsi və karantini, torpaqların səmərəli istifadəsi də daxil olmaqla aqrar bölmədə dövlətin siyasətini işləyib hazırlamaq və həyata keçirmək; aqrar bölmədə islahatların aparılmasını təmin etmək, özəl bölmənin inkişafını sürətləndirmək üçün tədbirlər görmək; aqrar bölməyə daxil olan sahələrin inkişafının əsas istiqamətlərini müəyyənləşdirmək və onların həyata keçirilməsi üçün tədbirlər görmək; Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, istehsalçılara zəruri xidmətlərin göstərilməsi, meliorasiya və su təsərrüfatı, baytarlıq, bitki mühafizəsi və karantini, torpaqların səmərəli istifadəsi də daxil olmaqla aqrar bölmədə normativ hüquqi tənzimləməni, o cümlədən iqtisadi münasibətlərin tənzimlənməsini həyata keçirmək; aqrar bölmənin inkişafına yönəldilmiş proqramlar hazırlamaq və onların həyata keçirilməsini təmin etmək, aqrar bölmənin sosial-iqtisadi inkişaf konsepsiyasını hazırlamaq; aqrar bölmədə dövlət əmlakının səmərəli istifadə edilməsinə nəzarət etmək və bu sahədə dövlət maraqlarının qorunmasını təmin etmək; aqrar bölmədə beynəlxalq əməkdaşlığı həyata keçirmək; aqrar bölməyə sərmayələrin cəlb edilməsini təmin edən tədbirlər görmək, o cümlədən aidiyyəti dövlət orqanları ilə birlikdə investisiya layihələrinin həyata keçirilməsi üçün tədbirlər görmək; Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi üçün aidiyyəti dövlət orqanları ilə birgə tədbirlər hazırlamaq və onların həyata keçirilməsində iştirak etmək; aqrar bölmədə yerli istehsalçıların dəstəklənməsi üçün tədbirlər görmək, kənd təsərrüfatı məhsullarının istehsalçıları və emalçıları üçün aqroservis, aqrokimyəvi, məsləhət və digər xidmətlərin göstərilməsinə kömək etmək; kənd təsərrüfatı üçün yararlı torpaq sahələrindən səmərəli istifadə edilməsinə və onların keyfiyyətinin yaxşılaşdırılmasına nəzarət etmək; kənd yerlərində infrastrukturun inkişafı və sosial problemlərlə bağlı məsələlərin həllində, o cümlədən müvafiq dövlət proqramlarının həyata keçirilməsində iştirak etmək; Nazirliyin sisteminə daxil olan qurumların işini əlaqələndirmək; Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər Vəzifələri yerinə yetirmək.
Anşan
Anşan – Çinin şimal-şərqində, Lyaonin əyalətində şəhər. == Ümumi məlumat == Əhalisi 1,2 mln., aqlomerasiyada – 3,44 mln. (2005). Şərqi Mancuriya dağlarının ətəklərində, Anşan çayı sahilindədir. Nəqliyyat qovşağı. 1911-ci ilədək kiçik kənd olmuş Anşan yaxınlığındakı dəmir filizi yatağının istismarı ilə əlaqədar olaraq böyümüş və şəhər statusu almışdır. Mühüm ağır sənaye mərkəzlərindəndir. Ölkənin ən iri metallurgiya kombinatı Anşandadır. Maşınqayırma, kimya, sement, neft emalı sənayesi müəssisələri var.
Araçın
Araçın -Qərbi Azərbaycanın Talin rayonunda kənd adı. == Tarixi == Araçın -Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Talin rayonunda kənd adı. XX əsrin 30-cu illərində kənd ermənicə Davidaşen adlandırılmışdır. Həmçinin Araçın Ermənistanda Zəngəzur dağ silsiləsində zirvələrdən birinin adıdır. == Xarici keçidlər == Qərbi Azərbaycan: azərbaycanlılara qarşı genosid demoqrafik statistika güzgüsündə Arxivləşdirilib 2015-11-16 at the Wayback Machine Qərbi Azərbaycanın türk mənşəlli toponimləri Arxivləşdirilib 2014-09-04 at the Wayback Machine Vandalizm: tarixi adlara qarşı soyqırımı. Bakı, "Təhsil", 2006, 92 səh.
Ardıc
Ardıc (lat. Juniperus) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinə aid bitki cinsi. == Təbabətdə == XVII əsr müəllifi Məhəmməd Möminə görə, ardıc həlimi sidikqovucu təsirə malikdir, ələş xəstəliyində və bağırsaqda bəzi qurd növlərinə qarşı kömək еdir. Ovxalanmış ardıcın iynəyarpağından hazırlanmış komprеs xoralarda, bədənin kеyiməsində, uyuzda xеyirlidir. Ovxalanmış mеyvələrinin sirkə ilə mərhəmi saç töküldükdə xеyirlidir. Ardıc mеyvələri və əncirdən hazırlanmış məlhəm bədən donmasında tətbiq еdilir. Təngənəfəslikdə 30 q ardıq mеyvələrinin, 15 q kərə yağı və 60 q balın qarışığı məsləhət görülür. Həddindən artıq qəbul еdildikdə, ardıc qaraciyərə ziyandır. Bu zaman quluncan köməyə gəlir. Ardıc mədəyə ziyan vеrməsin dеyə onu bal ilə qarışdırmaq lazımdır.
Arjan
Arjan – Rusiya Federasiyasında (Tuva) Uyuk çayı vadisində iki skif kurqanı. === Arjan-1 === Arjan-1 1971–74-cü illərdə M.P.Qryaznov və M.X.Mannayool tərəfindən aşkar olunmuşdur. E.ə. IX-VII əsrlərə aid edilir. Daş qalağının (ilkin diametri 110 m, hündürlüyü 3,5–4 m) altında taxtadan düzəldilmiş, tavanı tirlərlə örtülmüş dairəvi formalı dəfn kompleksi yerləşir. Kompleks ümumi mərkəzli iki kvadrat kameradan və radial istiqamətlərdə yerləşən düzbucaq və trapesiya şəklində olan çoxsaylı bölmələrdən ibarətdir. Kurqanda 17 insan və 160-dan çox at, o cümlədən mərkəzi çatı kameranın kötük-tabutlarında “çar” və “çariça”, xarici mərkəzi kamerada 8 insan və 6 minik atı, 12 radial kamera və kameralararası yerlərdə isə qalanları dəfn olunmuşlar. Perimetr üzrə tirlərdən maili divar çəkilmişdir. 15–30 m məsafədə kurqan dairəvi daş cərgələrlə (diamet ri 2–3 m) qismən əhatə olunmuşdur. Daşların altında heyvan (əsasən, at) sümükləri aşkar edilmişdir.
Arjen
Arjen (fr. Argein) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Aryej. Kastiyon-an-Kuzeran kantonuna daxildir. Kommunanın dairəsi — Sen-Jiron. INSEE kodu — 09014. == Əhalisi == 2008-ci il üçün kommunanın əhalisi 169 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 94 yaşda (15–64 yaş arasında) 66 nəfər iqtisadi cəhətdən, 28 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 70,2%, 1999-cu ildə 69,1%). Fəal olan 66 nəfərdən 52 nəfəri (26 kişi və 26 qadın), 14 nəfər işsiz (9 kişi və 5 qadın) idi. 28 hərəkətsiz 5 nəfər arasında şagird və ya tələbə, 15 nəfər təqaüdçü, 8 nəfər digər səbəblərə görə fəaliyyətsizdir..
Çaxmaq (Qars)
Çaxmaq — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Əhalisi 673 nəfərdir (2022).
Afşin (titul)
Afşin (pəhl. Pišīn) — Usruşana hakimlərinin irsi titulu. Ən məşhur nümayəndəsi Heydər Afşindir. İlk afşinlərin adı bizə məlum olmasa da Abbasilər dövrünün müasirləri olan afşinlərin müəyyən mənbələrdə adı çəkilir. == Bilinən afşinlərin siyahısı == Karakana — 794/795-ci ildə afşin (Harun ər-Rəşid dövrü) Kavus — Məmun dövrü Fəzl ibn Kavus — Afşinin qardaşı, atasının yerinə keçmişdi. Heydər ibn Kavus — Qardaşı Fəzlə məğlub olaraq Abbasilərə sığınmış, burada İslamı qəbul edib taxtını geri almışdır.
Afşin Noruzi
Afşin Noruzi (22 aprel 1985) — İranı təmsil edən stolüstü tennisçi. == Karyerası == Afşin Noruzi İranı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 65-ci pillənin sahibi olub.
Alan Arkin
Alan Volf Arkin (ing. Alan Wolf Arkin, 26 mart 1934[…], Bruklin, Nyu-York ştatı – 29 iyun 2023) — amerika kinoaktyoru. O, "Oskar" mükafatı, BAFTA Mükafatı, "Qızıl Qlobus" mükafatı və Toni mükafatı, həmçinin altı Emmi mükafatı nominasiya daxil olmaqla çoxsaylı mükafatlara layiq görülüb..
Aqşin Abdullayev
Aqşin Abdullayev (müğənni) — Azərbaycan Respublikasının əməkdar artisti.
Aqşin Ağayev
Aqşin Şirvan oğlu Ağayev (1 iyun 1993, Ulacalı, Sabirabad rayonu – 27 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Aqşin Ağayev 1 iyun 1993-cü ildə Sabirabad rayonunun Ulacalı kəndində anadan olmuşdur. 1999—2010-cu illərdə Ulacalı kənd tam orta məktəbdə təhsil almışdır. Ailəli idi. Zümrüd adlı qızı yadigar qaldı. == Hərbi xidməti == Aqşin Ağayev 2011-ci ildə həqiqi hərbi xidmətə yollanmışdır. Gəncədə yerləşən Piyada Qoşunlarının "N" saylı hərbi hissəsində xidmət etmişdir. Qüsursuz xidmətiylə komandanlığın diqqətini çəkdiyinə görə ona "kiçik çavuş" rütbəsi verilmiş, həmçinin, o, "manqa komandiri" vəzifəsinə təyin olunmuşdur. 2013-cü ilin yanvarında hərbi xidmət müddətini başa vurmuşdur. 2020-ci ilin Tovuz döyüşlərindən sonra iyul-sentyabr aylarında səfərbər olunan Aqşin Ağayev sentyabr ayında "əsgər" rütbəsi ilə çağırılmışdır.
Aqşin Ağkəmərli
Aqşin Ağkəmərli (21 mart 1960, Şəbistər, Şərqi Azərbaycan ostanı) — Şair, nasir, publisist və tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == === Təhsili === Aqşin Ağkəmərli 1960-cı ildə Güney Azərbaycanın Şəbüstər mahalının İskəmər kəndində anadan olmuşdur. Kiçik yaşlarından ailəsi ilə birlikdə Tehrana köçmüş və orta məktəbi orda bitirmişdir. 1996-cı ildə Tehrandakı Milli Universitetin tibb fakültəsini stomatologiya ixtisası üzrə bitirmiş, bir müddət Kərəc, Talağan və Tehranda həkim işləmişdir. == Yaradıcılığı == Bədii yaradıcılığa orta məktəb illərində farsca yazdığı şeir və hekayələrlə başlamışdır. Bakıda və Tehranda yayımlanan “Kibritçi qız” (1990), “Dondurmaçı” (1995), “Bizi yaşadan tarix” (2001), “Öpdüm Arazı” (2016) kimi şeir və hekayələr kitablarının müəllifidir. Azərbaycan şairlərindən Mikayıl Müşfiq, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Xəlil Rza Ulutürk, Nəriman Həsənzadə və başqalarının şeirlərini fars dilinə çevirmişdir. O, həmçinin bir çox Azərbaycan şairlərinin əsərlərinin redaktoru, tərtibçisi və ön sözünün yazarıdır. Onun baş redaktorluğu ilə 1990-cı ildən Tehranda fars və türk dillərində “Mişov dağı” adlı rüblük ədəbi dərgi nəşr olunur. Dərginin səhifələrində davamlı olaraq Azərbaycan ədəbiyyatı, mədəniyyəti və incəsənətinin təbliğinə geniş yer verilir.
Aqşin Babayev
Aqşin Əlisəttar oğlu Babayev (23 noyabr 1936, Bakı – 10 iyun 2020, Bakı) — Azərbaycanın tanınmış yazıçı-dramaturqu, şair, tərcüməçi, pedaqoq, ictimai xadim, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Ədəbi yaradıcılıq və ekran dramaturgiyası" kafedrasının müdiri, filologiya elmləri doktoru, professor, II dərəcəli Dövlət müşaviri, Azərbaycan SSR əməkdar jurnalisti (1987). == Həyatı == Aqshin Babayev 1936-cı ildə Bakıda anadan olub. 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Əmək fəaliyyətinə tələbəykən respublika radiosunda başlayıb. Türkiyə, ərəb ölkələrinə, İrana və Cənubi Azərbaycana verilişlər hazırlayan redaksiyaların baş redaktoru təyin edilib. Əsas işindən ayrılmadan 10 il (1969-1979) ingilis, fransız, alman və ispan dillərində çap olunan "Moskou nyus" qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri olub. Azərbaycanın ictimai həyatı, mədəniyyəti, incəsənəti haqqında həmin qəzetin səhifələrində yazılar dərc etdirib. Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Qara Qarayev, Niyazi, Tahir Salahov kimi sənətkarları xarici ölkə oxucularına tanıtdırıb. 1959-cu ildən 1991-ci ilə qədər Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışıb, 15 il (1976-cı ildən) Azərbaycan radiosu və xarici verilişlər üzrə sədr müavini olub. 1972-1975-ci illərdə Türkiyədə işləyib.
Aqşin Bağırov
Aqşin Bağırov (Bağırov Aqşin Böyükağa oğlu; d. 6 iyun, 1953. Bakı, Azərbaycan SSR, SSRİ ) — Rusiya alimi; Tibb elmləri doktoru, professor. 1 nömrəli Moskva ortopediya və travmatologiya klinikasının rəhbəri. == Həyatı == Bağırov Aqşin Böyükağa oğlu 1953-cü il iyunun 6-da Bakı şəhərində doğulub. 1970-ci ildə Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutuna (indiki Azərbaycan Tibb Universiteti) qəbul olunub. 1976-1977-ci illərdə Zabaykalye dəmir yolunun Beloqorsk bölmə xəstəxanasında internatura keçib. 1978-1980-ci illərdə Sumqayıt şəhərində təcili tibbi yardım xəstəxanasında travmatoloq- həkim vəzifəsində çalışıb. 1980-ci ildə Azərbaycan Səhiyyə Nazirliyinin kollegiyasının qərarına əsasən Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna təyinat alıb. A.Bağırov 1982-ci ildə Moskva Mərkəzi Travmatologiya və Ortopediya İnstitutuna (MTOİ) göndərilib.
Aqşin Quluzadə
Aqşin İlham oğlu Quluzadə (31 avqust 1998-ci ildə Azərbaycanda anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Keşlə FK klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar azərbaycanlı futbolçu. == Klub karyerası == === Keşlə FK === Quluzadə Keşlə FK akademiyası vasitəsilə inkişaf etmişdir.2006-cı idən İnter PİK də oynamağa başlamışdır. Quluzadə əsas komanda ilə debütünü 4 may 2016-cı ildə etmişdir. O, Qarabağ FK klubu ilə qarşılaşmada 90 dəqiqə meydanda mübarizə aparmışdır. Həmin görüşdə İnter Azərbaycan Kuboku görüşündə Qarabağa 1-0 hesabı ilə məğlub olmuşdur. == Karyera statistiklkası == === Klub === 16 Yanvar 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Azərbaycan Superkuboku görüşləri daxildir.
Aqşin Qədirzadə
Aqşin Elman oğlu Qədirzadə (10 mart 1999, Seyidqışlaq, Qəbələ rayonu – 18 oktyabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Aqşin Qədirzadə 10 mart 1999-cu ildə Qəbələ rayonunun Seyidqışlaq kəndində anadan olub. 2005-ci ildə Seyidqışlaq kənd məktəbində 1-ci sinifə getmişdir. 2014-cü ildə həmin məktəbin 9-cu sinfini bitirmişdir. Kənddə bir müddət işlədikdən sonra 2016-cı ildə çilingər peşəsinə yiyələnmək üçün Qəbələ rayonu Peşə məktəbinə getmişdir. 2017-ci ildə peşə təhsilini yarımçıq qoyaraq hərbi xidmətə yollanıb. == Hərbi xidməti == Aqşin Qədirzadə 2017–2018-ci illərdə Ədliyyə Nazirliyində müddətli həqiqi hərbi xidmət keçmişdir. Hərbi xidmətini başa vurduqdan sonra kənddə bir neçə ay işlədikdən sonra yenidən Ordu Sıralarında xidmət üçün 15 may 2019-cu ildə kursa başlayıb, 12 iyul 2019-cu ildə həmin kursu moto atıcı manqa komandiri vəzifəsi ilə bitirmişdir. Şəmkirin Seyfəli kəndində müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmət edib. Tovuz döyüşləri zamanı da döyüşlərdə iştirak etmişdir.
Aqşin Vəlixanov
Aqşin Məmmədəli oğlu Vəlixanov (28 may 1936, Bakı – 21 iyul 1998, Bakı) — aktyor, Azərbaycan SSR əməkdar artisti (1989). == Həyatı == Aqşin Məmmədəli oğlu Vəlixanovun soyadı əksər proqramlarda "Vəlixanlı" kimi yazılıb. 1956–1960-cı illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsində oxuyub. 1957–1958-ci illərdə Azərbaycan Dövlət Radiosunda işləyib. Yaradıcılığı 1960–1998-ci illərdə Akademik Milli Dram Teatrı ilə bağlı olub. 21 mart 1989-cu ildə Azərbaycan SSR əməkdar artisti adı ilə təltif edilib.
Aqşin Xəlilov
Aqşin Ariz oğlu Xəlilov (16 iyun 1978, Dəvəçi) — azərbaycanlı idmançı, kikboksinqin semi-kontakt növü üzrə dünya çempionu (2006). == Həyatı və fəaliyyəti == Aqşin Ariz oğlu Xəlilov 1978-ci il iyun ayının 16-da Şabran rayonunda anadan olmuşdur. 1985-1995-ci illərdə Bakı şəhəri 246 nömrəli məktəbdə təhsil almışdır. 1995-ci ildə Bakı Dövlət Əmtəəşünaslıq və Kommersiya İnstitutuda, "Əmtəə bazarında kommersiya fəaliyyəti" ixtisası üzrə ali təhsil almış və 1999-cu ildə məzun olmuşdur. 1999—2000-ci illərdə Ordu İdman Klubunda həqiqi hərbi xidmət keçmişdir. 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti Yanında Ali İdarəçilik Akademiyasında ikinci ali təhsilini almağa başlamış, 2013-cü ildə təhsilini müvəffəqiyyətlə başa vurmuşdur. Erkən yaşlarından karate-do idman növü ilə peşəkar səviyyədə məşğul olmuşdur. Dəfələrlə karate-do üzrə Azərbaycan çempionu, 2003-cü ildə şotokan karate-do üzrə Avropa çempionu, 2006-cı ildə isə kikboksinqin semi-kontakt növü üzrə dünya çempionu olmuşdur. Azərbaycan Respublikasının idman ustasıdır. 2008-2013 cü illərdə Qəbələ İdman Klubunda lisenziyalaşdırma məsələləri üzrə baş menecer vəzifəsində çalışmışdır.
Aqşin Yenisey
Aqşin Yenisey (29 aprel 1978, Cəlilabad) — Azərbaycanlı yazıçı, şair, publisist.[mənbə göstərin] == Həyatı == Aqşin Yenisey 1978-ci ildə Cəlilabad rayonunda anadan olub. Bakı Dövlət Universitetinin coğrafiya fakültəsini bitirib. Yeni dövr Azərbaycan ədəbiyyatının nümayəndələrindən biridir. Azad Yazarlar Ocağının üzvü olub. Aqşin Yenisey bir müddət siyasətçi Bədrəddin Quliyevin rəhbərlik etdiyi Cümhuriyyət Xalq Partiyasının üzvü olmuşdur. == Ailəsi == Şair Aqşin Yenisey yazıçı Aysel Əlizadə ilə ailəli olub, bir qızı var. Şairin ikinci həyat yoldaşı Turana Rəsulovadır. 2014-cü ilin əvvəlindən Turana Rəsulova Almaniyaya köçüb orada yaşayır və aprel ayında oğlu Almaniyada doğulub. Bununla da Aqşin Yenisey ikinci dəfə oğul atası olub. == Yaradıcılığı == Aqşin Yeniseyin ilk kitabı 2000-ci ildə dərc olunub – "Unutmaq sözünün şəkli".
Aqşin İbadov
Aqşin Nazim oğlu İbadov (24 avqust 1984, Boladı, Lənkəran rayonu – 19 oktyabr 2020, Zəngilan rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Aqşin İbadov 1984-cü il avqustun 24-də Lənkəran rayonunun Boladı kəndində anadan olub. 2001–2005-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin "kəşfiyyatçı" ixtisasında təhsil alıb. Ailəli idi. Zeynəb adında bir qızı yadigar qaldı. == Hərbi xidməti == Aqşin İbadov 2005-ci ildə "leytenant" rütbəsi alaraq hərbi vəzifəyə başlayıb. Ağstafa rayonunda, Mingəçevir şəhərində, Murovdağda, Gədəbəy rayonunda yerləşən "N" saylı hərbi hissələrdə xidmət edib. Azərbaycan Ordusunun mayoru olan Aqşin İbadov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağın, Füzulinin, Cəbrayılın, Xocavəndin və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Aqşin İbadov oktyabrın 19-da Zəngilanın azad edilməsi zamanı şəhid olub. Lənkəran rayonunda dəfn olunub.