Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Minaxanım Mürsəlova
Minaxanım Əli Ağa qızı Mürsəlova (10 avqust 1932, Bakı) — azərbaycanlı alim, kimya elmləri doktoru. Minaxanım Əli Ağa qızı Mürsəlova 1932-ci il avqustun 10-da Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1950-ci ildə Bakı şəhər 46 saylı orta məktəbi gümüş medalla bitirdikdən sonra, həmin ildə Azərbaycan Sənaye İnstitutunun (ASİ) neft-texnologiyası fakültəsinə daxil olmuşdur. 1955-ci ildə ASİ-ni neft və qaz ixtisası üzrə bitirdikdən sonra, 1955–1958-ci illərdə Yeni Bakı Neftayırma zavodunda operator və baş operator vəzifələrində işləmişdir. 1958–1974-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Neft İnstitutunda, Y. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda və onun Sumqayıt Filialında kiçik və böyük elmi işçi vəzifələrində elmi fəaliyyətdə olmuşdur. 1974–1995-ci illərdə Təbii Qazın Nəqlə Hazırlanması və Emalı üzrə Ümumittifaq Elmi-Tədqiqat İnstitutunda böyük elmi işçi, laboratoriya müdiri və direktorun elmi işlər üzrə müavini vəzifəsində işləmişdir. 1995-ci ildən indiyə kimi "Dənizneftqazlayihə" Dövlət Elmi-Tədqiqat Layihə İnstitutunda "Səthi-aktiv maddələr" laboratoriyasına rəhbərlik edir. 1965-ci ildə "Alkilbenzolsulfatlar və onların sinergetik kompozisiyalarının xassələrinə aktiv əlavələrin təsirinin tədqiqi" mövzusunda namizədlik, 1996-cı ildə isə "Neft, qaz kondensatı yataqları üçün çoxfunksiyalı parafin və duz çökmə inhibitorları" mövzusunda "Neft-kimyası" ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir. M.Ə. Mürsəlova asfalt-qatran-parafin, qeyri-üzvi duzların çökməsi, emulsiyaların əmələ gəlməsi və neft-kondensat xammalının hasilatı, yığılması, hazırlanması, nəqli və emalı sistemlərində qarşıya çıxan mürəkkəbləşmələrin qarşısının alınması kimi mühüm və aktual elmi-texniki məsələlərin həll edilməsi istiqamətində tədqiqatlar aparmışdır. Onun tərəfindən aparılan sistemli tədqiqatlar nəticəsində neft və qaz sənayesində çoxməqsədli yüksək təsir effektivliyinə malik inhibitorların yaradılmasının yeni istiqamətinin elmi əsasları müəyyən edilmişdir.
Minaxanım Təkləli
Minəxanım Allahşükür qızı Nuriyeva (Təkləli) — filologiya elmləri doktoru, professor, Respublika radiosunda "Türkün özü, xalqın gözü" rubrikasının aparıcısı. 1989-cu ildən Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasında müəllim olaraq fəaliyyətə başlamış, 1995-ci ildə Pedaqoji Universitetdə dosent olaraq fəaliyyətini davam etdirdi. Bu tarixlərdən başlayaraq Minəxanım Təkləli ümumtürk mədəni mirasının araşdırılıb tədqiq edilməsi, ortaq tariximizin təhrif edilmiş şərəfli səhifələrini yenidən bərpa etmək; Türk dillərinin tarixi, bu günü ilə bağlı problemləri və uğurları, nəhayət qədim türklərin dünya sivilizasiyasındakı mövqeyini aşkarlamaq istiqamətində araşdırmalara girişir. Rus yazıçılarının əsərləri üzrə türk elementləri ilə bağlı tədqiqatların nəticəsi olaraq 2004-cü ildə uğurla “Rus dilində türk sözləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə etdi. Türk dilçiliyində türk və rus dilləri arasındakı əlaqələr ilk dəfə bir sistem halında monoqrafik araşdırmaya cəlb olunmuşdu. Belə ki, Türk xalqları mədəniyyətinin dünya sivilizasiyasında yerinin təsbiti istiqamətində bu mədəni izlərinin araşdırılması: bu mənada Türk xalqları mədəni irsinin tədqiqi, Rus ədəbi –bədii və şifahi dilindəki Türk mənşəli sözlərin üzə çıxarılması və s. məsələlərin həlli Türkoloji aləmdə yeni hadisə idi. Çünki bu vaxta kimi bu problem bir çox hallarda birtərəfli öyrənilmiş, yəni Şərqi Slav dillərindəki türk dili elementlərinə etnoqrafik və mədəni-tarixi fakt kimi baxmaq yerinə, təkcə linqvistik fakt kimi götürülərək sadəcə alınmalar səviyyəsində baxılmış, çox vaxt da problem semasioloji aspektdən uzaq tutulmuş, türk sözlərinin bu dildə semantik evolyusiyasının gedişatını izləmək, canlandırmaq, nəticələrini öz geniş miqyasında təqdim etmək diqqətdən kənarda qalmışdı. Dissertasiyanın nəticələri göstərdi ki, bu problem yalnız kompleks şəkildə: etnik, dil və mədəni əlaqələr fonunda tam öyrənilə bilər. Müəllif bu üzdən mövzuya filoloq, etimoloq və tarixçi mövqeyindən yanaşmışdır.
Sonaxanım Mikayılova
Sona Məmmədağa qızı Mikayılova (2 fevral 1957) — Azərbaycan Respublikasının əməkdar artisti (2011), Azərbaycan Respublikasının əməkdar müəllimi (2023), Azərbaycan teatr, kino və dublyaj aktrisası. Sonaxanım Mikayılova 1979-cu ildə Moskva Dövlət Kinematoqrafiya İnstitutunu (Yevgeni Semyonoviç Matveyevin emalatxanasında təhsil alıb) bitirdikdən sonra yaradıcılıq fəaliyyətinə Z. Abbasovun "Onun bəlalı sevgisi" (Xalidə) filmi ilə başlamış, K. Əzimzadənin "İsmayıl bəyin sandıqçası" filmində Ana, K. Əzimzadənin "İmtahan" filmində Ana, Ənvər Əblucun "Sarı köynək" filmində Zəminə, E. Qasımovun "Köhnə bərə" filmində Əminə, Ş. Nəcəfzadənin "Kral ölüb yaşasın kral" filmində kraliça, E. Səfərovun "Məhbus" filmində Ana, K. Rüstəmbəyovun "Bakı" filmində Jurnalist, V. İbrahimoğlunun "Qurama" filmində Ana, R. Mirzəyevin "Əkinçi" filmində Hənifə xanım, "Dronqo" filmində Nərminə obrazlarını yaratmışdır. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalışmışdır. Təkcə Azərbaycan filmindəki rolları ilə kifayətlənməyən aktrisa 1989-cu ildə "Yuğ" teatrına gəlmiş və ifa etdiyi obrazlarla teatr ictimaiyyətinin də diqqətini özünə cəlb edə bilmişdir. Aktrisa 1989-cu ildən "Yuğ" teatrında çalışır. Fərdi ifa tərzinə, səhnə mədəniyyətinə və duyumuna malik olan aktrisa "Yol", "Dəli Domrul", "Yuxu", "Salam", "Savalan", "Can üstə", "Birinci akt", "Vəsl" ("Mən, Məhəmməd Füzuli…" layihəsi), "Naməlum Axundzadə", "Medeya. Sekvensiya 01" tamaşalarında maraqlı obrazlar yaratmışdır. Fərdi ifa tərzinə, səhnə mədəniyyətinə və duyumuna malik olan aktrisa "Yol", "Dəli Domrul", "Yuxu", "Salam", "Savalan", "Can üstə", "Olsun" tamaşalarında maraqlı obrazlar yaratmışdır. O, bu gün də Azərbaycan Dövlət Yuğ Teatrında çalışır və gənclərin yetişdirilməsində yaxından iştirak edir. Aktrisa Türkiyədə, Rusiyada, Tatarıstanda keçirlmiş Beynəlxalq Teatr festivallarının iştirakçısı olmuşdur.
Zinaxanım Salamzadə
Salamzadə Zinaxanım Qafur qızı — Azərbaycanlı memar, tikinti sahəsində ilk fəxri Azərbaycan SSR Əməkdar İnşaatçısı adını alan azərbaycanlı qadın. Zinaxanım Salamzadə 21 may 1934-cü ildə Bakının Ramana kəndində anadan olub. Atası Qafur kişi neft mədənində işləyirdi. Anası isə evdar qadın idi. O, orta məktəbi 1952-ci ildə bitirib sənədlərini Azərbaycan Politexnik İnstitutuna verərək inşaat fakültəsinə daxil olub. 1957-ci ildə ali məktəbi bitirib, təyinatla Bakı Baş Tikinti İdarəsində əmək fəaliyyətinə başlayıb və 1957-1997-ci illərdə burada çalışaraq böyük uğurlara imza atıb. İşlədiyi illər ərzində adi tikinti ustasından rəhbər vəzifəyədək əmək yolu keçib. Əvvəlcə BBTİ-nin 8 nömrəli tikinti idarəsındə iş ustası vəzifəsinə təyin edilib və 1957-1963-cü illərdə BBTİ-nin 8 nömrəli Tikinti İdarəsində tikinti ustası, iş icraçısı, mühəndis, böyük mühəndis, 1963-1972-ci illərdə Bakı Şəhər Tikinti Trestində mühəndis, böyük mühəndis və istehsalat şöbəsinin rəis müavini vəzifələrində çalışıb. 1972-ci ildə Bakı Baş Tikinti İdarəsinin 11 nömrəli Sosial-Mədəni Tikinti Trestində partiya komitə katibı seçilib. Bu vəzifədə 16 ildən çox — 1988-ci ilə kmi işləyib.
Anaxanım Tağıyeva
Azərin (doğum adı: Anaxanım Etibar qızı Tağıyeva; 9 may 1971, Bakı) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının xalq artisti (2015), Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin orkestr ifaçısı, Azərbaycan Silahlı Qüvvələrinin kapitanı. == Karyerası == İlk solo albomu, 2001-ci ildə Qazaxıstandaki "Asiyanın Səsi" müsabiqəsindən sonra işıq üzü görüb. Bu diskin, həmçinin 2004-cü ildə çıxan diskin repertuarına korifey sənətkarların mahnıları və xarici klassik musiqi nümunələri daxil edilmişdir. 2006-cı ildə "Azərbaycan Respublikasının əməkdar artisti", 2015-ci ildə isə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adlarına layiq görülmüşdür.
Anaxanım Xanlarova
Anaxanım Hüseynbəy qızı Xanlarova (21 oktyabr 1915, Bakı – 7 fevral 2007, Bakı) — İlk qadın korrozionist alim == Həyatı == Dünya miqyasında tanınmış alim qadınlarımızdan biri texnika elmləri doktoru, professor Anaxanım Hüseynbəy qızı Xanlarovadır. Onun metalların korroziyası və mühafizəsi sahəsindəki elmi nailiyyətləri yüksək dəyərləndirilmişdir. O, neft-qaz mədən qurğularının korroziyadan mühafizəsi üsullarını yaradaraq qurğunun əsas təmirlərarası müddətini iki dəfədən artıq uzatmağa müvəffəq olmuşdur. Professor Anaxanım Xanlarova məşhur Xanlarovlar nəslindəndir. Bakı xanlarından olmuş bu nəsil elmimizə, mədəniyyətimizə istedadlı şəxslər vermişdir. Atası Hüseynbəy Xanlarov gənclik illərində Avropada yaşamış və təhsil almışdı. Anası Şeyda Şamxorskaya zadəgan ailəsindən idi. Təhsilini dayısı maarifpərvər həkim Qara bəy Qarabəyovun yanında almışdı. Milli adət-ənənələr əsasında gözəl ailə tərbiyəsi görmüş Anaxanım Bakıda 132 nömrəli orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Bakı Sənaye Texnikumunda oxumuşdur. 1934-cü ildə isə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuşdur.
Anaxanım İsmayılova
Anaxanım İsmayılova (qızlıq soyadı: Ağayeva) — Azərbaycanı təmsil edən qadın boksçu. == Karyerası == Anaxanım Ağayeva 2014-cü ilin 31 may-8 iyunda Rumıniyanın Buxarest şəhərində baş tutan Avropa Çempionatında çıxış elədi. Ağayeva 1/8 final mərhələsində Almaniya nümayəndəsi Sarah Bormanna qalib gəlsə də (3:0), 1/4 final mərhələsində Fransa təmsilçisi Vassilia Lxadiriya məğlub oldu (1:2) və Avropa Çempionatının beşinci pillədə başa vurdu. Daha sonra Anaxanım Ağayeva 2014-cü ilin 16-24 noyabrında Cənubi Koreyanın Jeju şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı. Ağayeva 1/16 final mərhələsi çərçivəsində baş tutan görüşdə Tailand nümayəndəsi Sopida Satumruma məğlub oldu (0:3) və mübarizəsini dayandırdı. 2015-ci ilin 12-28 iyununda baş tutan I Avropa Oyunlarında da mübarizə aparan Anaxanım Ağayeva, turnirin 1/8 final mərhələsindəcə Polşa nümayəndəsi Sandra Drabiha məğlub oldu (0:3) və mübarizəsini dayandırdı. Daha sonra Anaxanım Ağayeva 2016-cı ilin 8-18 aprelində Samsun şəhərində baş tutan Avropa Olimpiya Təsnifat Turnirində mübarizə apardı. Ağayeva turnirin 1/16 final mərhələsindəcə Moldova nümayəndəsi Yuliya Koroliya məğlub oldu (1:2) və mübarizəsini dayandırdı. Anaxanım Ağayeva 2016-cı ilin 15-24 noyabrında Bolqarıstanın Sofiya şəhərində baş tutan Avropa Çempionatında da mübarizə apardı. Ağayeva 1/8 final mərhələsi çərçivəsində baş tutan görüşdə Rusiya nümayəndəsi Yelena Saveleva məğlub oldu (0:3) və mübarizəsini dayandırdı.