Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sarımsaq
Sarımsaq (lat. Allium sativum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. Sarımsaq ağımtıl rəngli soğanaqlı bitkidir. Dadı çox kəskin yandırıcı olmaqla yanaşı, özünəməxsus ətirli iyi vardır. Sarımsaqdan Şərq təbabətində çox qədim zamanlardan dərman kimi bir sıra xəstəliklərə qarşı istifadə olunur. Məsələn, xroniki mədə-bağırsaq xoralarının müalicəsində, zəiflikdə, avitaminozda, zob xəstəliklərində və s. Tərkibində "fitonsid" maddəsinin mövcudluğundan, sarımsaq son dərəcə qüvvətli bakterisid təsirə malikdir. Sarımsaqdan alınan "allisin" maddəsinin çox qüvvətli bakterisid təsiri vardır. Onun on mində bir nisbətini su ilə durulaşdırdıqda belə yenə də bakteriyalara öldürücü təsir göstərir, onların inkişafını dayandırır. Son illərdə aparılan tədqiqatlar nəticəsində sarımsağın tərkibində bir sıra müalicə əhəmiyyətli maddələrin olduğu müəyyən edilmişdir.
Sarımsaq bageti
'Sarımsaq bageti' - Fransa mətbəxi. Baget, uzunsov yumru çörək, Fransanın simvollarından biridir, xüsusilə Parisin. Eyfel qülləsi, şərab, beret və ya pendirin simvola çevrilməsi kimi. Fransadan kənarda da çoxlu növ baget var, onlar dünyanın çox ölkəsində məşhurlaşıblar. Fransız mətbəxi tərəvəzlərdən tez-tez istifadə etməsi ilə xarakterizə olunur: kartoflar, qabıqlı lobya, bütün növ soğanlar, ispanaq, kələm, pomidor, badımcan, kərəviz, göbələklər – bütün bunlar appetayzerlərin (iştaha açıcıların), əsas yeməklərin və qarnirlərin əsasıdır. İlkin yemək adətən sup olur, ən məşhuru isə kəvər sup-püredir.
Sarımsaq turşusu
Sarımsaq turşusu - Azərbaycan və bir sıra başqa şərq ölkələrinin mətbəxinə aid olan ənənəvi turşulardan biridir. 1 litrlik banka üçün 10 baş sarımsaq (təxminən yarım kilo) 4 ədəd dəfnə yarpağı 4 ədəd mixək 5-6 ədəd yumru qara istiot 2 xörək qaşığı iri duz Təxminən 2 stəkan üzüm sirkəsi Sarımsaq başlarının üst bir neçə lay qabığını soyun. Elə edin ki, dişlər ayrılmasın, baş bütov qalsın. Sarımsağı bankaya yığın. İçinə dəfnə yarpağı, mixək və istiotu əlavə edin. Sirkə tökün. Bankanı bağlayın. Ehmallıca o tərəfə bu tərəfə döndərin ki, ədvalar yayılsın. Bankanı sərin yerə qoyun.Turşu təxminən 2 aya hazırdır.
Sarımsaq çörəyi
Sarımsaq çörəyi — sarımsaq,zeytun yağı və ya kərə yağı ilə örtülmüş bir növ çörəkdir. Bu çörək adətən baget şəklində hazırlanır. Bəzi versiyaları,Çeddar, Mozzarella və Brınza kimi müxtəlif pendir növləri ilə örtülür. Bəzi restoranlarda məzə kimi serv olunur.
Kəvərəbənzər sarımsaq
Sarıayaq exzoxomus
Sarıayaq tinamu
Sarıayaq tinamu (lat. Crypturellus noctivagus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin tinamukimilər dəstəsinin tinamular fəsiləsinin əsl tinamu cinsinə aid heyvan növü.
Sarıayaq ekzoxomus
Sarıayaq ekzoxomus (lat. Exochomus flavipes) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin parabüzənlər fəsiləsinin ekzoxomus cinsinə aid heyvan növü. Formasına görə başqa parabüzən növlərindən çox da fərqlənmir. Qanadüstlüyü qaradır, heç bir ləkə və nöqtəsi yoxdur. Ayaqların qırmızı sarımtıl çalarları var, bu hissə nisbətən böyükdür, ayağındakı caynaqlar dişlidir. Bud hissədə az sarı ləkələr vardır. Böyüklüyü 4-4,5 mm-dir. Bostan bitkilərində və yoncalıq sahələrdə də yastıcalarla qidalanırlar. Quru otların altında qışlayırlar. Qış sığınacaqlarından martın axırında çıxırlar.
Maska (yarışma)
Maska — Munhwa Broadcasting Corporation-a məxsus beynəlxalq Masked Singer formatının Azərbaycan versiyası. Layihə çərçivəsində müxtəlif məşhurlar kimliklərini gizlədərək qeyri-adi geyimlərdə çıxış edirlər. == Qaydalar == Məşhurlar, münsiflər heyəti və tamaşaçılar qarşısına şəxsiyyətlərini tamamilə gizlədən müxtəlif maskalar altında çıxırlar. Müsabiqə iştirakçılarının əsl səsi yalnız mahnıların ifası zamanı və əsl simasını üzə çıxan zaman eşidilir. Qalan vaxtlarda onların səsləri təhrif edilmiş formada səslənir. Çıxışdan əvvəl sirli iştirakçının öz imicindən danışdığı, real şəxsiyyəti ilə bağlı ipuçlarını paylaşdığı video nümayiş etdirilir. Çıxışlardan sonra tamaşaçılar arasında səsvermə keçirilir və bir maska gözləmə zalına göndərilir. Hər buraxılışın sonunda bir məşhur öz maskasını açır. Layihədə finala 4 məşhur qalana qədər hər buraxılışda bir iştirakçı yarışmanı tərk edir. == İstehsal == Yarışmanın Azərbaycan versiyası İctimai Televiziya tərəfindən istehsal olunub.
Sarıayaq dağ vallabisi
Sarıayaq dağ vallabisi (lat. Petrogale xanthopus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin i̇kikəsicidişlilər dəstəsinin kenqurular fəsiləsinin dağ vallabisi cinsinə aid heyvan növü.
Özünüzlə səslə danışmaq
Özünüzlə səslə danışmaq — insanın digər insanların yanında da daxil olmaqla, özü ilə ucadan danışdığı psixoloji vəziyyət. İnsanın özü ilə davamlı daxili ünsiyyətinin psixoloji prosesi ilə əlaqələndirilir. Özünüzlə yüksək səslə danışmaq şəxsiyyətin inkişafında müsbət rol oynayır. Bəzi insanlar bunu psixi pozuntu kimi qəbul edirlər, lakin öz-özünə danışmaq həmişə psixi pozuntunun əlaməti deyil. 2-7 yaş arasında uşaqların öz-özünə danışdıqlarını müşahidə etmək olar. Onların danışıqları səsli olsa da, nə başqaları üçün nəzərdə tutulub, nə də onlara yönəlib. Tədqiqatçılar uşaqların öz-özü ilə danışmalarından istifadə etmələri ilə onların tapşırıqların icrası və nailiyyətləri arasında müsbət korrelyasiya olduğunu qeyd ediblər. Bu faktı daha əvvəl Vıqotski qeyd etmişdir. Uşaqlar məktəbə getdikdən sonra onların öz-özünə danışıqları azalır və “gizli” olur. Banqalor Universitetinin alimləri Mery–Beffa Paloma və Aleksander Kirkheim tədqiqatlar nəticəsində sübut ediblər ki, tapşırıqları yüksək səslə söyləmək onların icrasına nəzarəti yaxşılaşdırır..
Sarışan hallar nevrozu
Obsessiv-kompulsiv pozuntu və ya qısaca OKP , həmçinin sarışan hallar nevrozu — narahatıq yaradan sarışan fikirlərin (obsessiyalar) meydana çıxması və həmin fikirlərin öz növbəsində müəyyən sarışan hərəkətləri (kompulsiyalar) təkrarlamağa vadar etməsi ilə xarakterizə olunur. OKP yetişkin insanlarda görünən ən yayılmış psixiki pozuntudur. Nevrozun bu növündə sarışan fikirlər psixoloji diskomfort varadır, ondan xilas olmaq üçün insan müəyyən sarışan hərəkətlər edir və bu daxili gərginliyin müvvəqəti azalmasına gətirir. Lakin vəziyyətin bu cür yüngülləşməsi çox davam etmir və sarışan fikirlər yenidən qayıdır. Beləliklə hisslərin və hərəkətlərin "qüsurlu dövranı" yenidən işə düşür. Bu nevrozun müalicəsində iki əsas üsuldan istifadə edilir: dərman müalicəsi və psixoterapiya.
Yeni Dalğa (yarışma)
Yeni Dalğa (rus. Новая волна, latış. Jaunais Vilnis‎) — 2002-ci ildə rus bəstəkarı İqor Krutoy və Latviyalı pianoçu və bəstəkar Raymond Pauls tərəfindən yaradılan daha sonra isə rus superstarı Alla Puqaçova tərəfindən inkişaf etdirilən populyar musiqinin gənc ifaçıları üçün nəzərdə tutulmuş beynəlxalq bir yarışmadır. Müsabiqə ümumilikdə altı gün davam edir: 3 müsabiqə günü, 2 xüsusi tədbir günü və sonunda yarışmanın nəticələrinin açıqlandığı gün konsertlə bitir. İlk 14 il ərzində Yeni Dalğa Latviyanın sahil şəhəri olan Yurmalada keçirildi lakin 2015-ci ildə Soçiyə(Rusiya Federasiyası) köçürüldü (digər potensial yerlərə Bakı, Kalininqrad, Kazan və Krım daxil idi). Təşkilatçı İqor Krutoyun dediyinə görə, köçürülmənin əsas səbəbi Rusiyanın müğənniləri Valeriya, İosif Kobzon və Oleq Qazmanovun Xarici İşlər Naziri Edqars Rinkeviçs tərəfindən Krımın ilhaq edilməsinə səsləndirdikləri dəstəkdən ötəri Latviyaya girişinə icazə verilməməsi idi. Yarışmanın məqsədi Avropanın hər yerindən, keçmiş SSRİ-dən və ABŞ-dən yeni ulduzları populyarlaşdırmaq məqsədi daşısa da, bir çox indiki və keçmiş super ulduzlar burada iştirak edir. Yeni Dalğada ölkələrini Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş Jamala (Ukrayna), DoReDos (Moldova) və Demy (Yunanıstan) iştirak ediblər.
Sarissa
Sarisa (yunan. cida, nizə, mizraq) — e.ə IV-III əsrlərdə Yunanıstanda, Makedoniyada və başqa qədim dövlətlərdə falanqanı təşkil edən sarisoforların əsas silahı. İlkin vaxtlarda uzunluğu 3 metr idi və sapan(atıcı) və deşici-dəlici silah kimi istifadə olunurdu, sonralar uzunluğu 6-7 metrəyə qədər uzadıldı və o ancaq dəlici-deşici silah kimi istifadə olunmağa başladı. Советская военная энциклопедия Москва 1980 Военное издательство министерства обороны СССР T 7 səh.
Sarıdağ
Sarıdağ (zirvə)
Sarisa
Sarisa (yunan. cida, nizə, mizraq) — e.ə IV-III əsrlərdə Yunanıstanda, Makedoniyada və başqa qədim dövlətlərdə falanqanı təşkil edən sarisoforların əsas silahı. İlkin vaxtlarda uzunluğu 3 metr idi və sapan(atıcı) və deşici-dəlici silah kimi istifadə olunurdu, sonralar uzunluğu 6-7 metrəyə qədər uzadıldı və o ancaq dəlici-deşici silah kimi istifadə olunmağa başladı. Советская военная энциклопедия Москва 1980 Военное издательство министерства обороны СССР T 7 səh.
Çöl sarımsağı
Seksi idarə etmək (yarışma, 2020)
Too hot to handle — Böyük Britaniya istehsalı teleşou. Şouda iştirakçılara mövsüm müddətində əməl etmələri lazım olan qaydaları "Lana" adlı virtual köməkçi deyir.
Grevillea sarissa
Grevillea sarissa (lat. Grevillea sarissa) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin qrevilleya cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Hakea sarissa (S.Moore) Christenh. & Byng == Yarımnövləri == Grevillea sarissa subsp. anfractifolia McGill. Grevillea sarissa subsp. bicolor McGill. Grevillea sarissa subsp. rectitepala McGill. Grevillea sarissa subsp.
Karişma Kapur
Karişma Kapur (25 iyun 1974, Bombey) — Hindistan kino aktrisası. == Həyatı == Karişma Kapur 25 iyun 1974-cü ildə Hindistanın Mumbay şəhərində məşhur hind aktyoru Rac Kapurun oğlu aktyor Randhir Kapur və aktrisa Babitanın ailəsində dünyaya gəlmişdir. Karışmanın kiçik bacısı Karina Kapur da məşhur hind aktrisasıdır. Filmoqrafiyasında 60-a yaxın film və serial var. Filmfare Awards (1997, 1998, 2001, 2002) mükafatı və Milli kinomükafatı (1998) laureatıdır. 1991-ci ildə "Sevgi əsiri" filmində Nilima rolu ilə debüt edib. Bu filmdən sonra daha çox komediya filmlərinə dəvət alan aktrisa Salman Xan və Qovinda kimi aktyorlarla çəkilib. 1996-cı ildə Amir Xanla çəkildiyi "Raca Hindustani" filmindəki rolu ilə daha çox məşhurlaşıb. Bu film ona ən yaxşı qadın rolu nominasiyasında ilk Filmfare Award mükafatını qazandırır. 2001-ci ildə "Qardaşın axtarışında" filmindəki roluna görə Karizma ikinci dəfə mükafata layiq görülür.
Sarıbağ (Takab)
Sarıbağ (fars. ساري باغ‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 150 nəfər yaşayır (30 ailə).
Sarıdağ (zirvə)
Sarıdağ — Baş Qafqaz silsiləsinin şərqində yerləşən və hündürlüyü 3360 metr olan zirvə. Dağ Azərbaycan ilə Rusiya (Dağıstan) arasında sərhəddə yerləşir. Mühüm hidrocoğrafi mövqeyə sahibdir. Dağ Samur çayı, Qazıqumux Göysu çayı və Avar Göysu çayını ayıtır. Onun ərazisindən başlayan qollar Samur və Avar Göysu çaylarına tökülür. Dağdan başlayan bəzi çay qolları isə Qanıxçaya tökülür.
Hakea sarissa
Grevillea sarissa (lat. Grevillea sarissa) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin qrevilleya cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Hakea sarissa (S.Moore) Christenh. & Byng == Yarımnövləri == Grevillea sarissa subsp. anfractifolia McGill. Grevillea sarissa subsp. bicolor McGill. Grevillea sarissa subsp. rectitepala McGill. Grevillea sarissa subsp.
Too hot to handle (yarışma, 2020)
Too hot to handle — Böyük Britaniya istehsalı teleşou. Şouda iştirakçılara mövsüm müddətində əməl etmələri lazım olan qaydaları "Lana" adlı virtual köməkçi deyir.
Sarıdağ (Babək rayonu)
Sarıdağ — Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində dağ. Vayxır kəndindən 4 km cənub-şərqdədir. Hündürlüyü 1725 m-dir. Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı yüksəkliyindən (3071,6 m) cənub-qərbə ayrılan Dibəkli qolunun eyni istiqamətli Qırxlardağ şaxəsindən qərbə uzanan Qarabaş ayrılmasının qurtaracağında, onun Quşqayası yüksəkliyindən (hünd. 1757,7 m) cənub-qərbə ayrılan eyniadlı tirənin ən yüksək zirvəsi. Vayxır kəndindən 4 km-dək şərq-çənub-şərqdədir. Orta Eosenin Lütet mərtəbəsinin üst hissəsinə aid Alt Paradaş lay dəstəsinin terrigen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-qərb cinahına aid Ağqaya-Sarıdağ antiklinalının xırda qırışıqlarla mürəkkəbləşmiş şimal-şərq qanadında yerləşir. Qərb yamacından şimal-şərq istiqamətli fay-yerdəyişmə qırılması keçir.
Sarıdağ (Culfa rayonu)
Sarıdağ — Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində dağ. Əlincəçayın aşağı axınında, onun dərəsinin sağ yamacında, Qızılca kəndindən 3,5 km cənub-şərqdədir. Hündürlüyü 1181,8 m-dir. Cənub-qərb yamacı sıldırımdır. Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı yüksəkliyindən (3071,6 m) cənub-qərbə ayrılan Dibəkli qolunun eyni istiqamətli Qırxlardağ şaxəsindən cənub-qərbə uzanan Çaşırdağ ayrılmasının qurtaracağında zirvə. Əlincəçayın sağ sahilində, Ərəzin kəndindən 2,6 km şimal-şimal-şərqdədir. Orta Miosenin Tarxan regiomərtəbəsinin üst hissəsinə aid Ərəzin lay dəstəsinin terrigen-çökmə süxurlarından təşkil olunmuşdur, cənub və şərq yamacları sıldırımlı yüksəklikdir. Qərb yamacında şimal-şərq istiqamətdə uzanan Orta Miosen yaşlı subqələvi qabbroid tərkibli subvulkanik kütlə açılır. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid Darıdağ antiklinalının Naxçıvan qoyulma çökəkliyinin hüdudlarına izlənilən şimal-qərb periklinal hissəsinin maili cənub-qərb qanadında yerləşir.
Sarıdağ (Şahbuz rayonu)
Sarıdağ — Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində dağ. Zəngəzur silsiləsinin cənub-qərb yamacında, Sarnındibiçayın mənbə hissəsindədir. Hündürlüyü 1986,9 m-dir. Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı yüksəkliyindən (3071,6 m) cənub-qərbə ayrılan Dibəkli qolunun eyni istiqamətli Qırxlardağ şaxəsindən qərbə uzanan Qarabaş ayrılmasında zirvə. Külüs kəndindən 4 km-dək cənub-qərbdə, Sarınındibi çayının mənbə hissəsindədir. Orta Eosenin Lütet mərtəbəsinə aid Biləv lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-qərb cinahına aid Türkeş-Milax antiklinalının şimal-şərq qanadında yerləşir.
Sarıdağ (Şərur rayonu)
Sarıdağ — Şərur rayonu ərazisində Dəmirçi kəndindən 2 km cənub-şərqdə, Vəlidağdan (1242,2 m) 5 km cənub-şərqdə, Naxçıvan dağarası çökəkliyinin şimal-qərbində, Şərur düzənliyinin şimal kənarında, Araz çayının sol sahilindəki Dəhnə-Vəlidağ tirəsinin eyniadlı cənub-şərq seqmentində dağ. Hündürlüyü 1084,1 m-dir. Zirvə hissəsi və cənub-şərq yamacları Orta Devonun Eyfel mərtəbəsinə aid Qurdqapısı lay dəstəsinin, şimal-qərb yamacları ondan yaşlı Danzik lay dəstəsinin əhəngdaşı, qumdaşı, kvarsit, şist və argillitlərindən təşkil olunmuş günbəzvarı yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-qərb qurtaracağında, Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin gömülmüş cənub-qərb cinahında, cavan çöküntülər altından yer səthinə çıxan Dəhnə-Vəlidağ tirəsinin Sarıdağ seqmentində müşahidə edilən ikincidərəcəli Dəmirçi antiklinalının cənub-şərq qanadında yerləşir. Zirvə və yamaclarından şimal-qərb və şimal-şərq istiqamətli fay və əks-fay qırılma pozulmaları keçir.