Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sadiq bəy Sadiqi
Sadıq bəy Sadiqi (1533[…], Təbriz – 1610[…], İsfahan) — sərkərdə, təzkirəçi, şair, miniatür rəssam. XVI əsrin ikinci yarısı- XVII əsrində əvvəllərində yaşayıb yaratmış Sadiq bəy Sadiqi I Şah İsmayıl hakimiyyətə gəldiyi zaman Şamdan öz istəyi ilə ona qoşulmağa gələn Xüdabəndəlü adlı türk-oğuz elinə mənsubdur. Sadiq bəy külliyatının əvvəlində öz Xüdabəndəlü tayfası barədə məlumat vermişdir. Sadiq bəy Əfşar həm rəssam həm şair həm kitabdar həm də sərkərdə kimi tanınmışdır. Atası tayfanın nüfuzlu şəxslərindən olduğu üçün hələ gənclik illərində Hafizi Sabunidən, daha sonra isə Fəzai Həmədanidən şeir təhsili almışdır. Şeirlərini fars dili ilə yanaşı Azərbaycan, Çağatay və Osmanlı türkcəsində yazan şairin günümüzə külliyyatı gəlib çıxmışdır. Külliyatına 10 ədəd əsər daxildir. Bunlara Məcməül-Xəvas, Qanun üs-Süvər, Fəthnameyi Abbase-namidar və s. misal göstərmək olar. Sadiq bəy həmçinin mükəmməl rəsm təhsili almış, Qəzvində yaşadığı illərdə isə rəssamlıqla məşğul olaraq bu elmi tədris etmişdir.
Sadiq
Sadiq — ad.
Səfər Sadiqi
Sadiqi Səfər — Danimarka "Vətən" Cəmiyyətinin sədri, Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü. Sadiqi Səfər Məmi oğlu 1957-ci il mayın 12-də Bakı şəhərində anadan olmuşdur. 1964-cü ildə Yasamal rayonu 21 nömrəli məktəbə gedib. 1972-ci ildə Bakı Maliyyə Kredit Texnikomunda "Hesablama maşınlarının proqramlaşması" fakultəsinə daxil olub. 1976-cı ildə təhsilini başa vurub. Sovet ordusunda SSRİ-nin 3-cü Hava Hücumundan Müdafiə xəttində baş qərargahda radist olaraq xidmət edir. 1978-ci ildə hərbi xidmətini başa vurub. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb. Hərbi xidmətini başa vurduqdan sonra Azərbaycan Dövlət Statistika idarəsində mühəndis, proqramist, böyük mühəndis vəzifələrində çalışıb. 10 ildən çox Statistika Həmkarlar İttifaqında fəaliyyət göstərmişdir.
Cəfər Sadiq
Cəfər Sadiq (20 aprel 702, Mədinə, Hicaz, Əməvilər xilafəti – 16 dekabr 765, Mədinə, Hicaz, Abbasilər xilafəti) — Şiələrin 6-cı imamı. Məzarı Bəqi qəbristanlığında atası Məhəmməd əl-Baqir`in məzarı kənarındadır. Cəfər Sadiq, Əməvilərin təxminən 4 dövrlük hakimiyyətinə şahid oldu. Əməvilərin ümümilikdə İslam ümmətinə, xüsusilə Məhəmməd Peyğəmbərin Əhli Beytinə və Şiələrinə qarşı etdikləri zülmü, terroru və qatı tədbirləri yaşadı. Əməvi səltənəti hicri 132-ci ildə sona yetdi və xilafəti Abbasilər ələ keçirdi.İmam Cəfər Sadiq qana susamış Əbu Abbas Səffah`ın dönəmini və Mənsur Dəvaniqi hakimiyyətinin də təqribən 10 ilini gördü. İmam Cəfər Sadiq`in vaxtında Mötəzilə, Əşərilər,Xaricilər, Keysanilər və Zeydilər kimi firqələr yayılmışdı.Bu qruplar arasında şiddətli mübarizə gedirdi. Zındığlıq(dinsizlik)da xeyli yayılmış,İslam cəmiyyətinin daxilində boşluqlar yaratmağa qadir olmuşdu.İmam Cəfər Sadiq bir tərəfdən dinsizliyə qarşı,bir tərəfdən də azğın qrupların fikirlərinin üstünlük qurmasına qarşı mübarizə aparırdı. Əllamə Təbərsi`nin əl-İhticac kitabından nəqlən: "Bir zındıq İmam Sadiqin(ə) yanına gəlib soruşdu: Aləmi yaradanın varlığına dəlil nədir?" İmam Sadiq(ə)buyurdu: "Baş verən işlərin varlığı,onları yaradanın varlığına dəlalət edir.Görmürsənmi,sən bir tikilmiş binaya baxdıqda,hətta bənnanı görməsən və onu müşahidə etməsən də,onun bir banisinin(tikənin) olduğunu bilirsən..." Digər bir hədisdə: Zındıq soruşdu: "Allahdan qeyrisinə səcdə etmək düzgündürmü?" İmam Sadiq(ə)buyurdu: Xeyr. Zındıq soruşdu: "Bəs niyə Allah mələklərə Adəmə(ə) səcdə etməyi əmr etdi?" İmam Sadiq(ə) buyurdu: "Kim Allah`ın əmri ilə səcdə edərsə,Allah üçün səcdə etmişdir .Mələklər(Adəmə) Allah-taalanın əmri ilə səcdə etmişlər,buna görə də səcdələri Allah üçün idi". Mənsur Dəvaniqi,İmam'ı öldürməyi plânlamıştı.
Cəfəri-Sadiq
Cəfər Sadiq (20 aprel 702, Mədinə, Hicaz, Əməvilər xilafəti – 16 dekabr 765, Mədinə, Hicaz, Abbasilər xilafəti) — Şiələrin 6-cı imamı. Məzarı Bəqi qəbristanlığında atası Məhəmməd əl-Baqir`in məzarı kənarındadır. Cəfər Sadiq, Əməvilərin təxminən 4 dövrlük hakimiyyətinə şahid oldu. Əməvilərin ümümilikdə İslam ümmətinə, xüsusilə Məhəmməd Peyğəmbərin Əhli Beytinə və Şiələrinə qarşı etdikləri zülmü, terroru və qatı tədbirləri yaşadı. Əməvi səltənəti hicri 132-ci ildə sona yetdi və xilafəti Abbasilər ələ keçirdi.İmam Cəfər Sadiq qana susamış Əbu Abbas Səffah`ın dönəmini və Mənsur Dəvaniqi hakimiyyətinin də təqribən 10 ilini gördü. İmam Cəfər Sadiq`in vaxtında Mötəzilə, Əşərilər,Xaricilər, Keysanilər və Zeydilər kimi firqələr yayılmışdı.Bu qruplar arasında şiddətli mübarizə gedirdi. Zındığlıq(dinsizlik)da xeyli yayılmış,İslam cəmiyyətinin daxilində boşluqlar yaratmağa qadir olmuşdu.İmam Cəfər Sadiq bir tərəfdən dinsizliyə qarşı,bir tərəfdən də azğın qrupların fikirlərinin üstünlük qurmasına qarşı mübarizə aparırdı. Əllamə Təbərsi`nin əl-İhticac kitabından nəqlən: "Bir zındıq İmam Sadiqin(ə) yanına gəlib soruşdu: Aləmi yaradanın varlığına dəlil nədir?" İmam Sadiq(ə)buyurdu: "Baş verən işlərin varlığı,onları yaradanın varlığına dəlalət edir.Görmürsənmi,sən bir tikilmiş binaya baxdıqda,hətta bənnanı görməsən və onu müşahidə etməsən də,onun bir banisinin(tikənin) olduğunu bilirsən..." Digər bir hədisdə: Zındıq soruşdu: "Allahdan qeyrisinə səcdə etmək düzgündürmü?" İmam Sadiq(ə)buyurdu: Xeyr. Zındıq soruşdu: "Bəs niyə Allah mələklərə Adəmə(ə) səcdə etməyi əmr etdi?" İmam Sadiq(ə) buyurdu: "Kim Allah`ın əmri ilə səcdə edərsə,Allah üçün səcdə etmişdir .Mələklər(Adəmə) Allah-taalanın əmri ilə səcdə etmişlər,buna görə də səcdələri Allah üçün idi". Mənsur Dəvaniqi,İmam'ı öldürməyi plânlamıştı.
Cəfəri Sadiq
Cəfər Sadiq (20 aprel 702, Mədinə, Hicaz, Əməvilər xilafəti – 16 dekabr 765, Mədinə, Hicaz, Abbasilər xilafəti) — Şiələrin 6-cı imamı. Məzarı Bəqi qəbristanlığında atası Məhəmməd əl-Baqir`in məzarı kənarındadır. Cəfər Sadiq, Əməvilərin təxminən 4 dövrlük hakimiyyətinə şahid oldu. Əməvilərin ümümilikdə İslam ümmətinə, xüsusilə Məhəmməd Peyğəmbərin Əhli Beytinə və Şiələrinə qarşı etdikləri zülmü, terroru və qatı tədbirləri yaşadı. Əməvi səltənəti hicri 132-ci ildə sona yetdi və xilafəti Abbasilər ələ keçirdi.İmam Cəfər Sadiq qana susamış Əbu Abbas Səffah`ın dönəmini və Mənsur Dəvaniqi hakimiyyətinin də təqribən 10 ilini gördü. İmam Cəfər Sadiq`in vaxtında Mötəzilə, Əşərilər,Xaricilər, Keysanilər və Zeydilər kimi firqələr yayılmışdı.Bu qruplar arasında şiddətli mübarizə gedirdi. Zındığlıq(dinsizlik)da xeyli yayılmış,İslam cəmiyyətinin daxilində boşluqlar yaratmağa qadir olmuşdu.İmam Cəfər Sadiq bir tərəfdən dinsizliyə qarşı,bir tərəfdən də azğın qrupların fikirlərinin üstünlük qurmasına qarşı mübarizə aparırdı. Əllamə Təbərsi`nin əl-İhticac kitabından nəqlən: "Bir zındıq İmam Sadiqin(ə) yanına gəlib soruşdu: Aləmi yaradanın varlığına dəlil nədir?" İmam Sadiq(ə)buyurdu: "Baş verən işlərin varlığı,onları yaradanın varlığına dəlalət edir.Görmürsənmi,sən bir tikilmiş binaya baxdıqda,hətta bənnanı görməsən və onu müşahidə etməsən də,onun bir banisinin(tikənin) olduğunu bilirsən..." Digər bir hədisdə: Zındıq soruşdu: "Allahdan qeyrisinə səcdə etmək düzgündürmü?" İmam Sadiq(ə)buyurdu: Xeyr. Zındıq soruşdu: "Bəs niyə Allah mələklərə Adəmə(ə) səcdə etməyi əmr etdi?" İmam Sadiq(ə) buyurdu: "Kim Allah`ın əmri ilə səcdə edərsə,Allah üçün səcdə etmişdir .Mələklər(Adəmə) Allah-taalanın əmri ilə səcdə etmişlər,buna görə də səcdələri Allah üçün idi". Mənsur Dəvaniqi,İmam'ı öldürməyi plânlamıştı.
Elbəyi Sadiq
Elbəyi Maqsudov — Elbəyi Sadıq oğlu Maqsudov 16 fevral 1955-ci ildə Naxçıvan Muxtar Respublikası Babək rayonunun Gərməçataq kəndində anadan olmuşdur. 1980-ci ildə filologiya fakültəsini bitirmişdir. 25 il orta ümumtəhsil məktəblərində-Gərməçataq kənd orta məktəbində, Naxçıvan şəhərindəki "Xanım qızlar" , "Türk oğlanlar" liseylərində və 3 saylı rus məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləmişdir. 1986-cı ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun (indiki Təhsil Problemləri İnstitutu) aspiranturasına qəbul olmuş, 1992-ci ildə "Azərbaycan dili dərslərində fənlərarası əlaqədən (rus dili fənni ilə) istifadənin imkanları və səmərəli yolları" mövzusunda dissertasiya müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi, 2000-ci ildə dosent, 2008-ci ildə isə "Azərbaycan və türk dilinin müqayisəli tədrisinin tələbələrin linqvistik təfəkkürünün inkişaf etdirilməsinə təsiri" mözusunda dissertasiya müdafiə edərək pedaqoji elmlər doktoru alimlik dərəcəsi almışdır. "Ana dili dərslərində dillərarası əlaqədən istifadənin ümumi məsələləri","XXI əsrin öyrənciləri üçün Azərbaycan dili və ədəbiyyatdan testlər","Azərbaycanca -türkcə, türkcə-azərbaycanca qarşılıqlı dilçilik terminləri lüğəti", "Dillərarası əlaqə təliminin metodikası","Dillərin müqayisəli tədrisi: imkanlar və vasitələr","Ürək bir dünyadır","Sözlər də insan kimidir","Azərbaycan dilinin Türkiyə türkcəsi ilə əlaqəli tədrisi üçün çalışmalar","Poetik türkəçarələr","Təmsillər","Azərbaycan dilinin tədqiqi və tədrisi məsələləri"və s.elmi-metodiki, bədii əsərlərin müəllifidir. Bakı, Naxçıvan, Səmərqənd, Moskva, Ankara, İstanbul, Konya, Trabzon, Mersin, İslamabad, Maku, Təbriz və digər şəhərlərdə keçirilən beynəlxalq konfranslarda və qurultaylarda çıxışlar etmişdir. 1994–2004-cü illərdə NDU-nun Elmi Şurasının katıbı vəzifəsində işləmiş,2004-cü ildən isə Naxçıvan Dövlət Universitetinin "Fənlərin tədrisi metodikası" kafedrasının müdiri vəzifəsində çalışır. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvüdür.
Sadiq Sadıqov
Sadiq İzzət oğlu Sadıqov (13 may 1963, Sumqayıt) — Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri. Sadiq Sadıqov 1963-cü il tarixində Sumqayıt şəhərində anadan olmuşdur. Fəlsəfə elmləri üzrə fəlsəfə doktorudur. Evlidir, iki uşaq atasıdır. O, 1980-ci ildə Lomonosov adına Moskva Dövlət Universitetinə daxil olaraq 1985-ci ildə həmin universitetin Fəlsəfə fakültəsini bitirmişdir. 1992–1997-ci illərdə Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Hüquq fakültəsində təhsil almışdır. 1985–1990-cı illərdə Azərbaycan Neft və Kimya İnstitutunun Sumqayıt filialında əvvəl asistent, daha sonra Komsomol Komitəsinin katibi vəzifəsində işləmişdir. 1990–2003-cü illərdə Azərbaycan Respublikasının Daxili İşlər Orqanlarında çalışmışdır. 2003–2015-ci illərdə "Barmek Azərbaycan Elektrik Şəbəkəsi" MMC-nin IV-Enerji Satış Regional İdarəsində əhali üzrə rəis müavini və "Bakıelektrikşəbəkə" Açıq Səhmdar Cəmiyyətində idarə rəisi, texniki direktor və İdarə Heyəti sədrinin birinci müavini vəzifələrində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 14.10.2015-ci il tarixli 1449 nömrəli Sərəncamı ilə "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti sədrinin birinci müavini vəzifəsinə təyin olunmuşdur.
Sadiq Azayev
Sadiq Ağabalayev
Sadiq Nadir oğlu Ağabalayev (15 mart 1998; Privolnoye, Cəlilabad rayonu, Azərbaycan — 22 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Sadiq Ağabalayev 15 mart 1998-ci ildə Cəlilabad rayonunun Privolnoye kəndində anadan olmuşdur. Subay idi. Sadiq Ağabalayev 2016-cı ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Hərbi xidmət müddətində 2016-cı ilin aprelin 2-dən 5-nə qədər davam edən Aprel döyüşlərində yaxından vuruşmuş, fərqlənmişdir. Azərbaycan Ordusunun əsgəri olan Sadiq Ağabalayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində sentyabrın 28-dən könüllü olaraq iştirak etmişdir. Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Sadiq Ağabalayev 22 oktyabr 2020-ci ildə Qubadlı rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sadiq Ağabalayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sadiq Ağabalayev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Sadiq Baxışov
Sadiq Bağırzadə
Sadiq Feyziyev
Feyziyev Sadiq Tahir oğlu (1 sentyabr 1993; Zevin, Yardımlı rayonu – 29 sentyabr 2020; Ağdərə, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. Feyziyev Sadiq Tahir oğlu 01 sentyabr 1993-cü il Yardımlı rayonu Zevin kəndində doğulmuşdur. Şəhid Feyziyev Sadiq 2013-cü ildə hərbi xidmətə gizir(feldşer) kimi başlamışdır.Xidmət etdiyi müddətdə “Azərbaycan Ordusunun 100 illiyi(1918-2018)” Azərbaycan Respublikasının yubileyi medalı təltif olunmuşdur.Vətən Müharibəsində iştirak etmişdir və 29 sentyabrda Ağdərə istiqamətində həlak olmuşdur.18 noyabrda Yardımlı rayon Zevin kəndində dəfn olunmuşdur.Ölümündən sonra “Vətən Uğrunda” medalı ilə təltif olunmuşdur. Azərbaycan Ordusunun giziri olan Feyziyev Sadiq Tahir oğlu 29 sentyabrda Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdərə döyüşlərində vuruşaraq həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Feyziyev Sadiq Tahir oğlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Sadiq Hidayət
Sadiq Hidayət (Farsca صادق هدایت) (17 fevral 1903 Tehran — 9 aprel 1951 Paris) — İran yazıçısı. Şahlıq İranının nüfuzlu bir ailəsinə mənsub olan Sadiq Hidayət 17 fevral 1903-cü ildə Tehranda dünyaya gözlərini açır. İbtidai təhsilini Tehranda Mədrəsəyi — Elmiyyədə tamamladıqdan sonra orta təhsilini yenə Tehranda yerləşən və bir missioner məktəbi olan Saint Luis Fransız Kollecində davam etdirir. Burda Fransız dili və ədəbiyyatı ilə ciddi bir şəkildə maraqlanan Hidayət, 1925-ci ildə mühəndislik təhsili almaq üçün Belçikaya gedir. Belçikada axtardığını tapa bilmir və ədəbiyyat təhsili almaq məqsədilə Parisə yola düşür. Yazı həyatına burda başlayan Hidayət ilk əsərlərini Parisdə qələmə alır. Bir ara böhrana girərək Paris yaxınlarında intihar etmək məqsədilə özünü dənizə atsa da, bir qayıqçının köməkliyi ilə xilas olur. İlk intihar cəhdi uğursuzluqla nəticələnir. 1930-cu ildə Tehrana qayıdan Hidayət, ailəsinin nüfuzundan faydalanmaq istəmir və öz imkanları ilə iş tapmağa çalışır. İran Milli Bankında işə başlayır.
Sadiq Həsənov
Sadiq Həsənov (mayor) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən müharibəsinin şəhidi. Sadiq Həsənov (idmançı) — Azərbaycanlı idmançı və aktyor.
Sadiq Muradov
Sadiq Məmmədov
Sadiq Məmmədov (polkovnik-leytenant) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Vətən müharibəsi şəhidi. Sadiq Məmmədov (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, Vətən müharibəsi şəhidi.
Sadiq Nəcəfli
Sadiq Nüsrət oğlu Nəcəfli (22 iyun 2000, Yuxarı Cürəli, Biləsuvar rayonu – 8 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. Sadiq Nəcəfli 2000-ci il iyunun 22-də Biləsuvar rayonunun Yuxarı Cürəli kəndində anadan olub. 2017-ci ildən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) təhsil alırdı. IV sinif Kursantı idi. 2020-ci ilin sentyabrda İkinci Qarabağ müharibəsinin başlaması ilə bağlı "kiçik leytenant" rütbəsi ilə müharibəyə yollandı. Subay idi. Azərbaycan Ordusunun kiçik leytenantı olan Sadiq Nəcəfli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sadiq Nəcəfli noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Biləsuvar rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sadiq Nəcəfli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Sadiq Qurbanov
Sadiq Qurbanov (12 iyul 1972, Əlikli, İliç rayonu) — texniki elmlər namizədi. Yeni Azərbaycan Partiyasının üzvü, Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı (2020). Sadiq Qurbanov 12 iyul 1972-ci ildə Naxçıvan MR-nın Şərur rayonunun Ələkli kəndində anadan olmuşdur. 1989-cu ildə Ərəbyengicə kənd orta məktəbini bitirmiş, həmin ildə də Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1994-cü ildə təhsilini başa vuraraq həmin fakültənin dissertantı olmuş, eyni zamanda "Nəzəri mexanika və bütöv mühit mexanikası" kafedrasında laborant vəzifəsində çalışmışdır. 2005-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək texnika elmlər namizədi namizədlik dərəcəsini almışdır. 1997–2001-ci illərdə BDU-nun hüquq fakültəsində təhsil almışdır. 2001–2004-cü illərdə YAP-ın göndərişi ilə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət və bələdiyyə idarəetməsi" fakültəsində təhsil almışdır. Ailəlidir, üç övladı var. 1999–2006-cı illərdə YAP-ın icra katibliyində "Partiyalar arası əlaqələr şöbəsi"nin müdiri vəzifəsində çalışmışdır.
Sadiq Rəhimov
Sadiq Nadir oğlu Rəhimov (10 dekabr 1997, Veri Əliabadı, Lerik rayonu – 3 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Sadiq Rəhimov 10 dekabr 1997-ci ildə Lerik rayonunun Veri Əliabadı kəndində anadan olmuşdur. 2 qardaş 3 bacı olmaqla ailədə 7 nəfər olublar. Uşaqlıq illəri doğulduğu kənddə keçib. 2004-cü ildə Lerik rayonu şəhid Valeh Rəhimov adına Veri Əliabadı kənd ümumi məktəbin 1-ci sinfinə daxil olub. 2013-cü ildə həmin məktəbin 9-cu sinfini başa vurduqdan sonra Astara Pedaqoji Kollecinin Fiziki tərbiyə müəllimliyinə daxil olub. 2017-ci ildə kolleci başa vurduqdan sonra Lerik rayon Hərbi komissarlığı tərəfindəm həqiqi hərbi xidmətə çağırılan Sadiq Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissəyə göndərilir. 2019-cu ilin yanvar ayında xidmətini başa vurduqdan sonra evinə qayıdır və ticarətə məşğul olmağa başlayıb. 2-ci Qarabağ müharibəsində, 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan müharibədə iştirak etmək istəyən Sadiq 21 sentyabr tarixində könüllü olaraq Lerik rayon Hərbi komissarlığında qeydiyyatdan keçir və döyüşə yollanır. Füzuli və Xocavənd uğrunda gedən ağır döyüşlərdə böyük şücaət və qəhrəmanlıqlar göstərir.
Sadiq Salmanov
Sadiq Səmədov
Sadiq İbrahim oğlu Səmədov (13 iyul 2000; Yevlax rayonu, Azərbaycan - 10 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan - Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsinin şəhidi. Sadiq Səmədov 2000-ci il iyulun 13-də Yevlax rayonunda anadan olub. Sadiq Səmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Sadiq Səmədov oktyabr 10-da Suqovuşan ətrafında gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sadiq Səmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Sadiq Səmədov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilmişdir. • (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) • (29.12.2020) - "Suqovuşanın azad olunmasına görə" medalı (ölümündən sonra) 1."İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycanın Müdafiə Nazirliyi) ( (azərb.)). 08.12.2020. İstifadə tarixi: 08.12.2020 2."Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı" ( (azərb.)).
Sadiq Tağıyev
Sadiq Rza Oğlu Tağıyev (5 sentyabr 1959, Əyyublu, Tovuz rayonu) — Ukraynada Çerniqiv vilayəti üzrə Apelyasiya Məhkəməsinin sabiq sədri, Luqansk vilayətinin Ali Məhkəmə sədrinin sabiq birinci müavini, hüquq elmləri doktoru. 1959-cu ilin sentyabr ayının 5-də Azərbaycanın Tovuz rayonunun Əyyublu kəndində anadan olub. 1977-ci ildə Ukraynanın Donetsk Tibb İnstitutunu bitirən Sadiq Tağıyev tibb sahəsində çalışıb. 1985-ci ildə Daxili İşlər Nazirliyi yanında kriminalistika kursunu, 1987-ci ildə Ukrayna Xarkiv Universitetində hüquq fakültəsini bitirmişdir. 1985-ci ildə Daxili İşlər Nazirliyi yanında kriminalistika kursunu bitirdikdən sonra Ukraynanın Luqansk vilayətində polis idarələrində işləyib. 1987-ci ildə Ukraynanın Xarkiv Universitetində hüquq fakültəsini bitirən Sadiq Tağıyev 1992-ci ildən məhkəmə sistemində müxtəlif vəzifələrdə, o cümlədən 2010–1018-ci illərdə Ukraynanın Çerniqiv vilayəti Apelyasiya Məhkəməsi sədri vəzifəsində işləyib. O, Çerniqiv vilayəti Apelyasiya Məhkəməsi sədri olmazdan öncə Luqansk vilayətində Ali Məhkəmənin sədr müavini vəzifəsində çalışıb. Ukraynanın əməkdar hüquqşünası rütbəsinə layiq görülüb. Hazırda elmi və pedagoji fəaliyyət göstərməkdədir. Sadiq Tağıyev "İstintaq zamanı telefon dinləmələrinin qaydaları" mövzusu üzrə elmi tətqiqatı nəticəsində hüquq elmlər doktoru dərəcəsinə nail olub.
Sadiq Zeynalov
Sadiq Kamal oğlu Zeynalov (19 sentyabr 1998; Ərçivan, Astara rayonu, Azərbaycan – 25 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. Sadiq Zeynalov 1998-ci il sentyabrın 19-da Astara rayonunun Ərçivan qəsəbəsində anadan olub. Sadiq Zeynalov 2016–2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2018-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. Azərbaycan Ordusunun kiçik çavuşu olan Sadiq Zeynalov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sadiq Zeynalov oktyabrın 25-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sadiq Zeynalov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Sadiq Zeynalov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Sadiq Zeynalov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sadiq Zeynalov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Sadiq Zeynaloğlu
Sadıxov Sadıx Zeynal oğlu (17 noyabr 1934, Ordubad rayonu, Nüsnüs kəndi) (Sadıqov Sadıq Zeynal oğlu) Polkovnik, Azərbaycan SSR-in, Naxçıvan MSSR-in Daxili İşlər Naziri (1981-1987) vəzifəsində çalışıb. Sadıx Zeynal oğlu Sadıxov 1933-cü il noyabrın 17-də Ordubad rayonu, Nüs-Nüs kəndində anadan olmuşdur. 1937-ci ildən-1954-cü ilə kimi Qazaxıstanda yaşayıb, 1954-cü ildə Az.SSR-ə qayıtmışdır. 1963-cü ildən - Az.SSR Daxili İşlər Nazirliyinin orqanlarında çalışıb . 1989-cu ildən - Az.SSR Daxili İşlər Nazirliyinin Reabilitasiya Komissiyasının üzvü. 1981-1987-ci illərdə Azərbaycan SSR-in, Naxçıvan MSSR-in Daxili İşlər Naziri vəzifələrində çalışıb.
Şadiyə Sultan
Şadiyə Sultan (30 noyabr 1886, Konstantinopol – 20 noyabr 1977, İstanbul) — 34. Osmanlı sultanı II Əbdülhəmidin qızı. Şadiyə Sultan 30 noyabr 1886-cı ildə Yıldız sarayında dünyaya gəldi. Atası Sultan Əbdülhəmid, anası isə onun abxaz əsilli yeddinci xanımı Əmsalinur xanımdır. Mükəmməl saray təhsiliylə yanaşı, piano dərsləri də alan Şadiyə Sultan sarayda tərtib edilən teatr proqramlarına da bacısı Nailə Sultan və atasıyla birlikdə iştirak edirdi. 31 mart 1909-cu ildə atasının istəyilə Səid Paşanın oğlu Əli Namiq bəylə nişanlansa da, 2 həftə sonra atası taxtdan endirilərək Salonikiyə sürgün edildi. Sürgündə anası Əmsalinur xanımla birlikdə atasının yanında yer alan Şadiyə Sultan bir il sonra atasının istəyilə bacıları Ayşə Sultan və Rəfiyə Sultanla birlikdə İstanbula qayıtdı. Ancaq Səid Paşanın atasına qarşı sərt tutumu səbəbilə, qayıtdıqdan sonra nişan pozuldu. Ardından əmisi Sultan Rəşad onu Ənvər Paşayla evləndirmək istəsə də, Şadiyə Sultan atasını devirən İttihadçılardan olması səbəbilə bu təklifi geri çevirdi. Nəhayət, Qalibpaşazadə Mustafa Fazil bəyin oğlu Fahir bəylə nişanlandı.
Hadisə
Hadisə və ya olay — təbiətdə baş verən bütün dəyişikliklərə deyilir. Fəsillərin əmələ gəlməsi, Günəşin çıxması və batması, Şimşək, Günəş və Ay tutulmaları, suyun donması və buxarlanması, buzun əriməsi, suyun daşması, bitkinin böyüməsi çiçəklənməsi, heyvanların çoxalması, yazda həşəratların və quşların görünməsi təbiət hadisələridir.
Nadiyə
Nadiyə (19 iyun 1973, Tur) — fransız müğənnisi, Fransanın yüngül atletika üzrə çempionu. 2005-ci il "Victoires de la Musique" mükafatı laureatıdır. Əlcəzair ailəsində doğulmuşdur. "L'histoire en 16/9" və "Nâdiya" DVD-ləri buraxmışdı.
Sadizm
Sadizm (bu psixi halı ilk dəfə təsvir edən fransız yazıçı Markiz de Sadın şərəfinə adlandırılıb) — geniş mənada — zorakılığa meyil etmə, alçaldılma və digər əzablardan həzz alma. "Sadizm" kəlməsini ilk dəfə Rixard Kraft-Ebinq özünün 1886-cı ildə işıq üzü görən "Psychopathia sexualis" monoqrafiyasında işlətmişdir. Psixoloji sadizm (mənəvi sadizm və yaxud, psi-sadizm) — sadizimin elə bir formasıdır ki, bu hal digər şəxsə fiziki deyil, psixoloji, mənəvi-əxlaqi (məsələn, təhqir, alçaltma, təhdid etmə və s. formalarda) əzab və iztirab vermə ilə müşayiət olunur.
Samirə
Samərra (ərəb. سَامَرَّاء‎ Sāmarrāʾ) — İraqda şəhər, Səlahəddin mühafəzasıın inzibati mərkəzi. Dəclə çayının sahilində yerləşir. Keçmişdə Abbasilər xilafətinin paytaxtı olmuşdur. Samərra şəhəri şiələr arasında məzhəbi əhəmiyyəti var. Bunun səbəbidə onların iki imamı Həsən Əskəri və Əliyyə-Nəqi türbələrinin orada olmasıdır. Abbasilər dövründə, 892-ci ildə Bağdaddan 120 km Şimalda xəlifə üçün iqamətgah hazırlandı və bu iqamətgah Samərra (kim görsə heyrətlənər) adlandı. Bu şəhər qədim mədəniyyət mərkəzidir ki, Übeyd mədəniyyətinin kökü sayılır. Azərbaycan xalqının qəhrəman oğlu Babək bu şəhərdə edam olundu.
Saniyə
Saniyə — zaman ölçü vahididir. 60 saniyə 1 dəqiqəyə bərabərdir. 1967-ci ildən etibarən BS saniyəni sezium-133 atomunun elektromaqnit şüalanmasının 9 192 631 770 perioduna bərabər götürür. Bu tərifə görə, sezium-133 atomu vaxt və tezlik ölçülməsi üçün standart hesab olunur. Saniyənin dəqiq ölçülməsi bir sıra digər əsas vahidlərin də dəqiq ölçülməsinə şərait yaradır.
Sədəqə
Sədəqə (din)
Fadimə
"Fadimə" filmi — Türker İnanoğlunun rejissoru və prodüseri olduğu 1970-ci ildə çəkilən Türk filmidir. Filiz Akın . . . Fadimə (səs. Ceyan Mahfi Tözüm ) Qartal Tibet . . . Ərol (səs. Abdurrahman Palay ) Cahangir Qaffari . . . Faruk (səs. Toron Karacaoğlu ) Mansur Türkmen .... Ömər (səs. Saadettin Erbil ) Məhəmməd Motevaselani . . .
Fikrət Sadıq
Sadıqov Fikrət Abbas oğlu — şair, publisist, ssenari müəllifi, kino redaktoru, 1963-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi (1986), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1990). Fikrət Sadıq 1930-cu il mayın 30-da Şamaxı şəhərində anadan olmuşdur. Burada ibtidai, Kürdəmirdə orta təhsil aldıqdan sonra Bakıda sənət məktəbini bitirmişdir (1946). Gəncə neft kəşfiyyatının Naftalan qəsəbəsində, Tərtərdə neft kəşfiyyatı sahəsində elektrik montyoru işləmişdir (1946-1952). Sovet ordusunda xidməti borcunu yerinə yetirəndən sonra Bakıda bir müddət kinomexanik kimi çalışmışdır. 1955-ci ildə Kürdəmirdə elektrik montyoru işlədiyi vaxt axşam məktəbini bitirmişdir. Sonra ADU-nun Filologiya fakültəsində təhsil almışdır (1956-1961). Ədəbi fəaliyyətə tələbəlik illərində universitet nəşriyyatının buraxdığı "Gənclik nəğmələri" almanaxında dərc etdirdiyi "Artist" və "Ana əli" şeirləri ilə başlamışdır. Poetik yaradıcılığında bədii tərcürməyə də meyl etmişdir. "Yumaq top", "Bir parça vətən", "Oğul" pyesləri, "Xırdaca gəlin", "Daş balkon", "İlk məhəbbət haqqında daha bir hekayə" və s.
Mirzə Sadıq
Mirzə Əsəd oğlu Sadıq və ya Sadıqcan (1846, Şuşa – 1902, Şuşa) — Azərbaycan musiqiçisi, tarzən, bəstəkar və Azərbaycan tarını təkmilləşdirən sənətkar. Sadıqcan — Azərbaycanın tanınmış tarzənlərindən biri sayılır. Sadıqcan tarı təkmilləşdirərək, bu alətdə virtuoz oyunların imkanlarını genişləndirdi. O, tara cingənə və kök simləri əlavə edib, simlərin sayını 5-dən 11-ə çatdırıb. O, həmçinin tarın pərdə tutma sistemini tamamilə dəyişdirib, onların sayını 28-dən 22-yə endirdi. Sadıqcan Azərbaycan muğamına əhəmiyyətli yeniliklər təqdim edərək, "Segah" və "Mirzə Hüseyn Segahı"nı təkmilləşdirdi və "Mahur" muğamını yaxşılaşdırdı. Azərbaycan muğamında "Mahur-Hindi", "Orta Mahur", "Zabul Segah", "Xaric Segah", "Mirzə Hüseyn Segahı", "Yetim Segah", "Çoban Bayatı" yaranması, Sadıqcanın yaradıcılığı və Azərbaycan tarı ilə bağlıdır. 1890-cı illərdə Sadıqcanın rəhbərliyi altında Şuşada ansambl yarandı. Ansamblın tərkibində, o dövrün tanınmış müğənniləri və musiqiçiləri daxil idi. Tarzənin tanınmış şagirdlərindən — Qurban Pirimov, Məşədi Cəmil Əmirov, Məşədi Zeynal Haqverdiyev, Şirin Axundov, Mərdi Canıbəyov, Həmid Malıbəyli və digərlərini qeyd etmək olar.
Qurbanəliyev sadıq
Sadıq Sadıqov
Sadıq Sadıqov (9 noyabr 1965, Naxçıvan) — "Neftçi" PFK-nın 6-cı prezidenti (2010–2015). Sadıqov Sadıq Asəf oğlu 1965-ci ildə anadan olub. Azərbaycan Politexnik İnstitutunu bitirib. "Neftçi İdman Klubu" İctimai Birliyinin idarəetmə aparatının rəhbəri vəzifəsində çalışan Sadıq Sadıqov Azərbaycan Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidentidir. Onun müxtəlif illərdə İdman cəmiyyətləri və klublarına rəhbərlik etdiyi dövrlərdə idmançılarımız Olimpiya Oyunları, Dünya və Avropa çempionatlarında çoxlu sayda uğur qazanıblar. Sadıq Sadıqov idmandakı xidmətlərinə görə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən fəxri ad və medalla təltif olunub. 2008-ci ildə Azərbaycan Respublikasının "Əməkdar bədən tərbiyyəsi və idman xadimi" fəxri adına, 2011-ci ildə isə "Tərəqqi" medalına layiq görülüb. Sadıq Sadıqov 2009–2015-ci illərdə "Neftçi" Peşəkar Futbol Klubunun prezidenti vəzifəsini icra edib. Onun rəhbərliyi altında "Neftçi" 3 dəfə Azərbaycan çempionu olub və 2 dəfə ölkə kubokunu qazanıb. 2012-ci ildə "Neftçi" Azərbaycan futbolunun tarixində ilk dəfə olaraq Avropa Liqası kimi mötəbər turnirin qrup mərhələsində iştirak edib.
Mir Sadıq Sadıqov
Sadıqov Mir Sadıx Seyid Kamil oğlu (4 yanvar 1897, Bakı – bilinmir) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. Mir Sadıq Sadıqov 4 yanvar 1897-ci ildə Bakıda anadan olmuşdur. 7 yaşında ilk dəfə olaraq xalq məktəbinə getmiş, 1906-cı ildə təhsilini orta məktəbdə davam etdirmişdir. 1916-cı ildə Bakı orta texniki məktəbinin mexanika Şöbəsini bitirmişdir. Orta məktəbi bitirdikdən sonra o Moskva Ticarət Ali Məktəbinin texnika bölümünə daxil olur. Moskvada 1 il oxuduqdan sonra Mir Sadıx Rusiyada baş verən inqilaba görə təhsilini yarımçıq qoyaraq Bakıya dönür. Azərbaycan Xalq Cümhuriyyəti Əmək Nazirliyində idarəçi kimi çalışır. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Avropaya ali təhsil alamq üçün dövlət stipendiyası ilə göndərdiyi 100 nəfərin daxilində Mir Sadıx Almaniyaya gəlir. 1920-ci ildə ilk təhsilinə Darmstadta başalayan Mir Sadıx orada yalnız 1 semestr oxuyur. Sonra Frayberq Dağ-Mədən Akademiyasına qəbul olunur (20 aprel 1920).
Adıgey
Adıge Respublikası (rus. Республика Адыгея, adıq Адыгэ Республик) — Rusiya Federasiyasının Krasnodar diyarı ərazisində respublika. Şimali Qafqazda, Kuban və Laba çaylarının sol sahillərindədir. Cənub federal dairəsinə daxildir. Sahəsi 7.600 km²-dir. Əhalisi 447.000 nəfərdir. Onların 120.000 nəfəri adıgeylərdir. Paytaxtı Maykop şəhəridir. Yeddi rayonu, iki şəhəri (Maykop və Adıgeysk), beş şəhər tipli qəsəbəsi var. Respublikada neft və qaz çıxarılır.
Sadıqlı
Sadıqlı (Tovuz) — Azərbaycanın Tovuz rayonunda kənd. Sadıqlı (Ağstafa) — Azərbaycanın Ağstafa rayonunda kənd.
Sative
Sative (gürc. სათივე) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. 2002 siyahıyaalmaya görə kəndin əhalisi 191 nəfər idi. 2014-cü ildə 188 nəfər yaşayırdı. Gürcüstan Sovet Ensiklopediyası, VIII cild, səh.
Sidibe
Sidibe — Qərbi Afrikada daha çox işlədilən soyad. Cibril Sidibe — Monako klubunda çıxış edən Fransa futbolçusu. Kalidu Sidibe — Tuluza klubunda çıxış edən Fransa futbolçusu. Malik Sidibe — Mali fotoqrafı. Konimba Sidibe — Mali siyasətçisi. Odiya Sidibe — Fransa sprint atleti. Mamadi Sidibe — Fransa futbolçusu. İssaka Sidibe — Mali siyasətçisi. Rafan Sidibe — Mali futbolçusu.
Şadlıq
Şadlıq — Türkmənistan Respublikasının Marı vilayətidə şəhər.
Şadılı
Şadılı (Goranboy) — Goranboy rayonunda kənd. Şadılı xalçaları — Gəncə xalçaçılıq məktəbinin Gəncə qrupuna daxil olan xovlu Azərbaycan xalçaları. Şadılı tayfası — Xorasanda yaşayan kürd tayfası.
Şakirə
Şakira (isp. Shakira; 2 fevral 1977[…], Barrankilya) — Livan əsilli kolumbiyalı müğənni, bəstəkar, rəqqasə və aktrisa 90-cı illərin sonlarına doğru böyük bir partlama edən Latın pop və Latın rock musiqi furyasındaki ən əhəmiyyətli adlardan biridir. Xüsusilə yarı ərəb yarı latın fiquru rəqsləriylə insanların bəyənisini yığmışdır. Eyni zamanda bəstə də edən sənətçi 2 dəfə Grammy, 8 dəfə Latın Grammy, 14 dəfə Billboard Latın Musiqi Mükafatı qazanmışdır. Şakira 140 milyon dollarlıq dəqiq sərvəti ilə dünyanın ən varlı Latın pop müğənniləri arasındadır. Ən çox satan Kolumbiyalı sənətçidir. "Hips Dont Lie" mahnısı günümüzə qədər 10 milyon sataraq son 10 ilin ən çox satan mahnısı olmuşdur. 2010–ci ildə səsləndirdiyi Dünya Kuboku mahnısı "Waka Waka" 5 milyon sataraq, dünya kuboku tarixinin ən çox satan mahnısı olmuşdur. Həmçinin mahnı Youtube'da 600 milyondan çox izlənilərək ən çox izlənilən 4–cü klip olmuşdur. Şakira; Amerikada, Avstraliyada və İngiltərədə 1 nömrəyə yüksələn tək Cənubi Amerikalı sənətçi olmuşdur.