Göyün yeddinci qatında (Tres metros sobre el cielo)
Göyün üçüncü qatında (isp. Tres metros sobre el cielo) — rejissoru Fernando Qonzales Molina olan ispan filmidir.Baş rollarda Mario Casas, Alvaro Servantes, Marina Salas, Mariya Valverde, Andrea Duro, Nerea Kamaço, Luis Fernandez, Dieqo Martin çıxış edir.İtalyan yazıçısı Federiko Moccianın eyniadlı romanı əsasında çəkilən film 2010-cu ilin dekabrın 3-də səhnəyə qoyulmuş və qısa zaman ərzində İspaniyada ilin ən çox gəlir əldə edən filmlərindən olmuşdur.
== Film haqqında ==
“Göyün yeddinci qatında” filmi yeniyetmələr üçün nəzərdə tutulmuş, iki gəncin bir-birinı qarşı olan hisslərini təsvir edən, romantik-dram janrında olan filmdir. Hugo Livera Castro –Açe (Mario Casas) azadlığı və sürəti sevən, dünyadan sonuna qədər yaşamaq , istifadə etmək istəyən, hər şeyini ən yaxın dostu Pollo (Alvaro Cervantes) ilə bölüşən dəliqanlı bir gəncdir.Babinin (Mariya Valverde) özenə görə rahat bir dunyası vardır. Yaxşı vəzifədə çalışan valideynləri vardır ki , onu yaxşı geyindirirlər, yaxşı təhsil aldırırlar, ümümilikdə qız olmanın nə ayrıcalıqları varsa hamısını yaşadırlar.O, öz rəfiqəsi Katina (Marina Salas ) ilə birgə şəhərin ən tanınmış və ər adamın daxil ola bilməyəcəyi kollecdə təhsil alırlar. Bundan başqa Babi çox təhlükəli biri olan Mara (Andrea Duro) ilə düşməndir. Açe isə məsuliyyətsiz, davalardan, qanunsuz motosiklet yarışlarından zövq qalan biridir. Hadisələr iki gəncin sevgi münasibətləri və bəzən də ortaya çıxan problemlərin həllindən bəhs edir və əsasən Mario Casas və Mariya Valverdenin ətrafında cərəyan edir.
== Heyəti ==
=== Rejissor ===
Fernando Qonzales Molina
=== Aktyorlar ===
Mario Casas: Açe/ Hugo Olivera
Alvaro Servantes: Pollo
Mariya Valverde: Babi Alkazar
Marina Salas: Katina
Andrea Duro: Mara
Luis Fernandez "Perla": Çino
Nerea Kamaço: Daniela Alcazar
Diego Martin: Aleks
Pablo Rivero : Qustavo
Kristina Plazas: Rafaela(Babinin anası)
Xordi Boş: Claudio(Babinin atası)
Karme Elias: Açenin anası
Joan Crosas: Açenin atası
Viktor Sevilya: El Ventura
Daniel Casadelya: El Palote
Danni Errera: El Travolt
== Çəkilişi ==
Film ilk olaraq 2010-cu ilin mayın 10-da Barselonada keçirilən “Malaqa Festivalı”nda təqdim olunmuşdur.
== Gəlir ==
Film təqdim olunduğu ilk həftədə 323.515 tamaşaçı tərəfindən izlənərək ilk dəfədən ən çox tamaşaçı toplayan İspaniya istehsalı film olmuşdur və ilk gəlir isə 2.099.601 € olmuşdur.