Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Raftinq
Raftinq — raft adı verilən qayıqlarla, təpəsi yüksək çaylarda edilən bir çay idmanıdır. Raftinqde əsl olan içində olduğunuz raftı aşırtmadan, kürəklə istiqamətləndirərək qayalar və maneələr arasından keçirməkdir. Raftinq, 6 ilə 8 şəxsiyyət komanda halında edilər və müvəffəqiyyətli ola bilmək tək bədən kimi hərəkət edən bir sıra ola bilməkdən keçər. Bu idmanda çay çətinlik dərəcəsinə görə altı dərəcəyə ayrılarlar. 6. dərəcə ən çətin yarışma yolu , 1. dərəcə isə ən asan yarışma yolu ifadə edər.
Raftopulo mehmanxanası (Taqanroq)
Raftopulo mehmanxanası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən tarixi arxitektur bina. Bina Taqanroq şəhəri Oktyabrskaya küçəsi ev 35 ünvanında yerləşir. Bina 1870-ci illərində inşa edilmişdir. Binanın hazır ki, vəziyyəti idealdır. Bina regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir. Afanasi Andreyeviç Belov vəsaiti hesabına inşa edilmişdir. 1992-ci ildə şəhərin tarixi abidələri siyahına daxil edilmişdir. Bina Rostov vilayəti Taqanroq şəhəri Oktyabrskaya küçəsi ev 35 ünvanında yerləşir. 1870-ci illərdə Afanasi Andreyeviç Belov vəsaiti hesabına inşa edilmişdir. Bina üç mərtəbədən ibarətdir.
Baft
Baft— İranın Kirman ostanının şəhərlərindən və Baft şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 35,008 nəfər və 8,265 ailədən ibarət idi.
Rast
Rast – Azərbaycan musiqisində 1) yeddi ladlarından (məqamlarından) biri, 2) əsas Azərbaycan muğam dəstgahlarından biri. Bütün müsəlman ölkələrində mövcuddur. "Rast" sözü farsca "düz, dürüst, müstəqim, düzgün" deməkdir. Orta əsr musiqi elmində Rast ən birinci və bütün digər muğamların əsası sayılır. Musiqişünaslar Rastı "muğamların anası" adlandırmışlar. Rast Yaxın Şərq xalqlarının şifahi – peşəkar musiqisində 12 əsas muğamdan biridir. Baxmayaraq ki, 12 klassik muğamdan bəziləri şöbə halına keçmiş, bəziləri isə kiçik həcmli muğam əhəmiyyətini kəsb etmişdir, qədim zamanlardan 12 muğamdan Rast öz əvvəlki mahiyyətini bu günədək qoruyub saxlamışdır. Üzeyir Hacıbəyov "Azərbaycan xalq musiqisinin əsasları" kitabında muğamların dəyişikliyə uğradığını söyləyir. O, Rastı "indiyədək zamanın və hadisələrin sarsdıcı təsirinə qarşı möhkəm duran yeganə muğam" adlandırmışdır. Bakı, Şamaxı, Şuşanın özünəməxsus "muğam məktəbləri"ndə Rast dəstəgahının şöbə və guşələrinin həm say, həm də ardıcıllıq etibarilə müqayisə nəticəsində belə qənaətə gəlmək olur ki, əgər Bakı musiqi məclisində Rast dəstgahı 15, Şuşa məclisində 18, Şamaxıda 21-ə çatır: Rast ailəsinə bir sıra muğamlar aiddir.
Ratt
Ratt — 1983-cü ildə Robb Crosby (gitara) və Stephen Pearcy (vokal) tərəfindən qurulmuş və daha sonra gitarist Warren DeMartini, bas gitarist Juan Croucier və vurma alət ifaçısı Bobby Blotzer'in də iştirakı ilə tam heyət olaraq qrupla eyni adı daşıyan ilk albomlarını çıxarmışdılar. 1984-cü ildə çıxardıqları "Out of the Cellar" albomu ticari olaraq böyük müvəffəqiyyət qazanmış və Billboard siyahısında 7-ci sıraya qədər yüksəlmişdir. 1985-ci ildə çıxan "Invasion of Your Privacy", 1986-cı ildə çıxan "Dancing Undercover" və 1988-ci ildəki "Reach for the Sky" eyni müvəffəqiyyəti davam etdirmiş və Ratt-i konsertlərdə headliner səviyyəsinə çıxarmışdır. Ancaq 1990-cı il tarixli "Detonator", əvvəlki albomlar kimi müvəffəqiyyət əldə etməmiş və sonunda qrup 1992-ci ildə dağılmışdır. Qrup 1997-ci ildə Crosby'siz olaraq təkrar bir araya gəldi və "Collage" və 1999-cu ildə də ikinci "Ratt" albomlarını çıxardı amma çox yaxşı bir müvəffəqiyyət əldə edə bilmədi.
Rift
Rift (ing. rift) — çat, qırılma) — bir neçə yüz km məsafəyə (çox vaxt 1000 km-dən çox) xətti uzanan dərinlik mənşəli yarıqvari və ya yarğanvari struktur. Bir çox qitə və okean riftlərinin eni 30–70 km ölçülür. Eyni zamanda, çox dar (5–20 km, məsələn: Ölü dəniz) və çox enli (200–400 km, məsələn: Qırmızı dəniz) riftlər də məlumdur. Rift təsvirini Qreqori (1921) Şərq Afrika qrabenlər sistemi timsalında vermişdir. Rift adətən dar gərilmə zonası əmələ gətirir və vulkanizmlə səciyyələnir. Rift vulkanizmində qələvi süxurların əsasi tərkibli növləri (olivinli bazaltlar, analsimli bazaltlar, pikritlər) üstünlük təşkil edir, turş süxurlar (fonolitlər, traxitlər) isə məhdud yayılır. Rift növləri: 1) qitədaxili — Yer qabığının ilkin zəifləmiş zonaları boyu uzanan riftlər (məsələn: Şərq Afrika rift sistemi); 2) qitələrarası — qitə qabığının olmadığı zonalarda inkişaf edən (məsələn: Qırmızı dəniz və Ədən körfəzi) riftləri; 3) okeandaxili — okeanqabıqlı dar rift dərələri aralıq okean silsilələri və ya georiftogenallar. Riftlərin əmələ gəlməsi haqqında bir neçə fərziyyə vardır: 1) blokların diferensiasion hərəkəti nəticəsində; 2) aralanma — qaymaların horizontal yerdəyişməsi nəticəsində; 3) ikimərhələli (hər iki fərziyyəni birləşdirir): başlanğıc mərhələdə tağ qalxması baş verir, gərilmə qüvvələrinin təsirindən tağın mərkəzi hissəsi uçur və sonrakı mərhələdə qaymalar riftdən bir və ya iki tərəfə aralanır. Geologiya terminlərinin izahlı lüğəti.
Raf
Raf (əsl adı Raffaele Ryefoli, it. Raffaele Riefoli; 29 sentyabr 1959, Marqerita di Savoia[d], Apuliya) — İtaliya müğənnisi. Raf 29 sentyabr 1959-cu ildə İtaliyada dünyaya gəlib. Raf 1984-cü ildə buraxdığı "Raf" adlı ilk albomu ilə solo karyerasına start verir. Albomdan olan "Self Control" adlı ilk sinql nəinki İtaliya, bütün Avropada böyük hitə çevrilir. Elə həmin il mahnı amerikan müğənnisi Lora Breniqan tərəfindən yazdırılır. Onun versiyası Avstriya, Kanada, Almaniya və İsveçrə kimi ölkələrdə 1-ci, həmçinin ABŞ-ın Billboard Hot 100-də 4-cü yeri tutur. "Self Control" 1980-lərin əsas mahnılarından birinə çevrilir. 1993-cü ildə müğənni Riki Martin də mahnının uğurlu kaverini buraxır. 1987-ci ildə Avroviziya Mahnı Müsabiqəsində Raf Umberto Totsi ilə birlikdə İtaliyanı "Gente di mare" mahnısı ilə təmsil edirlər.
RAST (qrup)
RAST — Azərbaycanda, əsasən pop — caz janrında ifa edən məşhur qrup Rəhbəri Azərbaycan Respublikasının Əməkdar Artisti pianoçu-bəstəkar, həmçinin aranjemançı Rəşad Haşımovdur, 1993-cü ildə Vaqif Gərayzadənin rəhbəri olduğu ''Aypara'' qrupunun 4 üzvü (Rəşad Haşımov (pianoçu), Asif Kərimov (skripka), Vilayət Qəhrəmanzadə (ritm guitar), İlqar Quliyev (vokal)) tərəfindən yaradılmışdır. Bir müddət sonra qrupa İlham Ələsgərov (solo guitar) Sevda Ələkbərzadə (vokal), daha sonralar Ruslan Hüseynov (bass guitar) İsgəndər Ələsgərov (zərb alətləri) Emin Kərimi (pianoçu) qoşulmuşdur. 1993–2001-ci illərdə qrupun solisti Sevda Ələkbərzadə olmuşdur. 1996-cı ildə Fransada keçirilən ''Radio France Internationale'' müsabiqəsində 365 qrupdan 11 ən yaxşı qrup adını qazanmışdır. 1997-ci ildə ''Rast"[1] adlı ilk albom tamaşaçılara təqdim olunmuşdur. Bu albomun ən çox sevilən mahnılarından "Gəl Yanıma"[2] və "Ömrün Allahı Sevgidir"[3] kliplərini misal göstərmək olar. Qrup, 1999-cu ildə H. Əliyev adına sarayda möhtəşəm solo konsertlə tamaşılarını sevindirmişdir.[4] 2000-ci ildə isə ''Rast Dünyası"[5] adlı albomlar tamaşaçılara təqdim olunmuşdur. Bu albomun, ümumilikdə bu dövrün ən çox sevilən mahnısı ''Kaş ki, mən dəniz olaydım'' [6] klipidir. Mahnının sözləri Samirə Xasməmmədovaya, musiqisi Rəşad Haşımova aiddir. Sevda Ələkbərzadə'nin solo karyeraya başlamasının ardından, qrup Zülfiyyə Xanbabayeva ilə əməkdaşlığa başladı.
Rast (balet)
"Rast" — Niyazinin eyniadlı simfonik muğamı və skif qadın-sərkərdəsi Tomris haqqında əfsanə əsasında 2004-cü ildə səhnəyə qoyulmuş ilk ikipərdəli muğam-balet. Libretto müəllifi jurnalist Əjdər Ulduzdur, xoreoqrafı Tamilla Şirəliyeva, quruluşçu-rəssamları Rafiz İsmayılov və Tahir Tahirovdur. Tomris Banu Искусствовед-хореограф Афаг Гусейнова. Магистр хореографического искусства.
Rast (dəqiqləşdirmə)
Rast — əsas Azərbaycan muğam dəstgahlarından biri. Rast (balet) — ilk ikipərdəli muğam-balet. RAST (qrup) — Azərbaycanda caz janrında musiqi ifa edən qrup. Rast. Niyazi (film, 2014) — rejissor Nonna Müzəffərovanın sənədli filmi.
Rast Prodakşn
RAST — Azərbaycanda, əsasən pop — caz janrında ifa edən məşhur qrup Rəhbəri Azərbaycan Respublikasının Əməkdar Artisti pianoçu-bəstəkar, həmçinin aranjemançı Rəşad Haşımovdur, 1993-cü ildə Vaqif Gərayzadənin rəhbəri olduğu ''Aypara'' qrupunun 4 üzvü (Rəşad Haşımov (pianoçu), Asif Kərimov (skripka), Vilayət Qəhrəmanzadə (ritm guitar), İlqar Quliyev (vokal)) tərəfindən yaradılmışdır. Bir müddət sonra qrupa İlham Ələsgərov (solo guitar) Sevda Ələkbərzadə (vokal), daha sonralar Ruslan Hüseynov (bass guitar) İsgəndər Ələsgərov (zərb alətləri) Emin Kərimi (pianoçu) qoşulmuşdur. 1993–2001-ci illərdə qrupun solisti Sevda Ələkbərzadə olmuşdur. 1996-cı ildə Fransada keçirilən ''Radio France Internationale'' müsabiqəsində 365 qrupdan 11 ən yaxşı qrup adını qazanmışdır. 1997-ci ildə ''Rast"[1] adlı ilk albom tamaşaçılara təqdim olunmuşdur. Bu albomun ən çox sevilən mahnılarından "Gəl Yanıma"[2] və "Ömrün Allahı Sevgidir"[3] kliplərini misal göstərmək olar. Qrup, 1999-cu ildə H. Əliyev adına sarayda möhtəşəm solo konsertlə tamaşılarını sevindirmişdir.[4] 2000-ci ildə isə ''Rast Dünyası"[5] adlı albomlar tamaşaçılara təqdim olunmuşdur. Bu albomun, ümumilikdə bu dövrün ən çox sevilən mahnısı ''Kaş ki, mən dəniz olaydım'' [6] klipidir. Mahnının sözləri Samirə Xasməmmədovaya, musiqisi Rəşad Haşımova aiddir. Sevda Ələkbərzadə'nin solo karyeraya başlamasının ardından, qrup Zülfiyyə Xanbabayeva ilə əməkdaşlığa başladı.
Rayt qardaşları
Uilber və Orvill Rayt qardaşları (ing. Wilbur Wright (1867–1912) və ing. Orville Wright (1871–1948)) — dünyanın əksər ölkələrində dünyanın ilk mühərrikli, ilk idarə olunan, uçuş qabiliyyətinə malik təyyarəsinin layihələndirilməsi və qurulmasında prioritet kimi tanınan amerikalılar. Bəlkə də qardaşlar eksperimental təyyarəni ilk uçuranlar deyildilər, lakin ilk olaraq təyyarənin uçuşunu idarə edənlər idilər. Onların işi dünyada təyyarə yaratmaq üçün bütün sonrakı cəhdlərə, bütün aparıcı ölkələrin aviasiya sənayesinə birbaşa təsir etdi. Rayt qardaşlarının əsas nailiyyəti, təyyarəni effektiv idarə etmək və uçuş zamanı tarazlığını qorumaq üçün təyyarənin üç fırlanma oxu boyunca praktiki idarəetmə və sabitlik sistemləridir. Onların yanaşması təyyarələrin dizaynı və qurulması üçün əsas oldu. Rayt qardaşları, digər eksperimentçilər kimi daha güclü mühərriklər quraşdırmaq imkanı tapmaq əvəzinə, daha çox uçuşun idarə edilməsi məsələlərinin öyrənilməsinə diqqət yetirdilər. Onların külək tuneli təcrübələri, səmərəli qanad və pərvanələrin istehsalında digər aviasiya qabaqcıllarından daha məhsuldar oldu. 22 may 1906-cı ildə onlar təyyarə səthlərindən istifadə etməklə həyata keçirilən aerodinamik idarəetmə sisteminin ixtirası üçün 821,393 saylı ABŞ patentini aldılar.
Riçard Rayt
Richard William "Rick" Wright (Riçard Rayt) (28 iyul 1943, London, Böyük London regionu[d], Birləşmiş Krallıq – 15 sentyabr 2008[…], London, Böyük London regionu[d], Birləşmiş Krallıq) ingilis pianoçusu, keyboardist, müğənni, bəstəkar olub. Pink Floyd qrupundan tanınır.
Screen Rant
"Screen Rant" — ABŞ xəbər və əyləncə portalı. Sayt 2003-cü ildə fəaliyyətə göstərməyə başlamışdır. Burad televiziya, filmlər, video oyunlar sahəsində xəbərlər dərc edilir. Sayt Vik Holtreman tərəfindən təsis edilmişdir. "Screen Rant" həmçinin, 5 milyondan çox abunəçisi və 2 milyard ümumi baxışı olan "YouTube" kanalına malikdir. "Screen Rant" vaxt keçdikcə Los-Anceles qırmızı xalçası, Nyu-York Film Festivalı və "San Diego Comic-Con" kimi hadisələri işıqlandırmağa başlamışdır. 2015-ci ildə "Screen Rant" Monrealda yerləşən onlayn media naşiri "Valnet, Inc." tərəfindən satın alınmışdır.
Silviya Rayt
Silviya Rayt (11 iyun 1960, Frankfurt-Mayn, Hessen) — alman futbol mütəxəssisi. 1960-cı il iyunun 11-də anadan olan Silviya Rayt futbolçu karyerası ərzində Almaniyanın "Bavariya" və "Frankfurt–Mayn" klublarında çıxış edib. O, Almaniya millisinin heyətinə ilk dəfə 1982–ci ildə dəvət olunub. Milli komandada 58 oyunda 4 qol vuran Rayt 1989 və 1991-ci illərdə qadınlar arasında Avropa çempionatının qalibi olub. Silviya Rayt UEFA-nın A kateqoriyalı məşqçi lisenziyasına malikdir. O, 2004-2008-ci illərdə "Bavariya"nın qadınlardan ibarət komandasının məşqçisi olub. 2008-ci ilin iyulundan Bavariya Futbol Federasiyasında məşqçi işləyən Rayt 2009-cu ilin oktyabrınadək kişilərdən ibarət "TSV Exinq" klubunun məşqçisi kimi fəaliyyət göstərib.
Sissi Rayt

Trevor Rayt
Trevor Rayt - Amerikalı aktyor. Aktyorun tanınmış filmi 2007-ci ildə çəkilən "Sığınacaq" filmidir.
Uill Rayt
Vill Ralf Rayt (ing. Will Ralph Wright, 20 yanvar 1960[…], Atlanta, Corciya) — Amerikalı proqramist və videooyun dizayneri. Oyunların rəqəmsal satışı üzrə yaradılmış Maxis və Syner Entertainment şirkətlərinin yaradıcısıdır. Ən məşhur SimCity, The Sims oyun seriyası və Spore kompüter oyunlarının orijinal dizayneri olaraq tanınır. Vill Rayt ABŞ, Atlanta, Corciyada anadan olub, atası Vill doqquz yaşında olarkən vəfat edib. Sonradan anası ilə Luiziana ştatındakı Baton-Roj şəhərinə köçürmüşdür. 16 yaşında məktəbi tərk etdikdən sonra Rayt Luiziana Universitetinə daxil oldu, sonra Luiziana Texnologiya Universitetinə, daha sonra isə Yeni Məktəbdə təhsil almışdır. Memar, daha sonra mexaniki mühəndis kimi təhsil almağa başlayan Rayt kompüterlər və robotlarla maraqlanmışdır. Beş illik kollec təhsilindən sonra Vill Rayt təhsili dayandırdı. 2003-cü ilin fevralında nəşr olunan bir reportajda Rayt oyunların ona çox vaxt apardığını və bəlkə də inkişaf etdirilən oyunların onun üçün yaxşı bir yol olduğunu qərar verdi.
Uilyam Rayt
Vilyam Rayt (şərqşünas) (1830–1889) — Böyük Britaniya şərqşünası. Vilyam Rayt (yazıçı) (22.10.1930) — Amerika yazıçısı. Vilyam Rayt (şair) (1782-?) — Şotlandiya şairi.
Uilyam Taft
Vilyam Hovard Taft (ing. William Howard Taft; 15 sentyabr 1857[…], Sinsinnati, Ohayo – 8 mart 1930[…]) — Amerika Birləşmiş Ştatlarının 27-ci prezidenti (1909-1913). Onun hakimiyyət dövrü dövlətin iqtisadiyyatdakı rolunun güclənməsi ilə xarakterizə olunmuşdur. 1921-ci ildə ABŞ Ali Məhkəməsinin Baş hakimi seçilmişdir. Bu məhkəmədə vəzifə tutmuş ilk və yeganə ABŞ prezidentidir. Vəfatına 1 ay qalmış həmin vəzifədən istefa vermişdir.
Vill Rayt

Vilyam Rayt
Vilyam Rayt (şərqşünas) (1830–1889) — Böyük Britaniya şərqşünası. Vilyam Rayt (yazıçı) (22.10.1930) — Amerika yazıçısı. Vilyam Rayt (şair) (1782-?) — Şotlandiya şairi.
Vilyam Taft
Vilyam Hovard Taft (ing. William Howard Taft; 15 sentyabr 1857[…], Sinsinnati, Ohayo – 8 mart 1930[…]) — Amerika Birləşmiş Ştatlarının 27-ci prezidenti (1909-1913). Onun hakimiyyət dövrü dövlətin iqtisadiyyatdakı rolunun güclənməsi ilə xarakterizə olunmuşdur. 1921-ci ildə ABŞ Ali Məhkəməsinin Baş hakimi seçilmişdir. Bu məhkəmədə vəzifə tutmuş ilk və yeganə ABŞ prezidentidir. Vəfatına 1 ay qalmış həmin vəzifədən istefa vermişdir.
Ər-Rafi
Ər-Rafi (ər. الرافع) — Allahın adlarından biri. Tərifləyən.
Cozef Rayt
Cozef Rayt, daha çox Derbili Rayt kimi tanınan (ing. Joseph Wright, Wright of Derby; 3 sentyabr 1734[…], Derbi[…] – 29 avqust 1797[…], Derbi[…]) — XVIII əsrin görkəmli ingilis rəssamlarından biridir. O, təsviri sənətdə sənaye mövzusunun qabaqcıllarından hesab olunur. Rayt, ilk növbədə holland rəssamları Gerrit van Honthorst və Hendrik Terbruggen tərəfindən karavacizmdən təsirlənmişdir. Raytın bir çox rəsm və rəsmləri Derbi Şəhər Şurasının mülkiyyətidir və Derbi Şəhər Muzeyi və İncəsənət Qalereyasında nümayiş etdirilir. == Bioqrafiya == Cozef Rayt 3 sentyabr 1734-cü ildə Derbidə hüquqşünas Con Rayt (1697–1767) və sonradan şəhər rəsmisi olmuş həyat yoldaşı Hanna Bruks (1700–1764) ailəsində anadan olub. Rayt Derbi Qrammatika Məktəbində təhsil alıb və qravürları kopyalayaraq özü rəsm çəkməyi öyrəndi. Rəssam olmağa qərar verən Rayt 1751-ci ildə Londona səyahət etdi. Üç il (1751–1753 və 1756–1757) gələcək rəssam London Studiyasında məşhur portret rəssamı Tomas Hudsonda oxudu. 1760-cı ilə qədər portretləri Rayt müəllimi üsulu ilə çəkirdi (Miss Kettonun portreti, Sent-Luis, Missuri, Qor.
Əbu Rafi
Əbu Rafi əl-Kitbi (ərəb. أبو رافع القِبطي‎) — Muhəmməd peyğəmbərin səhabələrindən biri. Əbu Rafinin dəqiq adı məlum deyil. Çox vaxt İbrahim və ya Əsləm adları çəkilir. Digər məlumatlara görə, onun adları Salih, Abdür-Rəhman, Yezid, Sabit və s. olaraq bildirilir. O, Ryuveyfi və Bureyx ləqəbləri ilə tanınır. Əbu Rafi mənşəcə qibti idi. O, Məhəmməd peyğəmbərin əmisi Abbas ibn Əbdülmüttəlibin qulu idi və Peyğəmbərə hədiyyə edildi. Abbas ibn Əbdülmüttəli İslamı qəbul etdikdən sonra Məhəmməd Əbu Rafini azad edir və cariyəsi Səlma ilə evləndirir.
Boru rafı
Boru rəfi (ing. Pipe rack) — tikintidə müxtəlif boruların, elektrik və cihaz kabellərinin yollarının saxlanılması və dəstəklənməsi üçün istifadə olunan bir qurğudur. Bu cür qurğular, əsasən, neft-kimya zavodlarında və elektrik stansiyalarında geniş istifadə edilir. Bəzi hallarda boru rəfləri mexaniki avadanlıqları, təzyiq çənlərinə (sistern) və ya klapan (valf) platformalarına girişləri də dəstəkləyə bilər. Əsas boru rəfləri, adətən, avadanlıqları saxlama və proses zonalarında və ya köməkçi sahələr arasında materialların ötürülməsini təmin edir. Anbarlarda olan saxlama rəfları, hətta orada borular saxlanılsa belə, boru rəfləri sayılmır. Boru rəfi proses vahidinin əsas arteriyasıdır. Boru rəfləri əsas və köməkçi boruları daşıyır və həmçinin cihaz və kabel yolları ilə birlikdə bu boruların üzərində quraşdırılmış avadanlıqları da əhatə edə bilər. Boru rəfləri adətən boru sisteminin uzunluğunda yerləşdirilmiş eninə dəstəkləyici strukturlardan ibarətdir. Boru rəfində müxtəlif növlər mövcuddur.