Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bazalt qat
Bazalt — normal cərgəli effuziv dağ süxuru, ən çox yayılan kaynotip süxurları. == Haqqında == Bazaltlar püskürmə suxurların əsas kütləsini təşkil edir. Onlar müasir okeanların diblərini təşkil etməklə yanaşı, quru sahələrdə də geniş əraziləri tutur. Məsələn, Mərkəzi Sibirdə çox böyük ərazi qalın bazalt layları ilə örtülmüşdür."Bazalt" həbəş dilində "bazal" (dəmirsaxlayan daş) sözündən törəmişdir və ilk dəfə Böyük Plini tərəfindən işlədilmişdir. Liparitlərdən fərqli olaraq bazaltlar qara rəngdə olur. Bazalt maqması daha duru olduğuna görə nazik axınlar yaradır və bu səbəbdən də daha tez soyuyur. Ona görə də bazaltların petroqrafik tərkibində vulkan şüşəsi çox olur. Maqmadan ayrılan qazların hesabına bazalt suxurları, adətən məsaməli olur. Bazalt maqması soyuyarkən çox vaxt bazalt suxurlarının içərisində seolit və kalsit kristallarının yelpikvari formaları əmələ gəlir. Bazalt suxurlarının içərisindəki boşluqlarda bəzən aqat mineralının nazik zolaqlım kristallarına rast gəlinir.
Qərbi Qat
Qərbi Qat (hind पश्चिमी घाट), Saxyadri (hind सह्याद्रि) — Hindustanın qərbində yerləşən dağ silsiləsi. Dəkkən yaylasının qərbi ilə şimaldan cənuba doğru uzaır. Dəkkən yaylası enziz sahil xətti ilə Ərəbistan yarımadasından ayrılır. Dağ silsiləsi Qucarat və Maxaraştra ştatlarının sərgəddindən başlayır və 1600 km məsafədə Maharaşta, Qoa, Karnataka, Tamilnad və Kerala şatatları ərazisi boyunca uzanır. Hindistanın cənubuna qədər uzanan dağların 60 % Karnatakedə yerləşir. Dağlar 60 000 km² sahəni əhatə edir. Onların orta hündürlüyü 1200 m, maksimal hündürlüyü isə 2695 metrdir (Anay-Mudi). == Geologiyası == Qərbi Qat dağları ayrıca bir sistem deyildir. Silsilə Dəkkən yaylasının bir parçasıdır. Böyük ehtimalla silsilə Qondvananın parçalanması zamanı, 150 mln il öncə meydana gəlmişdir.
Məhsuldar qat (alt pliosen)
Alt pliosen — Azərbaycanda yerləşmiş geniş neft-qaz yığımları Məhsuldar qat çöküntüləri ilə əlaqədardır. Məhsuldar qat və onun analoqu olan Qırmızı qat çöküntüləri Paleogenin və Neogenin digər stratiqrafik vahidlərinə nəzərən dana böyük qalınlığa malikdir (4500–5000 m-ə qədər). == Litoloji tərkibi == Məhsuldar qatın kəsilişi aşağıdan yuxarıya iri qırıntılı materialın ardıcıl olaraq artdığı qumlu-gilli qumlu-gilli, bəzən kobud qırıntılı süxur lay və dəstələrin ritmik növbələşməsindən ibarət olan qalın kontinental-dəniz çöküntüləri kompleksindən ibarətdir. == Geoloji inkişaf tarixi == Pont əsrinin sonunda Paleoxəzərin səviyyəsinin kəskin enməsi nəticəsində məhsuldar qat hövzəsinin Şimal Paratetisdən tam təcrid olunmasına, Paleovolqa, Paleouzboy və Paleokür kimi çay sistemlərinin geniş inkişafına səbəb olmuşdur. Çöküntütoplanma prosesi müasir Cənub Xəzərin hüdudunda yerləşən təcrid olunmuş erkən pliosen hövzəsində və həmçinin bu hövzəyə tökülən çay arteriyalarında baş vermişdir. Məhsuldar qat tavanı və dabanının yaşı vulkan külü araqatlarına görə, uyğun olaraq, 3,2 və 6,0 mln. il hesablanmışdır. Qısa geoloji dövr ərzində böyük qalınlıqlı terrigen materialın toplanması Böyük və Kiçik Qafqazın inkişafı kimi baxılır. == Qalınlığı == Minimal qalınlıq Cənubi Xəzər meqaçökəkliyinin şimal-qərbində 500–700 m-dir. Maksimal qalınlıq isə cənub-şərqdə 3000–4500 m-ə qədər çatır.
Təzəabad-i Sərab-i Qat (Qürvə)
Təzəabad-i Sərab-i Qat (fars. تازه آباد سراب قحط‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 56 nəfər yaşayır (15 ailə). Əhalisini kürdlər təşkil edir.
Qamışlıq pişiyi
Qamışlıq pişiyi (lat. Felis chaus) — pişiklər fəsiləsinin pişik cinsinin növü. Antropogen təsirlər altında sayı azalan həssas növdür. == Qısa təsviri == Xarici görünüşünə görə vaşaqı xatırladır. Pişikkimilərə daxil olan növlər içərisində ən irisidir. Erkəklərin bədəninin uzunluğu 66 - 96 sm, dişilərin bədəninin uzunluğu 59 - 84 sm, quyruğunun uzunluğu 30 sm-ə, çəkisi 16 kq-a qədərdir. Bədəni nisbətən qısa, ayaqları uzun, qulaqlarında kiçik tükcüklər vardır. Xəzinin rəngi birrəngli kürəntəhər-qonurtəhər-boz, ayaqlarında, quyruğunda və sinəsində köndələn tünd zolaqlar var. Quyruğunun uc hissəsi qara rənglidir. Gözünün qüzehli qişası yaşımtıl-sarı rənglidir.
Qamışlıq toyuğu
Qamışlıq vələmirquşu
Qamışlıq vələmirquşu (lat. Emberiza schoeniclus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin vələmir quşları fəsiləsinin vələmirquşu cinsinə aid heyvan növü. == Haqqında == Azərbaycanda Xəzər yarımnövü yuvalayır. Qış vaxtında isə ona daha 6 yarımnöv qoşulur. Onlardan bəzisi qışlayır, bəzisi isə yalnız uçub keçir. Qamışlıq vələmirquşunun erkəyinin başı və boğazı qara, qanadları və quyruğu qonurdur. Beli kürənimtil-boz, qonur alalıdır. Dişinin və cavanların başı bozumtuldur. Cüt-cüt və sürü ilə gəzir. Növün arealı Avropa və Asiya, qışda isə arealın cənubudur.
Qarışıq Milliyətlilik
Qarışıq milliyətlilik, fərqli milliyətlilik və ya qarışıq irqlilik (ing. Multiracial, half cast, mixed-race) — fərqli millətlərə və ya irqlər malik insanlar üçün istifadə olunan termindir. Bu termin ilə insanlar valideynlərinin mənsub olduğu ölkələrə, millətlərə, dinə və irqə görə ayrılır. Lakin bundan başqa bəzi təhqir xarakterli terminlərdə mövcuddur.
Qarışıq akasiya
Qarışıq akasiya (lat. Acacia confusa) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. Çoxillik ağac bitkisidir və 15 m hündürlüyə qədər böyüyür. Növ Tayvanda, eləcə də Malayziyadan Filippinə qədər yayılmışdır. == İstifadəsi == Ağacdan bu günlərdə musiqi alətləri, mebel və vanna kimi yüksək qiymətli ağac məhsullarının istehsalında istifadə edilir. Bitki xalq təbabətində istifadə olunur və Tayvanda bitki mənşəli dərman mağazalarından (草藥店) əldə etmək olar. Buna baxmayaraq, onun tibbi effektivliyini dəstəkləmək üçün heç bir klinik tədqiqat aparılmamışdır. == Sinonimləri == Acacia richii auct.
Qarışıq armud
Qarışıq armud (lat. Pyrus complexa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. == Təbii yayılması == Ermənistanda arealı vardır. == Botaniki təsviri == Hündürlüyü 10 m, gövdəsinin diametri 10-12 sm çatan ağacdır. Çətiri şaxələnmiş, bir az sallaqdır. Budaqları iynəli və qonur qabıqlı, cavan budaqları tükcüklü, sonradan təxminən çılpaqdır. Tumurcuqları iri, qonur, qırmızımtıl çalarlı, yumurtavari-konusvaridir.Yarpaqları oval-yumurtavari, uzunluğu 8 sm-dək və eni 4 sm-dək, ucu biz, hər tərəfdən tükcüklüdür. Qalxanı çoxçiçəklidir. Meyvələri yumru, basıq, diametri 2-3 sm olub sarımtıl rəngli, şarşəkillidir. Aprel-may aylarında çiçəkləyir, avqust ayında meyvəsi yetişir.
Qarışıq iqtisadiyyat
Qarışıq iqtisadiyyat (ing. Mixed economy) — iqtisadiyyatda, əksərən bazar iqtisadiyyatının variyasiyası. Qarışıq iqtisadiyyat özü-özlüyündə ictimaiyyətin sosial problemlərinin həlli istiqamətində bir sıra məxsusi tipoloji - liberal, sosial orientasiyalı və sosial-demokratik modelləri ehtiva edir.
Qarışıq quşarmudu
Qarışıq quşarmudu (lat. Sorbus commixta) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. == Təbii yayılması == Saxalın, Yaponiya, Koreyada rast gəlinir. == Botaniki təsviri == Hündürlüyü 7-10 m-dək (bəzən 18 m çatır) olan, yarpağını tökən ağacdır. Çətiri yumru və uzun, qabığı qonur gümüşü-boz rənglidir. Yarpaqların uzunluğu 20-30 sm, lələkvari formalı, 9-13 lansetvari yarpaqlı, ucu biz və kənarları dişlidir. Payızda yarpaqları tünd bənövşəyi və ya qırmızı rəngli olur. Çiçəklərin diametri 6-10 mm, beş ağ ləçəkli və 20 sarımtıl-ağ erkəkcikli, yazda və ya yayda diametri 9-15 sm olan qalxan əmələ gətirir. Meyvəsi diametri 7-8 mm olan, parlaq qırmızı giləmeyvədir, payızda yetişir. == Ekologiyası == Şaxtaya davamlılıq dərəcəsi 5-9.
Qarışıq turşu
== Tərkibi == Göy bibər - 6 kq Göy pomidor - 4 kq Kök - 4 kq Kələm - 4 kq Albalı (heyva, üzüm və s.) yarpaqları - zövqə görə. Duz - 250 qram == Hazırlanma qaydası == Hazırlamaq üçün göy bibər, göy pomidor, kök, 4 yerə bölünmüş kələm götürülür, doğranılır və bankalara yığılır, aralarına albalı, heyva, üzüm yarpaqları yığılır ki, turşunun (şorabanın) dadını yaxşılaşdırsın. Üstündən 5 litr suya duz tökülür. Bir neçə gündən sonra artıq duzlu suyu boşaltmaq lazımdır. Bunu günaşırı etməklə 1 həftədən sonra turşunu yoxlayırlar, xarab olmuşlarını götürürlər. Belə şorabanı sirkə ilə də hazırlamaq olar. Onda 1,5 litr suya 1 litr sirkə və 400 qram duz götürmək lazımdır. == Mənbə == Evdarlıq, Azərbaycan Dövlət Nəşriyyatı. Bakı-1990. səh.240.
Qarışıq vulkan
Qаrışıq vulkаn və ya strаtоvulkаn — Vulkan lava ахınlаrındаn və qırıntаl-оvunuq mаteriаl yığnalаrındаn ibarət pоligen vulkаn. Belə vulkаnlаrdа püskürmə аdətən qırıntаl-оvunuq mаteriаl – bоmbа, lаpil, kül və b. аtılmаsı ilə bаşlаnır. Sоnrа qırıntаl-оvunuq аtqılаr lava ахınlаrı ilə örtülür. Strаtоvulkаn, mərkəzi vulkаn tiplərinin ən geniş yаyılmış fоrmаsıdır. Onun kоnusu bir neçə yüz metrdən bir neçə kilometrə çаtır. Krаteri əksərən divаrlаrının çökməsi nəticəsində diаmetri bir kilometr və dаhа çох genişlənmiş çаlаdаn ibаrət оlur. Strаtоvulkаnlаrın fəаliyyət tərzi dаimа kəskin dəyişir. Belə ki, sırf eksplоziv, vulkаnın sоnrаkı оyаnışındа yenidən effuziv-ekstruziv fəаliyyətlə əvəz оlunur. Bu gedişаt vulkаnın bütün оyаnışlаrındа аrdıcıl təkrаr edilir və nəticədə vulkаn qurğusu dəfələrlə pirоklаstik аtqılаrı ilə lаvа örtüklərinin lаylаşmış növbələşməsindən yığcаmlаşır.
Kafalar qarışıq
Kafalar Qarışıq, 2018-ci il istehsalı Türk komediya filmi. Filmin baş rollarında "Kafalar" YouTube kanalının sahibi Atakan Özyurt, Bilal Hancı və Fatih Yasin oynayır. == Mövzusu == Atakan və sevgilisi Busə xoşbəxt sevgililik həyatı yaşayırlar. Cütlüklər evlənməyi qərara alırlar. Lakin Busənin babası bu evliliyə razı olmaz. Atakan nə edirsə etsin Busənin babasını yola gətirə bilməz. Yerdə tək çarə qalır, oda Busənin illərdir itkin olan atasını tapmaq. Öz qayınatasını tapmaq üçün macəraya atılan Atakana dostları Fatih və Bilal müşayiət edirlər.
Bat-bat
Batbat (lat. Hyoscyamus) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin batbat cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == İkiillik, 30-80 sm hündürlükdə, yumşaq tüklü, vəzili, pis qoxulu, gövdəsi düz, budaqlı, bəzən sadə, düzdayanan, yuxarısı qövsvari əyilmiş, sıx yarpaqlanmış bitkidir. Yarpaqlarının uzunluğu 4-25 sm, eni 1,5-11 sm, aşağıda saplaqlı, uzunsov-yumurtavari, oyuqvari lələkvari dilimlidir, gövdə yarpaqları, gövdəyə sarılmış, yumurtavari və ya uzunsov, kənarları oyuqlu iri dişli, bəzən bütövdür. Çiçəkləri iri, oturaq, meyvəyanı kasacıqları 25–30 mm uzunluqda, zanbaqvari, bərk, dibi tüklü-yapışqanlıdır. Tac 25-45 mm uzunluqda, çirkli-açıq-sarı və ya çirklisarı, bənövşəyi damarcıqlarla örtülmüşdür. Toxumları 1-1,5 mm uzunluqda, böyrəkvari və ya yumru-böyrəkvari, boz-qonurdur. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi və Xəzər sahili ovalıqların rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır. Ruderal yerlərdə, bəzən alaq kimi bostanlarda, bağlarda və əkinlərdə bitir. == Növləri == Ağ batbat (Hyoscyamus albus L.) Qızılı batbat (Hyoscyamus aureus L.) Hyoscyamus desertorum (Asch.
Qam-qam
Qam-qam — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Qamqam oyk., sadə. Quba r-nunun Rustov i.ə.v.-də kənd. Çağacıq çayının sahilində, Baş Qafqaz silsiləsinin ətəyindədir. Rustov kəndinin keçmiş məhəllələrindən birinin adı olmuşdur. Kənd keçmişdə Rustov kəndinə məxsus mal-qara saxlanılan yer əsasında yaranmışdır. Məntəqə yerin adını qəbul etmişdir. Oykonimi fars dilindəki qamə (dayanacaq yeri, məskən) və kam (dərə, çökəklik, keçid, kiçik çay dərəsi) sözlərindən ibarət “kiçik çay dərəsində məskən” kimi izah edirlər. Kənd iki yamacın ətəyində, Qamqam çayının sahilindədir. Əslində kəndin adı çayın adından alınmışdır.
Qafqaz qarışıq meşələri
Qafqazın qarışıq meşələri ekoregionu Qərbi Asiya və Şərqi Avropanın florasına yaxındır. Onlar bütün Qafqaz dağlarını örtür. Qafqaz dağları Avropa və Asiyanın sərhəddində yerləşməsi burada qarışıq meşələrin yaranmasına səbəb olur. Ən yüksək nöqtəsi Elbrus zirvəsidir. == Paylanması == Qafqazın florası Lagpdekdə, Brojomi-Xaraqaulidə, Tuşeti Milli parklarında və Zaqatala qoruqlarında qorunur. Ekoregionun sahəsi 170,300 kv.km-dir.
Qarışıq döyüş sənəti
Qarışıq döyüş sənəti (ing. mixed martial arts, MMA) kimi tanınan döyüş sənəti qədim Yunan erası ərzində ora tutaşmağın və vurmağın kombinasiyaları bacarıqlarını göstərmiş Pankration kimi idman, tanınan qədim Olimpiya döyüşü mövcud idi,onun oxşar müasir forması isə qarışıq döyüş növüləri olmuşdur. Bu idman Qədim Yunanıstanda yarandı və Romalılara sonra ötürüldü. Bu döyüş növü Pride FC və UFC kimi keçirilən beynəlxalq turnirlərdə istifadə olunmağa başladı.
Qarışıq döyüş sənətləri
Qarışıq döyüş sənəti (ing. mixed martial arts, MMA) kimi tanınan döyüş sənəti qədim Yunan erası ərzində ora tutaşmağın və vurmağın kombinasiyaları bacarıqlarını göstərmiş Pankration kimi idman, tanınan qədim Olimpiya döyüşü mövcud idi,onun oxşar müasir forması isə qarışıq döyüş növüləri olmuşdur. Bu idman Qədim Yunanıstanda yarandı və Romalılara sonra ötürüldü. Bu döyüş növü Pride FC və UFC kimi keçirilən beynəlxalq turnirlərdə istifadə olunmağa başladı.
Qarışıq meşələr zonası
Qarışıq meşələr zonası — mülayim qurşaqda qarışıq iynəyarpaqlı və enliyarpaqlı meşələrin ərazisi. Bu meşələr ən çox mərkəzi Çin və Şimali Amerikanın şərqində yayılsa da, Qafqaz, Himalay, Cənubi Avropa və Rusiyanın Uzaq Şərqində də yayılmışdır.
Qarışıq meşələrin torpaqları
Qarışıq meşələrin torpaqları — Tayqa meşələri zonasından cənubda qarışıq meşələr - iynə və enliyarpaq ağaclardan ibarət meşələr zonası. Bu meşələr xüsusilə Şərqi Avropa düzənliyində geniş ərazini əhatə edir. Ural dağlarından şərqə davam edərək Amursahili zonaya qədər uzanır, lakin bütöv qurşaq əmələ gətirmir. == Şimali Amerikada == Şimali Amerikda bu torpaq tipi Mərkəzi Kanada torpaq vilayətinə düşür. Bu vilayət Mərkəzi Kanadanın Böyük düzənliyinə, Makkenzi və Ris-Ruver çaylarının hövzələrinə, Atabsaka və Saskaçevanın şimal hissələrini əhatə edir. == Şərqi Avropada == Şərqi Avropada qarışıq meşələrin ağac tərkibi əsasən küknar, tozağacı, ağcaqovaq, Qərbi Sibirdə tozağacı və ağcaqovaq üstünlük təşkil edir. Qarışıq meşələrdə az-çox ot örtüyü yaxşı inkişaf etmişdir. Qarışıq meşələrdə biomassa tayqaya nisbətən çoxalır (2000-3000 s\ha). Şimali Amerikada qarışıq meşələrin ağac tərkibi kimidir: Fraxinus Pennsylvaniça, Ulmus Amerikana, Acer Negunqo və s. == İqlimi == Qərbi Avropada qarışıq meşələr zonası iqliminə görə tayqa meşə landşaftı ilə müqayisədə bir qədər isti və yayı xeyli davamlıdır.
Bat
Bat (İngiltərə)
Cat
Cat - faylın içindəkiləri göstərmək üçün istifadə olunan *nix alətidir.
FAT
Fələstin Azadlıq Təşkilatı ( FAT ) (منظمة التحرير الفلسطينية) ya "Munəzzəmət əl-Təhrir əl-Filəstiniyyəh" , Ərəb Birliyi vasitəsilə 1964-cü ildə qurulmuşdur, Fələstinin azadlığı uğrunda, Qəzzə və Qərb sahili üzərində fəaliyyət göstərən bir təşkilatdır. Fələstin Azadlıq Təşkilatı (FAT) bir neçə fələstinli qrupları öz qanadı altına yığan bir qurumdur. Bütün fraksiyalardan həcmcə böyük olanı “Fəttah” qrupudur.
Hat
Hat — Azərbaycan Respublikasının Qubadlı rayonunun Başarat kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Toponimikası == Hat kəndi Qarabağ silsiləsinin ətəyindədir. Keçmiş adı Böyük Hat olmuş, yaxınlığındakı Kiçik Hat kəndinin əhalisi buraya köçürüldükdən sonra, böyük komponenti ixtisara uğramışdır. Yaşayış məntəqəsini əliyanlı tayfasına mənsub ailələr salmışlar. Tədqiqatçılara görə, oykonim həd (kənar, qıraq) sözündəndir.
Lat.
Latın dili — Hind-Avropa dillərinə daxil dillərdən biri. Qədim Roma ərazisində işlədilmişdir. Əksər elmi terminlər bu dildən götürülmüşdür. Məsələn, "hydro" — su, "ferrium" — dəmir, "vita" — həyat deməkdir. Hazırda Vatikanda latın dili dövlət dilidir. == Tarixi == Latın dili hind-avropa dil ailəsinin italyan dil qrupunun bir üzvüdür. Latın dilinin əlifbası qədim italyan əlifbası əsasında yaranıb və kökləri daha qədimə yunan və finikya əlifbasına qədər gedir. Latin dilinin tarixi bizim eradan öncəsinə aiddir və Tiber çayı ətrafındakı Latium bölgəsinin əsas istifadə etdiyi dil olub. Eyni zamanda Latium bölgəsi hazirdada böyük bir coğrafiyada öz təsirini göstərən roman sivilizasiyasının (Cənubi Avropa, Latın Amerikası və.s ) ilk inkişaf etdiyi bölgə olub. Günü gündən Romada elit təbəqənin istifadə etdiyi dilə çevrilən latin dili b.e.ə I və b.e I əsrləri arasinda şimaldan gallarin, etruryalıların, liquriyalıların, venediklilərin və cənubdan yunan dilli xalqların təsiri ilə latin xalqı tarix səhnəsindən çixmis və bununlada bu dilin məişət həyatında istifadəsi mümkünsüz olmuşdur.
Qaranlıq
Qaranlıq (kənd) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd. Qaranlıq (Abaran) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd Aşağı Qaranlıq rayonu — Qərbi Azərbaycanda, Göyçə mahalı ərazisində rayon. Aşağı Qaranlıq — Aşağı Qaranlıq rayonunun mərkəzi. Tarixən Göyçə mahalına aid olmuşdur. Qaranlıq dərə — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Karvansaray (İcevan) rayonunda kənd. Qaranlıq kaha — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonun Ağudi kəndində dağ. Qaranlıq (film, 2018) Qaranlıq — Quba rayonu ərazisində çay. Babaçayın sağ qoludur; Qaranlıq — Laçın rayonu ərazisində şay. İldirimsu çayının sol qoludur Qaranlıq — Tovuz rayonu ərazisində şay. Kur çayınin sağ qoludur.
Qarqışlaq
Qarıqışlaq — Azərbaycan Respublikasının Laçın rayonu Qarıqışlaq kənd inzibati ərazi dairəsində kənd.Qarıqışlaq kəndi Minkənd çayının (Həkəri çayının qolu) sahilində, Qarabağ yaylasındadır. XIX əsrin ortalarında 87 ailədən ibarət Qarıqışlaq kəndindən aşağıdakı məntəqələr yaranmışdır. Qızxanımatoyolan, Qılınclı, Quşçu, Mişni, Sadınlar, Soyuqbulaq və Hacılar. Oykonim “köhnə qışlaq, köhnə kənd” mənasındadır.1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Tarixi == Bu kənd çar rusiyasının nəşr etdirdiyi, 1888-ci ilin coğrafi xəritəsində «Qarı-qışlaq» kimi göstərilir. Laçın rayonunun Qarıqışlaq kəndi rayonun ən qədim kəndlərindən biri idi. Kəndin köçkünlük ərəfəsində 365 ailədə 1600 nəfər əhalisi var idi. Hazırda 6000 nəfər. Kənd Laçın şəhərindən qərb tərəfdə, Laçın – Minkənd yolunun 33-cü kilometrliyində, Minkənd çayının sol sahilində yerləşırdi.
Qarğalıq
Qarğalıq (Masallı) — Azərbaycanın Masallı rayonunda kənd. Qarğalıq (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd. Qarğalıq (Naxçıvan) — Naxçıvan MR-də Naxçıvan şəhərində qəsəbədir.
Darılıq
Darılıq — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Dardıq Cəlilabad rayonunun Ağdaş inzibati ərazi vahidində kənd. Burovar silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsi XIX əsrdə maldarlıqla məşğul olan bir qrup ailənin Danlıq adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Oykonim "dan əkilən yer" mənasındadır. Fitotoponimdir. Qax rayonunun Güllük kəndində də Darılıq sahəsi adlı yer qeydə alınmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 140 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Marışlı
Marışlı — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. == Din == Kənddə "Mirtağı" məscidi dini icması fəaliyyət göstərir.
Qamışlı
AzərbaycandaQamışlı (Kəlbəcər) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunda kənd. Qamışlı (göl) — Kəlbəcər rayonunun Ağdaban kəndi yaxınlığında göl. 1400 m. yüksəklikdə yerləşir.
Sarılıq
Sarılıq – əsasən qaraciyərin və ya ödün funksiyasının pozulması nəticəsində baş verən xəstəlikdir. Qarın boşluğunda və qara ciyərdə ağrılarla müşayiət olunur. Göz ağının və dərinin hissediləcək qədər sarı rəng alması baş verir. Müalicə olunmazsa, ölümlə nəticələnə bilər. == Pəhrizlə müalicə == Pəhriz məqsədi ilə sərçə əti və yumurtası yemək və ya mərəçüyüdün qaynanmış suyunu içmək faydalıdır. Quzuqulağı kökünün şərabda qaynadılmış qabığı da sarılıq zamanı işllədilir. Bu zaman 24 q-dək turp yarpağının suyunu içmək yaxşı tə"sir göstərir. Sarılıq keçirən zaman süd, badam yağı, turş və şirin nar suyu, bağayarpağı və turş alma suyu içmək məsləhət görülür. Xəstəlik istiliklə müşayiət edilərsə və öd kisəsi ilə basğlı olarsa nar, kasnı, balqabaq və yemiş şirəsi, xiyar şirəsi və kasnı toxumunun şirəsini iskəncəbi ilə içmək münasibdir. Çəpiş əti, cücə əti, abqora, xiyar tumu, kahı yarpağı, kasnı yarpağı sirkə ilə məsləhət görülən yeməklərdəndir.
Qaşlıq
Qaşlıq şəhəri-Sibir xanlığının paytaxtı olmuşdu. Digər adı İsker idi. Sibir şəhəri də adlanır. == Tarixi == Şihabuddin Mərcani hesab edir ki, bu şəhər Şeybani sülaləsinin mərkəzlərindən biri sayıla bilər. XIV-XVI əsrlərdə abad tatar məskənlərindən biri olmuşdur. İrtış çayının sağ sahilində, müasir Tobol şəhəri yaxınlığında yerləşirdi. Şəhərin adının "iski (əski) yer, köhnə, qədimi yer" mənası ilə bağlı olduğunu söyləyənlər də vardır. Bu şəhərdə Sibirin istila edilməsində mühüm rolu olan kazak atamanı Yermak və Sibirin hakimi Küçüm xan (Koçum, Qoçum) arasında qanlı vuruşma olmuşdur. Küçüm xan Sibir ölkəsini islamlaşdıran hakim olmuşdu. Kuçum xan dövründən türkcə yazılmış bir risalə qalmışdır ki, Rizaəddin Fəxrəddin tərəfindən nəşr edilmişdir.
Aşağı Qaranlıq
Martuni, Aşağı Qaranlıq — Ermənistanda şəhər. Martuni rayonunun mərkəzi. == Tarixi == Aşağı Qaranlıq indiki Ermənistanda rayon mərkəzidir. Göyçə gölünün sahilində, İrəvandan 130 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1963-cü ildən şəhər tipli qəsəbədir.Toponim məkan mənası bildirən -lıq şəkilçisi qəbul etmiş, türk dilində «təpə», «qaya» mənasında işlənən qara sözü əsasında əmələ gəlib «təpəlik, dağlıq, qayalıq yer» mənasını bildirir. Qara sözü ilə -lıq şəkilçisi arasındakı «n» bitişdirici samit funksiyasını yerinə yetirir. Kənd, doğrudan da, qayalıq, dağlıq bir yerdə yerləşib və hər tərəf təpəlikdən, dağlıqdan ibarətdir. Kəndin relyefi adına uyğun gəlir. Toponimdəki «aşağı» sözü fərqləndirici əlamət bildirir.Orotoponimdir.
GTT
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı — XX əsrin 20-ci illərində yaranmış Azərbaycan teatrı. == Tarixi == GTT özfəaliyyət uçaq dram dərnəklərinin əsasında yaranmışdır. Xəzər dənizçiliyi klubunun nəzdindəki 40 saylı pioner dəstəsinin dərnəyinin fəaliyyətini genişləndimək məqsədilə şəhər komsomol komitəsi yanında uşaqlardan ibarət dram dərnəyi təşkil olundu. 14 yaşlı Ağadadaş Qurbanov dərnəyə rejissor təyin olundu. 1927-ci il mart ayının 15-də Bakıda Lətif Kərimlinin “Fırtına” tamaşası 14 yaşlı Ağadadaş Qurbanovun quruluşunda göstərildi. Bu tamaşa 1927-ci il mayın 31-də Əli Bayramov adına qadınlar klubunda keçirilən Azərbaycan LKGİ-nin VIII qurultayı nümayəndələrinə göstərildi. Nümayəndələr Bakıda Uşaq teatrı yaratmaq haqqında Azərbaycan Xalq Maarif Komissarlığı qarşısında məsələ qaldırdı. 1928-ci il oktyabrın 5-də Azərbaycan XMK-nın qərarı ilə Bakı Uşaq Teatrı rəsmi fəaliyyətə başladı. 1928-ci il noyabr ayının 6-da N. Smirnov və S. Şerbakovun “Beş nəfər” adlı tamaşası ilə rus bölməsi, 1930-cu il yanvar ayının 30-da N. İvanterin “Qırmızı qalstuk əleyhinə” tamaşası ilə Azərbaycan bölməsi fəaliyyətə başladı. Ilk milli uşaq dramaturgiyası – A. Şaiqin “Xasay”, “Eloğlu”, “Fitnə”, Mirmehdi Seyidzadənin “Qızılquş”, “Nərgiz”, Əyyub Abbasovun “Azad”, “Məlikməmməd” tamaşaları ilə yaranmışdır.
Gal
Gal (əvvəlki adı: Qal) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Şurud kənd inzibati ərazi dairəsi tərkibindəki Qal kəndi Gal kəndi adlandırılmışdır.
Qaranlıq (Abaran)
Qaranlıq - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 2 km məsafədə, Abaran çayının sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim türk dilində «dağ, təpə, zirvə» mənasında işlənən qara sözünə -lıq şəkilçisinin artırılması ilə əmələ gəlib «dağlıq yerdə olan kənd» mənasını ifadə edir. Orotoponimdir. Quruluşca düzəltmə toponimdir. Erm. SSR AS RH-nin 10.IX.1948-ci il fərmanı ilə adı dəyişdirilib Lusagyuğ qoyulmuşdur.
Zarıslı
Zarıslı — Azərbaycan Respublikasının Şuşa rayonunun Zarıslı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şuşa rayonunun Zarıslı kəndi Daşaltı kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Zarıslı kənd Soveti yaradılmışdır. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 19-20 sentyabr 2023-cü ildə Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş lokal anti-terror əməliyyatları zamanı kənd Azərbaycanın nəzarətinə keçib. == Toponimikası == Yaşayış məntəqəsi Azərbaycan şairəsi, xan qızı Xurşidbanu Natəvana (XIX əsr) məxsus kəndlərdən olmuşdur. Kəndin yaxınlığında Zarıs qalasının xarabalığı var. Mənbələrdə XIII əsrdən adı çəkilən Zarıs toponimi güman etmək olar ki, əslində Sarısudur. Monqol dilində s-z əvəzlənməsi mümkündür. Yəqin ki, monqollar bu toponimi Zarıs variantında qeydə almışlar. Kənd adı ərazisindən axan eyniadlı çayın adı ilə bağlıdır.