Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sarğı və sarğı qoymaq haqqında anlayış
Sarğı materialı və ondan istifadə etmək qaydaları — Yaranın üstünü örtmək üçün işlədilən parça materiallarıdır. Reanimatologiya və ilk tibbi yardım da daxil müxtəlif sahələrdə tətbiq edilir. Sarğı materialı hiqroskopik (yaxşı nəmçəkən) olmalı, yəni yaradakı qanı və irini hopdurmalı, tez qorumaq və asanlıqla sterilləşmək xassələrinə malik olmalıdır. Əsas sarğı materialları tənzifdən, ağ pambıqdan, liqnindən (ağac pambığı), ləçəkdən (üçbucaq formalı pambıq parçadan) ibarətdir. Tənzifdən istifadə edilməklə tabel sarğı vasitələri hazırlanır. Bunlar fərdi sarğı paketləri, müxtəlif ölçülü steril və qeyri-steril bintlər, böyük və kiçik steril salfetlər və steril sarğılardır. Bunlardan başqa, xəstəxanaların cərrahiyyə və sarğı şöbələrində tənzifdən və ya kiçik salfetlərdən tənzif kürəciklər, tamponlar, yastıqçalar, tənzif dolaqları düzəldilir ki, bunlardan da sarğı qoyarkən və cərrahiyyə əməliyyatları zamanı istifadə edilir. Yaraların yoluxmasının və ağırlaşmasının qarşısını almaq üçün görülən ilk profilaktik tədbir onlara mümkün qədər tez aseptik sarğı qoymaqdır. Bütün yaralara steril (mikrobsuz, təmiz) sarğı qoyulur. Sarğı yaranın üstünü sarıyıb-örtən sarğı materialından ibarətdir.
Qaymaq
Qaymaq — süd məhsulu. Yağ əldə etmək və yemək üçün istifadə olunur. Qaymaq almaq üçün qaynanmış südü qablara (teşt, tabaq və s.) töküb 15—20 saat saxlayırlar. Bu müddətdə südün qaymaq adlanan yağlı hissəsi üzə çıxır. Buna görə də qaymaq xalq arasında bəzən üz adlanır. Süd məhsullarının, o cümlədən qaymağın alınması gil qabların hazırlandığı Neolit dövrünə aiddir. Hazırda qaymaq sənaye üsulu ilə də alınır. Standarta görə tərkibində 20% yağ olan qaymaq adi, 35% yağ olanı isə yağlı qaymaq adlanır. Qaymağın tərkibində A, B, E, C vitaminləri, həmcinin şəkər və zülal var. 1 kq qaymaqdan 5000 kalori alınır.
Quymaq
Rəmiş
Rəmiş (əsl adı Rafiq Hüseyn oğlu Hüseynov; 14 noyabr 1944, Gülablı, Ağdam rayonu – 5 aprel 2021, Bakı) — azərbaycanlı elektrogitara ifaçısı, Azərbaycan Respublikasının xalq artisti (2014). Rafiq Hüseynov 14 noyabr 1944-cü ilə Ağdamın Gülablı kəndində doğulmuşdur. İlk musiqi təhsilini Üzeyir Hacıbəyov adına orta ixtisas musiqi məktəbində tar sinfində almışdır. Üç dəfə ailə həyatı qurmuşdur. Sonuncu həyat yoldaşı Güllü Hüseynovadır. Rəmiş 5 aprel 2021-ci ildə müalicə aldığı xəstəxanada dünyasını dəyişmişdir. Sənətkar Qurd qapısı qəbiristanlığında dəfn edilib. Rəmiş Qədir Rüstəmovu, Rübabə Muradovanı, Yaqub Məmmədovu, Səxavət Məmmədovu müşayiət etmiş və başqa şəxsiyyətlərlə bir sıra məclislərdə iştrak etmişdir. Rəmiş həm də tar, piano, qarmon, zərb, ud və s. azərbaycan xalq çalğı alətlərlərində peşəkar şəkildə ifa edə bilirdi.
Oymaq iyesi
Oymaq iyəsi
Oymaq iyəsi — türk, monqol və altay mifologiyalarında qəbilənin və ya tayfanın qoruyucu ruhu. Oymaq iyəsi və ya Oyu (Oyuv, ​​Uyıv) iyəsi olaraq da bilinər. Bəzən Uruk (Uruğ, Urıv) iyəsi təbiri də bənzər bir məna ifadə etmək üçün istifadə edilir. Monqollar Aymag Ezen olaraq bilərlər. Hər tayfanın fərqli bir qoruyucu ruhu vardır. Türklərdə ailə və sülalə kimi alt birimleden sonra ictimai təşkilatlanmanın ilk mərhələsi oymaqlardır. Türklərdə bir çox boyun və ya oymağın qurucusu olan və öz adını daşıyan bir atası vardır. Bu ata ümumiyyətlə o boyun və ya oymağın qoruyucusu olaraq qəbul görər. Məsələn: Qazax Xan: Qazaxların atası olaraq qəbul edilir. Qıpçaq (Qıfçax) Xan: Qıpçaq boyunun atasıdır.
Qaymaq Mustafa Paşa
Qaymaq Mustafa Paşa (ö. 1 oktyabr 1730) — III Əhməd səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi. Doğum tarixi bilinmir. Atası IV Mehmedin sədrəzəmlərindən Bayburtlu İbrahim Paşa, anası isə yenə eyni dövrün sədrəzəmlərindən Mərzifonlu Mustafa Paşanın qızı Fatma xanım idi. Kiçik yaşlarından saraya alındı və burada Əndərunda təhsil aldı. Qapıçıbaşılığa qədər yüksəldi, ardından 1717-ci ilin fevralında ikinci miraxur, həmin ilin iyununda isə qapıçılar kəndxudası oldu. Bu dönəmdə sədrəzəm Nevşəhərli İbrahim Paşanın qızı Fatma xanımla (ö. 1765) evləndi və onun yaxın adamlarından biri halına gəldi. 1718-ci ilin mayında nişançı vəzir, 1721-ci ilin sentyabrında isə kaptan-ı dərya təyin edildi. Qətlinədək bu vəzifədə qalmışdır.
Satışa qoşmaq hüququ
Satışa qoşmaq hüququ (ing. Drag-along right) — korporativ hüquqda mövcud olan hüquqi konsepsiya. “Satışa məcbur etmək” və bəzi ədəbiyyatlarda "özünlə dartmaq hüququ" kimi də adlandırılır. Satışa qoşulmaq hüququnun əksidir. Satışa qoşmaq hüququ investora imkan verir ki, o öz səhmlərini kənar şəxsə satdıqda, səhmdarı (sahibkarı) öz səhmlərini satmağa məcbur etsin. Əksəriyyət riskli kapital investisiyalarda bu şərtlər sahibkar və investor(lar) arasında imzalanan səhmdarlar müqaviləsində əks olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsində bu üsulun istifadəsini qadağa edən norma olmasa da, mövcud səhmdarlar tərəfindən öz səhmlərini kənar şəxsə satışında müəyyən məhdudiyyətlər qoyulub . Bu hüquq majoritar səhmdarlara minoritar səhmdarları şirkətin satılmasına qoşulmağa məcbur etmək imkanı verən hüquqdur. Bu zaman majoritar səhmdar minoritar səhmdara hər hansı digər səhm satanların təklif etdiyi eyni qiyməti və şərtləri təklif etməlidirlər. Bu hüquq majoritar səhmdarları qorumaq üçün nəzərdə tutulub.
Arxada iz qoyma
Arxada iz qoyma (ing. Leave No Trace) — amerikalı rejissor Debra Qranikin 2018-ci ildə ekranlara çıxan dram filmi. == Süjet == Ata və qızı xeyli müddətdir ki, Portlend yaxınlığındakı təbiət qoruğunda dinc və təcrid olunmuş həyat sürür. Bu həyat tərzi onlardan biri kiçik bir səhv edənə qədər davam edir.
Məmiş Abdullayev
Məmiş Abdullayev Şahbaz oğlu — Sovet İttifaqı Qəhrəmanı (24.03.1945) Məmiş Abdullayev Şahbaz oğlu 1923-cü ildə Kürdəmir rayonunun Muradxan kəndində dünyaya göz açmış, orta məktəbi qurtardıqdan sonra 1943-cü ilin iyununda hərbi qulluğa getmiş və I Belarus cəbhəsində hərbi əməliyyatlar aparan 48-ci ordu tərkibində olan 339-cu atıcı alayda pulemyotçu olmuşdur. Serjant Məmiş Abdullayev 1944-cu ilin sentyabrının əvvəlində Polşa ərazisində düşmənə qarşı aparılan döyüşlərdə şəxsi qəhrəmanlıq göstərmiş və döyüşən hərbi hissənin hücumunu təmin etmişdir. Sovet İttifaqı Qəhrəmanı adı 1945-ci ilin 24 martında verilmişdir.
Seyid Məmiş
Seyid Məmiş — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazisində kənd. Seyid Məmiş kəndi rayondan 1920 km şiaml-qərbdə, Səlim çayının sahilində, rayondakı Ağkənd kəndinin yaxınlığında yerləşirdi. Toponim seyid nəsil adı ilə Məmiş şəxs adı əsasında yaranmışdır. «Seyid nəslindən olan Məmişin kəndi» mənasını bildirir. Antorpotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Seyid Məmiş kəndi 1919-cu ildə əhalisi qovulduqdan sonra kənd dağıdılmışdır. Kənd oradakı "Seyid Məmiş piri"nin adı ilə adlandırılmışdır.
Göydağ
Göydağ (Naxçıvan)
Göydağ (Göygöl)
Göydağ – Göygöl rayonu ərazisində dağ. Sərt yoxuşlu aşırımı var. Kəpəz dağı ilə Sarısu kəndi arasındadır. Dağ alp çəmənləri ilə zəngin olub, yaşıla (göy rəngə) büründüyü üçün belə adlandırılmışdır. Qazax, Daşkəsən, Gədəbəy, Tovuz, Oğuz (Filfili kəndi), Şəki (Aydınbulaq kəndi) rayonları ərazilərində də eyniadlı dağlar vardır. Bu oronimlərin bir qismi dağ süxurlarının göy rəngə çalması ilə bağlıdır.
Göydağ (Naxçıvan)
Göydağ – Culfa və Ordubad rayonları sərhədində dağ (hünd. 2720,4 m). Zəngəzur silsiləsinin Dəmirlidağ-Göydağ qolunun suayırıcısında zirvə. Nürgüt kəndindən 5 km qərb-şimal-qərbdədir. Üst Eosenin Priabon mərtəbəsinə aid Üst Paradaş yarımlay dəstəsinin çökmə süxurlarını yarıb çıxan diorit və kvarslı diorit-porfir tərkibə malik Alt Miosen yaşlı eyniadlı subvulkanik massivin mərkəzində yerləşmiş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-qərb cinahında müşahidə edilən Mərəlik-Göynük sinklinalının maqmatık kütlə ilə yarılmış cənub-şərq sentriklinal hissəsinə aiddir.
Gəmir
Gəmir — Oğuz rayonunu ərazisində dağ aşırımı. == Haqqında == Gəmir Oğuz və Daşağıl çaylarının hövzələri arasındadır. Tədqiqatçılar oronimi türk dillərində "dağ başında dar yarğan, uçurum yer" mənasında işlənən kömür sözü ilə əlaqələndirirlər. Azərbaycanın şimal-qərb rayonlarında da gəm sözü "dar, kiçik" mənasında işlənir.
Qamış
Qamış və ya Qəmiş (Phragmites australis), sulaq yerlərdə bitən uzun və içiboş bir bitki. Arundo aggerum Kit. Arundo australis Cav. Arundo barbata Burch. Arundo donax Forssk. [Illegitimate] Arundo egmontiana Roem. & Schult. Arundo filiformis Hassk. [Invalid] Arundo flexuosa Brongn. [Illegitimate] Arundo graeca Link Arundo naga J.Koenig ex Steud.
Temis
Temis, Femida (yun. Θέμις) — Qədim yunan mifologiyasında ədalət ilahəsi, titan, Zevsin ikinci xanımı. Temis belə təsvir olunur: gözübağlı şəkildə bir əlində tərəzi, digər əlində isə qılınc tutur. Gözünün bağlı olması tərəfsizliyini, əlində tərəzi tutması ədalət və nizam-intizamı, qılınc isə cəzalandırma ixtiyar və qüddətini təmsil edir. Bu xüsusiyyətlərinə görə müasir dövrdə belə Temisin təsvirindən hüquq və ədalətlə bağlı mövzularda istifadə olunur. Onun təsvirinə kitab, film kimi çox müxtəlif yerlərdə rast gəlmək mümkündür.
Yemiş
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
GEİŞ
Genetik Ehtiyatların İnformasiya Şəbəkəsi (ing. Germplasm Resources Information Network, qısaca GRIN) — Onlayn rejmində canlı orqanizmlər haqqında genetik və digər informasiyaları əks etdirən layihə.
Gəmi
Gəmi — Arximed prinsipinə əsasən suda üzə bilən su nəqliyyat maşını. Qayıq ilə gəmi arasındakı fərq onun ölçüsündədir. Gəmilər xüsusi gəmiqayırma zavodlarında hazırlanırlar. Gəminin gövdəsi hazır olduqdan sonra o suya buraxılır və sonra suda tam quraşdırılır. Gəmilər vacib nəqliyyat vasitələrindəndir. Onlardan həm sərnişin, həm də yüklərin daşınmasında istifadə olunur. Yüklər konteynerlərə yığılaraq uzaq məsafələrə daşınır. Böyük yük gəmiləri neft tankerləridir. Sərnişin gəmilərindən daha çox səyahət üçün istifadə olunur. == Gəmi növləri == Teploxod — daxili yanacaq mühərriki ilə hərəkətə gətirilən gəmi; Yaxta — motorlu və yaxud yelkənli yüngül gəmi; Aviadaşıyıcı — göyərtə aviasiyası daşıyan hərbi gəmi.
Qaynaq
Qaynaq bu mənaları ifadə edə bilər: Qaynaq (Tərtər) — Azərbaycanın Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Qaynaq (texnika) — hissələrin bir-biri arasında atomar əlaqə yaratmaq üçün istilik və ya təzyiqdən istifadə etməklə birləşdiirlməsi üçün texnoloji üsul.
Qodman
Qodman — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 mart 2013-cü il tarixli, 590-IVQ saylı Qərarı ilə Masallı rayonunun Qodman kənd inzibati ərazi dairəsi tərkibindəki Qodman kəndinin ərazisindən 41,33 ha (bundan bələdiyyə mülkiyyətində olan 1,0 ha və xüsusi mülkiyyətdə olan 40,33 ha) torpaq sahəsi Masallı şəhər inzibati ərazi dairəsi tərkibindəki Masallı şəhərinin inzibati ərazisinə birləşdirilmişdir. Qodman kəndinin adı talış dilindəki "ğıdımon" - sözündən olub, mənası "gəlmələr" deməkdir. Kəndin əsasını aşağıbaşlılar (kəndin şərq hissəsi) qoymuşlar. Onlar bir neçə nəsildir və Lerik, Lənkəran bir də İrandan köçüb gəlmişlər. Qodman kəndinin tən ortasından bir küçə keçir ki, həmin küçənin qərbində seyidlər yaşayır. Onlar Məmmədrzakücə kəndindən buraya son zamanlar gəliblər. 1859-1864-cü illərdə həyata keçirilmiş kameral siyahıyaalınmaya əsasən Bakı quberniyasının Lənkəran qəzasının Sığdaş və bu kənd sakinlərinin yeni saldıqları Qodman kəndində cəmi 57 evdə etnik talışlardan ibarət 339 nəfər (205 nəfəri kişi, 134 nəfəri qadın) şiə təriqətli müsəlman əhali yaşayırdı. Hazırda kənd əhalinin sayı 1255 nəfərdir.
Qorşaq
Qoxmuq
Qoxmuq — Azərbaycan Respublikasının Şəki rayonunun Qoxmuq kənd inzibati ərazi dairəsində kənd. 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən etnik tatarlardan ibarət hər iki cinsdən toplam 838 nəfər əhali yaşayırdı. Kəndin əhalisi 4853 nəfər təşkil edir ki, onun da 2470 nəfəri kişi, 2383 nəfəri isə qadındır. Qoxmuq kənd tam orta məktəbinin binası 1967-ci ildə inşa edilmişdi. O vaxtdan təmir olunmayan bina tədris üçün yararsız vəziyyətdə düşmüşdü. 2013-cü ilin oktyabrında Şəki Şəhər İcra Hakimiyyətinin sifarişi ilə dövlət büdcəsi vəsaiti hesabına 840 şagird yerlik Qoxmuq kənd tam orta məktəbi üçün yeni binanın inşasına başlanmışdır. 4 noyabr 2015-ci ildə Prezident İlham Əliyev Şəkiyə səfəri çərçivəsində Qoxmuq kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi mərasimində iştirak etmişdir. Yüksək keyfiyyətlə tikilən binada təlim-tədris üçün bütün zəruri şərait yaradılmışdır. Sahəsi 5.277 kvadratmetr olan bina üçmərtəbəlidir. 108 müəllimin çalışdığı məktəbdə 42 sinif otağı yaradılıb, müasir standartlara cavab verən və əyani vasitələrlə təchiz olunan fənn laboratoriyaları qurulub.
Qoydan
Qoydan — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Kənd Lahıc turizm zonasında, Girdiman çayının sol sahilində yerləşir. Əhalisi 68 nəfər, 35 kişi, 33 qadındir. Əhali əsasən heyvandarlıq və arıçılıqla məşğul olur. Kənd elektrik enerjisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur. Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 6 km yolu piyada və ya atla getmək olar. İsmayıllı-Lahıc-Şamaxı turist marşrutları kəndin yaxınlığından keçir.
Qozman
Qozman — Yelizavetpol (Gəncə) Qazax Şəmşəddin qəzasında, indi Barana (Noemberyan) rayonunda kənd.
Quycaq
Quycaq — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 3 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Quycaq Cəbrayıl rayonunun eyniadlı inzibati ərazi vahidində kənddir. Düzənlikdədir. 1828-ci ilə aid mənbədə Quyucaq qışlaq yeri kimi qeydə alınmışdır. Əvvəllər Qışlaq, daha sonra Azərbaycanın c.-undan gəlmiş ailələrin burada saldığı kənd su quyusunun yanında yerləşdiyinə görə Quyucaq adlanmışdır. Kəndin şm.-ş.-indəki dərələrdən biri indi də Quyudərəsi adlanır. Cənubi Azərbaycanda da bu adda kənd vardır. Quyu komponentli coğrafi adlara həmçinin Dağıstanın va Ermənistanın toponimiyasında da rast gəlinir: Quyucuq yol ayrıcı, Piraquyu qəbristanlığı (Ermenistan), Tərənkui gölü, Abdulkui dərəsi, Bozarkui xutoru, Alikui kurqam (Dağıstan) va s.
Duymaq
Eşitmə və ya duyma — canlıların ətraflarında meydana gələn səsləri eşitmə orqanları vasitəsilə qavramasıdır.
Qazmaq
Düyü Qazmağı — Plov süfrəyə düzülərkən üzərinə qazmaq düzülür. Azərbaycanda düyü plovunun bir növü süzülüb sonradan dəmə qoymaqla hazırlanır. Bu üsülla hazırlanan plov süzmə plov adlanır. Yuyulub suyu süzülmüş düyü əvvəlcə islağa qoyulur, sonra isə duzlu suda bir az qaynadılır, süzülür və təpə şəklində qalaq-qalaq qazmağın üzərinə yığılır, zəfəran vurulur və yağ əlavə olunur. Düyü dəmə qoyulur. Düyünün altına qoyulan qazmaq bişərkən qızılı rəngə çalır və xırçıldayır. Əgər qazmaq əvəzinə düyünün altına ət qoyularsa buna "döşəmə plov" deyilir. Plov süfrəyə verilərkən üzərinə qazmaq düzülür. Qazmağı düyünün özündən, yağlı xəmirdən, nazik yuxadan, hətta dairəvi kartof dilimlərindən də hazırlamaq olar. Düyüdən hazırlanan qazmağı zənnimcə çox bəyənəcəksiz.
Dəniz Gəzmiş
Dəniz Gəzmiş (türk. Deniz Gezmiş; 27 fevral 1947, Ayaş, Ankara ili – 6 may 1972, Ankara) — Türkiyəli marksist-leninist inqilabçı və siyasi aktivist. 1972-ci ildə 25 yaşında iki yoldaşı ilə birlikdə edam edilmişdir. Dəniz Gəzmiş həyatı, fəaliyyəti və ölümü ilə Türkiyə cəmiyyətinin üzərində dərin izlər buraxmışdır. Ölümündən sonra barəsində yazılmış mahnılar və çəkilmiş sənədli, bədii filmlər buna misal göstərilə bilər. == Uşaqlıq və gənclik illəri == Dəniz Gəzmiş 1947-ci ilin 28 fevral tarixində Ankaranın Ayaş səmtində dünyaya gəlmişdir. Babası Rizə bölgəsinin Əkizdərə səmtinə bağlı Cimil kəndinin sakini olmuşdur. Gəzmişin nəsili Konyadan köçmək məcburiyyətində qalmış Oğuz türklərinə gedib çıxmaqdadır. Dəniz Gəzmişin atası Ərzurumda yerləşən orta məktəblərin birində müfəttiş kimi çalışan Cəmil Gəzmiş idi. Anası Müqəddər Gəzmiş də Ərzurum bölgəsinin Tortum səmtində orta məktəb müəlliməsi kimi çalışırdı.
Geris xalçası
Heris xalçası və ya Heriz xalçası — Təbriz xalçaçılıq məktəbinə aid xalça növü.Heriz xalçaları olduqca davamlı və dayanıqlı və nəsillər boyu davam edə bilər. Bu xalçaların adları Təbrizin şimal-şərqində yerləşən "Geris" və ya "Gəpəz" qəsəbəsinin adları ilə bağlıdır. "Heris" xalçalarının bədii tərtibatı çox orijinaldır. Kompozisiya və detalların ümumi formaları əyri xətli bitki naxışlarından ibarət olan "Ləçəkturunc" kompozisiyasının əsasında yaradılmışdır. Ancaq vaxt keçdikçə bu kompozisiyanın naxışları punktirli olub və sərbəst xalça rəsmi əmələ gətirməyə başlayıb. Adətən xalçanın eskizsiz öz başına toxuyurdular. Burada təəcüblü bir şey yoxdur, çünki xalçatoxuyanlar başqa tip xalça toxuya bilmirdilər. Təxminən XVI-cı əsrdən indiyə kimi adət-ənənəyə uyğun olaraq Herisdə yalnız bu xalçanı toxuyurdular, ona görə də xalçatoxuyyanlar bu rəsmi çox gözəl bilirdilər. Qeyd etmək lazımdır ki, əhalisi həmçinin xovsuz xalça-palaz və kilimlərin istehsalı ilə tanınır.
Gəpis (Soyuqbulaq)
Gəpis (fars. خاتون باغ‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 542 nəfər yaşayır (104 ailə).
Hava gəmisi
Uçan gəmi — yerin və ya suyun səthində əks olunan hava ilə qarşılıqlı təsir istisna olmaqla, hava ilə qarşılıqlı təsir yolu ilə atmosferdə dəstəklənən uçan aparat. == Xüsusi çəkisinə görə uçan gəmilərin təsnifatı == Xüsusi çəkisinə görə təyyarələri şərti olaraq iki qrupa bölmək olar — havadan yüngül təyyarələr (aerostatlar) və havadan ağır olan təyyarələr (aerodinlər). İkisinin fərqi ondan ibarətdir ki, havadan daha yüngül olan təyyarələr, havadan daha ağır olan təyyarələrdən fərqli olaraq əlavə elektrik stansiyasının köməyi olmadan müstəqil şəkildə havaya qalxa bilirlər. Bu təsnifat rəsmi deyil və mümkün və tez-tez istifadə olunanlardan biri kimi verilir. Havadan yüngül olan təyyarələr, Arximed qanununa əsaslanaraq, havaya qalxmaq üçün aerostatik qüvvələrdən istifadə etmələri ilə fərqlənirlər ki, bu qanuna əsasən, daha az sıxlığa malik olan cisim daha yüksək sıxlıqlı mühitdə üzməyə başlayana qədər üzəcək. Atmosferin sıxlığı yer səthindən uzaqlaşdıqca azaldığından belə bir təyyarənin qalxması da qalxdıqca azalır.
Helikopter gəmisi
Helikopter daşıyıcısı və ya Helikopter gəmisi əməliyyat baxımından vertolyotdan istifadə edən bir təyyarədaşıyıcı növüdür. Helikopter daşıyıcılarında gəminin çox hissəsini əhatə edən və gəminin uzununa uzanmış olan uçuş göyərtəsi mövcud olur. Bu gəmilərə misal olaraq Britaniya Kral Donanmasının HMS Ocean, Sovet Donanmasının Moskva sinfi və ya Çin Hərbi Dəniz Qüvvələrindin Tip 0891A gəmilərini vermək mümkündür. Bu gəmilərdə adətən təyyarələrin saxlanması üçün anqarlar da mövcud olur. XXI əsrdə sırf helikopter daşımaq üçün nəzərdə tutulmuş olan helikopter daşıyıcılarından danışmaq çətindir. Harrier və F-35 kimi şaquli qalxan və enən STOVL təyyarələrinin yaranması təsnifatı daha da çətinləşdirmişdir. Məsələn, ABŞ Hərbi Dəniz Qüvvələrindəki Wasp sinifli gəmilər altı-səkkiz Harrier və 20-dən çox helikopter daşıya bilər. Müasir dövrdə yalnız təyyarə daşıya bilməyən kiçik helikopter daşıyıcıları və köhnə helikopter daşıyıcıları əsl helikopter daşıyıcıları sayıla bilərlər. Bir çox hallarda, şaquli qalxma və şaquli enmə həyata keçirdə bilən STOVL təyyarələrini daxilində yerləşdirən gəmilər "yüngül təyyarə daşıyıcıları" kimi təsnif edilirlər. Wasp sinfi kimi gəmilər həmçinin dəniz piyadaları kimi qoşun növləri ilə desant əməliyyatlarını həyata keçirmək qabiliyyətinə malikdirlər.
Mina gəmisi
Mina gəmisi — minaları təmizləmək üçün hazırlanmış kiçik bir hərbi gəmidir. Onun əsas vəzifəsi müxtəlif mexanizmlərdən istifadə edərək nəqliyyat təhlükəsizliyi üçün su yollarının təhlükəsizliyini təmin etmək məqsədilə dəniz minalarının yaratdığı təhlükələrə qarşı mübarizə aparmaqdır.
Mirnı gəmisi
"Mirnı" — yelkənli Şlyup, Birinci Antarktika ekpedisiyasında 1819-1821-ci illərdə Mixail Lazarevin rəhbərliyi ilə Antarktidanın kəşfində iştirak etmiş gəmi. Gəmi 1818-ci ildə Sankt-Peterburq yaxınlığında buzlaqlar arasında hərəkət etməyə xidmət edək üçün yenidən inşa edilmişdir. Antarktikaya ekspedisiyanı tezləşdirmək məqsədi ilə «Ladoqa» gəmisisi hərbi donanmaya cəlb olunur. Onun adı dəyişdirilərək «Mirnı» adlandırılır. Yeni ad verilməsindən sonra gəmi təmirə göndərilmişdir. Gəmini Mixail Lazarev idarə etmişdir. Təmirdən sonra gəmi olduqca güçlənmişdir. Gəminin xatirəsinə adlandırılmış obyektlər: Antarktidada yarımada Antarktidada sahil Antarktikada elmi-araşdırma stansiyası "Mirnı" Merkuridə dağ sistemi Морской Энциклопедический Словарь, Л-д, «Судостроение», 1991, ISBN 5-7355-0280-8. Mərkəzi Hərbi-Dəniz Portalı: «Dünyanın yelkənli gəmiləri» Arxivləşdirilib 2007-07-08 at the Wayback Machine.
Müşayiət gəmisi
Müşayiət gəmisi və ya müşayiət aviadaşıyıcısı, Bu, II Dünya Müharibəsi zamanı Kral Hərbi Dəniz Qüvvələri, ABŞ Hərbi Dəniz Qüvvələri, Yapon İmperator Donanması və Yaponiya İmperator Hərbi Hava Qüvvələri tərəfindən istifadə edilən kiçik və yavaş tipli təyyarə gəmisi idi. Onlar adətən daha böyük donanma gəmilərinin uzunluğunun yarısı uzunluğunda olan və subasımının üçdə bir həcmində, daha yavaş sürətə, daha az təyyarə daşıma qabiliyyətinə və daha yüngül silah və zirehlərə malik idilər. Müşayiət gəmiləri daha ucuz idi, çünki onlar əsasən kommersiya gəmisinin gövdəsi üzərində inşa olunurdular və istənilən vaxt tez bir zamanda tikilə bilərdilər. Donanma gəmilərinin sayca az olması şəraitində onlara müvəqqəti olaraq çoxlu sayda vəzifələr verilirdi və bu da onların üstünlüyü idi. Bununla belə, mühafizənin olmaması müşayiət gəmilərini həssas vəziyyətə salırdı və bəziləri məhz buna görə batırılmışdır. Yüngül təyyarədaşıyıcılar bir çox cəhətlərinə görə müşayiət gəmilərinə oxşar bir konsepsiya idi, lakin donanma gəmiləri ilə birlikdə xidmət etmək üçün lazım olan daha yüksək sürətə sahib idilər. Müşayiət gəmiləri donanma gəmiləri, döyüş gəmiləri və kreyserlərdən ibarət olan əsas qüvvələr ilə ayaqlaşa bilməyəcək qədər yavaş idilər. Bunun əvəzinə, konvoyları müşayiət etmək və onları düşmən sualtı qayıqlarının və təyyarələrinin törədə biləcəyi təhdidlərdən mühafizə etmək üçün istifadə olunurdular. Materik Avropası və Sakit Okean adalarına edilən hücumlarda müşayiət gəmiləri amfibiya əməliyyatları zamanı quru qüvvələrinə yaxın hava dəstəyi verirdilər. Müşayiət gəmiləri, donanma gəmilərinə əlavə təyyarələrin daşınması və bütün hərbi xidmətlərin çatdırılma məntəqələrinə çatması üçün bərə təyyarələrinin daşınması kimi müxtəlif missiyalarda da istifadə edilmişdirlər.
Baymaq
Baymaq (başq. Baymaq) — Rusiya Federasiyasında yerləşən şəhər, Başqırdıstan Respublikasınin tərkibinə daxildir.
Toxmaq
Toxmaq (xalça) — ucu kəsik, dişli alət. Toxmaq barmağı — barmağın ən kənar birləşməsindəki vətər zədəsi. Toxmaq (Altınova) — Türkiyənin Yalova vilayətinin Altınova rayonuna bağlı kənd.
Oynaq
Oynaq - Skelet sistemini meydana gətirən sümüklər arasında əlaqəni təmin edən birləşmə yerinə oynaq deyilir. Qısaca oynaq, sümüklərin bir-birlərinə bağlandıqları yerlərə deyilir. Oynaqlarımız, sümüklərimizi bir-birinə bağlayaraq hərəkət etməmizə imkan verər. Barmaqlarımızda oynaqlarımız olmasaydı, hər hansı bir obyekti tuta bilməzdik. Qıçlarımızdakı oynaqlarımız olmasaydı, oturub qalxa bilməzdik, gedib qaça bilməzdik. Onurğamızı və sinə qəfəsimizi meydana gətirən sümüklər arasında da oynaqlar vardır. Lakin bu oynaqlar, əl və ayaqlarımızdakı qədər hərəkətli deyil. Bu bölgələrdəki oynaqların hərəkətləri məhduddur. Bunun yanında kəlləmizdə olan oynaqlar, heç hərəkət etməzlər.
Qayma
Qayma (rus. глыба, ing. block, massiph) — 1) yer qabığının qırılmalarla ayrılmış hissəsi olub, digər sahələrdən quruluşuna, şaquli tektonik hərəkətlərin sürəti və istiqamətinə görə fərqlənir. Qalxmış Q.-horstlar, enmiş Q. – qrabenlərdir; 2) eni və uzunluğu bir neçə yüz metr, qalınlığı on metrlərlə olan ekzotik və yaxud buzlaq vasitəsilə qopardılmış (ayrılmış) belə Q. Buz-laqlar vasitəsilə ilkin yerlərindən 100 km-lərlə məsafəyə aparılır; 3) diametri 1 metrdən böyük olan süxur parçaları.
Qonaq
Qonaqlıq və ya Ziyafət ictimailəşmə, danışma və istirahət məqsədləri üçün bir ev sahibi tərəfindən dəvət edilmiş şəxslərin bir yığıncağına deyilir, ya da festival və ya digər xüsusi münasibətin çərçivəsində xatirə günü kimi ifadə olunur.
Qovaq
Qovaq (lat. Populus) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinə aid bitki cinsi.
Qoyas
Qoyas (port. Goiás) — Ştat Braziliyanın Mərkəz-qərb regionuna daxildir. Ştat Tokantins, Matu-Qrosu, Matu-Qrosu-du-Sul, Baiya və Minas-Jerays ilə sərhədə malikdir. 2010-cu il məlumatına görə Qoyas ərazisində 6 003 788 nəfər yaşayır. Ərazisi 340 103 km² təşkil edir. Ştatın inzibati mərkəzi Qoyaniya şəhəridirQoyaniya aqlomerasiyasında ümumilikdə 2 mln insan yaşayır Ərazisi savannadır. Şimal-şərqində Şapada-dus-Veadeyrus Milli Parkı yerləşir. Ərazisindən Tokantins, Paranaiba çayı və Parana çayı axır. Apanpolis şəhərində Braziliya HHQ aid baza yerləşir. 1727-ci ildə Bartolomeu Bueno da Silvera bölgədə qızıl aşkarlaylr.
Qoşma
Qoşma (ədəbiyyat janrı) — ədəbiyyatda janr. Qoşma (köməkçi nitq hissəsi) — 5 köməkçi nitq hissəsindən biri.
Göyyal
Göyyal — Azərbaycan Respublikasının Qubadlı rayonunun Fərcan kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Göyyal toponimi "göy" və "yal" sözlərindən ibarətdir. "Göy" – "yaşıl", "yal" isə "dağ beli" mənasındadır. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Toponimikası == Göyyal kəndi dağlıq ərazidədir. Toponim göy (yaşıl) və yal (dağ beli) komponentlərindən düzəlib, "yaşıl dağ beli" mənasındadır. Kənd salındığı ərazinin adını daşıyır. == Coğrafiyası və iqlimi == Göyyal kəndi dağlıq ərazidə yerləşir. == Mənbə == Akif Muradverdiyev.
Göyçay
Göyçay — Azərbaycan Respublikasında şəhər, Göyçay rayonunun inzibati mərkəzi. XIX əsrdən şəhərdir. Göyçay şəhəri əsəsən Narı, çinar və küknar ağacları ilə məşhurdur. == Tarixi == Göyçay şəhəri Bakı-Qazax magistral yolunun 216 kilometrliyində, Ucar dəmiryolu stansiyasından 18 kilometr məsafədə yerləşir. "Göyçay" türk sözü olub, sahilində yerləşdiyi Göyçay çayının adından götürülmüşdür. Çayın suyu həddindən artıq şəffaf olduğuna və göy rəngə çaldığına görə belə adlandırılmışdır. == Qardaş şəhərlər == Valmontone, İtaliya Lida şəhəri, Belarus Respublikası == Əhali == AzStat-ın yayımladığı 13 – 22 aprel 2009-cu il tarixinə olan ümumölkə əhali siyahıyaalınmasının yekunlarına əsasən şəhərdə 36.786 nəfər yaşayır. === Tanınmışları === Əli Kərim (1931–1969) — şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ənvər Məmmədxanlı (1913–1991) — Azərbycanın xalq yazıçısı Məmməd Quliyev (1936–2001) — görkəmli bəstəkar, əməkdar incəsənət xadimi, pedaqoq, ictimai musiqi xadimi. Şövqi Göyçaylı — AMEA-nin üzvü, coşrafiyaşünas alim Yuri Kovalyov — Azərbaycanın Milli Qəhrəmanı Sadiq bəy Ağabəyzadə — Azərbaycan Demokratik Respublikasının daxili işlər nazirinin müavini, general — mayor Şəfahət İmranov — ədliyyə general mayoru Əjdər Xaspoladov — SSRİ-nin ilk ədliyyə geneallarından biri Oqtay Maqsudov — Ədliyyə general-mayoru, Azərbaycan Respublikasinın əməkdar hüquqşünası Şahin Sultanov — Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı, kontr-admiral Telman İsmayılov — AST şirkətlər qrupunun rəhbəri (Rusiya), Fərhad Əhmədov — Rusiyanın "Nortqaz" kompaniyasının prezidenti Rauf Hüseynov (alim)- AMEA Riyaziyyat və Mexanika İnstitutunun Riyazi fizika tənlikləri şöbəsinin müdiri, Fizika-riyaziyyat elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü (2007).
Qoçdağ
Qoçdağ — Azərbaycan Respublikası Kəlbəcər rayonunun ərazisində dağ. Tərtər çayı və onun qolu Tutqunçayın suayrıcındadır. Hündürlüyü 2540 m. Yerli əhali arasında Qoçdaş dağı, Qoçdağ yaylağı da adlanır. Dağın ətəyində daşdan yonulmuş qoç formalı qəbirüstü abidələr olan Qoçdaşlı adlı qədim qəbristan mövcuddur. Dağ bu abidələrə görə belə adlandırlmişdir.
Göydaş
Göydaş (Duzluca) — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. Göydaş (Çaroymaq) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd.