SADIQ

dost; sədaqətli, vəfalı; doğru, düzgün.
SADIX
SADIQCAN
OBASTAN VİKİ
Fikrət Sadıq
Sadıqov Fikrət Abbas oğlu — şair, publisist, ssenari müəllifi, kino redaktoru, 1963-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi (1986), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1990). == Həyatı == Fikrət Sadıq 1930-cu il mayın 30-da Şamaxı şəhərində anadan olmuşdur. Burada ibtidai, Kürdəmirdə orta təhsil aldıqdan sonra Bakıda sənət məktəbini bitirmişdir (1946). Gəncə neft kəşfiyyatının Naftalan qəsəbəsində, Tərtərdə neft kəşfiyyatı sahəsində elektrik montyoru işləmişdir (1946-1952). Sovet ordusunda xidməti borcunu yerinə yetirəndən sonra Bakıda bir müddət kinomexanik kimi çalışmışdır. 1955-ci ildə Kürdəmirdə elektrik montyoru işlədiyi vaxt axşam məktəbini bitirmişdir. Sonra ADU-nun Filologiya fakültəsində təhsil almışdır (1956-1961). Ədəbi fəaliyyətə tələbəlik illərində universitet nəşriyyatının buraxdığı "Gənclik nəğmələri" almanaxında dərc etdirdiyi "Artist" və "Ana əli" şeirləri ilə başlamışdır. Poetik yaradıcılığında bədii tərcürməyə də meyl etmişdir. "Yumaq top", "Bir parça vətən", "Oğul" pyesləri, "Xırdaca gəlin", "Daş balkon", "İlk məhəbbət haqqında daha bir hekayə" və s.
Mirzə Sadıq
Mirzə Əsəd oğlu Sadıq və ya Sadıqcan (1846, Şuşa – 1902, Şuşa) — Azərbaycan musiqiçisi, tarzən, bəstəkar və Azərbaycan tarını təkmilləşdirən sənətkar. Sadıqcan — Azərbaycanın tanınmış tarzənlərindən biri sayılır. Sadıqcan tarı təkmilləşdirərək, bu alətdə virtuoz oyunların imkanlarını genişləndirdi. O, tara cingənə və kök simləri əlavə edib, simlərin sayını 5-dən 11-ə çatdırıb. O, həmçinin tarın pərdə tutma sistemini tamamilə dəyişdirib, onların sayını 28-dən 22-yə endirdi. Sadıqcan Azərbaycan muğamına əhəmiyyətli yeniliklər təqdim edərək, "Segah" və "Mirzə Hüseyn Segahı"nı təkmilləşdirdi və "Mahur" muğamını yaxşılaşdırdı. Azərbaycan muğamında "Mahur-Hindi", "Orta Mahur", "Zabul Segah", "Xaric Segah", "Mirzə Hüseyn Segahı", "Yetim Segah", "Çoban Bayatı" yaranması, Sadıqcanın yaradıcılığı və Azərbaycan tarı ilə bağlıdır. 1890-cı illərdə Sadıqcanın rəhbərliyi altında Şuşada ansambl yarandı. Ansamblın tərkibində, o dövrün tanınmış müğənniləri və musiqiçiləri daxil idi. Tarzənin tanınmış şagirdlərindən — Qurban Pirimov, Məşədi Cəmil Əmirov, Məşədi Zeynal Haqverdiyev, Şirin Axundov, Mərdi Canıbəyov, Həmid Malıbəyli və digərlərini qeyd etmək olar.
Qurbanəliyev sadıq
Sadıq Bağırov
Sadıq Bağırov (1940—2015) — azərbaycanlı əməkdar rəssam. Sadıq Bağırov 1940-сı ildə Bakı şəhərində anadan olub, 1978-ci ildən Kaluqada yaşayır. Rusiya Rəssamlar İttifaqının üzvü olan Sadıq Bağırov şəhər, vilayət və respublika sərgilərinin iştirakçısı idi. Yaratdığı onlarla rəsm əsəri hazırda Azərbaycan, Rusiya, Ukrayna, ABŞ, Fransa, İtaliya, Almaniya, Yuqoslaviya, Polşa və Braziliyada şəxsi kolleksiyalarda saxlanılır. O, Rusiya prezidenti Vladimir Putinin mədəniyyət məsələləri ilə bağlı Kaluqa vilayəti üzrə müşaviri olmuşdur. 20 may 2015-ci ildə vəfat etmişdir. Kaluqanın Litvinski məzarlığında torpağa tapşırılıb.
Sadıq Dadaşov
Sadıq Ələkbər oğlu Dadaşov (2 (15) aprel 1905, Bakı, Bakı quberniyası, Rusiya imperiyası – 24 dekabr 1946, Moskva) — Azərbaycan-sovet memarı, memarlıq tarixçisi, Azərbaycan sovet memarlığının banilərindən biri, professor, SSRİ Memarlıq Akademiyasının müxbir üzvü (1941), Azərbaycan SSR Elmlər Akademiyasının akademiki (1945), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1940), "Stalin" mükafatı laureatı (1941). Sadıq Ələkbər oğlu Dadaşov 15 aprel 1905-ci ildə Bakıda anadan olmuşdur. Sadıq Dadasov 1929-cu ildə M. Əzizbəyov adına Bakı Politexnik İnstitutunun İnşaat fakültəsini bitirmişdir. O, 1944-cü ildə Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Memarlıq İşləri İdarəsinin ilk rəisi olmuşdur. Sadıq Dadaşov 1941-ci ildə SSRİ Memarlıq Akademiyasının müxbir üzvü, 1945-ci ildə yeni yaradılmış Azərbaycan SSR Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) akademiki seçilmişdir. 1940-cı ildə ona Azərbaycan SSR əməkdar incəsənət xadimi fəxri adı verilmiş və 1941-ci ildə SSRİ Dövlət mükafati laureatı olmuşdur. O, "Lenin" ordeni, "Qırmızı əmək bayrağı" ordeni və medallarla təltif edilmişdir. Sadıq Dadaşov 24 dekabr 1946-cı ildə Moskvada vəfat etmiş, Bakıda dəfn olunmuşdur. Sadıq Dadaşov Azərbaycan memarlıq irsinin ilk elmi tədqiqatçısıdır. O, Azərbaycan memarlığı tarixinin öyrənilməsinin əsasını qoymuş, bu məqsədlə 1934–1940 və 1944–1946 illərdə Azərbaycanın bir sıra rayonlarına elmi səfərlər təşkil etmişdir.
Sadıq Elcanlı
Sadıq Elcanlı (Sadıq Qurbanqulu oğlu İbrahimov) — ssenari müəllifi, kino redaktoru. Sadıq Elcanlı 12 yanvar 1956-cı ildə Dəvəçinin Surra kəndində anadan olub. Universitetin flologiya fakültəsində təhsil alıb (1974-1979). 1980-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri şirkətində işləyir, ədəbiyyat və incəsənət redaksiyasında baş redaktordur. "Sirli səsin sorağı", "Əbədi sevginin xatirələri" povest və hekayələr kitabının müəllifi, əməkdar jurnalistdir. 2016-cı ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür. 6 noyabr 1992-ci ildə Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəy tərəfindən “Azərbaycan Respublikasının əməkdar jurnalisti” fəxri adına layiq görülüb Abbas Səhhət (film, 2007) (qısametrajlı sənədli film) (AzTV) — ssenari müəllifi "Atikva" ümid deməkdir (film, 1994) Avşarlar (film, 1996) Bəsdir, ağlama! (film, 1999) Bir ömrün xatirəsi (film, 2007) Böyük ömrün davamı (film, 2007) Dahi qurucu (film, 2009) Dünya bir pəncərədir (veriliş, 2007) Etnoqrafik etüdlər (film, 1996) Ey, Vətən! (film, 1995) Əbədi zirvə (film, 1998) Əbədiyyət ünvanı (film, 2004) Güllələnmiş heykəllər (film, 2002) Hacı Arif (film, 1995) Heydər Əliyev və Azərbaycan dili (film, 1997) Xilaskar. I film (film, 2003) Xilaskar.
Sadıq Hüseynov
Sadıq Hüseynov (aktyor)
Sadıq Həsənzadə
Sadıq Həsən oğlu Həsənzadə (1906, Bakı – 1979, Bakı) — aktyor, Azərbaycan SSR əməkdar artisti (1958). Əməkdar artist olub. Gəncə teatrının qüdrətli xarakterlər ustası kimi şöhrət qazanıb. Otuz ılə yaxın Gəncə teatrında işləyib və yaşlı vaxtlarında Sumqayıt teatrında, "Azərbaycanfilm" studiyasında çalışıb. Gəncə teatrında ifa etdiyi əsas rollar: Elxan və Yanardağ, Uryadnik, Şərif və Aftil ("Od gəlini", "1905-ci ildə" və "Almaz", Cəfər Cabbarlı), Vəli ("Bahar", Məmmədhüseyn Təhmasib), Qurbanov, Mirzə Qərənfil ("Aşnalar" və "Xoşbəxtlər", Sabit Rəhman), Əbdək ("Nizami", Mehdi Hüseyn), Nüsrət ("Qatır Məmməd", Zeynal Xəlil), Montano və Yaqo ("Otello", Vilyam Şekspir), Hacı Qara, Xan ("Hacı Qara" və "Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə), Zeynəboğlu ("Vəfa", Rəsul Rza), Dev ("Məlik Məmməd", Əyyub Abbasov), Rzaqulu ("Hacı Fərəc", Nəcəf bəy Vəzirov), Şapur, Qacar ("Fərhad və Şirin" və "Vaqif", Səməd Vurğun), Xacə Süleyman ("Qərq edilmiş daşlar", İlo Mosaşvili), Ağasəlim ("Atayevlər ailəsi", İlyas Əfəndiyev), Tahir ("Xəyanət", Həsən Bicari və Qulamrza Cəmşidi), Qənbərov ("Günəş", Lütfəli Həsənov), Qulam ("Vicdan", Bəxtiyar Vahabzadə), Cjou Pu Yuan ("Tufan", Tsao Yuy), Əfrasiyab ("Səyavuş", Hüseyn Cavid), Cönendro ("Qanq qızı", Rabindranat Taqor), Tumacov ("Kişilər", Altay Məmmədov), Ömər ("Şücayət qəbul edilmir", Toktobolat Əbdülmöminov), Farsadan ("Tariyel", Məmmədəli Nəsirov), Sarvan ("Kəndçi qızı", Mirzə İbrahimov), komissar ("Anacan", Yusif Əzimzadə), Gəray bəy ("Komsomol poeması", İsgəndər Coşqun), Milton Sterlinq ("Sarı əlcək", Əfqan Əsgərov), Dərviş ("Nəsrəddin", Yusif Əzimzadə), Kazım ("Ürək yanarsa...", Teymur Məmmədov), Mark Tuysk ("Azmış oğul", Eqon Rannet), Yanar ("Ürək sevərsə... ", Əlyar Yusifli), Braun ("Üç qəpiklik opera", Bertolt Brext). Azərbaycan naminə (film, 2005) Bayquş gələndə... (film, 1978) Bir cənub şəhərində (film, 1969) Biri vardı, biri yoxdu... (film, 1967) Dənizə çıxmaq qorxuludur (film, 1973) Dörd bazar günü (film, 1975) Firəngiz (film, 1975) Gecə söhbəti (film, 1971) Həyat bizi sınayır (film, 1972) Xoşbəxtlik qayğıları (film, 1976) İki dəfə iki (film, 1973) Qanun naminə (film, 1968) Qatır Məmməd (film, 1974) Qayınana (film, 1978) Qızıl qaz (film, 1972) Mezozoy əhvalatı (film, 1976) Nəsimi (film, 1973) O qızı tapın (film, 1970) Od içində (film, 1978) Putyovka (film, 1975) Səmt küləyi (film, 1973) Tütək səsi (film, 1975) Var olun, qızlar... (film, 1972) Yeddi oğul istərəm...
Sadıq Murtuzayev
Sadıq (Sadıx) Nəbi oğlu Murtuzayev (25 iyul 1927, İlisu, Zaqatala qəzası[d] – 4 fevral 2021) — Azərbaycan dövlət və partiya xadimi, Azərbaycan Kəndli-Fermer Təsərrüfatları İstehsalat Birliyinin sədri, filologiya elmləri namizədi, Şəki, Abşeron və Ağdam Rayon Partiya Komitələrinin birinci katibi. S. Murtuzayev 1956-cı ildə Zaqatala rayon Partiya Komitəsinin ikinci katibi seçilir. Bir qədər sonra namizədlik dissertasiyası müdafiə edərək elmlər namizədi alimlik adı alır. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Vəli Axundov onun bu işini alqışlayır, digər partiya işçilərinə nümunə göstərir. Sadıq müəllim tez-tez respublika mətbuatında aktual mövzularla çıxışlar edir. 1959-cu ildə Zaqatala rayon Partiya Komitəsinin birinci katib seçilən S. Murtuzayev cəmi ilyarım sonra SSRİ Ali Sovetinın deputatı olur və Sov. İKP-nin XXII qurultayına nümayəndə seçilir, Lenin orderinə layiq görülür. 1962-ci ildə Azərbaycan KP MK-nın ideologiya şöbəsinin müdiri, 1963-cü ildən 1990-cı ilin sonunadək Abşeron, Şəki, Ağdam və yenidən Abşeron rayonlarının birinci katibi vəzifələrində çalışır. O, eyni zamanda 30 ilə yaxın Azərbaycan KP MK-nın üzvü, Sov. İKP-nın XXII, XXIII qurultaylarının və XIX Ümumittifaq Partiya Konfransının nümayəndəsi olur.
Sadıq Nurumbetov
Sadıq Nurumbetov (1900-1972) - Özbəkistanın və Qaraqalpaqstanın xalq şairi, Berdax adına Dövlət mükafatı laureatı, qaraqalpaq poeziyasının görkəmli nümayəndələrindən biri. Sadıq Nurumbetov 1900-cü ildə Kegeyli rayonunda dünyaya göz açmışdır. Şair ilk şeirləri yumoristik və satirik formada qələmə almışdır. Bu əsərlərdə Sadıq Nurumbetov insanlardakı zəif cəhətləri və eybəcərlikləri qeydə almışdır. Abbas Dabılovdan fərqli olaraq psixoloji lirika ustası olan Sadıq Nurumbetov şeirlərində vətəndaş lirikasına daha çox yer verirdi. Onun xalqlar dostluğu haqqında şeirləri yüksək bədii keyfiyyətləri ilə seçilirdi. Şairin satirik və yumoristik şeirləri «Şamanlar», «Tənbəllər» və başqaları qrotesklə dolu və gülüş doğuran əsərlərdən ibarət idi. Bu əsərlər məhz onu yumor ustası kimi tanınmasına səbəb olmuşdur. «Qardaşlar» poema-dastanında isə müəllif Xarəzm ərazisində yaşayan xalqların dostluğunu vəsf etməklə, həm də onların yeni dövr və cəmiyyətin qurulmasında iştirakını tərənnüm edirdi. Abbas Dabılov kimi Nurumbetov da şifahi epik yaradıcılığın ənənələrini uğurla davam etdirirdi.
Sadıq Nəcəfi
Sadıq Nəcəfi — Təbrizin əlli beşinci bələdiyyə başçısı. O, 1960-cı ildə Əcəbşir şəhristanının Xızırlı şəhərində dünyaya gəlmişdir.
Sadıq Qarayev
Sadıq Qurbanov
Sadiq Qurbanov (12 iyul 1972, Əlikli, İliç rayonu) — texniki elmlər namizədi. Yeni Azərbaycan Partiyasının üzvü, Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı (2020). Sadiq Qurbanov 12 iyul 1972-ci ildə Naxçıvan MR-nın Şərur rayonunun Ələkli kəndində anadan olmuşdur. 1989-cu ildə Ərəbyengicə kənd orta məktəbini bitirmiş, həmin ildə də Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1994-cü ildə təhsilini başa vuraraq həmin fakültənin dissertantı olmuş, eyni zamanda "Nəzəri mexanika və bütöv mühit mexanikası" kafedrasında laborant vəzifəsində çalışmışdır. 2005-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək texnika elmlər namizədi namizədlik dərəcəsini almışdır. 1997–2001-ci illərdə BDU-nun hüquq fakültəsində təhsil almışdır. 2001–2004-cü illərdə YAP-ın göndərişi ilə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət və bələdiyyə idarəetməsi" fakültəsində təhsil almışdır. Ailəlidir, üç övladı var. 1999–2006-cı illərdə YAP-ın icra katibliyində "Partiyalar arası əlaqələr şöbəsi"nin müdiri vəzifəsində çalışmışdır.
Sadıq Qurbanəliyev
Sadıq Rəhimov
Sadıq Hacıyarəli oğlu Rəhimov (14 (27) sentyabr 1914, Balaxanı, Bakı qəzası – 11 iyun 1975, Bakı) — Azərbaycan SSR dövlət xadimi, Azərbaycan SSR Nazirlər Sovetinin Sədri (1954–1958). Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü. 1914-cü il sentyabrın 27-də Bakının Balaxanı kəndində neftçi fəhlə ailəsində anadan olmuşdur. Atası Yarəli Balaxanıda neft mədənlərində əvvəllər fəhləlik etmiş, sonralar qazmaçı və qazma ustası olmuşdur. Usta Hacıyarəli oğlunu savadlı və dövrünün ziyalı adamlarından olmasını istəyirdi. O, bu məqsədlə də oğlu Sadığı Balaxanıda yeni açılmış kənd 7 illik məktəbinə oxumağa qoyur. S. Rəhimov 1929-cu ildə Balaxanı kənd məktəbini bitirmiş və Bakı neft texnikumuna daxil olmuşdur. 1931-ci ildə texnikumu müvəffəqiyyətlə bitirən S. Rəhimov Bakı maşınqayırma zavodunda texnik vəzifəsində əmək fəaliyyətinə başlamışdır. S. Rəhimov 1932–1936-cı illərdə Azərbaycan SSR Xalq Yüngül Sənaye Komissarlığının 2 saylı Bakı ayaqqabı fabrikində əvvəl texnik, sonra isə mexaniki emalatxananın müdiri olmuşdur. Elmə, təhsilə, savadını artırmağa daima can atan S. Rəhimov fabrikdə işləməklə yanaşı, 1932-ci ildə Azərbaycan Sənaye İnstitutunun maşınqayırma fakültəsinə daxil olmuşdur.
Sadıq Sadıqov
Sadıq Sadıqov (9 noyabr 1965, Naxçıvan) — "Neftçi" PFK-nın 6-cı prezidenti (2010–2015). Sadıqov Sadıq Asəf oğlu 1965-ci ildə anadan olub. Azərbaycan Politexnik İnstitutunu bitirib. "Neftçi İdman Klubu" İctimai Birliyinin idarəetmə aparatının rəhbəri vəzifəsində çalışan Sadıq Sadıqov Azərbaycan Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidentidir. Onun müxtəlif illərdə İdman cəmiyyətləri və klublarına rəhbərlik etdiyi dövrlərdə idmançılarımız Olimpiya Oyunları, Dünya və Avropa çempionatlarında çoxlu sayda uğur qazanıblar. Sadıq Sadıqov idmandakı xidmətlərinə görə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən fəxri ad və medalla təltif olunub. 2008-ci ildə Azərbaycan Respublikasının "Əməkdar bədən tərbiyyəsi və idman xadimi" fəxri adına, 2011-ci ildə isə "Tərəqqi" medalına layiq görülüb. Sadıq Sadıqov 2009–2015-ci illərdə "Neftçi" Peşəkar Futbol Klubunun prezidenti vəzifəsini icra edib. Onun rəhbərliyi altında "Neftçi" 3 dəfə Azərbaycan çempionu olub və 2 dəfə ölkə kubokunu qazanıb. 2012-ci ildə "Neftçi" Azərbaycan futbolunun tarixində ilk dəfə olaraq Avropa Liqası kimi mötəbər turnirin qrup mərhələsində iştirak edib.
Sadıq Sadıqzadə
Sadıq İsmayıl oğlu Sadıqzadə (29 dekabr 1917, Ordubad – 3 noyabr 1988) — elmlər doktoru, II Dünya müharibəsi iştirakçısı. Sadıq İsmayıl oğlu Sadıqzadə 1917-ci il dekabrın 29-da Ordubad şəhərində anadan olmuşdur. 1926-cı ildə Ordubad yeddiillik məktəbinin birinci sinifinə daxil olmuş və oranı 1932-ci ildə bitirdikdən sonra Bakı şəhərində N.Nərimanov adına Sənaye Texnikumunun (ST) kimya bölməsinə qəbul olmuşdur. 1937-ci ildə ST-ni qurtardıqdan sonra Azərbaycan Dövlət Universitetinin (ADU) kimya fakültəsinin birinci kursuna qəbul olunmuşdur. 1939-46-cı illərdə Hərbi Dəniz Donanmasında qulluq etmişdir. Hərbidən tərxis edildikdən sonra yenidən ADU-nun kimya fakültəsinin III kursuna bərpa edilmiş və 1949-cu ildə oranı bitirmişdir. Həmin ildə Azərbaycan Elmlər Akademiyası (EA) Kimya İnstitutunun (Kİ) aspiranturasına daxil olmuş və dissertasiya işini yerinə yetirmək üçün SSRİ EA Ümumi Kimya İnstitutuna (ÜKİ) (Moskva ş.) ezam edilmişdir. S.İ.Sadıqzadə 1953-cü ildə kimya elmləri namizədi elmi dərəcəsi almaq üçün “Bir sıra silisium tərkibli karbohidrogenlərin sintezi və reaksiyaları” mövzusunda dissertasiya işini müdafiə etmişdir. Həmin il Kİ-də böyük elmi işçi vəzifəsinə seçilmiş və yenidən SSRİ EA ÜKİ-yə ezam edilmişdir. 1962-ci ildə Moskvada ÜKİ-nin Elmi Şurasında kimya elmləri doktoru dərəcəsi almaq üçün “Katalitik üsulla karbofunksional qruplu silisium-üzvi birləşmələrin sintez üsulları” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
Sadıq Saleh
Sadıq Saleh Xəlil oğlu Bağırov (6 (19) mart 1907, Bakı – 27 sentyabr 1977, Bakı) — Azərbaycan-sovet teatr və kino aktyoru, Azərbaycan SSR əməkdar artisti (1959). Sadıq Saleh Xəlil oğlu Bağırov 19 mart 1907-ci ildə Bakı şəhərində anadan olmuşdur. Üçsinifli şəhər, sonra üç il 9 saylı, 1920–1922-ci illərdə sovet fəhlə məktəblərində təhsil alıb. 1926-cı ildə Əbilov adına klubun dram dərməyinə üzv olub. Həmçinin Qaraşəhər, Metallist, Həkimlər klublarının dram dərnəklərində həvəskar aktyorluq edib. 1929–1932-ci illərdə Mirzə Fətəli Axundzadə adına Bakı Teatr Məktəbində aktyorluq təhsili alıb. Tələbə vaxtı Akademik Milli Dram Teatrının yardım heyətinə götürülüb. Təhsilini başa çatdırdıqdan sonra isə bu truppaya götürülüb. Sadıq Saleh sənətə 1925-ci ildə gəlmişdir. Teatra məhəbbət Sadıq Salehdə çox gənc yaşlarında yaranmışdır.
Sadıq Təbrizi
Sadıq Təbrizi — rəssam, xəttat və Rəsm-Xətt stilinin banisi 22 fevral 1939-cu ildə Tehranda anadan olmuşdur.
Sadıq Vəkilov
Sadıq Vəkilov (1899, Qazax – 1973, Bakı) — Podporuçik Sadıq Əsgər ağa oğlu Vəkilov Qazax qəzasının Yuxarı Salahlı kəndində mülkədar ailəsində doğulmuşdur. Anası Badisəba xanım Mehdi ağa qızı Qiyasbəyovadır. Salahlı rus-tatar məktəbini bitirdikdən sonra (1912) Zaqafqaziya Müəllimlər Seminariyasında oxumuşdur (1912–1917). Təhsilini başa vurduqdan sonra bir ilə yaxın Salahlıda ikisinifli məktəbdə müəllim işləyir. 1918-ci il mayın 24-də hərbi xidmətə səfərbər olunur. Bakı alındıqdan sonra Osmanlı zabitlərinin təşkil etdikləri Gəncə Hərbiyyə Məktəbinə qəbul olunmuş, buranı 1919-cu il noyabrın 18-də bitirmişdir. Milli Ordunun 3-cü Gəncə piyada alayında və 3-cü Şəki süvari alayında kiçik zabit rütbəsində (podporuçik) komandir vəzifələrində xidmət etmişdir. 1920-ci ildə sovetləşmədən sonra Azərbaycan Qızıl Ordusuna daxil olur. 1923-cü ilin aprelinədək kiçik zabit rütbəsində komandir vəzifələrində xidmət edir. 1923-cü ildə keçmiş zabit kadrlarının Qızıl Ordudan uzaqlaşdırıldığı vaxt o da tərxis olunur.
Sadıq Xanəliyev
Sadıq Şahsuvar oğlu Xanəliyev (8 mart 1936, Bist, Naxçıvan MSSR) — Azərbaycan şairi. Sadıq Xanəliyev 1936-cı il mart ayının 8 də Naxçıvan Muxtar Respublikasının Ordubad rayonun Bist kəndində anadan olmuşdur. 1953-cü ildə VII sinfi əla qiymətlərlə bitirib Naxçıvan kənd təsərrüfatı texnikomunun aqronomluq şöbəsinə qəbul olunmuşdur. 1953-cü ildən o, respublikanın qəzetlərində publisist yazıları ilə çıxış etmişdir. 1956-cı ildə texnikomun IV kursundan ordu sıralarına hərbi xidmətə çağırılmışdır. Ordu sıralarında Moskva hərbi vilayətinin "Krasnı voin" qəzetində hərbi müxbir kimi yazıları ilə müntəzəm çıxış etmişdir. 1959-cu ildə hərbi xidmətdən tərxis edilən Sadıq Xanəliyev texnikomda təhsilini davam etdirərək oranı bitirmiş və 1960-cı ildə Bist kəndindəki "oktyabrın 40 illiyi" adına olan kalxozda aqronom və orta məktəbinə əmək təlimi müəllimi təyin edilmişdir. 1964-cü ildə S. M. Kirov adına Azərbaycan dövlət universitetinin filologiya fakültəsinə daxil olaraq 1970-ci ildə oranı bitirmişdir. 1951-ci ildən publisist yazıları, 1963-cü ildən isə qəzet, jurnal və almanaxlarda şeirləri ilə çıxış etmişdir. Rəsmi nümayəndə tərkibində 1964, 1976 və 1988-ci illərdə Azərbaycan respublikası komsomolu və SSRİ müəllimləri qurultayının nümayəndəsi olmuş, 1975–88-ci illərdə isə fasiləsiz olaraq SSRİ-Fransa dostluq cəmiyyətinin xətti ilə Moskva, Kiev, Oryol, Kursk, Leninqrad, Bryansk, Riqa, Kaluş, İvanova, Kenovçı və Belqrad şəhərlərindəki məktəblilərinin ümumittifaq görüşlərində iştirak etmişdir.
Sadıq Zərbəliyev
Sadıq Zərbəliyev (11 aprel 1951, Kürdəmir rayonu) — Azərbaycanın tanınmış qoşanağara ustası, Azərbaycanın xalq artisti (1998) Sadıq Zərbəliyev 1951-ci il aprelin 11-də Kürdəmir rayonunda musiqiçi ailəsində anadan olub. Atası zurna-balaban ifaçısı, qardaşı Ağabəy isə gözəl səsə malik xanəndə olub. Onda musiqiyə marağı atası, qardaşı oyadıb. Sadıq Zərbəliyev orta təhsilini Kürdəmir rayon 1 saylı orta məktəbdə alıb. Orta məktəbi bitirdikdən sonra 1969-cu ildə hərbi xidmətə yollanıb. Hərbi xidməti başa vurduqdan sonra 1973-cü ildə Bakıya gəlir və Respublikasının Əməkdar artisti Baba Salahovun ansamblında xalq artistləri Vəli Qədimov və Aftandil İsrafilovla bir yerdə çalışır. Sadıq Zərbəliyev 1975-ci ildən bu günə qədər SSRİ Xalq artisti və millət vəkili Zeynəb Xanlarova ilə bir yerdə çalışır. Amerika Birləşmiş Ştatları, İordaniya, Suriya, Yəmən, Türkiyə, Əlcəzair, Tunis, Hollandiyada səfərlərdə olub, Azərbaycan mədəniyyətini layiqincə təmsil edib.
Sadıq İbrahimov
Sadıq Əliabbas oğlu İbrahimov (23 dekabr 1945 – 21 avqust 2010) — aktyor, Azərbaycan Respublikasının əməkdar artisti (2000). İbrahimov Sadıq Əliabbas oğlu 23 dekabr 1945-ci ildə doğulmuşdur. 1970-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirmişdir. 1970-ci ildən Akademik Milli Dram Teatrına artist heyətinə qəbul edilmişdir. Sadıq İbrahimov 28 oktyabr 2000-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüşdür. Sadıq İbrahimov 20 avqust 2010-cu ildə ürək çatışmazlığından vəfat edib.
Sadıq İmanov
Sadıq İmanov-AXC ordusunda podporuçik, repressiya qurbanı Sadıq Həsən oğlu İmanov- 1898-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. Bakı rus-tatar və ticarət məktəblərini, 1918-ci ildə isə Gəncə praporşiklər məktəbini bitirib. 1920-ci ilin aprel ayında bolşeviklər Bakıya hücum edəndə həbs edilib, "filtrasiya"adı ilə Nargin adasına sürgün olunub. Sovetlər vaxtı Azərbaycan ticarət idarəsində işləyib. 1922-ci ildən "Azərbaycanın müstəqilliyi uğrunda!" gizli hərbi təşkilatın üzvü olub. 1923-cü ilin iyul ayında Zaqafqaziya ÇK-sı həbs edərək Şimal sərhədlərinə sürgünə göndərib.
Sadıq Şükürov
Sadıq Şükürov (31 dekabr 1925, Haçaparaq, İrəvan qəzası – 25 noyabr 2013, Gəncə) — Azərbaycanlı alim, filologiya elmləri doktoru, professor. Ermənistan Respublikasının Zəngibasar rayonunun, Zəhmət kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji institunun azərbaycan dili və ədəbiyyatı fakültəsini bitirib. Filoloğiya elmləri doktoru, professor idi. Gəncə Dövlət Uiversitetində işləyirdi.
Elgün Sadıqov
Elnur Sadıqov
Elvin Sadıqov
Elçin Sadıqov (futbolçu)
Elçin Cahangir oğlu Sadıqov — (14 iyun 1989, Yelqava, Latviya SSR, SSRİ) — Azərbaycan futbolçusu, qapıçı. == Tərcümeyi halı == Elçin Cahangir oğlu Sadıqov 14 iyun 1989-cu ildə Latviya SSR-nin Yelqava şəhərində anadan olmuşdur. E. Sadıqov 1991-ci ildə ailəsi ilə birlikdə Azərbaycanın Zaqatala şəhərinə köçmüşdür. Burada beş il yaşadıqdan sonra ailə 1996-cı ildə Şəmkir şəhərinə köçmüşdür. Burada Elçin Sadıqov "Şəmkir" futbol klubunun uşaq qrupunda məşqlərə başlamışdır. 15 yaşında ikən Azərbaycanın yeniyetmələrdən ibarət yığma komandasının (U-17) heyətinə daxil edildiyinə görə daimi yaşamaq məqsədilə 2005-ci ildə Bakı şəhərinə getmişdir. == Klub karyerası == Elçin Sadıqov 2008-ci ildən Azərbaycan Premyer Liqasında "Neftçi" Bakı komandasının şərəfini qorumağa başlamışdır. Bu vaxta qədər o, klubun ikinci komandasında — "Neftçi-2" — nin heyətində çıxış etmişdir. 2007-ci il mövsümündə — 2 avqust 2007-ci ildə Elçin Sadıqov "Neftçi" futbol komandasının tərkibində UEFA Kuboku uğrunda mübarizədə Avstriyanın "Rid" komandasına qarşı oynamışdır. Həmin oyunda "Neftçi" komandası 2:1 hesabı ilə qələbə qazanmışdır.
Emil Sadıqzadə
Famil Sadıqov
Famil Kamil oğlu Sadıqov (1968, Naxçıvan) — iqtisad elmlər namizədi, Qazprom-un vitse-prezidenti. == Həyat və fəaliyyəti == F. Sadıqov 1968-ci ildə Naxçıvanda anadan olub. S. Orconikidze adına Dövlət İdarəçilik Akademiyasının və Ümum-Rusiya Vergi Akademiyasını bitirmişdir. İqtisad elmlər namizədidir. 1995–1999-cu illərdə RF Maliyyə Nazirliyində və Federal Dövlət Xidmətində müxtəlif vəzifələrdə işləmiş, 1999–2004-cü illərdə RF vergilər və rüsumlar nazirinin müavini olmuşdur. RF vergilər və rüsumlar nazirinin müavini vəzifəsində işlədiyi dövrdə ona II dərəcəli RF dövlət xidməti həqiqi dövlət müşaviri rütbəsi verilmişdir. 2005–2009-cu illərdə Federal Xəzinədarlığın rəhbərinin müavini olmuşdur. 2009-cu ildən Rusiya "Qazprombank"nın İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb. 2020-ci il aprel ayından Gazpromun maliyyə direktoru, vitse-prezidenti təyin edilmişdir. 2020-ci ildən həmçinin əlavə vəzifə olaraq Famil Sadiqov Belarusda yerləşən, Səhmləri Rusiya Federasiyasına aid olan "Belqazprombank" idarə heyətinin sədridir.
Fikrət Sadıqov
Fikrət Məmməd oğlu Sadıqov (28 aprel 1940, Ordubad) — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı. == Həyatı == Fikrət Məmməd oğlu Sadıqov 1940-cı ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində fəhlə ailəsində anadan olmuşdur.1965-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsini bitirmişdir. 1965–2005-ci illərdə Azərbaycanın kimya müəssisələrində müxtəlif vəzifələrdə — növbə rəisi, sex texnoloqu, istehsalat texnoloqu, sex rəisi, istehsalat şöbəsinin rəisi, baş mühəndis, 1981–1992-ci illərdə SSRİ kimya sənayesi nazirliyinin "Sumqayıt Kimya Sənaye" istehsalat birliyinin baş direktoru, 1992–2005-ci illərdə "Azərkimya" Dövlət Şirkətinin prezidenti işləmişdir. 1983–1990-cı illərdə Sumqayıt şəhər sovetinin, 1990-cı ildə Azərbaycan Respublikası Ali sovetinin, 1995–2000-ci ildə Milli Məclisin deputatı seçilmişdir.1987-ci ildə namizədlik dissertasiyası işini müdafiə edib. 1995-ci ildə doktorluq dissertasiyası müdafiə edib texnika elmlər doktoru elmi dərəcəsini almışdır. 2004-cü ildə professor adına layiq görülmüşdür. 1990-cı ildə SSRİ Nazirlər kabineti yanında Xalq təsərrüfatı akademiyasının ali kommersiya məktəbinin tam kursunu bitirmişdir.1993-cü ildən Beynəlxalq Şərq Neft akademiyasının,1994-cü ildən Beynəlxalq Mühəndislər akademiyasının, 1995-ci ildən Beynəlxalq Ekoenergetika akademiyasının həqiqi üzvüdür. == Elmi fəaliyyəti == Fikrət Sadıqovun rəhbərliyi ilə kimya sənayesində bir çox proseslər hazırlanıb, tətbiq edilmişdir. Epoksid qətranlarının istehsalının təkmilləşdirilməsi, kcl katalizatoru iştirakı ilə diqlisidid efirlərinin alınıb, onların epoksid qətranlarına çevrilməsində elmi işlər aparılmışdır. Epixlorhidrin istehsalında dixlorhidrin istehsalının yeni üsulu işlənib hazırlanmış və sənayedə tətbiq olunmuşdur.
Fikrət Sadıqov (kimyaçı)
Fikrət Məmməd oğlu Sadıqov (28 aprel 1940, Ordubad) — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı. == Həyatı == Fikrət Məmməd oğlu Sadıqov 1940-cı ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində fəhlə ailəsində anadan olmuşdur.1965-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsini bitirmişdir. 1965–2005-ci illərdə Azərbaycanın kimya müəssisələrində müxtəlif vəzifələrdə — növbə rəisi, sex texnoloqu, istehsalat texnoloqu, sex rəisi, istehsalat şöbəsinin rəisi, baş mühəndis, 1981–1992-ci illərdə SSRİ kimya sənayesi nazirliyinin "Sumqayıt Kimya Sənaye" istehsalat birliyinin baş direktoru, 1992–2005-ci illərdə "Azərkimya" Dövlət Şirkətinin prezidenti işləmişdir. 1983–1990-cı illərdə Sumqayıt şəhər sovetinin, 1990-cı ildə Azərbaycan Respublikası Ali sovetinin, 1995–2000-ci ildə Milli Məclisin deputatı seçilmişdir.1987-ci ildə namizədlik dissertasiyası işini müdafiə edib. 1995-ci ildə doktorluq dissertasiyası müdafiə edib texnika elmlər doktoru elmi dərəcəsini almışdır. 2004-cü ildə professor adına layiq görülmüşdür. 1990-cı ildə SSRİ Nazirlər kabineti yanında Xalq təsərrüfatı akademiyasının ali kommersiya məktəbinin tam kursunu bitirmişdir.1993-cü ildən Beynəlxalq Şərq Neft akademiyasının,1994-cü ildən Beynəlxalq Mühəndislər akademiyasının, 1995-ci ildən Beynəlxalq Ekoenergetika akademiyasının həqiqi üzvüdür. == Elmi fəaliyyəti == Fikrət Sadıqovun rəhbərliyi ilə kimya sənayesində bir çox proseslər hazırlanıb, tətbiq edilmişdir. Epoksid qətranlarının istehsalının təkmilləşdirilməsi, kcl katalizatoru iştirakı ilə diqlisidid efirlərinin alınıb, onların epoksid qətranlarına çevrilməsində elmi işlər aparılmışdır. Epixlorhidrin istehsalında dixlorhidrin istehsalının yeni üsulu işlənib hazırlanmış və sənayedə tətbiq olunmuşdur.
Firuz Sadıqzadə
Hacıbala Sadıqov
Hacıbala Müseyib oğlu Sadıqov (10 aprel 1935, Dəstə, Naxçıvan MSSR) — Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini, sabiq hakimi, Azərbaycan SSR Ali Məhkəməsinin üzvü, Naxçıvan MSSR Ali Məhkəməsinin sədri. == Həyatı == H. Sadıqov 1935-ci il aprelin 10-da Ordubad rayonunun Dəstə kəndində anadan olmuşdur. O, 1949–1953-cü illərdə Ordubad Pedaqoji Texnikumunda, 1953–1958-ci illərdə isə Azərbaycan Dövlət Universitetinin hüquq fakül-təsində təhsil almışdır. Ali təhsil müəssisəsində hüquqşünas ixti-sasma yiyələndikdən sonra H. Sadıqov 1958–65-ci illərdə Azərbaycan Respublikası Ali Sovetinin Rəyasət He-yətində təltif, hüquq və sovet işləri şöbələrində məlumatçı və referent vəzifələrində işləmişdir. Onun 1965-ci ildən sonrakı həyatı respublikamızda ədalət mühaki-məsinin həyata keçirilməsi ilə bağlıdır. Belə ki, o, 1965–70-ci illərdə Salyan rayon hakimi, 1970–72-ci illərdə Yevlax rayon məhkəməsinin sədri vəzifələrində çalışmış, 1972-ci ildə isə Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvü seçilmiş və həmin vəzifədə 1978-ci ilə qədər çahşmışdır. H. Sadıqov 1978-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məhkə-məsinin Sədri seçilmiş və 1983-cü ilə qədər bu vəzifəni icra etmişdir. O, 1983-cü ildə yenidən Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvü vəzifəsinə seçilmiş və 2000-ci ilə qədər, yəni ölkəmizdə məhkə-mə-hüquq islahatları başlanana qədər həmin vəzifədə işləmişdir. 1. IX.2000-Cİ ildə isə o, Respublika Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi cinayət işləri və inzibati hüquqpoz-malara dair işlər üzrə kollegiyanm sədri — Azərbaycan Respublikası Ali Məhkəməsi Sədrinin müavini vəzifəsinə təyin olunmuşdur.
Hüseynağa Sadıqov
Hüseynağa Ələsgər oğlu Sadıqov — Azərbaycan aktyoru. Hüseynağa Musa oğlu Sadıqov — Azərbaycan SSR və Azərbaycan Respublikası Xarici İşlər Naziri (23.I.1988 - 29.V.1992).
Hüseynağa Sadıqov (aktyor)
Hüseynağa Ələsgər oğlu Sadıqov (21 mart 1914, Bakı – 23 fevral 1983, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1979). == Həyatı == Əslən Cənubi Azərbaycanlı olan Hüseynağa Ələsgər oğlu Sadıqov 21 mart 1914-cü ildə Bakıda doğulub. Gənc Tamaşaçılar Teatrı yaranandan bir il sonra, 1930-cu ildə müsabiqə ilə kollektivin aktyor truppasına sınaq müddətinə qəbul olunub. 1931-ci il iyunun 1-də teatr truppasına aktyor götürülüb. İlk vaxtlardan ona məsul rollar tapşırılıb. GTT-də əlli ildən çox aktyorluq etmiş sənətkarın əsas rolları bunlardır: Pitli ("Əfilər", Rabindranat Taqor), Xasay, El oğlu, Məlik ibn Səid ("Xasay", "El oğlu" və "Bir saat xəlifəlik", Abdulla Şaiq), Bobçinski, Jevakin ("Müfəttiş" və "Evlənmə", Nikolay Qoqol), Seryoja Streltsov ("Seryoca Streltsov", Valentina Lyubimova), Azad ("Azad", Əyyub Abbasov), Mirzə Qoşunəli ("Bəxtsiz cavan", Əbdürrəhim bəy Haqverdiyev), Həsən ("Yaşar", Cəfər Cabbarlı), Trufadino ("İki ağanın bir nökəri", Karlo Haldoni), Rəcəb ("Şirinbala bal yığır", Salam Qədirzadə), Səlim ("Anacan", Yusif Əzimzadə), Spid ("İki veronalı", Uilyam Şekspir), Qey ("Qar Kraliçası", Yevgeni Şvarts), Hacı Murad ("Tamahkar", Süleyman Sani Axundov), Ceyms Berten ("Ovod", Etil Voyniç), Jiront ("Skapenin kələkləri", Jan Batist Molyer), Məşədi Cabbar, Tarverdi ("Molla İbrahimxəlil kimyagər" və "Xırs quldurbasan", Mirzə Fətəli Axundzadə), Cəbi, Əhməd ("Hacı Qəmbər" və "Ağa Kərim xan Ərdəbili", Nəcəf bəy Vəzirov), kapitan ("Qavroş", Viktor Hüqonun "Səfillər" romanı üzrə səhnələş-dirənləri Zəfər Nemətov və Əli İsmayılov), Mirpaşa ("Komsomol poeması", İsgəndər Coşqun), Şah Ələmgir ("Əlvida, Hindistan!", Qeybulla Rəsulov), aptekçi ("Romeo və Cülyetta", Uilyam Şekspir), Şamdan bəy ("Şamdan bəy", Nəriman Nərimanov), Abbas ("Mənim nəğməkar bibim", Əkrəm Əylisli). Hüseynağa Sadıqov 23 fevral 1983-cü ildə Bakıda vəfat edib. == Xatirəsi == 2019-cu ilin martında Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Hüseynağa Sadıqovun 105 illik yubileyi qeyd olunmuşdur. 2024-cü ildə aktyorun 110 illik yubileyi Azərbaycan Dövlət Film Fondunda qeyd olunmuşdur. == Təltif və mükafatları == "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1 iyul 1956 "Azərbaycan SSR xalq artisti" fəxri adı — 9 fevral 1979 Azərbaycan SSR Lenin komsomolu mükafatı — 1967 ("Komsomol poeması" tamaşasında oynadığı Mirpaşa roluna görə) "Qırmızı Ulduz" ordeni — 8 mart 1945 "İgidliyə görə" medalı — 16 sentyabr 1944 "Qafqazın müdafiəsinə görə" medalı — 1 may 1944 "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı — 9 may 1945 "Əməkdə fərqlənməyə görə" medalı — 9 iyun 1959 == Filmoqrafiya == == İstinadlar == == Mənbə == Azəri, L. Səhnədə gülüş — efirdə hikmət: [Gənc Tamaşaçılar Teatrında Xalq artisti Hüseynağa Sadıqovun 100 illiyinə həsr edilmiş tədbir keçirilmişdir] //Mədəniyyət.- 2014.- 23 may.- S. 5.
Hüseynağa Sadıqov (diplomat)
Sadıqov Hüseynağa Musa oğlu — Azərbaycanın keçmiş Xarici İşlər naziri, Azərbaycanın Almaniyadakı fövqaladə və səlahiyyətli səfiri. == Həyatı və fəaliyyəti == Hüseynağa Sadıqov 1940-cı ilin mart ayının 14-də Bakı şəhərində anadan olmuşdur. 1958‐ci ildə Bakı şəhər 132№‐li orta məktəbi bitirmişdir.1963-cü ildə M. F. Axundov adına Azərbaycan Xarici Dillər İnstitutunun Avropa dilləri fakültəsini bitirmişdir. İnstitutun nəzdində aspiranturada oxumuşdur. Eyni zamanda Ümumittifaq İnturist Səhmdarlar Cəmiyyətinin Azərbaycan şöbəsində tərcüməçi, direktor müavini, tikilməkdə olan Azərbaycan mehmanxana kompleksinin direktoru vəzifələrində işləmişdir. 1962‐ci ildən "İnturist"də işlər idarəsinin müavini, 1970‐ci ildən Azərbaycan KP MK xarici əlaqələr şöbəsində təlimatçı işləmişdir. 1968-ci ildə Moskvada SSRİ Nazirlər Sovetinin nəzdində Ali Xarici Turizm kurslarını bitirmişdir. 1971-ci ildən Azərbaycan SSR Nazirlər Sovetinində və Azərbaycan kommunist Partiyasının Mərkəzi Komitəsində məsul vəzifələrdə çalışmışdır. 1974-cü ildən diplomatik xidmətdədir. Həmin ildən Almaniya Demokratik Respublikasının Leypsiq şəhərində SSRİ konsulluğunda vitse‐konsul, 1980‐ci ildən ADR‐in Rostok şəhərində SSRİ konsulluğunda konsul olmuşdur.
Hüseynağa Sadıqov (siyasətçi)
Sadıqov Hüseynağa Musa oğlu — Azərbaycanın keçmiş Xarici İşlər naziri, Azərbaycanın Almaniyadakı fövqaladə və səlahiyyətli səfiri. == Həyatı və fəaliyyəti == Hüseynağa Sadıqov 1940-cı ilin mart ayının 14-də Bakı şəhərində anadan olmuşdur. 1958‐ci ildə Bakı şəhər 132№‐li orta məktəbi bitirmişdir.1963-cü ildə M. F. Axundov adına Azərbaycan Xarici Dillər İnstitutunun Avropa dilləri fakültəsini bitirmişdir. İnstitutun nəzdində aspiranturada oxumuşdur. Eyni zamanda Ümumittifaq İnturist Səhmdarlar Cəmiyyətinin Azərbaycan şöbəsində tərcüməçi, direktor müavini, tikilməkdə olan Azərbaycan mehmanxana kompleksinin direktoru vəzifələrində işləmişdir. 1962‐ci ildən "İnturist"də işlər idarəsinin müavini, 1970‐ci ildən Azərbaycan KP MK xarici əlaqələr şöbəsində təlimatçı işləmişdir. 1968-ci ildə Moskvada SSRİ Nazirlər Sovetinin nəzdində Ali Xarici Turizm kurslarını bitirmişdir. 1971-ci ildən Azərbaycan SSR Nazirlər Sovetinində və Azərbaycan kommunist Partiyasının Mərkəzi Komitəsində məsul vəzifələrdə çalışmışdır. 1974-cü ildən diplomatik xidmətdədir. Həmin ildən Almaniya Demokratik Respublikasının Leypsiq şəhərində SSRİ konsulluğunda vitse‐konsul, 1980‐ci ildən ADR‐in Rostok şəhərində SSRİ konsulluğunda konsul olmuşdur.
Həsən Sadıqov
Sadıqov Həsən Şiralı oğlu (1928, Aşağı Mollu, Qubadlı rayonu) — azərbaycanlı filosof, fəlsəfə elmləri doktoru, əməkdar müəllim, Sumqayıt Dövlət Universitetinin Ağsaqqallar Şurasının sədri, prezident təqaüdçüsü. == Həyatı == Həsən Sadıqov 1928-ci ildə Qubadlı rayonunun Aşağı Mollu kəndində anadan olmuşdur. Atasını və anasını erkən itirmiş, dayısı Bəylər Əliyevin himayəsi ilə təhsil almağa başlamışdır. Ancaq çox keçməmiş dayısı da vəfat etmişdir. Kimsəsiz qalan H.Sadıqov Gəncə şəhərinə getmiş və orada baytar-feldşer ixtisasına yiyələnmişdir. Sonra Şuşa Zoobaytar Texnikumunda təhsilini davam etdirmişdir. Lakin təhsilini yarımçıq qoyaraq ordu sıralarına qatılmışdır. Daha sonra öz arzusu ilə Ukraynanın Xerson şəhərində hərbi məktəbdə oxumuş, serjant və 2-ci dərəcəli radist ixtisasına yiyələnmişdir. Bu ixtisas üzrə Krım vilayətinin Krasnoperekopski rayonunda hərbi işdə çalışmışdır. 1953-cü ildə həmin rayonda orta məktəbi başa vurmuşdur.
Həsənağa Sadıqov
Həsənağa Bilal oğlu Sadıqov (7 dekabr 1950, Salyan, Salyan rayonu – 1 avqust 2018, Bakı) — Azərbaycan musiqiçisi, Azərbaycan Respublikasının əməkdar artisti (2009), Azərbaycan SSR əməkdar mədəniyyət işçisi (1988). == Həyatı == Həsənağa Sadıqov 1950-ci il dekabrın 7-də Salyan şəhərində müğənni ailəsində dünyaya göz açıb. Atası və babası milli aşıq sənətinin bilicilərindən olub. Həsənağa Sadıqovun babası Aşıq Qurbanxan Muğan bölgəsinin ən məşhur aşıqlarındandır. O xalqımızın görkəmli el sənətkarı Mirzə Bilaldan dərs alıb. H.Sadıqov 6-7 yaşlarından atasının və babasının yanında toylara gedər, müxtəlif musiqi alətlərində ifa etməyi, istedadlı musiqiçilərdən öyrənməyə çalışardı. O, 1968-ci ildə Salyan şəhər 2 saylı orta məktəbi bitirib. 1963-cü ildə Bakıda Həsənağa Sadıqovun ilk maqnitofon kaseti çıxıb, zərb alətlərində bacarıqla çaldığı mahnılar və ritmlərlə məşhurlaşıb. Həsənağa Sadıqov bacarıqlı və istedadlı musiqiçi kimi nəzəri ixtisasının artırılmasına da xüsusi fikir verib. Belə ki, o, 1986-cı ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin “Mədəni-marif işi” ixtisası üzrə bitirib.
III Muhamməd Sadıq Bəy
III Muhamməd Sadıq Bəy (ərəb. أبو عبد الله محمد الصادق باشا باي‎; 7 fevral 1813 – 28 oktyabr 1882) — Sonuncu, müstəqil Tunis bəyidir.
Mehriban Sadıqbəyli
Mehriban Əfəndi (tam adı: Mehriban Cavanşir qızı Əfəndiyeva d. 5 may 1968) — Azərbaycan sürrealisti, kino və geyim rəssamı, Azərbaycanın əməkdar rəssamı (2016). == Həyatı == Mehriban Əfəndiyeva 1968-ci ildə Bakı şəhərində anadan olub. Ə. Əzimzadə adına rəssamlıq məktəbini, Moskvada "Soyuzmultfilm"in animasiya məktəbini bitirib. "Azərbaycanfilm"də çəkilən bir çox animasiya filmlərində qrafik-animator, bədii filmlərdə geyim üzrə rəssam kimi çalışır. Azərbaycan Rəssamlar İttifaqının, Azərbaycan Dizaynerlər İttifaqının üzvüdür. Əsərləri Azərbaycanda və xarici ölkələrin qalereyalarında nümayiş etdirilib. == Mükafatları == 29 iyul 2016-cı ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın əməkdar rəssamı fəxri adına layiq görülmüşdür. == Xarici ölkələrdə uğurları == 24 avqust 2012-ci ildə əsərləri ABŞ-nin Muskeqon şəhərindəki "Dünya incəsənəti" qalereyasına nümayiş etdirişmişdir. Sərgidə 12 rəssamın əsərləri də nümayiş olunmuşdur.
Mir Sadıq Sadıqov
Sadıqov Mir Sadıx Seyid Kamil oğlu (4 yanvar 1897, Bakı – bilinmir) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. Mir Sadıq Sadıqov 4 yanvar 1897-ci ildə Bakıda anadan olmuşdur. 7 yaşında ilk dəfə olaraq xalq məktəbinə getmiş, 1906-cı ildə təhsilini orta məktəbdə davam etdirmişdir. 1916-cı ildə Bakı orta texniki məktəbinin mexanika Şöbəsini bitirmişdir. Orta məktəbi bitirdikdən sonra o Moskva Ticarət Ali Məktəbinin texnika bölümünə daxil olur. Moskvada 1 il oxuduqdan sonra Mir Sadıx Rusiyada baş verən inqilaba görə təhsilini yarımçıq qoyaraq Bakıya dönür. Azərbaycan Xalq Cümhuriyyəti Əmək Nazirliyində idarəçi kimi çalışır. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Avropaya ali təhsil alamq üçün dövlət stipendiyası ilə göndərdiyi 100 nəfərin daxilində Mir Sadıx Almaniyaya gəlir. 1920-ci ildə ilk təhsilinə Darmstadta başalayan Mir Sadıx orada yalnız 1 semestr oxuyur. Sonra Frayberq Dağ-Mədən Akademiyasına qəbul olunur (20 aprel 1920).
Mirdaməd Sadıqov
Mirdaməd Mirsadıq oğlu Sadıqov (1 sentyabr 1950, Lahıc, İsmayıllı rayonu – 19 yanvar 2021) — iqtisad elmləri doktoru, professor, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı (2013–2020). Mirdaməd Mirsadıq oğlu Sadıqov 1 sentyabr 1950-ci ildə İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olub. O, 1957–1967-ci ilərdə Lahıc qəsəbə orta məktəbində, 1967-ci ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitunda təhsil alıb. Sadıqov 1971-ci ildə həmin institutun maliyyə-statistika fakültəsini əla qiymətlərlə bitirib. Mirdaməd Sadıqov əmək fəaliyyətinə 1971-ci ildə başlamış və Azərbaycan Xalq Təsərrüfatı İnstitutun Maliyyə-Kredit kafedrasına işə qəbul olunmuşdur. O, 1971-ci ilin dekabr ayından 1972-ci ilin 16 dekabr tarixinədək kafedrada baş referat, 1972–1977-ci illərdə laborant və baş laborant vəzifələrini icra etmişdir. Mirdaməd Sadıqov 1973–1977-ci illərdə həmin institutun Maliyyə-Kredit kafedrasının aspiranturasında oxumuş və Moskva şəhərində namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi adına layiq görülmüşdür. Sadıqov 2 noyabr 1977-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Komsomol Komitəsinin katibi seçilmiş və 10 sentyabr 1982-ci ilədək bu vəzifədə çalışmışdır. O, 10 sentyabr 1982-ci il tarixindən Azərbaycan Xalq Təsərrüfatı İnstitutu Maliyyə-Kredit kafedrasının baş müəllimi və İqtisadiyyat fakültəsinin dekanı vəzifəsinə icra etmiş, bu müddət ərzində müsabiqə yolu ilə kafedranın dosenti seçilmiş və 1988-ci ilin iyul ayının 8-ə qədər həmin vəzifələrdə fəaliyyət göstərmişdir. 8 iyul 1988-ci ildən Bakı Maliyyə-Kredit Texnikumunun direktoru vəzifəsinə təyin edilən Mirdaməd Sadıqov 1992-ci ilə qədər bu vəzifəni icra etmişdir.
Mirpaşa Sadıqov
Mirpaşa Sadıqov (d. 18?? — ö. 1921, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı meyxanaçı və aktyor. O, Azərbaycan Xalq Cümhuriyyəti dönəmində Azərbaycan Dövlət Teatrının aktyoru idi. O, 1921-ci ilin fevralında Dağlıq Qarabağın Keşiş kəndində Əbülhəsən Anaplı ilə birgə ermənilər tərəfindən qətlə yetirilmişdir. Yazıçı Seyid Hüseyn qardaşı.
Mirzə Sadıq Axundzadə
Mirzə Məmmədsadıq Axundzadə (türk. Mehmet Sadık Aran; dekabr 1895, Urud, Zəngəzur qəzası – 28 may 1971, İstanbul) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, yazıçı. Həyatının böyük hissəsini Türkiyədə türklüyə və Azərbaycana xidmətdə keçirən, lakin təəssüf ki, şəxsiyyəti, fəaliyyəti və yaradıcılığı hələ də diqqətdən kənarda qalan siyasi-ədəbi mühacirlərdən biri də Mehmet (Məhəmməd) Sadıq Aran olub. Siyasi mühacirət nümayəndələrinin bir çoxu kimi onun da 1920-ci ildə İran üzərindən keçərək Türkiyəyə üz tutmasının əsas səbəbi Azərbaycanın müstəqilliyi uğrunda mübarizlərin sıralarına qoşulması, qısa ömürlü Azərbaycan Cümhuriyyətinin fəal tərəfdarlarından biri olması idi. Xatirələrdən də göründüyü kimi, Mehmet Sadıq Türkiyəyə gələnə qədər artıq ziyalı və siyasətçi olaraq bəlli təcrübə qazanmış, əqidə və məslək adamı kimi müəyyən yol keçmişdi. Rus, fars və ərəb dillərini bilməsi, Azərbaycan Cümhuriyyətinin Parlamentində təmsil olunması, türkçülüyün qızğın tərəfdarlarından biri kimi tanınması tezliklə onu Türkiyədəki Azərbaycan mühacirətinin ön sıralarına çıxarmışdı. Mirzə Sadıq Axundzadənin parlamentdə məhz Zəngəzuru təmsil etməsini parlamentin 11 oktyabr 1919-cu il tarixli 82 nömrəli stenoqramındakı aşağıdakı fikir sübut edir: "İclası açmadan bərayi-məlumat xəbər verirəm ki, bugünkü iclasda Zəngəzur nümayəndəsi Cəlil bəy Sultanov iştirak edir. Keçən iclasda yenə haman qəzanın nümayəndəsi olan Mirzə Sadıq Axundzadə iştirak edirdi". . Mehmet Sadıq Aran 1924–1931-ci illərdə Ankarada fəaliyyət göstərən və öz ətrafında Cümhuriyyətin Ə. Topçubaşov, Məhəmməd Əmin Rəsulzadə, X. Xasməmmədli, Ş. Rüstəmbəyli, N. Şeyxzamanlı, C. Hacıbəyli, Mir Yaqub Mehdizadə və s. görkəmli nümayəndələrini birləşdirən Azərbaycan Milli Mərkəzi İdarə Heyətinin üzvü olmuşdu.
Mirzə Sadıq Fani
Mirzə Sadıq Axund Əsədulla oğlu - şair, maarif xadimi. Mirzə Sadıq Fani 1840-cı il fevralın 5-də Cənubi Azərbaycanın Təbriz şəhərində doğulmuşdur. İlk təhsilini atası Axund Əsədulladan almışdır. Ərəb və fars dilini mükəmməl bilməsi ona klassik Şərq ədəbiyyatını dərindən öyrənməsinə imkan vermişdir. Gəncədə yaşamış, məktəbdarlıq etmişdir. Ona görə el arasında Mirzə adı ilə çağırılmışdır. Mollaxana və mədrəsələrdə sadə, anlaşıqlı yazmaq və oxumaq üçün Azərbaycan dilində dərslik yaratmışdır (1893). Onun "Xəmseyi-ədəbiyyə" dərsliyi də mədrəsələrdə tədris olunmuşdur. Şerlərini Fani təxəllüsü ilə qələmə almışdır. "Ağıl, bəxt və dövlət" adlı mənzum əsəri, "Divani-Fani" əlyazma şerlər toplusu, mənzum məktubu və məsnəvisi onu xoştəb maarifpərvər şair kimi səciyyələndirir.