Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bədirxan Əhmədov
Bədirxan Əhmədov (20 aprel 1955, Gəyliyən, Dmanisi rayonu) — ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor. B. Əhmədov həm də Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. AMEA Nizami adına Ədəbiyyat İnstitutu Asiya xalqları ədəbiyyatı şöbəsinin müdiridir.[1] == Həyatı == Bədirxan Balaca oğlu Əhmədov 20 aprel 1955-c ildə Gürcüstan Respublikasının qədim Başkeçid (indiki Dmanisi) rayonundakı Az-Gəyliyən kəndində anadan olub. 1973-cü ildə orta məktəbi bitirib və elə həmin il Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universitetin) filologiya fakültəsinə daxil olub. 1977-ci ildə ali məktəbi müvəffəqiyyətlə başa vurub. 1977–1982-ci illərdə Sabirabad rayonun Abdulabad kəndində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyib. 1980-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda qiyabi aspiranturaya daxil olub. 1982-ci ildə təyinat müddəti başa çatdıqdan sonra Bakıya gələrək Azərbaycan Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsində müxtəlif poleoqraf, baş poleoqraf, şöbə müdiri vəzifələrində çalışıb (1983–1990). 1986-cı ildə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda "Sabit Rəhmanın satirası" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1990-cı ildən "Vətən səsi", "Cümhuriyyət", "Azərbaycan ordusu" qəzetlərində şöbə müdiri, baş redaktor müavini işləyib.
Cəladət Əli Bədirxan
Cəladət Əli Bədirxan (kürd. جەلادەت عالی بەدرخان; 26 aprel 1893, İstanbul – 15 iyul 1951, Dəməşq; həmçinin Mîr Celadet adı ilə də tanınır) — kürd diplomat, yazıçı, dilçi, jurnalist və siyasi fəal. İstanbul Universitetində hüquqşünaslıq fakültəsi üzrə magistraturanı bitirən və təhsilini Münhendə tamamlayan Cəladət həmçinin kürdcə, türkcə, farsca, ərəbcə, almanca, fransızca və rusca kimi bir çox dildə danışa bilirdi. Türkiyəni 1923-də cümhuriyyət elan olunduqdan sonra tərk etmişdir. 1927-ci ildə Beyrutda baş tutan bir kürd konfransında Xoybun komitəsi formalaşmışdır. Cəladət şimali kürd dilinin — kurmanc dilinin çağdaş halını orqanizə edən ilk dilçi olması və hal-hazırda rəsmi olaraq istifadə edilən latın əlifbasını dizayn eləməsi ilə məşhurdur. Bu əlifba bəzən kürd dilinin habelə o biri dialektləri üçün də — ərəb, kiril və erməni əlifbalarının əvəzinə işlənir.
Kamuran Əli Bədirxan
Kamuran Əli Bədirxan (kürd. Kamiran Alî Bedirxan ,کامران عالی بەدرخان ) (21 avqust 1895, İstanbul – 6 dekabr 1978, Paris) — kürd siyasətçi, hüquqşünas və yazıçı. == Siyasi karyerası == 1918-ci ildə ailəsindən başqaları kimi Kürdüstan Yüksəlişi Cəmiyyətinə üzv olmuşdur. 1919-cu ildə Kamuran və qardaşı Cəladət Bədirxan İraqa səfərində Britaniya zabiti Kovbertin Noel müşayiət edirdi. Noel Kürdüstanın rəsmi bir millətinin yaradılması ehtimalını qiymətləndirirdi. Bədirxan Atatürkün istiqlal hərəkatının əleyhdarı idi və İstanbulda Britaniya hökuməti tərəfindən 1919-cu ildə ona Sivasda planlaşdırılan konqresə getmək, Mustafa Kamal Atatürkü həbs etmək əmri verilmişdir. O, qardaşı, Harput qubernatoru və Britaniya zabiti Edvard Noel də daxil olmaqla bir neçə adamla yola düşmüş, lakin layihə uğursuz olmuşdur. Kamuran kamalizmin əleyhdarı idi və 1923-cü ildə Türkiyə Cümhuriyyəti elan olunanda artıq ölkəni tərk edərək Almaniyaya getmişdi. O, Münhendə qohumları ilə yaşamış, burada Lüdviq Maksimilian Universitetində hüquq təhsili almış və sonra təhsilini Leypsiq Universitetində davam etdirmiş və onu da bitirmişdir. 1927-ci ildə Suriyaya yerləşmiş və Beyrutda vəkil işləmişdir.
Sudirman
Sudirman — İndoneziyanın hərbi xadimi, müstəqillik uğrunda müharibə dövründə İndoneziyanın Milli ordusuna rəhbərlik etmiş silahlı qüvvələrin ilk baş komandanı. İndoneziyanın milli qəhrəmanı olan bu şəxs İndoneziya ordusunun ən gənc generalıdır.
Sirxan Sirxan
Sərxan Bişara Sərxan (ing. Sirhan Bishara Sirhan, ərəb. سرحان بشارة سرحان‎; 19 mart 1944, Qüds) — 5 iyun 1968-ci ildə Kaliforniya ştatının Los-Anceles şəhərindəki "Ambassador" mehmanxanasında 35-ci ABŞ prezidenti Con Kennedinin kiçik qardaşı, prezidentliyə namizəd, senator Robert Kennedini qətlə yetirmiş Fələstin əsilli ABŞ vətəndaşı. Dini etiqadına görə xristiandır. Törətdiyi cinayətə görə 1969-cu ildə ölüm cəzasına məhkum edilmiş, lakin 1972-ci ildə Kaliforniya Ali Məhkəməsinin qərarı ilə cəzası ömürlük həbs cəzası ilə əvəz edilmişdir. Hazırda Kaliforniyanın Korkona həbsxanasında saxlanılır.
Sərxan Sərxan
Sərxan Sərxan (müğənni) — Azərbaycan müğənnisi. Sərxan Sərxan (qatil) — ABŞ senatoru Robert Kennedinin qatili.
Sədiyan
Sədiyan — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 298 nəfərdir ki onun da 159 nəfəri kişi, 139 nəfəri qadındır.
Sərxan Sərxan (müğənni)
Sərxan Sərxan (doğum adı: Sərxan Rəşid oğlu Qurbanbəyov; 18 iyun 1952, Bakı) — Azərbaycan-sovet müğənnisi, bəstəkar, Azərbaycanın xalq artisti (2018). == Bioqrafiya == Sərxan Sərxan 18 iyun 1952-ci ildə Bakı şəhərində anadan olmuşdur. Moskva Konservatoriyası nəzdində musiqi məktəbinin qitara sinfini, hərbi xidməti başa vurduqdan sonra isə Qnesinlər adına Musiqi məktəbini vokal üzrə bitirib. Moskva və Azərbaycan Filarmoniyalarında çalışıb. Bir neçə filmə çəkilib. 30 dekabr 1987-ci ildə "Azərbaycan SSR əməkdar artisti", 27 may 2018-ci ildə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adları ilə təltif edilib. 2012-ci ilin aprelində "Humay" mükafatına layiq görülüb. == Diskoqrafiya == Танго (azərb. Tanqo‎) — 3:43 Осень (azərb. Payız‎) — 4:06 Прости (azərb.
Sərxan Sərxan (qatil)
Sərxan Bişara Sərxan (ing. Sirhan Bishara Sirhan, ərəb. سرحان بشارة سرحان‎; 19 mart 1944, Qüds) — 5 iyun 1968-ci ildə Kaliforniya ştatının Los-Anceles şəhərindəki "Ambassador" mehmanxanasında 35-ci ABŞ prezidenti Con Kennedinin kiçik qardaşı, prezidentliyə namizəd, senator Robert Kennedini qətlə yetirmiş Fələstin əsilli ABŞ vətəndaşı. Dini etiqadına görə xristiandır. Törətdiyi cinayətə görə 1969-cu ildə ölüm cəzasına məhkum edilmiş, lakin 1972-ci ildə Kaliforniya Ali Məhkəməsinin qərarı ilə cəzası ömürlük həbs cəzası ilə əvəz edilmişdir. Hazırda Kaliforniyanın Korkona həbsxanasında saxlanılır.
Qədimxan (Bicar)
Qədimxan (fars. قديم خان‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 170 nəfər yaşayır (39 ailə). Əhalisini kürdlər təşkil edir.
Sabirxan (Şot)
Sabirxan (fars. صبيرخان‎) - İranın Qərbi Azərbaycan ostanının Şot şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə nə qədər əhalinin yaşaması barədə məlumat yoxdur.
Sudirman Hadi
Sudirman Hadi (9 mart 1996) — İndoneziyalı atlet. Sudirman Hadi İndoneziyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Sudirman Hadi birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında 100 metr məsafəyə qaçış yarışlarında təsnifat mərhələsində 10.77 saniyəlik nəticə ilə 2-ci yeri tutdu və yarım-finala adladı. Bu mərhələdə isə o, 10.70 saniyəlik nəticə ilə 9-cu yeri tutdu və mübarizəni dayandırdı.
Səlimxan Bayramov
Fatih Əmirxan
Fatih Əmirxan - əsil adı isə Muhəmmədfatih Zarif oğlu Əmirxanovdur. Tatar dilində isə adı tatar. Fatıyx Əmirxan-dır. O, 1 yanvar 1886 Kazanda anadan olub və 9 mart 1926 həmin şəhərdə rəhmətə gedib. Fatih Əmirxan Tatarıstanın məşhur yazıçısı və publisistidir == Tərcümeyi-halı == Fatih Əmirxan 1 yanvar 1886-cı ildə Yeni Tatar kəndində anadan olub. Onun atası "İske Taş" məscidinin imamı idi. Yazıçı ö dövr üçün məşhur olan medresede təhsil almışdır. 1905-1907-ci illərdə Moskvada çap olunan "Tərbiyə-ətfal" (Cavanları maarifləndirək) qəzetinin baş katibi olmuşdur. 1907-ci ildə o Kazanda gündəlik qəzet olan "EL-İslax" nəşr elətdirir. 1909-cu ildə tatar dilində bir çox kiablarının tərcüməsi ilə məşğul olur.
Əmirxan Babayev
Əmirxan Xəlilov
Əmirxan Xəlilov (23 fevral 1937, Borçalı) — professor. == Həyatı == 23 fevral 1937-ci ildə Gürcüstan Respublikasının Marneuli (Sarvan) şəhərində anadan olmuşdur. Orta məktəbi Marneuli (Sarvan) şəhərində bitirmiş, 1956-1961-ci illərdə BDU-da təhsil almışdır == Təhsili elmi dərəcə və adları == 1961-ci ildə BDU-nu bitirmişdir 1968-ci ildə “Cəfər Cabbarlının ədəbi-tənqidi görüşləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1987-ci ildə “Azərbaycan-rus ədəbi əlaqələrinin inkişaf mərhələləri (1920-1980)” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir 1971-ci ildən dosent, 1988-ci ildən etibarən professor elmi adlarını almışdır == Əmək fəaliyyəti == 1965-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olmuş və 1968-ci ildə bitirmiş, elmi işçi vəzifəsində işləmişdir. 1970-ci ildən BDU-da “Rus ədəbiyyatı tarixi”, “Türk və şərqi slavyan xalqları ədəbiyyatı”, “Dünya ədəbiyyatı” kafedralarında çalışmışdır “Rus ədəbiyyatı” və “dünya ədəbiyyatı” fənlərindən mühazirələr oxuyur. 170-dən artıq məqalə, 5 monoqrafiya, 8 kitab müəllifidir. 3 elmlər namizədi yetişdirmişdir. Məmməd Araz adına “İti qələm” mükafatı laureatı adını almışdır. == Tədqiqat sahəsi == Filologiya, tənqid və ədəbiyyatşünaslıq == Beynəlxalq seminar və simpoziumlarda iştirakı == Riqa və Daşkənddə (1975-1976-cı illər) ədəbi-elmi konfranslarda məruzə ilə çıxış etmişdir == Seçilmiş əsərləri == "Məmməd Araz və çağdaş Azərbaycan poeziyası" "Sergey Yesenin şərq-qərb kontekstində" "Əliağa Kürçaylının poetik tərcümələri" "Asif Asimanın söz asimanı" "Şair Zəlimxan Yaqub və müasir Azərbaycan poeziyası" == Kitablar == "Cəfər Cabbarlı: sənət və sənətkarlıq". Bakı.
Əmirxan türbəsi
Culfa rayonun Xanəgah kəndində zəmanəmizədək gəlib çatan memarlıq abidələrindən biri də Əmirxan türbəsidir. == Coğrafi mövqeyi == Əlincəqalanın yerləşdiyi Əlincə dağının şərq yamacında XV yüzillikdə inşa edilmiş türbə zaman keçdikcə yağış və qar sularının yuyub gətirdiyi lillə dolmuş və demək olar ki, torpağın altında qalmışdı. Abidə 1978-ci ildə ərazidə təsərrüfat işləri aparılarkən təsadüfən aşkar olunmuş, içərisi və ətrafı torpaqdan təmizlənmişdir. Abidə kiçik istisnalar nəzərə alınmazsa demək olar ki, tamamilə salamat vəziyyətdə qalmışdır. == Memarlıq quruluşu == Bina planda dördbucaqlı formasındadır. Üstü iri həcmli günbəzlə örtülmüşdür. Elə abidənin əhəmiyyətli hissəsi də qırmızımtıl rəngli bişmiş kərpicdən inşa edilmiş bu günbəzli örtmədir. Azərbaycan memarlığının Naxçıvan məktəbinə mənsub usta tərəfindən inşa edilmiş abidənin kvadrat əsasdan günbəzə keçid sistemi çox yüksək səviyyədə həll olunmuş, bu zaman memarın yüksək sənətkarlığı və məharəti özünü qabarıq şəkildə göstərmişdir. Memar bunu künc trompları vasitəsilə həll etməklə, bu adi künc trompların daxili quruluşunun mükəmməl formasına nail ola bilmişdir. Trompları birləşdirən yelkənlər müəllif tərəfindən olduqca orijinal halda – stalaktitə bənzər həll olunmuşdur.
Ədilxan Qərəhmədov
Ədilxan Qərəhmədov (5 iyun 2001, Azərbaycan) — Azərbaycan Premyer Liqasında "Kəpəz"də yarımmüdafiəçi kimi çıxış edən azərbaycanlı futbolçu. == Karyerası == 2 mart 2019-cu ildə Qarahmədov Azərbaycan Premyer Liqasında "Səbail"in "Sumqayıt"la oyununda debüt etdi. 2024-cü il fevralın 8-də "Kəpəz" İrəvandan Qərəhmədovla mövsümün sonuna qədər əlavə bir il opsiya ilə müqavilə imzaladığını elan etdi.
Sirxan Məmmədov
Sirxan Məmmədov (d. 13 yanvar 1977, Tbilisi, Gürcüstan SSR, SSRİ) – Azərbaycan alpinisti. Qar bəbiri adı namizədidir. == Karyerası == 13 yanvar 1977-ci il Gürcüstanın Tbilisi şəhərində anadan olmuşdur. Dağçılıq fəaliyyətinə 2001-ci il 8-9 may tarixlərində Şahdağ zirvəsi (4243 m) ilə başlayıb. Həmin ilin 10 mayında Heydər zirvəsinə (3751 m) çıxmışdır. Keçmiş SSRİ-nin yeddi min metrdən yüksək beş zirvəsindən dördünə - 2012-ci ildə İsmayıl Somoni (Kommunizm) (7495 m), 2012-ci ilin iyul-avqust aylarında Korjenev (7135 m), 2010 və 2013-cü il iyul-avqust aylarında Xan-Tenqri (7010 m) və 2011-ci ildə İbn Sina (Lenin) zirvələrinə (7130 m) qalxmış (Qələbə zirvəsindən başqa) və Qar bəbiri adına namizəddir. 2011-ci ildə Şimali Qafqazda Rus Ali Dağçılıq məktəbində "Bezingi" təlimatçılıq kurslarında iştirak etmiş, 3-cü dərəcəli metodist-təlimatçı adına layiq görülmüşdür. Növbəti ildə Şimali Qafqazda "Çey" düşərgəsində "Dağlarda xilasetmə" təlimlərində iştirak etmiş, 282 №-li "Dağlarda xilasedici" döş nişanı ilə təltif olunub. 2012-ci ildə Kommunizm zirvəsində (Tacikistan) Sirxan Məmmədovun rəhbərliyi ilə xilasetmə qrupu 6300 m yüksəklikdə polşalı alpinistlərin dağdan təxliyyəsində iştirak etmişdir.
Sərxan Abdullayev
Abdullayev Sərxan Əvəz oğlu (1942, Papı, Cəbrayıl rayonu) — filologiya elmləri doktoru, professor, Azərbaycan Dillər Universiteti Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri. == Həyatı == Sərxan Abdullayev 1942-ci il martın 17-də Cəbrayıl rayonunun Papı kəndində anadan olub. 1949-52- ci illərdə Papı kənd ibtidai və Çərəkən yeddiillik məktəbində oxuyub. 1959-cu ildə Horovlu kənd orta məktəbini bitirib 1959-cu ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun Alman dili fakültəsinə qəbul olunub 1965-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirib və kafedrada müəllim kimi saxlanılıb 1966-ci ildən Alman dili kafedrasında müəllim işləyir Kafedrada əvvəlcə baş müəllim, sonra dosent vəzifələrində çalışıb, bir müddət Roman-german filologiyası kafedrası ilə əməkdaşlıq edib 1971-ci ildə namizədlik dissertasiyası müdafiə edib 1975-76- cı illərdə germanistikanın mərkəzi sayılan Leypsiq şəhərində (Almaniya) Karl Marks adına universitetdə 10 aylıq ixtisasartırma kursunda olmuşdur 1989-cu ildə Tbilisi şəhərində doktorluq dissertasiyası müdafiə edib 1993-cü ildə Alman dili kafedrasının professoru seçilib 1976-2003- cü illərdə Alman dili fakültəsinin dekanı vəzifəsində çalışıb 2003-2009- cu illərdə Alman dili kafedrasının müdiri vəzifəsində işləyib Hal-hazırda Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiridir Ailəlidir, 4 övladı var == Təhsili, elmi dərəcə və elmi adları == 1965, M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutu, Alman dili fakültəsi, fərqlənmə diplomu 1971, Filologiya elmləri namizədi, Elmlər Akademiyasının Dilçilik İnstitutu 1974, dosent, Azərbaycan Pedaqoji Dillər İnstitutu 1989, filologiya elmləri doktoru, Tbilisi şəhəri, Tbilisi Dövlət Universiteti 1994, professor, Azərbaycan Pedaqoji Dillər İnstitutu == Əmək fəaliyyəti == 1966-1973, müəllim, baş müəllim, ADU-nun Alman dili kafedrası 1974-1994, dosent, ADU-nun Alman dili kafedrası 1966-2003, dekan, ADU-nun Alman dili fakültəsi 1994-2018, professor, ADU-nun Alman dili kafedrası 2003-2009, kafedra müdiri, professor, ADU-nun Alman dili kafedrası 2017, professor, ADU-nun Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrası 2018-ci ildə professor Sərxan Abdullayev Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademik üzvü seçilib.[1] Arxivləşdirilib 2018-12-30 at the Wayback Machine == Tədqiqat sahəsi və bildiyi xarici dillər == Müqayisəi-tiploloji dilçilik, German dilləri, Dil nəzəriyyəsi, Semantika, Diskurs nəzəriyyəsi Alman, rus, ingilis, türk dilləri == Respublika və beynəlxalq seminar, simpozium və konfranslarda iştirakı == 1968, Bakı, M.F.Axundov adına APDİ-nin professor-müəllim heyətinin elmi konfransı 1981, Bakı, Dil sisteminin funksional və konstruktiv səviyyələri mövzusunda Respublika konfransı 1982, Bakı, Xarici dil müəllimlərinin seminar yığıncağı 1983, Bakı, Konfrontativ linqvistika problemlərinə dair Respublika elmi konfransı 1990, Gəncə, “Respublikanın xalq təhsili sistemində xarici dillərin fasiləsiz tədrisi” mövzusunda Respublika konfransı 1990, Bakı, Respublika elmi konfransı (Проблемы полиглосии и межьязыковой интерференции в Азербайджанской ЛСР) 1991, Xaçmaz, “Respublikada milli konsepsiya çərçivəsində xarici dillərin fasiləsiz tədrisi” mövzusunda Respublika konfransı 1990, Gəncə, Respublikanın xalq maarifi sistemində xarici dillərin fasiləsiz tədrisi mövzusunda Respublika elmi konfransı 2005, Bakı, Tərcümə və transmilli proseslər mövzusunda beynəlxalq konfrans == Çap olunmuş əsas əsərləri == 1.Dərslik, dərs vəsaiti və monoqrafiyaları 1984, Dil və bədii qavrayış, “Yazıçı”, 166 s. 1987, Alman və Azərbaycan dillərində inkarın leksik-frazeoloji ifadə vasitələri, Azərbaycan Təhsil Nazirliyi nəşriyyatı, 67 s. 1990, Müasir alman dilində təsdiq və inkarın praqmatik-üslubi variativliyi, Azərbaycan Təhsil Nazirliyinin nəşriyyatı, 79 s. 1997, Deutsch (VIII sinif üçün Alman dili) “Maarif” nəşriyyatı, Bakı, 214 s. 1998, Müasir alman və Azərbaycan dillərində inkarlıq kateqoriyası “Maarif”, Bakı, 278 s. 2001, Alman atalar sözləri və onların azərbaycanca-rusca qarşılıqları, Bakı, “Maarif”, 178 s. (N.Seyidəliyevə birlikdə) 2004, Немецкий аффирмативный контекст, Bakı, 331 s.
Sərxan Aliyev
Sərxan Bayramov
Sərxan Bağırov
Sərxan Hacıyev
Sərxan Həsənov
Temirxan-Şura
Buynaksk (tarixi adı qum. Temir-Xan-Şura — Teymurxanşura — Teymurun şurası) — Şimali Qafqazda yerləşən Dağıstan Respublikasının inzibati vahidində şəhər. Şəhər Xəzər dənizinin şimal-qərb sahillərində yerləşir. == Tarixi == Mahaçqala şəhərinin qərbində yerləşən Temirxan-Şura Dağlılar Respublikasının paytaxtı olmuşdur. Çar imperiyası zamanı, şəhərdə 5 min nəfərlik əsgər polku saxlanılırdı. Yaxın şəhərlərdə baş verən üsyanların yatırılmasında, bu polkdan tez-tez istifadə edilmişdir. 1863-cü ildə Zaqatala üsyanı zamanı, çar ordusu Temirxan-Şuradan üsyanı yatırmaq üçün 3 minlik süvari rus qoşunu göndərmişdir. Sovet hakimiyyəti qurulduqdan sonra şəhərin adı Buyraksk olaraq dəyişdirilmişdir. Sovet hakimiyyəti dağıldıqdan sonra da Buynakskda federal hakimiyyətə qarşı üsyançıların bir çox hücumları olmuşdur. 1999-cu il sentyabrın 4-də rus hərbçilərinin qaldığı binanın partladılması nəticəsində 64 nəfər ölmüş, 133 nəfər yaralanmışdı.
Əvəz Temirxan
Əvəz Temirxan (1 aprel 1959, Soğanverdilər, Bərdə rayonu) — Azərbaycan siyasətçisi, Azərbaycan Liberal Partiyasının sədridir. == Həyatı == Əvəz Temirxan 1959-cu il aprelin 1-də Bərdə rayonunun Soğanverdilər kəndində anadan olub. 1980–1985-ci illərdə RSFSR-in Yaroslavl şəhərində ali təhsil almışdır. 1985-ci ildə Yaroslavl Dövlət Universitetinin hüquq fakültəsini bitirdikdən sonra Yaroslavlda hüquq məsləhətçisi, 1991-ci ilə qədər Rusiyanın Kostroma vilayətinin rayonlararası prokurorluğunda müstəntiq vəzifəsində çalışmıdır. 1991–1993-cü illərdə Moskvada özəl hüquq məsləhətçisi kimi fəaliyyətini davam etdirmişdir. == Siyasi fəaliyyəti == 1991–1993-cü illərdə Ə. Temirxan professor Lalə Şövkət tərəfindən yaradılmış "Azərbaycan Respublikasında Demokratik İslahatlar və İnsan Hüquqlarının Müdafiəsi Uğrunda" Beynəlxalq İctimai-siyasi Hərəkatının sədr müavini olmuşdur. 1993-cü ilin iyul ayından 1994-cü ilin yanvar ayına qədər Azərbaycan Respublikasının Prezident aparatında, Dövlət Katibinin baş köməkçisi vəzifəsində çalışmışdır. 1995-ci ildən 2007-ci ilə qədər Azərbaycan Liberal Partiyası İcraiyyə Komitəsinin sədri, 2003-cü ildən ALP sədrinin 1-ci müavini və ALP sədr əvəzi olmuşdur. 12 sentyabr 2010-cu ildə ALP-nin növbəti qurultayında Azərbaycan Liberal Partiyasının sədri seçilmişdir. 2024-cü il növbədənkənar parlament seçkilərində Əvəz Temirxan 23 saylı Nəsimi-Səbail seçki dairəsindən deputatlığa namizəd olmaq istəsə də, o bəzi problemlərlə qarşılaşmışdır.
Güzik (Şepiran)
Güzik (fars. گوزيك‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı, Şəpiran dehistanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 286 nəfər yaşayır (42 ailə).
Hərəkiyan (Şəpiran)
Hərəkiyan (fars. هركيان‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 518 nəfər yaşayır (96 ailə).