Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
QAZ
Qorki Avtomobil Zavodu (rus. Горьковский автомобильный завод, qısaca rus. ГАЗ) — Rusiyanın ən böyük avtomobil istehsal edən şirkətlərindəndir. == Tarixi == 1920-ci ildə Ford Motor Şirkəti və SSRİ arasında bağlanmış müqavilə əsasən Nijni Novqorodda fabrikasi tikilmişdir. İlk istehsal 1 yanvar 1932-ci ildə "Ford Model A" (QAZ-A) və "Ford Model AA" (QAZ-AA) modelləri ilə başladı.
Ağ qaz
Ağ qaz (lat. Anser caerulescens) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qaz (quş) cinsinə aid heyvan növü. == Yarımnövləri == C. c. caerulescens C. c.
Ağqalın qaz
Ağqaş qaz
Ağqaş qaz (lat. Anser erythropus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qaz (quş) cinsinə aid heyvan növü. == Təsviri == Ağqaş qaz digər qazlardan gövdəsinin nisbətən kiçik və rənginin nisbətən tünd olması ilə fərqlənir. Üst tərəfi qonur – boz, alt tərəfi ağdır. Dimdiyinin dib tərəfində 20–30 mm enində aö zolaq vardır. Dimdiyi ət rəngində və çəhrayıdır. Ayaqları sarıdır. Gözlərinin ətrafında sarı rəngdə çılpaq halqa vardır. Boynu və dimdiyi daha qısadır. == Yayılması == Ağqaş qaz Avropa və Asiyada yayılmışdır.
Boz qaz
Boz qaz (lat. Anser anser) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qaz (quş) cinsinə aid heyvan növü. Bənövşəyi, ağ, boz lələkləri, narıncı dimdiyi və çəhrayı ayaqları var. Yetişkin fərdin uzunluğu 74 ilə 91 santimetr (29 və 36 inç) arasındadır, ortalama çəkisi 3,3 kiloqramdır. Arealı genişdir. Avropa və Asiya bölgələrindən şimaldan gələn quşlar qışı isti yerlərdə keçirmək üçün cənub istiqamətinə köç edir. Boz qaz bahar aylarında şimal bölgələrində dəniz sahillərində, bataqlıqlarda, göllərin sahilində və sahilə yaxın adalarda yuva quraraq çoxalır. Nəsil artırmaq üçün cütləşirlər və yerdə bitki örtüyü arasında yuva qururlar. Dişi fərd 3-5 yumurta qoyur və qırt oturur; həm erkək, həm də dişi fərd balalarını qoruyur və böyüdür. Quşlar ailə qrupu şəklində birlikdə yaşayırlar, payız aylarında cənuba doğru köç edir, bir sonrakı il baharda yenidən geri dönürlər.
Gözyaşardıcı qaz
Gözyaşardıcı qaz (lachrymatory agent və ya lachrymator (lacrima Latın dilindən tərcümədə göz yaşı deməkdir)) — gözdəki korneal sinirləri stimullaşdıraraq göz yaşına, ağrıya, qusmaya və hətta korluğa səbəb olur . Ümumi lakrimatorlara bibər spreyi (OC gaz), CS gaz, CR gaz, CN gaz , nonivamide, bromoacetone, xylyl bromide, syn-propanethial-S-oxide (soğanlardan) və Mace daxildir. Lakrimatorlar daha çox etiraz aksiyalarında etirazçılarının dağıdılmasında istifadə edilir. Onların müharibədə kimyəvi maddə kimi istifadə edilməsi müxtəlif beynəlxalq müqavilərlə qadağan edilmişdir. Birinci Dünya Müharibəsi zamanı toksik lakrimatorlar istifadə edilmişdir.
Kiçik qaz
Kiçik qaz (lat. Nettapus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
QAZ-21
QAZ-21 — Qorki avtomobil zavodunda 6-cı minik avtomobildir.
QAZ-31105
QAZ-31105 — Qorki Avtomobil Zavodu tərəfindən 2004–2009-cu illərdə istehsal edilmiş Volqa seriyasına mənsub avtomobil.
QAZ-311055
QAZ-311055 — Rusiya avtomobili.
QAZ-53
QAZ-53 — Qorki Avtomobil Zavodunda yük maşınlarından biri. Bu yük maşını 1961-ci ildən 1992-ci ilə qədər istehsal edilib. Qaz-53 yük maşını modelinin bir neçə növü vardır: Qaz-53f (1961-1967), Qaz-53a (1965-1983), Qaz-53 (1983-1992).
QAZ-66
QAZ-66 (rus. ГАЗ-66) — Qorki Avtomobil Zavodunun 1964–1999-cu illərdə istehsal etdiyi yük avtomobil. Sovet Ordusunda və 1960–1990-cı illərində SSRİ və Rusiyanın milli iqtisadiyyatında istismar olunmuş ən kütləvi yük maşını. Rusiyada xalq arasında "Şişiqa" ləqəbi ilə tanınır. Avtomobilin konstruktoru Aleksandr Dmitriyeviç Prosvirnindir. == Tarixi == Konveyerdən son nüsxəsi – "QAZ-66–40" 1 iyul 1999-cu ildə buraxılmışdır. Ümumilikdə "QAZ-66" ailəsinə aid 965.941 nüsxə istehsal olunmuşdur. GAZ-66 ailə. 1999-cu ildə istehsalı dayandırıldıqdan sonra, onun əvəzinə QAZ-3308 əvəzinə istehsal olunur. == Əsas modifikasiyaları == QAZ-66–1 (1964–1968) QAZ-66A (1964–1968) QAZ-34 QAZ-66B (1966) QAZ-66D (1964–1968) QAZ-66P QAZ-66E (1964–1968) QAZ-66–01 (1968–1985) QAZ-66–02 (1968–1985) QAZ-66–03 (1964–1968) QAZ-66–04 (1968–1985) QAZ-66–05 (1968–1985) QAZ-66–11 (1985–1996) QAZ-66–12 (1985–1996) QAZ-66–14 (1985–1996) QAZ-66–15 (1985–1996) QAZ-66–16 (1991–1993) QAZ-66–21 (1993–1995) QAZ-66–31 QAZ-66–41 (1992–1995) QAZ-66–40 (1995–1999) QAZ-66–92 (1987–1995) QAZ-66–96 İxrac üçün QAZ-66–51 (1968–1985) QAZ-66–52 (1968–1985) QAZ-66–81 (1985–1995) QAZ-66–91 (1985–1995) İxtisaslaşdırılmış AP-2 AS-66 DDA-66 QZSA-731, 983A, 947, 3713, 3714 MZ-66 R-142 3902, 3903, 39021, 39031 2001, 2002, 3718, 3719, 3716, 3924, 39521 QAZ-SAZ-3511 QAZ-KAZ-3511 Avtobuslar NZAS-3964, Volqar-39461 APP-66 PAZ-3201, PAZ-672 PAZ-3206, PAZ-3205 == Populyar mədəniyyətdə == 2010-cu ildə istehsal edilən "Call of Duty 7: Black Ops" oyununda "QAZ-66" bazasında hazırlanmış "Vorkuta" mühafizəçilər üçün nəqliyyat kimi istifadə olunur.
Qaz (cins)
Qırmızıdöş qaz
Qırmızıdöş qaz (lat. Branta ruficollis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin vəhşi qaz cinsinə aid heyvan növü. Status. Nadir, nəsli kəsilmək qorxusu altında olan, qışlayan növdür. Yayılması. Xəzər dənizinin Lənkəran sahillərində, az miqdarda Kür-Araz ovalığının su hövzələrində qışlayır. Əsas toplandığı yer Qızılağac körfəzidir. Yamal yarımadasından Xatanqa çayına qədər Sibirin tundra və meşə-tundralarında yuvalayır. Yaşayış yeri. Dəniz sahilləri, göllər, çayların mənsəbi.
Qaz (dəqiqləşdirmə)
Qaz — maddənin aqreqat halı Qaz (quş) — quş cinsi. QAZ — Qorki Avtomobil Zavodu Qaz (film, 1931) — Azərbaycanda təbii qazın çıxarılması haqqında təbliğat filmi. QAZ (film, 2005) — Qeyri-Adi Zarafat komediya filmi.
Qaz (təbii)
Qaz — ucuz və ekoloji cəhətdən ən təmiz yanacaq növüdür. Ən iri qaz ehtiyatlarına malik olan ölkələr Rusiya (1-ci yer), ABŞ, Iran, Türkmənistan, Niderland, Norveç, Kanada, Meksika, Əlcəzair, İndoneziyadır. == Etimologiya == Qaz sözü (nid. gas) ilk dəfə XVII əsrdə Helmont Yan Boptist tərəfindən istifadə olunmuşdur. == Tarixi == Yanar qazların sənaye və məişətdə istehlakına hələ ötən yüzilliklərdə başlanmışdır. Daş kömürü termik emal etməklə onun tərkibində olan metan və digər qaz qarışıqlarını almışlar. İlk dəfə olaraq bu üsuldan 1830–1840-cı illərdə İngiltərədə geniş istifadə olunmuş, daş kömürdən qazın alınmasını reallaşdıran çoxsaylı zavodlar fəaliyyət göstərmişlər. Bu emal qazından iri sobalarda yandırmada və nisbətən də evlərin qızdırılmasında istifadə edilmişdir. Lakin burada miqyas genişliyi çox böyük olmamışdır. Artıq XX əsrin ortalarında digər yanar qazlarla yanaşı, təbii qazdan da sənayedə, məişətdə istifadə olunmasına başlanmışdır.
Qaz dağı
Qaz dağı – Kiçik Asiyanın şimal-qərb sahilindəki bir dağ silsiləsi, Misiyadan başlayaraq Frigiyadan uzanan Kocakatran dağ silsiləsinin ən yüksək hissəsi, Biqa (Troada) yarımadasında, Edremit körfəzinin şimalında, Türkiyənin qərbində, Çanaqqala ili ilə Balıkəsir ili arasında yerləşir. Edremitin 18 kilometr şimal-qərbində qərarlaşır. Ən yüksək zirvəsi dəniz səviyyəsindən 1774 metr yüksəklikdəki Qaz dağıdır. İl ərzində 1500 mm-ə qədər yağıntı düşür. Şimal yamacında iynəyarpaqlı meşələr, cənub yamacında palıd meşələri yayılmışdır. Antik coğrafiyada Qaz dağı, Troyanın şimalında yerlədiyi İda dağı (İda dağı, q.yun. Ἴδη, türk. İda Dağı) olaraq bilinir. İda dağı Homer tərəfindən İliadada bulaqlarda bol və meşə baxımından zəngin, vəhşi heyvanlar üçün yaşayış yeri olaraq xatırlanır. İdanın ən yüksək zirvələri Qarqar (Qarqaron.
Qaz kamerası
Qaz kamerası edamın icra üçün istifadə olunan bir üsuldur. Bağlı bir otaqdan və içinə qoyulmuş zəhərli və ya asfiksiyalı (boğucu) qazlardan ibarətdir. Bu otaq üçün ən çox istifadə olunan qaz hidrogen siyaniddir; karbon qazı və karbonmonoksit də istifadə edilə bilər. == Tarixi == 1789-cu ildə Böyük Fransa inqilabının əvvəlində istifadəyə verilmişdi, lakin təsiri İkinci Dünya Müharibəsi əsnasında artan məhkumların dar otaqlarda zəhərli CO qazı ilə öldürülməsi ilə üzə çıxdı. Qaz kameralarının əsas istifadəsi müharibənin sonunda döyüşdən qaçan əsgərləri cəzalandırmaq və ya müharibədə əsir düşən düşmən qüvvələrini zərərsizləşdirmək olmuşdur. Bununla birlikdə, 1939-1943-cü illərdə yəhudi soyqırımı kimi tanınan qırğınlarda və əsir düşmüş qaraçıların öldürülməsində qanunsuz olaraq istifadə edilmişdir. Bu zəhərli qazların kəşfi, qaz kameralarının kəşfindən təxminən 122 il sonra, 1911-ci ildə məşhur fizik Albert Eynşteyn tərəfindən universitet tezis mövzusu olaraq hazırlanmışdır. Almaniya və Fransadan başqa, qaz kameraları da Böyük Britaniya Hərbi Akademiyasında verilən əmrə itaətsizlik cinayəti zamanı ciddi olmamaq təqdirində tələbənin huşunu itirməsi üçün istifadə olunurdu. Ancaq onun ləğvi 1982-ci ildə baş tutmuşdur. Nəhayət, sonuncu dəfə 1942-ci ildə İkinci Dünya Müharibəsindən qaçmış Kaly France adlı şəxsin öldürülməsi üçün istifadə edildi, ancaq riskli olduğu üçün yalnız cinayətkarlara tətbiq edilirdi, ancaq sonradan yalnız ağır cinayətlər edən insanlar üçün istifadə edilmişdi.
Qaz lampası
1897-ci ildə Londonun bir neçə nöqtəsində Pluto Lamp (qaz lampası) quraşdırılır. Bu aparatlar yalnız küçələri işıqlandırmaqdan ibarət olmur, eyni zamanda satış (vending) maşını kimi fəaliyyət göstərirdi — isti kofe, çay və kakao təklif edirdi. Bununla bərabər, avtomat-fanarda siqaret və qəzet də almaq mümkün idi. Həmçinin, bir başqa modelində Scotland Yard"a məktub göndərilməsi üçün teleqraf da quraşdırılmışdı. Bunların hamısı qaz ilə işləyirdi.
Qaz nəhəngi
Qaz nəhəngi əsas olaraq hidrogen və heliumdan ibarət olan nəhəng planetdir. Qaz nəhəngləri bəzən sönmüş ulduz olaraq da bilinirlər, çünki bu nəhənglər ulduz kimi eyni təməl elementlərdən təşkil olunurlar. Yupiter və Saturn Günəş sisteminin qaz nəhəngləridir. Qaz nəhəngi termini, əslində, "nəhəng planet"-lə sinonim idi, ancaq 1990-cı illərdə daha ağır maddələrdən təşkil olunan Uran və Neptunun nəhəng planet sinfindən olduqca ayrı olduğu bilindi. Bu səbəbdən, Uran və Neptun indi buz nəhəngləri kimi ayrı bir kateqoriyada sinifləşdirilirlər. Yupiter və Saturn, əsasən, hidrogen və helyum kimi yüngül qazlardan ibarətdir, nisbətən ağır elementlər onların ümumi kütləsinin 3-13%-ə qədərini təşkil edir.
Qaz nəhəngləri
Qaz nəhəngi əsas olaraq hidrogen və heliumdan ibarət olan nəhəng planetdir. Qaz nəhəngləri bəzən sönmüş ulduz olaraq da bilinirlər, çünki bu nəhənglər ulduz kimi eyni təməl elementlərdən təşkil olunurlar. Yupiter və Saturn Günəş sisteminin qaz nəhəngləridir. Qaz nəhəngi termini, əslində, "nəhəng planet"-lə sinonim idi, ancaq 1990-cı illərdə daha ağır maddələrdən təşkil olunan Uran və Neptunun nəhəng planet sinfindən olduqca ayrı olduğu bilindi. Bu səbəbdən, Uran və Neptun indi buz nəhəngləri kimi ayrı bir kateqoriyada sinifləşdirilirlər. Yupiter və Saturn, əsasən, hidrogen və helyum kimi yüngül qazlardan ibarətdir, nisbətən ağır elementlər onların ümumi kütləsinin 3-13%-ə qədərini təşkil edir.
Qaz qaytarması
Ördək qaytarması, qaz qaytarması (lat. Potentilla anserina) - qaytarma cinsinə aid bitki növü. == Sinonim == Argentina anserina (L.) Rydb. Argentina anserina var. concolor (Ser.) Rydb. Argentina argentea Rydb. Argentina vulgaris Lam. Dactylophyllum anserina (L.) Spenn. Dasiphora anserina (L.) Raf. Fragaria anserina (L.) Crantz Potentilla anserina var.
Qaz reflektoru
Qaz reflektoru — Reaktiv təyyarənin atılması və ya bir raketin atılması zamanı şəxsi heyət və avadanlıqları isti reaktiv qazlar reaktivindən qorumaq üçün hazırlanmış bir cihaz. Bir qayda olaraq, uçuş-enmə zolağında və ya başlatma qurğusunun arxasında quraşdırılan, istiliyədavamlı materialdan ibarət olan bir paneldir . Çox vaxt panellər axan su və ya digər soyuducu ilə soyudulur. Bəzi hallarda (məsələn, təyyarə daşıyıcılarında) qaz reflektorları da lazımdır ki, işlənmiş qazlar arxada dayanan təyyarənin mühərriklərini sıxmasınlar . Hidravlik aktuator vasitəsi ilə qalxan və yıxılan və süni şəkildə soyudulan monolit betondan metal və ya şüşə panellərə qədər müxtəlif mürəkkəblik dərəcəsi ilə tanınan qaz kameraları. Aerodromlarda və təmir sexlərində qaz reflektorları tez-tez səs əmici maneələrlə birləşdirilir. == Tarix == === Hava limanları === İlk qaz reflektoru 1950-ci illərdə hava limanlarında peyda oldu. 1960-cı illərdə hündürlüyü 1.8–2.4 m olan qaz reflektorları istifadə edildi; 1990-cı illərə qədər hündürlüyü iki dəfə artdı. Füzelaj səviyyəsindən yuxarı (McDonnell Douglas DC-10, MD-11) mühərrikləri olan böyük təyyarələr üçün qaz soyuducularının hündürlüyü 10 m-ə çatdı. Qaz reflektorları uçuş-enmə zolağının əvvəlində və tez-tez hava limanının perimetri ətrafında quraşdırılmışdır.
Qaz sabiti
Qaz sabiti ( R ) {\displaystyle \left(R\right)} — fundamental fiziki sabit olub 1 mol ideal qazın hal tənliyinə daxildir: p V μ = R T {\displaystyle pV_{\mu }=RT} . Burada p − {\displaystyle p-} təzyiq, V μ − {\displaystyle V_{\mu }-} 1 m o l {\displaystyle 1\,{\rm {{}mol}}} qazın həcmi (molyar həcm), T − {\displaystyle T-} mütləq temperatur, R {\displaystyle R} isə universal (molyar) qaz sabitidir. Qaz sabiti ədədi qiymətcə maddə miqdarı 1 mol olan ideal qazın sabit təzyiqdə 1 K qızdıqda genişlənərkən gördüyü işə bərabərdir. Qaz sabitinin BS-də ədədi qiyməti aşağıdaakı kimidir: R = 8.3144598 ( 48 ) C m o l ⋅ K {\displaystyle R=8.3144598(48){\frac {C}{\rm {{mol}\cdot {\rm {K}}}}}} . Dairəvi mötərizələrdəki ədəd kəmiyyətin qiymətinin axırıncı rəqəmlərdəki standart xətasını göstərir. == Qaz sabiti ilə Boltsman sabiti arasında əlaqə == R {\displaystyle R} universal (molyar) qaz sabiti k B {\displaystyle k_{\rm {B}}} (çox vaxt k {\displaystyle k} kimi işarə edilir) Boltsman sabiti ilə N A {\displaystyle N_{\rm {A}}} Avoqadro sabitinin hasilinə bərabərdir: R = k N A . {\displaystyle R=kN_{\rm {A}}.} R {\displaystyle R} universal (molyar) qaz sabitinin maddənin M {\displaystyle M} molyar kütləsinə nisbətinə xüsusi qaz sabiti deyilir və B {\displaystyle B} kimi işarə edilir ( [ B ] = C k q ⋅ K ) {\displaystyle \left([B]={\frac {\rm {C}}{\rm {kq\cdot K}}}\right)} : B = R M .
Qaz tankeri
Qaz tankeri - Maye və ya sıxılmış formada qaz məhsullarının daşınması üçün istifadə olunan gəmi növü. Bu növ gəmiləri, daşıdıqları yükün yüksək təhlükəli olması səbəbindən son dərəcə yüksək təhlükəsizlik göstəriciləri ilə təmin edilir. Qaz tankerlərinin digər gəmilərdən fərqləndirən əsas cəhətlərdən biri, daşınan qazın maye halında saxlanılmasını təmin etmək üçün daxili soyutma sisteminə malik olmasıdır.
Polder
Polder —( holl. polders - bəndlə əhatələnmiş sahə ) Niderland, Danimarka, Almaniya, ABŞ, Polşa və Yaponiyanın okean və dəniz səviyyəsindən alçaqda yerləşən ovalıqların qurudulmuş və mənimsənilmiş sahəsi. Bu ərazilər əvvəllər dənizin dibi olmuşdur. Sonralar bu ərazilərdəki sular qurudulmuş və antropogen mənşəli düzənliklər yaradılmışdır. Polderlərdə suyun səviyyəsi drenaj və dənizin və çayların basmasından süni tirələr, bəndlər, dambalar ilə qorunur. Bu torpaqlar yüksək məhsuldarlığı ilə seçilən ərazilərdir.
Otto Hölder
Otto Lüdviq Hölder (22 dekabr 1859, Ştutqart, Vürtemberq krallığı[d] – 29 avqust 1937, Leypsiq) — Ştutqartda doğulmuş alman riyaziyyatçı. Ən məşhur çalışmaları arasında: Hölder bərabərsizliyi və Cordan–Hölder teoremi vardır.
Den-Helder
Den Helder — Şimali Hollandiyada şəhər və bələdiyyə idarəsi. Şəhər Şimali Hollandiya kontinentalının ən şimal nöqtəsidir. Şəhər həm də ölkənin əsas dəniz bazasına ev sahibliyi edir. Buradan Royal TESO bərə xidməti Den Helder ilə şimaldakı Hollandiyanın yaxınlıqdakı Wadden Texel adası arasında nəqliyyat əlaqələrini təmin edir.
Ferdinand Hodler
Ferdinand Hodler (alm. Ferdinand Hodler‎; d. 14 mart 1853, Bern, İsveçrə – ö. 19 may 1918, Cenevrə, İsveçrə) — XIX əsrin ən məşhur İsveçrə rəssamlarından biri idi. Əsərləriylə ekspressionizm sənətçilərinə böyük ölçüdə təsir edən şəxslərdən biri olmuşdur. == Həyatı və fəaliyyəti == Hodler 1853-cü ildə Berndə altı uşağın ən böyüyü olaraq dünyaya gəlmişdir. Atası Jan Hodler az pul qazana bilən bir dülgər idi. Anası Marqerit isə əslən kəndli bir ailədən idi. Səkkiz yaşına gəldiyində atasını və iki qardaşını vərəm xəstəliyi nəticəsində itirdi. Anası bir dekorativ rəssam ilə ikinci dəfə evləndi.
Holden Kolfild
Holden Kolfild (ing. Holden Caulfield) - amerikan yazıçı Cerom Selincerin Çovdarlıqda uçurumdan qoruyan adlı romanının əsas qəhrəmanı. Bu obraz gənclərin etirazının və nonkomformizminin əsas simvoluna çevrilmişdir. Bu adda personaj ilk dəfə olaraq Selincerin 1941-ci ildə yazdığı və The New Yorker qəzetində yayımlanan "Are You Banging Your Head Against a Wall?" hekayəsində yer almışdır. Bundan sonra isə 1946-cı ildə yazılmış "Medison prospektində yüngül qiyam" adlı hekayədə də Holden Kolfild obrazı peyda olmuşdur. Bu hekayədə Holdenin Sally Hayes ilə qaçmaq istəyi, Carl Luce ilə içməsi və sərxoş olduqdan sonra Salliyə zəng açmasından bəhs olunur. Sonradan isə bu hekayə müəllif tərəfindən daha da təkmilləşdirilərək romanın 17-ci bölməsini təşkil etmişdir. == Personajın xarakteri == Yaxşı təminatlı və imtiyazlı bir həyat üçün doğulmuş Kolfild, özünün də yaşadığı elitar mühitə xor baxır. O, yaşadığı cəmiyyətin dəyər anlayışına şübhə ilə yanaşır və bəzən də cəmiyyət tərəfindən qəbul olunmuş davranış qaydalarını rədd edir. Holdenin əsas xarakterik xüsusiyyətləri diqqətcillik, öz-özünü təhlil etmə, acıdillilik və kinayədir.
Holger Pedersen
Holger Pedersen(dan. Holger Pedersen; 7 aprel 1867[…] – 25 oktyabr 1953[…], Hellerup[d], Qentofte[d]) — danimarkalı dilçi. == Həyatı == Holger Pedersen 1867-ci ildə Gelball Koldinqdə anadan olmuşdur. Türkologiyada əski Türk yazılanın araşdırmaqla tanınmışdır. Alim slavyan dilləri üzərində də tədqiqat aparmışdır. Hind-avropa dilləri ilə bağlı araşdırmalarının müəllifidir. Pedersen hind-avropa dillərinin fonetikasına. Hind toxar, kelt və erməni dillərinə aid əsərlər yazmışdır. Onun “Vergleichende Grammatik der keltischen Sprachen” (ikicildlik, 1908- 1911), “Albanische Texte mit Glossar” (1895) “Russische Grammatik” (1916) və s. əsərləri məşhurdur.
Uilyam Holden
Vilyam Holden (ing. William Holden; 17 aprel 1918 — 12 noyabr 1981) — Amerika aktyoru. "Oskar" qalibi (1953).
Vilyam Holden
Vilyam Holden (ing. William Holden; 17 aprel 1918 — 12 noyabr 1981) — Amerika aktyoru. "Oskar" qalibi (1953).
GAZ
Gəncə Avtomobil Zavodu — Azərbaycanın Gəncə şəhərində fəaliyyət göstərən maşınqayırma müəssisəsi. == Tarixi == 1986-cı ildə əsası qoyulmuş Gəncə Avtomobil Zavodunun istehsal gücü layihəyə əsasən 30 000 ədəd ortatonnajlı avtomobillərin istehsalı üçün hesablanmışdır. Müəssisənin tikintisi layihəyə görə 1989-cü illin sonlarına qədər başa çatdırmalı idi. Lakin Sovetlər Birliyinin dağılması nəticəsində zavodun tikintisini yarımcıq qalır. Yalnız 2004-cü ilin dekabırında Gəncə avtomobil zavodu işə düşüb və müəssisədə yığımdan keçən ilk avtomobil işıq üzü görüb. 2006-cı ilin oktyabrında Minsk traktor və avtomobil zavodları ilə Gəncə avtomobil zavodu arasında əməkdaşlığın yaradılması barədə razılığa gəlinib. 2007-ci iln mart ayının 27-də isə Gəncə avtomobil zavodunda yığımdan keçən ilk «Belarus» markalı traktor konveyerdən düşüb. Paralel olaraq müəssisədə Belarusun “MAZ” yük avtomobillərinin yığımı da təşkil olunub. Həmin ilin aprelin 30-da müəssisədə yığılan «GƏNCƏ» və «PƏHLƏVAN» adları daşıyan ilk MAZ-lar işıq üzü görüb. == İstehsal == Zavodun istehsal gücü ildə 1 700-2 000 ədəd traktor və 950-1 000 ədəd yük avtomobilin istehsalına bərabərdir.
Hödər (Salmas)
Hödər (fars. هدر‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kəndin əhalisini Azərbaycan Türklərinin Kürəsinli tayfası təşkil edir. 2006-cı il məlumatına görə kənddə 1,036 nəfər yaşayır (210 ailə).
Hopper
Stiven Donald Hopper (ing. Stephen Donald Hopper; 18 iyun 1951) — Avstraliya botaniki. == Elmi fəaliyyəti == Stiven Donald Hopper toxumlu bitkilər və qıjıkimilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == Life on the Rocks. 2008. Fremantle Press ISBN 978-1-921361-28-9 Soul of the Desert. 2005.
Kalder
Kaldera (isp. Caldera; "yemək qazanı") və ya kalder — vulkanın zirvəsinin və ya bəzən ona bitişik olan sahənin bir hissəsinin uçması zamanı əmələ gələn az və ya çox dərəcədə düz dibli, dik divarlı sirkvari oval və ya dairəvi çuxur. Kaldera eninə ölçüləri 10–15 km-ə, dərinliyi isə bir-neçə 100 m-ə çatır. Belə güman olunur ki, vulkan boğazından və ya çatdan partlayış zamanı külli miqdarda maqma püskürür. Bu zaman vulkan kamerasının daha dərin mənbələrdən gələn materiallarla dolmasına nisbətən, onun enməsi daha sürətlə gedir və vulkanın tavanı dayaq nöqtəsini itirərək uçur, yer səthində kaldera əmələ gəlir. Kraterdən mənşəyinə və böyük ölçülərinə görə fərqlənir. Vilyams qeyd edir ki, kraterin diametri əsasən 1–1,5 km olduğu halda, bir çox kaldera diametri 8 km-dən 15 km və daha böyük olur. Kaldera təsnifatı onların formasına və genezisinə əsaslanmışdır. Ritman, 1964, aşağıdakı kaldera tiplərini ayırır: zirvə kalderası (və ya nəhəng kraterlər), nəhəng eksploziv püskürmələr nəticəsində əmələ gələn monogen kaldera, bir sıra ardıcıl püskürmələr nəticəsində əmələ gələn poligen kaldera. Kalderanın əmələ gəlməsi haqqında iki fərziyyə məlumdur: Eşerə görə, kaldera maqmatik ocağın yalnız böyük dərinlikdə, Vilyamsa görə isə, yalnız az dərinlikdə yerləşməsi nəticəsində əmələ gələ bilər.
Molyer
Jan Batist Poklen və ya sadəcə Molyer (fr. Jean Baptiste Poquelin, dit Molière; 15 yanvar 1622[…], Paris – 17 fevral 1673[…], Paris) - böyük fransız komediya yazarı, Fransa və Qərbi Avropa ədəbiyyatında klassik komediya janrının banisi. == Həyatı == Fransız dramaturqu, aktyor, teatr xadimi Jan Batist Molyer 1622-ci ildə Parisdə saray xidmətçisi Jan Poklenin ailəsində doğulmuşdur. 1639-cu ildə Klermon kollecini bitirmişdir. Dünyagörüşünə fransız materialist filosofu P.Qassendinin təlimi güclü təsir göstərmişdir. Gənc yaşlarında həyatını teatrla bağlamış, 1643-cü ildə "Parlaq teatr" truppasını yaratmışdır. Lakin Parisdə müvəffəqiyyət qazanmayan truppa 12 il (1645-1658) əyalət şəhərlərini gəzib dolaşmış, yalnız 1659-cu ildə xoşbəxt bir təsadüf nəticəsində paytaxta qayıda bilmişdir. Bu müddət ərzində Molyer xalq həyatını dərindən öyrənmiş, gələcək əsərləri üçün zəngin material toplamışdır. Yaradıcılığa truppası üçün xalq farsları səpgisində yazdığı şən əhval-ruhiyyəli komediyalarla ("Barbulyanın qısqanclığı", "Uçan təbib") başlamışdır. Dünya dramaturgiyasının şah əsərləri sayılan "Tartüf", "Kişilərə ibrət dərsi", "Qadınlara ibrət dərsi", "İstəksiz nikah", "Zorən təbib", "Mizantrop" və s.
Heydər Əliyev Muzeyi (Qax)
Heydər Əliyev Muzeyi — Qax rayonunda Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətini, zəngin dövlətçilik irsini özündə təcəssüm etdirən muzey. Ümumilikdə Heydər Əliyev mərkəz və muzeyləri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliği, Azərbaycan tarixi və dilinin, mədəniyyətinin, milli-mənəvi dəyərlərinin yaşadılması istiqamətində sistemli fəaliyyət göstərir. Azərbaycanda Heydər Əliyev muzeylərinin təşəbbüskarı və yaradıcılarından biri Quba Heydər Əliyev Mərkəzinin direktoru Elza Orucova olmuşdur. Heydər Əliyev muzeylərinin mahiyyət etibarı ilə mərkəz kimi fəaliyyət göstərdiyini, onların regionlarda ictimai-siyasi və mədəni mərkəzlər kimi mühüm rol oynadığını nəzərə alaraq, habelə yerlərdən daxil olan çoxsaylı müraciətlərə əsasən Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmri ilə Heydər Əliyev Muzeyləri mərkəz adlandırılmışdır. == Haqqında == Qax rayon Heydər Əliyev Mərkəzin inşasına 2011-ci ilin noyabrında başlanmışdır. Yerli inşaat materiallarının istifadə edildiyi tikinti işləri rayonun daxili imkanları hesabına həyata keçirilmişdir. Foyedə Ümummilli lider Heydər Əliyevin möhtəşəm abidəsi və məlumat-informasiya köşkü vardır. Ümumi sahəsi 670 kvadratmetr olan dörd hissəyə bölünən əsas zal, 600 nəfərin iştirakı ilə konfrans keçirməyə imkan verir. Zalın yan divarları səkkizguşəli ornamentli şüşələrlə örtülmüş, xüsusi ekranlar və tablolarla Ümummilli liderin həyat və fəaliyyətini əks etdirən fraqmentlərlə işıqlandırılmışdır. Zalın bir hissəsi 8 qatlı xüsusi elektron pərdə ilə kəsilərək kinozala çevrilmişdir.