QƏMİŞ

is.
1. bax qamış.
Stol üstündə bir dənə naxışlı gözəl qələmdan və bir qəmiş qələm var idi. P.Makulu.

2. məc. dan. zar. Təngə gətirən, əl çəkməyən, zəhlə aparan, bezikdirən adam haqqında.
Söz deyirsən yenə çatmır qəmiş oğlu qəmişə; Mən ölüm, Kirpi dayı, yaxşı fikir ver bu işə! Şəhriyar.

◊ Qəmiş qoymaq dan. – bir işin gedişinə, düzəlməsinə mane olmaq, müdaxilə edib əngəl törətmək.
Qəmiş olmaq dan. – təngə gətirmək, əl çəkməmək, zəhlə aparmaq.
[Məcid kişi:] Əl-ayağa dolaşma burda, sən maşın sürəndə biz qıraqdan qəmiş olmuruq ki?! İ.Şıxlı.

Qəmişini çəkmək dan. – əl çəkmək, rədd olmaq, rahat buraxmaq.
Sən öl, sən bu ayın sahibi, məndən qəmişini çək! Dadaş canı, yaxamdan əl götür! Məni alverdən qoyma. M.S.Ordubadi.

QƏMXARLIQ
QƏMİŞLİK

Digər lüğətlərdə

бу́ер краснина́ опу́шка первородя́щая прокла́дываться склади́рование вы́я закругле́ние мертве́цкий острово́к перемости́ть фотографи́роваться мущина плащ arcuation Benthamism hydrazine metacryst militant stipa stylus оцарапаться перелагать сверять шепелявить