QAZ₁

is. zool. Ördəyə bənzər, lakin ondan böyük, uzunboğaz, əti yeyilən su quşu. Qaz əti. Qaz yumurtası. – Yeyərsən qaz ətini, görərsən ləzzətini. ( Ata. sözü ).
Əgər məşuqə mənzurundu, get bir şahbaz istə; Bu məşhur bir məsəldir, Seyyida, “Qaz vur, qazan doldur”. S.Ə.Şirvani.

◊ Qaz yerişi yerimək1) qaz kimi yan basa-basa yerimək;
2) təkəbbürlə yerimək, təşəxxüslə yerimək.
Qazdan ayıq – çox ayıq, gözüaçıq və işini bilən adam haqqında.

Omonimlər

  • QAZ QAZ I is. zool. Ördəyə bənzər, lakin ondan böyük, uzunboğaz, əti yeyilən su quşu. QAZ II is. [ fr. ] kim

Etimologiya

  • QAZ Quşun adı mənbələrdə rənglə əlaqələndirilir və boz (ağ) kimi açıqlanır. Belə çıxır ki, boz kəlməsi qaz şəklinə düşüb
QAYTARMAQ
QAZ₃

Digər lüğətlərdə