Aqşin Elman oğlu Qədirzadə (10 mart 1999, Seyidqışlaq, Qəbələ rayonu – 18 oktyabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Aqşin Qədirzadə | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 mart 1999(1999-03-10) |
Doğum yeri | |
Vəfat tarixi | 18 oktyabr 2020(2020-10-18) (21 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2017-2018 / 2020 |
Rütbəsi | Əsgər |
Vəzifəsi | Moto atıcı (manqa komandiri) |
Döyüşlər |
Tovuz döyüşləri İkinci Qarabağ müharibəsi • Murovdağ döyüşləri |
Təltifləri | 2021 2021 |
Aqşin Qədirzadə 10 mart 1999-cu ildə Qəbələ rayonunun Seyidqışlaq kəndində anadan olub. 2005-ci ildə Seyidqışlaq kənd məktəbində 1-ci sinifə getmişdir. 2014-cü ildə həmin məktəbin 9-cu sinfini bitirmişdir. Kənddə bir müddət işlədikdən sonra 2016-cı ildə çilingər peşəsinə yiyələnmək üçün Qəbələ rayonu Peşə məktəbinə getmişdir. 2017-ci ildə peşə təhsilini yarımçıq qoyaraq hərbi xidmətə yollanıb.
Aqşin Qədirzadə 2017–2018-ci illərdə Ədliyyə Nazirliyində müddətli həqiqi hərbi xidmət keçmişdir. Hərbi xidmətini başa vurduqdan sonra kənddə bir neçə ay işlədikdən sonra yenidən Ordu Sıralarında xidmət üçün 15 may 2019-cu ildə kursa başlayıb, 12 iyul 2019-cu ildə həmin kursu moto atıcı manqa komandiri vəzifəsi ilə bitirmişdir. Şəmkirin Seyfəli kəndində müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmət edib. Tovuz döyüşləri zamanı da döyüşlərdə iştirak etmişdir.
Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Aqşin Qədirzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ döyüşlərində savaşıb. Murovdağda gedən döyüşlər zamanı oktyabrın 4-də itkin düşmüşdür. Oktyabrın 18-i şəhid olduğu xəbəri gəlmişdir. Aqşin Qədirzadə dekabrın 18-də Qəbələ rayonunun Seyidqışlaq kəndində dəfn olunmuşdur.
2021-ci ilin aprel ayında Polad Həşimovun və İkinci Qarabağ müharibəsi şəhidi Aqşin Qədirzadənin adına Qəbələ rayonu Zərgərli kəndi, Qəbələ-Oğuz yolunun kənarında bulaq istifadəyə verilib.[4]